Перейти к содержимому

nizami63

Members
  • Публикации

    962
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя nizami63

  1. bu günün acı həqiqətlərindən çıxış edib Ə.Ə və H.Ə. - in əvəzedilməz obrazlarını yaratmağı düzgün hesab etmirəm...O dövrlərdə kifayət qədər insanımız var idi ki, potensialı bu vəzifəni yerinə yetirməyə imkan verirdi. Mən Ə.Ə və H.Ə. - in Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına xidmət etdiyi fikri ilə razı deyiləm. 1 - ci 2 - ciyə xidmət edirdi, 2 - si isə həmişə olduğu kimi öz maraqlarına !
  2. Polşa seyminin qəbul etdiyi bu qərarda səbəb kimi "Molotov - Ribbentrop" müqaviləsi göstərilir?! Maralı olan odur ki, polşalılar nədənsə bu müqavilənin ortaya çıxmasını zəruri edən digər hadisələrin üstündən vicdansızcasına sükutla keçirlər.
  3. Sizin bu fikriniz həqiqətii əks etdirir. Mirzə Fətəli Axundovun məşhur "'KƏMALÜDDÖVLƏ MƏKTUBLARI" əsərini oxuyan hər bir kəs bilir ki, onu ateizmdə təqsirləndirmək heç bir vəhclə düzgün deyildir. Mirzə Fətəli Axundov öz əsərində insanlara sırınan məlum obraza etiraz edirdi və göstərirdi ki bizi yaradanın onların təqdim etmək istədikləri obraza heç bir dəxli yoxdur. Bu əsəri Azərbaycan dilində oxumaq üçün aşağıdakı linkdən istifadə edə bbilərsiniz ! Kəmalüddövlə məktubları sovetlər dövründə orta məktəblərdə və ali təhsil ocaqlarında "Kəmalüddövlə məktubları" müxtəlif nəsillərin nümayəndələrinə illərlə tədris edilib. Bunun nəyə səbəb olduğunu hamımız çox yaxşı bilirik. Dediyiniz xaos indiki dövrümüzdə baş verir və göründüyü kimi günü - gündən güclənməkdədir...
  4. maraqlısı odur ki, sizin mövzuya münasibətiniz göstərdiyiniz əsaslar üzərində qurulmayıb ! Ona görə ki qələbə çalmaq istəyən hər hansı bir xalqa keçmişdə yol verdiyi nöqsanları analiz etmək tələb olunur. Siz isə göründüyü kimi bunun əleyhinəsiniz. Azərbaycanın işıqlı gələcəyini bütün bunlara aydınlıq gətirmədən nail olmaq qeyri mümkündür ! Keçmişi olmuyanın gələcəyi də yoxdur. Keçmişini öz əliynən palçıqlayan isə namərddir. Şair demişkən " Vətənini sevməyən insan olmaz olsa da o şəxsdə vicdan olmaz" Mənim şəxsi fikrim budur- Əl ələ verib bu Vətənə sadig olmaq və keşiyində durmaq lazımdı! Vətənini sevdiyini iddia edən vətənini bu hala gətirmiş əbülfəzlərə, etibarlara və sairəyə haqq donu geyindirməz! O ki qaldı əl - ələ verməyə siz hansı əllərdən danışırsınız?! Bu xalqa Milli Məclis səviyyəsində belə Qarabağ haqqında danışmaq neçə illərdir ki qadağan edilib....
  5. digər faciələrimizin başımıza gətirilməsində AXCP - nın, o cümlədən onun "şanlı" lideri Əbülfəz Əliyevin xəyanətləri az rol oynamayıb... Həmin hadisələrdən biri də məşhur "DAŞALTI ƏMƏLİYYATI" - dır. Həmin əməliyyat barəsində eks müdafiyə naziri Tacəddin Mehdiyevin fikirləri ilə sizləri də tanış olmağa dəvət edirəm : Dəhşətli burasıdır ki, Daşaltına girərkən, bizə əsas zərbələri ermənilər deyil, özümüzünkülər vurdular. Özümüz-özümüzə atəş açdıq, qardaş qanı töküldü. Bu, bizim əməliyyatı pozmaq üçün təşkil olunmuş gizli plan idi. İndi deyirlər ki, əməliyyatı pozan naməlum, qara paltarlı döyüşçülər olub. Boş söhbətlərdir! Könüllülər dəstəsi bizə qarşı yönəldilmişdi ki, əməliyyat pozulsun. - Tacəddin müəllim, gəlin, bir qədər açıq danışaq. "Daşaltı əməliyyatı"nı pozan həmin könüllülər dəstəsinə kim rəhbərlik edirdi? Ümumiyyətlə, əməliyyatın pozulmasında məqsəd nə idi? - Məhkəmə üçün də qeyri-müəyyən qaldı ki, həmin döyüşçülər kim olub, onlara kim göstəriş verib. Amma ciddi araşdırmalar .rılsaydı, bunları aşkara çıxarmaq mümkün idi. Mənim özümün müəyyən şəxsi qənaətlərim var. Amma onları fakt kimi açıqlamaq istəməzdim, çünki bu, çox böyük qalmaqala səbəb ola bilər. Burada bir sıra çirkin məqsədlər güdülürdü. Birinci məqsəd yenicə yaranan Azərbaycan ordusunda sərkərdəyə qarşı inamsızlıq yaratmaq idi. İkincisi, ictimaiyyətdə xof yaratmaq istəyirdilər ki, Azərbaycan ordusu hücum əməliyyatı həyata keçirmək, qələbə çalmaq iqtidarında deyil. Üçüncüsü, batalyondakı döyüşçülərin bir çoxu AXC-nin üzvü olduğundan, sonradan belə bir fikir formalaşdırılırdı ki, guya Tacəddin Mehdiyev onları məhv etmək barədə Mütəllibovdan göstəriş alıb. Halbuki bu çox kiçik əməliyyat idi və onu Ali Baş Komandana deməyə ehtiyac yox idi. Həm də bilirdim ki, bütün telefon danışıqlarına qulaq asılır, hərbi sirr yayıla bilər. Əməliyyat uğurlu alınsaydı, hakimiyyətə gəlmək istəyən qüvvələrin planları alt-üst olacaqdı... P.S. vitya, yadında saxla ki sizin kimi xarakterdə olan insanların nə yazdığı məni maraqlandırmır !
  6. maraqlısı odur ki, sizin mövzuya münasibətiniz göstərdiyiniz əsaslar üzərində qurulmayıb ! Ona görə ki qələbə çalmaq istəyən hər hansı bir xalqa keçmişdə yol verdiyi nöqsanları analiz etmək tələb olunur. Siz isə göründüyü kimi bunun əleyhinəsiniz. Azərbaycanın işıqlı gələcəyini bütün bunlara aydınlıq gətirmədən nail olmaq qeyri mümkündür !
  7. "nədən Əbülfəz Elçibəy çoxlarından xəbərsiz Bakını tərk edərək Kələkiyə köçdü» sualına bu günə kimi konkret cavab verən yoxdur ! «Əbülfəz Elçibəy vətəndaş müharibəsinin qarşısını aldı» - bu, ən ümumiləşmiş cavabdır. Azərbaycan vətəndaşı olaraq bu cavab məni qane etmir. Belə çıxır ki, dövlət başçıları qeyri-qanuni silahlılardan çəkinərək və «vətəndaş müharibəsi olmasın» deyə postlarını təhvil verməlidirlər? Bəlkə həmin silahlıları neytrallaşdırmaq lazım idi ki, Azərbaycanda başlanan iqtisadi və siyasi islahatlar, dövlət quruculuğu işləri davam etsin. Məsələyə «vətəndaş müharibəsi olmasın» məntiqiylə yanaşsaq, onda gərək Heydər Əliyev də Surət Hüseynovun qüvvələri qarşısında 1994-cü ilə geri çəkiləydi...
  8. 20 YANVAR hadisələrinin əsas səbəblərini xalq hərəkatının başında dayananların başda Əbülfəz Əliyev olmaqla .rdıqları akimiyyət uğrunda mübarizədə axtarmaq lazımdır...
  9. “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi BMT Baş Assembleyasının sabah başlayacaq 64-cü sessiyasında müzakirə olunacaq”. Bu barədə sessiyada iştirak etmək üçün Amerikaya yola düşməzdən əvvəl, İstanbulun Atatürk hava limanında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məlumat verib. Onun sözlərinə görə, Nyu-Yorkda keçirəcəyi görüşlərdə Ermənistanla münasibətlər əsas müzakirə obyekti olacaq.
  10. dəhşət ! Siz kimi Stalinlə müqayisə edirsiniz?! Sizə kim deyib ki, Əbülfəz Əliyevin məqsədi Qarabağı Azərbaycanın tərkibində saxlamağa yönəlmişdi?! Bu insanı və onun ətrafındakıları Qarabağ düşündürsəydi onlar nə Vəzirova, nə də Ayaz Mütəllibova maneyə olardılar. Mən sizdən soruşuram general Valeh Bərşadlıya ordu qurmağa kimlər meneçilik törədirdi?! Bəs Tacəddin Mehdiyevə?! Əbülfəzin missiyası H.A.- nı vəzifəyə gətirmək idi ki, ona da Azərbaycan xalqının faciəsi hesabına nail olublar....
  11. dəhşət ! Siz kimi Stalinlə müqayisə edirsiniz?! Sizə kim deyib ki, Əbülfəz Əliyevin məqsədi Qarabağı Azərbaycanın tərkibində saxlamağa yönəlmişdi?! Bu insanı və onun ətrafındakıları Qarabağ düşündürsəydi onlar nə Vəzirova, nə də Ayaz Mütəllibova maneyə olardılar. Mən sizdən soruşuram general Valeh Bərşadlıya ordu qurmağa kimlər meneçilik törədirdi?! Bəs Tacəddin Mehdiyevə?! Əbülfəzin missiyası H.A.- nı vəzifəyə gətirmək idi ki, ona da Azərbaycan xalqının faciəsi hesabına nail olublar....
  12. bayaqdan H.Ə. - qarşı narazılığın olmadığını söyləyirdiniz. İndi gördünüzmü nə qədər insanlarn adını sadalamalı oldunuz... Sadalamadıqlarınız isə hələ də çox qalıb! Rəsul Quliyevi nəyə görə yadınızdan çıxardığınız mənim üçün çoooooox maraqlıdır. Hələ o birilərini söyləmirəm ! Bu gün də haqsız yerə həbsdə saxlanılan "Realniy Azerbaydjan" və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru hörmətli Eynulla bəyin bu rejimlə mübarizəsini siz necə inkar edə bilərsiniz?! Bu rejimə qarşı mübarizə .raraq bu yolda həlak olmuş Elmar kimi vətənpərvər oğullarımızı siz hansı məntiqlə inkar etmək istəyirsiniz?!
  13. Керимов, çox təəssüf ki sizin danışmaq istədikləriniz nağıl xarakteri daşıyır... Bütün bu şəraiti yaradan H.A. idi ! Atalarımız demişkən özü yıxılan ağlamaz! Ona görə də Ramiz Aslanov - u belə şəraitdə başqa çıxış yolu olmadığını günahlandırmağınızın heç bir əsası yoxdur ! Низами,нагылы сенин кимилер 93 илде данышырдылар.Сен мени танымыйа танымыйа хейир ола мене нагылдан дем вурурсан?А где ты был,когда гремело?Сейчас повылазили как тараканы из шелей,гюйа ки халгын гедрин билен огланлар кими...Гейдар когда был жив никто и пикнуть не мог,ты смотри как все враги народа оживились...Мутить елемек ден де башга еливизден бир иш гелмир даи...Рамизе йаздыгымла мен оны техкир едирем бегем?Йохса сен онун векилисен?Низами дейесен ара вуранлардансан ха... nağılı kimin danışdığı, yazdığı göz önündədir ! Nağıl yazmağınız ondan görünür ki, h.Ə. - in dövründə narazıların olmadığını iddia edirsiniz?! Sadalayımmı sizə həmin narazıları və onların aqibətlərini?! Leyla Yunusun sözü olmasın Azərbaycan xalqı Əbülfəzi H.Ə. - hakimiyyətə gətirdiyi üçün heç vaxt bağışlamayacaqdır !
  14. maraqlısı odur ki, Əbülfəz Əliyev H.A. - ya simpatiyasını heç vaxt gizlətməyib. Hərəkatın ilk günlərindən O, H.A. - i haqlı tənqidlərdən qorumağa çalışıb... Bu yaxınlarda ANS TV - dən Ə.Ə - lə müsahibənin videoyazısını izlədim : onun bu sevgini izah etməsi uşaq başı aldatmaqdan başqa bir şey deildi !
  15. Керимов, çox təəssüf ki sizin danışmaq istədikləriniz nağıl xarakteri daşıyır... Bütün bu şəraiti yaradan H.A. idi ! Atalarımız demişkən özü yıxılan ağlamaz! Ona görə də Ramiz Aslanov - u belə şəraitdə başqa çıxış yolu olmadığını günahlandırmağınızın heç bir əsası yoxdur !
  16. H.Aliyevin mövqeyi Qarabağın əldən verilməsində ən başlıca rol oynayıb ! Digər tərəfdən Abülfəz Əliyev bu mövqenin reallaşmasında əlindən gələni həyata keçirib. H.A. - in bu siyasətini müdrik adlandırmağınızı düzgün hesab etmək mümkün deyildir. Bu siyasət Azərbaycan xalqının gələcəyinə xidmət etməyib onun şəxsi ambisiyalarına xidmət edirdi...
  17. "фокусник" kimi özünü göstərən mənim fikrimcə H.A. özü idi. Bəyəm O demirdi ki, pencəyimi çiynimə atıb Qarabağa gedəcəm, oranı azad edəcəyəm ?! Я столько материалов начиталась, но такое впервые читаю.. интересная версия.. bu versiya deyil həqiqətdir ! Sizə mərhum yazıçımız BAYRAM BAYRAMOV - un Milli Məclisin tribunasından H.A. - ə nə dediyi də məlum deyildir?!
  18. əbülfəz əliyevlərin və digərlərinin bizim xalqımızı hansı faciələrə və hansı yollarla sürüklədikləri barədə Qarabağ uğrunda başladılmış hərəkatın təşkilatçılarından biri olan Ənvər Əliyev - in "MEYDAN HƏRƏKATININ AÇILMAMIŞ SİRRLƏRİ " kitabında ətraflı surətdə bəhs edilmişdir. Buyurub həmin kitabdan bəzi nümunələrlə tanış ola bilərsiniz : Mayın 18-dəki mitinqi MK katibi Ramiz Mehdiyev açıb, onu .rmağı N.Kəsəmənliyə həvalə etdi. 1988-ci il oktyabrın axırı idi. Yataqxanamıza tez-tez gəlib-gedən Aydın Kərimov Səfər Alışarlını da özü ilə gətirmişdi. Söhbət zamanı onlar bu günlərdə mitinq keçirməyin vacibliyindən danışdılar. Bir neçə gündən sonra Aydın Kərimov Əbülfəz Əliyevlə gəldi. İclaslardan cana gəlmiş camaatımızı çətinliklə yığa bildim. Əbülfəz Əliyevi təqdim etdim. O, respublika rəhbərliyinin hazırkı problemlərin həllində aciz olduğunu bildirdi. Sonra təşkilatlanmağı, mitinqlərin əhəmiyyətini qeyd edib, ümumrespublika səviyyəli liderə ehtiyac olduğunu vurğuladı. Sentyabrın əvvəlində evə gələndə yataqxana foyesində toplaşan qonşularım Nemət adlı bir fəhlənin yataqxanaya gəlib məni axtardığını dedilər. Bu adı birinci dəfə eşidirdim. O da şəhərdə mitinq keçirməyin vacibliyindən danışırmış…
  19. "фокусник" kimi özünü göstərən mənim fikrimcə H.A. özü idi. Bəyəm O demirdi ki, pencəyimi çiynimə atıb Qarabağa gedəcəm, oranı azad edəcəyəm?!
  20. 1 - si siz Ayaz Mütəllibovun hakimiyyətini Əbülfəzin hakimiyyətilə səhv salmayın. 2 - si isə yaxşı olardı ki, ona - buna məsləhət verməkdənsə özünüz bu dünyada ağ və qaradan fərqli rənglərin də olduğunu unutmayasınız.
  21. yaxşı olardı ki siz bunu deməkdən "yorulmadığınızı" bildirməkdənsə fikirlərinizi sübut edən faktları ortaya qoyasınız. Əlahəzrət faktlar isə onu sübut edir ki, abulfaz əliyevlərin və digərlərinin əli ilə Azərbaycanda törədilən bütün hadisələr yalnız bir məqsədə xidmət edirdi : Heydər Əliyevin hakimiyyətə qayıtmasına !
  22. böyük Azərbaycan klassiki Mirzə Fətəli Axundovun "ALDANMIŞ KƏVAKİB" əsərindəki Yusif Sərrac obrazını xatırladınızmı?! Əbülfəz Əliyevin missiyası tamamilə həmin əsəri xatırladır...
  23. Bütün forumun və müsəlmanların Ramazan bayramı mübarək olsun! P.S. Xahiş edirəm ki, məndən heç kim inciməsin : bütün bayramlarımızın mahiyyəti üzrə qeyd olunmaması məni çox ağrıdır. Biz müqəddəs Ramazan bayramını da mahiyyəti üzrə qeyd etmirik elə Türkiyədə və digər müsəlman ölkələrndə olduğu kimi ! Bu barədə siyasi kumirlərimdən biri olan Türkiyənin baş naziri T.Ərdoğan "ATV" telekanalında canlı olaraq yayımlanan ''Baş nazir ilə Xüsusi'' adlı proqramda çıxış edib. Verliş zamanı baş nazir Ərdoğan, Ramazan ayının yoxsulluğu,və yoxsulları tanımağı öyrədən bir ayı olduğunu söyləyərək, ''Bu ay kasıbların yoxsulların, miskinlərin yad olunduğu bir aydır. Onun üçün orucu tuturuq və aclıq nədir bunu anlayırıq'' deyib. Beş ulduzlu otellərin salonlarında verilən iftarlarda iftarın mənəvi həzzi və dadının olmadığını ifadə edən Ərdoğan, ''Çünki Ramazan əslində kasıbları, yoxsulları tanımağı bizə öyrədən bir aydır. Bunun üçün bu cür otellərdə verilən iftarlara getməyək. O yerlərə Ramazandan sonra da gedə bilərik. Ramazan boyu biz kasıbl və yoxsulların evinə gedək'' -deyə bildirib. Bundan əlavə proqram zamanı Türkiyədə mövcud olan kasıbların vəziyyəti barədə danışan baş nazir, onların ağır vəziyyətdə yaşadıqlarını, evlərinin qapılarının çatlardan ibarət olduğunu və bu halda varlı insanların kasıb insanlara yardım etmələri üçün ramazan ayının onlar üçün fürsət olduğunu qeyd edib. Verliş vaxtı Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan səhnədə şeir deyən türkiyəli şairin sözlərindən təsirlənərək canlı efirdə ağlayıb.
×
×
  • Создать...