Məncə mövzuya aid şer yazmaq olar.
UNUDAM GƏRƏK
Ayrıldıq... güc gəldi bizə hücumlar,
Ayrıldıq, usanıb tənədn, sözdən:
Bizdən razı qaldı yadlar, qohumlar,
Biz razı qalmadıq öz-özümüzdən.
Gülüm, sevə-sevə ayrılırıq biz,
Ürək kökdən düşmüş tək simə bənzər
Bizim gözü yaşlı bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər.
Deyirəm, unudam səni mən gərək,
Mümkünmü?
Arzuyla əməl tən gərək!
Unuda bilməkçün səni sevgilim,
Təzədən doğulam, təzədən gərək!