Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Könül

Members
  • Публикации

    19
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Könül

  1. Çox sağ ol. Uğurlar, hamımıza.
  2. Şəxsən mənə, yox. Amma çoxlarının bu barədə şikayətlərini eşitmişəm. Hətta bir nəfərə göndərilən şeyi görmüşəm. Necə düşünürsünüz ki, sizcə yoxdur belə bir şey?
  3. Xanim män yazimla lävänd qadinlara haqq qazandirmiram,sadäcä olaraq mähsum bir insani ruhunu sindirmaga mäcbur edän amilläri arashdirmagi täklif etdim.Gördüyünüz "ishsizlik" cox sähti säbäblärdän biridir,kök isä daha därindädir. Bircä barisha bilmädiyim bäzi kishilärin bu haqqda bar-bar bagirmasidir.Qadin zäif mäxluqdur,nä qädär güclü olmaga,görünmäyä calishsada täbiätin qanunu däyishmäk cätindir.Pärvärdigar qadini kishiyä ämanät verib,ämanät isä göz bäbäyi kimi qorunmalidir.Üca varligdan uzaq olmaq istäyib öz güclärinä,savadlarina,agillarina güvänänlärin näzärinä catdirib söylämäk istärdimki,bällidirki,dünyani istädikläri täräfä yönältän,qanunlari söküb,quran,dövlät bashcilari,ailä bashcilari kishilärdi.Siz kishilär sevdiyiniz qadinlari,övladlarinizin anasini,bacilarinizi,nänälärinizi vä c. nä qädär sevirsiz,nä qädär äzizläyib qoruyursuz?????????????? Ruhunu sindirib,vücudunu satan qadinlarin kecmishinä näzär salsaq bu bälanin köklärinidä arashdira bilärik,näcä deyärlär bir xästäliyin yaranma säbäblärini öyränmädän, xästäliy ilä mübarizä yolunu tapib,onu lägv edäcäk därmanda tapmaq mümkün deyil. Bilmäyinizi istäyirämki,Saglam ailädä sevgiilä,anlayish ilä,mänävi zänginliklä,savadli,bir sözlä dolgun tärbiyyä görmüsh övlad ,Vätändashi oldugu dövlätin,cämiyyätin qoydugu qanunlar ilä qorunan kimsäsiz qadin,täk ana,yiyäsiz yeniyetmä qizlar häyatin keshmä - kecli yollarinda büdräsädä,yixilib qalxsada yoluna mätinliklä davam edäcäk vä hec zaman yixildigi zaman sinaraq mäglubuyyätini qäbul etmäyäcäk. Sizinlə razılaşmaya bilmirəm. Düz buyurursunuz. Keçmişdəki, bu yola baş atdıran səbəb və yaxuddakı indi. Səbəb hər nə olursa olsun, bu problem var. Çox üzülürəm. Allah günahlarımızı bağışlasın, əqlimzi əlimizdən almasın, bir əlimizi digərinə möhtac etməsin. İstəyirəm inanam ki, bütün pis əməllər silinəcək yer üzündən.
  4. Salam PRİKOLİSTKA, xoş gördük. Mən də ilk gələndə qara və azacıq qırmızı rəngdən istifadə etmişdim , çünki, zənnimcə avatarımla həmrəng və gözəl görünür. Sonra, qaydanı bildim və tez düzəltdim yazımı. Amma, nə yalan deyim, istərdim qırmızı rəngdən istifadə edəm. Nə isə, qayda, qaydadır, əməl etmək gərək)). Təşəkkürlər.
  5. Könül

    Eurovision2008

    Xeyir və şər mövzu baxımından yaxşıdır, amma mahnını bəyənmirəm. İnşallah, qalib gələnlərdən olar, mənim də istrədiyim budur. Başlasaydı müsabiqə, səbirsizliklə gözləyirəm.
  6. Mən qaydalarda oxumuşdum ki, əlvan rənglərdən forumda ancaq nəzarətçilər istifadə edə bilər. Elələri olar ki, buna riayət etməyə bilər və siz də zəhmət çəkib, sonra onların yazılarını dəyişərək, düzəltməli olursunuz. Bəlkə adi istifadəçilər üçün rəngli yazılar olan panel aktiv olmasın? Necə düşünürsünüz?
  7. Əvvəl düşün, sonra danış. Nəğdi qoyub, nisyə dalınca düşmə. Canavardan qorxan meşəyə girməz. El elə sığışar, ev evə sığışmaz.
  8. Dağ dağa qovuşmaz, insan insana rast gələr.. Kor,kora kor deməsə bağrı çatlayar. Soğan seyrək olduqca başı yekə olar. Nə əkərsən,onuda biçərsən.
  9. Məncə yox. O əxlaqsızlardır ki, texnikanın irəliləşdirdiyi bu kimi funksiyalardan mənfi tərzdə istifadə edirlər. Kimə nə gəldi yollayırlar. Mənim ağlım başımda olandan sonra, telefonumdakı blutus məni necə əxlaqsızlığa sürükləyə bilər? Bəs ağıl, dərrakə nə üçündür? Nə isə, sözüm ondadır ki, məncə bu sistemin fahişəliklə əlaqəsi yoxdur.
  10. Allah rəhmət eləsin.. Adi hal deyə yazdıqlarınızla tamamilə razıyam. Təəssüflər olsun ki, bu belədir. Elə bədbəxtçiliyimiz də bundan başlayır."Müasir zəmanədir belə də olmalıdır" deyə düşünürlər, indiki gənclər. Nə ədəb qalıb, nə ərkan, nə hörmət qalıb, nə izzət. (Şükr Allah ki, ağıllılarımız da, tərbiyəli, savadlılarımız da az deyil.) Yazıq cəmiyyət, yazıq zəmanə, yazıq vətən. Zəmanə korlnaıb deyirik, amma düşünmürük ki, bu zəmanə niyə korlanıb? Zəmanə korlanmayıb, insanlar korlanıb və zəhərləyirlər zəmanəni öz murdar əməlləri ilə. Bəli qulağa çox acı səslənir, 2-3 balasını süpürgəçilikdən qazandığı pulla dolandıra bilməyib, bədənini satan qadın məsələsi. Amma bəs gələcək? Bəs övladlarını bu gün dolandırmaq üçün bədənin satan qadın, onlara nə örnək olacaq, sabah onların üzünə necə baxacaq? Bəs zəmanə necə korlanır? Axı gəlin əyri oturaq, düz danışaq. Hər övlad o ananı başa düşmür axı. Kimi haqq verəcək, əzmlə çalışacaq, işləyəcək ki, gələcəkdə valideyninin düşdüyü bu yola düşməsin və elə anasını da bu yoldan çəkindirsin. Kimi isə tam əksinə, bunu özünə örnək alacaq. Ya da kimininsə düz neçə yaşınacan valideyninin onu nə yolu ilə dolandırdığını bilmir və birdən necəsə öyrənir, alın bu da sizə şok. Hələ bu sadaladıqlarım azdır. Hər kəs başqa bir psixiolgiya ilə düşünür, davranır. Mən, istəməyərək, amma övlad kimi vacib səbəblərdən dolayı bu yolda olanları sərt qınamıram, ürəyim də yanır, xahiş edirəm məni səhv başa düşməyəsiniz. Amma yenə də nə səbəbdən olur-olsun fahişələrə haqq qazandıra bilmirəm. Bəzən küçədə, bayırda dilənçilərə elə baxırıq ki, "aman Allah, gəldi yenə!". O da körpələri üçün pul dilənir. Amma onları bəyənmirik. Niyə? Mən onlara da haqq qazandırmıram, əli var, ayağı var işləsin, çalışsın. Amma fahişəlik etməkdənsə, dilənir. Bədənini isti yataqda satmır,soyuqda, boranda yalın ayaqları ilə düşüb küçələrə övladları üçün pul dilənir. Bəs nədir fahişəliyin səbəbləri?- əlacsızlıq, işsizlik, zorakılıq, ağılsızlıq, yüngüllük və s. və i.a. Çoxlarını isə aldadaraq, başqa xarici ölkələrə .rıb, satırlar. Çoxları zorlanır. Nə bilimee, böyük dərddir. Yəqinki, ən başlıca səbəb işsizlikdir. Əgər bütün şirkətlər şəxsi olursa, həmən müdirlər özlərinə mini yubka geyinən, boyalı, savadı olmayan, amma fiqurası gözəl olan işçi götürürsə, vay bu dövlətin halına....Dövlətin heç nəyi yoxdur, açsın da zavod, fabrik, hər şey özəlləşdirilib. Əhalinin çox faizi işləmək üçün digər ölkələrə üz tuturlar, niyə? Niyə öz yurdunda, öz ailəsi ilə yaşayıb, işləməsin ki? Doğurdan da korlayıblar zəmanəni, korlayıblar Azərbaycanı. Axı hamının çörəyi dizi üstündə deyil, axı kasıb əhalini də fikirləşmək lazımdır, şərait yaratmaq lazımdır. Nə isə istəyirəm Azərbaycanda hər şey qaydasında olsun, hər şey yaxşı olsun. İnsanlar korlanmasınlar.
  11. Könül

    ədəbiyyatxana

    "BAYRAM OLDU" Bayram oldu, heç bilmirəm neyləyim, Bizim evdə dolu çuval da yoxdur. Dügiylə yağ hamı çoxdan tükənmiş, Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm dəxi qoymazlar kəndə. Xalq batıbdır noğla, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə də evdə sahibcamalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kamal da yoxdur. Yəqinki, Molla Pənah Vaqifin bu qoşmasını eşitməmiş olarsınız. Mənim sevdiyim qoşmalardan biridir. Həqiqətəndə həqiqətdir, elə deyilmi?
  12. Könül

    ədəbiyyatxana

    Təşəkkürlər. Mən əsərlər barəsində, əvvəl açılan mövzunu oxumuşdum, amma, nədənsə diqqət etməyib, yenidən belə bir mövzunu yeni bölmə kimi açmışam. Üzrlü hesab edin.
  13. Könül

    ədəbiyyatxana

    Xoş qarşılanma və dilənən uğurlar ьзьn hamınıza minnətdaram. Diqqətə gцrə зox sağ olun. Ьmid edirəm ki, forumda bu mцvzu geri qalmaz və həmişə aktiv olar.
  14. Könül

    ədəbiyyatxana

    Ədəbiyyata, əsərlərə, şerlərə marağı olanlar üçün belə bir mövzu açmağı özüm-özümə məsləhət gördüm. Gəlin burda oxuduğumuz, bildiyimiz şerləri, əsərləri və ya daha doğrusu onlar (məzmun) haqqında bildiklərimizi yazaq və yeri gəlsə müzakirə edək..Fərqi yoxdur istər Azərbaycan, istərsədə xarici ədəbiyyat olsun. Yusif Vəzir Çəmənzəminlinin Qan içində romanı sevdiyim əsərlərdən biridir. İstəyirəm onun barəsində bir az yazam. "QAN İÇİNDƏ" "Qan içində" romanı (1936-1937-ci illər). Müəllifin özünün romana verdiyi ad "İki od arasında" olmuşdur. Bu adla müəllif Qarabağ xanlığının bir tərəfdən İranın, digər tərəfdən çar Rusiyasının işğalına məruz qalmasına işarə etmişdir. Roman yazıçının sağlığında çap olunmamışdır. 1968-ci ildə romanı nəşrə hazırlayan professor Əkbər Ağayev ona Qan içində adını vermişdir. Buna səbəb senzuranın romanın əvvəlki adı ilə çap olunmasına icazə verməməsi idi. Romanın mövzusu XVIII əsrin II yarısında Qarabağ xanlığının tarixindən götürülmüşdür. Əsərin ideyası vətənpərvərlik, vətənin müstəqilliyi və azadlığıdır. Romanın əvvəlində yazıçı iki tarixi əsərdən epiqraf gətirmişdir: Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sindən və Mirzə Camal Cavanşirin "Qarabağ tarixi"ndən.Birinci əsərdə Qarabağ xanlığının təşəkkül tarixindən, tərkib hissəsindən, ikinci əsərdə isə Pənahəli xan və İbrahimxəlil xanın hakimiyyəti illərində xanlığın xarici işğalçılara qarşı mübarizəsindən bəhs olunur. Ümumiyyətlə Yusif Vəzir bu romanı yazarkən 25 elmi və tarixi əsərdən istifadə etmişdir. Əsərdəki İbrahimxan, Molla Pənah Vaqif, Vidadı, Ağaməhəmməd şah Qacar, Mirzə Camal, II İrakli, Ağabəyim ağa tarixi şəxsiyyətlərdir. Roman 3 hissədən ibarətdir. Hər hissədə 20-22 bölüm var. Roman Novruz bayramının təsviri və İbrahim xanın qızı Kiçikbəyimin bulaq başına gəlməsinin təsviri ilə başlanır. Romanın baş qəhrəmanı Vaqifdir. O, həm həssas, həm dəbacarıqlı, tədbirli bir vəzir kimi təqdim olunur. Vaqif öz ağlı, hazırcavablığı sayəsində saraya gəlir və sarayda xanlığın möhkəmləndirilməsi uğrunda çalışır. Əsərdə Vaqifin şəxsi həyatı ilə bağlı məsələlərə də geniş yer verilmişdir. İlk arvadının vəfatı, oğlu Qasım ağanın anadan yetim qalması, şairin ömrünün sonlarında 2-ci dəfə Qızxanımla evlənməsi və onunla soyuq münasibətlərinin təsviri buna sübutdur. İbrahim xan bacarıqlı və vətənpərvər bir şəxs kimi təsvir olunur. O, Qarabağ xanlığının güclənməsi və müstəqilliyi üçün çalışır. Rusiyanın Qafqaz xanlıqlarınamünasibətindəki ayrıseçkiliksiyasətinə İbrahim xan dözə bilmir. Rusiya imperatoru II Yekaterina gürcü çarı II İraklini hökmdar kimi qəbul edir. İbrahim xana isə ona boyun əyməyi təklif edir. Romanda İbrahimxanın insanlara qarşı qəddar və amansız üsullardan istifadsə etməsi də təsvir olunur. Əsərin sonunda İbrahim xan özünü və ailəsini düşünən aciz bir adama çevrilir. O, xanlığın ağır günlərində yaxınları ilə birlikdə Balakənə qaçır. Ağa Məhəmməd şah Qacar əsərdəki əsas mənfi surətdir. Romanda o, işğalçı və zalım bir hökmdar kimi təsvir olunmuşdur. Qulaq kəsdirmək, göz çıxartdırmaq kimi cəzalar Qacara görə çox adi, sadə cəzalardır. Qacar sonda öz adamarı tərəfindən öldürülür. Əsərin maraqlı surətlərindən biri öz əməyi və zəhmətilə böyüyən Səfərdir. O, namuslu və ədalətli bir kəndli gəncdir. Səfər ətrafında baş verən və ona qarşı edilən haqsızlığa dözməyərək qaçaqlıq edir. Xan Səfəri edam etdirmək istəyir, lakin Vaqifin köməyilə o bağışlanır. Səfər vətənin dar günündə qaçaqlıqdan əl çəkərək düşmənə qarşı mübarizə .rır. Romanda xanın arvadı Şahnisə xanım, qızları Kiçikbəyim, Sənəm və Ağabəyimağa, Vaqifin sevgilisi Mədinə, Vaqifin 2-ci arvadı Qızxanım kimi qadın surətləri də vardır. Şahnisə xanım təmizürəkləri, kövrəkqəlbli bir anadır. Qızı Kiçikbəyim Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilərkən o, deyir: "Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir qürbətdə qızımınn başına nələr gələcək?... Kaş əli qabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Tehrana qız vermək Əzrailə can vermək kimi bir şeydir. Neynəyirəm qızıl teşti ki, içinə qan qusam?" Kiçikbəyim özü də Tehrana, tanımadığı adama ərə verilməsini istəmir. Kiçikbəyim İbrahim xanın 2-ci qızıdır. O, əmisi oğlu Məhəmməd bəyi sevir, lakin siyasi məqsəd üçün Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilir. Şairə Ağabəyimağa da xanın qızıdır. Əsərdə o, həssas qəlbli bir qız kimi yadda qalır. Xanın digər qızı olan Sənəm surəti də diqqəti cəlb edir. O, Vaqifin şerlərini əzbər bilir və şairə məhəbbət bəsləyir. Qəfil ölüm Sənəmin arzusunu gözündə qoyur. Məhəmməd bəy İbrahim xanın qardaşı oğludur. O, əvvəlcə vətənpərvər, müsbət bir surət kimi təsvir olunur. Sonra isə Vaqif və onun oğlu Qasımı öldürtdürən ədalətsiz bir hökmdara çevrilir. Romanda toy, bayram və s. kimi xalq adət-ənələrindən və yeri gəldikcə təbiət təsvirlərindən də məharətlə istifadə olunub.
  15. Könül

    Eurovision2008

    Mən səs verdim Azərbaycana. Amma istərdim fikirlərimi qısaca olaraq bölüşəm. Azərbaycan ilk dəfədir ki, bu müsabiqəyə qatılır. Amma mən bu mahnını heç bəyənmədim. Ermənilər orda Azərbaycan mahnılarından ibarət, Şorora oxuyacaq, amma bizimkilər ... heç olmasa öz boğazlarımıza, öz avazımıza daha artıq yer versinlər, yoxsa bu mahnı nədir belə?! Deyə bilərsiniz ki, Eurovisiondur, mahnı da o stildə olmalıdır. Bununla da heç cür razılaşa bilmirəm. Azərbaycan orda Azərbaycanı təmsil etməlidir, Avropanı yox. Nə isə bu mahnını bəyənənlərin xətrinə dəymək istəmirəm, sadəcə hər kəsin öz zövqü və öz fikri var, xahiş edirəm inciməyəsiniz. Amma istərdim ki, Azərbaycana Azərbaycanlıyam deyə yox, buna layiqdir deyə səs verəm. Amma nə edək, bizimki də, patriotluqdan olsun. Təki qalib gəlsin..
  16. Fahişəlik problemi. Çox acı bir haldır ki, biz bu problemlə qarşı-qarşıyayıq. İstər istəyərək fahişəlik edənləri, istərsə də özlərincə özlərini çarəsiz hiss edib, məcburdur deyə fikirləşərək bu yola baş vurduqlarını düşünənləri haqlı saymıram. Fahişə fahişədir. Pulum yoxdur, acından ölürəm və ya öləcəyəmsə fahişə olmaqdansa ... . Məncə çarəni bu yolda t.nlarçun bu çox asan bir peşədir ki, bunu seçirlər. Asan və gəlirli. Bəs puldan əlavə nə qazanırlar? -ürək ağrısı, pessimistlik, ləyaqətsizlik, namussuzluq. Bundansa söpürgəçi işləyərəm, amma adıma xələl gətirmərəm. indi çoxları məni qınaya bilər ki, mən onları, onların çəkdiklərini anlamıram və mənə kənardan yazmaq rahatdır. Ola bilər. Amma bu yenədə onlara haqq qazandırmır. O ki, qaldı müasir qız barəsində olan söhbətə, mən də bununla razılaşmıram. Hərçənd ki, cümlənin yazılış qaydasına fikir verdim qız sözü dırnaq arasında yazılıb ki, bu bəlkə də hansısa fikirləri aydınlaşdırır. Amma məncə yenə də belə bir cümlə düzgün deyil. Zamanımız müasir zamandır və biz hamımız bu zəmanənin törəmələriyik. Heç birimiz keçmişdən qalmamışıq. Kiminsə əxlaqı-tərbyəsi yoxdursa, qurunun oduna yaş da, yanar, misalı hamının adı batmamalıdır.
  17. Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır... (Sir Tomas Mor) Boş zaman yoxdur, boşa keçmiş zaman var.(Tagore) Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...(Balzak) Röyalarэ reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır. (S. M. Pouer) Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. (S.J.Harris) Bir şam digərini yandırmaqla işığından heç nə itirməz. Nə xoюbəxtdir o insan ki, öz ayıbını görə bilir. Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir...
  18. Salam, mən bu forumda yeniyəm. Bu mənimdə hər zaman marağıma səbəb olan mövzudur və istəyirəm bir neçə aforizmlərdən, hikmətli sözlərdən əlavə edəm. ------------------------------------------------------ Fəlakət yalançılıqda olduğu kimi, nicat da doğruçuluqdadır. (Abbasqulu ağa Bakixanov) Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik (Ö.Xəyyam). Başqalarının xasiyyətini öz xasiyyətinə görə müqayisə etmə, o zaman həmin insanlara qarşı nifrətdən başqa heç nə tapmayacaqsan... (Təhmasib) Bir kərə yüksələn bayraq, bir daha enməz!!! (Məmməd Əmin Rəsulzadə) Amandır, ağlını unutma ki, sən Gülünü tikana dəyişməyəsən. (Nizami). Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki elm səni qoruyur. Hz. Əli (r.a.) Su qabını daşlığa .ran kimsə, onu daşdan qorumağı öyrənməlidir. Kasıba verilən, hələ onun əlinə keзməmiş Allaha çatar...
×
×
  • Создать...