Перейти к содержимому

vetendash1

Members
  • Публикации

    254
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя vetendash1

  1. vetendash1

    Assosiasiya

    boşluq. zəhmət olmasa, tələbəlik mövzusundakı qeydimi oxuyardın. fikrini bilmek isterdim. bu Prikolistka ilk gündən mənlə höcətləşir.
  2. Qardaşım, səni B.Ə.Ə.-dəki uğurun gözəldir. Elə azərbaycanlılar da var ki, gedir xaricə, elə bir p.. törədir ki, həmin ölkənin diqqətini mənfi mənada Azərbaycana yönəldir.
  3. Sevdiyini unudursansa sevməmisən, xoşbəxt anı unudursansa həmin anda təzad var, özünə qarşı edilən pisliyi unutmaq ağılsızlıq, başqasının etdiyi yaxşılığı unutmaq haram, öz yaxşılığını unutmaq kişilikdir.
  4. Rejim var gözü görənləri qızıla tutur, onları qabağa çəkir, başçı edir. Bununla da vətənini çiçəkləndirir. Rejim də var, gözü görənlərin gözünü çıxarır, çünki, həmin adam rejimə sərf etməyən şeyləri görür. Azərbaycanı korlar ölkəsi adlandırsaq, onu deyə bilərəmki, bu ölkədə gözü görən bədbəxtdir, ancaq o vaxt nisbi xoşbəxtlik t. bilər ki, lal olsun, gördüklərini deyə bilməsin, beləcə kor olmaqdan qurtular. Amma xoşbəxtlik mövhumu da nisbi anlayışdır. Şərəfli insan korlar ölkəsində yaşayır və görürsə, gördüklərini deyir, gördüyü əyriliklər düzəlmirsə, növbəti dəfə daha sərt deyir, yenə düzəlmirsə əməli işə keçir. Bax onda döyülür, tutulur, şərlənir. Yenə susmur... Onun nicatı yalnız ölümdədir.
  5. Parad həm də güc nümayişidir. Əgər nümayiş olunacaq qeder güclüyükse, niye torpaqlar işğaldadır? Ordu güclüdürsə qarşı tərəf üçün sülh arzuolunan olmalıdır. Əks halda müharibə olmalıdır. Bunların heç biri yoxdursa deməli parad mənasızdır.
  6. Fikir vermisinizsə təbliğat-təşviqat lövhələrində ancaq İlham Əliyevin şəkilləri var. O birilərinin .... çatmır şəkillərini onun şəklinin yanında vurmağa. Budur Azərbaycan reallığı.
  7. Narahat olmağa dəyməz. Bu il müxalifət seçkilərə getmir( müxtidar gedirha, müxalifət getmir). Ona görə də nə əzilən olacaq, nə də burnu qanayan. Çünki,bu il uğrunda "burun qanayası" ideya yoxdur.
  8. Hərdən fikirləşirəm ki, bizdə çox şey yoxdur, get-gəl də olmasında. Niyə bizdə ancaq camaata sərf edən şeylər olmur, ziyanlı şeylər isə.... Maaaaşallah.... say say bitməz...
  9. Bu məsələyə 2 prizmadan yanaşmaq olar. 1) Düzünü demək bəzən itkilər tələb edir. Kimsə digərlərinin deyə bilmədiyini dediyinə görə həmin insanlar tərəfindən dəli adlandırılır. 2) Düz söz bəzən çoxlarına sərf etmir. Düz danışanı dəli adlandırmaqla onun fikirlərinə ciddi yanaşılmamasına çalışırlar. P.S. Dəli anlayışı səhv anlayışdır. Ruhi xəstə demək lazımdır. İşimlə əlaqədar bu sözün yanlış olduğuna əmin olmuşam. Əksər ruhi xəstələr, onlara dəli deyilməsini qəbul etmir, aqressiya göstərir, həkimə və ona kömək etmək istəyənlərə etimadını itirir. O ki qaldı korlar ölkəsinə.... Azərbaycanı belə adlandırmaq olmaz. Azərbaycan - görə-görə özünü görməməzliyə vuranlar ölkəsidir. Buranın alimi həqiqəti vizual olaraq görür, amma fakt olaraq boynuna almır.(Təbii ki, bu, bütün alimlərimizə şamil edilə bilməz).
  10. vetendash1

    Telebelik

    Söhbət tələbəliyin təkcə elmi tərəfindən getmir. Ümumiyyətlə tələbəlik yaxşı şeydir. Qardaş, ixtisasın nədir?
  11. vetendash1

    Telebelik

    Tələbəlik gözəldir...
  12. Azərbaycan reallığında əsl kişi ailəsini saxlamaq üçün hər iyrənc yola gedən, özündən yuxaridakilara yaltaqlanan, rüşvət alan, aldığı rüşvətə ailəsinə nə isə bahalı bir şey alan, dostuna xəyanət hesabına da olsa irəli gedənlərə deyirlər. Hamıya aid olmasa da, cəmiyyətimizi ümumi formada xarakterizə etsək, görərik ki, bu belədir.
  13. Onu bilirəm ki, oxumaqla almaq tamamilə mümkündür. Düzdür, mən oxuyub almamışam, amma bu cür alan tanışlarım çoxdur. Sadəcə biraz get-gələ düşürsən,vəssalam.
  14. vetendash1

    Gündəlik

    Bu gün yuxulu gün oldu. Mühazirələrdə yatırdım. Elə seminarda da. Yaxşı ki çay var.
×
×
  • Создать...