Перейти к содержимому

SEYRCI

Members
  • Публикации

    113
  • Зарегистрирован

  • Посещение

Contact Methods

  • MSN
    seyrci_new@hotmail.com

Profile Information

  • Пол
    Male
  • Location
    Azerbaycan!

Посетители профиля

5375 просмотров профиля

SEYRCI's Achievements

0

Репутация

  1. Deymez, xosdur... Xalq mahnilari milli servetimizdir, onlari HAMIMIZ ezber bilmeliyik...
  2. Ay qız heyranın ollam Bağa girdim üzümə, tikan batdı dizimə, Əyildim çixartmağa, yar sataşdi gözümə. Ay qiz, heyranin ollam, Ay qiz, ceyranin ollam, Gələrsən, qadan allam, Gedərsən, yola sallam. Su atdım, yara dəydi, əlim divara dəydi, Dilim-ağzım qurusun, nə dedim yara dəydi. Bənövşə deyiləm mən, yel vura əyiləm mən, Mənə bivəfa demə, vəfasiz deyiləm mən. Oğlan, heyranın ollam, Oğlan, qurbanin ollam, Gələrsən, qadan allam, Gedərsən, yola sallam.
  3. Gilənar Gözüm gördü, könlüm sənə vuruldu, Ay balam, vuruldu, Isbatı qəlbimin yarasindadir, Sevmək eyib deyil bizim zamanda, Günah gəzlerinin qarasındadiı, O taylısan, bu taylısan, Şirvanlısan, Goyçəlisən, Qarabağlısan, bizim ellisən, şirin dillisən, A sonam, sonam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, Səni mən sevirəm. Sevməyə bilərmi bülbül çəməni, A balam çəməni, Laləni, nərgizi həm yasəməni, O taylisan, bu taylisan, Incəbellisən, qaratellisən, Dərdin alim, ağrin alim, Gilənar, Sona yar, ay taza yar, A zalim, a zalim, ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, A sonam, sonam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, Səni mən sevirəm. Mugamat Nuri-didəm, sənə qurbandır bu canim, bəri gəl Bir qədər asta yeri sərvi-rəvanim, bəri gəl Sən kimi incə gülün bülbülü, şeydası mənəm, Yayılıb gülşənə ahu-fəğanım, bəri gəl, Nə qədər dözməliyəm, söylə görüm, hicri-qəmə, Qalmayıb ində mənim səbrü-qərarım, bəri gəl, Bikəsəm, halim sorsan şad olaram, Çünki varımdır sənə sirri-gümanım, bəri gəl… Istəsən alovla, istəsən söndür, A balam gəl öldür, Qəlbim odla suyun arasındadır, O taylisan, bu taylisan, Səni yanasan, bir dənəsən, Ay balam, ay balam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, A sonam, sonam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, Gilənar, qadan alım, səni mən sevirəm.
  4. Ahu gözü gördüm Ahu gözünü gördüm, Ahulər arasında, Durmuş o mələksima, Məhrulər arasında. Ey bad-səba, açma keysuyi təri-zülfün, Könlüm quşu əyləşmiş keysulər arasında. Səhrayi-Xütən müşkin, Sevməz dili-divanə, Duydum sənin öz ətrin, Tərmulər arasinda...
  5. Dilbərim Dilbərə göndərdim məktubu əlvan, Ustunə yazdırdım “Mən sənə qurban!” Dilbərim, dilbərim, xallı dilbərim, Gözəllər içində nazlı dilbərim. Dilbərə dedim ki gələrsən bizə, Sürməni çəkərsən o xumar gözə, Dilbərim, dilbərim, xallı dilbərim, Gözəllər içində xallı dilbərim.
  6. Ay dili-dili Evlərinin dalı mərmər qayasi, Ay dili-dili, dili-dili, dilavər, Əcəb qoxur qızılgülün butasi, Ay dili-dili, dili-dili, dilavər, Mənim yarım körpə ceyran balasi, Ay dili-dili, dili-dili, dilavər. Ay dili-dili, ay dili-dili, dili-dilidi, Ay dili-dili, ay dili-dili, dilavər. Evlərinin dalı güldür-çiçəkdir, Ay dili-dili, dili-dili, dilavər, Güllərin yarpagı ləcək-ləçəkdir, Ay dili-dili, dili-dili, dilavər, Bu gün bağçamıza yar gələcəkdir, Ay dili-dili, dili-dili, dilavər.
  7. Balabacı Həştərxana gedən gəmim gəlmədi, Üstü dolu tirmə-gəbəm gəlmədi, Yarımı gözlədim, neyçün gəlmədi? Ay ölləm, ölləm, yarımı görməsəm, Saralıb-sollam, yarımı görməsəm, Balabacı, Balabacı, Balabacı, bacı, Yarın gəlməyidir dərdim elacı... Yarıma demişəm mənə saz alsin, Sazı çalib dərdü-qəmim azalsın, Məgər mən ölmüsəm yarım qiz alsın? Simavər almişam, silənim yoxdur, Bir dərdə düşmüşəm, bilənim yoxdur, Gedənim gedibdir, gələnim yoxdur....
  8. Nə bağ bildi, nə də bağban Səhər-səhər bağa girdim, Nə bağ bildi, nə də bağban, Əl uzadıb bir gül dərdim, Nə bağ bildi, nə də bağban, Nə bağ bildi, nə də bağban. Bağın bərəsindən aşdım, Süsən-sünbülə dolaşdım, Oynadım, güldüm, danışdım, Nə bağ bildi, nə də bağban, Nə bağ bildi, nə də bağban. Dedim “bu bağ əcəb yerdi”, Çiçəkləri təzə-tərdi, Yarım mənə busə verdi, Nə baə bildi, nə də bağban, Nə bağ bildi, nə də bağban.
  9. Dilbərim Bağa girmərəm sənsiz, Gülü dərmərəm sənsiz, Bağda quzu mələsə, Bil ki o mənəm sənsiz. Dilbərim, dilbərim, Gəl, gəl ahu balası, Uca dağlar arası... Qızılgül oymaq-oymaq, Olurmu yardan doymaq? Yardan doydum deyənin Gərəkdir dilin oymaq... Xalq mahnısı hesab olunur, amma mahnını korifey sənətkarımız Xan Şuşinski bəstələyib...
  10. Sarıköynək Cilvələnib nə qarşımda durubsan, Özüm sənə qurban, ay Sarıköynək, Canim sənə qurban, ay Sarıköynək, Mələksən, çixmısan cənnət bağından, Heç kəs olmaz sənə tay, ay Sarıköynək, Özüm sənə qurban, ay Sarıköynək, Balam, balam, ay balam, quzu balam, ay balam, Balam, balam, ay balam, ceyran balam, ay balam. Doymaq olmur işvəsindən, nazından, Fərə-kəklik kimi xoş avazindan, Yel vurdu, rübəndi atdı üzündən, Elə bildim doğdu Ay, Sarıköynək, Özüm sənə qurban, ay Sarıköynək, Balam, balam, ay balam, quzu balam, ay balam, Balam, balam, ay balam, ceyran balam, ay balam. Tutidilli, sərviboylu Salatın, Yoxdur mərhəməti bu səltənətin, Göndər gəlsin Ələsgərin xələtin, Eyləmə əməyin zay, Sarıköynək, Özüm sənə qurban, ay Sarıköynək, Balam, balam, ay balam, quzu balam, ay balam, Balam, balam, ay balam, ceyran balam, ay balam.
  11. Yarım cıxdi qarşıma Mən gəlirdim, yarım çıxdi qarşıma, Ay balam, qarşıma, Səni sevdim, nələr gəldi başıma, Ay balam, başıma. Lay-lay, bala, lay-lay, Körpə bala, lay-lay, Lay-lay bala, lay-lay, Körpə quzu, lay-lay. Kəcavələr düzüm-düzüm düzüldü, Ay balam, düzüldü, Axşam düşdü, ala gözlər süzüldü, Ay balam, süzüldü.
  12. Almani atdim xarala Almani atdim xarala, Qaldi sarala-sarala, Daglarda dondum marala. A tirme koynek, ay sari cepken, Gelin, haralisan? Ozu goycek, sozu goycek, Hara maralisan? Yarin baginda uzum ”esgeri” Bagin dalinda hezin ses gelir, Sag ol gel, var ol gel, Bir bize mehman ol gel. Gelin gedek bizim baga, Here cixaq bir budaga, Vuruldum bir gul yanaga, Ay gul yanaqli, ay ag buxaqli, Gelin, haralisan? Ozu goycek, sozu goycek, Hara maralisan?
  13. Ay Tərlan Bir evdə ki sən tək gözəl olmaya, Bir evdə ki sən tək gözəl olmaya, O ev talan olub, dagıla gərək, Qadan mən allam, başına dolannam, Ay Tərlan, dur sallan, bəxtəvər mən ollam... Səhər-səhər çıxdin bulaq başına, Səhər-səhər çıxdin bulaq başına, Ətrafa gün doğdu ay gözəl mələk, Qadanı mən allam, başına dolannam, Ay Tərlan, dur sallan, bəxtəvər mən oğlan..
  14. Oyna, gülüm Durna kimi süzmərəm, Oyna gülüm, oyna. Yar dərdinə dözmərəm, Oyna gülüm, oyna. Məndən uzaq gəzsəndə, Oyna gülüm, oyna. Əlimi səndən üzmərəm, Oyna gülüm, oyna. Üzündə xalın, ay qız, Xoşdur camalın, ay qız, Öldürdü nazın məni, Nədir xəyalın, ay qüz? Oyna gülüm, oyna... Yol gədən izə gəlməz, Oyna gülüm, oyna. Ceyranın düzə gəlməz, Oyna gülüm, oyna. Gizlətmə ay üzünü, Oyna gülüm, oyna. Qoy baxım, gözə gəlməz, Oyna gülüm, oyna...
  15. Qadan alım Araz axır qiygacı, Ay qız, ay qız, ay qız, amandır, Budur gəlir cüt bacı, qadan alım, Biri mənim öz yarım, Ay qız, ay qız, ay qız, amandır, Biri başımın tacı, qadan alim. Araz axır mil ilə, Ay qız, ay qız, ay qız, amandır, Dəstə-dəstə gül ilə, qadan alım, Mən yarımı sevirəm, Ay qız, ay qız, ay qız, amandır, Şirin-şirin dil ilə, qadan alım. Arazı ayırdılar, Ay qız, ay qız, ay qız, amandır, Su ilə doyurdular, qadan alım, Mən səndən ayrılmazdım, Ay qız, ay qız, ay qız, amandır, Güc ilə ayırdılar, qadan alım.
×
×
  • Создать...