Morena23
Members-
Публикации
40 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Morena23
-
ilanın ağına da lənət qarasına da . bu atalar sözünün mənsını kim bilir. məsələn biz institutda oxuyanda bu sözü müəllimlər üçün işlədirdik . başqa kimlərə aid etmək olar bu sözü?
-
aman allah heç bir mahnının sözlərini axıra kimi bilmirəm ki birin yazım hamısın ala yarımçıq bilirəm ama birini yazacam yadıma düşəndə
-
bilmədiyim o qədər söz var ki bilmirəm hansını yazım düzü yadıma heç biri düşmür.
-
mən bir yuxunu 2 dəfə 3 dəfə görürəm . Öz-özümə fikirləşirəm ki yəqin çin olacaq bu yuxu ama olmayıb elə bir şey. bəzən də yuxu da nə etməli olduğumu görmüşəm. bir də mamanın canı sağ olsun arvad ele bil görücüdü onun yuxuları həmişə düz çıxır. mən qəbul imtahanindan sonra bir yuxu gördüm çox maraqlıydı. cavablar avqustun 8-i çıxmalıydı ama 5-i çıxdı .Mənim heç nədən xəbərim yox idi. həmin gece yuxuda gördümki yolda qalmışam avtobus gəlir keçir yanımdan saxlamır. biraz qabaqda saxlayir sinif yoldaşım başını pəncərədən çıxarıb məni çagırır .avtobusa girib özümdən başqa 4 nəfər sinif yoldaşımı orda gördüm. səhər cavablar çıxdı başını pəncərədən çıxarıb məni çağıran sinif yoldaşım səhər tezdən mənə zəng vurub muştuluqladı ki bəs girmisən təbriklər. sonra öyrəndim ki avtobusda gördüyüm uşaqların 4-ü də eyni universitetə girib yəni bir yerdə oxuduq
-
bizdə də vəziyyət pis gündədir. Əsgərlərin yarısı xəstədir qorxuram ki bizimkilər də bu əsgərlərdən nümunə götürsünlər və onlar da Ermənistana üz tutsunlar. Bir halda ki biz onlara belə qonaqpərvərlik göstəririk bir az da öz əsgərlərimizin halına yanmaq pis olmazdı
-
Nənəm elə indi də deyir ki sən ərə gedən gün cibivə daş qoyacam . Deyirəm niyə ay nənə hirsləndirsələr məni götürüb başlarına çırpmaq üçün deyir yox e. deyəcəm bu daş dinəndə sən də dinərsən. nə desələr səssiz səmirsiz
-
əslində mən bu yazını oxuyarkən bizdə atalar günü olduğunu bilməməyim haqda düşünürdüm. Gerbin üzərində Allah sözünün yazıldığını da indi öyrəndim. Təşəkkürlər Prikolistka .
-
qeyri adi arzum toyumun açıq havada yəni təbiət qoynunda olmasıdır.bu da oz elim obamda olsa lap yaxşı olardı amma erməni köpəy uşağı arzumu gözümdə qoyub. Torpaqların qayıtmasını gözləsəm evdə qalaram. Sağlıq olsun inşallah ogluma orda toy eliyərəm. hə bir də ki əkiz uşaqlarım olsun istəyirəm. Məkkəyə getmək istərdim. İnşallah hə bir də ki mən desəm sevgilim desin başüstə. olmaz sözündən zəhləm gedir.(Arzuya bax sevgilim tellərindən incəmi söylə ürəyincəmi?)
-
Həəəə bir də ki bizdə birlik yoxdu. Rusiya bir bomja görə dünyanı ayağa qaldırar amma biz nər kimi oglumuzun arxasında durmadıq . bir də ki məni qınamıyın bu millətdə milliyyətçilik axtarmıyın çünkü qanımız təmiz qan deyil hamının qarışıği var ruslarla, ermənilərlə ,ərəblərlə gürcülərlə, farslarla mən nə bilim daha başqa kimlərlə. hələ mən indi bilmişəm ki mənim neçə illik padruqamın nənəsi akazimıçka erməniymiş. hələ mən ləzgiləri avarları talışları və s.ləri demirəm .
-
Məncə Azərbaycanı azərbaycanlılar təşkil etdiyinə görə elə hər bir azərbaycanlının problemi Azərbaycanın problemidir də. Hələ üstəlik Azərbaycanın problemini elə azərbaycanlılar yaradır.
-
Mən xalq mahnılarımızı o qədər çox sevirəm ki. hətta belə bütün xalq mahnılarını bura yaza bilərəm.
-
Evimizdən bir çıxardıq hər səhər Yadlar görüb deyərdi xoşbəxtdilər Dost tanışlar bəlkə bizə gəldilər bəs nə deyim məni sənsiz gorəndə bəs nə deyim məni sənsiz görəndə deyimmi yar əhdini andını pozdu getdi əllərini əlimdən bir dəfəlik üzdü getdi.
-
Əsl kişi başı aşağı, üzüyola olmalıdı. Bax o zaman bütün qadınlar onu sevər. bu bir zarafatdı . Əsl kişi qeyrətli, təmkinli, qadına hörmət edən, biraz savadlı , biraz deyib- gülən, biraz dindar, biraz müasir olmalıdır. hə bütün bu özəlliklərə sahib oub eqoist olmasa lap əla olardı.(deyəsən idealımdakı kişini təsvir elədim)
-
Gündəlik tutmaq yaxşı şey deyil. bir dəfə gündəliyim qardaşımın əlinə keçib bir dəfə də mamanın. Və axırı heç yaxşı olmayıb. ehhhhhhh nələr çəkmiş başın sənin bilinməyir yaşın sənin.
-
Bütün gecəni yatmayıb zarımışam xesteydim. səhər durub bibimgilə bayramlaşmağa getmişəm (yeri gəlmişkən bayramınız mübarək). Ordan dayım ogluna elçiliyə getmişəm ordan o biri bibimin yanına xəstəxanaya getmişəm axşam evə leş gəlmişəm. biraz google-da eşələnmişəm birazdan da yatacam inşallah.
-
Mənim bu mövzudan çox xoşum gəlir. qoy yenə yazım Sənə əjdaha lazımdı ? Nədi az ərim xoşaaaaa gəlmədi? Mənim ərim bi qelemiynen bütün kulfeti dolandırer e Bilsəydim məni tutmuyacaqlar özümü oldürərdim. Ə Aşot kvartalın axırıdı nə ölmək ölmək salmısan? (Bəyin oğurlanması)
-
mən demirəm ki heç kim oxuyan da var amma azlıq təşkil edir. ne deyirəm kaş oxuyan çox olsun. mənasız teleseriallara baxmaqdansa oxumaq məsləhətdi. Məsələn bir birimizə oxuduğumuz kitabları məsləhət görsək lap yaxşı olar.
-
bu mövzuda bircə onu deyə bilərəm ki tarix məktəblərdə və institutlarda yaxşı öyrədilmir. aşağı siniflərdə əzbərliyirdik yuxarı siniflərdə ancaq qiymət almaq üçün oxuyurduq. institutda da həmçinin. heç dərsliklərimizi də bəyənmirdim indi bilmirəm amma biz oxuyanda bir denə türk dövlətinin tarixini keçmirdik. tarixi zəif bilirəm ama raoyonlarımızın işğal tarixlərini əzbər bilirəm.bizdə Avropa tarixi daha çox oyrədilir nəinki öz tariximiz.
-
unudulmayan insan yoxdu. yoxsa adam qazanbaş olar. elə şey olar . əgər kimsə kimisə unutmuyubsa bu o demək deyil ki həmin adam unudulmazdır sadəcə insan süni surətdə yaddaşını işə salir və həmin adamı xatırlayır vəssalam. və o anda da fikri başqa tərəfə yönəltmək mümkündür. ona qalsa mənim indiyə kimi nə qədər refiqəm olub ama indi hech ev nəmrələrini belə xatırlamıram. sevgili də onun kimi. təzəsi tapılana qədərdi sonra hamı avtomatik yaddan çıxır. unudulmuşam da unutmuşam da həm də heç vaxt unutmaram deyə-deyə. ən azından 80 yaşında mütləq unudursan təbii olaraq.
-
sınamayaq çünki bunun mənası yoxdu. məni bir dəfə sınayıblar nəticəsi ürəkaçan olmadı . və mən başladım qışqır bağır salmağa ki utanmırsan məni yoxluyursan necə deyərlər qabaqdan gəlmişdik elədim. və hər şey mənim xeyrimə qurtardı. amma doğurdan yeri yoxdu kimisə sınamagın çunki nəticədə əziyyət çəkən sən özün olursan. nə bilimək olar həmin adamın sınaqdan necə çıxacağını.
-
Mənim oxuduğum axırıncı kitab Amerika Facəsi (7 il bundan qabaq oxumuşam onu da) Məncə kitab oxumağa səbrimiz yoxdu.
-
Sizcə niyə heç kim kitab oxumur. oxumalı əsər yoxdu ya vaxt tapılmır. və ya başqa səbəblər varsa siz yazın buyurun.
-
Əsil qadın yaxşı ana olmalıdır. təmizkar, baxımlı, agıllı , nə istədiyini bilən, az danışan olmalıdır deyesən men ideal qadın obrazı yaratdım. hə bir də qadın hakimiyyətə gələ bilməz çünki onun kimisə idarə eləməyə vaxtı yoxdu. nəzərinizə çatdırım ki qadınların əksəriyyəti düşünmədən hərəkət edirlər. indi təsəvvür eliyin də bir ölkəni ki düşünməyən və yaxud da fikirləşməyə vaxt tapmayan bir varlıq idarə etsə nələr olar
-
Deyirlər ağlı ilə hərəkət edən Allaha hissləriylə hərəkət edən şeytana qulluq etmiş olur. hiss insanı aldada bilər ama ağıl yox. İnsan ömrü boyu ağlı və hissləri arasında qalır. Məntiqin güc gəldiyi anlar var hisslərin güc gəldiyi anlar var hansı ilə hərəkət etməyin vacib deyil əsas odur ki axırda peşman olmuyasan.
