Ø İnsanın yoluxduğunu necə təyin etmək olar?
Xəstəlik zahiri əlamətlərsiz keçə bilər. HIV-ə yoluxmuş şəxslər özlərini sağlam hiss edə və yoluxduqlarını bilməyə bilərlər. Yoluxmadan bir neçə həftə sonra bəzi şəxslərdə qripə bənzər əlamətlər, badamcıqların şişməsi və ya səpkilər müşahidə edilə bilər. Yoluxmanın dəqiq təyin edilməsi qanın analizi ilə həyata keçirilir. Hazırda yoluxmanı təyin etmək üçün immunoferment metodundan istifadə edilir.
Adi HIV testi bu yoluxma anında orqanizmdə virusun olduğunu göstərməyəcək. HIV immun sistemi zəiflətməyə başlayır. Bu müddət orqanizmi nisbətən sağlam olanlarda, psixoloji durumu güclü olanlarda və daha yaxşı qidalananlarda illərlə davam edə bilər. İmmun sistemin zəifləməsi nəticəsində orqanizmin digər infeksiyalara qarşı mübarizə qabiliyyəti aşağı düşür. HIV infeksiyası xərçəngin inkişafına da yol aça bilər.