Перейти к содержимому
Конкурс ЕДА и КОФЕ! Ждем фотки

selimhanov

Members
  • Публикации

    4
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя selimhanov

  1. PRİKOLİSTKA, çox şadam ki, postlar sizi sevindirir. Bəli, bu gülməlidir, həm də ağlamalı, mənim üçün öz ana dilimdə fikirimi çatdırmaq bu qədər çətin olduğuna kədərlənirəm. Çox sağolun ki, öz variantlarınızı dediniz, amma bir məsələ var ki, "Mən hardan bilim, nə vaxt yoldaşım uşağa qala bilər?" cümləsi tam düzgün fikiri çatdırmır. Birincisi, müasir dünyamızda insanlar uşağı məhs yoldaşı ilə düzəltməyə də bilərlər, ikincisi isə, nə vaxt uşağa qala bilər yox, nə vaxt uşaq mayalandırmaq lazım olduğu məsələsi müzakirə olunur, nə vaxt qadının hamilə qala biləcəyi yox. Amma bu sizə yenə güldürəcəksə, bəlkə bu cümlənin müzakirəsini bağlamağa dəyər. Müzakirə üçün başqa söz isə "Благочестие"-dir. Polyglot proqramında bu sözün qarşılığı olaraq "dindarlıq", "möminlik", "zahidlik" sözləri verilir. Amma yenə də bu sözlərin heç birinin tam "Благочестие" sözünün mənasını verdiyinə əmin deyiləm. Məsələn bu cümlədə, "Это зависит от того, насколько Вы были благочестивы в своей жизни" - "Bu sizin, həyatda nə dərəcədə (mömin, dindar, zahid) olduğunuzdan asılıdır." Bəlkə sizin hansısa variantlarınız var?
  2. strANger_04, söhbətimizə qatıldığınıza çox şadam. Məncə "Hamiləliyə qərar vermək" də heç də pis variant deyil. Məni hələ çox müzakirə ediləcək məsələlər maraqlandırır ona görə də hamımızın iştirakına ümidim var ) Məsələn, "физик-ядерщик" sözünün tərcüməsi üçün kimin hansı təklifləri var?
  3. Çox sağolun, PRİKOLİSTKA, məsləhətinizə görə. Siz dediniyiz variantları da fikirləşdim, amma elə hiss yaranır ki, həmən mənanı bu sözlərin köməyi ilə vermək olmur. Məsələn, bu cümlədə "Как я могу знать, когда мне зачать ребенка?" - "Mən nə vaxt mayalandırmaq lazım olduğunu hardan bilə bilərəm?" ya da "Mən nə vaxt uşaq mayalandırmaq lazım olduğunu hardan bilə bilərəm?" (onu da qeyd eləyim ki, bu cümləni kişi söyləyir). "Uşağa qalmaq" isə, gördüyünüz kimi, bura uyğun gəlmir. Bir çox hallarda, gülünc səslənə bilsə də, mən "зачать ребенка" sözünü azərbaycan dilində tərcüməsi kimi "hamiləlik dövrünə başlamaq" sözlərini işlətdim. Bilmirəm, bu nə qədər oxucular tərəfindən qəbul olunacaq. Bilmirəm nəyəsə görə çox sözlərin azərbaycan dilində tərcümələri heç adamın dilinə yatmır. Bəlkə bu ona görədir ki, biz onları az istifadə eləyirik?! Bir də söz düşmüşkən, soruşmaq istəyərdim, "энтузиазм" sözünün azərbaycanca qarşılığı "entuziazm" yoxdur mu məgər? Polyglot-da "entuziazm" sözündən başqa hər şey yazıblar: "ruh yüksəkliyi" və s. Amma yenə də "entuziazm" sözü ilə "ruh yüksəkliyi" arasında fərq hiss olunur hardasa. Bilmirəm, bəlkə bu ancaq mənim fikirimcədir. Sizin fikirinizi bilmək pis olmazdı. P.S. "Uşaq mayalandırmaq" söz birləşməsini yəgin ki, ən düzgün variant kimi qəbul etməli olacam.
  4. Salamlar! Bir kitabın rus dilindən azərbaycan dilinə tərcüməsi ilə məşqulam. Ancaq bu işin bu qədər çətin olacağını təsəvvür eləyə bilməzdim. Google-da axtarış edərkən Bakılılar.Az forumunun bu bölməsini tapdım. Keçirəm əsas mətləbə: rusça"зачать ребенка" sözünün tərcüməsi üçün hansı təklifləriniz var? Onu da deyim ki, Polyglot proqramında istifadə edirəm, amma çox məsələlərdə bu proqramın köməyi kifayyət etmir. Əgər kimsə Polyglot-dan başqa elektron lüğəti təklif eləyə bilərsə, minnətdar olaram.
×
×
  • Создать...