Xanım, məncə Siz ikinci cavabı yazanda tələsmisiniz. Axı bu gün qiyməti 6 qəpik olan 50 kontura görə saytı yaradanların zəhmətini bu cür qiymətləndirmək doğru deyil. Razılaşaq ki, Azərbaycan məktəbliləri üçün internetdə və doğma dilimizdə bu proyektin analoqu yoxdur. Bu sayta daxil olan şagird sırf dərslə məşgul olur. Və bir də ki, razılaşın ki, əksər məktəblilərimiz gün ərzində vaxtının bir hissəsini (özü də konturlar sərf etməklə) telefonda çatlaşmaqla keçirir. Bu konturların bir qədərini və VAXTININ bir hissəsini təhsilə sərf etməyin nə ziyanı var?...