Ər-Rəhman və ər-Rəhim Allahın adı ilə.
Abu Hureyra, siz, alimlərin sözləri ilə oynamayın. Birincisi, İslamda olan bu qabil dəlillər, üsulda "hukmul-xitab" adlanır. Məsələn: Əgər. Uca Allah və ya peyğəmbər və ya hər hansı bir alim deyirsə ki: "Kim filan əməli etsə, o kafirdır" bu mütləq küfürdür və sələfilər, bu dəlillərlə həmin əməli edən şəxsləri, onlardan hüccət qalxmadıqca – yəni, təkfir edilməsi üçün, şərtlər dolmamışsa və maneələr götürülməmişsə, heç kimi təkfir etməmişlər.
Nə üçün?
Çünki, iman və ya küfür və ya nifaq ilə əlaqəli olan məsələlər vəd və vəid məsələlərindəndir. Bu səbəbdən də, mütləq dəlil ilə hüccət qaldırılmadan öncə, heç kimi təkfir etmək olmaz. Bu, sələfin əqidəsi deyil, xəvariclərin əqidəsidir. Niyə, başa düşmürsüz?
Qamət buna görə deyir ki, o şəxs asidir və bu sələfin əqidəsidir.
Həm də siz, həmin alimlərin təkfir etməyin qaydaları barədə dediklərini də oxuyun da. Çünki, bir məsələdə istidlal edərkən, o məsələ ilə əlaqəli bütün dəlilləri cəm etmək lazımdır ki, düzgün hökmə nail olaq. Əks, halda hökmdə isabət etmərik, ən azından, xəta edərik.
Bir də ki, sən elm tələbələrinin dediklərində qüsur aramağdansa, öz əməlinə bax. Çünki, bu mö`minin sifətlərindəndir.