Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Səlahəddin

Members
  • Публикации

    8
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Səlahəddin

  1. Subhanəllah! Həmin saytdan ssılka verməyimin səbəbi, sizin kitablara ulaşmaq imkanının çox çətin olmasındandır. Amma, ərşin hakimiyyət sözü ilə əvəz edilməsini isə başa düşmədim. Necə, yəni, hakimiyyət? Əgər, Bununla, ərşi hakimiyyəti altına alması qəsd edilirsə, onda belə çıxır ki, ərşə, istiva etməzdən qabaq, uca Allah ərşi hakimiyyəti altına almamışdı. Yoxsa, necə? Bu isə, Uca Allahın sifətinə naqislik verməkdir ki, bu da qadağandır.
  2. Elməddin! Sən, bu səhifəyə qoyduğun materiallarla öz elmsizliyini isbat edirsən. Sənin bura qoyduqların Qur`anın qiraətlərindəki fərqləri ifadə edir. Bunların təhrifə heç bir aidiyyatı yoxdur. Mən yenə də yazıram ki, əhli sünnə Qur`anın tam və dəyişilməz olmasında icma etmişdir. Buna görə də, sənin bura qoyduqların hamısı cəfəngiyatdır. Amma, sizin –şiə alimləri isə, həqiqətən də Qur`anın təhrif edildiyini və dəyişdirildiyində icma etmişlər. Necə ki, bunu, bəzi alimləriniz qeyd edirlər. Mənim bura qıyduğum yazıları nə üçünsə, pozublar. Heç nə olmaz. Mən bir də yazaram. Savadsız, məndən o rəvayətlərin ssılkalarını istəmişdi. Hələ hamısını tapmasam da, İnşaallah, tapmadıqlarımı da tapıb bura qoyacağam. Şiə alimlərindən Quranın təhrif olunmasını deyən alimlər. 1 – Muhəmməd bin Nu`man, əl-Mufid ləqəbi ilə məşhurdur: قال المفيد : أقول: " إن الأخبار قد جاءت مستفيضة عن أئمة الهدى من آل النبي صلى الله عليه وآله وسلم باختلاف القرآن وما أحدثه بعضهم فيه من الحذف والنقصان " . "أوائل المقالات" (ص 93). Əl-Mufid demişdir: "Deyirəm ki: "Şübhəsiz ki, peyğəmbərin (sas) əhli beytindən olan hidayət imamlarından gələn yayğın xəbərlərə görə, Quranda ixtilaf vardır və bəziləri ordan nələri isə, ixtisar və naqis etmişlər". (Əl-Mufid "Əvəilul-məqalat" (Səh. 93). http://www.al-shia.org/html/ara/books/lib-...maqalat/a03.htm
  3. Əl-Fəth! Sənin 106 saylı soobşeniyedə yazdıqların çox gülməlidir. Birincisi, dünyanın yumru və bir tərəfində gecə və bir tərəfində gündüz olmasının məsələyə nə dəxli var ki? Açıq-aydın görsənir ki, siz hər şeyi ağlınızla ölçürsüz. Bu isə bu məsələdə ümumiyyətlə yersizdir. Bir də ki, burda söhbət axı, hər hansı bir məxluqun yox, uca Allahın dünya səmasına qədər enməsindən söhbət gedir. Uca Allah isə nə istəyər, onu da edər. İkincisi isə, mən axı yazmışdım ki, bu məsələ barədə rəvayətlər sizin də kitablarda var. Hatta, nəinki var, sizin bəzi alimləriniz Allahın dünya səmasına qədər enməsi barədə rəvayətlərin mütəvatir səviyyəsinə çatdığını qeyd etmişdir. Nə isə. Keçək rəvayətlərə. Şiə məzhəbinin kitablarında uca Allahın səmada olmasına və gecənin üçdə birində dünya səmasının birinci qatına qədər nazil olması barədə dəlillər. Ər-Rəhman, ər-Rəhim Allahın adı ilə. أخرج الصدوق في توحيده في حديث احتجاج الصادق على الثنوية والزناقة بإسناده عن هشام بن الحكم في حديث الزنديق الذي أتى أبا عبدالله (ع) - قال : "سأله عن قوله: { الرحمن على العرش استوى } قال أبو عبدالله (ع): بذلك وصف نفسه ، وكذلك هو مستول على العرش بائن من خلقه من غير أن يكون العرش حاملاً له ، و لا أن يكون العرش حاوياً له ، ولا أن العرش محتاز له ، ولكنّا نقول: هوحامل العرش ، وممسك العرش ، ونقول من ذلك ما قال: { وسع كرسيه السموات والأرض } فثبتنا من العرش والكرسي ما ثبته ، ونفينا أن يكون العرش أو الكرسي حاوياً له وأن يكون - عز وجل -إلى مكان أو إلى شيئ مما خلق بل خلقه محتاجون إليه . قال السائل : فما الفرق بين أن ترفعوا أيديكم إلى السماء وبين أن تخفضوها نحو الأرض ؟ قال أبو عبدالله (ع): ذلك في علمه وإحاطته وقدرته سواء ، ولكنه - عز وجل - أمر أولياءه وعباده برفع أيديهم إلى السماء نحو العرش لأنه جعله معدن الرزق فثبتنا ما ثبته القرآن والأخبار عن الرسول - صلى الله عليه وسلم - حين قال: ارفعوا أيديكم إلى الله - عز وجل - وهذا يجمع عليه فرق الأمة كله . قال السائل : فتقول: أنه ينزل إلى السماء الدنيا؟ قال أبوعبدالله (ع): نقول : ذلك لأن الرويات قد صحت به والأخبار ، قال السائل : فاذا نزل أليس قد حال عن العرش وحووله عن العرش صفة حدثت، قال أبوعبدالله (ع) ليس ذلك منه ما على يوجد من االمخلوقين الذي تنتقل باختلاف الحال عليه والملالة والسأمة وناقلة ينقله ويحوله من حال الى حال بل هو تبارك وتعالى لا يحدث عليه الحال ولا يجري عليه الحدوث فلا يكون نزوله كنزول المخلوق الذي متى تنحى عن مكان الى مكان خلا منه المكان الأول ، ولكنه ينزل إلى السماء الدنيا بغير معاناة وحركة فيكون كما هو في السماء السابعة على العرش كذلك هو في السماء الدنيا ، إنما يكشف عن عظمته ويرى أولياءه نفسه". (التوحيد للصدوق ص 248 وفي النسخة المتداولة لا توجد العبارة الأخيرة وهي قول السائل " ينزل الى السماء الدنيا ؟ قال أبوعبدالله (ع) : نقول : ذلك لأن الرويات قد صحت به والأخبار .." ، و أثبتها المجلسي في بحاره 3/331 من كتاب التوحيد باب 14). Əs-Saduq özünün "ət-Tövhid" kitabında Cəfər əs-Sadiqin münafiq və zındıqların üzərinə ihticac etdiyi bir hədisdə, isnadı Hişam bin Həkəmdən rəvayət edilən hədisdə bir zındıqın Əbu Abdullaya (Cəfər əs-Sadiqə) ünvanladığı sual olan hədisdə: "Uca Allahın: "Ər-Rahman ərşin üzərinə istiva etdi" ayəsi barədə sualına Abu Abdulla cavab verərək demişdir: "Uca Allah bu cürə özünü vəsf etmişdir. Həmçinin, ərş Onu daşımaz, məxluqatdan yüksəkdə, ərşin üzərinə istiva etmişdir və ərş Onun üçün, doldurucu (tam əhatə edən) deyildir və ərş Onu əhatə etməz. Lakin, biz deyirik: "O, ərşin daşıyıcısıdır və ərşi tutandır. Biz də, Onun dediyini deyirik: "Onun kürsüsü göyləri və yeri əhatə edir" (Əl-Bəqarə surəsi, 255). Ərş və kürsüdən Onun sabit etdiyini, biz də sabit edirik və ərş və ya kürsüdən Onun doldurucu (tam əhatə edən) olmasını biz də rədd edirik. Əziz və Cəlil olan Allah özünün xəlq etdiyi məkana və ya şeyə yönəlmiş olur ki, xəlq etdiklərinin hamısı Ona möhtacdır. Sual edən soruşdu ki: "Əllərinizi səmaya qaldırmaqla, ovuclarınızı yerə tərəf tutmaq arasında nə fərq var ki?". Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: "Bu, Onun (Allahın) elmində, əhatəsi altında və qüdrətində bərabərdir (yəni, heç bir fərq yoxdur). Lakin, Əziz və Cəlil olan Allah öz övliyalarına (vəlilərinə, dostlarına) və qullarına əllərini səmaya tərəf - ərş istəqamətinə qaldırmağı əmr etmişdir. Çünki, O (Allah) bunu, ruzinin mədəni (mənbəsi) etmişdir. Biz, bununla, Qur`anda və peyğəmbərdən (sas) gələn xəbərlərdə sabit olanları isbat edirik. Necə ki, peyğəmbər (sas) demişdir: "Əllərinizi Əziz və Cəlil Allaha tərəf qaldırın. Bunun üzərində ümmətin bütün firqələri (məzhəbləri) icma etmişlər". Soruşan sual edərək dedi: "Sən: "Onun (Allahın) dünya səmasına endiyinimi?" deyirsən. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: Biz deyirik ki: "Bu barədə gələn rəvayətlər və xəbərlər səhihdir". Bunun üzərinə, soruşan sual edərək dedi: "Əgər, O (Allah dünya səmasına) nazil olursa, məgər, ərşdən ayrılmırmı və Onun ərşdən ayrılması f`eli sifət deyilmi?". Bunun üzərinə, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: "Onun (Allahın) xəlq etdiyi məxluqlarında olan, bir yerdən bir yerə gedərkən, halın dəyişməsi, yorğunluq, kədərlənmək və bir yerdən başqa bir yerə getmək və bir haldan, başqa bir hala keçmək Ondan (Allahdan) deyildir. Çünki, O (Allah), təbarəkə və təaladır və Onda, heç bir hal dəyişikliyi baş verməz və Ona heç bir şey olmaz. Onun (dünya səmasına) nazil olması (enməsi) məxluqun nazil olması kimi deyildir. Hansı ki, bir məkandan başqa bir məkana gedərkən, əvvəlki məkan ondan boşalır (yəni, o, artıq, həmin məkanda olmur). Lakin, Onun (Allahın) dünya səmasına nazil olması, yerdəyişmə və hərəkət ilə deyildir. Necə ki, O (Allah), ərşin üzərində səmanın yeddinci qatında olarkən, həmçinin, dünya səmasında da olur. O (Allah) yalnız, əzəmətindən kəşf (aşkar) edilir, özü istədiyi kimi, övliyalarını (vəlilərini, dostlarını) görür və qüdrətindən istədiyinə kəşf edir (verir). Onun (Allahın) nəzəri həm yaxında olan və həm də uzaqda olan üçün, bərabərdir". (Əs-Saduq "Ət-Tövhid" (Səh. 248). Çap edilmiş nüsxədə, soruşanın axırıncı sorusu yoxdur. Bu: "... O (Allah), dünya səmasına nazil olur?". Bunun üzərinə, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) deyir: "Biz deyirik ki: "Bu barədə gələn rəvayətlər və xəbərlər səhihdir ..." hissəsidir. Biz, bunu, Muhəmməd Baqir əl-Məclisinin "Biharul-ənvər" kitabından (3\səh. 331) "kitabut-tövhid" 14-üncü babdan (fəsildən) təsbit etdik). http://11emam.com/vb/showthread.php?t=12563 و أخرج الكليني في كافيه من كتاب التوحيد بإسناده عن محمد بن عيسى قال: " كتبت الى أبي الحسن على بن محمد (ع): ياسيدي قد روي لنا أن الله في موضع دون موضع على العرش استوى ، وأنه ينزل كل ليلة في النصف الأخير من الليل إلى السماء الدنيا ، وروي أنه ينزل عشية عرفة ثم يرجع إلى موضعه ، فقال بعض مواليك في ذلك: إذا كان في موضع دون موضع ، فقد يلاقيه الهواء ،ويتكيف عليه والهواء جسم رقيق يتكيف على كل شيئ بقدره ، فكيف يتكيف عليه جل ثناؤه على هذا المثال ؟ فوقع (ع): علم ذلك عنده وهو المقدر له بما هو أحسن تقديرا وأعلم أنه إذا كان في السماء الدنيا فهو كما هو على العرش الأشياء كلها له سواء علما وقدرة وملكا وإحاطه ". ("الأصول من الكافي" 1/ 126 كتاب التوحيد باب الحركة والانتقال ح 4( . Əl-Kuleyni özünün "əl-Kafi" kitabının "tövhid kitabı"-nda isnadı Muhəmməd bin İsadan olan rəvayətdə demişdir: "Əbul-Həsən Əli bin Muhəmmədə (əs) (bir yazı) yazdım ki: "Ey seyyidim! (burada) bizə rəvayət edirlər ki, bəs, Allah bir yerdə olmaq və başqa bir yerdə olmamaqla ərşin üzərinə, istiva etmişdir və O (Allah), hər gecənin axırıncı yarısında dünya səmasına nazil olur. Rəvayət edilir ki, O (Allah) ərəfə gününün gecəsi (səmadan) nazil olur və sonra da, öz yerinə qayıdır. Bunda, bəzi (elmə) malik olanlar deyirlər ki: "Əgər, O (Allah), bir yerdə olub, başqa bir yerdə olmadığı zaman, artıq, havaya qarışır. Hava yüngül cismdir və Onun (Allahın havaya) qarışması, Onun qədəri ilə hər şeyin ona qarışmasıdır. Bu misala görə, onlar Cəlil və səna sahibi olan Allah necə qarışır?". Buna cavab olaraq, Əbul-Həsən Əli bin Muhəmməd (əs) dedi: "Bunun elmi, Onun (Allahın) nəzdindədir. O, bunun qədərini təyin etmiş və O, nə qədər də qədəri gözəl təyin edəndir. Bil ki, O (Allah), dünya səmasında olduğu zaman, O (Allah) ərşin üzərində olduğu kimidir. Hər şey Onun üçün, -- həm elm olaraq, həm qüdrət olaraq, həm mülk olaraq və həm də, əhatə etmək olaraq bərabərdir". (Əl-Kuleyni "Usul min əl-Kafi" "Kitabut-tövhid", "Babul-hərəkəti vəl-intiqal" 4-üncü hədis (1\səh. 126). http://iraqeana.com/book/islamic/kafi1/htm...-kafi-1/45.html قال مصحح ومعلق الكافي السيد علي أكبر الغفاري في تعليقه على هذا الحديث ما نصه : " قوله (ع): علم ذلك عنده أي علم كيفية نزوله عنده سبحانه وليس عليكم معرفة ذلك ". (حاشية الأصول من الكافي 1/126). "Əl-Kafi" kitabını təshis edən və qısa şərh edən əs-Seyyid Əli Əkbər əl-Ğifari bu hədis barədə yazdığı qısa şərhdə demişdir ki: " Əbul-Həsən Əli bin Muhəmmədin (əs) sözü: "Bunun elmi, Onun (Allahın) nəzdindədir". Yəni, Onun (Allahın) nazil olmasının keyfiyyəti uca Allahın nəzdindədir və siz bunu bilə bilməzsiniz". ("Haşiyətul-usuli minəl-kafi" (1\səh. 126). Davamı olacaq ...
  4. Əl-Fəth! Sənin ora qoyduğun səhifə mənim yazıma cavab deyil. Məgər, mənim yazdığım ayələrlə, şeyx İbni Useyminin dedikləri arasında fərq varmı? Orada, deyilir ki, uca Allah gecənin son üçdə birində dünya səmasına qədər nazil olur. Bax, deyir ki, nazil olur. Bunda, mənim yazdığım ayələrlə nə fərq var ki? Bir də ki, şeyx İbni Useyminin orada, əl-Buxarinin Əbu Hureyrədən rəvayət etdiyi hədisə bənzər rəvayətlər sizin də kitablarda var. Məgər, siz, onlardan bixəbərsiz?
  5. Savadsız! Sən, həmin ayələri diqqətlə oxu da. Onları düzgün başa düşmək üçün, heç, təfsirə ehtiyac da yoxdur. Məgər, hamı bilmir ki, peyğəmbər (sas) hara meraca gedib? Bu məsələdə ixtilaf var, ya yox? Elə isə, kimsə bizə aydınlatsın da, peyğəmbər (sas) nə üçün, meraca gedərkən, ərşin üzərinə qaldırıldı. Məgər, bu məsələdə ixtilaf var?
  6. Subhanəllah! Uca Allahın səmada - ərşdə olmasına ən sadə dəlil peyğəmbərin (sas) meracda məhz, səmaya - ərşə qaldırılmasıdır. Əgər, Allah hər yerdə olsaydı, onda peyğəmbəri yeddi qat səmaya nə üçün qaldırdı. Uca Allahın ərşdə olmasına dəlil Qir`an, səhih hədis və səhabələrin və onlardan sonra gələnlərin icmasıdır. Lakin, mən sizin üçün, dəlilləri Qur`andan gətirməklə kifayətlənəcəyəm: Uca Allah demişdir: سبح اسم ربك الأعلى} } - "Ən Uca Rəbbinin adına təriflər de!" (Əl-Əla surəsi, 1). Bu ayədəki {الأعلى} kəliməsi ərəb qramatikasında "əl-uluv" kəliməsindən yaranan ismi təfdildir. {وهو العلي العظيم} – "Və O, əl-Aliy və əl-Azimdir" (Əl-Bəqarə surəsi, 255 və əş-Şura surəsi, 4) bu ayədə də uca Allahın "uluv" (ucalıq) sifəti bəyan edilir. {وهو القاهر فوق عباده} – "Və O, qulları üzərində mütləq hakimiyyət sahibidir" (Əl-Ən`am surəsi, 18 və 61). {إنا أنزلناه في ليلة القدر} – "Şübhəsiz ki, biz onu (Qur`anı qədir gecəsi nazil etdik" (Əl-Qədr surəsi, 1). {كتاب أنزلناه إليك مبارك} – "(Bu) Sənə nazil etdiyimiz mübarək kitabdır" (Sad surəsi, 29). {يدبر الأمر من السماء إلى الأرض} – "O, göydən yerə qədər olan bütün işləri idarə edir" (Əs-Səcdə surəsi, 5). {تعرج الملائكة والروح إليه} – "Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar" (Əl-Məaric surəsi, 4). {إليه يصعد الكلم الطيب والعمل الصالح يرفعه} – "Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir" (Fatir surəsi, 10). {إني متوفيك ورافعك إلي} – "(O vaxt Allah dedi: "Ey İsa!) Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam". (Ali İmran surəsi, 55). {رفيع الدرجات} – "Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur". (Ğafir surəsi, 15). Qardaşlar! Sizdən xahişim yalnız, bu ayələri diqqətlə oxuyun. İnşaallah, onda haqq sizə bəlli olar. Hidayət Allahdandır!
  7. Bunlar hamısı cəfəngiyatdır və yalandır. Əhli sünnə və cəmaat Qur`ani Kərimin Allahın hifzi altnda qorunduğuna və heç cür təhrif olmayacağına icma etmişdir. Siz, iftira atırsız. Burada, olanlar, qiraətlərin müxtəlif tərzdə olmasıdır. Məlumdur ki, Qur`an yeddi qiraət üzərinə nazil olub. Qiraətlərdəki müxtəlifliyi heç cür təhrif kimi qələmə vermək olmaz. Bunlar hamısı cəfəngiyat və ifttiradir. Müsəlmanlara iftra atanları qiyamət günü uca Allah ən şiddətli əzaba düçar edəcəkdir. Allahdan qorx!
  8. Bu məsələdə heç bir müşkül yoxdur. Çünki, bir şeyi bilin ki, islam əhkamları hamısı birdən nazil olmayıb ki. Sənin, bura qoyduğun hədislər səhihdir və islamın ilk illərini əhatə edir. Yəni, bu hədislər vaqe olduğu zaman, hələ Allahdan qeyrisinə and içməyin yasaq olması barədə hədislər deyilməmişdi. Bu səbəbdən də, bu məsələdə heç bir problem yoxdur. Bu hədislər mənsux hədislərdir və Allahdan başqasına and içməyin yasaq edilməsi barədə olan hədislər bu hökmü nəsx etmişdir.
×
×
  • Создать...