Red Bull möhtəşəm "Red Bull Dəlisov Karandaşlar" layihəsini təqdim edir. Aprel ayının 12,13,14 Azerbaycan Respublikasının ən nəhəng təhsil ocaqlarında (BDU, Texniki Universitet,İqtisad Universiteti)bu layihənin final mərhələsi keçiriləcək.
Bu hər an ola bilər: menecmet və ya fəlsəfə mühazirələrində. Bundan utanmaq lazım deyil! Bunu qınamaq lazım deyil! Bədii-cızma-qaralı konspektlərin öz faydası var.
"RED BULL DƏLİSOV KARANDAŞLAR" konspekt səhifələrindən rəsmlər konkursunda iştirak edib bu istedadlarınızı nümayiş etdirə bilərsiniz!!!
İştirakçıların qeydiyyatı aprel ayının 1dən 10a qədər davam edəcək. Yığılmış şəkillərdən super final oyunu keçiriləcək. Sərgi zamanı xüsusi münsiflər heyəti tərəfindən ən gözəl üç şəkil seçiləcək və qalib elan ediləcək. Bütün qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.