Jump to content
  Love reading great articles? Visit Elix.com today!

solluna

Members
  • Content Count

    20
  • Joined

  • Last visited

Community Reputation

0 Neutral

About solluna

  • Rank
    Неофит
  1. Çox gözəl deyib. Maşallah. Bunu elm də sübut edir. Hər şeyi beynimizdə hiss etdiyimizi. hətta matrica nəzəriyyəsi deyirlər....
  2. O bilir O deyir ki, imam Məhdi özüdür. Bunlar da bura məhz ona görə gəliblər ki, Adnan Oktarın Məhdi olduğusu sübut etsinlər. salam. Əvvəla, o heç vaxt elə söz deməyib. İkincisi, mən heç kimi Mehdi olduğunu iddia edə bilmərəm. Bunu qeyd etmişdim. Onun kim olduğunu Uca olan Rəbbim bilir. Sizə də məsləhət görərdim ki, zənn etməyəsiniz. Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır... (Hucurat surəsi, 12)
  3. Mehdi (ə.f) çoxdan doğulub və İmam Həsən Əskərinin şəhadətindən sonra ümmətin imamıdır. Hələ zühur etməyib. Əgər edibsə sübut edin ki, edib və kim olduğunu deyin. Əgər bilmirsizsə kimliyin demək ki qeybdədir elə sizin nəzərinizcədə də “Dünyadan bir gecə belə qalsa, Allah o gecəni uzadar və Əhli Beytimdən biri gələrək dünyaya hakim olardı. Onun adı adıma, atasının adı atamın adına uyğun olar. Daha əvvəl yer üzü necə zülmlə doldusa, o, onu ədalətlə dolduracaq.” (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 11) Allahın Aslanı Hz. Əli (ə.s) Peyğəmbərimiz (s.ə.v)dən axır zamanda zühur edəcək olan axır zamanın ən böyük qütbü və vəlisi olan Hz Mehdi (ə.s.)ın adını ona söyləməsini istəmişdir. Ancaq Peyğəmbərimiz (s.ə.v) Allahın zühur etdirəcəyi vaxt gələnə qədər Hz. Mehdi (ə.s.)ın adının gizli qalacağını, bunun Allahın ona bildirdiyi xüsusi bir sirr olduğunu ifadə etmişdir. Demək ki, Hz. Mehdi (ə.s)ın əsl ismi Əhməd, Mahmud, Muhamməd, Mustafa olan bu dörd isim deyil. Əgər belə olsaydı, hədisdə "adı adıma uyğun olar "deyildiyi üçün, bu adlardan biri deyiləcək və gizlənəcək bir sirr də olmayacaqdı. Ancaq Hz. Mehdi (ə.s)ın ismi sirr olduğu üçün bilinməməkdədir. Hz. Mehdi (ə.s)ın adı, Uca Allahın Elçisinə əmanət etdiyi sirrlərdən biridir. Amma bu sirr nə zaman ortaya çıxacaq? Hədisdə, Peyğəmbər (s.ə.v)in Hz. Əli (ə.s)a "Uca Allah onu ortaya çıxarana qədər, onun adını kimsəyə söyləməmək üçün məndən vəd aldı"- buyurduğu bildirilməkdədir. Demək ki, Hz. Mehdinin adı zühur illərində müəyyən olacaq. Hz. Əli (ə.s) məhşur Qəsideyi Ərcüzəsində Peyğəmbərimiz (s.ə.v)ə "Hadi olan Mustafa Adnan Peyğəmbər" şəklində xitab etmişdir. “Bundan ötəri iki ad sahibi oldum. Bir də ləqəb ki, daha əvvəl heç eşitməmişdim. Əbu Turab ki, mənə bu ləqəbi vermişdi Hadı olan Mustafa Adnan peyğəmbəri...” (Hz. Əli (ə.s)ın məhşur Qəsideyi Ərcuzəsindən) Peyğəmbər (s.ə.v)in şəcərəsində bilinən ilk babasının adı Adnandır. Buna görə də bütün o soyun hamısı Bəni Adnandır, Adnanilərdır. Peyğəmbər (s.ə.v) də Adnanidır. Peyğəmbərimiz (sə.v) bu dövrdə yaşasaydı, ona "Möhtərəm Adnan" kimi xitab ediləcəkdi. Peyğəmbər (s.ə.v)in oğulu da olsa, atası da olsa yenə eyni şəkildə "Möhtərəm Adnan" adıyla xitab ediləcəkdi. Bu səbəbdən Peyğəmbərimiz deyir ki; "Adı adıma uyğun, atasının adı da atamın adına uyğun".
  4. maşaALLAH. Mən də bu mövzu barədə müzakirəyə qoşulmuşam. Yazdığınız hədisləri mən də yazmışam. Amma bəzi insanlar iddia edir ki, bu hədislər doğru deyil. Mehdi ümumiyyətlə hələ doğulmayıb. İşinizdə uğurlar arzulayıram. P.S.Türk-islam birliyi barədə də məlumatlar yazsaydınız, oxuyardım, inşaallah
  5. Что же касается имама Махди,то он вообще не родился еще.Это небылицы и сказки шиитов о том что он прожил 78 лет в тайне и вознесся,просто взято у христиан это.И если бы было такое вознесение Махди,то были бы насчет этого хадисы,а этого нет! Чем докажете ваши слова?
  6. Görmə, eşitmə, iyləmə, dadbilmə, toxunma hisslərinin hamısı bir-birlərinə bənzər fəaliyyət mexanizminə malikdir. Xarici aləmdə olduğunu düşündüyümüz əşyalardan gələn qıcıqlar (səs, qoxu, dad, görüntü, sərtlik və s.) sinirlərimiz vasitəsiylə beyindəki duyğu mərkəzlərinə ötürülür. Beyinə çatan bu qıcıqlar elektrik siqnallarından ibarətdir. Məsələn, görmə prosesi əsnasında xarici aləmdəki bir mənbədən gələn işıq fotonları gözün arxa tərəfindəki retinaya ötürülür və burada elektrik siqnallarına çevrilir. Daha sonra bu siqnallar sinirlər vasitəsiylə beyinin görmə mərkəzinə ötürülür. Və biz də bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, uzunluğu, dərinliyi olan dünya görür və hiss edirik. Bu sistem digər qavrayışlarımız üçün də eynilik təşkil edir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burunun epitel hüceyrələri tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi qəbul edicilər, səslər isə qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki müvafiq mərkəzlərə göndərilir və o mərkəzlərdə qavranılırlar. bir misal göstərək: Bu an bir stəkan çay içdiyinizi düşünün. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi qəbul edicilər tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır. Eyni zamanda çaya aid qoxu, onu içtiyimiz anda hiss etdiyiniz şəkərli dad və stəkana baxdığınızda gördüyünüz qəhvəyi rəng də müvafiq ötürücülər tərəfindən elektrik cərəyanı olaraq beyinə çatdırılır. Sonra stəkanı masaya qoyarkən şüşənin masaya təmasından çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilir. Və bu hisslərin hamısı beyindəki bir-birindən fərqli, amma bir-biriylə ortaq işləyən duyğu mərkəzləri tərəfindən şərh olunur. Siz də bu şərhin nəticəsi olaraq, bir stəkan çay içdiyinizi düşünürsünüz. Yəni əslində hər şey beyindəki duyğu mərkəzlərində baş verir, amma siz bütün bu hisslərinizin konkret maddi varlığa əsaslandığını zənn edirsiniz. Halbuki, bu fikriniz yanlışdır, çünki beyninizdə qavradığınız hisslərin beyninizin xaricində varlığının olduğunu düşünmək üçün heç bir dəliliniz yoxdur. Əgər beyninizə gedən görmə sinirlərini kəssəniz, bir anda görüntü yox olar. Eyni şəkildə eşitmə sinirlərində bir problem olarsa, xaricinizdə var olduğunu zənn etdiyiniz səs də bir anda kəsilər. Bura qədər izah edilənlər bu gün elm tərəfindən qəti şəkildə isbat edilmiş, AÇIQ-AŞKAR gerçəklərdir. İstənilən elm adamı bu sistemin işləmə prinsipini izah edərsə, içində yaşadığınız dünyanın əslində beyninizdə qəbul edilən hisslərdən ibarət olduğu aydın olar. Məsələn ingilis fiziki John Gribbin beyinin etdiyi şərhlərlə əlaqədar olaraq belə deyir: ”...Duyğularımız isə xarici dünyadan gələn impulsların beynimizdəki şərhidir; sanki bağçada bir ağac varmış kimi... Lakin beynim bu impulsları duyğu süzgəcindən keçirərək hiss edir. Ağac yalnız bir görüntüdür. O halda hansı doğrudur? Duyğularımızın ortaya çıxardığı ağacmı, yoxsa bağçadakı ağacmı?” (Taşqın Tuna, Uzayın Ötesi, sf.194) Maddənin xaricinizdəki əsli ilə təmasda olmadığınızı anlamaq üçün çox asan bir təcrübə .ra bilərsiniz. Kompüter ekranına baxarkən, barmağınızla bir gözünüzün alt tərəfini yüngülcə qaşıyın. Qaşıyarkən barmağınız irəli-geri getdikcə, monitorun da eyni şəkildə irəli-geri getdiyini görəcəksiniz. İndi düşünün, görəsən bu kompüter masanın üzərində, sizin dayandığını zənn etdiyiniz yerdədirmi? Yoxsa qaşımanın təsiri ilə görüntüsü yuxarı-aşağı oynayan, beyninizdəki görüntüdən ibarətdir? Məhz bu nümunə belə burada izah etdiyimiz gerçəyi qavramanız üçün bir başlanğıc ola bilər.
  7. Mehdi peyğəmbər deyil, vəlidir. O kitab gətirməyəcək, əksinə Qurana tabe olacaq. İnsanları Quran əxlaqı ilə yaşamağa dəvət edəcək. İnşaallah, Rəbbimin izni ilə də bunu bacaracaq. İmamlığa isə onu hz.İsa keşirəcək. Vəlinin tərifi nədir və peyğəmbərdən fərgi nədir? Kitab? Peyğəmbərlərin əksəriyyəti kitab gətirmir. İnsanları Quran əxlaqı ilə yaşamağa milyonlarla digər şəxs dəvət edir. İmamlığa İsa p. keçirəcək? Yəni o hələ İmam deyil? İsa peyğəmbər də eyni vaxtda dünyaya qayıdacaq? Və imamlığa keçmək nə deməkdir? İmamın tərifi və peyğəmbərdən fərgi nədir? Məndən əvvəl sizə cavab yazılıb. Təşəkkür edirəm, onu da əlavə edərdim ki, peyğəmbər Allahdan vəhy alır.
  8. İnanın ki, yazdığımdan çox məlumatlara sahibəm. İnşaallah. Rəbbimin lütfü sayəsində. Amma cavablara bir baxın... sizə www.hazretimetdi.com saytına baxmağı tövsiyə edirəm. Bunları özümdən yazmamışam. Harun Yahyanın saytından götürmüşəm. Onun kitablarını oxuyuram. Reportajlarına baxıram. Yəni populist deyil yazılarım, əsaslıdır. inşaallah. O qədər də ağılsız deyiləm ki, hər kəsin dediyinə inanım. Əsassız fikirlərə inanmıram. www.harunyahya.org www.harunyahya.net'ə də baxın. Cavabınızı gözləyirəm. İncələyin, həmin anda qərar verməyin.
  9. Mehdi peyğəmbər deyil, vəlidir. O kitab gətirməyəcək, əksinə Qurana tabe olacaq. İnsanları Quran əxlaqı ilə yaşamağa dəvət edəcək. İnşaallah, Rəbbimin izni ilə də bunu bacaracaq. İmamlığa isə onu hz.İsa keşirəcək.
  10. Nə üçünsə sizin yazılarınızda aqressiya hiss edirəm. Yanılıram? Yazdım axı, Mehdinin kim olduğunu konkret Rəbbim bilir. MƏn hüsnü-zənn edirəm. Sizi tanımıram. Səmimiyyətinizə necə əmin ola bilərəm? Konstanipol məsələsi də təzə deyil. Hədislərdə öz əksini tapıb.
  11. Doğrusu, Allahı durmadan zikr etmək, daim şükür etmək gərəkdir. Mən, inşaallah, hər anı mənə bəxş edən Rəbbimə şükür edirəm. Hər anın hesabını verəcəyik Rəbbimə. Allah üçün yaşamaq lazımdır. Dinimizi təbliğ etmək lazımdır. İnsanları yanlış yoldan çəkindirmək lazımdır. Allahın rizasını aramaq lazımdır. İnşaallah. Siz, bu istiqamətdə nə edirsiniz?
  12. 1/Hədislərdə Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi (ə)ın çıxış əlamətlərinin sanki "təsbeh dənələri kimi" ard-arda meydana gələcəyini və bunun da Hz. Mehdi (ə)ın zühurunun xəbərçisi olacağını açıq şəkildə bildirmişdir: Allah Elçisi səlləllahu əleyhi və səlləm buyurdu: "… köhnəlmiş, ipi qopan bir boyunbağının dənələri kimi bir-birinin ardınca gələn əlamətləri gözləsinlər." Əbu Hureyrə radıyallahu ənh. Tirmizi. Qiyamət əlamətləri bir-birinin ardınca meydana gəlir. Bir silsilə muncuqların ard-arda qopması kimi. (Ramuz-El Ehadis, 277/6; Camiü's-Sagir, 3/167) Həqiqətən də, Hicri 1400-cü ilin başlaması ilə bu əlamətlər "bir silsilə muncuqlar kimi" ardıcıl olaraq reallaşmışdır. Hz. Mehdi (ə)ın Hicri 1400-cü ildə çıxacağını qəbul etməyənlər bu əsrdə ardıcıl olaraq baş verən axır zaman əlamətlərini şərh edə bilməzlər. 2. 1980-ci ilin oktyabr ayında İran-İraq arasında müharibə başlamışdır. Hədisdə bu müharibədən bu şəkildə bəhs edilmişdir: "Şəvval ayında qiyam, Zülqədədə hərbi danışıqlar, Zülhiccədə isə hərb baş verəcək." (Kıyamet Alametleri, s. 166) Hədisdə verilən tarixlər İran-İraq müharibəsinin inkişaf mərhələləri ilə üst-üstə düşür: İran şahına qarşı olan ilk qiyam bilindiyi kimi, hədisdə bildirilən 5 şəvval 1398-ci ildə (8 sentyabr 1976-cı ildə) olmuşdur. Hicri 1400-cü Zülhiccə (1980, oktyabr) ayında isə İran-İraq arasında müharibə başlamışdır. 1980-ci ildə reallaşan İran-İraq müharibəsi hədisdəki tarix və hadisələrlə tam bir uyğunluq təşkil edir. 3. Rusların Əfqanıstanı işğal etməsi 1979-cu ildə, yəni Hicri 1400-cü ildə baş vermişdir. Hədisdə Peyğəmbərimiz (s.ə.v.) bu işğalı belə xəbər vermişdir: "Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz Allah-Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə bilən insanlar vardır. Onlar axır zaman Hz. Mehdi (ə)ın köməkçiləridir." (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 59) Bu rəvayətdə Əfqanıstanın maddi zənginliklərinə də diqqət çəkilmişdir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərlə istifadə edilməyən böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri vardır. Hədisdə ifadə edilən Əfqanıstanın işğalı Hicri 1400-cü ildə baş vermiş və hədis tam təsdiqlənmişdir. Hz. Mehdi (ə)ın Hicri 1400-cü ildə gəlməyəcəyinin iddiasında olanlar başqa əsrdə digər bütün əlamətlərlə birlikdə Əfqanıstanın yenidən işğal ediləcəyini də təsdiq etmiş olurlar ki, bu da tamamilə yanlışdır. 4. Firat çayının qarşısının alınması Hz. Mehdi (ə)ın çıxış əlamətlərindəndir. Bu gün Firat çayının üzərinə anbarlar qurularaq suyu kəsilmiş və bu hədis də reallaşmışdır. "Firat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkara çıxarması zamanı yaxınlaşır. Hər kim o zaman orada olsa o xəzinədən bir şey götürməsin." (Hədisi Buxari və Müslim rəvayət etmişlər.) (Riyazü's Salihin, 3/332) Hz. Mehdi (ə)ın bu əsrdə deyil, başqa bir əsrdə çıxacağının iddiasında olan şəxslər bu vəziyyəti hansı şəkildə açıqlayacaqlar? Firat çayının suyu artıq bir dəfə kəsilmişdir. Bu səbəblə, əgər çayın yenidən qarşısı alınsa belə, artıq bunun bir mənası olmayacaq. 5. 1981 və 1982-ci illərin Ramazan ayında, 15 gün ara ilə və iki il üst-üstə ay və günəş tutulmaları olmuşdur. Bu fövqəladə hadisə Peyğəmbərimiz (s.ə.v.) tərəfindən tarixləri ilə birlikdə açıqlanmış və Hz. Mehdi (ə)ın əhəmiyyətli bir çıxış əlamətidir. Bu böyük hadisənin eynilə, ardıcıl olaraq iki dəfə Ramazan ayında yenidən baş verməsi Allahın izni ilə bir məna daşımaz, çünki artıq bir dəfə tam olaraq təsdiqlənmişdir. 6. Hədislərdə Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi (ə)ın çıxış əlamətlərindən birinin "BİR ORDUNUN SƏHRADA QUMLARA BATMASI" olduğunu bildirmişdir. Hədislərdə bu ordunun döyüş əsnasında səhrada qumlara batacağı aydın bir şəkildə ifadə edilmişdir. ...Özünə bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında ikən yerə batırılacaqlar. (Müslim'den; Geleceğin Tarihi 4, s.31) Amerikanın 2003-cü ildə İraqı işğal etməsindən sonra İraq ordusunun Cümhuriyyət mühafizəçiləri olan 60 minlik hissə və Fədailərdən ibarət 15 min nəfərə yaxın əsgəri itmişdir. Qəzetlər "MÜHAFİZƏÇİLƏRƏ NƏ OLDU? SƏDDAM CUNTASI İTKİN DÜŞDÜ, SƏDDAMın TƏYYARƏLƏRİ QUMLARDAN ÇIXARILDI" kimi sözlərlə bu fövqəladə vəziyyəti xəbər vermişlər. 7. Hədisdə bildirildiyi kimi, hərəkət istiqaməti "şərqdən qərbə doğru olan" Halley kometası 1986-cı ildə, yəni Hicri 1406-cı ildə Dünyanın yanından keçmişdir. Parlaq və işıltılı bir ulduz olan və ancaq 76 ildə bir dünyamızın yanından keçən Halley Kometası bu sabit keçiş müddətini pozaraq başqa bir əsrdə yenidən keçə bilməyəcəyinə görə belə bir iddia da yersizdir. 8. 1979-cu ildə (Hicri 1 Məhərrəm 1400-cü ildə) Həcc əsnasında Kəbədə böyük bir qırğın olmuşdu. (1 Məhərrəm 1400) Hadisənin meydana gəlmə tarixi Hicri 1400-cü ilin ilk günüdür. Bu hadisədə 30 adam həyatını itirmişdi. Peyğəmbərimiz (s.ə.v.) hədisdə "Hz. Mehdi (ə)ın çıxacağı il" Kəbədə belə əhəmiyyətli bir hadisənin olacağından bəhs etmişdir. "Çıxacağı il" ifadəsi bu baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki həm bu hadisə, həm də Hz. Mehdi (ə)ın çıxış tarixi 1979-cu ilə təsadüf edir. 1979-cu ildə reallaşan bu hadisənin ardından 7 il sonra həcc əsnasında daha bir qanlı hadisə meydana gəlmişdir. Bu dəfə 402 adam öldürülmüşdü. Ancaq bu hadisənin ilkindən fərqi son hadisənin Kəbənin içində deyil, onun yanında reallaşması idi. Bu 2 hadisə də hədislərdə Hz. Mehdi (ə)ın çıxış əlaməti olaraq izah edilən "Kəbə basqını və Kəbədə qan axıdılması" hadisələri ilə tam olaraq eyni şəkildə olmuşdur.
  13. Bəli, 1400-cü il keçib. Hədislər uydurma deyil, inşaallah. Səid Nursinin indiyə qədər dedikləri hamısı düz çıxıb. O şəxs öz ölümünə qədər, hətta qəbrinin yerinin bilinməyəcəyinə qədər olan məsələləri belə deyib, hamısı da düz çıxıb. Mehdi artıq fəaliyyətdədir. Peyğəmbərimizin bir hədisdə dediyinə əsaslansaq Mehdi Türkiyədədir, daha doğrusu İstambulda. Peyğəmbərimizdən soruşurlar: Mehdi haradan çıxacaq? Deyir: Mədinədən (Mədinə ərəb dilində şəhər deməkdir). Soruşurlar: Hansı Mədinədən? Deyir: Konstantinopol (1453-cü ildə Bizansın paytaxtı Konstantinopol sultan Mehmed Fateh tərəfindən alındı). Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! (əl-Kövsər surəsi, 1) Əbcədi 1453. Quranda hz.Mehdiyə işarə edən ayələr çoxdur.Allahu aləm Hədislərdəki əlamətləri yazaram, inşaallah. O qədərdir ki... bəzilərini yazaram. Mehdi hanı sualınıza isə belə cavab verərdim. Dövrümüzdə dünyada tanınan, Quranı özünə rəhbər edən kimdir? Kim islamı təbliğ edir bütün dünyaya? Hətta hədislərdəki bütün zahiri əlamətləri də özündə daşıyır? Özünüz araşdırın. Allah Quranda dərin düşünənlərə xitab edir. Düşünün, araşdırın. Qeyb dövrü deyil, inşaallah. Fəaliyyətdədir.
×
×
  • Create New...