Jump to content
  Love reading great articles? Visit Elix.com today!

rena73

Members
  • Content Count

    52
  • Joined

  • Last visited

Community Reputation

0 Neutral

About rena73

  • Rank
    Приживающийся
  1. Kvant fizikası barədə bax: http://rethink.azeriblog.com/2008/12/05/quantumphyscs
  2. Islam tarixinin ən böyük alimlərindən biri İmam Rəbbani Mektubat adlı əsərində bunu yazır: Var olan Allah idi, onunla bir şey yoktu. Vakta ki, saklı kemalatının zuhura gelmesini murad etti (açığa çıkmasını istedi); isimlerinden her birine bir mazhar (görünme yeri) talep etti. Ta ki, o mazhara, kemalatını tecelli ettire. Onun vücud mazhariyetini ve tevabiini ise, ademden (yokluktan) başka bir şey kabul etmedi. Çünkü... vücudun (varlığın) mukabili ve mübayini (tersi), yalnız ademdir (yokluktur). Mana üstte anlatıldığı gibi olunca, Sübhan Hak, kemal-i kudreti ile, adem (yokluk) aleminde isimlerden her bir isim için mazharlardan bir mazhar tayin etti. Ve onu, his ve vehim mertebesinde yarattı. Hem de dilediği vakitte ve istediği şekilde... Alemin sübutu (sabitliği), his ve vehim mertebesinde olup hariç mertebede değildir... Hariçte (dışarıda) dahi, yüce Vacib Zat'ın (Allah'ın) zat ve sıfatlarından başkası da sabit ve mevcud olmaya... (Mektubat-ı Rabbani, 470. Mektup, çev. Abdulkadir Akçiçek, Çile yayınevi, 1983, s. 517-18) Bu yaxınlarda bu sitatı mövzulardan birinə qoydum, forum yoldaşım anlamadı. İndi mövzu kimi açmaq istəyirəm və ümid edirəm ki, başa düşülər və bu dünyanın hiss və görüntü dərəcəsində yaradıldığı anlaşılar. İnşaallah.
  3. rena73

    ey insanlar

    Islam tarixinin ən böyük alimlərindən biri İmam Rəbbani Mektubat adlı əsərində bunu yazır: Var olan Allah idi, onunla bir şey yoktu. Vakta ki, saklı kemalatının zuhura gelmesini murad etti (açığa çıkmasını istedi); isimlerinden her birine bir mazhar (görünme yeri) talep etti. Ta ki, o mazhara, kemalatını tecelli ettire. Onun vücud mazhariyetini ve tevabiini ise, ademden (yokluktan) başka bir şey kabul etmedi. Çünkü... vücudun (varlığın) mukabili ve mübayini (tersi), yalnız ademdir (yokluktur). Mana üstte anlatıldığı gibi olunca, Sübhan Hak, kemal-i kudreti ile, adem (yokluk) aleminde isimlerden her bir isim için mazharlardan bir mazhar tayin etti. Ve onu, his ve vehim mertebesinde yarattı. Hem de dilediği vakitte ve istediği şekilde... Alemin sübutu (sabitliği), his ve vehim mertebesinde olup hariç mertebede değildir... Hariçte (dışarıda) dahi, yüce Vacib Zat'ın (Allah'ın) zat ve sıfatlarından başkası da sabit ve mevcud olmaya... (Mektubat-ı Rabbani, 470. Mektup, çev. Abdulkadir Akçiçek, Çile yayınevi, 1983, s. 517-18)
  4. rena73

    Nuhun gəmisi

    Əksəriyyət Nuh peyğəmbərin zamanında bütün dünyanı su basdığını düşünür. Amma bu həqiqətə uyğun deyil. .rılan arxeoloji qazıntılar Nuhun Mesopotamiyada olduğu qənaətinə gəliblər. Bununla yanaşı bir sual da meydana çıxır. Bütün heyvanlar gəmiyə mindirildimi? Yenə də əksər insan dünyadakı bütün heyvanların gəmiyə mindirildiyini düşünərək yanılırlar. Gəmiyə mindirilən heyvanların necə bəsləndikləri, yırtıcı, məməli və ev heyvanlarının bir-birindən təcrid edilmələri, vəhşi heyvanların gəmiyə necə cəlb edilmələri sualı cavabsız qalır. Bundan başqa, ayrı-ayrı qitələrə məxsus heyvanları bir-bir toplamaq isə heç həqiqətə uyğun deyil. Bu səbəbdən də tufan konkret bir bölgəyə aid edilmiş və elmi cəhətdən də təsdiqini tapmışdır. Bir sözlə Mesopotamiya ovalığı Dəclə və Fərat çayını ortasında yerləşdiyi üçün coğrafi cəhətdən də uyğun bir yerdir.
  5. rena73

    Nuhun gəmisi

    Nuhun gəmisi Türkiyədə Ağrı dağında tapılıb. Gəmiyə məxsus olan taxtaların yaşının 4 min 800 illik olduğu qeyd edilir. 4 min metr yüksəklikdə tapılan bu gəmidə 2008 –ci ildən tədqiqat .rırlar. Honq-Konq və türk alimlərinin birgə 3 illik araşdırması nəticəsində 99, 9 % Nuhun gəmisi olduğu qeyd edilir. Bu barədə nə düşünürsünüz?
  6. rena73

    Qəza namazı

    Mən tək olan, vahid olan, hər şeyi yoxdan yaradan Allaha ibadət edirəm. Yuxudan durandan yatana qədər bu günü mənə möhlət olaraq verən, məni yedirən və içirən, mənə nəfəs verən, sağlamlıq verən və s. Allaha şükür edirəm. Bilmədiyinizi yazmayın. 24:15. O zaman ki, siz yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük günahdır! 2-ci məsələyə gəldikdə isə mən bütün yəhudi və xristianlara aid etmirəm sözümü. Yenə də tək olan Allaha ibadət edənləri deyirəm. İddia edə bilməzsiniz ki, onlar hamısı eyni tipdədir. Bu Quranda da var.
  7. rena73

    Qəza namazı

    Mənim demək istədiyim də budur. Allaha inanmaq, Peyğəmbəri tanımaq müsəlman olmaq mənasına gəlmir. Söz kimi «küfr» - örtmək, gizlətmək dеməkdir, istilаh kimi isə islаm tеrminоlоgiyаsındа – imаnı tаmаmlаyаcаq bir şеyi inkаr еtmək dеməkdir. Nə olsun ki, mənim ətrafımdakı insanlar, atam-anam, yoldaşım da mənə dinimi tam yaşamağa imkan vermirlər. Habuki Allaha da, Peyğəmbərə də inanırlar. Dini yaşamaq tək namaz qılmaqla məhdudlaşmır axı. Allahın buyurduğu kimi geyinirəm, özümü, həyatımı Allaha adamağa çalışıram. Onlarsa məni fanat, mövhümatçı adlandırırlar. Mənə dini yaşamağa qoymayan insan kafir deyil? Küfr etmir? Demək istədiyim budur. Möminə adına hələ layiq deyiləm. Mömin dərin imana yiyələnən insandır. O da Allahın ən böyük nemətidir. Mən bu yolda çalışıram. İnşaALLAH bu ada layiq olaram.
  8. rena73

    Qəza namazı

    Dildə Allaha əksəriyyət inanır. Bəs əməldə? sizinlə razı deyiləm. Məgər hər namaz qılan mömindir? Xristian, və ya yəhudi Allaha inanmır ki...? Onlara kafir deyirsiniz?
  9. Hər gün oxuyuram. Sübh namazında 72:1. De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.
  10. Əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə qadın-kişi ayrı-seçkiliyi son dərəcə nəzərə çarpır. Dünyada qadın-kişi bərabərsizliyi mövzusu son dərəcə əhəmiyyətli bir problem meydana gətirir. Belə ki, qadınlar dünyanın bir çox ölkəsində çox vaxt ikinci dərəcəli sayılaraq cəmiyyətdən uzaqlaşdırılırlar. Gücsüz və qorunmağa möhtac olduqları düşünüldüyü üçün də əzilirlər. Bu kimi səbəblərdən ötrü qadınların fikirlərinə də demək olar ki, dəyər verilmir. Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə qadınların iş həyatında müəyyən bir mövqeyə sahib olmaları üçün, hətta müəyyən bir karyeraya çataraq zəkalarını, bacarıqlarını sübut etmələri lazım gəlir. Bütün dünyada qadınlar üçün etibarsız, bacarıqsız, zehni cəhətdən o qədər də inkişaf etməmiş bir insan imici formalaşmışdır. Bu yanlış "qadın xarakteri" anlayışı nəticəsində bir qadının etdiyi hər səhv o adamın insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi bir səhv şəklində şərh olunur. Sözü gedən cəmiyyətlərdə bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında bir seçki edilməsi məsələsi ortaya çıxanda, seçim ümumiyyətlə kişi işçi istiqamətində edilir. Bu səbəblə qadınların tutduğu vəzifələr olduqca məhduddur. Dünyada baş verən hadisələrə nəzər salındıqda, hələ də qadın-kişi bərabərsizliyinin əhəmiyyətli bir problem olduğu ölkələrin də varlığı nəzərə çarpır. Bir çox cəmiyyətdə qadınlar nəinki işlədiyi yerlərdə, hətta həyat yoldaşları tərəfindən də zülm görürlər. Geridə qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha fərqli ölçülərdə ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçmə-seçilmə, iş sahibi olma kimi konstitusional haqqlar da verilmir. Hətta evlənərkən həyat yoldaşlarını seçmə haqqına da sahib olmurlar. Bir mövzu haqqında fikir yürütmələri barədə isə söz belə edilə bilməz. Qadınlar özləri ilə əlaqədar heç bir qərarı verə bilməzlər. Onların adına hər cür qərar ataları, ya da həyat yoldaşları tərəfindən verilər. Qadınların haqqlarını qorumaq üçün qurulmuş dərnəklər, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirə edilməsi, müxtəlif proyektlər hazırlanması, konfranslar təşkil edilməsi bu axtarışlarından yalnız bir neçəsidir. Bütün bu səylərə və işlərə baxmayaraq, tapılan çıxış yollarının da əslində problemlərlə dolu olduğu aydın olur. Bu nəticə son dərəcə təbiidir. Çünki əsl çıxış yolu digər bütün problemlərin həllində də olduğu kimi - Qurandadır. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə, cəmiyyəti meydana gətirən fərdlər arasında bir ayrı-seçkilik yoxdur. Bir insanın qadın-kişi, varlı-kasıb, yaşlı-gənc və ya uşaq olmasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu insanların cinsiyyətləri, mövqeləri, sərvətləri, ya da hər hansı bir başqa xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Bundan başqa, Quranda möminlərdən saleh əməllərdə olan qadınlar və kişilər olaraq bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqı yaşamalarının əhəmiyyətinə diqqət çəkilir: Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur! (Tövbə Surəsi, 71-72) Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat (Cənnət) hazırlamışdır! (Əhzab Surəsi, 35) Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa Surəsi, 124)
  11. Niyə Tövbə surəsi Bismillahla başlamır? Bircə variantım var: Ənfal surəsinin ardı hesab olunur. Amma ardı olsaydı, Allah onu ayrıca surə kimi verməzdi. Burada bir hikmət var, inşaallah. Bilən varmı?
  12. Misal üçün nə edirsiniz Allah rizası üçün? Allah malı və canı ilə cihad edənləri mömin adlandırır. Sevdiyiniz əşyalardan, hər şeydən, dünya malından, pulundan keçirsinizmi? Dinimizi təbliğ edirsinizmi? Nə edirsiniz? Mənə maraqlıdır.
  13. Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" – demişdi. Ayəni tam yazın. Məncə cavaba ehtiyac yoxdur. «Ya İsa! Həqiqətən mən sənin ömrünütamam edib öz dərgahıma qaldıraram». (Ali İmran 55). bu surede Allah Isani Cenette qaldiracagini bildirir? Indi isa Cennetdedir? 1.Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “ol!” – dedi, o da oldu. (3: 59) Adəmlə İsa peyğəmbəri 2 cəhət birləşdirir. 1. atasız doğulması, 2. cənnətdən yer üzünə endirilməsi. 2.”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir. (ən-Nisa 157-159) 3. Xatırla ki, o gün Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim.... İsa peyğəmbər yetkin çağına çatmamışdı. Bu, 0nun yenidən yer üzünə qayıtmasına işarə ola bilər. (Doğrusunu Allah bilir) 4.Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!” (19:33) Quranda heç bir yerdə İsa peyğəmbərə aid ölmək kəlməsi keçmir. Ərbəcədə "təvaffa" - yuxuda ikən canın alınması kəlməsi keçir.Bu fel bir də yuxuda canın alınması ayəsində keçir. 5.O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq. Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Zuxruf, 59-61)
  14. Allahın rizasını qazanmaq üçün Nəfsinizin istəklərindən keçə bilirsiniz?
  15. Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi. Ayəni tam yazın. Məncə cavaba ehtiyac yoxdur.
×
×
  • Create New...