Haqqa tabe olanlara Allahın salamı olsun!
1-Tərcüməsini tələb etdiyin cümlədə دفعkəliməsini verilməməsi texniki səhvdir.Amma yenə də irad oluna bilməz.Çünki mövzunun tam ərəbi mətni yuxarıda qeyd olunmuşdur. Xüsusi ilə sizin iradınıza cavab vermək üçün də bizə lazım olan fe`l də elə دفع kəlməsidir.Bu üzdən onu unutmaq yalnız texniki səhvdən qaynaqlanır.
2-İrad edən tərəf bildirir ki,cümlənin təcüməsi bu şəkildədir: "Bitlər səbəbi ilə boynundakı ,içində civə olan ipə görə 150 dirhəm ödənildi." Cavab olaraq bildirmək istəyirik ki həmin cümlədən sonra gələn cümlədə yəni:
وقيل إن الطاقية التي كانت على رأسه دفع فيها خمسمائة درهما
"Deyiblər ki onun başında olan taqiyəsini (başa qoyulan papaq növüdür) beş yüz dirhəmə aldılar." işlədilən eyni əvvəlki cümlədə olduğu kimi دفع kəlməsidir.Bəs necə olur ki İbni Teymiyyənin başından papağını (təbərrük məqsədi ilə) satılması ilə civəli ipin alınmasının mənaları ikisi də eyni feldən alınsın?
3-Son olaraq bildirək ki,hər hansı bir şəkildə bu hadisə aş veribsə bunu qramatik iradlar ilə fikir yayındırmaq lazım deyil.Bu paylaşımdan məqsəd “Təvəssül”,”Təbərrük”,”Ölüdən şəfaət diləmək”,”Qəbir ziyarəti”,”Ölülər üçün Allahın kəlamı Qurani-Məcid oxumağı” İbni Teymiyyəni əldə bayraq edərək "şirk" ilə xalqı ittiahm edən kütlələrə cavab verməkdir.Yoxsa İbni Teymiyyənin bitinin sayı və qiyməti bizi qətiyyən maraqlandırmır. Bəzi şəxslər də ibarətlərin arasında səhv axtararaq irad etmək üçün bəhanə gəzirlər ki fikri yayındırsınlar. Doğrusun Allah bilir!