Bu verdiyiniz sualın cavabı hərə bir cür verə bilər.Yaxşı olar ki,tarixə nəzər salaq.Bəli elədir Peyğəmbərin (s) ölümündən heç bir il keçməmiş əziz qızı Peyğəmbərə (s) qovuşur.Oki qaldı Xanım Fatimeyi Zəhranın (ə) ölümü mübahisəli məsələdir.Şiə məshəblilər yazacaq ki,onu öldürüblər,zəhərliyiblər.Sünnü məshəblilər də deyəcək ki,buna dəlil gətirin və yaxud da hədis.Onlar bilməlidirlər ki,hədislər Peyğəmbərin (s) dilindən söylənilənlərdir.Qalan məsələlər rəvayətdir.Oki qaldı Xanımın (ə) ölümünə bəzi tarixi mənbələrdə Həzrəti Ömərin Əlinin (ə) evinə hücum çəkdiyidə bildirilir.Və Xanımın (ə) evinin qapısını bərk vurarkən,Xanım Zəhranın (ə) qapının dalında olduğunu və qapının bir mismarının onun bədəninə batdığı hətta bir övladınında o əsnada siqt olduğu yazılır.Bəzi kitablarda zəhərlənməsi barədə də yazırlar,ancaq bunun ehtimalı çox azdır.Bədəninə mismar batmağı daha çox qeyd olunur.İndi düşünün Xanım (ə) Əziz Atasının müsübətinə aağladığı bir vaxtda bu yandan da beyyət məsələsi ortaya çıxdı və Atasından sonra ən çox istədiyi şəxsi zorla sürüyə-sürüyə Əbu Bəkrə beyyətə apardılar.İndi özünüz fikirləşin Ömər ki,o qəzəblə Həzrəti Əlinin (ə) evinə hücum etmişdi,Əlinin (ə) evini yandırmaq istiyirdilər və nəhayət qapını qıraraq içəri girdilər.Peyğəmbərin (s) qızının hörmətini gözləməyərək onun ərini zorla beyyət etməyə apardılar.Daha sonra Xanım Fatimə (ə) bütün bunlardan çox zəif düşdü,bu əsnada yeni xəlifə seçilmiş,Həzrət Əbu Bəkr cənabları tərəfindən Peyğəmbərin (s) sağlığında qızına hədiyyə etdiyi Fədək bağını geri almaq xəbəri Xanım Fatiməyə (ə) çatdırıldı.Xanım (ə) bu xəbərdən də çox qəmgin oldu və xəstə-xəstə Əbu Bəkrin yanına getdi və bu işin nə üçün gördüyünü ondan soruşdu.Əbu Bəkr bunun cavabında dedi ki,Peyğəmbər (s) özü buyurub ki,Ənbiyadan irs aparılmır.Xanımda (ə) bunun cavabında dedi ki,bu bağı Atam sağlığında mənə hibyə etmişdir və Əbu Bəkrdən narazı halda evinə gəldi.Bütün bu sıxıntılar Ümmətinin bəzilərindən gördüyü haqsızlıqlar onu zəif saldı və nəhayət dünyasını dəyişdi.Səhih Buxari kitabından Ayşədən nəql olunur.Fatimə (ə) getdi babam Əbu Bəkrdən Fədək bağını aldığını soruşsun,Fədəki babası Peyğəmbər (s) ona verdiyini bəyan elədir,Əbu Bəkr Fatiməni (ə) Fədəkdən məni etdi.Fatimə (ə) məyus olarraq evinə qayıtdı və babam Əbu Bəkrə qəzəbnak olduğu halda vəfat etdi.Bunuda yaddan çıxartmıyın,Rəsul Xuda (s) buyurmuşdur Fatimə (ə) məndən bir parçadır,hər kim onu rəncidə edərsə,məni rəncidə edər.Yəni bütün bunlarbu dərdli Xanımı (ə) daha da üzdü və nəhayət Allahın rəhmətinə qovuşdu və burda bir haşiyə də vermək istərdim.Həzrəti Əbu Bəkrin dilindən o özü xalqın içində demişdir,3 şeyi etməməliydim,etdim.1-cisi Xilafəti qəbul etməməliyidm,etdim.2-cisi beyyət üçün Zəhranın (Ə) evinə adamlarımı göndrəməməliydim,göndərdim.3-cüsü Fədək bağını Fatimədən (ə) almamalıydım,aldım.