Перейти к содержимому

Айлинка

Members
  • Публикации

    15186
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    146

Все публикации пользователя Айлинка

  1. İlqar Abdullayev 1962-ci ildə anadan olub. 1979-cu ildə orta məktəbi qızıl medalla, 1985-ci ildə isə BDU-nun tarix fakültəsini bitirərək təyinatla doğma kəndi - Salyan rayonunun Qızılağac kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Vaxtı ilə “Azərbaycan tarixi”ni yazmış böyük tarixçimiz Əlövsət Quliyevin doğma kəndində dörd il müəllim işlədikdən sonra perspektivli kadr kimi 1989-1990-cı tədris ilində o vaxtlar BDU-nun nəzdində açılmış orta məktəblər üçün praktik - psixoloqlar hazırlayan kursu bitirmiş və Salyan RTŞ-də metodist-psixoloq vəzifəsində çalışmışdır. Paralel olaraq Salyan şəhər 1 nömrəli orta məktəbdə tarix fənnini tədris edən İlqar müəllim praktik - psixoloq kimi psixologiya sahəsində əldə etdiyi biliyi tarixin tədrisi ilə üzvi şəkildə əlaqələndirməklə daha yüksək nailiyyətlər əldə edir. Belə ki, artıq növbəti ildə onun yetirməsi - Kərimli Leyla Balamməd qızı tarix fənni üzrə olimpiadanın Respublika turunda qalib olduqdan sonra 1992- ci ildə 700-ə yaxın bal toplayaraq BDU-nun Beynəlxalq münasibətlər fakültəsinə qəbul olunmuşdur. Tələbələr arasında öz istedadı, zəkası, əməksevərliyi, səmimiyyəti ilə seçilən Leyla tezliklə universitet rəhbərliyinin də diqqətini cəlb etmiş və o təhsilini davam etdirmək üçün Parisə, Sen-Jermen Universitetinə göndərilir. Parisdə təhsilini başa vuraraq bir müddət Qərb və Bakı Dövlət Universitetlərində dərs deyən Leyla yenidən imtahan verməklə əvvəlcə Berkli, sonra isə Nyu-Yorkdakı Kolumbiya Universitetlərində çalışır. Hazırda Koliforniya Universitetinin tarix üzrə professorudur. Leyla İlqar müəllimin olimpiadalarda qalib gələn ikinci şagirdi idi. Olimpiadalarda birinci qalib isə İlqar müəllim hələ Qızılağac kəndində işləyərkən yetişdirdiyi Əliyev Aydın Zöhrab oğlu olmuşdur. Orta məktəbi qızıl medalla bitirən Aydın həmin il qəbul imtahanlarını da müvəffəqiyyətlə verərək BDU-nun hüquq fakültəsinə qəbul olunmuşdur. Hazırda Oğuz rayonunun prokurorudur. 2011-ci ilə qədər Salyanda işləyən İlqar müəllim rayonun tarixində o vaxta qədər tarix fənni üzrə olimpiadaların Respublika turunda iştirak etmiş 16 şagirddən 13-nü yetişdirmişdir. O, bu 13 şagirddən Vaqif Abbasovu xüsusilə qeyd edir. Belə ki, Vaqif 8-ci sinif şagirdi olduğu halda rayonu 9-cu sinif şagirdləri arasında olimpiadanın Respublika turunda təmsil etmişdi... Vaqif haqqında danışarkən İlqar müəllim böyük fəxr hissi ilə “o uşaq sanki anadan tarixçi kimi doğulmuşdu” deyir... Vaqifin anası deyirmiş ki, İlqar müəllim tarixi Vaqifə elə sevdirmişdi ki, o, axşam yatanda da tarix kitablarını balıncın yanına qoyub yatırdı.Yeri gəlmişkən, V.Abbasov hazırda Bakının Əmircan qəsəbəsində sayılıb-seçilən tarix müəllimi kimi tanınır. "2011-ci ildə respublikada müəllimlər imtahan verməklə iş yerlərini dəyişmək hüququ qazananda İlqar müəllim də bu fürsətdən istifadə edərək çoxdankı arzusuna - Bakıda işləmək arzusuna qovuşur. Belə ki, o, ən yüksək bal toplayaraq əvvəlcə Binəqədi rayonu Biləcəri qəsəbəsindəki 301 nömrəli tam orta məktəbdə dörd il işləyir. 2015-ci ildə isə iş yerini dəyişmək üçün yenidən imtahan verərək bu dəfə Bakı şəhəri üzrə ən yüksək bal toplayaraq Nərimanov rayonundakı MLK-ya keçir. Hazırda orada tarix müəllimi işləyən İlqar Abdullayev hələ Salyan rayonunda fəaliyyət göstərərkən “Baş müəllim”, “Metodist müəllim”, 1992 və 1998-ci illərdə “İlin ən yaxşı müəllimi” adını almış, 2009-cu ildə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, 2015-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2016-cı ildə üzərində çoxdan işlədiyi “Orta əsrlərdə Azərbaycanın xarici ölkələrlə əlaqələri (folklor materialları əsasında)” mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dissertasiya mövzusu ilə əlaqədar elmi əsərləri Ukrayna və Rusiyada çap olunub. İlqar müəllim üst-üstə bu vaxta qədər həm pedaqoji, həm də tarixi mövzularda keçirilən 23 Beynəlxalq konfransın iştirakçısı olub. Respublika daxilində elmi əsərləri “Tarix problemləri”, “Bakı Universitetinin xəbərləri”, “Geostrategiya”, “Kurikulum”, “Təhsil”, “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” jurnallarında, habelə “Azərbaycan”, “Azərbaycan müəllimi”, “Respublika”, “Təhsil problemləri”, “Bakı təhsili”, “Palitra”, “Paralel”, “Lider” və s. qəzetlərdə 100-dən çox tarix, təhsil, iqtisadiyyat, ekologiya və s. mövzularda məqalələri dərc edilib. 2019-cu ildə Təhsil İnstitutunun qrifi ilə “İKT-dən istifadənin tarix dərslərində səmərəliliyin artırılmasındakı rolu”, “Ümumtəhsil məktəblərində tarixin digər fənlərlə əlaqəli tədrisi təcrübəsindən” adlı kitabı isə Təhsil Nazirliyinin qrifi ilə çap edilmişdir. 2021-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə İlqar müəlimin “Orta əsrlərdə Azərbaycanın xarici ölkələrlə əlaqələri (folklor materialları əsasında)” adlı monoqrafiyası çapa məsləhət görülmüşdür. Daim öz üzərində işləyən, mətbuatı bir gün də olsun diqqətdən kənarda qoymayan İlqar Abdullayev 2017-ci ildə Təhsil Nazirliyi, “Azərbaycan müəllimi” qəzetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Ən yaxşı yazı”, 2018-ci ildə isə Təhsil Nazirliyi, “Azərbaycan müəllimi” və “Bank of Baku”nun birgə keçirdikləri “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqələrinin qalibi olmuşdur. 2019-cu ildə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Uşaq və gənclərin azərbaycançılıq ruhunda tərbiyəsi” mövzusunda müsabiqə - konfransın da qaliblərindən olmuşdur. 2021-2022-ci tədris ilindən İlqar Abdullayev BDU-nun tarix fakültəsinin “Azərbaycan tarixi” kafedrasının doktoranturasına "daxil olmaqla həmin kafedrada saat hesabı dərs deməyə başlamışdır. Kafedra rəhbərliyi onu keçmiş tələbələri kimi yaxşı tanıdığından elə birinci ildən tarix fakültəsinin ikinci kursunda həm mühazirə, həm də seminar aparmağı ona etibar etmişdir. Fərəhləndirici haldır ki, İlqar müəllim ona bəslənilən etimadı tam doğruldaraq həm tələbələrin, həm kafedra, həm də fakültə rəhbərliyinin böyük hörmət və ehtiramını qazanmışdır. 2022-ci ilin aprelində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İctimai Elmlər üzrə Problem Şurasının qərarı ilə BDU-nun qiyabi doktorantı İlqar Abdullayevin Vətən tarixi ixtisasında tarix elmləri doktoru adını almaq üçün “Azərbaycan SSR-də sənaye, nəqliyat, kommunikasiya və rabitənin inkişaf tarixi (1969-1982-ci illər)” mövzusu təsdiqlənmişdir. İlqar müəllim görəcəyi işlər haqqında elə həvəs, elə şövqlə danışdı ki, düzü məndə onun yaxın gələcəkdə istəyinə, arzusuna qovuşacağına qətiyyən şübhə qalmadı. ...Daha nə deyə bilərəm ki? Onsuz da hər şey aydındır. Bircə onu deyərdim ki, görəcəyiniz işlərdə biz də Sizə uğurlar arzulayırıq, İlqar müəllim!" "daxil olmaqla həmin kafedrada saat hesabı dərs deməyə başlamışdır. Kafedra rəhbərliyi onu keçmiş tələbələri kimi yaxşı tanıdığından elə birinci ildən tarix fakültəsinin ikinci kursunda həm mühazirə, həm də seminar aparmağı ona etibar etmişdir. Fərəhləndirici haldır ki, İlqar müəllim ona bəslənilən etimadı tam doğruldaraq həm tələbələrin, həm kafedra, həm də fakültə rəhbərliyinin böyük hörmət və ehtiramını qazanmışdır. 2022-ci ilin aprelində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İctimai Elmlər üzrə Problem Şurasının qərarı ilə BDU-nun qiyabi doktorantı İlqar Abdullayevin Vətən tarixi ixtisasında tarix elmləri doktoru adını almaq üçün “Azərbaycan SSR-də sənaye, nəqliyat, kommunikasiya və rabitənin inkişaf tarixi (1969-1982-ci illər)” mövzusu təsdiqlənmişdir. İlqar müəllim görəcəyi işlər haqqında elə həvəs, elə şövqlə danışdı ki, düzü məndə onun yaxın gələcəkdə istəyinə, arzusuna qovuşacağına qətiyyən şübhə qalmadı. ...Daha nə deyə bilərəm ki? Onsuz da hər şey aydındır. Bircə onu deyərdim ki, görəcəyiniz işlərdə biz də Sizə uğurlar arzulayırıq, İlqar müəllim!"
  2. "Uğur Abdullayev 29 mart 1966-cı ildə Bakı şəhərində yazıçı Gülhüseyn Hüseyn oğlunun ailəsində dünyaya göz açmışdır. Abdullayev Uğur Gülhüseyn oğlu – Hesablama riyaziyyatı və optimal idarəetmə sahələrində mütəxəssis, 29 mart 1966-cı ildə Bakı şəhərində anadan olmuş, 1981-ci ildə indiki Yasamal royunun 20 №-li orta məktəbi qızıl medalla bitirmişdir, 1986-cı ildə ADU-nun “Tətbiqi riyaziyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1987-1988-ci illərdə AEA-nın Kibernetika institutunun aspirantı olmuş, 1988-ci ildə həmin institutda professor Asəf İsgəndərovun rəbərliyi ilə «Численное решение задачи оптимального управления границей области для параболических уравнений (01.01.07)» mövzusunda namizədlik, 1994-cü ildə orada «Неограниченные и волновые решения нелинейных параболических уравнений (01.01.02)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Əmək fəaliyyətinə 1986-1987-ci illərdə AEA-nın Kibernetika İnstitutunda mühəndis kimi başlamış, aspiranturanı bitirdikdən sonra 1991-ci ilə qədər həmin institutda kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildən BDU-nun nəzdindəki Tətbiqi riyaziyyat institutuna keçmiş, orada şöbə müdiri vəzifəsində işləmişdir. 1993-1995-ci illrdə BDU-nun Tətbiqi riyaziyyat fakültəsində eyni adlı kafedranın dosenti və professoru olmuş. Hal-hazırda Uğur Abdullayev Amerika Birləşmiş Ştatlarında “Florida İnstitute of Technology” institutunda çalışır.
  3. Добрый день джануль) Кроме нас никто не поддерживает тему
  4. Такие темы мало кто читает и продвигает увы
  5. "1937-ci ildə Əhməd Cavad həbs olunandan sonra M.Bağırov, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma Cavaddan boşanmağı təklif edir. Yoxsa həbs edəcəklər - deyir. Şükriyyə xanımın isə M.Bağırova cavabı belə olur: - Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram. Şükriyyə xanımı da həbs edirlər. 1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gündü ac-susuz yol gedirdilər, üstəlik ayaq üstə. Həmin vaqonda Şükriyyədən başqa Ceyran Bayramova da vardı. O Ceyran ki, Bakıda Şükriyyə xanımı görməyə gözü yox idi, tamam-kamal başqa-başqa dünyaların adamıydılar, bir-birini heç cür həzm edə bilmirdilər. Həzm etmək nədir, rastlaşanda bir-birindən üz çevirir, qaşqabaq sallayırdılar. Biri bolşevik, o biri bəy qızı, başqa nə olmalıydı ki? Qatar stansiyada uzun-uzadı fit verdi, 47 nəfər qadın vaqondan atılıb sıraya düzüldü, nəzarətçi qadın beş nəfərin adını oxudu, onları qabağına "qatıb" stansiya hərbçilərinə konserva və çörək əvəzi SATMAĞA apardı. Bu "alver"dən "can yiyəsi"nə bircə tikə qara çörək çatırdı. Acından ölməmək üçün. Bir stansiya sonra rus hərbçilərinə "bəxşiş" kimi nəzarətçinin gözü Ceyran Bayramovaya zillənir. Şükriyyə Ceyranın söykəndiyi yeşiyin arxasından ayağını çəkir, yeşik yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır, ağız-burnu qanasa da, rus zabitlərinin o məşum otağından xilas olur. Yerbəyer olan kimi Şükriyyənin ayağına yıxıldı. Növbəti günlərdə Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı: özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar? Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de! Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir və deyir: “Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur." Ceyranı elə bil ayağından yerə mismarladılar, udqundu, heykəl təki quruyub qaldı. Mən acam, başa düşürsən, acam! Bəs sən ac deyilsən?" "Şükriyyə: Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun. + Ceyran: Necə dözürsən? Altı gündür... Mən acam. Yemək istəyirəm, su istəyirəm. Boğuluram, boğuluram, axı dözə bilmirəm! Mənə də yol göstər, ləyaqətimi qoruyum. Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu, o günün axşamı özünü tualetə verib paltarlarını çıxarıb tualetin döşəməsini sildiyini, saçını, üz-gözünü murdarlamasını xatırladı. Xatırladı və hıçqıra-hıçqıra danışdı... Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxardı: Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra qanımı soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır. Ceyran barmaqlarını birləşdirib onları paslı sancaqla deşdi və əlini ağzına təpib körpə anasını əmirmiş kimi sormağa başladı. Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı. Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə xanım. Odun doğradı, yük daşıdı, dərzilik, aşbazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna - bəraət aldığı günə qədər... Vətənə dönəndən sonra şəhər-bə-şəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəllisində - Əhməd Cavadın ata yurdunda şərəflə yaşadı, dünya ilə da burada vidalaşdı." Мяканлары Джяннят олсун
  6. Всем доброго денёчка!с мобильного пока зайдёшь обед наступает а то и ужин
  7. Ай МашаАллах! Поздравляю от всей души!) Долгих здоровых лет жизни!) Береги Вас Всевышний Аминь!)
  8. С Праздником!) VID-20240410-WA0003.mp4
  9. Джан Аллах в помощь! Диабет бьёт и по ногам(( Дай Бог Вам терпения и здоровья Вашей Маме! ИншаАллах поднимется на ноги в скорейшем времени!
  10. Всем доброго денёчка! Прекрасной Пятницы!) VID-20240405-WA0002.mp4
  11. "Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu, lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etdi. Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir. Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli təsdiqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y. V. Çəmənzəminli olduğunu təsdiq etmişdir." "Əsərin müəllifinin kimliyi ilə bağlı iddiaları aşağıdakı kimi konkretləşdirmək olar: "Əli və Nino romanının başlıca müəllifi azərbaycanlı yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlidir (1887–1943). Onun müəllifliyini həm şəxsi həyatında yaşadığı hadisələr, həm də Bakıda Əlyazmalar İnstitutunda saxlanan əsərləri, o cümlədən, gündəlikləri, məqalələri, hekayə və romanları sübut edir, lakin bəzi müəlliflər Əsəd Bəy adı altında yazan Lev Nussimbaumun əsərin yeganə müəllifi olduğunu iddia edirlər. Əsərdəki folklor və əfsanəvi materiallarda "Əsəd Bəy" adı altında yazan Lev Nussimbaumun imzası olduğu şübhəsizdir. Həmin materiallar onun əvvəlki əsərlərindən köçürülmüşdür. Qeyd edilməlidir ki, bu materiallar nə mədəni, nə də etnik cəhətdən etibarlı mənbələr deyil. Lev Nussimbaum Azərbaycanı 1920-ci ildə 14 yaşında ikən tərk etmişdi və olduqca təcrid olunmuş həyat tərzi sürdüyünü öz yazılarında da etiraf etmişdir." "Əsəd Bəy romanda Əli ilə Ninonun Tiflisə və İrana səyahətləri ilə bağlı hissələri gürcü yazıçı Qriqol Robakidzenin "İlan dərisi" (Das Schlangenhemd, 1928) əsərindən götürmüşdür. Robakidzenin bu "köçürmədən" xəbəri olub-olmadığı məlum deyil. Əsəd Bəy, orijinalından fərqləndirmək üçün mətnin üzərində çoxlu iş aparmaqla əslində plagiat etdiyinə şübhə yaradır. Tədqiqatlar Əsəd Bəyin Robakidzeni şəxsən tanıdığını göstərir. Avstriya baronessası Elfrida Ehrenfels (1894–1982) "Əli və Nino" romanını alman reyesterlerində qeydiyyatdan keçirmiş və "Qurban Səid" təxəllüsünün özünə aid olduğunu göstərmişdi, halbuki onun romanın yazılmasında iştirakı sübut edilməmişdir. Romanın "Əli Xan" adlı italyan nəşri 1944-cü ildə Məhəmməd Əsəd Bəy adı altında çap edilmişdi. Qəribədir ki, bu kitabda Nino Kipiani "Erika Kipiani" kimi təqdim edilirdi, bu isə gürcü adı deyildi. Nussimbaumun həyat yoldaşının adı Erika idi, lakin o, Əsəd Bəyin həmkarı Rene Füllöp Millerlə qaçmış və onlar qalmaqallı şəkildə boşanmışdılar (1935). Həmin nəşrdə bir sıra digər dəyişikliklər də edilmişdi. Bu italyan nəşri özünü "Əhməd Cəmil Vakka Mazzara" adlandıran Əsəd Bəyi tiryəklə təmin edən Vakka Bello tərəfindən onun ölümündən sonra müəmmalı şəkildə dərc edilmişdi. O, Əsəd Bəylə dörd nəsil əvvələ gedib çıxan qohumluğu olduğunu iddia etməklə, Əsəd Bəyin sağ qalmış yeganə varisi olduğunu irəli sürür və onun müxtəlif kitablardan gələn gəlirlərini əldə etmək məqsədi daşıyırdı. Əsər "Əli Xan" "adı altında yalnız bir dəfə çap edilmişdi."
  12. "Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdən[3] qatarda dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz[4], Rusiya İmperiyası[5], Bolşevik İnqilabının[6] yenicə kəşf etdiyi neft[7] və islam[8] haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı." "Əli və Nino” kitabı 1970-ci ildə Amerika nəşrindən başlayaraq, ümumi tirajı 11 milyon nüsxə ilə yenidən çap edilmiş, 27 dilə tərcümə edilmiş və Azərbaycan ədəbiyyatının klassik əsəri hesab olunur. Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə[9] kimi nüfuzdan saldılar[neytrallıq?]. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər[neytrallıq?]. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması[neytrallıq?] və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu[10]. O çox məhsuldar olduğuna görə[11], ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi. Məhz həmin ildə polyak dilində iki romandan[12] savayı, alman dilində heç bir kitab nəşr edilməmişdi."
  13. "Гылман Илькин — азербайджанский советский писатель, педагог, журналист, военный корреспондент. Народный писатель Азербайджана. Википедия Дата и место рождения: 28 апреля 1914 г., Мардакяны Дата и место смерти: 6 ноября 2009 г., Баку Книги: На крыше, рядом с голубятней...: повести и рассказы Фильмы: Непокорённый батальон, Тени ползут, General "Qara Namazov yazır: "Q. İlkinin əsərlərinin mövzu dairəsi genişdir. Onun əsərlərində təkcə inqilabi keçmişimiz və Vətəndaş müharibəsi deyil, dinc quruculuq illerində uşaqların təhsili, işi və fəaliyyəti, vətənimizin zəngin sərvətlərinin axtarılması, kəndlərimizin keçmişinin ve bu gününün öyrənilməsi və s. geniş və ətraflı təsvir və tərənnüm olunmuşdur". Mövzusu ve ideyası bugünkü baxımdan məqbul görünməsə də, Qılman İlkinin ən sənətkarlıqla qələmə alınmış əsəri "Şimal küləyi'dir. Burada xalqımızın keşməkeşli tarixinin müəyyən, hələ düzgün şərhi verilməyən illərinin bədii mənzərəsi vardır. Q. İlkinin "Üçtəpə uşaqları", "Ömrün oğlan çağı" povestlərində də gənclərin, yeniyetmələrin arzu və düşüncələri, onların mübarizələrdə bərkiyən həyatı ön plana gətirilmişdir. Qılman İlkinin yaradıcılığında hekayə janrı mühüm yer tutur. O, yığcam bir süjetlə öz qəhrəmanlarının daxili aləmini açmağa nail olur. Q. İlkinin "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Baba və nəvə" televiziya pyeslərinin tamaşası maraqla qarşılanmışdır. Yazıçı "Təzə şagird" pyesinin, "Kölgələr sürünür" filminin ssenarisinin müəllifidir. Q. İlkin həm də bir tərcüməçi kimi fəaliyyət göstərmişdir. Onun öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur. "
  14. "Стала первой в истории Азербайджана женщиной-народным комиссаром (наркомом)[3]. Возглавляла наркоматы просвещения и юстиции[4]. Была членом Президиума ЦИК Азербайджанской ССР (АзЦИК) и ЦИК ЗСФСР (ЗакЦИК), депутатом Баксовета[5], а также председателем Верховного Суда Азербайджанской ССР[6]. Являлась первым редактором женского журнала «Шарк гадыны» («Женщина Востока»)[6]. Находилась на различных партийных должностях Азербайджанской и Закавказской партийных организаций. Была членом ЦК, Президиума ЦКК и Бакинского комитета АКП(б), а также Закавказского краевого комитета ВКП(б)[5]. Сестра Газанфара Мусабекова и супруга Гамида Султанова." Stalinin güllələtdirdiyi ilk qadın nazirimiz - Ayna Sultanova мяканы джяннят олсун В данный момент её внучка нуждается и в моральной и материальной помощи
  15. Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, daha sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. "
  16. "Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi." "1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R. Babayev və R. Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun "Bayatı-kürd" ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K. Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər." "1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R. Babayev və R. Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun "Bayatı-kürd" ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K. Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər." Мяканы Джяннят олсун
  17. Всем доброго денёчка !) Грипп мяни тяряфя гяльмир)) Другие "букеты"но уже тихо тихо кяндимя гялирям ) и до этого форума дошла )
  18. Спасиб) Всем здоровья , мирного неба над головой и спокойной беззаботной жизни!)
  19. Аллах горусун В детстве когда проходили по счастливому мосту в Пиршаги нам казалось что мосты никогда не могут рухнуть а сейчас что ни день то грустные новости всё смешалось в природе и в жизни Аллах ахырымызы хейир элясин!
  20. Привет )Как жизнь молодая?) Болела устювя саглыг токо токо оправилась)Спасиб за внимание)
  21. Всем доброго вечерочка! Поздравляю Всего прекрасного желаю!) Самое главное здоровья) долгих счастливых лет жизни )голд карту и чтобы тратили на радость себе и родным!)
×
×
  • Создать...