Перейти к содержимому

Əliyə Ana Söyüşü Söyənlər


anti-rafa

Recommended Posts

Uca Allah Quranda peyğəmbərin zövcələrini mömünlərin anası adlandırıb.

 

النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ

"Peyğəmbər mömünlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə onların (mömünlərin) analarıdır". (Əl-əhzab:6)

 

Digər bir ayədə isə peyğəmbrədən sonra onlar ilə evlənməyən haram olduğu hökmünü qoyub.

 

وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَداً إِنَّ ذَلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيماً

"(Ey mömünlər,) sizə yaraşmaz ki, peyğəmbərə əziyyət vermək, nə də ondan sonra onun zövcələri ilə evlənmək sizə qadağandır. Bu Allah qatında böyük bir günahdır". (Əl-Əhzab:57)

 

Əli (ra) mömün olduğu üçün Aişə (ra) onun da anası adlanır. Rafizilərin Aişəyə qarşı mövqeyi bəllidir. Onlar Aişəni (ra) söyür və lənətləyirlər. Rafizilərin məzhəbinə görə Aişə kafirdir. Kafir isə Quranda nəcis adlanıb.

Aişəni söyən rafizilər,  Əlinin (ra) də anasını söymüş sayılırlar.

 

Ey Əliyə ana söyüşü söyən rafizilər, Allah mömünlərin anasını kafirlərdənmi seçdi? Belə bir din ola bilərmi? Rafizilik din deyil, hoqqadır.

 

Qoy rafizilər bu sual barədə düşünsünlər. Lakin rafizilərin qəribəlikləri bununla bitmir. Onlardan bəziləri Aişəni, ümumiyyətlə, mömünlərin anası hesab etmədiyi halda, bir qismi isə  Aişəni yalnız onun ilə çağdaş olan mömünlərin anası adlandırır, sonrakı dönəmdə yaşayan mömünlərin anası hesab etmirlər.

 

Belə düşünmələrinin səbəbi isə onun ilə evliliyin qadağan olmasını illət,  Aişənin ana olmasını isə bu illətdən doğan hökm hesab etmələridir. Qarşıdakı izahımızda isə görəcəksiniz ki, onun ilə evliliyin qadağan olması illət yox, hökmdür, mömünlərə ana olması isə illətdir.

 

Rafizilərin Çürük Məntiqi:

“Aişə, onun ilə evlənmək qadağan olması səbəbindən mömünlərin anasıdır”.

Rafizilər belə evliliyin qadağan olmasını illət (səbəb), Aişənin mömünlərin anası olmasını isə hökm qəbul edirlər.

Bununla da rafizilər Aişənin yalnız onunla çağdaş olan mömünlərin anası olduğunu, sonrakı dönəm mömünlərin isə anası olmadığı iddiasını irəli sürürlər.

Çünki rafizilərə görə bu evliliyin haram olması illətdir, Aişənin mömünlərin anası olması isə hökmdür. Bu illətin daşıyıcısı olan mömünlər isə Aişənin çağdaşlarıdır.

 

 

Əhli-sünnətin Haqlı Mövqeyi:

 

Əhli-sünnət isə Aişənin mömünlərin anası olmasını illət, onun ilə evliliyin haram olmasını isə hökm olaraq qəbul etmişlər.

Çünki rafizilərin iddia etdiyi kimi haramlıq illət ola bilməz. Əksinə haramlıq hökm olur. İlləti isə hökmün meydana çıxmasına səbəb olan şeydə axtarmaq lazımdır. İllətlər hökmə görə qoyulmadığı üçün, əksinə hökmlər illətə (səbəbə) görə qoyulduğu üçün “Aişə ilə evlənməyin haram olması onun mömünlərin anası olmasına görədir”,- demək doğru, “onunla evlənməyin haram olmasına görə Aişə mömünlərin anasıdır”,- demək isə yanlışdır.

 

Rafizilər  evlənməyin qadağan olmasını səbəb (illət), Aiəşnin (ra) mömünlərin anası olmasını isə hökm kimi göstərirlər. Halbuki, Aişə mömünləri doğmadığı üçün onunla evlənməyin qadağan olması illət ola bilməz. Çünki mömünləri doğan qadınlar ilə mömünlərin evlənməsinin haram olmasının illəti mömünləri doğan qadınların mömünləri doğan ana olmalarıdır. Aişəyə gəlincə, Aişənin (ra) mömünlərə ana olması illət, onunla evlənməyin qadağan olması isə hökm ola bilər.

 

Barəsində danışdığımız evliliyin haramlığı hökm olduğu üçün Aişənin mömünlərə analıq statusunda olması illətdir. İllət davamlı olduğu üçün hökm qiyamətə qədər qüvvədə olur. İstər bu illət insanlar üçün əlçatan olsun, istərsə də  yox. Buna görə də Aişə qiyamətə qədər mömünlərin anasıdır.

 

Amma rafizilərin bütün bunalara rəğmən, “Aişə anamız deyil”,- deməsinə gəlincə, bəlkə də doğru deyirlər. Çünki hz. Aişə (ra) Allah Taalanın da buyurduğu kimi mömünlərin anasıdır, paqanistlərin yox.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...