SUMGAYIT Опубликовано: 29 августа, 2022 Жалоба Share Опубликовано: 29 августа, 2022 İraq ordusu Bağdada girdi İraq ordusunun nizami bölmələri Bağdada daxil olub. Publika.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Xatırladaq ki, avqustun 29-da şiə lideri əs-Sədrin siyasətdən getdiyini elan edən tərəfdarları Respublika Sarayına soxulublar. Qeyd olunub ki, hazırda respublika hökuməti İraqın paytaxtındakı Respublika sarayında oturur. Axşam saatlarında media aksiyalar zamanı 12 nəfərin öldüyü barədə məlumat yayıb. Avqustun əvvəlində etirazçılar parlamenti ikinci dəfə ələ keçirdikdən sonra qoşunlar Bağdada daxil olub. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 августа, 2022 Автор Жалоба Share Опубликовано: 29 августа, 2022 İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib. Publika.az xarici mənbələrə istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Bağdadda yerləşən Respublika Sarayına nəzarəti bərpa edib, üsyançıları saraydan çıxarıb. Məlumatlarda o da qeyd edilir ki, hökumət qüvvələri Əs-Sədr tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Son məlumata görə, Bakı vaxtı ilə saat 20:00-dan etibarən ölkə ərazisində komendant saatı tətbiq ediləcək. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 - 30/08/2022 İraq ordusunun bölmələri Bağdada daxil olub İraqın nizami ordu hissələri bazar ertəsi günortadan sonra paytaxtda Müqtəda əs-Sədrin tərəfdarları tərəfindən keçirilən kütləvi etiraz aksiyalarından sonra Bağdada daxil olub. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 - 30/08/2022 Bağdadda gedən atışmalarda İraq Polisinin qərargah rəisi yaralanıb Bağdadın “yaşıl zona”sında davam edən atışmalarda İraq Federal Polisinin qərargah rəisi yaralanıb. Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, polis zabiti qolundan güllə yarası alıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 tsapp Telegram Twitter Facebook A+ A-İraqın nüfuzlu imamı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr tərəfdarlarının etirazları ilə baş verən zorakılıqlara son qoyulana qədər aclıq aksiyasına başlayıb. Bu barədə hərəkatın liderlərindən biri Həsən əl-Azəri feysbuk sosial şəbəkəsində bildirib. “O, zorakılıq və silahdan istifadə dayandırılana qədər aclıq aksiyası keçirir”, – Həsən əl-Azərinin bəyanatında deyilir. Əl-Əhari vurğulayıb ki, korrupsioner məmurlarla mübarizə zorakı hərəkətlər üçün bəhanə deyil. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 Türkiyə XİN: “İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir” “Bir müddətdir, İraqın paytaxtı Bağdadda baş verən siyasi proseslər ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhdid halına gəlib. Dünya ictimaiyyəti bilməlidir ki, dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan biz zorakılığın bütün İraqa yayılmasından narahatıq” Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, Türkiyə bu kontekstdə bütün tərəfləri təmkinli olmağa və sağlam düşüncəyə dəvət edir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 Xəbər- 30/08/2022 Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 - 30/08/2022 İraqda komendant saatı ləğv edilib İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı ölkə daxilində komendant saatını ləğv edib. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Ordu komandanlığı paytaxt Bağdad daxil olmaqla, bütün ölkədə komendant saatının ləğv edildiyini açıqlayıb Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 - 30/08/2022 İraq Prezidenti yeni parlament seçkilərini böhrandan çıxış yolu adlandırıb İraqın Nümayəndələr Şurasına (parlament) növbədənkənar seçkilərin keçirilməsi ölkədə formalaşmış siyasi böhrandan çıxış yolu olacaq. Bunu İraq Prezidenti Bərham Saleh milli televiziya ilə çıxışında deyib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 - 31/08/2022 İraqın Baş naziri vəziyyətin pisləşəcəyi təqdirdə istefa verəcəyini bildirib İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə siyasi vəziyyətin pisləşəcəyi təqdirdə vəzifəsini tərk edəcəyini bildirib. Bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb. Əl-Kazimi İraq xalqına müraciətində deyib: “Əgər siyasi vəziyyət pisləşərsə, mən İraqın Baş naziri vəzifəsindən istefa verdiyimi vaxtında elan edəcəyəm”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 - 01/09/2022 Bayden İraqın Baş nazirinə Bağdaddakı vəziyyətlə bağlı kömək təklif edib ABŞ Prezidenti Cozef Bayden İraqın Baş naziri Mustafa Əl-Kazimi ilə Bağdadda vəziyyətin gərginləşməsini müzakirə edib və ona münaqişənin gərginləşməsinin qarşısının alınmasında kömək təklif edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 1 сентября, 2022 Şimali İraqda PKK terrorçuları zərərsizləşdirilib Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının iki silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv edilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 ноября, 2022 Автор Жалоба Share Опубликовано: 2 ноября, 2022 İŞİD-ə qoşulan 42 yaşlı qadının şok hekayəsi – İki uşağını belə... İŞİD terror təşkilatının qadınlardan ibarət birliyinin komandiri olduğunu etiraf edən amerikalı qadın 20 il müddətinə azadlıqdan məhrum edilib. Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, keçmiş müəllim Ellison Flük-Ekren adlı qadın səkkiz il İraq, Suriya və Liviyada terror aktları həyata keçirib. 42 yaşlı Ellison bu müddətdə 100-dən çox qadın və qıza hərbi təlim keçdiyini də etiraf edib. Bundan başqa, 12 uşağı olan Flük-Ekren bəzi övladları tərəfindən cinsi təcavüzdə günahlandırılıb. Hökmdən əvvəl prokurorlar qanunun icazə verdiyi maksimum cəzanın Flük-Ekren üçün kifayət etməyəcəyini bildiriblər. 42 yaşlı qadının vəkilləri onun Suriyada yaşadığı olaylardan sarsıldığını iddia edərək, daha az cəza istəyiblər. Flük-Ekren adlı keçmiş müəllim Kanzas ştatında Overbruk adlı kiçik qəsəbədə böyüyüb və məhkəmə sənədlərinə görə, İŞİD sıralarında yüksələn fanatik yaraqlıya çevrilib. Daha sonra ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi İŞİD-də bir qadının lider postuna yüksəlməsi ehtimalının nadir nümunəsini göstərib. 2000-ci illərin əvvəllərində öncə Liviya silahlı qruplaşması “Ənsar Əl-Şəriyə”, sonra isə İŞİD üzvü olan ikinci əri ilə birlikdə Yaxın Şərqə köçüb. Bununla belə, vaxtaşırı Kanzasa baş çəkməyə davam edib. Flük-Ekren təxminən 2012-ci ildə Suriyaya qaçıb və əri müharibədə öldürüldükdən sonra daha iki terrorçu ilə evlənib. Banqladeşli dron mütəxəssisi də daxil olmaqla, iki sonrakı ər də döyüşərkən öldürülüb. Təxminən dörd il sonra Flük-Ekren terror təşkilatının “paytaxt” elan etdiyi Suriyanın Raqqa şəhərində qadınlardan ibarət İŞİD batalyonu “Xətibə Nüsaybə”nin lideri və təşkilatçısı olub. 42 yaşlı keçmiş müəllimin buradakı əsas missiyası qadınlara döyüş üzrə hərbi təlim keçməkmiş. Eyni zamanda, ABŞ-da mümkün terror aktları üçün müxtəlif şəxslərin İŞİD-ə cəlb edilməsində aktiv rol oynayıb. “Flük-Ekren gənc qızların beynini yuyub və onlara özlərini öldürməyi öyrədib”, - ABŞ Baş prokurorunun müavini Rac Parex məhkəmədə deyib. Flük-Ekrenin 12 uşağından ikisi məhkəməyə məktublarında analarının onlara cinsi istismar etdiyini iddia edib. Flük-Ekrenin vəkilləri bildiriblər ki, qadın İŞİD-dəki rolunu etiraf etsə də, təcavüzə dair iddiaları qəti rədd edir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 ноября, 2022 Автор Жалоба Share Опубликовано: 2 ноября, 2022 “Buranı türklərə məzar edəcəyik” deyən iranlı terrorçu məhv edildi Türkiyənin İraqın şimalında terrorçulara qarşı həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatında PKK-nın Metina əyaləti üzrə “nümayəndəsi”, türkləri təhdid edən İran əsilli terrorçu Cavad Attarek iki mühafizəçisi ilə birlikdə məhv edilib. Publika.az xəbər verir ki, məhv edilən “Yekta” kod adlı iranlı terrorçu 22 ildir PKK-nın üzvüdür və terror təşkilatının “hərbi məclisi”ndə təmsil olunur. Terrorçu Cavad Attarek PKK-ya məxsus media orqanlarında Türkiyəni təhdid etmişdi. “Türk ordusu irəliləyə bilmir. Buranı türklərə məzar edəcəyik”, - o iddia etmişdi. Bu açıqlamasından bir neçə gün sonra türk ordusu iranlı terrorçunu məhv edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 24 декабря, 2022 Türkiyə bu il Suriya və İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb “Bu il Suriya və İraqda 4 minə yaxın terrorçu zərərsizləşdirilib”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib. O bildirib ki, terrorçulara qarşı mübarizə davam edir: “Əməliyyatlarımız gecə-gündüz davam edir. Yeganə hədəfimiz terrorçulardır. Biz qonşularımızın ərazi bütövlüyünə hörmət edirik”. H. Akarın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları beynəlxalq hüquq çərçivəsində həyata keçirilir: Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 24 декабря, 2022 KİV: “İŞİD yaraqlıları İraqdakı kəndə hücum edib, ölənlər var” İŞİD terror təşkilatının yaraqlıları İraqın şərqində yerləşən Diyala əyalətinin Bu-Bali kəndinə hücum ediblər. Bu barədə “Bağdad Al Youm” xəbər portalı məlumat yayıb. Ölkənin təhlükəsizlik xidmətlərindəki mənbənin portala verdiyi məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə yaralanıb. İraq təhlükəsizlik qüvvələrinin əlavə bölmələri kənd ərazisinə cəlb olunur. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 24 декабря, 2022 İraqın Kərkük vilayətinin şimalında partlayış baş verib, federal polisin 8 əməkdaşı ölüb. Bu barədə “Rudaw” telekanalı məlumat yayıb. Silahlıların bir neçə polis avtomobilinin marşrutu boyunca yerləşdirdiyi partlayıcı işə düşüb. Ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var. Hadisə baş verən vaxt polis əməkdaşları Əl-Xuveyca kəndi yaxınlığındakı ərazidə patrul aparırmış. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 5 января, 2023 Автор Жалоба Share Опубликовано: 5 января, 2023 İraqda baş verən son hadisələr “İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin anım mərasimində İŞİD terror qruplaşması ilə mübarizədə İraqı dəstəklədiyi üçün İran rəhbərliyinə təşəkkür edib və deyib: “Bağdad Beynəlxalq Hava Limanında Amerikanın vəhşi cinayəti, bağışlanmaz səhvdir”. 1- Bağdad: – Dekabrın 31-də İraqın Baş Naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudaninin sədrliyi və Milli Təhlükəsizlik müşaviri, Ordu Baş Qərargahı, Birgə Əməliyyat Qərargahı komandir müavini və İraq təhlükəsizliyi xidmətinin komandirlərinin iştirakı ilə İraq Milli Təhlükəsizliyi Xidmətinin Koordinasiya Şurasının növbəti iclası keçirilib. – Dekabrın 24-də İraq Kürdüstanının Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Talibani bu ölkənin baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə İraq hökumətinin ümumi siyasətləri, tədbirləri və səylərinin vəziyyəti, İraqın Kürdüstan bölgəsi əyalətləri və bu ölkənin digər əyalətləri səviyyəsində icra qurumlarının əhəmiyyəti və xidmət rolu nəzərdən keçirilib. 2- Neynəva: Dekabrın 31-də Həşd-Şəəbi Təşkilatının Neynəvadakı əməliyyat qərargahının 21-ci briqadasının qüvvələri və İraq ordusu, Neynəva vilayətində yerləşən Mosulun şimalında Baduş dağında və Dəclə çayı sahilində əməliyyata başlayıb. 3- Kərkük: Dekabrın 25-də İŞİD terror qruplaşması Kərkük şəhərində İraq polisinə məxsus nəzarət-buraxılış məntəqəsini hədəf aldığını açıqlayıb. İŞİD-in iddiasına görə, bu əməliyyat nəticəsində bir İraq polisi şəhid olub, daha 4 nəfər yaralanıb. 4- Əl-Ənbar: Dekabrın 25-də İŞİD terror qruplaşması video yayaraq, Əl-Ənbar vilayətinin Ər-Rutba şəhərinin şərqində İraq ordusunun hərbi postuna hücum etdiyini açıqlayıb. İŞİD-in məlumatına görə, bu hücum nəticəsində İraq ordusunun bir əsgəri yaralanıb, gecəgörmə kamerası məhv edilib. 5- Diyalə: Dekabrın 30-da İraq Hərbi Hava Qüvvələrinin qırıcılarının terrorçuların Diyalədəki sığınacaqlarına hücumları nəticəsində İŞİD terror qruplaşmasının 13 üzvü öldürülüb. 6- İraqın Birgə Əməliyyat Qərargahının sözçüsü briqada generalı Təhsin Əl-Xəfaci deyib: “2022-ci ildə İraqın müxtəlif cəbhələrində bir çox mühüm nailiyyətlərin reallaşdığını müşahidə edə bilərik. Bu il 213-ü hava hücumlarında və 98-i digər əməliyyatlarda olmaqla 311 İŞİD terrorçusu öldürüldü”. 7- Dekabrın 26-da türk əsgərlərindən birinin ölüm xəbəri yayıldı. Türkiyə mətbuatı xəbər verdi ki, bu əsgər İraqın şimalında kürd silahlı birləşmələri ilə qarşıdurma zamanı həlak olub. Bu türk əsgərinin ölümü ilə türk ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 71 nəfərə yüksəldi. 8- Dekabrın 30-da İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin anım mərasimində İŞİD terror qruplaşması ilə mübarizədə İraqı dəstəklədiyi üçün İran rəhbərliyinə təşəkkür edib və deyib: “Bağdad Beynəlxalq Hava Limanında Amerikanın vəhşi cinayəti, bağışlanmaz səhvdir”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 20 ноября, 2023 İraq prezidenti: “Ölkəmizdə Azərbaycan üçün biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq” “İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq”. AZƏRTAC xəbər verir ki, bu sözləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı söyləyib. Dövlətimizin başçısını Azərbaycanda sülh və sabitliyə nail olması münasibətilə təbrik edən Əbdüllətif Camal Rəşid deyib: “Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 20 ноября, 2023 Azərbaycan və İraq prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı: - Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyə çox şadam. İraq Prezidenti ölkəmizə bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı səfər etmişdi və görüşümüz zamanı mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram ki, dəvətim qəbul olundu və Prezident bizim qonağımızdır. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir. Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz, sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirirlər. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik. Cənab Prezident qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm. Əlbəttə, hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, 1990-cı illərin əvvəlində nə baş verdiyinə nəzər salmalıyıq. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edirdilər. Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi. Biz ümid edirdik ki, bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. Biz demək olar ki, üç il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu. Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror tədbirləri gördük. Bu tədbirlər 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərindən bir örnək hesab olunmalıdır. Bunun nəticəsində Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “Dağlıq Qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdılar. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizin hər yerində dalğalanır. Beləliklə, bu, vəziyyətin tarixçəsidir. İndi isə biz növbəti mərhələyə gəlirik. Növbəti mərhələdə isə biz - mən bunu cənab Prezidentə bildirdim, - Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib. Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər? Heç nə. Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə, qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti, əsasən, dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlib. Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun. Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin, bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq. Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi, əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək. Bir daha, cənab Prezident, xoş gəlmisiniz və bizimlə bir yerdə olduğunuz üçün Sizə təşəkkür edirəm. Sonra İraq Prezidenti bəyanatla çıxış edib. Prezident Əbdüllətif Camal Rəşidin bəyanatı: - Cənab Prezident, hörmətli həmkarlar, xanımlar və cənablar! Burada olmağa çox şadam. Bu, mənim cənab Prezidentin nəzakətli dəvəti ilə Azərbaycana ikinci səfərimdir. Bizi buraya dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Düşünürəm ki, səfərimiz çox səmərəli və çox faydalı oldu. Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində - infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik. Cənab Prezident, icazə verin, Sizə yeni İraqı qısaca təsvir edim, mən onu yeni İraq adlandırıram. Əminəm ki, Zati-aliləri bizim tariximizi, uzun müddət ərzində diktatorluq dövründə, xalq tərəfindən sevilməyən müxtəlif hökumətlər, hərbi hökumətlər, eyni zamanda, birpartiyalı hökumətlər və ya bir şəxsin hökuməti dövründə çəkdiyimiz əziyyətləri bilir. Bu, xeyli müddət davam etdi və bizdə daxili münaqişələrə, bəzən müharibələrə, İraqdakı icmalar arasında, icmalar və hökumət arasında toqquşmalara, İraqla qonşu ölkələrimiz arasında müharibəyə, hətta beynəlxalq ictimaiyyətə meydan oxumağımıza səbəb oldu. İraqın davranışı beynəlxalq ictimaiyyət və qonşularımız tərəfindən qəbul edilmirdi. Bu da İraqın işğalına gətirib çıxardı və eyni zamanda, işğaldan sonra biz terror hücumlarından əziyyət çəkdik. Sonuncu terror hücumları İŞİD-in İraq əhalisinə, İraq şəhərlərinə və İraq mərkəzlərinə hücumları oldu. Lakin bunun keçmişdə qaldığını Sizə məlumat verməkdən şadam. İraq yaxşı, sağlam vəziyyətdədir. Bizdə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var. Geniş parlament fəaliyyətimiz var, İraq parlamentinin üzvlərinin ümumi sayı 330 nəfərdir. Biz hökuməti seçmişik və İraq Prezidentini seçmişik. Bu dövr ərzində, baxmayaraq ki, bu qənaətə gəlmək çox vaxt apardı, bu, İraq dövləti üçün faydalı oldu. Çünki biz bu qərarları İraqdakı müxtəlif millətlərlə, müxtəlif dinlər və müxtəlif siyasi partiyalarla dialoq, anlaşma və əməkdaşlıq sayəsində verdik. Onların hamısı bu nəticəyə nail olunmasına öz töhfəsini verdi. Qeyd etdiyim kimi, hökumət bir il bundan əvvəl formalaşdırılıb və Prezident hökumət seçiləndən əvvəl seçilib. Bizim parlamentimiz bir ildir ki, fəaliyyət göstərərək İraqdakı məsələlərlə məşğul olur və hökumət ehtiyac olanları həyata keçirməyə çalışır. Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharibələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi və bütün xidmətlər geri qalırdı, ona görə də biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə və möhkəmləndirməyə çalışırıq. İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var. Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik. Hesab edirəm ki, bizim buraya səfərimiz faydalıdır və ümid edirik ki, bu səfərlər təkrarlanacaq. Çox şadam ki, Azərbaycan nümayəndə heyəti tezliklə İraqa səfər edəcək. Sizin də qeyd etdiyiniz kimi, cənab Prezident, biz yenə də əməkdaşlıq üçün və bir çox sahələrdə əməkdaşlığın başlanılması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq. Cənab Prezident, Azərbaycanda sülh və sabitliyə nail olmağınız münasibətilə Sizi təbrik edirəm. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır. Əfsuslar olsun ki, bütün Yaxın Şərq regionu - bu, hətta bütün dünyaya da təsir edib - yeni münaqişədən, fələstinlilərin hüquqları ilə bağlı olan münaqişədən əziyyət çəkir. İraqın bu məsələdə mövqeyi çox aydındır. Biz bütün fələstinlilərin hüquqlarını tamamilə dəstəkləyirik, istər onlar Qəzza zolağının Qərb sahilində olsunlar, istər Qəzza zolağında və dünyanın başqa bir yerində olsunlar. Biz ümid edirik ki, fələstinlilər öz milli hüquqlarını tamamilə əldə edəcəklər və biz tezliklə fələstinlilərin öz dövləti olacağına da ümid edirik. Bu münaqişə real olaraq həll olunmazsa, bütün regionda gərginlik qalacaq, sülhə və sabitliyə nail olunmayacaq. Biz Fələstin xalqının dərdinə şərikik və Fələstin xalqını dəstəkləyirik. İraqın bu məsələdə mövqeyi birinci gündən çox aydındır və biz beynəlxalq birliyi öz mövqeyimiz barədə məlumatlandırmışıq. Biz Qəzzada mülki əhaliyə hücum edib öldürülməsi, məktəb və xəstəxanaların, yaşayış binalarının və mülki infrastrukturun dağıdılması hallarını qınayırıq. Ümid edirəm ki, bu böhranlı vəziyyət tezliklə sona çatacaq və Fələstin xalqı öz torpaqlarında öz hüquqlarına yiyələnəcək. Cənab Prezident, hesab edirəm ki, təfərrüatı ilə müzakirə edə biləcəyimiz bir neçə mövzu var, lakin mən bu razılaşmalara nail olmaq və ya mövcud olduğu halda açıq qalan problemləri həll etmək üçün bunu hər iki ölkədən olan müxtəlif nazirliklərin və təşkilatların öhdəsinə buraxıram. Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir və biz Sizinlə əlaqə saxlayacaq və nümayəndə heyətinizi onlara münasib olan vaxtda və zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə və eyni zamanda, Sizin təcrübənizdən faydalanmağa hazırıq. Yekunda əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən təkcə Bakını görmüşəm, başqa yerləri görməmişəm. Lakin Bakıda infrastruktur, binalara və şəhərdə təşkilati məsələlərə münasibətdə gördüklərim əsasında Sizi təbrik edirəm. Bu, istənilən ölkə üçün heyrətamiz bir nailiyyətdir və siz hamınız Bakıda yaşamaqdan qürur hissi duymalısınız. Bir daha, cənab Prezident, bizi dəvət etdiyinizə görə çox sağ olun. Sizin həmkarlarınızla bir yerdə vaxt keçirmək bizim üçün çox xoş idi. Bir daha Sizə ən xoş arzularımı çatdırır və gələcəkdə uğurlar diləyirəm. 13:17 Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə AZƏRTAC xəbər verir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 20 ноября, 2023 Prezident: “Növbəti həftələrdə Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq” “İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin, bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. Azərbaycan və İraq paytaxtları arasında birinci birbaşa uçuşun baş tutduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi, əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 https://www.youtube.com/shorts/gcbkxuz2zGE Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2024 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2024 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.