Перейти к содержимому

Bizdən İraq


SUMGAYIT

Recommended Posts

İraq ordusu Bağdada girdi

iraq_ordusu.jpg?v1661799195

İraq ordusunun nizami bölmələri Bağdada daxil olub.

Publika.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Xatırladaq ki, avqustun 29-da şiə lideri əs-Sədrin siyasətdən getdiyini elan edən tərəfdarları Respublika Sarayına soxulublar.

Qeyd olunub ki, hazırda respublika hökuməti İraqın paytaxtındakı Respublika sarayında oturur.

Axşam saatlarında media aksiyalar zamanı 12 nəfərin öldüyü barədə məlumat yayıb.

 

Avqustun əvvəlində etirazçılar parlamenti ikinci dəfə ələ keçirdikdən sonra qoşunlar Bağdada daxil olub.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

bagdad.jpg?v1661799372
 

İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.

Publika.az xarici mənbələrə istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Bağdadda yerləşən Respublika Sarayına nəzarəti bərpa edib, üsyançıları saraydan çıxarıb.

Məlumatlarda o da qeyd edilir ki, hökumət qüvvələri Əs-Sədr tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Son məlumata görə, Bakı vaxtı ilə saat 20:00-dan etibarən ölkə ərazisində komendant saatı tətbiq ediləcək.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661805726-825563-8750ce54-f580-34ad-8f9
- 30/08/2022

İraq ordusunun bölmələri Bağdada daxil olub

İraqın nizami ordu hissələri bazar ertəsi günortadan sonra paytaxtda Müqtəda əs-Sədrin tərəfdarları tərəfindən keçirilən kütləvi etiraz aksiyalarından sonra Bağdada daxil olub. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661807526-825565-aef055f8-7628-3a04-b65
- 30/08/2022

Bağdadda gedən atışmalarda İraq Polisinin qərargah rəisi yaralanıb

Bağdadın “yaşıl zona”sında davam edən atışmalarda İraq Federal Polisinin qərargah rəisi yaralanıb. Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, polis zabiti qolundan güllə yarası alıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

tsapp Telegram Twitter Facebook A+ A-İraqın nüfuzlu imamı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb
1661811671-825572-ebd7de0c-f1bd-354a-885
 

İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr tərəfdarlarının etirazları ilə baş verən zorakılıqlara son qoyulana qədər aclıq aksiyasına başlayıb.

Bu barədə hərəkatın liderlərindən biri Həsən əl-Azəri feysbuk sosial şəbəkəsində bildirib.

“O, zorakılıq və silahdan istifadə dayandırılana qədər aclıq aksiyası keçirir”, – Həsən əl-Azərinin bəyanatında deyilir. Əl-Əhari vurğulayıb ki, korrupsioner məmurlarla mübarizə zorakı hərəkətlər üçün bəhanə deyil.

 
 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə XİN: “İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir”

1661821387-825576-fb0817f1-5364-3b79-b5f
 

“Bir müddətdir, İraqın paytaxtı Bağdadda baş verən siyasi proseslər ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhdid halına gəlib. Dünya ictimaiyyəti bilməlidir ki, dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan biz zorakılığın bütün İraqa yayılmasından narahatıq”

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Türkiyə bu kontekstdə bütün tərəfləri təmkinli olmağa və sağlam düşüncəyə dəvət edir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661829487-825588-f8a72c82-86e8-453e-9ad
Xəbər- 30/08/2022

Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661858112-825758-39e2c542-bb63-3d91-8af
- 30/08/2022

İraqda komendant saatı ləğv edilib

İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı ölkə daxilində komendant saatını ləğv edib. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Ordu komandanlığı paytaxt Bağdad daxil olmaqla, bütün ölkədə komendant saatının ləğv edildiyini açıqlayıb

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661886911-825883-da9496b9-fd36-389e-947
- 30/08/2022

İraq Prezidenti yeni parlament seçkilərini böhrandan çıxış yolu adlandırıb

İraqın Nümayəndələr Şurasına (parlament) növbədənkənar seçkilərin keçirilməsi ölkədə formalaşmış siyasi böhrandan çıxış yolu olacaq. Bunu İraq Prezidenti Bərham Saleh milli televiziya ilə çıxışında deyib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661911026-825910-039b47d5-2ced-39e3-bfa
- 31/08/2022

İraqın Baş naziri vəziyyətin pisləşəcəyi təqdirdə istefa verəcəyini bildirib

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə siyasi vəziyyətin pisləşəcəyi təqdirdə vəzifəsini tərk edəcəyini bildirib. Bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb. Əl-Kazimi İraq xalqına müraciətində deyib:

“Əgər siyasi vəziyyət pisləşərsə, mən İraqın Baş naziri vəzifəsindən istefa verdiyimi vaxtında elan edəcəyəm”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661990226-826229-8f01ac2d-3705-3773-8ef
- 01/09/2022

Bayden İraqın Baş nazirinə Bağdaddakı vəziyyətlə bağlı kömək təklif edib

ABŞ Prezidenti Cozef Bayden İraqın Baş naziri Mustafa Əl-Kazimi ilə Bağdadda vəziyyətin gərginləşməsini müzakirə edib və ona münaqişənin gərginləşməsinin qarşısının alınmasında kömək təklif edib. 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1661999048-826241-c536278f-8178-3f09-a3b

Şimali İraqda PKK terrorçuları zərərsizləşdirilib

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının iki silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv edilib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...

İŞİD-ə qoşulan 42 yaşlı qadının şok hekayəsi – İki uşağını belə...

trgfrbebfre.png?v1667418223
 
 

İŞİD terror təşkilatının qadınlardan ibarət birliyinin komandiri olduğunu etiraf edən amerikalı qadın 20 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, keçmiş müəllim Ellison Flük-Ekren adlı qadın səkkiz il İraq, Suriya və Liviyada terror aktları həyata keçirib.

42 yaşlı Ellison bu müddətdə 100-dən çox qadın və qıza hərbi təlim keçdiyini də etiraf edib. Bundan başqa, 12 uşağı olan Flük-Ekren bəzi övladları tərəfindən cinsi təcavüzdə günahlandırılıb.

Hökmdən əvvəl prokurorlar qanunun icazə verdiyi maksimum cəzanın Flük-Ekren üçün kifayət etməyəcəyini bildiriblər. 42 yaşlı qadının vəkilləri onun Suriyada yaşadığı olaylardan sarsıldığını iddia edərək, daha az cəza istəyiblər.

erf34t5.png

Flük-Ekren adlı keçmiş müəllim Kanzas ştatında Overbruk adlı kiçik qəsəbədə böyüyüb və məhkəmə sənədlərinə görə, İŞİD sıralarında yüksələn fanatik yaraqlıya çevrilib. Daha sonra ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi İŞİD-də bir qadının lider postuna yüksəlməsi ehtimalının nadir nümunəsini göstərib.

3etr34jtrh.png

2000-ci illərin əvvəllərində öncə Liviya silahlı qruplaşması “Ənsar Əl-Şəriyə”, sonra isə İŞİD üzvü olan ikinci əri ilə birlikdə Yaxın Şərqə köçüb. Bununla belə, vaxtaşırı Kanzasa baş çəkməyə davam edib.

 

Flük-Ekren təxminən 2012-ci ildə Suriyaya qaçıb və əri müharibədə öldürüldükdən sonra daha iki terrorçu ilə evlənib. Banqladeşli dron mütəxəssisi də daxil olmaqla, iki sonrakı ər də döyüşərkən öldürülüb.

76i8i8o89.png

Təxminən dörd il sonra Flük-Ekren terror təşkilatının “paytaxt” elan etdiyi Suriyanın Raqqa şəhərində qadınlardan ibarət İŞİD batalyonu “Xətibə Nüsaybə”nin lideri və təşkilatçısı olub. 42 yaşlı keçmiş müəllimin buradakı əsas missiyası qadınlara döyüş üzrə hərbi təlim keçməkmiş. Eyni zamanda, ABŞ-da mümkün terror aktları üçün müxtəlif şəxslərin İŞİD-ə cəlb edilməsində aktiv rol oynayıb.

“Flük-Ekren gənc qızların beynini yuyub və onlara özlərini öldürməyi öyrədib”, - ABŞ Baş prokurorunun müavini Rac Parex məhkəmədə deyib.

3t45y56yu.png

Flük-Ekrenin 12 uşağından ikisi məhkəməyə məktublarında analarının onlara cinsi istismar etdiyini iddia edib. Flük-Ekrenin vəkilləri bildiriblər ki, qadın İŞİD-dəki rolunu etiraf etsə də, təcavüzə dair iddiaları qəti rədd edir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

“Buranı türklərə məzar edəcəyik” deyən iranlı terrorçu məhv edildi

ca.png?v1667418389
 
 

Türkiyənin İraqın şimalında terrorçulara qarşı həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatında PKK-nın Metina əyaləti üzrə “nümayəndəsi”, türkləri təhdid edən İran əsilli terrorçu Cavad Attarek iki mühafizəçisi ilə birlikdə məhv edilib.

Publika.az
 xəbər verir ki, məhv edilən “Yekta” kod adlı iranlı terrorçu 22 ildir PKK-nın üzvüdür və terror təşkilatının “hərbi məclisi”ndə təmsil olunur.

Terrorçu Cavad Attarek PKK-ya məxsus media orqanlarında Türkiyəni təhdid etmişdi.

“Türk ordusu irəliləyə bilmir. Buranı türklərə məzar edəcəyik”, - o iddia etmişdi.

Bu açıqlamasından bir neçə gün sonra türk ordusu iranlı terrorçunu məhv edib.
 

 
  • df.jpg

     

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Türkiyə bu il Suriya və İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb

Türkiyə bu il Suriya və İraqda zərərsizləşdirdiyi terrorçuların sayını  açıqlayıb - Press Klub

“Bu il Suriya və İraqda 4 minə yaxın terrorçu zərərsizləşdirilib”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, terrorçulara qarşı mübarizə davam edir:

“Əməliyyatlarımız gecə-gündüz davam edir. Yeganə hədəfimiz terrorçulardır. Biz qonşularımızın ərazi bütövlüyünə hörmət edirik”.

H. Akarın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları beynəlxalq hüquq çərçivəsində həyata keçirilir:

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

1671484506-865881-762ae2a8-218b-42ef-acf
 

İŞİD terror təşkilatının yaraqlıları İraqın şərqində yerləşən Diyala əyalətinin Bu-Bali kəndinə hücum ediblər.

Bu barədə “Bağdad Al Youm” xəbər portalı məlumat yayıb.

Ölkənin təhlükəsizlik xidmətlərindəki mənbənin portala verdiyi məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

İraq təhlükəsizlik qüvvələrinin əlavə bölmələri kənd ərazisinə cəlb olunur.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İraqın Kərkük vilayətinin şimalında partlayış baş verib, federal polisin 8 əməkdaşı ölüb.

İraqda partlayış baş verib, 8 nəfər ölüb

Bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Silahlıların bir neçə polis avtomobilinin marşrutu boyunca yerləşdirdiyi partlayıcı işə düşüb.

Ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var.

Hadisə baş verən vaxt polis əməkdaşları Əl-Xuveyca kəndi yaxınlığındakı ərazidə patrul aparırmış.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

İraqda baş verən son hadisələr

Ammar-Hakim-768x481-1.jpeg

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin anım mərasimində İŞİD terror qruplaşması ilə mübarizədə İraqı dəstəklədiyi üçün İran rəhbərliyinə təşəkkür edib və deyib: “Bağdad Beynəlxalq Hava Limanında Amerikanın vəhşi cinayəti, bağışlanmaz səhvdir”.

1- Bağdad:
– Dekabrın 31-də İraqın Baş Naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudaninin sədrliyi və Milli Təhlükəsizlik müşaviri, Ordu Baş Qərargahı, Birgə Əməliyyat Qərargahı komandir müavini və İraq təhlükəsizliyi xidmətinin komandirlərinin iştirakı ilə İraq Milli Təhlükəsizliyi Xidmətinin Koordinasiya Şurasının növbəti iclası keçirilib.

Iraqi-Security-Council-meeting-1024x683.

– Dekabrın 24-də İraq Kürdüstanının Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Talibani bu ölkənin baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və müzakirələr aparıb. Bu görüşdə İraq hökumətinin ümumi siyasətləri, tədbirləri və səylərinin vəziyyəti, İraqın Kürdüstan bölgəsi əyalətləri və bu ölkənin digər əyalətləri səviyyəsində icra qurumlarının əhəmiyyəti və xidmət rolu nəzərdən keçirilib.

2- Neynəva:
Dekabrın 31-də Həşd-Şəəbi Təşkilatının Neynəvadakı əməliyyat qərargahının 21-ci briqadasının qüvvələri və İraq ordusu, Neynəva vilayətində yerləşən Mosulun şimalında Baduş dağında və Dəclə çayı sahilində əməliyyata başlayıb.

3- Kərkük:
Dekabrın 25-də İŞİD terror qruplaşması Kərkük şəhərində İraq polisinə məxsus nəzarət-buraxılış məntəqəsini hədəf aldığını açıqlayıb. İŞİD-in iddiasına görə, bu əməliyyat nəticəsində bir İraq polisi şəhid olub, daha 4 nəfər yaralanıb.

4- Əl-Ənbar:
Dekabrın 25-də İŞİD terror qruplaşması video yayaraq, Əl-Ənbar vilayətinin Ər-Rutba şəhərinin şərqində İraq ordusunun hərbi postuna hücum etdiyini açıqlayıb. İŞİD-in məlumatına görə, bu hücum nəticəsində İraq ordusunun bir əsgəri yaralanıb, gecəgörmə kamerası məhv edilib.

5- Diyalə:
Dekabrın 30-da İraq Hərbi Hava Qüvvələrinin qırıcılarının terrorçuların Diyalədəki sığınacaqlarına hücumları nəticəsində İŞİD terror qruplaşmasının 13 üzvü öldürülüb.

6- İraqın Birgə Əməliyyat Qərargahının sözçüsü briqada generalı Təhsin Əl-Xəfaci deyib: “2022-ci ildə İraqın müxtəlif cəbhələrində bir çox mühüm nailiyyətlərin reallaşdığını müşahidə edə bilərik. Bu il 213-ü hava hücumlarında və 98-i digər əməliyyatlarda olmaqla 311 İŞİD terrorçusu öldürüldü”.

7- Dekabrın 26-da türk əsgərlərindən birinin ölüm xəbəri yayıldı. Türkiyə mətbuatı xəbər verdi ki, bu əsgər İraqın şimalında kürd silahlı birləşmələri ilə qarşıdurma zamanı həlak olub. Bu türk əsgərinin ölümü ilə türk ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 71 nəfərə yüksəldi.

8- Dekabrın 30-da İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin anım mərasimində İŞİD terror qruplaşması ilə mübarizədə İraqı dəstəklədiyi üçün İran rəhbərliyinə təşəkkür edib və deyib: “Bağdad Beynəlxalq Hava Limanında Amerikanın vəhşi cinayəti, bağışlanmaz səhvdir”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...