Jump to content

''Nə oldu Paşinyan?''


SUMGAYIT

Recommended Posts

''Ne oldu Paşinyan?''

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Link to comment
Share on other sites

Ciddi təhlükə budur: Paşinyan nələr edir?

   

pasinyan-teze.jpg

Ermənistan Baş naziri Nikol Paşinyan haqda ümumi rəy heç də doğru deyil: onun qeyri-peşəkar siyasətçi olması, təcrübəsizliyi, dövlət adamı xarakterinə uyğun gəlməyən davranışları müzakirə predmeti belə deyil. Ancaq Nikol Paşinyan üzərindən Qərbin həddən artıq böyük işlər gördüyü artıq statistikada da əksini tapmaqdadır.

 

Nikol Paşinyan nə qədər bərbad siyasətçi olsa belə, Avropada “demokrat imici” formalaşdırılır və əhəmiyyətli şəkildə himayə edilir: siyasi, erməni maraqlarına uyğun dəstək isə böyük maliyyə yardımları və külli miqdarda investisiyalarla müşayiət olunur. Qərb ölkələri elan edilən-edilməyən tərzdə Ermənistana qrantlar adıyla maliyyə yönəldirlər, Ermənistanın iqtisadi indeksini qaldırırlar və s.

Paralel olaraq Rusiyaya tətbiq edilən ölümcül sanksiyalardan “qaçış imkanı” üçün Ermənistanı düşünülmüş surətdə “pəncərəyə” çevirirlər. Rusiyadan çıxarılan milyardlar və qaçan investisiya, o cümlədən mütəxəssislər Ermənistanı seçirlər. Ermənistan bankları Rusiyadan çıxarılan milyardların “keçid yeridir” və bir çox hallarda sanksiya altına düşən rus milyarderlər Ermənistanda vəsaitlərini “yuyandan” sonra xaricə çıxır və yaxud sərvətinin bir hissəsini elə Ermənistanda saxlayır.

 

Statistikaya baxın: dünənə qədər borc içində çabalayan və xarici borcu ÜDM-nin 60 faizinə çatan Ermənistanda bu il xarici borc 47%-ə düşüb; cəmi bir neçə ay ərzində dolların 25 faizə yaxın ucuzlaşması nəticəsində Ermənistanda minimal maaş dollar ekvivalentində Azərbaycanı üstələyib, dövlət büdcəsi 6,4 milyarda, hərbi büdcəsi isə 1,3 milyarda çatıb. Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət büdcəsi 18 milyard, hərbə ayrılan vəsait isə 3,1 milyard dollar civarındadır. Cəmi 2-3 öncəyədək Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox idi, indi isə fərqin sürətlə azaldığını görürük.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Link to comment
Share on other sites

Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və 2022-ci ildə bu ölkə ilə dövriyyə kəskin artaraq, 3,2 milyardı keçib. İran da Ermənistan iqtisadiyyatını ayaqda tutmaq üçün bütün gücünü səfərbər edib, bu ilin ilk 8 ayında İranla Ermənistanın ticarət dövriyyəsi 43 faiz artıb; Tehran bu həcmi 3 milyarda çatdırmaqla bağlı hədəf müəyyən edib, Ermənistana qaz nəqlini iki dəfə artırmağa hazırlaşır.

Ermənistan artıq müasir silahlar almaq üçün vəsait də tapa bilir və bu vəsaitin hamısının heç də dövlət büdcəsindən olmadığı bəllidir: Hindistandan əvvəlcə 244, daha sonra isə 260 milyon dollar həcmində silahların alınması bilinən rəqəmlərdir, İranın Ermənistana müasir PUA və raketlər verdiyi isə iddialardır və bu iddiaların gerçək olduğunu ehtimal etməyə ciddi əsaslarımız var.

AB Ermənistana 2,6 milyard nəzərdə tuturdu, indi bu rəqəmin artırılacağı barədə ciddi müzakirələr gedir, AB-nin siyasi rəhbəri Fransanın İrəvana hərbi-siyasi-iqtisadi dəstəyinin hansı səviyyədə olduğunu isə hər kəs bilir.

 

Paşinyana bir tərəfdən iqtisadiyyatı gücləndirmək, büdcəni artırmaq, xarici borcu əhəmiyyətli dərəcədə azaltmaq üçün ciddi yardımlar edilir, digər tərəfdən isə erməni ordusunun təşkilatlanması, müasir silahlarla təchiz edilməsi istiqamətində dəstək verilir. Paralel olaraq, Ermənistana Azərbaycanla sülh sazişini, sərhədin demarkasiya və delimitasiya prosesini süni olaraq ləngitmək, artıq tarixə gömülən Dağlıq Qarabağ probleminin “bitmədiyi” təsəvvürünü yaratmaq istiqamətində manevr etməsinə şərait yaradılır. İrəvanın arxasında duran güclər Cənubi Qafqazda yeni və olduqca təhlükəli bir oyun qurublar və hədəflərinə doğru sürətlə irəliləyirlər.

Rusiyaya ən sərt sanksiyalar tətbiq edilir, rus şirkətlərin bu sanksiyalardan yayınmasına yardım edənlər də sanksiya altına düşür – yalnız Ermənistan bankları və şirkətlərindən, hüquqi və fiziki şəxslərindən savayı. Sanki qəsdən bu sanksiyalardan Ermənistanın onmilyardlar əldə etməsinə yaşıl işıq yandırılıb.

Bu, hazırda Rusiyanın da maraqlarına daxildir – rus şirkətləri və vətəndaşları Ermənistan vasitəsilə əməliyyatlara meyil edir. Üstəlik, sanksiyalardan sonra Rusiyadan qaçan 50 minə yaxın İT mütəxəssisinin ən azı 10 mininin Ermənistanda məskunlaşdığı haqda informasiyalar da dövriyyədədir. Bu peşəkarların Ermənistanın texnoloji imkanlarını necə artıracağını təxmin etmək mümkündür.

Korrupsiya və rüşvətə qarşı Ermənistanda AB-nin dəstəyi ilə əhəmiyyətli işlər görüldüyünü də vurğulamalıyıq.

 

Bütün deyilənlərin sayəsində Ermənistan son iki ilə yaxın müddətdə iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Əhali və ərazi sayını nəzərə alsaq, hazırda Ermənistan büdcəsinin Azərbaycan büdcəsi ilə rəqabət apardığı açıq-aşkardır. Onu da nəzərə alaq ki, Azərbaycanın iqtisadi resurslarının əhəmiyyətli hissəsi Qarabağın bərpasına yönəldilir, tikinti-quruculuq işlərinə böyük vəsaitlər xərclənir, diqqətimiz Qarabağdadır, Ermənistanın bu baxımdan heç bir qayğısı yoxdur, Qarabağda məskunlaşdırılan ermənilərin əsas yükü də rus sülhməramlılar və Qərbin yardımları üstündədir.

Buna görə də ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanacağı haqda Paşinyanın bəyanatının ardınca bu gün Mülki Müqavilə blokunun deputatı Gevorq Papoyan bu məsələni sual altına qoyması təsadüf deyil. O bildirib ki, sülh sazişinin imzalanması “Ermənistanın milli maraqlarının nə dərəcədə nəzərə alınmasından asılı olacaq”.

Ermənistanın “milli maraqları” menyusuna Rusiya “Qarabağ münaqişəsinin həllinin gələcəyə saxlanılması” kimi absurd, amma revanşistlər üçün iştahaçan “nemət” də əlavə edirsə, bu sülh sazişini İrəvan ilin sonuna qədər imzalayarmı?

Bizim üçün çox ciddi çağırışlar var…

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Link to comment
Share on other sites

Paşinyan: “Sülh müqaviləsi olmadan delimitasiya prosesi baş tutmayacaq”

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Link to comment
Share on other sites

Qarabağ: Əcdadlarımızın mirası – sənədli film

 

  • Like 1

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Link to comment
Share on other sites

Qarabağda hücum hazırlanır – Petrovdan sensasion açıqlama

sulhmeramli-ermeni.jpg

12:55

Noyabrın sonu Qarabağ müharibəsinin bitməsindən sonrakı iki il ərzində Cənubi Qafqazda ən narahatedici ay olub. Qarabağ separatçıları rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonadan Azərbaycan Ordusunun mövqelərini hər gün atəşə tutur. Noyabrın 8-dən noyabrın 27-dək erməni yaraqlıları 15 dəfə atəşkəsi pozub. Qarabağ müharibəsində Ermənistanın təslim olması və erməni işğalçı qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada ermənilər bir neçə dəfə Azərbaycanın mövqelərinə hücum etməyə cəhdlər edib, lakin bu təcavüz aktları az və sistemsiz olub. Ən böyük döyüş bu ilin avqustunda baş verib, ermənilərin təxribatının qarşısı “Qisas əməliyyatı” ilə alınıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Lakin indiyədək Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni silahlı birləşmələrinin hərbi təxribatlarında aydın təşkilatlanma olmayıb. Hətta sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində gedən şiddətli döyüşlər zamanı Qarabağda bir güllə belə açılmadı. İrəvan həmin günlərdə ikiistiqamətli siyasi kampaniyaya başladı: birincisi, Rusiya və KTMT-dən Azərbaycanla sərhəddəki vəziyyətə müdaxilə etməyi tələb etdi, ikincisi, Brüssel və Parisi Ermənistanda özünə faydalı vasitəçi kimi təmin etməyə çalışdı. Amma yenə də Qarabağdakı separatçılar sentyabr və oktyabr aylarında özlərini “sakit” apardılar. Bəs, noyabrda nə dəyişdi? İrəvanın xarici siyasət kampaniyasının “rus” və “fransız” istiqamətləri eyni vaxtda iflasa uğradı. İrəvanda keçirilən KTMT sammiti də göstərdi ki, Təşkilat ölkələri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müdaxilə etmək niyyətində deyillər. Paşinyan isə müttəfiqlərin sərt imtinasından o qədər qəzəbləndi ki, sammitin əsas sənədini - KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etdi. Ermənistan Rusiyadan və KTMT-dən istədiyini almadı, ona təklif olunanları rədd etdi.

 

Fransaya gəlincə, oktyabr ayında Makron Bakıya yönəli qalmaqallı ittihamlar səsləndirdi, Fransa Senatı Bakıya qarşı ümumavropa sanksiyalarının tətbiqini tələb edən ikinci antiazərbaycan qətnaməsini qəbul etdi. Parisin bu cür davranışı onun Ermənistan-Azərbaycan müharibəsindən sonrakı danışıqlar prosesində iştirakını qeyri-mümkün etdi. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Paşinyan ona dekabrın 7-də Makronun iştirakı şərti ilə Brüsseldə görüşməyi təklif edib və məhz bu, antiazərbaycan qüvvələrin danışıqlarda iştirak etməsi şərti bu görüşü mümkünsüz edib”, - o bildirib.

Analitik qeyd edib ki, Ermənistan Bakı-İrəvan münaqişəsinin nizamlanması prosesini ləngitmək və ya öz xeyrinə çevirmək üçün diplomatik yollarını tükədib:

“Rusiya Azərbaycana təzyiq etməyəcək, Azərbaycan isə Fransanın işğalçı siyasətini açıq dəstəklədiyi müddətcə Parislə danışmayacaq. Siyasətdəki ikiqat fiaskonun təbii nəticəsi Ermənistan hakimiyyətinin ənənəvi hərbi təxribat üsullarına əl atmasıdır. İndi sərhəddə Azərbaycan mövqelərinə hücum etməyin mənası yoxdur. Çünki sentyabr döyüşləri həm Azərbaycanın sərhədlərinin nə qədər qüdrətli qorunduğunu, həm hücumlara nə qədər sərt cavab verdiyini, həm də belə təxribatlarda Bakının qələbəsinin nə qədər qaçılmaz olduğunu göstərdi. Buna görə də növbə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyin artmasına çatıb. Paşinyan rejimi hələ də Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkmək istəyir.

 

Əgər Moskva öz qoşunlarını iki respublikanın sərhədinə yerləşdirməkdən imtina edərsə, o zaman Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan sülhməramlılar var. Bu isə o deməkdir ki, Rusiya sülhməramlı kontingentini təhlükə altına salmağa cəhd etmək olar. Separatçıların Azərbaycan mövqelərinə hücumuna ciddi hazırlıq görməsi təkcə atəşkəsin artması ilə sübut olunmur. Şənbə günü rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonadan kənarda kəşfiyyat aparan erməni silahlılarının kvadrokopteri ələ keçirilib və həftə ərzində Laçın dəhlizi ilə hərbi texnikanın daşındığı elan edilib. Ermənistan Qarabağdakı separatçıları silahlandırır və Azərbaycanın hərbi hissələrinin dəqiq yerini öyrənir. Bu, koordinasiyalı hücuma hazırlığın bariz əlamətləridir. Əgər Rusiya planı baş tutmasa, İrəvan hərbi yardım üçün Qərbə üz tutacaq. Onların Qarabağa girməsinə Bakı razı olmayacaq. Bu, həm də Kremlin Gümrüdəki hərbi bazasının bağlanmasına, hərbi sahədə Moskva-İrəvan əlaqələrinin zəifləməsinə yönəlik antiRusiya addımı olacaq”.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
×
×
  • Create New...