SUMGAYIT Опубликовано: 10 мая, 2023 Автор Жалоба Share Опубликовано: 10 мая, 2023 Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək. Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki müzakirələrə ümid edir. Və bu prosesdə əsas diqqətçəkən məqam erməni baş nazirin “1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” açıqlamasıdır. İrəvanın sülhdən uzaq tələbləri var: - “29,8 min kvadratkilomtr ərazisi”nin toxunulmazlığını istəyir: bu, Azərbaycan Ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi ilə mümkün ola bilər; - İşğal altındakı 8 kəndin qaytarılmasında problemlər yaradır; - “Bakı-Xankəndi formatı” ilə Azərbaycan daxilində separatçılığı təşviq edir; - Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyi” üzərindən ərazi iddiasını başqa müstəvidə davam etdirir. Bu fikir ayrılıqları Vaşinqton görüşündə həll olunmadı. O zaman sual yaranır: Nikol “1 iyun tarixində sülh müqaviləsinin imzalanmasına” niyə ümid edir? Əslində İrəvanın irəli sürdüyü bu tələblər və dörd gün davam edən Vaşinqton danışıqlarında geri çəkilməməsi “1 iyun” planına hesablanmış gedişdir. Bu tarixdə Kişinyovda “dördtərəfli görüş” – Azərbaycan və Ermənistan liderləri, Fransa prezidenti və Almaniya kansleri – keçiriləcək. Qərb cəbhəsində Vaşinqton və Brüssel formatı sərhəd və kommunikasiyanın hansı prinsiplərlə açılması məsələsində tam istəyimizə uyğun olmasa da, Qarabağ məsələsində böyük ölçüdə Bakının gündəliyini qəbul edir. Fransa isə Vaşinqton və Brüssel formatına alternativ olaraq, özünün təşəbbüskar olduğu prosesin önə çıxmasına çalışır: - Bu, Parisə Cənubi Qafqazda regional, Avropada geosiyasi mübarizədə güc mərkəzi olaraq qəbul edilmək hədəfi üçün lazımdır: Makron Şarl Mişelin qurduğu Brüssel formatını ələ keçirməyə çalışsa da, baş tutmadı, nəticədə Rusiya qarşısında alternativ formatın arxa plana keçməsi riskini yaratdı, Vaşinqtonun oyuna birbaşa müdaxiləsi də bundan qaynaqlanır; bu baxımdan, Fransa ayrı masa qurmaq istəyindən əl çəkmir; - Bu, Qərb platformasında sərhəd və kommunikasiya məsələsində istəyini müəyyən qədər qəbul etdirən İravana Qarabağ planının da nəzərə alınması üçün lazımdır: ötən il Praqada keçirilən “dördtərəfli görüş”də Ermənistan Fransanın dəstəyi ilə “sərhədin SSRİ dağılanda mövcud olan xətlərlə müəyyənləşməsi” mövqeyini nəzəri olaraq qəbul edilməsinə nail oldu; iyunun 1-də yenə Fransanın dəstəyi ilə Qarabağa dair mövqeyinin qəbul edilməsinə çalışacaq. Bu kimi məsələlər bölgədə praktiki olaraq heç nəyi dəyişdirə bilməsə də, İrəvan ən azı diplomatik masada əlini gücləndirmək üçün bütün imkanlardan istifadə edir. Hərçənd, Bakının buna imkan verməyəcəyi də bəllidir: - Ötən il Praqada “dördtərəfli görüş”də Paşinyan “sərhəd” məsələsində nəzəri olaraq önə çıxsa da, Əliyev ərazi bütövlüyünün tanınmasına nail oldu; - Ötən il Makronun Praqada “əsas vasitəçi” olmaq planını Mişelin masada iştirakı ilə pozan Bakı Kişinyovda Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Fransaya alternativ irəli sürür: Kişinyovda görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi, istisna deyil ki, Əliyev bu görüşə Şoltsun da iştirakı şərti ilə razılaşıb. Bunun fonunda Kişinyov görüşünə qədər liderlərin Brüsseldə bir araya gəlməsi Mişelin müəllifi olduğu formatı davam etdirmək istəyi ilə yanaşı, Bakının maraqlarına da uyğundur, çünki Qərb platformasında Qarabağın Azərbaycanın daxili məsələsi olduğu bu formatda qəbul olunub və eyni mövqeyin növbəti görüşdə də sərgiləcəyi şübhəsizdir. Bu həm də Bakı üçün Kişinyova daha güclü mövqe ilə getməyə imkan verəcək. Ümumi fonda bütün bu görüşlərin nə sülh müqaviləsinin imzalanmasına, nə də bölgədəki proseslərə praktiki olaraq təsir etmədiyi aydın görünür. Bu baxımdan, diplomatik masada müzakirələrin getdiyi vaxt Qarabağda praktiki addımlarla prosesi tamamlamaq ən doğru variantdır. Ki, Laçına post quran Bakının da bu prinsip üzərindən hərəkət etdiyi görünür. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 июня, 2023 Автор Жалоба Share Опубликовано: 23 июня, 2023 İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Axar.az xəbər verir ki, bu sözləri iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib. “Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”, - deyə dövlətimizin başçısı qeyd edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 3 сентября, 2023 Автор Жалоба Share Опубликовано: 3 сентября, 2023 Paşinyanın ötən gün Qarabağdakı separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müraciəti, daha sonra İtaliya mediasına müsahibəsində dedikləri Ermənistanın sülh sazişi imzalamaqdan uzaq olduğunu göstərir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib. “Nikol səhər başqa, axşam başqa söz deyir və beləcə prosesi uzada biləcəyini düşünür. 44 günlük müharibədən ötən üç il ərzində baş verənlərdən çıxan nəticə də artıq qətiləşib: Bakı Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə” iddialarını sıradan çıxarmadan, bu iddiada olan separatçıları dəfn etmədən nə sülh sazişi imzalanacaq, nə də Ermənistan ərazi iddialarından imtina edəcək”, - o bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 сентября, 2023 Автор Жалоба Share Опубликовано: 29 сентября, 2023 “İşğala uğrayan vətən torpaqları sülhlə yox, yalnız savaşla alınar!”(c) Şeyx Şamil Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 15 октября, 2023 Автор Жалоба Share Опубликовано: 15 октября, 2023 Prezident separatçıların "bina"sına "bayraq"larını tapdalayaraq daxil oldu: Xankəndidən GÖRÜNTÜLƏR Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 11 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 11 ноября, 2023 Möhtəşəmsən, Azərbaycan Əsgəri! Döyüşməyin də, əylənməyin də, rəqs etməyin də möhtəşəmdi! Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 27 ноября, 2023 Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-ciddi siyasətçidir. O, ən müxtəlif platformalarda Azərbaycanla sülh sazişini bağlamağa hazır olduqlarını bəyan edir. Hətta Paşinyan komandasının üzvü, Ermənistan parlamentinin sədri belə “sülhə böyük ehtiyacımız var, bölgədə kommunikasiyalar açılmalıdır” - deyə fikirlər səsləndirir. Erməni rəsmiləri bu iki vacib amili Ermənistanın varlığı üçün vacib şərt kimi önə çəkir. Amma sülh danışıqları üçün görüş vaxtı yaxınlaşdıqca Ermənistanın mövqeyində dəyişikliklər baş verir. Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. “Ermənistan ya görüşdən imtina edir, ya da elə bir mövqe sərgiləyir ki, sülh sazişinin imzalanması yenə təxirə düşür. Bu bir daha təsdiq edir ki, Paşinyan ciddi dövlət xadimi və siyasətçi deyil. Sadəcə olaraq o Qərbdən aldığı təlimatlara uyğun addımlar atır. Bununla Paşinyan daxili auditoriyada nüfuzunu qorumaqla yanaşı Azərbaycanla münasibətdə çoxqütblü oyunların içərisində yer alır” - deyə millət vəkili qeyd edib. Partiya sədrinə görə, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı formalaşmış komissiyanın bu ayın sonunda gözlənilən görüşü öncəsi Paşinyanın söylədiyi fikir yeni bir hiyləgərliyin başlanğıcıdır: “Nəticə etibarı ilə vasitəçi olmadan Azərbaycan təklif etdiyi unikal sərhəd görüşündən sonra da Paşinyanın mövqeyinin dəyişməsi şübhəsizdir. Bununla da vasitəçisiz sülh sazişinin bağlanmasına imkan verilmir”. Millət vəkilinin fikrincə, üçüncü dövlətin iştirakı olmadan sülh sazişinin imzalanmasını Ermənistan özü üçün problem hesab edir: “Azərbaycanın hələ də Ermənistanın işğalında qalan 8 kəndindən ancaq 4-nün qaytarılması fikrini irəli sürən Paşinyan özünə Avropa və Amerika vasitəsi ilə yeni dayaq axtarışındadır”. Fəzail Ağamalı bildirib ki, erməni tərəfinin bu mövqeyi sülhə olan nikbin notları heçə endirir: “Belə olduğu halda Azərbaycan ərazi bütövlüyünü tamamlamaq üçün BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq addımlarını atmaq üstünlüyünü özündə saxlayır. Bu da sözsüz ki, hərbi müdaxiləni istisna etmir”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 февраля Автор Жалоба Share Опубликовано: 1 февраля Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai radiosuna müsahibəsində deyib. "Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq", - Paşinyan bildirib. Baş nazir vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə deyib ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 февраля Автор Жалоба Share Опубликовано: 7 февраля Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib. “Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və Əliyevin öz taktikası ilə ötən ilin sentyabrında Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək. Paşinyan sözünün sahibi deyil. Amma Əliyevin məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma Əliyev müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq olmaz, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır”, - o bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 12 февраля Автор Жалоба Share Опубликовано: 12 февраля Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində Ermənistanla Azərbaycan arasında üçüncü müharibənin başlaya biləcəyindən qorxub-qorxmadığı ilə bağlı sualı cavablandırarkən deyib. “Qorxu - yanlış sözdür, çünki Ermənistan demokratik, inkişaf edən dövlətdir və Ermənistan, artıq qeyd etdiyim kimi, davamlılığını artırmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir və yeri gəlmişkən, son illərdə düşünürəm ki, beynəlxalq ictimaiyyət də, bizim cəmiyyət də gördü ki, ölkəmizin dayanıqlılığı xeyli artıb. Biz Ermənistanın inkişafına və davamlılığının artırılmasına yönəlmiş islahatlar yolunu davam etdiririk. Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır”. Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin dövlətlərarası xarakter daşıması çox vacibdir: “Diplomatik münasibətlərimiz olmasa da, imzaladığımız sənədlərə istinad etmək məcburiyyətindəyəm. Mən artıq dedim ki, biz Azərbaycanla gücdən istifadə etməmək və güc tətbiq etməklə hədələməmək haqda sənəd imzalamışıq. Əgər Azərbaycan imzaladığı sənədlərə hörmət etmirsə və ya hörmət etməməlidirsə, o zaman Azərbaycan istənilən ölkəyə hücum edə bilər, niyə təkcə Ermənistan? Azərbaycanın ətrafına baxın: əgər o, beynəlxalq öhdəliklərini yerinə yetirməsə, o zaman hər hansı qonşu dövlətə hücum edə bilər, əgər belədirsə”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 12 февраля Автор Жалоба Share Опубликовано: 12 февраля 09:00 Əgər biz Sovet İttifaqına daxil olan zaman ərazilərdən danışırıqsa, bilirsinizmi, bu kontekstdə Sovet İttifaqına qoşulma dövründən danışmaq heç də düzgün deyil. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində deyib. “Niyə? Çünki üçtərəfli və dördtərəfli formatda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmada Almatı Bəyannaməsi əsasında iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı yazılı şəkildə qeyd olunub”, - o bildirib. Paşinyan bildirib ki, Azərbaycan tərəfinin verdiyi açıqlamalara görə təhlillər aparılır və Azərbaycanın əldə olunmuş razılaşmalardan geri addım atdığına dair analizlər var: “Lakin Azərbaycan, xüsusən, Soçi və Praqada qəbul edilmiş bəyanatlardan öz imzasını geri götürdüyünü bəyan edənə qədər tamamilə aydındır ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu məntiqin əksi qanunsuzdur”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 февраля Автор Жалоба Share Опубликовано: 14 февраля Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərk-silah etməsi olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərdən Zəngilan istiqamətində snayper atəşi və nəticədə əsgərimizin yaralanması haqda qeyd edib. O bildirib ki, bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil: “Bu təşkilata əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş Qarabağ klanının rəhbərləyinə qədər, müxtəlif şəxslər verir. “Yerkrapa”nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərk-silah etməsə, sərhəddə təxribatlar səngiməyəcək və bu, Ermənistana baha başa gələcək. Rəsmi Bakının İrəvandan tələbləri sırasına “Yerkrapa” qruplaşması tərk-silah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır. Brüsselə də sualımız var: Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyi monitorinq edirsiz? Bunlar Azərbaycan ərazisinə durbinlə baxmaq əvəzinə həmin durbini arxa tərəfə çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir”. Qeyd edək ki, DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı nəticəsində 4 erməni əsgər məhv edilib, yaralılar var. Həmçinin atəşin açıldığı döyüş mövqeyi darmadağın edilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 8 марта Автор Жалоба Share Опубликовано: 8 марта Tarix yazan igidlərimiz! Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 марта Автор Жалоба Share Опубликовано: 13 марта Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında Azərbaycanın işğal altında saxlanılan 8 kəndindən anklav olmayan 4 kəndi tələb etməsi istiqamətində suala verdiyi təzadlı cavab üzərində erməni ekspertlər də müzakirə aparır. Axar.az xəbər verir ki, erməni mediası da təsdiqləyib ki, Nikol Paşinyanın “Ermənistanın heç bir kəndinin verilməsindən söhbət gedə bilməz” sözləri bu ölkənin 29,743 kv.km ərazisinə aiddir. Başqa sözlə, Nikol Paşinyan “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb” deməklə, Azərbaycanın tələb etdiyi anklav olmayan 4 kəndin - Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Almatı Bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb. Müxalif “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan da erməni mediasına açıqlamasında bildirib ki, Paşinyanın sözlərindən çıxan nəticə budur: həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin demarkasiyası işlərinin başlanğıcı hesab edə bilərik: “Paşinyan “biz Tavuş əyalətindən Azərbaycana heç bir kəndi vermirik” deyəndə o 4 kəndi Tavuş əyalətinin bir hissəsi hesab etmədiyini bildirdi. Deyir ki, bunlar Ermənistanın deyil, Azərbaycanındır və sərhədin demarkasiyası zamanı onları geri verməli olacağıq”. Qeyd edilib ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti onların yanından keçir. Paşinyan deyib: “Əgər Ermənistan kommunikasiyaları əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman onlar Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır. Hələlik heç bir qərarımız yoxdur, amma bütün bu prosesi yuxarıda qeyd etdiyim məntiqlə idarə etməliyik. Mütəxəssislərimizin rəylərindən sonra əmin oldum ki, çaşqınlıq, düşüncə və perspektiv problemi var...” Bu kontekstdə Paşinyan qeyd edib ki, Əskiparanın hissəsi problemlidir. O, xəritədə izah etdi ki, həmin yolun bir hissəsi Azərbaycandır və əslində ondan yan keçmək üçün yeni yollar çəkilməlidir: “Biz nəyisə kəsmirik, amma dəqiq görürük ki, yolun bir hissəsi Əskipara kəndi hissəsində de-yure sərhəd xəttini keçir, sonra yenidən Ermənistan Respublikasının ərazisinə daxil olur. Əvvəllər müzakirələrdə elə bir fon var idi ki, harda yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni verməliyik. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 марта Автор Жалоба Share Опубликовано: 25 марта Ermənistanın növbəti hiyləgərliyi | Nikolun budəfəki məqsədi nədir? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 19 мая Автор Жалоба Share Опубликовано: 19 мая Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 8 июня Автор Жалоба Share Опубликовано: 8 июня Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 июля Автор Жалоба Share Опубликовано: 4 июля Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 сентября Автор Жалоба Share Опубликовано: 27 сентября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 сентября Автор Жалоба Share Опубликовано: 27 сентября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 октября Автор Жалоба Share Опубликовано: 25 октября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.