Перейти к содержимому

Arazın o tayında


SUMGAYIT

Recommended Posts

Arazın o tayında (1947)


Film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri canlandırır. Film xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir. Filmdə öz xalqına qəlbən bağlı olanlar - Şeyx Xiyabanı, Səttarxan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.
Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş kinomateriallardan istifadə edilib.
Filmin çəkilişləri İranda aparılıb.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 47
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Səttarxan hərəkatı himni

Səttarxan Eli

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Səttarxan - "Sərdari milli"

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Elçibəy - Pişəvarı, Xiyabani, Səttarxan, Cənubi Azərbaycan haqqında danışır

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Pişəvərini kim öldürdü?

 


75 ildir ölümünün sirri açılmayan,
Cənubi Azərbaycanda Milli Hökumət quran,
müəmmalı avtomobil qəzasında həlak olan Seyid Cəfər Pişəvəri...
Onun ölümü qəza, yoxsa sui-qəsd idi?
Milli hökumətin dağılmasında SSRİ, ABŞ və İngiltərə İrana necə kömək etdi?
Pişəvərinin ölümündə erməni əli varmıydı?

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Seyid Cəfər Pişəvərinin BMT-yə müraciəti - 70 il gizlədilən məktub

 

1945-1946 ci ildə Güney Azərbaycanda qurulan Azərbaycan Milli hökumətinin başçısı Seyid Cəfər Pişəvəri qurduğu hökuməti dünyaya tanıtmaq üçün 28 yanvar 1946-cı ildə BMT Baş Assambleyasına müraciət etmişdir. Əkrəm Rəhimli (Bije) və Səməd Bayramzadənin “Güney və Qüzey Azərbaycan ensiklopedik təqvim” adlı kitabından əldə etdiyi həmin mürəciəti təqdim edirik:
"Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli di­lini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı.
Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdar­ları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi.
Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azad­lığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatlarıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi.
Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait ya­ratdı.


Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı azadlıq mübarizəsi qələbə ilə başa çatdı, Atlantik Xartiyasına uy­ğun olaraq Milli Məclisin, Azərbaycan Hökumətinin qurulması ilə nəticələndi.
Azərbaycanda demokratik əsaslara dayanan bir hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb.
5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dili­nin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir.
Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır.
Yeni, demokratik Azərbaycan Hökuməti qısa vaxt ərzində ic­timai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişmələr edə bilib, daxili təhlükəsizlik tam bərqərar olunub.
Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olu­nan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir.
Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.
BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xa­hiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanın­sın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.”

 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Seyid Cəfər Pişəvəri və onun müəmmalı ölümü


S.C.Pişəvəri (1892-1947) — Azərbaycan Demokrat Firqəsinin başçısı. Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük inqilabçı, ictimai, dövlət xadimi, yüksək səviyyəli publisist və jurnalisti

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ana dilində təhsil

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

21 Azər Hərəkatı dəqiq tarix. Mircəfər Bağırovun cənub planları və Pişəvəri

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İlanın ağına da lənət, 

qarasına da.

>>>>>image.jpeg.dac8ffd39bed16f147e4aee246a63227.jpeg

İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı

 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Güneyli yeniyetmə həbsdən buraxıldı, intihar etdiiran-culfa.jpg

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan 16 yaşlı yeniyetmə Arşiya İmamquluzadə həbsdən buraxıldıqdan sonra intihar edib.

Axar.az xəbər verir ki, yeniyetmənin ailəsinin məsələni ictimailəşdirməməsi üçün təhlükəsizlik məmurları tərəfindən təhdid edildiyi bildirilir.

 

İnsan haqları təşkilatlarının açıqlamasına görə, Arşiya İmamquluzadəyə həbsxanada təzyiq göstərildiyi üçün o, sarsıntı keçirərək intihara əl atıb.

Qeyd edək ki, mollanın əmmaməsini başından götürdüyünə görə həbs edilən azərbaycanlı yeniyetmə 10 gün həbsxanada saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ermeni-mal.jpg

Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan istehsalı olan inşaat malları aşkar edilib.

İndiyə qədər ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub. Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24 820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1 050 ədəd boş karton qutu olub.

Bu mallarn İranda fəaliyyət göstərən şirkətin Azərbaycanda fiziki şəxsin ünvanına göndərdiyi müəyyən edilib.

Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?

Faktla bağlı Komitə və Dövlət Təhlükəsizlik Xidməti birgə araşdırma aparır.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İran protestoları nasıl sona erecek?

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İran'da Korkulan Oldu!

Haber Global

 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...
hebs.jpg
 

İranın paytaxtı Tehranın şimal-qərbində yerləşən Kərəc həbsxanasında baş verən iğtişaşlar zamanı bir məhbus ölüb, çoxlu sayda məhbus yaralanıb.

 

İRNA xəbər verir ki, hadisə ilə bağlı Əlburz şəhərinin baş prokuroru Hüseyn Fəzli Herikəndi açıqlama verib. Onun sözlərinə görə, narkotik maddələrlə bağlı mühakimə olunan məhbuslar arasında toqquşmalar olub, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra iğtişaşlar dayanıb. Yaralanan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı bildirib ki, həbsxana rəhbərliyi ölüm hökmü verilən məhbusu edam üçün başqa kameraya köçürdükdən sonra məhbuslar qiyam qaldırıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Persia before Khomeini - The history of Iran in 15 minutes of perfectly restored film material

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İranda mollalar rejimə qarşı çıxır: Tehran höküməti legitimliyini itirir

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

SEPAH-ın Xudafərindən Bu Taya “hədəsi”…

xudaferin-korpu.jpg

SEPAH Azərbaycana qarşı növbəti video-çarx yayıb.

Axar.az xəbər verir ki, bu haqda "Caucasian Live" Teleqram kanalı məlumat paylaşıb.

Video-çarxda İran bayrağı daşıyan hərbi formalı uşaqların Xudafərin körpüsünün yanından Bu Taya addımladığı əks olunub. Bayrağın üzərində isə “Qüdsə gedən yol” yazılıb. Molla rejimi artıq bir müddət öncə də Qüdsə gedən yolun Bakıdan keçdiyi haqda hədə gəlmişdi.

 

Tehran molla respublikası 30 il erməni işğalı zamanı məscidlərdə donuz saxlanmasını, “müsəlman torpağının” işğalını normal qarşılayır, hətta işğalçılara dəstək verirdi. Azərbaycanın torpağını azad etməsi, məscidləri bərpaya başlaması müsəlman adı ilə alver edən islamın bətnindəki qara yara olan İranı narahat edib.

40 ildir İsraili hədələməkdən o yana keçə bilməyən İran guya min kilometrlərlə uzaqda olan Qüdsün təəssübünü çəkir, amma qonşusunda müsəlman torpağını işğal edən xristian Ermənistana qardaş deyib, hər köməyi göstərir…

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Erdoğan: ARAZI AYIRDILAR...


Recep Tayyip Erdoğan 2023 hedeflerine doğru Güney ve Kuzey Azerbaycanı ayıran Arazı dile getirdi.
Nə yaxşı, Nə yaxşı Türk qardaşın var!


 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Güney üçün kritik tarix: Təbrizdə azadlıq hərəkatı yeni mərhələyə keçir?

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Iran's clerical leaders face deepening dissent in 2023


Nationwide protests sparked by the death in custody of Iranian Kurdish woman Mahsa Amini have ushered Iran into a new era of deepening crisis between the clerical leadership and society at large.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İranın Qarabağ oyunu: Molla rejimi öz dediklərini rəsmən təkzib etdi

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

tebriz-aksiya.jpg

Xalq artisti Nurəddin Mehdixanlının səsləndirməsi ilə xalq şairi Sabir Rüstəmxanlının “İnansa, Təbriz deyil” şeiri əsasında ATV-nin hazırladığı videoçarx qısa müddətdə geniş yayılıb.

Kult.az xəbər verir ki, videoçarx Təbrizdə və İranın digər şəhərlərində İran rejiminə qarşı aylardır davam edən etiraz aksiyalarının mübariz iştirakçılarına mənəvi dəstəyi ifadə edir.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Görünən odur ki, İran rəhbərliyi baş verənləri adekvat dərk etməkdən, etirazların həqiqi siyasi-iqtisadi və sosial-psixoloji səbəblərini anlamaqdan çox uzaqdır. Bununla belə rejimin öz kadrları arasında nisbətən real düşünənlər əhali ilə top-tüfənglə danışmağın, o cümlədən etirazçı kütləni qorxutmaq üçün edamlara əl atmağın, eləcə də hadisələrin məsuliyyətini hansısa xarici qüvvələrin üzərinə qoymağın mövcud problemləri həll etməyəcəyini yaxşı başa düşürlər. Və bu kontekstdə də hakimiyyətin yürütdüyü siyasətə etiraz və tənqidlərini getdikcə daha açıq və sərt formada bildirirlər.

Bunun son nümunələrindən biri kimi Ayətullah Seyid Hüseyn Musəvi Təbrizinin bəzi məqamları baxımından sensasiya sayıla biləcək açıqlamalarını göstərmək olar. Ölkənin keçmiş baş prokuroru, Qum Elmi Hövzəsinin Müəllimləri və Tədqiqatçıları Birliyinin katibi olan bu müctəhid yanvarın 4-də “Cəmaran” saytına verdiyi müsahibədə hakimiyyətin yanlış daxili və xarici siyasəti nəticəsində İran cəmiyyətinin düşdüyü fəlakətli durumdan bəhs edib.

Daha ətraflı “Azad İran”ın “YouTube” kanalının süjetində:

 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

 
İran bu kadrlara diqqətlə baxsın:    Ermənilərin murdarladığı daha bir məscid –    FOTOLAR
 15:31   13 Yanvar 2023    Oxunub:1141
   
 
Füzulinin Qarğabazarı kəndinin təpəlik hissəsində yerləşən bu balaca memarlıq abidəsi xalq arasında “Şah Abbas məsçidi” kimi tanınır. Məscid 1683-1684-cü illərdə Hacı Qiyasəddin tərəfindən tikilib.
Gargabazar_00-1673609500.jpg
Yerli daşlardan qurulan məsçid düzbucaq formalıdır, cəmi bir ümumi ibadət otağından ibarətdir və minarəsizdir. Ön divarında iki, arxa divarında isə bir pəncərəsi var. Hacı Qiyasəddin məsçidi ondan azacıq cənubda və aşağıda yerləşən, XVII əsrdə tikilmiş karvansayla bir ümumi kompleksə aid oluna bilər.

Gargabazar_01-3347219002.jpg
Tarixi abidəyə baxanda belə təəssürat yaranır ki, onun əsas üslubu kimi Səfəvi memarlıq nümunələri deyil, Qafqaz Albaniyasının sadə və "ağır" Roma stili götürülüb.

Gargabazar_02-5020828503.jpg
Məsçidin yeganə qapısının üstündəki daş kitabədə nəsx xətti ilə ərəbcə “Ey Allah! Ey Məhəmməd! Ey Əli! Bu məscidi uca Allahın mərhəmətinə inanmış Hacı Qiyas əd-Din tikmişdir. 1095 h.q. (1683-84)” yazısı həkk olunub.

Gargabazar_04-3347219102.jpg
Yazıdan azacıq sağ və yuxarıda isə ərəb dilində “Ey qapını açan!” sözləri əbədiləşdirilib...

Gargabazar_05-1673609567.jpg
Hacı Qiyasəddin məsçidinin rəmzi qapısı 1993-cü ildə, Füzulinin ermənilər tərəfindən işğalı zamanı bağlandı. Bundan sonra nə qapı, nə də ibadət otağındakı xalçalar qaldı.

Gargabazar_06-3347219134.jpg
Bu azmış kimi, düşmən məsçidi donuz və mal-qara saxlamaq üçün tövləyə çevirərək, təkcə bizim yox, bütün dünya müsəlmanlarının hisslərini təhqir etməyə çalışdı.

Amma bu kadrlar yəqin ki, yuxuda belə Azərbaycanı hədələyən “İslam İnqilabının keçikçiləri Korpusu"nin rəhbərlərinin və dəqiqədə 10 ölüm fətvası verən ayətullanın erməni sevgisini zəiflədə bilməz. Onları maraqlandıran İslam və din deyil axı... Fateh Şah Abbasın vaxtında yaradılan din ocağı hara, Şeytanla işbirliyi üçün saqqalını uzadan saxta molla rejimi hara...

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

xomeyni-qayidir1.jpg

İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə indiki rejimin qadınlara hüquqları ilə bağlı verdiyi vədlər sonradan unuduldu. Qadınlarımızın başlatdığı və artıq 4 aydır davam edən hərəkat illərdir yığılıb qalan zülmə etirazdır.

Bu sözləri Axar.az-a güneyli qadın fəal Azər Fərruxi deyib.

O bildirib ki, hazırki hökumət qurulanda qadınlar tapdanmış hüquqlarının bərpasına ümid edirdi.

“Lakin hər şey gözlənilənin əksinə dəyişdi, qadınlara qarşı zülmlər azalmaq əvəzinə çoxaldı. İnqilabdan sonra qadınlar necə bir zülmə düşdüklərini dərk etdilər. İnsan haqlarının nə olduğunu İranda yaşayanlar bəlkə də heç başa düşə bilmirlər. Onlar gündəlik həyatlarını belə çətinliklə yola verirlər. Vaxtı ilə qadınlar Xomeyninin verdiyi fitvalar əsasında ittiham olunur, onların namusuna toxunulurdu.

 

Gənc qadınlarımıza “kommunist”, “fədai” damğası vurub həbsxanalara atırdılar. Bir sözlə, bu zülm illərdir davam edir, lakin dilə gətirilmirdi. Ailədə qadınların geyiminə, təhsilinə, evlilik məsələsinə belə kişilər qərar verir, övladlar arasında oğlan uşaqları daha üstün tutulurdu. Qadınlar artıq dözə bilmədi və 4 aydır davam edən hərəkatı başlatdı. Gənc bir qızın qətli ilə İranın hər yerini etirazlar dalğası bürüdü. Bu etirazlar, yəqin ki, sönməyəcək, davam edəcək. Övladlarımız acdır, aldıqları yüksək təhsilə rəğmən iş tapa bilmirlər. Yəni, analar övlad böyütməyin necə ağır olduğunu dərk edirlər. Məhz bu səbəbdən, həm sosial, həm azadlıq tələbi ilə qadınlar rejimin qarşısına çıxdı. Tələbə və azyaşlı qızlarımız da bu etirazlara qoşuldu”.

Güneyli xanım fəal qadınların başlatdığı aksiyaya beynəlxalq münasibətin yetəri qədər olmadığını vurğulayıb:

“Bu aksiyalara bir çox beynəlxalq qurumlardan, Avropa Şurasından, digər ölkələrin parlamentindən dəstək gəldi. Gələn dəstəkdən sonra İrandakı qadınların işi daha da çətinləşdi. Onlara qarşı basqı artdı, çox sayda qadın saxlanılaraq həbsxanalara atıldı. Qəddar rejim tərəfindən 13-16 yaşlı qız uşaqları öldürülüb.

 

Öldürülənlərin, tutulanların sayı həqiqəti əks etdirmir, açıqlanandan daha çoxdur. Bizim əlimizdən nə gələ bilər? Onların haqq səsini dünyaya çatdırmaq və rejimin qəddarlığını ifşa edən videomaterialları yaymaq. Xaricdə iranlı qadınlara dəstək mitinqləri keçirilir, amma əvvəlki kimi effektiv deyil. Mən onların haqq səsinin xaricdə lazımi yerlərə çatdırılmasına ümidliyəm. Kənarda yaşayanların vəziyyəti oradakılardan fərqlidir. Əsas odur ki, zülm altında olan insanların durumunu dərk edək. Bəlkə də hansısa Avropa ölkəsində belə bir qadın hərəkatı olsaydı, dünya birliyi onu sözsüz dəstəkləyərdi. İranda baş verənləri isə üzdə dəstəkləyir, şəxsi mənafelərini daha üstün tuturlar”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

W1siZiIsIjIwMjMvMDEvMjEvMTMvNDcvNDIvY2Q0

 

Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinin əhalisi çarəsiz vəziyyətdədir, onlara yardım göstərilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, sərt qış günləri və qazsızlıqdan əziyyət çəkən əhalinin vəziyyəti təbii fəlakətlə daha da pisləşib. Amma səlahiyyətli orqanlardan onlara yardım əli uzadan yoxdur.

Sakinlərin sözlərinə görə onların telefon zənglərinə cavab verilmir.

“Hətta bir ədəd çadır da vermirlər”, - deyə zərərçəkənlərdən biri şikayətində bildirib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах


iran-aksiya.jpg

Panfarsist mahiyyətli rejim bütün insan haqlarına xas olan qanunlara əməl etmədiyi kimi, uşaqların da hüquqlarını qorumur. Bu dörd ayın içində azyaşlılara qarşı törədilən amansız cinayətləri bütün dünya bildi. İranın hər yerində azyaşlı uşaqlar öldürüldü, tutuldu, cəzaya məhkum edildi.

Bu sözləri Axar.az-a güneyli milli fəal Şərifə Cəfəri İranda uşaq hüquqları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, hüququ pozulan, azadlığı əlindən alınan 18 yaşdan aşağı şəxslər arasında azərbaycanlılar da var:

“Noyabr ayında Əmir Rza Bagiri adlı 16 yaşlı təbrizli yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, “rəhbəri təhqir etmə” və “hökumətə qarşı təbliğat”da günahlandırıldı. Həmin ayda saxlanılan digər azyaşlı, 15 yaşlı Ərşiya İmamquluzadə isə din xadiminin çalmasını vurub salmaqda ittiham olunmuşdu. Ona həbsxanada çoxlu işgəncə verdilər. Çıxandan iki gün sonra yeniyetmə intihar etdi. Yəlda Ağafəzli adında Tehranda yaşayan ərdəbilli qız da həbsxanadan çıxandan iki gün sonra həyatına son qoydu. Həmçinin, oktyabr ayının 13-də Ərdəbilin “Şahid" mədrəsəsinə polislər mülki geyimdə basqın edib, şüar səsləndirən qız uşaqlarını döydülər. On qız yaralandı, xəstəxanaya apardılar. Bu hadisədə Əsra Pənahi daxili qanaxma nəticəsində həyatını itirdi. Bunlar İran rejiminin uşaqlara olan münasibətini əks etdirir. İndi isə Bəlucistanda 6-7 uşaq tutulub, hələ də onlardan xəbər yoxdur”.

 

Milli fəal həbsxanadan azadlığa çıxan yeniyetmələrin intihar səbəblərinə də toxunub:

“Azyaşlılara hansı işgəncə verir, nələr yedirirlər, bəlli deyil. Həyatsevər uşaqların həbsxanadan çıxandan sonra özünü öldürməsi çox şübhəlidir. Uşaqlarda bir qorxu yaratmaq istəyirlər. Öz ailəmizin nümunəsindən deyə bilərəm ki, bacı və qardaşımın 12, 13, 16 yaşlı uşaqları “Traktor” oyununu izləməyə gedərkən ciblərindən balaca bir Türkiyə bayrağı tapmışdılar. Onları aparıb, o qədər döymüşdülər ki, uşaqlar böyük stress keçirmiş və qorxmuşdular. 16 yaşı olanın isə saçlarını kəsib, həbsxanaya atmışdılar. Bacımgil pul girov qoyub, onu çıxartmışdı. Rejim uşağa-böyüyə baxmır. Heç kimə fərq qoymadan ən şiddətli cəza verir”.

Ərk - Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Jalə Təbrizi isə uşaq hüquqlarının pozulmasında İranın beynəlxalq qanunlarla deyil, şəriət qanunları ilə idarə edilməsinin əsas rol oynadığını bildirib:

“İran Uşaq Konvensiyasına qoşulsa da, qaydalarına heç zaman əməl etməyib, hörmət göstərməyib. Ölkə beynəlxalq qanunlarla deyil, şəriət qanunları ilə idarə olunur. Bu, müasir dövrdə qəbuledilməzdir. Şəriət qanunları ilə gənc və yeniyetmə insanlarımız həbs olunur, asılır.

 

Şəriət qanunlarına görə, yeniyetmələrin erkən evliliyi bəlli yaşdan sonra məqbul sayılır. Son beş ildə 250 min uşaq erkən evliliyə cəlb olunub. Onların əylənmək və uşaqlıq həyatını yaşamaq hüquqları əlindən alınıb. Nə qədər qız uşaqları erkən yaşda ana olur və doğuş zamanı həyatını itirir. Bu isə cinayətdir.

Onlar təhsildən yayındırılır. Bunun əsas səbəblərdən biri də yoxsulluqdur. İran Konstitusiyasının 30-cu maddəsində təhsilin pulsuz olduğu deyilir. Lakin bu qanun icra olunmur və yoxsul ailənin övladları təhsil hüququndan məhrumdur. Kəndlərin çoxunda məktəb yoxdur. Məktəb yaşlı uşaqlar küçə alveri ilə məşğul olur, bəzən cinsi zorakılığa məruz qalır. Etnik millətlərin uşaqları da əziyyət çəkir. Onların bəzilərinin şəxsiyyət vəsiqəsi belə yoxdur. Ana dilində təhsil ala bilmirlər. Fars dilində oxumaq istəməyən uşaqlar təhsildən yayınır və savadsız böyüyürlər. Bu isə irqi ayrı-seçkilikdir. Uşaqlara qarşı qanunsuzluqdur. Onlar yaşamır. Odur ki, gənc və yeniyetmələr meydanlardadır. Öz haqlarını tələb etmək üçün mübarizə aparır”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Güney azərbaycanlıların çörəklə imtahanı 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

danielyan.jpg

İrana vurulan PUA zərbələri o qədər güclü olub ki, Xoydakı zəlzələ də məhz buna görə baş verib. Çünki həmin ərazilərdə yeraltı cəbhəxanalar var.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Məlumat çox fərqlidir. İran zərərin cüzi olduğunu desə də, bir çox REAL mənbə İsfahandakı dron zavoduna ciddi ziyan vurulduğunu bildirir. Zərbə zamanı yalnız İsrail PUA-larının istifadə edilmədiyinə dair müxtəlif informasiyalar da var. Görünür, bunu İsrail ABŞ-ın köməyi ilə həyata keçirib. Və buna müxtəlif rakurslardan baxmaq olar: Bir tərəfdən bu, İrana xəbərdarlıqdır, həm də ABŞ-ın şərtlərini qəbul etmək üçün təzyiq vasitəsidir. Söhbət nüvə proqramından gedir. Hücumun Rusiyaya silah tədarükü ilə əlaqəsi də səbəblərdən biri hesab olunur, amma bu, ikinci dərəcəli səbəbdir”, - o bildirib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İran bu yolla azərbaycanlıların beynini yuyur 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Quruyan Urmiya gölündən son videogörüntülər

 

Bu gölün qurudulmasında İran hökumətinin maraqları olduğunu düşünən azərbaycanlı fəallar buna qarşı dəfələrlə etiraz aksiyaları da keçiriblər. 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

iran-aksiya.jpg

İran rejimi xarici qüvvələri, ilk növbədə, təbii ki, İsraili ölkədəki etnik azərbaycanlıları hakimiyyətə qarşı etiraz aksiyalarını dəstəkləməkdə ittiham edir. Bu ittiham İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi teleqram kanalı vasitəsilə mütəmadi olaraq yayımlanır.

 

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə "Yerusəlim Post" qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə deyilir ki, İrandakı hazırkı gərginliyin mərkəzi Təbriz şəhəridir. Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan bu şəhərdə yaşayan müxtəlif hesablamalara görə təxminən 25 milyon etnik azərbaycanlı İranın əsarətindən xilas olmaq və Güney Azərbaycan adlı ayrıca dövlət yaratmaq istəyir.

"Bu yaxınlarda şəhərdə İran rejiminə qarşı növbəti etiraz dalğası baş verib. Son aylarda rejim nümayişləri yatırıb və kütləvi həbslər həyata keçirib. İranın təhlükəsizlik qüvvələri hətta zorakılığa əl atmaqdan da çəkinməyib ki, nəticədə onlarla sakin həlak olub. Qeyd etmək lazımdır ki, bu şəhər qanlı İran rejimi üçün böyük əhəmiyyət kəsb edir. Hakimiyyət qorxur ki, əgər şəhər və onun ətrafı öz müstəqilliyini elan edərsə, bu, rejimin süqutunu sürətləndirə bilər”, - məqalədə vurğulanır.

Buna sübut kimi son vaxtlar nümayişçilərin müstəqil Güney Azərbaycanın bayrağının təsviri olan çoxsaylı plakatlar asmağa başladıqları göstərilir. Təhlükəsizlik qüvvələrinin nəzarətində olan inzibati və ictimai binaların divarlarına da oxşar vərəqələr yapışdırılır.

 

Daha sonra məqalədə İsrail və İranın Azərbaycandakı səfirləri arasında Tvitterdə baş verən “söz atışması”ndan bəhs edilir. Belə ki, diplomatların sosial şəbəkələrdə bir-birini tənqid edən atmacaları geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən il Tvitter səhifəsində iranlıları narahat edən paylaşım edib. O, Azərbaycan və onun mədəniyyətinin Təbriz şəhəri ilə tarixi bağlarından bəhs edən kitab haqqında yazıb və bu şəhərin İrana deyil, Azərbaycan xalqına məxsus olduğuna eyham vurub. İran səfiri Seyid Abbas Musəvi isə cavabında onu “qeyrətli Təbriz camaatı tərəfindən dəfn ediləcək şər sionist” adlandırıb.

Məqalə müəllifi daha sonra Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayevdən sitat gətirib:

"Təbriz Azərbaycan vətəndaşları üçün tarixi yerdir. Rəsmi Tehran yəhudiləri və İsraili əhalini etiraz və üsyana təhrik etməkdə ittiham edir, azərbaycanlılar isə bu təbliğata inanmır”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...


elyaz-yekenli.jpg

Jurnalist, güneyli araşdırmaçı-yazar Elyaz Yekenlinin Kult.az-a müsahibəsi:

- Elyaz bəy, siz əslən Güney Azərbaycandan olan Amerika vətəndaşısınız. Azərbaycan Respublikası haqqında nə bilirsiniz?

- Güney Azərbaycanın Yekənəz bölgəsində dünyaya gəlmişəm. Dədələrimizdən, nənələrimizdən, bütün yaxınlarımızdan eşidərdik ki, Arazın o tayında bizim qan bağımız, qardaşlarımız var. Anlamağa çalışırdım ki, “Arazın o tayı” nə deməkdir? Ağ-qara televizorlar var idi, oradan Şövkətin, Səkinənin, Rübabənin mahnılarını dinləyirdik, baxırdıq. Televizordan izlədiyim insanlar necə gözəl danışırdı. Özümə sual edirdim ki, niyə biz belə deyilik, qadınlarımız niyə belə qapalı olmalıdır? Niyə qadının səsi ola bilməz? Arazın o tayında qadın qopuz çalır, bizdə niyə yoxdur, eyni millətik axı. Arazın bu tayından o tayına baxanda yanan işıqları görürdüm. Onda 7 yaşım var idi, şaşqınlıq içində baxırdım. Öz-özümdən bu sualların cavabını soruşurdum. Mən beynimə yerləşdirmişdim ki, görəsən, mən o yerləri görə biləcəm? Belə bir xəyallar qururdum. Nəhayət, xəyallarım gərçək oldu, 1989-cu ildə tikanlar söküldü. Mən də 1992-ci illərdə Azərbaycana gəldim.

 

Azərbaycana gəldikdən sonra İrana qayıdıb, türkçülükdən, azərbaycançılıqdan danışırdım. Buna görə məni beş il cəza evinə atdılar ki, bölücüsən. İranda nə iş görsən, bəlkə adam da öldürsən, bağışlana bilərsən, amma türk dilində yazmaq, Azərbaycanı müdafiə etmək, tarixini öyrənmək bu böyük bir günahdır.

- Güneydə azərbaycançılığa münasibəti necə dəyərləndirirsiniz?

- Biz Güneydə fars-İran rejiminin köləsi olmuşduq. O mənə əziyyət verirdi ki, niyə İran televiziyasında bizi təhqir edirlər, tarix kitablarında niyə “quduz türklər” deyirlər? Bizim tariximizi niyə yalanlayırlar? Mən o ölkədə uğur qazanmaq üçün gərək keçmişimi söyərdim, ona arxamı çevirəydim. Amerikda yaşayıram, məndən soruşanda ki, haralısan, deyirəm ki, Cənubi Azərbaycandanam. Onlara bölünmüş iki Azərbaycan olduğunu anladıram. Amerikada təşkil olunan bütün tədbirlərdə iştirak etməyə çalışıram. Azərbaycan səfirliyinin bir çox tədbirlərində, yürüşlərinə qatılıram.

- Araşdırmaçı jurnalist olaraq dünya azərbaycanlılarına, o taylı-bu taylı soydaşlarımıza maraqlı münasibətiniz var…

- Güney, Quzey fərq etməz. Bu gün Quzeydə tanınmış insanlar var ki, çoxunun bir tərəfi Güney azərbaycanlıdır. Tanınmış yazıçılar, sənət adamları, ictimai xadimlər, şəhidlərimizin, qazilərimizin bir çoxu əslən Güney Azərbaycandandır. İnsan sağ gözünü sol gözündən ayıra bilmədiyi kimi, mənim üçün Quzey-Güney fərqi yoxdur. Biri sağ gözümdür, o biri sol. Bakıda 6 nəfərdən birinin əsli ərdəbilli və güneylidir. Goranbayda Xoylu adında kənd var idi. Hətta Qazaxıstanda belə güneyli soydaşımıza rast gəlmişəm. Orada - Şim kəndində yaşayan insanların yarısı qazax türkləridir, yarısı Azərbaycan türkləri. Onlarla söhbət etdikcə məni heyrət bürüyürdü. Çoxu deyirdi ki, babası Sarabdandır, Ərdəbildəndir.

- Bir az da Birinci və İkinci Qarabağ savaşında gördüklərinizdən, lentə aldıqlarınızdan danışın…- Azərbaycan müstəqil olandan İran-fars rejiminin içərisində bir qorxu vardı. Birinci Qarabağ savaşında İran niyə ermənilərə kömək etdi? Hesab edirdi ki, Qarabağ Azərbaycanın böyük problemi olarsa, başı bu işlərə qarışacaq və Güney Azərbaycana vaxt ayıra bilməyəcək. İran Birinci Qarabağ savaşında ermənilərə hər cür yardım edib. Mən gedib çəkiliş etmişəm. Döyüşçülər, əsir düşənlər, şəhid ailələri, qazilər haqqında reportajlarım, filmlərim olub. Oturmuşam, araşdırmışam, onlarla söhbətim olub. İkinci Qarabağ savaşında isə rejim Güneydə basqını çoxaldırdı. İmkan vermirdi, bağlar daha da güclənsin. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycana gəlməyimiz çox çətin idi, gələ bilsəydik də, belə çalışmalarımız yox idi. Üç il bundan öncə burada rahat bir şəkildə İranın çirkin siyasəti haqqında danışa bilməzdim. İran bunu iki ölkə arasında qardaşlığın pozulması kimi dəyərləndirməyə çalışacaqdı.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanı arxadan, kürəyindən vururdu. İkinci Qarabağ savaşı başlamadan öncə, ermənilər Amerikadakı səfirliyimizə hücum etməyə cəhd etdilər. Biz onun qarşısını kəsdik. Mən də orada idim. Müharibə başlayan kimi səfirliyə müraciət etdim ki, mən də əlimdən gəldiyi qədər kömək etmək, döyüşə getmək istəyirdim. İranlılar Qarabağ işğalda olanda bizi ələ salırdılar ki, baxın, azərbaycanlılar erməni ilə bacara bilmir. Mən isə onlara başa salırdım ki, ermənilər orada heç kimdir, onlara silah verib, gücləndirən sizsiniz. Bizə daş atan yox, o daşı düşmənin əlinə verən kəs önəmlidir.

 

Elə ki, 44 günlük müharibə başladı və bizim aslan oğullarımız onların payını verdi, mənim sevincimin hədd-hüdudu yox idi. 44 gün ərzində gecəm-gündüzüm olmadı, yalvarırdım ki, ordumuz qalib gəlsin. Zəfər günü isə mənim üçün toy-bayram idi. O savaşda biz təkcə ermənini yox, Fransanı, fars molla rejimini yendik. Yol açılan kimi Amerika vətəndaşı olduğum üçün viza aldım və gəldim. Şəhid ailələri ilə görüşüm oldu. Birinci reportajım Polad Paşamızın anası Səmayə anamızla baş tutdu. Bu günə kimi 60 min dəqiqəyə yaxın çəkilişlərim olub. İki-üç ilin içərisində gecə-gündüz demədən çalışmışam. Bir şəhidimizin evində olanda məlum oldu ki, onlar da güneylidir. Gəncədə çəkiliş edəndə öz əmimoğlanlarımı tapdım, qohumlarımın arasında şəhid olanlar, itkin düşənlər var idi. Qəribə bir hadisə də oldu. Mən Gəncədə qohumlarımla bir masada oturub çay içirdim. Lakin onlar bir-biri ilə qan bağları olduğundan xəbərsiz idi. Hamısının əsli yekənli idi.

- 44 günlük Vətən müharibəsində İranın hiylələrinə güneylilərin cavabları olurdu…

- İkinci Qarabağ savaşında İran rejimi sakitləşmək bilmirdi. Ermənilərə yardım edirdi. Güney azərbaycanlılar əliyalın Ermənistana göndərilən silah-sursat daşıyan maşınların qabağını kəsirdi və buna etiraz edirdilər. Müharibə zamanı onlar böyük narahatlıq içində idi. Arazın o tayında dayanıb, Şimala dəstək olurdular. Nənələrimiz göz yaşları içində Azərbaycan əsgərinə xeyir-dua verirdi. Çünki qan bağları var. Ermənilərin türklərə bu öfkəsi, kini yüz illərə dayanır. 1886-cı illərdən başlayıb onların davası. Qərbi Azərbaycanda və Qarabağda ermənilər hələ o vaxtı əkinçiləri və çobanları öldürürdü. Niyə məhz çobanları? Çünki çobanlar o dağı-daşı yaxşı tanıyırdı. Bunlar ora ordu yeridə bilməzdi. Gəlib o yerləri öyrənməli idilər. 1990-cı ilə kimi 500-ə yaxın çoban öldürülüb. Bakının bundan xəbəri olmur. Mən bunları işıqlandırmışam. Mən ANT TV-nin müxbiriyəm. Güneydən olan insanlarımız mənə yazır ki, çox sağ ol ki, şəhidlərimiz haqqında çəkilişlər edirsən. Anaları ilə görüşürsən. Mən o ailələrə baş çəkdiyimdə öz adımdan deyil, Güney Azərbaycan adından gedirəm.

- Xocalı ilə bağlı sənədli film çəkirsiniz?

- Qarabağ savaşı bizim qanayan yaramızdır. Birinci və İkinci Qarabağ müharibəsi bizim dastanımızdır. Xocalı bizim ruhumuzu yaralayıb. Tarixini-keçmişini unudan millət başqasına qul olacaq, kölə olacaq. Biz unutmayacağıq. Bir zamanlar Qərbi Azərbaycanda bizim başımıza nələr gəldi? Ermənilər Andranikin qulağına görə türkün başını kəsməklə hədələyirdi. Bizim insanlar isə bilmirdi heç Andranik kimdir. Bunu biz unutmamalıyıq. Eyni unutqanlığı mən Güneydə də gördüm. 1945-ci ildə İran-fars rejimi Təbrizə girəndə minlərlə insanın başını fars ordusunun qarşısında kəsirlər. Biz onu unuduruq. Yüz minlərlə kitabı yandırırlar. 1905-ci ildə Xoy, Salmas, Urmuda soyqırımlar həyata keçirdilər. Amma fars-İran rejiminin tarixi nə anladır? Deyir ermənilər yaxşı insandır, amma dədələrimiz bizi başa salırdı ki, bu doğru deyil. Biz Xocalını unutmayacağıq, gündəmdə saxlamalıyıq. Getdiyimiz hər bir yerdə bu barədə danışmalıyıq. Ermənilər quduzluq ediblər. Düşmənçiliyin də bir qaydası olur, bunlar heç bir sərhəd tanımayıblar. Bu qaydaları pozan iki millət tanıyıram. Biri ermənidir, o biri fars. Mən bunlara bir millət deyirəm. Xocalı sakinləri mənə çox dəhşətli hadisələr anladıb. Ölkələrin çoxu bilir ki, ermənilər hansı vəhşilik törədiblər. Amma İkinci Qarabağ savaşında bizim igidlərimiz onlar kimi davranmadı. Qızlarına, uşaqlarına, qocalarına humanist davrandı. Mən bu hadisələri araşdırıram, sənədli film çəkəcəm. Bu filmi Güney Azərbaycana da göndərəcəyəm. Bilirəm ki, türk dünyası Qarabağ dastanını unutmayacaq.

- Bütöv Azərbaycan ideyasından danışaq, gerçəkləşməsi mümkündür?

- Şübhəsiz! Buna əminəm. Bir vaxtlar SSRİ-nin dağılması bizə xəyal kimi görünürdü. Culfada xalamgildə olanda dedim ki, Şura hökuməti dağılacaq. Mənə qohumlarım güldü. Bunun heç vaxt mümkün olmayacağını dedilər. Amma bir neçə ildən sonra tikanlı dəmirlərin söküldüyünün şahidi olduq. Bizim oyanışa ehtiyacımız vardı. Düşmən başımızı çox qarışdırmışdı. Güneydəkilər iki yolun arasında idi. Sən “azəri”sən, ya türksən? Bunu ayırd edə bilmirdi. Dostlarıma, üz tutduğum hər yerdə bir istəyim olub. İran sözünü dilinizə gətirməyin. Bu sözü eşidəndə elə bil məni güllə ilə ürəyimdən yaralayırlar. Bizim torpağımızı bölüblər. Necə ki, Qarabağ ermənilərin işğalında idi, aldıq. Biz Güneyi də qurtaracağıq. Güneydə böyük bir problem vardır. Onu biz çözürük. Gətirib çıxartdıq “Traktor” oyunlarına. “Qarabağ Azərbaycandır”, “Təbriz-Bakı-Ankara, biz hara, farslar hara?”, “Azərbaycan bir olsun, başkəndi Təbriz olsun” şüarları səsləndirilir. Qacar hakimiyyəti devriləndə ingiltərəlilər farsları - Hindistandan gələn qaraçıları gətirdi hakimiyyətə.

 

İranda türklərlə bağlı 3 əsas qayda var: Onlara hər şey verin, lakin yazıb-oxumağa qoymayın. Dillərindən vurun. Mənliyini, şərəfini alçaldın. Farslar da bunu açıq-aşkar televiziya verilişlərində əməli şəkildə nümayiş etdirirdilər. Türklərin obrazı açaldıcı şəkildə təqdim olunurdu. Biz indi tariximizi öyrənirik. Kim olduğumuzu bilirik. Gec, ya tez, bu iş olacaq. Biz öz məqsədimizə çatacağıq. Bütöv Azərbaycanı görüb, sonra öləcəm. Mən bu diləklə yaşayıram. Kölə yaşamağın acısını çox çəkmişəm, daha belə davam etsin istəmirəm.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...