Перейти к содержимому

Evdəkilər yoxsa evdə killer?


SUMGAYIT

Recommended Posts

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Gülnar Vəlizadənin cinayət işi üzrə təfərrüat məlum olub.

Ölkə.Az xəbər verir ki, məlumata görə Suraxanı rayonu, Hövsan qəsəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadə yaşadığı evdə bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb.

 

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

İş üzrə dindirilmiş Gülnar Vəlizadə ifadəsində bildirib ki, Elşən Hadızadə ilə Azərbaycan Texniki Universitetində təhsil alarkən tanış olub. Bir-birilərini sevib 2014-cü ildə ailə qurublar. 2015-ci və 2018-ci illərdə iki övladları dünyaya gəlib. Uzun müddət kirayədə və atasının himayəsində yaşayıb maddi çətinlik çəkiblər. Elşənin valideynlərinin maddi dəstəyi ilə Hövsan qəsəbəsində ev alıblar. Elşən dost tanışlarından müxtəlif məbləğlərdə borc pul alsa da, sonradan onları qaytara bilməyib. Borc pul verən şəxslər artıq qapıya gəldikdə, o, əsəbiləşib. Aralarında maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Onu uşaqların gözü qarşısında döyüb.

Övladları da atalarının bu hərəkətlərindən qorxub. Ailə məsələlərinə müdaxilə etdiyindən Elşən atasından işlərinə qarışmamasını tələb edib. Əri qəsəbədə fəaliyyət göstərən marketdə satıcı kimi işləməyə başlayıb. 

Yanvarın 29-da axşam Elşən işdən evə gələndə Gülnar uşaqlardan birinə dərs keçib. Əri sakit olmalarını tələb edəndə, ona uşağa dərs öyrətdiyini bildirib. Buna görə dalaşıblar və yoldaşı ona əl qaldırıb uşağın beşiyini də təpiklə vuraraq sındırıb. 

 

Səhərisi gün saat 8-də işə gedən Elşən günorta evə gəlib. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymayıb. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməyini tələb edib. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında onu döyüb və sağ əli ilə boğazından tutub boğub. Nəfəsinin kəsildiyini görüb bir anda Elşənin əlindən çıxıb qabdan mətbəx bıçağını götürüb sol əlində saxladığı bıçaqla ərinin sinəsinə zərbə endirib. Sinəsindən qan axdığından əri əyilib yerə oturub. 

Gülnar Vəlizadə ifadəsinin davamında bildirib ki, qaçaraq qonşusundan dərman alaraq onunla birlikdə evə qayıdıb. Qonşusu sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzadıblar. Qonşusuna Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirib. Çünki əri ona söyləyib ki, kim soruşsa, deyərsən, özüm özümü vurmuşam, bilsələr ki, sən vurmusan, polislər səni tutacaq. 

Bundan sonra qonşusunun tapşırığı ilə aptekə gedərək lazımı dərmanlar alıb. O vaxta qədər atası, əmisi və yoldaşının Azad adlı dostu onlara gəliblər. Elşən bıçağın təsadüfən ona batdığını bildirdikdə, atası deyib ki, yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcəklər. 

Dəfələrlə telefonu alıb Təcili Tibbi Yardıma zəng etmək istəsə də, əri buna imkan verməyib. Növbəti dəfə o, “103” xidmətinə saat 16:30 rədələrində zəng edib. 

 

Gülnar Vəlizadə bildirib ki, yoldaşının vəziyyəti ağırlaşdığından o, təcili yardıma saat 17:39 radələrində yenidən zəng edib. Tibbi briqada gələrək Elşəni xəstəxanaya aparıb. 

Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Bir neçə dəfə aralarında dava baş verəndə bıçaqla onu qorxudub, amma həmin gün kəsici alət təsadüfən özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır. Elşənlə bir-birilərini istəyib evləniblər və aralarındakı mübahisələrə baxmayaraq onu sevib.

Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini və övladlarına tez qovuşa bilməsi üçün ona mümkün qədər yüngül cəza verilməsini xahiş edib. 

Zərərçəkmiş şəxsi hüquqi varisi hadisə nəticəsində oğlunu itirdiyini bildirərək gəlininə ağır cəza verilməsini istəyib. 

Sonda məhkəmənin hökmü ilə Gülnar Vəlizadə CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub.

 

W1siZiIsIjIwMjMvMDEvMjMvMTMvMDAvNTcvNzIy
 
W1siZiIsIjIwMjMvMDEvMjMvMTMvMDAvNTYvZGI0
 
W1siZiIsIjIwMjMvMDEvMjMvMTMvMDAvNTYvNjMw
 
W1siZiIsIjIwMjMvMDEvMjMvMTMvMDAvNTYvNmMz
 
W1siZiIsIjIwMjMvMDEvMjMvMTMvMDAvNTYvZTQ3
 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

W1siZiIsIjIwMjMvMDEvMjMvMTEvMTMvMDEvM2Mw

Bakıda qadın ərini baltalayıb.

.-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 28 yaşlı Lalə İmaşova yaşadığı evdə əri 36 yaşlı Ceyhunun başına balta ilə xəsarət yetirib.

Hadisəni törədən L.İmaşova tutulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başladılıb və araşdırma aparılır.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

W1siZiIsIjIwMjMvMDEvMjIvMjEvMjEvMDIvMDc3

 

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib. 

Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar.

Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.

21:48

Yanvarın 22-si saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

21:23

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü İsmayılova Pərvanə Əhməd qızı 20 saylı poliknikanın qarşısında bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, fakt araşdırılır.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

W1siZiIsIjIwMjMvMDEvMjMvMTUvMzgvMzQvMDYx

Tanınmış sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir.

Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub.

Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanaraq toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi ilə əlaqədar məhkəmənin hazırlıq iclası yanvarın 27-nə təyin edilib. 

Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün İlqar Mirzənin özü ilə də əlaqə saxlanılıb. O, məsələnin həqiqətəuyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib: “Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”. 

Qeyd edək ki, uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İ.Mirzə TedX, MilliNet, Xaricdə Təhsil Forumu kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

W1siZiIsIjIwMjMvMDEvMjEvMTQvMDkvMTkvZmZj

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan 1964-cü il təvəllüdlü Sevil Quliyevanı bıçaqlamaqda şübhəli bilinən həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Hüseynxanov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

14:40

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən .-a bildirilib ki araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 6 months later...

Bakıda məktəbli anasının həyatına son qoydu

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 6 months later...

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...