SUMGAYIT Posted June 18, 2023 Report Share Posted June 18, 2023 Erməniləri şoka salan gecə: dəhşətin yaşandığı yer Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür. Globalinfo.az xatırladır ki, onun şəhidlik zirvəsinə yüksəlməsindən 13 il ötür. Ətraflı videoda: Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted June 18, 2023 Author Report Share Posted June 18, 2023 Ermənistan hərbi bölmələrinin son günlər vaxtaşırı olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasının, xüsusilə “Laçın” postunda rus sülhməramlılarına belə atəş açılmasının nəticəsinin olacağına artıq erməni rəsmilər və politoloqlar da şübhə etmilər. Axar.az xəbər verir ki, Ermənistan rəsmiləri rus sülhməramlılara atəş açılmasına haqq qazandırmaq üçün ötən gün Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini belə XİN-ə dəvət etmiş, guya sülhməramlıların “bu cür əməlindən ciddi narahat olduqlarını” bildirmişdilər. Erməni rəsmi təbliğatının iddiasına görə, guya Azərbaycan sərhədçilərinin Qurtuluş Günündə “Laçın” postunun bir neçə addımlığında qaldırmaq istədikləri Bayrağımızın yerləşdiyi ərazi “Ermənistanın sərhədləri daxilindədir”. Ancaq hətta bu iddia haqlı olsa belə, bayraq qaldıran azərbaycanlı sərhədçiləri və onları müşayiət edən rus sülhməramlıları atəşə tutmağa əsas vermir. Əgər hər hansı irad varsa, bu, yerdə sülhməramlılara bildirilə, rəsmi şəkildə isə Azərbaycan tərəfinə çatdırıla bilərdi. Necə ki, az öncə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə “xüsusilə son vaxtlar gərginliyə səbəb olan sərhəd məsələləri ilə bağlı” demarkasiya komissiyalarının iclasını keçirməyi təklif edib. Bu təklifin Azərbaycan sərhədçisini yaralayıb, rus sülhməramlılarını atəşə tutandan sonra göndərilməsi Ermənistan rəsmilərinin “ağıllanması” deyil, təxribatın nəticələrinin olacağını dərk etməyə başlamalarıdır. Təsadüfi deyil ki, bunu xüsusi səfir Edman Marukyan da dilə gətirib. O bildirib ki, Azərbaycan MN yalnız iyun ayı ərzində Ermənistan hərbi birliklərinin 19 dəfə təxribat törətdikləri haqda məlumat yayıb. Onun sözlərinə görə, xüsusilə 10 iyundan sonra bu cür xəbərlərin sayı artıb. Əlbəttə, Marukyan bunu “yalan” adlandırıb və iddia edib ki, bu, Azərbaycan Ordusunun ağır zərbəyə hazırlaşdığının sübutudur: guya Azərbaycan zərbədən öncə “informasiya təbliğatı” aparır. Ancaq “Laçın” sərhəd-buraxılış məntəqəsində ermənilərin heç bir qanun-qayda pozmayan, silaha əl atmayan Azərbaycan sərhədçilərinin rus sülhməramlılarının müşayiəti ilə Bayraq asmasına qarşı ermənilərin təxribatının görüntüsünə hansısa bəhanə ilə haqq qazandırmaq mümkün deyil. Ortada fakt var və nə qədər qəribə də olsa, bu faktı – videogörüntünü tirajlayan da erməni tərəfidir. Məhz ermənilər azərbaycanlı sərhədçiləri və rus sülhməramlıları gülləbaran etmələrini fəxrlə tirajladılar. İndi hansı təxribat törətdiklərini, bunun necə bir cavabının olacağını təxmin edirlər və bunun “siyasi-hüquqi” həll yollarını axtarırlar – amma informasiya və diplomatik yalanlara da davam edirlər. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted June 18, 2023 Author Report Share Posted June 18, 2023 “Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını elan etməsindən sonra Nikol Paşinyan erməni dövlətçiliyini sual altında qoyur”. Globalinfo.az xəbər verir ki, bunu erməni separatçı Ruben Vardanyan deyib. “Dəfələrlə xatırlatmışdım, Qarabağdan imtina Ermənistan dövlətçiliyi üçün dağıdıcı olacaq. Paşinyan daxildən bizim dəyərlər sistemimizə hücum edir”, – separatçı bildirib. O vurğulayıb ki, Paşinyan ordu, din, dövlətçilik, tarixi yaddaş kimi dəyərlərə zərbə vurub. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted June 19, 2023 Author Report Share Posted June 19, 2023 Xankəndidə Azərbaycan polisi necə işləyəcək? - MÜZAKİRƏ Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted June 21, 2023 Author Report Share Posted June 21, 2023 Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması ilə bağlı cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Axar.az-a Azərbaycanın Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktına dair Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaqla, həmçinin, müəyyən edilib ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı “AKM” modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb. Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted June 23, 2023 Author Report Share Posted June 23, 2023 Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa, gəlsin, yaxınlaşsın bizim sərhədimizə. Axar.az xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. "İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək, sonra axırınız nə olacaq?", - Prezident qeyd edib. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted June 25, 2023 Author Report Share Posted June 25, 2023 İyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikasında 2023-cü ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıları Silahlı Qüvvələr üzrə xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıb. Bu barədə Bakupost.az -a Dövlət Xidmətindən məlumat verilib. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni ara məsafə qoymadan daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də xidmət yerləri barədə məlumat əldə edə bilərlər. Qısa mesaj xidməti üçün bütün mobil operatorlara məxsus nömrələrdən istifadə etmək mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur. Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 20-də müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlarımız 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted June 29, 2023 Author Report Share Posted June 29, 2023 İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 12, 2023 Author Report Share Posted July 12, 2023 Yeni təxribatlar baş verərsə, “Qisas-3” əməliyyatı qaçılmaz olacaq Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 18, 2023 Author Report Share Posted July 18, 2023 Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi və ətrafında məskunlaşan erməni separatçı-terrorçu dəstəsi hiyləgər oyuna başlayıb. Axar.az xəbər verir ki, separatçı-terrorçuların başçısı Araik Arutyunyan “məzlum” obrazına girərək, guya oturaq aksiya keçirir və ilk baxışda gülünc addım atır: öz “ofisindən” çıxır və düz ofisin qarşısında quraşdırılmış təmtəraqlı, heç kəsin olmadığı çadırda stullardan birinə əyləşib, poz verir. “Ofisin” düz önündə bu “çadırın” qurulması, məqsəd və hədəfi yalnız və yalnız guya “humanitar fəlakət” şousu yaratmaqdır. Bu gün isə erməni separatçı tör-töküntülərinin bir dəstəsi Ermənistanda Fransa səfirliyi önündə aksiya keçirir və elan edirlər ki, Azərbaycanın Ağdamdan zəruri qida və digər məhsullar tədarükü təklifini qəbul etməyəcəklər. Adi məntiqdir: əgər doğrudan da aclıq varsa, mağazalar boşdursa və insanların qida ehtiyatı tükənirsə, niyə Ağdamdan tədarük etmirlər? Niyə məhz Ermənistandan tədarük olunmalıdır? Hansı haqla Azərbaycanın bir şəhəri və ətrafında toplanan bir ovuc erməni ərzaq təminatını başqa ölkədən almağı tələb etməlidirlər? Erməni separatçı-terrorçu dəstə bununla nəyə nail olmaq istəyir? Əlbəttə ki, heç bir ərzaq çətinliyi yoxdur və bunu Xankəndidəki ermənilərin sosial şəbəkə hesablarındakı paylaşımları, erməni separatçı tör-töküntülərinin isə “paylaşmayın, düşmən bundan istifadə edir” çağırışı təsdiqləyir. 15 iyulda Brüsseldə üçtərəfli görüş keçirilir, orda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü bir daha təsdiqləyir, sərhəd delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsi üzərində işlərin sürətlənməsi müzakirə edilir, payıza doğru yeni görüş razılaşdırılır və bu məqamda Rusiya XİN-dən heç bir hüquqa sığmayan, erməni separatizmini körükləyən bəyanat yayılır. Bu bəyanatın ardınca isə rusiyalı politoloqların əhəmiyyətli hissəsi erməni mediasına Azərbaycanın 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirmədiyi barədə “şərhlər” verirlər. Hətta bəziləri Azərbaycan “10 noyabr 2020-ci il bəyanatının heç bir şərtini yerinə yetirməyib” deyə, həyasızlıq etməyə də qalxır. Ən azı rus sülhməramlıların Xankəndi və ətrafında yerləşdirilməsinə görə “heç bir maddə yerinə yetirilməyib” sözündən qaçmaq lazım idi ki, bunu da etmirlər. Halbuki rus sülhməramlılar üzərlərinə götürdüyü öhdəliklərə əməl etmirlər: Ermənistandan Xankəndiyə silah da daxil olmaqla, 3-cü ölkənin hərbi mütəxəssis və strateji məhsullarının daşınmasına qədər, bütün qanunsuz keçidləri təmin edirdilər; rus sülhməramlıların yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxmalı idi – hələ də erməni hərbi dəstələri Azərbaycan torpağında qalmaqda davam edir. Guya həmin birləşmələr Qarabağdakı erməni icmasının “müdafiə qüvvələridir”. Özləri də etiraf edirlər ki, həmin qanunsuz silahlı dəstənin sayı 10 min nəfər civarındadır. Hazırda Qarabağda 40 min erməni belə yaşamır. Ancaq hətta ermənilərin iddia etdiyi kimi, 120 min rəqəmini götürsək də, 10 mini aşan silahlı dəstə əhalinin təxminən 10 faizi deməkdir ki, bu da mümkünsüzdür. Sülhməramlıların Xocalıdakı müvəqqəti qərargahı önündə Rusiya bayrağının yanında Ermənistan bayrağı və separatçı-terrorçuların əski parçasının “dalğalanması” isə Rusiyanın bütün sərhədləri aşması, Azərbaycana qarşı açıq təxribatı deməkdir. Ermənistanla sülh müqaviləsinin imzalanacağı halda rus sülhməramlıların bölgədən çıxmasının zərurətə çevriləcəyini rusiyalı politoloqlar da açıq-aşkar etiraf edirlər və Rusiyanın hazırkı mövqeyini də bununla əsaslandırırlar. Bu isə separatçı-terrorçu dəstənin “Ağdamdan qida qəbul etməmək” inadının və hazırkı şou-aksiyasının arxasında Rusiyanın dayandığını söyləməyə birmənalı əsas verir. Məhz Rusiyanın təkidi ilə Brüssel görüşü ərəfəsində erməni separatçıları aktivləşdi və onların qida və digər təminatlarının da rus sülhməramlıları vasitəsilə təmin edildiyini iddia etmək üçün bütün səbəblər mövcuddur. Araik və ətrafı “bir həftə vaxt verib” və daha gözlənilməz, sərt tədbirlərin həyata keçiriləcəyini açıqlayıb. Bu, Araikin “cəsarəti” deyil, Arutyunyanın dili ilə danışan Rusiyadır. Rusiya sonuncu və ən təhlükəli, həm də kifayət qədər açıq oyununu oynayır. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 21, 2023 Author Report Share Posted July 21, 2023 Erməni separatçıları Ukraynada özlərinin minaladıqları ərazilərdə partladılar Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 29, 2023 Author Report Share Posted July 29, 2023 Xəbər verdiyimiz kimi, Xocalının Meşəli kəndində mülki azərbaycanlıları qətlə yetirən erməni Vaqif Xaçatryan "Laçın" postunda saxlanılıb. Axar.az onun ifşa anının videogörüntülərini təqdim edir: Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 30, 2023 Author Report Share Posted July 30, 2023 Meşəli kəndində 9 nəfər üzvü qətlə yetirilən ailənin faciəsi Media.az Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 30, 2023 Author Report Share Posted July 30, 2023 Meşəli faciəsinin şahidi cinayətkar Vaqif Xaçaturyan haqqında danışdı Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 30, 2023 Author Report Share Posted July 30, 2023 Sinəsinə xaç basılan azərbaycanlı saxlanılan erməninin ona verdiyi işgəncələrdən danışdı Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 30, 2023 Author Report Share Posted July 30, 2023 Xaçatryanın işgəncə verdiyi əsir: Xaçı qızdırıb sinəmə damğa vurdular Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted July 31, 2023 Author Report Share Posted July 31, 2023 Azərbaycanlıların qatili Vaqif Xaçatryanın cani ailəsi Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 1, 2023 Author Report Share Posted August 1, 2023 Euronews Laçında Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 1, 2023 Author Report Share Posted August 1, 2023 35 il əvvəl törədilən Xalisa faciəsinin əsas təşkilatçısı kim idi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 6, 2023 Author Report Share Posted August 6, 2023 Ermənistan təxəyyülündəki ərazi iddiaları: Gürcüstanlı ekspertlərin fikirləri İTV Xəbərdə Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 9, 2023 Author Report Share Posted August 9, 2023 Marsel – qədim erməni şəhəridir. Buna görə də Fransa Prezidenti Emmanuel Makron elə bir şərait yaratmalıdır ki, dünyanın hər yerindən ermənilər sərbəst şəkildə gəlib orda məskunlaşsınlar. Fransa büdcəsi hesabına köçən hər bir erməniyə 20 min avro da ödəniş edilməlidir. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktori İqor Korotçenko qeyd edib. O bildirib ki, Marselə yeni gələn ermənilərin hər biri sadələşdirilmiş prosedur əsasında AB vətəndaşlığını alacaq: “Marsel ətrafı ilə birlikdə xüsusi statusa malik, öz parlamenti və adı olan, özünü idarə edən muxtar ərazi vahidi statusunu almalıdır – Marsax Respublikası. İdeoloq Sərkis Çaturyanın çoxdan gözlədiyi dənizə çıxış da olacaq. Paris hər il Marsaxa 500 milyon avro məbləğində subsidiya verməlidir. Əgər Makron inadkar olarsa və Marsax əhalisinin öz müqəddəratını təyinetmə ilə bağlı ədalətli tələbinə mane olarsa, soyqırım siyasətinə görə Fransaya qarşı beynəlxalq sanksiyalar tətbiq edilməlidir”. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 9, 2023 Author Report Share Posted August 9, 2023 Qarabağ separatçılarının lideri Araik Arutyunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpkili açıqlama yayımlayan Arutyunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Axar.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, erməni lobbisi bu müraciət olmadan da Azərbaycana qarşı fəaliyyətinə ara verməmişdi: “Belə ki, erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff Feysbuk səhifəsində Ağ Evi “artsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. A.Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatlar verir. Ancaq ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Mörfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendez dayanır. Bizim üçün önəmli olan ABŞ-ın dövlət strukturlarının mövqeyidir. Bu strukturlar Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləyirlər. Buna baxmayaraq, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar. Görəsən, nə vaxtsa heç olmasa bir konqresmenin və ya senatorun Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyi ilə bağlı açıqlamasını eşidəcəyik? Bu sual həm də ABŞ-dakı səfirliyimizə və bu ölkədəki diaspor təmsilçilərimizə aiddir”. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 17, 2023 Author Report Share Posted August 17, 2023 Ermənilərin Qarabağda 670-dən artıq hərbi obyekti Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 20, 2023 Author Report Share Posted August 20, 2023 Baş redaktorun müəmmalı cinayətinin detalları üzə çıxdı Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 20, 2023 Author Report Share Posted August 20, 2023 İŞGƏNCƏ GÖRDÜYÜ YERLƏRDƏ İLLƏR SONRA DƏHŞƏT YAŞADI Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted August 28, 2023 Author Report Share Posted August 28, 2023 Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb. Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Qeyd edək ki, bundan öncə Teleqram kanallarında "Laçın" postunda Alen Sərksiyan adlı 22 yaşlı erməni terrorçunun yaxalanması ilə bağlı məlumatlar yayılıb. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted September 5, 2023 Author Report Share Posted September 5, 2023 Ermənistanda Azərbaycanın müharibəyə başlayacağına dair isterika davam edir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu iddialar rəsmi İrəvanın Azərbaycanı beynəlxalq müstəvidə “hücum edən tərəf” kimi göstərmək cəhdlərindən qaynaqlanır. Sərhəddə hələ də davam edən gərginliyə səbəb olan təxribatların da məqsədi budur. Baş verənlər fonunda erməni ictimai rəyi isterika içində Azərbaycanın bütövlükdə Zəngəzuru nəzarətə götürə biləcəyindən danışır. Azərbaycan üzrə erməni ekspert Varujen Geqamyan iddia edir ki, gərginlik daha da genişlənərsə və eskalasiya qaynar mərhələyə keçərsə, Azərbaycan Ermənistanın cənubunu kəsmək istiqamətində ildırımsürətli addım atacaq. “Bu, Naxçıvanın şimal hissəsindən Cermuka (İstisu) qədər olan ərazidir. Bura məsafə cəmi 30 kilometrdir, Azərbaycan istəsə, ildırımsürətli əməliyyatla bu xətti kəsə bilər. Bu prosesdə Türkiyənin də açıq dəstək verəcəyi sirr deyil. Ermənistan hakimiyyəti isə heç nə etmir, ya da etmək istəmir”, - erməni ekspert iddia edir. Qeyd edək ki, bu cür iddiaların əsası yoxdur, Azərbaycanın Ermənistana qarşı hərbi müstəvidə atdığı bütün addımların səbəbi sərhəddə erməni təxribatının qarşının alınması və adekvat cavabın verilməsidir. Hərçənd, Ermənistan Zəngəzur dəhlizi və digər öhdəlikərini yerinə yetirməsə, təxribat hücumlarını davam etdirərsə, bunun İrəvan üçün ağır nəticələrinin olacağı da aydındır. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted September 6, 2023 Author Report Share Posted September 6, 2023 ŞUŞA uğrunda gedən son döyüş. Rusların cəkdikleri son çəkiliş. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted September 19, 2023 Author Report Share Posted September 19, 2023 Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted September 20, 2023 Author Report Share Posted September 20, 2023 Azərbaycan Bakıya ekstradisiya edilməli olan cinayətkarların siyahısını Qarabağdakı separatçılara təqdim edib. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Erməni qəzeti iddia edir ki, bu gün Azərbaycan Bakıya ekstradisiya edilməli olan şəxslərin adlarını Qarabağdakı separatçılara verib. Qeyd olunur ki, siyahıda Qarabağdakı keçmiş separatçı liderlərin, Azərbaycan ərazisində separatizmdə fəal iştirak etmiş şəxslərin, o cümlədən Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan ordusuna, mülki əhaliyə qarşı vəhşiliklər və ağır cinayətlər törətmiş şəxslərin adları yer alıb. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted October 3, 2023 Author Report Share Posted October 3, 2023 Ermənilər yeni terror təşkilatı yaratdı- Azərbaycan və Türkiyəyə qarşı... Ermənistan POQA adlı məktəbdə Türkiyə və Azərbaycana qarşı pulsuz hərbi təhsil verən yeni terror təşkilatı qurub. Terrorçuların Feysbuk səhifəsi “Düşmənimiz sərhədin o tərəfindədir” şüarı ilə fəaliyyət göstərir. Türkiyənin “Haber7” saytının məlumatına görə, Hərbi Vətənpərvərlik Məktəbi (POQA) adlanan qurum PKK və ASALA terror təşkilatları tərəfindən dəstəklənir. Bu təşkilatın bu ilin martın 20-dən fəaliyyət göstərdiyini bildirən Əsassız Soyqırım İddiaları ilə Mübarizə dərnəyinin rəhbəri Savaş Eğilmez POQA-nın erməni diasporu tərəfindən maliyyələşdirildiyini diqqətə çatdırıb. Məktəbin ən böyük maliyyəçisi ABŞ-ın Kaliforniya ştatında səhiyyə sektorunda fəaliyyət göstərən erməni-amerikalı iş adamı Vrej Qriqoryandır. POQA sosial şəbəkələrdə etdiyi çağırışında 18-55 yaş arası bütün erməniləri və digər ölkələrin vətəndaşlarını Türkiyə və Azərbaycana qarşı işləməyə dəvət edib. Təşkilat onun üçün işləyəcək şəxslərə 100 dollar maaş verir. Məktəb hətta Moskvadan İrəvana birbaşa uçuşlar üçün təyyarə biletləri ödəməyi öhdəsinə götürür. Əsasən gəncləri özünə cəlb edən POQA-da həm kişilər, həm də qadınlar keçmiş hərbi mütəxəssislər tərəfindən hazırlanır. Bu çərçivədə atış, ilkin tibbi yardım, hərbi strategiya və hərbi texnikadan istifadə qaydaları ilə birlikdə psixologiya təhsili verilir. Bununla yanaşı, POQA odlu və soyuq silahlardan istifadə etməyi, partlayıcı maddə hazırlamağı, çöl şəraitində qalmağı, yerli insanlarla ünsiyyət qurmağı, döyüş sənətləri və çətin şəraitdə sağ qalma üsullarını öyrədir. Təşkilatın Feysbuk səhifəsində “Sərhədin bu tərəfində düşmən axtarmayın. Düşməniniz sərhədin o tərəfindədir. Təhqir və böhtanla bu düşməni məğlub edə bilməzsiniz” qeydi yer alıb. Avqustun 1-də yeni terror kursuna başlayan POQA-nın gələcəkdə erməni xalqı üçün təhlükə yaradacağını deyən Eğilmez bildirib: “Bu terror təhsili alan nəsil özü kimi düşünməyən digər erməniləri düşmən hesab edib onlara başağrısı yaradacaq”. Ermənistanın bu təşkilatla Qarabağa qarşı yeni bir həmlə edəcəyi iddia olunub. Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted October 3, 2023 Author Report Share Posted October 3, 2023 'Çirkin Model' Terörist Oldu: "Azerbaycan'a Saldıracağız!" Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted October 3, 2023 Author Report Share Posted October 3, 2023 VOMA'nın PKK ile ilişkisi var mı? Doç. Dr. Savaş Eğilmez yorumladı Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted October 3, 2023 Author Report Share Posted October 3, 2023 Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
SUMGAYIT Posted October 3, 2023 Author Report Share Posted October 3, 2023 Quote Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.