Перейти к содержимому

Dəhliz


SUMGAYIT

Recommended Posts

Bakının layihəsi: Tehran İrəvanı aldatdı, Nikol “ayıldı”…

pashinyan-reisi.jpg

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Zəngəzur dəhlizinin cəlbediciliyinin azaldığı barədə açıqlaması, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol-dəhlizin İrandan keçməsi üçün Tehranla müqavilələr imzalanması və işlərə başlanması ciddi rezonans doğurub.

Axar.az xəbər verir ki, Ermənistan hakimiyyəti külli miqdarda gəlir gətirən və ölkənin xaricə çıxışı üçün unikal imkanlar yaradan daha bir transmilli layihədən kənarda qaldığını görərək, yeni təkliflərlə çıxış etməyə başlayıb. Paşinyan sadələşmiş vergi və gömrük proseduru təklifi ilə həm Şimal-Cənub, həm də Orta Dəhliz üçün “xəritəsini” də təqdim edib. Paşinyanın əl-ayağa düşməsindən isə görünür ki, rəsmi İrəvan Zəngəzur dəhlizini yenidən müzakirə masasına qaytarmağa çalışır.

 

Burda ən diqqətçəkən məqam İranın mövqeyidir. Zəngəzur dəhlizinə qarşı kəskin mövqe ortaya qoyan İranın Azərbaycana həvəslə dəhliz verməsi və dərhal saziş imzalaması isə Ermənistanı “ayıldıb”. Belə məlum olur ki, İranın Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” iddiaları yalnız layihədən kənarda qalmasından doğan narahatlıqları imiş, baxmayaraq ki, bu dəhlizdən İranın da maksimum faydalanacağı bəlli idi. Belə ki, Culfa istiqamətindən İran bu layihəyə qoşularaq, əsas istifadəçilərdən biri olacaqdı.

Ancaq görünür ki, İran dəhlizə qoşulmaq yox, əsas yolun bir hissəsinin ərazisindən keçməsində və Ermənistanın kənarda qalmasında maraqlı imiş.

Ermənistan Baş naziri Paşinyanın ortaya yeni təkliflər qoyması və müzakirəyə açıq olduğunu bildirməsi yenidən Zəngəzur dəhlizini müzakirəyə qaytara bilər. Belə məlum olur ki, bu, İranın maraqlarına qəti uyğun deyil. Elə buna görə də İran ekspert və mediası artıq buna qarşı təbliğata başlayıb. Onlar iddia etməyə başlayıblar ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyib, İranla razılaşma Ermənistana “təsir” vasitəsidir.

 

Ermənistan mediasının da həvəslə paylaşdığı Avrasiya məsələləri üzrə iranlı ekspert Şöayib Bəhmən “Pars Tudey”ə bildirib ki, Zəngəzur dəhlizi Bakı və Ankaranın asanlıqla imtina edə biləcəyi layihə deyil:

“Bu, onunla bağlıdır ki, son üç ildə Qafqaz regionundakı bütün hadisələr məhz bu layihənin təbliği sayəsində baş verib. Yəni həm İkinci Qarabağ müharibəsi, həm də regionda baş verən digər hadisələr Bakı və Ankaranın rəhbərlik etdiyi bu möhtəşəm layihəyə uyğun gedirdi və eyni zamanda pərdə arxasında onlar başqa aktorlar tərəfindən də dəstəklənirdi. Ona görə də bu layihə İranla Azərbaycan arasında yeni tranzit xəttinin çəkilməsi ilə bitməyəcək. Çünki bu, pantürkist və panturanist cərəyanların sahib olduğu və arxasınca getdiyi köhnə arzudur”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

O, İlham Əliyevin və Azərbaycan hökumətinin apardığı siyasəti “ikili davranış” kimi təqdim etməyə də çalışıb:

“Azərbaycan hakimiyyəti alternativ yol təklif etməklə Ermənistanı təxribata çəkmək niyyətindədir, halbuki, İran yolu (Azərbaycanı Naxçıvanla birləşdirən yol - red) alternativ sayılmır. Bu marşrut 30 ildir mövcuddur və Azərbaycan ondan minimal xərclə istifadə etdiyi üçün bu marşrut heç də alternativ marşrut deyil.

 

“B planı”nı gündəmə gətirməklə Bakı Ermənistan hökumətini təxribata çəkmək və İranın İrəvana tranzit marşrutlarının iqtisadi səmərələrindən istifadə etməsinə imkan vermədiyi fikrini aşılamaq istəyir və ona görə də Paşinyan hökuməti dəhlizdəki tikintini bu dəfə danışıqlar masası arxasında müzakirə etmək niyyətindədir. Azərbaycanın davranışı və mövqeyi göstərir ki, onlar çox köhnəlmiş və sonda nəyə nail olmağa çalışdıqları aydın olan bu layihəni impulsiv şəkildə təbliğ etməyə çalışırlar”.

Burda zəruri olan bir neçə məqam var: Əvvəla, Bakıdan İran vasitəsilə Naxçıvana “30 ildir istifadə olunan yol” Azərbaycanın qərb rayonlarından keçmir, Astaradan keçir və İran ərazisində böyük bir ərazi qət edir. Hazırda imzalanan sazişə əsasən isə Araz üzərindən atılan körpülərlə İran ərazisindən keçəcək yol-dəhlizin uzunluğu cəmi 50 km-dir.

İkincisi, Bakı ən səmərəli, daha az xərcli, daha yaxın və sürətli kommunikasiya qurmağa çalışır, hazırda Zəngəzur dəhlizinin cəlbediciliyinin azalması da Azərbaycanın deyil, İranın siyasətinin nəticəsidir. İran Ermənistana bu dəhliz üçün ciddi təzyiq etməklə, bu proyekti “öz qabağına” çəkdi və bunu Ermənistan da gördüyü üçün canfəşanlığa başlayıb. Burda müzakirə ediləsi məsələ İranla Ermənistan arasındadır. Elə iranlı ekspert də bunu açıq şəkildə deyir – amma “başqa don” geyindirməklə.

Bütün bunlara baxmayaraq, İran ekspertləri və təbliğat maşını hələ də Ermənistana təzyiq edərək, İrəvanın bu layihədən tam kənarda qalmasına çalışır.

Zəngəzur dəhlizi tarixi reallıqdır | "Nuhçıxan" İnformasiya Agentliyi

Söayib Bəhmən sözügedən açıqlamasında bildirir ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində Zəngəzur yolu Laçın yolundan istifadə müqabilində Azərbaycana təklif edilib. Hazırda Qarabağ Azərbaycanın tam nəzarətinə keçdiyi və Laçın dəhlizinin mövcudluğu tarixə gömüldüyü üçün İrəvan da Zəngəzur dəhlizindən tam imtina etməlidir.

Maraqlıdır ki, erməni mediası da Nikol Paşinyanın 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndini məhz bu səbəbdən ləğv edəcəyi ilə bağlı komandasını bilgiləndirdiyi haqda məlumat yayıb.

Belə görünür ki, əsas diqqət Ermənistan Baş nazirinin Zəngəzur dəhlizinin İrandan keçməsinə qarşı yeni təkliflərlə çıxış edib, Ermənistandan yol təklif etməsinin masaya daşınmasına imkan verməməkdir. Çünki hələlik İrandan keçəcək yol üçün körpülərin yalnız təməli qoyulub və böyükmiqyaslı işlər başlamayıb. Əgər Ermənistan bir az da gecikərsə, Zəngəzur dəhlizi bütövlükdə gündəmdən çıxacaq.

İranın Ermənistandan keçən Zəngəzur dəhlizinə imkan verməməsinin, bununla bağlı Ermənistana siyasi-təbliğati təzyiqinin və qurduğu oyunun əsas səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, heç də iqtisadi maraq deyil. Əgər Ermənistan Zəngəzur dəhlizinə razı olsa, İrəvanın Bakı-Ankara ilə iqtisadi-siyasi əlaqələri güclənə, xaricə çıxış imkanları genişlənə, iqtisadi müstəqilliyi arta və İrandan ticari-iqtisadi asılılığı əhəmiyyətli dərəcədə azala bilərdi. Başqa şəkildə desək, Ermənistan iqtisadi baxımdan türk ölkələri ilə bağlı olar və İranın bu ölkəyə siyasi təsiri əhəmiyyətli dərəcədə azalardı.

 

İran məhz buna imkan verməməyə çalışır. Paşinyanın Gürcüstanda səsləndirdiyi təklif və nümayiş etdirdiyi xəritədən doğan təlaşının da səbəbi budur.

Azərbaycan isə, iranlı ekspert Bəhmənin dediyinin əksinə olaraq, kimsəni təxribata çəkmir, iqtisadi layihələrini həyata keçirir və ən ucuz, ən münasib variantları tətbiq etməyə çalışır. Ermənistanın Zəngəzurdan siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdi isə alınmadı və yaxud Ermənistanın özünü ofsaytda qoydu.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Zəngəzur dəhlizi məsələsi bağlandı? - Markedonovmarkedonov_new.jpg

Oktyabrın 30-da Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün bərqərar olması üçün üç əsas məqamın razılaşdırıldığını bəyan edib. Ermənistanın hökumət başçısının sözlərinə görə, “əgər tərəflər razılaşdırılmış bu prinsiplərə sadiq qalarsa, o zaman sülh və münasibətlərin nizamlanması haqqında sazişin imzalanması reallaşacaq”. İrəvanla Bakı arasında sülhə bəzi yeni yanaşmaların ortaya çıxmasından danışmaq olarmı? Bu sualın cavabı mənfi olacaq.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu üç məqam bu və ya digər formada daha əvvəl, o cümlədən Ermənistan baş nazirinin çıxışlarında ortaya çıxıb:

“Söhbət nədən gedir? Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü keçmiş Azərbaycan SSR və Ermənistan SSR sərhədləri ilə tanıyır. İki ölkənin 29 800 kv.km (Ermənistan) və 86.600 kv.km (Azərbaycan) ərazisi artıq dövlətlərarası demarkasiya və qarşılıqlı tanınmanın əsası sayılır.

İkinci prinsip 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyanın aparılmasıdır. Bu sənəd Sovet İttifaqının dağılmasından sonra yeni geosiyasi reallığı möhkəmləndirdi. Və nəhayət, tərəflər nəqliyyat kommunikasiyalarını blokdan çıxarmalıdırlar.

 

İlk baxışdan hər şey mükəmməl görünür. Və çoxdan gözlənilən sülh yaxın perspektiv kimi diqqət çəkir. Bəs bir il əvvəl Almatı Bəyannaməsi delimitasiya üçün əsas kimi göstərilmədimi? Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı “imtina nitqində” iki ölkənin əraziləri ilə bağlı konkret rəqəmlər yer almadımı? Ritorik suallar. Lakin bütün bu etiraflar üçüncü Qarabağ müharibəsinin qarşısını ala bilmədi. Və nəticədə münaqişənin həlli üçün güc ssenarisi zəfəri çaldı.

Paşinyanın üç prinsipin razılaşdırılması ilə bağlı çıxışından üç gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Qranada bəyanatına istinad etdi. Paşinyanla yanaşı, onu imzalayanlar arasında Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişel də var. Ancaq İlham Əliyevin imzası o bəyanatda yoxdur və o, İspaniyadakı danışıqlarda iştirak etmədi.

Zəngəzur dəhlizi addım-addım reallaşır

Daha bir vacib sual nəqliyyat kommunikasiyalarına dair üçüncü bənddə tam anlaşmaya nail olunub-olunmamasıdır. “Dəhliz mövzusu” artıq keçmişdə qalıb? Yoxsa yenə özünü xatırladacaq?

Yeri gəlmişkən, demarkasiyanın da bir sıra nüansları var. Eksklavlar məsələsi təkcə çərçivə sazişi deyil, praktik həll tələb edir.

Bir sözlə, Avrasiyada uzun müddətdir davam edən münaqişələrdən birinin sona çatması ilə bağlı nəticə çıxarmaq yəqin ki, tezdir. Amma ola bilsin ki, tezliklə “sülh müqaviləsi” adlanacaq müəyyən sənəd peyda olsun. Ancaq o, bu təlatümlü bölgəyə real olaraq sülh gətirəcəkmi? Bu sual açıq qalır”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Zengezur Koridoru: Azerbaycan , Nahçıvan ve Türkiye'yi bağlayan proje

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Necə oldu ki, "Zəngəzur Dəhlizi" öz aktuallığını itirdi?

 

Bu günlərdə rəsmi açıqlandı ki, “Zəngəzur Dəhlizi” artıq Bakı üçün öz cazibədarlığını itirib. Naxçıvanı Azərbaycanla birləşdirən yolu iran ərazisindən də çəkmək mümkündür. Halbuki, Rəsmi Bakı “Zəngəzur Dəhlizi” mövzusunda xeyli qətiyyətli görünürdü. Hər fürsətdə səsləndirilən bu tələbi Prezident İlham Əliyev də regional sülhün fundamental elementlərindən biri kimi xarakterizə edirdi. Rəsmi təbliğata görə bu təkcə Naxçıvanı Azərbaycanla birləşdirən dəhliz deyil, Şərqlə Qərbi birləşdirən alternativ yol olacaq, ölkəyə maddi gəlirlər gətirəcəkdi. Lakin 10 noyabr sənədində Ermənistan ərazisindən Naxçıvana açılacaq nəqliyyat yollarına Rusiyanın təhlükəsizlik qüvvələrinin nəzarəti nəzərdə tutulmuşdu. Yəni bu Azərbaycanın nəzarətində olmayacaqdı.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...
Qarabağ, Azərbaycan, Rusiya, Ermənistan, münaqişə

Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan cümə axşamı bildirib ki, Yerevan Azərbaycan ilə Naxçıvanı birləşdirən və Ermənistanın cənubundan keçən nəqliyyat xətlərinə Rusiyanın nəzarət etməsi fikri ilə razılaşmayacaq.

Ermənistan rəsmisi bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın cümə axşamı verdiyi açıqlamasına cavab olaraq səsləndirib.

 

Zaxarova çıxışı zamanı Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan arasında 2020-ci ildə imzalanan müqaviləni əsas gətirərək, Ermənistandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat xətlərinə Rusiyanın sərhəd qoşunlarının nəzarət edəcəyini deyib.

Ermənistan XİN sözçüsü isə rəsmi Yerevanın “Sülh Qovşağı” layihəsini əsas gətirərək bildirib ki, burada əsas prinsip regional nəqliyyat xətlərinin açılacağı təqdirdə, Ermənistanın dövlət institutları tərəfindən gömrük və sərhəd məntəqələrində nəzarəti həyata keçirməkdən ibarətdir, News.am saytı yazıb.

“Ermənistan heç vaxt və heç bir sənəddə öz suverenliyini məhdudlaşdıran hər hansı fikirlə razılaşmayıb və öz suveren ərazisinin hər hansı hissəsinə üçüncü ölkənin nəzarəti yaradıla bilməz”, - Badalyan qeyd edib.

O əlavə edib ki, Ermənistan ərazisində insanların və yüklərin təhlükəsiz daşınmasını təmin etmək üçün ölkənin Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılıb.

Ermənistan, Azərbaycan, münaqişə, siyasət, ticarət, nəqliyyat, Sülh Qovşağı

Ermənistan "böyük səhvə yol verdi"

Eyni vaxtda isə, rəsmi Bakı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında əlaqələri bərpa etmə səylərini Tehranla müzakirə edib.

Belə ki, cümə axşamı İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammiti çərçivəsində bir araya gələn Azərbaycan və İran prezidentləri iki ölkə arasında nəqliyyat əlaqələri barədə müsbət mesajlar veriblər

Prezident İlham Əliyev İrandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətti ilə bağlı əldə edilən son razılaşmanı “böyük perspektivi olan layihə” kimi təsvir edib.

İran, Azərbaycan, iqtisadiyyat, nəqliyyat, ticarət

Bununla belə, o, Ermənistan tərəfinin eyni marşrut xəttinin öz ərazisindən keçməsinə imkan verməməklə “böyük səhv” etdiyini bildirib.

Prezident Əliyev qeyd edib ki, Azərbaycan və İran arasında tikilməkdə olan iki yeni nəqliyyat yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq və İran və Azərbaycan arasındakı “qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”, president.az sayı yazıb.

İran Prezidenti İbrahim Rəisi isə iki ölkə arasında nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini bildirib.

Əliyev və Rəisi görüş zamanı İran və Azərbaycan arasında əlaqələri pozmağa çalışan regiondankənar ölkələrin cəhdlərinin “nəticəsiz qaldığını” qeyd ediblər.

“Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”, - Əliyev deyib.

President.az saytının yaydığı məlumatda iki ölkə prezidentləri arasında baş tutan görüş çərçivəsində hazırda davam edən İsrail-Həmas müharibəsi ilə bağlı hər hansı müzakirənin aparıldığı barədə məlumat qeyd olunmayıb.

Lakin İranda hökumətin dəstəklədiyi Sahar 1 televiziyasının Azərbaycanca xidməti İsrail-Həmas müharibəsi başlayandan bəri Bakını İsrailə neft ixrac etməməyə çağırır.

Rəsmi Bakı İran televiziya kanalının bu iddialarına hələlik hər hansı şərh verməyib.

İran və Azərbaycan arasında münasibətlər Tehranda Azərbaycan səfirliyinə hücum və İranın Zəngəzur koridorunu özünə təhlükə gördüyünü aşkarlayan bəyanatlarından sonra gərginləşsə də, son aylarda istiləşmə müşahidə olunur.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiyadan Ermənistana “Zəngəzur dəhlizi” ittihamı: “İrəliləyiş əldə etmişdik, mane oldular”

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Ermənistan Zəngəzur dəhlizinə möhtac qaldı

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Zəngəzur dəhlizi: Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirən yol

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

azerbaycan-demir-yol.jpg

Ermənistan “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi şərti ilə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TİTC) iştirakçısı ola bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.

 

“Orta Dəhliz - Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyə və Avropa ölkələrinə gedən beynəlxalq nəqliyyat dəhlizidir. Yaxın vaxtlara qədər İrəvan nə coğrafi, nə də siyasi baxımdan Orta Dəhliz layihəsinə uyğun gəlirdi. Lakin son bir ildə Ermənistan tərəfinə həm Ankaradan, həm də Tiflisdən marşruta qoşulmaq üçün bir neçə təklif gəlib”, - məqalədə bildirilib.

Qeyd edilib ki, “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində Ermənistan Azərbaycanla 5 (Qazax, Kəlbəcər, Zəngəzur (2 məntəqə) və Arazdəyəndə) və Türkiyə ilə 2 keçid məntəqəsi quraşdırmağa hazırdır.

İrəvan həmçinin respublika ərazisində ümumi uzunluğu 130 km olan dörd dəmir yolu hissəsini bərpa etməyi planlaşdırır. Bunun üçün Ermənistana 500 milyon dollar lazımdır.

Gürcüstan Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzinin direktoru Paata Saqareişvili deyib ki, son hadisələr fonunda İrəvanın Orta Dəhlizə qoşulmaq şansı artıb. Lakin bu məqsədlə ölkədə dəmir yolu relslərinin bərpası lazımdır. Ekspert izah edib ki, Orta Dəhlizin məqsədi marşrutların maksimum sinxronlaşdırılması və onun vasitəsilə malların daşınmasının sadələşdirilməsidir.

 

Ekspert hesab edir ki, İrəvan Gürcüstanla əməkdaşlıq edərək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolundan istifadə edə bilər. Ancaq buna Azərbaycanın razılığı lazımdır.

Ermənistan İran ərazisindən daşınan yüklərin də ölkədən keçməsini istəyərsə, İrana yeni dəmir yolu çəkilməlidir ki, bunun üçün ən azı 1 milyard dollara ehtiyac var.

Qeyd edək ki, Çin və Avropanı birləşdirən Orta Dəhliz tarixi İpək Yolunu (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə - AB) canlandırmaq məqsədi daşıyır. Dəhliz həmçinin Rusiyadan keçən Şimal marşrutuna və İrandan keçən Cənub Dəhlizinə sərfəli alternativ hesab olunur.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

pashinyan-gulur.jpg

Əslində, üçtərəfli bəyannamənin iki tərəfi - Azərbaycan və Rusiya imzalanan andan 2023-cü ilin sentyabrına qədər sənədin artıq onlar üçün mövcud olmadığını göstərdilər.

Axar.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Yeni Bəyaziddə (Qavar) Vətəndaş Müqaviləsi Partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı deyib.

 

“Rusiya Federasiyası və Azərbaycanın iştirakı ilə Qarabağda baş vermiş aksiyalar göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Bu sənədin üçtərəfli sazişin iki tərəfi üçün artıq mövcud olmaması ola bilməz. Bu bəyannamə üçüncü tərəf üçün mövcud olmağa davam edəcək”, - baş nazir qeyd edib.

Paşinyanın iddiasına görə, Azərbaycan tərəfdən deyirlər ki, noyabrın 9/10-da imzalanan üçtərəfli bəyannamədə “Zəngəzur dəhlizi” müəyyən edilib və Rusiya Federasiyası bu yolların təhlükəsizliyini təmin etməlidir:

“9/10 noyabr bəyanatında bu, ümumiyyətlə yoxdur, heç yerdə yazılmayıb ki, Rusiya Ermənistanın hər hansı ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir, əksinə, yazılıb ki, Ermənistan Respublikası öz ərazisində təhlükəsizliyə zəmanət verir. Və bu da ağlabatandır, başqa kim təmin etməlidir ki?”

 

Paşinyan iddia edib ki, Azərbaycan 3 ildir 9/10 noyabr bəyanatına istinad edərək, Zəngəzur dəhlizi ilə bağlı danışıqları inkişaf etdirir:

“9/10 noyabr tarixli üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki üçtərəfli bəyanatda belə bir ifadə yoxdur”.

Qeyd edək ki, Paşinyan ənənəvi olaraq “Zəngəzur dəhlizi” ifadəsinin bəyanatda yazılmamasından sui-istifadə edir. Halbuki 9/10 noyabr 2020-ci il bəyanatıbıb 9-cu bəndində göstərilir:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...

Zengezur Koridoru: Azerbaycan ve İran'ın Savaşı Göze Aldığı Tarihi Proje

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...