Перейти к содержимому

Sülh, yoxsa təzminat?


SUMGAYIT

Recommended Posts

"Azərbaycana 818 milyard zərər dəyib" - Sülh, yoxsa təzminat?

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistan 100 milyardlarla təzminat ödəməlidir! | Aydınlıq Eldar Namazovla

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Sülh müqaviləsində bu şərtlər yazılacaq: İrəvan təzminat öhdəliyi olaraq... - Detallar açıqlandı

Sülh müqaviləsində bu şərtlər yazılacaq: İrəvan təzminat öhdəliyi olaraq... - Detallar açıqlandı


Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Almaniya kanslerinin təşkilatçılığı ilə görüş baş tutdu. Görüşün nəticəsi olaraq iki istiqamətdə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinə sülh danışıqları və sərhəd komissiyyalarının görüşülərinin təşkili ilə bağlı təlimat verildi. Ona görə də, bunun nəticələrini gözləmək lazımdır. Çünki buna qədər də tərəflər belə razılıq əldə etmişdi. Sonradan nəticəsi olmadı.

Yenisabah.az xəbər verir ki, bunu Teleqraf.com-a sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O qeyd edib ki, bu görüşün nəticələrini gözləmək lazımdır:

“Ümumilikdə isə bunu xüsusi mərhələ hesab etmək olmaz. Münxendə belə bir görüşün baş tutması sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsi üçün müəyyən şərait yaratmış oldu. Bunun nə dərəcədə nəticəsinin, effektinin olacağı bilinəcək”.

 

Partiya sədri hesab edir ki, Azərbaycanla Ermənistan arasında olan məsələnin Qərb və ya Moskva platformasında müzakirəsi məqbul deyil:

“Neytral ərazidə, xüsusən də qonşu Gürcüstanda, hətta hər iki ölkənin sərhəddində sülh müqaviləsinin imzalanması ideyaları səslənir. Vasitəçilərsiz tərəflərin razılığa gəlməsi mümkündür. Hələlik isə bu məsələyə yekun vuracaq sənədin imzalanması üçün real şəraitin olduğunu söyləmək olmur”.

Pənah Hüseynə görə, Kremlin sərhədlərin dəqiqləşməsi ilə bağlı xəritələr ətrafında iddiaları onun imperiya maraqlarından irəli gələn yanaşmalardır:

“Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı 1918-1920-ci illərin reallığına istinad oluna bilər. Həmçinin sülh sənədi üçün başlıca şərt Ermənistanın qanunvericiliyində dəyişikliklərin olmasıdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bunlar aradan qalxmadan sülh müqaviləsinin legitimliyi Ermənistanda olan qüvvələr tərəfindən şübhə altına altına bilər.

 

Gələcəkdə münaqişənin yenidən alovlanmaması üçün Azərbaycanın bu tələbi ciddi və tam doğrudur”.

Sabiq baş bildirib ki, Ermənistan müharibədə məğlub tərəfdir:

“Ona görə də, İrəvanın bərabər tərəf kimi sülh müqaviləsinə yanaşma fəlsəfəsi yanlışdır. Ermənistanın məğlub olması sülh müqaviləsində təsbit olunmalıdır. İrəvanın üzərinə Azərbaycana qarşı hər hansı bir iddia etməməklə bağlı öhdəlik qoyulmalıdır. Ermənistanın hücum silahlarına sahib olmasının qarşısını alan müddəalar sülh razılaşmasında yer almalıdır. Azərbaycana müharibə nəticəsində vurulmuş zərərə görə təzminatın ödənilməsi, deportasiya edilmiş azərbaycanlıların geri qaytarılması sülh sənədində əks olunmalıdır. Belə olmadığı halda mücərrəd bir sənəd münaqişənin aradan qalxması demək deyil. Belə olan halda əlahəzrət Azərbaycan əsgəri başlıca faktor olaraq qalacaq”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Təzminat məsələsi hər zaman müharibə bitəndən sonra gündəmə gətirilir. Yəni məğlub tərəf kapitulyasiya şərtlərini qəbul etdikdən sonra danışıqlar zamanı təzminat məsələsi də müzakirə edilir.

Bu sözləri Axar.az-a Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsi ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professor təzminat tələbinin rəsmi şəkildə elan edilməli olduğunu bildirib:

“44 günlük müharibənin üzərindən 3 ildən artıq müddət keçsə də, Azərbaycan bu gün, sabah və ümumiyyətlə, istədiyi vaxt Ermənistana qarşı təzminat tələbini irəli sürə bilər. Çünki rəsmi İrəvanın Azərbaycanın ərazisini onillərlə işğalda saxladığı, dağıtdığı, şəhər-kəndləri yer üzündən sildiyi açıq şəkildə ortadadır və vurduğu ziyana görə də təzminat ödəməlidir. Azərbaycan bütün ziyanı hesabladıqdan sonra təzminat tələbini rəsmi şəkildə bəyan etməlidir”.

 

Fərhad Mehdiyev Azərbaycanın təzminat şərtinin sülh müqaviləsi mətninə salınması haqqını özündə saxladığını vurğulayıb:

“Fikrimcə, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istədiyi üçün təzminat məsələsini hələlik gündəmə gətirmir. Digər tərəfdən dövlətimiz Ermənistanın irəli sürüləcək təzminatı ödəmək imkanının olmadığını bilir. Bu məsələ işğal dövründə rayonlarımızın qarət edilməsi, dağıdılması, eyni zamanda Gəncənin, Bərdənin raket atəşinə tutulması da daxil olmaqla, bir çox məsələləri əhatə edir. Azərbaycanın bu haqqından imtina edəcəyini düşünmürəm”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

“Təzminat tələbi sülh müqaviləsinin şərti olmalıdır” – “Bakının əlində Paşinyanın imzaladığı sənəd var”

  • “Təzminat tələbi sülh müqaviləsinin şərti olmalıdır” – “Bakının əlində Paşinyanın imzaladığı sənəd var” üçünşərhlər bağlıdır
  • “Bakı Rusiya aktivlərinin Ukraynaya verilməsi prosesini izləməlidir…”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar geniş sülh prosesinin mühüm tərkib hissəsidir. Sülh müqaviləsi iki ölkə arasında gələcək əməkdaşlıq üçün çərçivə formalaşdırmaqdırsa, kommunikasiyaların açılması, humanitar məsələlər, reparasiya və digər mövzular öz dinamikası olan paralel proseslərdir.

Bunu politoloq Fərhad Məmmədov bildirib.

743d79b6-8981-4b20-b322-4518ee42369f.jpg

“Yəni Azərbaycan-Ermənistan münasibətlərində sadalanan mövzulardan hər hansı biri konkret dövr ərzində yaranan şərtlərə uyğun aktual olur. Bəzi mövzular gələcəyə təxirə salına bilər, məsələn, kommunikasiyaların blokdan çıxarılması, Zəngəzur dəhlizinin açılması. Yaxud əksinə, onlar sülh müqaviləsinin şərtlərinə çevrilə bilər, məsələn, Ermənistan qanunvericiliyinin dəyişdirilməsi”, – ekspert əlavə edib.

Politoloq xatırladır ki, Ermənistanın təzminat ödəməsi mövzusu müharibənin lap sonundan aktual olub. Onun sözlərinə görə, Azərbaycan dəymiş ziyanın monitorinqini və qiymətləndirilməsini həyata keçirib.

“Bakının əlində Ermənistanın Baş nazirinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktını tanıyan üçtərəfli bəyanatı imzalaması faktı var”, – o qeyd edib.

bd726570-b8cf-429f-8745-6a1a07c6a06d.jpg

F.Məmmədov deyir ki, son onilliklərdə təzminatların ödənilməsinə dair bir neçə nümunə var: “Ən son misal Rusiyanın dondurulmuş maliyyə aktivlərinin Ukraynaya veriləcəyini göstərmək olar. Biz Qərbin Rusiyanın maliyyə ehtiyatlarının Ukraynaya transferini hansı hüquqi formada həyata keçiriəcəyinə baxmalıyıq. Bir şey aydındır – təzminat üçün əsas əsas şərt Ukraynaya qarşı təcavüz və sonradan onun ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı iddiasıdır. Bu mülahizə tam olara Azərbaycana qarşı təcavüz etmiş, ərazilərimizi işğal etmiş Ermənistana uyğun deyil. Ermənistan qanunvericiliyi Azərbaycan üçün sübut bazası təşkil edir. Azərbaycanın Ermənistan qanunvericiliyinin dəyişdirilməsi tələbi müəyyən dərəcədə İrəvanın təzminatlarla bağlı Bakının mövqeyini hansısa formada yumşaltmaq üçün mühüm məsələdir. Ancaq Paşinyan hökuməti konstruktivlik nümayiş etdirməsə, o zaman bütün bu sənədlər onu dənizin dibinə sürükləyən lövbərə çevirəcək”.

Politoloq vurğulayır ki, Paşinyanın Makronun təkliflərindən sonra “Azərbaycanla sülhün mümkünsüzlüyü haqqında” verdiyi bəyanat Bakını sülh müqaviləsi üçün yeni şərtlər irəli sürməyə vadar edə bilər.

“Qanunvericiliyin dəyişdirilməsi şərti ilə yanaşı, təzminat mövzusu da ilkin şərtlərdən birinə çevrilə bilər”, – o əlavə edib.

F.Məmmədovun sözlərinə görə, Qərb, xüsusilə ABŞ təzminat iddiaları mövzusuna böyük diqqət yetirir: “Məhz Vaşinqtonda nümayəndə heyətlərinin tərkibinə Xarici İşlər Nazirliklərində beynəlxalq məhkəmələrə qaldırılan iddialar üzrə məsul şəxslər daxil idi ki, bu da Birləşmiş Ştatların qarşılıqlı iddialardan çəkinməyi təklif etdiyini güman etməyə əsas verirdi. Bununla belə, danışıqlar prosesinin öz dinamikası var. Burada təzminat mövzusu yeni məna kəsb edə bilər. Ermənistanın təzminat ödəməyə qadir olmadığı barədə arqumenti tənqidə tab gətirmir.

Belə ki,
-Ermənistan üç il ərzində Azərbaycan ərazisində ordu saxlamaq üçün ildə 400 milyon dollar ödəyən ölkədir;

-iqtisadi artım nümayiş etdirən və maliyyə ehtiyatlarını artıran ölkədir;

-Hindistandan və Fransadan silah almağa milyardlar xərcləyən bir ölkədir.

Yəni Ermənistanın əsaslı maliyyə qaynaqları var. Nəzərə alsaq ki, Ermənistan sivil ölkələrdən fərqli olaraq işğal illərinə görə Azərbaycandan rəsmən üzr istəməyib, o zaman çoxmilyardlı təzminatlar erməni təcavüzkarlığın qarşısını almaq üçün zəruri şərtə çevrilir”.

Politoloqun sözlərinə görə, Qərb himayədarları Azərbaycana təzminat ödəməyi öhdələrinə götürüb bu məsələdə Ermənistana kömək edə bilərlər.

“Buna nail olmaq üçün Bakının təzminat prosesini məhkəmələrdə real təhlükə səviyyəsinə çatdırması və ya təzminat mövzusunu sülh müqaviləsinin şərti kimi irəli sürməsi məqsədəuyğun olardı. Təəssüf ki, bunsuz Ermənistanın Qərb himayədarları yerindən tərpənməyəcək, Azərbaycanın dağıdılmış şəhər və kəndlərini, azərbaycanlıların mina partlayışlarından ölməsini, öz doğma torpaqlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlını vecinə almırlar”, – Fərhad Məmmədov vurğulayıb. /azpolitika.info

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Azərbaycanla Ermənistan arasında reparasiya sazişi bağlana bilər?

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...