Перейти к содержимому

Özünütanıtma Prosesi


EL

Recommended Posts

Xalqın özünütanıtma prosesi, yəni xalqın dəyişən mühit şəraitində özünü təyin etməsi daimi prosesdir. Çünki bu proses bütün zamanlarda bütün xalqlar üçün baş verən dəyişikliklərin ardınca gedir. Bu proses tarixi dönüş anını, keçid dövrünü yaşayan xalqlarda xüsusi intesivliyi ilə seçilir. Keçmiş sovet blokundakı bütün xalqlarda olduğu kimi Azərbaycanda da bu proses olduqca intesiv gedir. Yeni özünü tanıtma bu gün hamını narahat edir və hər kəs "İndi biz kimik və necə yaşamalıyıq ?" sualına cavab axtarır. Mən də, əziz forum istifadəçiləri, sizlərə eyni sualla müraciət etmək istərdim.

Biz kimik və necə yaşamalıyıq ?

PS. mövzu yalnızca bu sualla məhdudlaşmır. Həmçinin geridə qoyduğumuz bütün əsrlərdəki milli kimliyimizi, eləcə də 19-cu əsr Zərdabi, Qutqaşınlı, Bakıxanov və Axundzadənin gətirdiyi yeni kimlik, özünüdərketmə, eləcə də 18-ci il hadisələri, sonradan bolşevik işğalı... İslamın milli kimliyə 7-ci əsrdən başlayan təsiri... Şiəliyin yaranması ilə milli kimliyin dəyişikliyi və s. də müzakirəsi hədsiz maraqlı olardı...

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Xalqın özünütanıtma prosesi, yəni xalqın dəyişən mühit şəraitində özünü təyin etməsi daimi prosesdir. Çünki bu proses bütün zamanlarda bütün xalqlar üçün baş verən dəyişikliklərin ardınca gedir. Bu proses tarixi dönüş anını, keçid dövrünü yaşayan xalqlarda xüsusi intesivliyi ilə seçilir. Keçmiş sovet blokundakı bütün xalqlarda olduğu kimi Azərbaycanda da bu proses olduqca intesiv gedir. Yeni özünü tanıtma bu gün hamını narahat edir və hər kəs "İndi biz kimik və necə yaşamalıyıq ?" sualına cavab axtarır. Mən də, əziz forum istifadəçiləri, sizlərə eyni sualla müraciət etmək istərdim.

Biz kimik və necə yaşamalıyıq ?

PS. mövzu yalnızca bu sualla məhdudlaşmır. Həmçinin geridə qoyduğumuz bütün əsrlərdəki milli kimliyimizi, eləcə də 19-cu əsr Zərdabi, Qutqaşınlı, Bakıxanov və Axundzadənin gətirdiyi yeni kimlik, özünüdərketmə, eləcə də 18-ci il hadisələri, sonradan bolşevik işğalı... İslamın milli kimliyə 7-ci əsrdən başlayan təsiri... Şiəliyin yaranması ilə milli kimliyin dəyişikliyi və s. də müzakirəsi hədsiz maraqlı olardı...

Уважаемые земляки! Предлагаю к Вашему вниманию свои взгляды о национальной идее, точнее каким быть азербайджанцу в этом прекрасном,

но далеко не одназначном мире! Буду рад, если хоть что-то Вам будет по душе от моих взглядов! Заранее блогадарю!Письмо написано на азербайджанском языке.

sari_man_1.doc

Ссылка на комментарий
Поделиться на других сайтах

Biz kimik? İlk növbədə hamı kimi Yer Planetinin daimi sakinləriyik. Artıq bu planetdə hələ uzun illərdən bəri kök atmışıq və daim budaqlanır, çiçək açırıq. Hər bir öz kökünü bilən insan, xalq, etnos, qrup və s. öz köklərinin hardan gəldiyini bilməli və bunu unutmamalıdır, gələcək nəsillərə örnək olaraq öz tarixini, keçmişini, adət - ən- ənəsini ötürməli, düzgün formada aşılamaladır. Kimik biz? Çətin sualdı, doğurdan bizim indiki dövrümüzə baxanda həqiqətən bizim kim olduğumuzu görmək çətin olur. Əvvala müasirliyimiz, ikincisi həyata baxış tərzimiz, tərbiyəmiz və ən əsas, ən ümdə bizim vətənpərvərliyimizdir. İndiki gənclərə baxanda, hamısın demirəm, çoxunda həyata mənasız, məsuliyyətsiz baxış görürük. Vətənpərvərlik, vətən yolunda nəsə bir şey etmək kimi şeylər gözə görünmür. Niyə belə görəsən? Yəni, biz, bu qədər özümüzü sevmirik ki, kiməsə, yoldan keçənin birinə öz torpaqlarımızı verib, min bəla və müsibətə göz yumub, buna sakitce durub baxırıq? Ölkədaxilində gedən proseslərdən hələ danışmıram. Neceyəni biz kimik? Məncə çoxları artıq öz kimliyini unudub, bu sual üzərində heç düşünmür. Məncə sualı belə qoymaq lazımdır - Biz kim idik.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

xanım, mən çox üzr istəyirəm, amma, mənim verdiyim bir neçə sualı sizin cavabınız heç əhatə etməyib. Mən konkret soruşuram ki, bizim özünütanıtma prosesimiz hansı ərəfədədir ? necə gedir bu proses ?

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

xanım, mən çox üzr istəyirəm, amma, mənim verdiyim bir neçə sualı sizin cavabınız heç əhatə etməyib. Mən konkret soruşuram ki, bizim özünütanıtma prosesimiz hansı ərəfədədir ? necə gedir bu proses ?
Sizə olan cavabımı yenə yazıram.
Çətin sualdı, doğurdan bizim indiki dövrümüzə baxanda həqiqətən bizim kim olduğumuzu görmək çətin olur. Əvvala müasirliyimiz, ikincisi həyata baxış tərzimiz, tərbiyəmiz və ən əsas, ən ümdə bizim vətənpərvərliyimizdir. İndiki gənclərə baxanda, hamısın demirəm, çoxunda həyata mənasız, məsuliyyətsiz baxış görürük.
İkincisi,mövzunuzda bir dəfə yazmışamsa,o demək deyil ki, bu birinci və axırıncı postumdur, hövsələniz olsun :blink:
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Maraqlı mövzudur. Çox sag ol EL.

Əgər ozünü tanıtma prosesi bizdə intensiv gedirsə (Mən bu fikirlə razı deyiləm) niyə bu proses, qonşu Gürcüstana və Ermənistana nisbətən, Azərbaycanda ləng gedir ? Səbəbi nədir?

Mən belə düşünürəm ki, ozünü tanıtma və ya milli ozünü tanımani insanlara aşılamaq lazımdır. Əgər siz mənim fikrimlə razısınizsa, bunu kim etməlidir ?

Изменено пользователем x dream
Ссылка на комментарий
Поделиться на других сайтах

Sizce umumiyyetLe Azerbaycanda ozunuTanitma prossesi gedir?

BagishLAyin ancag bu movzuya girishmeyecem. Yazsam 4ox uzun oLacag ve bezim hech kim oxumayacag. Bu movzuda 4oxLu fiKir ayriLiginin da oLdugunu nezere aLArag men chekiLirem. Size UgurLAr. Bir cumLe ile ehate etdiyim hem cavabimdir hem suaLim.

SaD?Ni sEv...!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bəli. Azərbaycanda özünütanıtma, özünütanıma prosesləri olduqca güclü gedir.

Sadəcə, dostlar, ...

Ümumiyyətlə siz nə başa düşürsünüz özünütanıtma deyəndə ?

Siz özünüzü necə tanıyırsınız ?

PS. Hələ tanınmayan Azərbaycanı tanıtmaq gənclər asılıdır. GƏnclərimiz isə hələ özlərini tapmayıblar... O da qalsın, milləti tanıtmaq =(

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bəli. Azərbaycanda özünütanıtma, özünütanıma prosesləri olduqca güclü gedir.

Sadəcə, dostlar, ...

Ümumiyyətlə siz nə başa düşürsünüz özünütanıtma deyəndə ?

Siz özünüzü necə tanıyırsınız ?

PS. Hələ tanınmayan Azərbaycanı tanıtmaq gənclər asılıdır. GƏnclərimiz isə hələ özlərini tapmayıblar... O da qalsın, milləti tanıtmaq =(

Elə mən də sizdən yazıb soruşdum, ozünütanitma deyəndə siz nəyi nəzərdə tutursunuz? Əgər siz bunu açıqlasanız ola bilsin ki, bu mövzuya başqa yuzerlər də qoşulsun. Fikirimcə mövzu olduqca aktual və maraqlıdır.

Mən belə düşünürəm ki, birinçi milli özünü tanıma prosesi getməlidir. Bu proses 20-ci əsrin əvvələrində intensiv gedirdi, fəqət sovet - bolşevik işğalından sonra bu proses yavaşıdı. 37 – ci il represiyaları isə milli özünü tanıma prosesini tamam dayandırdı. Çünki bu represiyalar xalqa "ozünü tanımamani" aşılıyacaq adamları məhv etdi. Sovet ittifaqı dağıldıqdan sonra bu proses canlandı. Və indi bu proses bəzən sürətlənir bəzəndə yavaşıyır. Yəni sizin sözlərinizlə desək - Birinci xalq ozünü tapmalıdır. Əgər forumun başqa movzularındakı, bəzi postları oxusaq başa düşmək olar ki milli ozünü tanıma prosesi başa çatmayıb. Sual olunur- Əgər ozünü tanıma prosesi başa çatmayıbsa, onda necə ozünü tanıtma prosesi intensiv gedə bilər?

Sizin fikirləriniz mənim üçün çox maraqlı olardı.

Hormətlə,

Изменено пользователем x dream
Ссылка на комментарий
Поделиться на других сайтах

Sizə mövzunu canladırmaqda kömək etdiyiniz üçün olduqca minnətdaram. Tam səmimi deyirəm.

Sualınıza gəldikdə isə, Azərbaycanda özünütanıtma və ümumiyyətlə özünütanıma olduqca sürətli gedir. Amma, bütün vaxtlarda olduğu kimi bu günün özündə də xalq özünü tanımır - ONA ÖZÜNÜ TANIDIRLAR. TV-lərdə, Radio-larda olan proqramlar, eləcə də mətbuatda yazılanlar buna misaldır. Xalq özünü o zaman axtarmağa başlayır ki, o ictimai yüklü məsələlərdə aktiv olur, vətəndaş cəmiyyəti quruculuğuna özü nəzarət edir. Bizdə isə hər şey əksinədir. Sifarişli kanallar bayağı "debatlar" yaradaraq insanlar manipulyasiyaya alıblar. Onlar hər mövzunu sifariş əsasında olduqca bayağılaşdırır, nəticədə kütlə təfəkkürü formalaşır və cəmiyyətimizdə fərdlər ictimai maraqlara, icma qanunlara qurban verilir. Bu gün Azərbaycan cəmiyyəti fərdin qədrini bilmir. Azərbaycanda çox absurd və kölətəfəkkürlü kütlə mədəniyyəti formalaşıb ki, bu da intensivliyi və dinamikası ilə gözə girir

Onu da qeyd edim ki, bu gün Azərbaycan 1890-ların Azərbaycanına çevrilməkdədir... O zaman da sadə Azərbaycanlı kimsən sualına "müsəlmanam" deyə cavab verirdi, indi də...

PS. Dost, bax bu da intensivlikdir. Sadəcə, lap, laaaaaaaaaaaaap yanlış istiqamətdə...

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əgər ümumi gotürsək, sizinlə razılaşıram. Əgər mövzunu genişləndirsək. İcazə verin bəzi məqamlarda sizinlə razılaşmayım.Mən sizinlə razıyam bu proses yanlış istiqamətdə gedir. Fəqət bu özünü tanıma yox, psevdo özünü tanıma və ya lap düzgünü millətin deqeredasiyasıdır.Sizin yazdığınız problemlərin kökü ozünü tanıma prosesinin ləng getməsində və yaxud intensiv getməməsindən qaynaqlanır. Əgər xalq bu prosesi keçməyibsə o vətəndaş cəmiyyəti qura bilməz, ictimai yüklü məsələlərdə aktiv ola bilməz. Bütün dünya praktikası bunu sübut edir. Biz bu yolla nə qədər getsəkdə, yenidən geri qayidib oözünü tanımadan keçməli olacağıq. Təssüf ki, bu da prosesin 10 iliklərlə uzanmasına səbəb olaçaq. Özünü tanıma təbii prosesdir. fəqət süni yolla bu prosesi gücləndirmək və ya zəiflətmək olar. Mən təsadüfən yuxarıda əsrin əvvəli yazmamışdim. Bu 70 ildə özünü tanıma prosesi yanlış istiqamətdə gedib. Və Azərbaycan müsdəqillik qazandıqdan sonra biz bu yanlış istiqamətin acı nəticəsini gordük. Xüsusi ilə müharibə bunu bizə gostərdi. Sabirin, Məmmədquluzadənin əsrin əvvəlində yazdıqlqları bu gün üçün aktualdı. Bu onu sübut edir ki, biz özünü tanımanı yenidən əsrin əvvəlidən başlayırıq.

İndi bizdə özünü tanıma prosesi gedir, yavaş da olsa gedir. Bu proses bir az güclənsə, intensivləşsəydi pis olmazdı.Bunu etmək olar çünki Azərbaycan xalqı zəngin mədəniyyəti, tarixi olan bir xalqdır.

Изменено пользователем x dream
Ссылка на комментарий
Поделиться на других сайтах

Əzizim, təbii yazdıqlarınız doğrudur. Sadəcə, bəzi məqamlar var ki, onlara düzəliş etmək istərdim.

Belə ki, özünü tapmamış, özünü tanımayan xalqı hal-hazırda bayağı şəkildə kütlə halına salmaqla məşğuldurlar. Onun üçün də xalqı düzgün istiqamətdə maarifləndirmək və ən əsası da bu "kütlələşdirmə" siyasətinin qarşısını almaq lazımdır. Əks təqdirdə Azərbaycan nəinki 20-ci əsrin əvvələrinə, hətta, Şah İsmayıl dövrünə qayıda da bilər... Bir də mən bir şeylə razı deyiləm ki, mütəqillik qazandığımız zaman problem oldu. Düzdür problem oldu, amma, problemin həlli doğru istiqamətdə idi. Lakin, sonrada qurulan klan hakimiyyəti yenidən xalqı sovetin .rdığı siyasətə sürüklədi və qurulması gərək Cumhuriyyət "MDB" -ə çevrildi... Bu, başladılmış "kütlələşdirmə" siyasətinin "ucu" idi...

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 months later...
  • 5 weeks later...

Biz kimik - Azərbaycan adlanan torpağın sakinləri. Necə yaşamalıyıq - haqqa və ədalətə əsaslanaraq. Nətər sualdısa cavabı da elə. Sualı daha dəqiq vermək olar. Mən birini verim - "bizi" biz edən, bir qrupa aid edən, ortaq və birləşdirici hansı amillərdir?

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Ozunuzu taniyin ki, Allahi da taniya bilesiz.. Hem Allahdan batininizde . hem cisminizde,, hemde ki etrafda nishaneler var.. helelik bele sade..

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...