MeysemTemmar Опубликовано: 5 декабря, 2007 Жалоба Share Опубликовано: 5 декабря, 2007 (изменено) Zamin HACI Müğənni Röya Bakı Dövlət Universitetinin tələbəsiymiş. Guya bu adam 2004-cü ildə Moskva Dünya İqtisadiyyatı İnstitutuna daxil olub, həmin ildə də BDU-nun iqtisadiyyat fakültəsinə köçürülüb. (Açığı, son sözün rusca səslənişi, yəni, “perevod” məzmuna daha uyğun gəlir, nəinki köçürülmə). Bu “faktları” qəzetlərə müğənninin mətbuat katibi Ülviyyə Alovlu veribdir. Ancaq “Bizim yol” qəzetindən dəyərli araşdırmaçı həmkarımız Natiq Güləhmədoğlu bu odlu-alovlu faktları yüngülcə qurdalayıb və öyrənib ki, nə Moskvada öylə institut, nə də BDU-da iqtisadiyyat fakültəsi var. Üstəlik, qəzet yazır ki, tələbə biletini Röyaya universitetin rektoru Abel Məhərrəmov peşkəş edibdir. Nəyə görə? Sən demə 2005-ci il deputat yığma prosesində (“seçki” yazmağa əlim gəlmədi) Röya, Abel Məhərrəmovun təbliğat kampaniyası üçün “Gizlində sevişək, aşkarda öpüşək” mahnısını oxuyubmuş. (Mahnının adını deyəsən səhv yazdım. Bəlkə də “Gizlində öpüşək, aşkarda sevişək”di). Ortada ayrı bir məlumat da var ki, Röyanın BDU-nun beynəlxalq hüquq fakültəsinin tələbəsidir. Hər nədirsə, dəxli yoxdur. Lap kibernetika fakültəsi olsun. Əsas məsələ Röyanın BDU-da oxumağıdır. Mən, açığı, bu hadisəyə sevinirəm və təhsilimizin bərbadlığı faktı kimi baxmıram. Guya Röya BDU-nu bitirənlərdən, ya indi orada oxuyanların çoxundan, hətta dərs verənlərdən nəyi ilə əskikdir? Təsəvvür elə, Röya iqtisadçı olub, ekspert sifətində telestudiyada əyləşib, əynində də əyni. Tamaşaçı bundan zövq alar, hökumətin antiinfliasion tədbirlərini, Ümumi Daxili Məhsulun qıcqırmağı xəbərlərini daha şövqlə anlayır. Yoxsa indiki kimi? Üç-dörd qalstuklu, dəftərxana siçovulu kimi boz kişi iqtisadi uğurlardan qırıldadır, heç kəs də televizora baxmır. Yaxud, bizim hüquq sistemi biznes idi, indi Röya, məsələn, prokuror olduqdan sonra olacaq şou-biznes. Hələ təəccüblüdür, nə üçün Samir Bağırov və Rəqsanə hüquqda oxumur? Bu halda, yəni, müğənnilərin hüquq elminə girişməsi sonucunda şou-biznesdə sponsor problemi, bu mövzuda yaranan düşük qalmaqallar da bitər. Daha prokurorlar, polis rəisləri müğənnilərə sponsorluq etməyə məcbur olmaz. Müğənni həm cinayət işi araşdırar, həm də ordan qazandığı vəsaitlə klip çəkdirər. Əgər Rəqsanə də vaxtında bacarıqlı tərpənib Moskva Sosial-İqtisadi-Dünya-İctimaiyyət Universitetinin Dağıstan filialının Bakı hissəsinə girsəydi, sonra BDU-nun hüququna “perevod” alsaydı indi adam alverinə görə suçlanıb zindana salınan bacısını özü müdafiə edərdi. Ümumiyyətlə, hər bir insanın cürbəcür peşələrə yiyələnməyi müsbət haldır. Azərbaycan məhz bu səbəbdən tərəqqidədir: hamının hər şeydən başı çıxır, eyni zamanda, hərə öz sahəsinin bixəbəridir. Yaponun evində ütü xarab olanda usta çağırır, ancaq bizim hər birimiz ütünü də özümüz düzəldirik, evə elektrik xətti çəkirik, hələ asudə vaxtda ABŞ-İran konfliktini müzakirə edirik. Fövqəladə hallar nazirimiz mahnı yazır. Bəstəkarlarımız isə dükan açır. Nəticədə, kimisə tok vurur, kimisə infarkt. 8 jurnalist zindanda çürüyür, hələ indiyəcən Mətbuat Şurası onların bircəciyinə baş çəkməyib. Əvəzində cəbhə xətinə - Tərtərə gedib əsgərlərlə görüşürlər. Allah Əbdürrəhimbəyə rəhmət eləsin, onun bir hekayəsində korun gözünü açmaq üçün başına saqqız yaxırdılar... “Şahmatın inkişafı və daha da məhşurlaşması üçün Pənah Hüseynlə şahmat oynayacağıq”. Bunu isə srağagün deputat Fazil Qəzənfəroğlu söyləyibdir. Qardaşım, sən get deputatxananın dərdini çək. Onu məşhurlaşdır. Ki, camaat arasında qəbul elədiyiniz qanunların qara qəpik qədər önəmi olsun. Şahmat onsuz da məhşurdur. Elə bu gün Putinlə savaşan Harri Kasparovun hesabına... musavat.com Изменено 24 декабря, 2007 пользователем strANger_04 Цитата Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
PRIKOLISTKA Опубликовано: 5 декабря, 2007 Жалоба Share Опубликовано: 5 декабря, 2007 Volk, öldüm gülməkdən. Əvvəlcə elə bildim siz yazmısız, sonra müsavat. com - u gördüm. Müəllifin gözəl yumor hissi var. Gözəl də yazıb. Röya indi guya orda oxuyur? Gözümüz aydın. Oxuyur oxuyur da, elə də yazıblar ki, heç biz Röyanın imtahan verdiyini görmədik. Hardan çıxdı bu doğurdan? Camaatı qalıblar daha nə ilə dolasınlar. Guya indi universitet bitirib, alim olacaq? Yox, sadəcə camaatın ağzına konfet atırlar. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
MeysemTemmar Опубликовано: 5 декабря, 2007 Автор Жалоба Share Опубликовано: 5 декабря, 2007 Volk, öldüm gülməkdən. Əvvəlcə elə bildim siz yazmısız, sonra müsavat. com - u gördüm. Müəllifin gözəl yumor hissi var. Gözəl də yazıb. Röya indi guya orda oxuyur? Gözümüz aydın. Oxuyur oxuyur da, elə də yazıblar ki, heç biz Röyanın imtahan verdiyini görmədik. Hardan çıxdı bu doğurdan? Camaatı qalıblar daha nə ilə dolasınlar. Guya indi universitet bitirib, alim olacaq? Yox, sadəcə camaatın ağzına konfet atırlar Oxumagi 100% orda oxuyub. Beynalxalq huquq.Bizden 1 mertebe ashagi Цитата Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Cosmopolitan Опубликовано: 5 декабря, 2007 Жалоба Share Опубликовано: 5 декабря, 2007 Deputatxana! Roya da deputat olacag! Gelen sechkilerde Zeyneb Xanlarovani evez eder, muxalifetnen shahmat oynayar ))) Volk, bes beynelxalq huquqdan 1 mertebe yuxarida hansi fakulte yerleshir? Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Sensus Опубликовано: 6 декабря, 2007 Жалоба Share Опубликовано: 6 декабря, 2007 BDU-da oxuyanlar bunu yaxsi bilir ki , ora pulla daxil olmaq ..pulu olanlar ucun cox asandir...Elbetde Yaxsi arxasi olanlar ucun bu bezen bir qonaqliga , bezileri ucun ise kullu miqdarda pula basa gelir...Tek Roya deyil bu yolla ora daxil olan...Coxlari var..Sadece Roya Uzde olanlarindandir... Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
MeysemTemmar Опубликовано: 6 декабря, 2007 Автор Жалоба Share Опубликовано: 6 декабря, 2007 Deputatxana! Roya da deputat olacag! Gelen sechkilerde Zeyneb Xanlarovani evez eder, muxalifetnen shahmat oynayar )))Volk, bes beynelxalq huquqdan 1 mertebe yuxarida hansi fakulte yerleshir? deqiq yadimda deyil biz en cox 9 cu mertebede ders kecirdik. Цитата Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
EL Опубликовано: 23 декабря, 2007 Жалоба Share Опубликовано: 23 декабря, 2007 mən gülməkdən öldüm, dirildim, dayandım, baxım, bir də oxudum, gözlərimə inanmadım, yatdım, durdum, bir də oxudum, yenə güldüm, yenə öldüm, yenə dirildim və yazmasam bir də ölərəm deyə düşündüm, bunu oxuduqdan sonra Volk, öldüm gülməkdən. Əvvəlcə elə bildim siz yazmısız, sonra müsavat. com - u gördüm. Müəllifin gözəl yumor hissi var. Gözəl də yazıb mən bu günə qədər inanırdım ki, hakimiyyət Zamini ayağından asacaq, bundan sonra onun çərləyib öləcəyinə daha çox inanıram. PS. bu gün yol pulumu Zamin Hacı verib Цитата never GIVE UP! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
EL Опубликовано: 23 декабря, 2007 Жалоба Share Опубликовано: 23 декабря, 2007 Zamin Hacı - Qara sabah Çaylar axıb qurtardılar, Ulduzlarsa hələ axır. Mənim gözlərim kor olsun, Bəs Allah hara baxır?! Çırpılıb şamın oduna Yandı son pərvanə də. İnildədi sümüklərim Çürümüş sərdabədə. Başlandı soyuq küləklər, Ulduzlar ah çəkdilər. Mələklər göyün üzünə Qara sabah çəkdilər. PS. Bəlkə mövzunun adını dəyişib Zamin Hacı qoyaq ? Bura onun köşələrini, şeirlərini yerləşdirək. Ciddi deyirəm. Zamin Hacı-nın tanınmaması, xüsusilə də oxunmaması məni çox üzdü. Bu dəqiqə həqiqətən oxunmalı 3-5 nəfər varsa, birisi Zamindir! Цитата never GIVE UP! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
MeysemTemmar Опубликовано: 24 декабря, 2007 Автор Жалоба Share Опубликовано: 24 декабря, 2007 PS. Bəlkə mövzunun adını dəyişib Zamin Hacı qoyaq ? Bura onun köşələrini, şeirlərini yerləşdirək. Ciddi deyirəm. Zamin Hacı-nın tanınmaması, xüsusilə də oxunmaması məni çox üzdü. Bu dəqiqə həqiqətən oxunmalı 3-5 nəfər varsa, birisi Zamindir! Yeri var qardash cox gozel olar. PS Moder imkan var movzunun adini deyishmeye? Цитата Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
strANger_04 Опубликовано: 24 декабря, 2007 Жалоба Share Опубликовано: 24 декабря, 2007 Təkliflərinizi nəzərə alıb, mövzunun adını dəyişməyi qərara aldım. Həqiqətən də əgər bu müəllifin qələminə bu dərəcədə böyük həvəskar oxucularımız varsa, mövzunu bütövlükdə məhz onun yazılarına həsr etsək, məqsədəuyğun olar. Buyurun. Hörmətlə, Stranger Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
EL Опубликовано: 24 декабря, 2007 Жалоба Share Опубликовано: 24 декабря, 2007 (изменено) Yerli-yerində olan tənqidlərə açıq olmaq diləyinizi dəstəkləyir, mövzudan kənar fikir bildirməyinizi qətiyyən düzgün hesab etmirəm. Nəzarətçiləri müzakirəyə qoymaq yeri deyil bura (!) Xahiş edirəm, nəzərə alasınız. Изменено 25 декабря, 2007 пользователем strANger_04 Цитата never GIVE UP! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
MeysemTemmar Опубликовано: 24 декабря, 2007 Автор Жалоба Share Опубликовано: 24 декабря, 2007 Təkliflərinizi nəzərə alıb, mövzunun adını dəyişməyi qərara aldım. Həqiqətən də əgər bu müəllifin qələminə bu dərəcədə böyük həvəskar oxucularımız varsa, mövzunu bütövlükdə məhz onun yazılarına həsr etsək, məqsədəuyğun olar. Buyurun.Hörmətlə, Stranger Allah razi olsun Цитата Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
EL Опубликовано: 26 декабря, 2007 Жалоба Share Опубликовано: 26 декабря, 2007 LİVİYANI TƏBRİK EDİRƏM Tarix önümüzə bəzən Tolik şəklində çıxır Zamin HACI Dünən köhnə dostlardan biri məni “ikiqat bayram münasibətiylə” təbrik etmişdir. Dekabrın 24-ü həm “Azadlıq” qəzetinin, həm də prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə mən nə yaza bilərəm? Yəqin ki, sədaqətli oxucular bir-iki kəlmə intizarındadır. Ancaq bu mübarək gün haqda yazmağımıza mane olan ciddi səbəblər var. Birincisi, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid həbsdədir. Ölkəmizdə isə hələ xeyli boş zindan kamerası ağzını açıb həsrətlə gözləyir. İkincisi, dövlət başçısı ölkədə jurnalistlərin həbsdə olduğunu (həm zindandakıların, həm “bayırdakıların”) nəzərə alaraq özü doğum günü münasibətiylə geniş məqalə yazmışdır. “Mənim universitetlərim” adlı, Maksim Qorki stilində həmin yazı “Azərbaycan” dövlət qəzetəsində hələ 23 dekabrda çap olunubdur. Sözümün canı odur ki, nə yazmaq mümkündürsə, artıq hamısı yazılıbdır. Ona görə də mən dekabrın 24-dəki başqa bir bayram - Liviya Cümhuriyyətinin Müstəqillik Günü Münasibətiylə dost və qardaş Liviya xalqını, onun çadırda yaşayan ümummilli lideri Muammar Qəddafi yoldaşı təbrik edirəm. Arzu edirəm ki, Qəddafini çadırından qovub, “Azadlıq” qəzetinin gününə salmasınlar. (Sən işə bax, dünən bizim ölkədə sonuncu çadır şəhərciyinin sökülməsi də fakt olaraq tarixə düşdü). Yeri gəlmişkən, məncə, bizim müxalifət liderləri İlham Əliyevdən örnək götürsələr yaxşı olar. O, dekabr ayında azı iki böyük məqalə ilə dövlət qəzetlərində çıxış edibdir, müxalifət liderləri isə ancaq müsahibə verməklə işlərini bitmiş sayırlar. Qoy onlar da tənbəlliyin daşını atsınlar, keçmiş-gələcək haqda yazı-pozu qaralasınlar. Maşallah, vaxtları da dövlət başçısına nisbətdə çoxdur. Nə bölgələrə görüşə gedə bilirlər, nə Bakıda qonaq qəbul eləməkdən yorulublar, nə də neft pullarını sayırlar. Zəhmət çəkin, məqalə yazın. Əks halda partiyalara yeni üzvlər cəlb etmək çətin olacaq. Məsələn, ötən ay müğənni Xatirə YAP-a girdi. Bu münasibətlə təntənəli qəbul törəni də oldu, partiyanın icra katibi Əli Əhmədov üzvlük vəsiqəsini Xatirə xanıma şəxsən təqdim elədi. Hərçənd, buna pis baxan tapılıb. Tolik adında bir prodüser var, deyir ki, Xatirə özünü reklam eləyir, mən ona qalsa 2004-dən YAP-çıyam: “Mən, Əliyev Tarix Tahir oğlu 2004-ün dekabrında YAP-a üzvlük üçün müraciət etmişəm, elə dekabrda da YAP-ın partiya biletini almışam”. Hətta adam YAP-ın xətti ilə, diaspor naziri Nazim İbrahimov və İlhamə Quliyeva ilə xarici səfərdə də olub. Bu Tolik əslində çox kişi adamdır. YAP belə şəsxlərlə qürur duymalıdır. Üstəlik, adamın adı, soyadı əsl YAP üslubundadır: Əliyev Tarix! Bizim tariximiz hazırda elə Tolik gününə düşübdür. O cümlədən, Azərbaycanı xaricdə Tolik, Nazim İbrahimov və İlhamə triosunun təmsil eləməyi, tanıtmağı qürurvericidir. Eşq olsun sizlərə! Gərək Əli Əhmədov Tolikə də partiya biletini televizorda təqdim edəydi. Məşhur adamdır, Rəqsanənin, Röyanın, Aygün Kazımovanın prodüseri olubdur. Dövri mətbuatda, telekanalizasiyalarda Tolikin haqqında tez-tez ən müxtəlif xəbərlər yayılır, xalqımızın geniş marağına səbəb olur. Açığı, dünən ən xoşuma gələn cümlə Tolikin - saytına verdiyi həmin açıqlamanın sonunda idi: “Xatirə YAP-a niyə indi üzv olur, buna qədər harda idi?” Gerçəkdən, Xatirə xanım, harda idin? Müsavat qəzetinin 25 dekabr sayından... Цитата never GIVE UP! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
EL Опубликовано: 26 декабря, 2007 Жалоба Share Опубликовано: 26 декабря, 2007 Dostlar, özümü saxlaya bilmədim, bu yazını da sizlərlə bölüşmək istdəim. Rica edirəm, baxıb keçməyin... Mən sizin dəyərli vaxtınız öz avara yazılarımla alsam da, inanın, bunun bilərəkdən eləmirəm... Hər kəsə sevgilərlə, EYNULLA ZİNDANDA PUL QAZANIR Yaxud Abutalıb Səmədov bir işçini neçə dəfə işdən çıxarda bilər Zamin HACI Araya bayram girdi, bir neçə mövzu diqqətimizdən qıraqda qaldı. Halbuki, çox ciddi məsələlərdi, üzərində işləməsək, başımızın içində keçib gedər 2008-ə, qanqaraçılıq olar. Necə ki, harınlamış italyanlarda belə adət var, Yeni il axşamı köhnə-kürüş əşyaları, mebelləri pəncərədən tolazlayırmışlar. Birinci mövzumuz aiddir Abutalıb Səmədov cənablarına. Tanıyanlar bilir ki, bu zat çox müdrik şəxsiyyətdir, elə həmin səbəbdən daima prezident seçkilərində namizədliyini irəli sürməklə məşğul olmuşdur. Ümumiyyətlə, burada haşiyə çıxaraq qeyd etməyi özümün vətəndaşlıq borcum sayıram ki, Azərbaycanın siyasət aləmində, xüsusən də onun prezidentliyə namizəd bölümündə özəl koloriti ilə seçilən üç şəxsiyyət həmişə zəhmətkeşlərimizin könlünü xoş etmişdir. Bunlar ibarətdir Xanhüseyn Kazımlıdan, Fəzail Ağamalıdan və mövzumuzun qəhrəmanı Abutalıb Səmədovdan. (Doğrusu, onlardan cənab Ağamalının namizədliyi dəqiq yadıma gəlmir, ancaq hər halda bu gözəl insan “bax, indi iqtidar namizədini dəstəkləyirəm, istəsəm, özümü də qabağa verərdim” söyləyərək siyasət aləmimizdə dalğalanmalar yaratmış, iqtidarın canına vicvicə salmışdır). Səmədovla Kazımlı isə mayanı batırmaqla məşğul olubdur. Görürdün, iqtidar əziyyət çəkib bunlara namizədliyi qeydə aldırmaq üçün 50 min dənə imza yığıb verirdi, ancaq seçki qurtaranda hərəsinin adama 2-3 min dənə səs aldığı ortaya çıxırdı. Bir el məsəlimizdəki kimi, yumurtlamırsan, cəhənnəmə yumurtla, bəs falı neylədin? (Bu yerdə müəllif qonşu toyxanadan gələn “Qardaş, bu ceyranı hardan almısan” mahnısının səsinə qulaq kəsilir). Hə, Səmədov müəllim... Ötənlərdə iqtidar Səmədovun müdrikliyini lazımınca qiymətləndirmək qərarına gəldi və götürüb cənabı Müəllif Hüquqları Agentliyi adında zırpı bir təşkilata müdir qoydular. Düzü, bilmirəm Abutalıb bəy orada nə işlə məşğuldur və külli, cəmaətimiz kimi, mən də “müəllif hüququ” deyəndə milli manıslarımızın oxuduğu diringiləri kimin bəstələdiyi, kimin çırpışdırdığı məsələlərini başa düşmüşəm. Nəhayət, bu il idarədən bir səs çıxdı: Abutalıb bəy idarənin hüquq şöbəsinin müdiri X.Həsənli adlı cənabı işdən qovdu. Ancaq X.Həsənli dinc durmadı, məhkəməyə verib, ötən həftə öz işinə bərpa olundu. İlahi, indi mən düşünürəm ki, ulu xalqımız böyük bəladan hifz edilibdir. Yəni nə yaxşı vaxtilə biz çaşıb Səmədovu prezident qoymamışıq. Təsəvvür elə, bu prezident olsa Əli İnsanovu işdən çıxardardı, İnsanov məhkəməyə verib təzədən səhiyyə naziri olardı. Rus demişkən, təmiz bardak! Gərək prezident olan kəs adamı işdən çıxartmağı bacarsın. Birinci şərt budur. İkincisi, keçən həftə MTN-in təcridxanasında saxlanan dəyərli dostumuz Eynulla Fətullayevə məhkəmədən icra vərəqəsi gəlibdir. Tələb olunur ki, Eynulla bəy hansısa Çaladzeyə 15 min manat pul cəriməsi ödəsin və qəzetdə hansısa yazısını təkzib eləsin. Guya Fətullayev MTN-in zindanında maaş alır. Guya orada Eldar Mahmudovla əlbir olub “Gündəlik MTN” qəzeti buraxır. Bəlkə biz bilmirik, gerçəkdən orda qəzet çıxır? Yoxsa Eldar bəy vaxtilə “Gündəlik Azərbaycan”ın kompyuterlərini nədən müsadirə etmişdi? Ey vəfasız dünya! Mən Fətullayevdən bunu gözləməzdim... Qardaşım, orada qəzet buraxırsan, bizə, yəni Şahvələd Çobanoğluna, Samir Sarıya, Üzeyir Cəfərliyə və başqalarına niyə demirsən? Biz də gəlib bir məqalənin qulpundan yapışardıq. Di get, mən də acığa sənin adını Abutalıb Səmədovun mövzusuyla yanaşı yazdım... Цитата never GIVE UP! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
MeysemTemmar Опубликовано: 26 декабря, 2007 Автор Жалоба Share Опубликовано: 26 декабря, 2007 Gərək Əli Əhmədov Tolikə də partiya biletini televizorda təqdim edəydi. Məşhur adamdır, Rəqsanənin, Röyanın, Aygün Kazımovanın prodüseri olubdur. sag ol Tolik Цитата Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
nizami63 Опубликовано: 23 ноября, 2008 Жалоба Share Опубликовано: 23 ноября, 2008 Zamin Hacı menim de hemishe seve-seve oxudugum muelliflerden olub. Seymur Baycanla aralarinda olan munaqisheden sonra ona olan oxucu maragim Natiq GÜLƏHMƏDOĞLU ile olan menasiz diskussiyadan sonra umumiyyetle yox oldu...Butun bu munaqishelerde uze cixan hal ondan ibaret oldu ki Zamin Hacı bu qeder tenqidi ruhda meqaleler muellifi olmasina baxmayaraq ozu haqqinda bashqasinin onun haqqinda hetta dostcasina soylediyi fikirlere ne qeder de dozumsuzluk gosterirmish : Problemin mənbəyi "Yeni Müsavat" qəzetində Zaminin stolunun üstündə Karl Marksın kitabını görməyimdən başlayıb. Kitabı görəndən sonra tam haqlı olaraq ölkədə ciddi sol əhval-ruhiyyəsi yarandığını yazmışdım. Tanıdığım gənclərin əksəriyyəti bu gün acgözlüklə Leninin, Marksın, Trotskinin külliyyatına girişib. ABŞ-ın maliyyə böhranından sonra isə tendensiya daha da güclənib. İş, görün, nə həddə çatıb ki, ifrat liberalızmə yuvarlanan "Alma" qəzetində "Marks qayıdır" başlıqlı köşə də dərc edilib. İddia etmirəm ki, bu gənclərin hamısı sabah kommunizm yolunda səfərbər olacaq. Yox, sadəcə, artıq ictimai şüurda bir silkələnmə müşahidə olunur və hər bir yazar bunu görmək məcburiyyətindədir. Цитата Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir... Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
nizami63 Опубликовано: 13 декабря, 2008 Жалоба Share Опубликовано: 13 декабря, 2008 “Yeni Müsavat” qəzetinin əməkdaşı Zamin Hacı dünən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və yanındakı bir neçə nəfər tərəfindən fiziki və mənəvi təhqirlərə məruz qalıb. Qəzetin redaktoru Rauf Arifoğlu bu sözləri Turanın müxbirilə söhbətində söyləyib. Onun sözlrəinə görə, A.Nağının bu addımı atmasına səbəb qəzetin 12 dekabr sayında Zamin Hacının köşə yazısı səbəb olub. Bu yazıda hədəfin A.Nağı olmadığını və barəsində mənfi bir fikir yazılmadığını deyən R.Arifoğlu daha sonra hadisənin təfərrüatına toxunub. “Əvvəl mənə zəng etdi, onu sakitləşdirməyə çalşdım ki, burada sənə qarşı mənfi bir fikir yoxdur, daha sonra Zamin Hacının evinə zəng edib, onunla sərt danışıb, daha sonra isə redaksiyaya gəlib”- deyə R.Arifoğlu qeyd edib. Zamin Hacı redaksiyaya yaxınlaşanda A.Nağı jurnalistin qarşısını kəsib, sifətinə yumruq vurub. Nəticədə Zamin Hacının eynəyi sınıb. Bu zaman Naği ilə gələn üç nəfər Zamin Hacının əl-qolunu tutub. R.Arifoğlunun sözlərinə görə, partiya qərargahının həyətindəki səs-küyə görə Müsavat partiyasının başqanı həyətə enməli olub, A.Nağını və Zamin Hacının kabinetinə .rıb və zahiri bir barışıq olub. Baş vermiş faktla bağlı rayon polisinə şikayət etdiklərini deyən R.Arifoğlu hazırda redaksiyada təhqiqatçıların araşdırmalar .rdığını, zərərçəkənin izahatını aldıqlarını bildirib. Həm də R.Arifoğlu A.Nağının jurnalistə qarşı bu hərəkətini terror aktı kimi dəyərləndirib. Turanın əməkdaşının QAT sədri Akif Nağı ilə əlaqə saxlamaq jəhdi baş tutmayıb.Telefona cavab verməyib. Цитата Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir... Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
nizami63 Опубликовано: 15 декабря, 2008 Жалоба Share Опубликовано: 15 декабря, 2008 (изменено) Bilirəm ki, jurnalistin öz başına gələnlər haqda çox yazması yaxşı hal deyil və QAT sədri A.Nağının üzərimə hücumundan daha yazmaq fikrim yox idi. Amma hadisədən ötən iki gündə bəzi məsələlər ortaya çıxıb, üstəlik, ortada söz azadlığına münasibət problemi var. Əgər A.Nağı hansısa məişət məsələsinə görə kobudluq etsəydi, hətta ciddi xəsarətlər alsaydım, heç bu işin üstünə getməz, bağışlayardım. Nə isə, hadisədən sonra dəstək verən, zəng edən, məktub yazan bütün oxuculara dərin minnətdarlığımı bildirib keçirəm mövzuya. Birincisi, hər şey bir yana qalsın, ortada fakt var. Adam yazıdan narazılığını fiziki üsulla bildirmək istəyib, basqın yapıb, bunu qorxub-çəkinmədən mediada etiraf edib. "Əsəblərimi cilovlaya bilmədim", "getdim, vurdum" kimi ifadələri KİV-də şəxsən oxumuşam. Belə vəziyyətdə hüququ, qanunları qorumaq dövlətin vəzifəsidir, qoy dövlət özü qərar çıxartsın ki, A.Nağının əsəblərini cilovlamaq üçün nə etməlidir. Burada mənim A.Nağıya münasibətim, onu bağışlayıb, bağışlamamağım sonrakı mərhələdir. Nəhayət bu ölkədə yazılı qanunlar da işləməlidir, ya yox? İşləmirsə, mən nə etməliyəm? A.Nağı yenə üzərimə cumanda ona, məsələn, daş ata bilərəmmi? Özünümüdafiə baxımından. Daş onun gözünü çıxartsa - eynək də mənim gözüm üçün vacibdir - məni tutarlarmı? Mən hüquq-mühafizə orqanlarının bu kimi vacib məsələlərə aydınlıq gətirməsini istəyirəm. Lənət şeytana, axı olmayan hadisəyə görə jurnalistə torba tikən, zindana salan hökumət, olan, qırmızıca etiraf edilən hərəkətə görə niyə cəzalandırmır? İkincisi, A.Nağı deyir ki, mən onun təşkilatını təhqir etmişəm. Qoy ekspertiza .rılsın, mənim 15 illik bütün yazılarım ortaya qoyulsun, əgər orada A.Nağı və QAT haqda bircə təhqir ifadəsi tapılsa, qələmi qırıb ataram. Mən kimisə gülünc, ironik təsvir etmirəm, əvvəlcə adam özü o şəklə düşür, mən, sadəcə, göstərirəm. Üçüncüsü, A.Nağı iddia edir ki, onun rəhbərlik etdiyi təşkilatın adı "Qarabağ Azadlıq Təşkilatı" olduğu üçün mən ona hörmətlə yanaşmağa borcluyam. Çünki içində "Qarabağ" sözü var. Adam hadisə axşamı hətta belə dedi: "Bu sənin də təşkilatındır". Tamamilə səviyyəsiz, məzmunsuz yanaşmadır. Bakıya gələn bir-iki erməni nazirə görə hoppanıb-düşmək qəhrəmanlıq deyil. Hətta ziyanlıdır. Sivil dünyada elçiyə, parlamentara şıllaq atmırlar; müharibənin dəhşətindən, miqyasından asılı olmayaraq. Ada gələndə, məsələn, Şuşa bizim hamımızın əziz şəhəridir, amma Bakıdakı "Şuşa" restoranında (dəxli yoxdur, "Laçın", "Füzuli" və sairə olsun) yeməkdən zəhərlənmiş adam şikayət etməsin gərək? Bu nə məntiqdir? Bəlkə o cür əziz adı daşıyan məkanları duz kimi yalamağa borcluyuq? Mən Qarabağı sevirəm, ancaq QAT-ı sevmirəm və belə nə hüquqi, nə mənəvi borcum var. Mən yalnız A.Nağı kimisinin yanında, o təşkilatda Firudin Məmmədov kimi gerçəkdən qəhrəman oğulun olmasına təəssüf edə bilərəm. Əlbəttə, yəqin, QAT-ın içində başqa səmimi, vətənpərvər oğullar da var. Tanımıramsa, üzürlü saysınlar. Dördüncüsü, deputat Pənah Hüseynin bir açıqlamasını oxudum, deyir ki, bizim düşərgəyə məxsus şəxslərin toqquşması onu ağrıdır. Mən bilmirəm Pənah bəy hansı düşərgədən danışır, şəxsən özümü heç bir düşərgəyə aid hesab etmirəm. Əgər A.Nağı müxalifətçidirsə, belə müxalifətə ta nə deyək? Əgər Pənah bəy hələ də onunla bir düşərgədə özünü sayırsa, hörmətli Pənah bəy, xahiş edirəm, "məni çıxın". Kinoda deyilən kimi. Nəhayət, jurnalist həmkarlara minnətdarlıq edir və xahiş edirəm ki, A.Nağıdan mümkün qədər az yazsınlar. Həm daha ciddi mövzular var, həm də açığı, ona yazığım gəlir. Изменено 15 декабря, 2008 пользователем nizami63 Цитата Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir... Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.