Перейти к содержимому

Sinesi Veten Dağlı şair, Baba Pünhan


MeysemTemmar

Recommended Posts

Bu sinəm dağına əl dəymə, Vətən dağıdı bu, Bu dağın lalələrin əzmə, şəhid bağıdı bu.

Nə desəm, nə yazsam əziz xatirəsinə, haqq etdiyinə layiq olacağına inanmıram. Şəxsən tanımırdım və buna da ayrıca üzülürəm. Ölümündən sonra keçən aylar, illər onu unutdurmur, əksinə, itkinin nə qədər ağır olduğunu hiss etdirir.

İlk dəfə Baba Pünhan barəsində poeziya ilə əlaqəsi olmayan bir sahədə çalışan dostumdan eşitmişdim. "Poeziya ilə əlaqəsi olmayan peşə" ifadəsinə görə məni qınamayın. Şeri, sənəti sevmək üçün hansı peşəyə qulluq etməyin əhəmiyyəti yoxdur. Amma buna diqqəti cəlb etməyimin başqa mənası var. Belə bir sənətkarın haqqında bu qədər gec və diqqətli dostumun vasitəsilə deyil, hər kitab köşkündən, hər ədəbi məclisdən, hər musiqili verilişdən məlumat almalı idim. Əfsuslar olsun ki, mininci dəfə eyni tənələri, eyni şikayətləri etməyə məcburuq: Ekranlar, efirlər dillə, ədəbiyyat və mənəviyyatla, istedad və qabiliyyətlə bağlı olmayan reklama_zapreshena, sönük mədhiyyələrlə doldurulur, amma təkcə gənclərə deyil, millətə nümunə ola biləcək adamların kitabları nəşr edilmir. İndi gəlin özümüzdən soruşaq: Bu gün Baba Pünhanin cəmi 4 kitabının olması "ziyalı", "savadlı" və sair kimi sifətləri yerli-yersiz özünə aid edən öndəgedənlərimizi qane edirmi, etməlidirmi?

Mənə cavab vermək istəyən tapıla bilər ki, indi senzura yox, maneə yoxdur. Suda boğulanın xilası da onun öz işidir. Mən də bu tənəmi kimə yönəltdiyimi də hələ dəqiqləşdirməmişəm. Sadəcə olaraq, mənəvi sərvəti dəyərləndirməkdə növbəti "gecikməmiz" baha başa gəlir. "525-ci qəzet" bu baxımdan bəlkə ən uzaqgörən mətbu orqan olub və "Xalq-Pünhan" körpüsünün məhz "ikinci növbəsini" işə salıb. Çünki "Pünhan-Xalq" səmti Şairin əli qələm tutan gündən çalışmağa başlayıb. O ki qaldı, Babanın xəzinəsinə, onu oxumayana, duymayana, istisinə qızınmayıb, oduna yanmayana yazığım gəlir! Düzünü desək, həmin yazıqlar silahsız böyük orduya bənzəyir. Bir işə yaraya bilmələri üçün Baba Pünhanın "vicdan təlimi"ni görmələri kifayət edərdi. Belə təlim görməyəndə, Bakının restoranlarını bir yana qoyun, Azərbaycandan kənarda da mahnılarla, hərəkətli rəqslərlə "Qarabağ mooy, mooy"la kifayətlənmir, ekstaza gəlib, "Moskva mooy, mooy" deyirlər, ta OMON dəyənəyini başlarında görənə qədər...

İstedad - sahibinin ağır yükü, ətrafdakılarınsa zövq mənbəyidir. Metropolitendə mexanik işləyən adam yəqin heç yorulmurmuş ki, "işdən azad" vaxtlarında satirik qəzəllər yazırmış. Bəlkə əksinə, beynini sıxan fikirlər onu yalnız fiziki işlə məşğul olanda istirahət etdirirmiş. Şəhərin köksünü yarıb cərrahi əməliyyat .rırmış kimi neft damarlarının yanında aorta-koronar şuntlara bənzər yollar açırmış ki, "məğrur görünsə də, can üstə" olan Bakının ömrünü uzatsın. Və sevdiyi şəhəri müalicə edə-edə özü əriyirmiş...

"Yaltaqlar dəstəsi

baş alıb gedir,

Qeyrət yavaş-yavaş

boşalıb gedir"

və ya

"O Cıdır düzüyçün

çadır ağlayır,

Çadır övladıyçün Cıdır

ağlayır,

Namus itkin düşüb,

abır ağlayır..."

Kimdir Baba Pünhan? Zavallı şikayətçimi, üsyankar cəngavərmi, iqtidara müxalif inqilabçımı, yoxsa xalqın dərdlərini göstərən bir güzgümü? Babanın yaradıcılığına işıq tutan dahi Sabirin "ayinəsində özlərini əyri görənlər" vicdanlarının daha da korşalması nəzərə alınmazsa, sanki heç dəyişməyiblər, sadəcə, Babanın güzgüsü önünə keçiblər.

Şübhəsiz ki, yaxın zamanlarda Baba Pünhan yaradıcılığı ilə bağlı əsərlər yazılacaq, şerləri təhlil olunacaq, ədəbiyyatımızı zənginləşdirən necə bir qaynağı itirdiyimiz dəfələrlə anılacaq. Nə etməli? Başqa cür ola bilmirik demək. Öz gücsüzlüyümüzə imza atmaqdansa, bəlkə bu gün dünənkindən bir az ağıllı olmaq lazımdır. Eyni quyuya on dəfə düşdüyümüz yetər.

Babanın yoxluğu onun unudulması anlamına gəlməməlidir. Onun dediklərini onun kimi deyə bilmiriksə, onun ədəbi sərvətini xalqın malına çevirək. Qamçıladığı nöqsanları aradan qaldıraq. Xalqımıza, onun gələcəyinə, sərvətinə, təbiətinə, əxlaqına, mənəviyyatına dəyər verək. Başını quma soxmuş quş kimi dünyada olanları görməməzliyə vurmayaq.

Pünhanlar pünhan gəlir, ç.raq gedirlər. Ağrılar qalır, laqeydlik qalır, ətrafında hər şeylə barışan biganələri görüb, aslana dönən pişiklər artır, yaltaqların tərifinə inanıb özünü dahi sayan bəsirətsizlər artır, dünyamız beləcə bozarır. Payız vaxtı yağan üzücü yağışlı havadakı göy üzü kimi.

Bizim bu vəziyyətlə barışmağa haqqımız yoxdur. Baba Pünhan meydanda tək qalmamalıdır. Onun bizə verdiyi ümidlər ("haqq əhlin ümidvar elədim, mən nə dedim ki?") onunla getməməlidir. Nə zamana qədər sabirlər, cəlillər, pünhanlar ağrıları ilə təkcə özlərini pərvanə edəcək, qalanlar onları keyf məclislərində desert kimi anacaqlar? Doğrudur, "ağladıqca kişi qeyrətsiz olur" - deyir Sabir, amma bu da heç bir şey olmamış kimi arsız-arsız zurna-qaval çaldırıb gecə-gündüz şənlənmək üçün əsas vermir. Düşmən qabağında dik dayanaq, amma bilək ki, uğursuzluğumuzun ən dəhşətli faktları - dilbər torpaqlarımız onların əlindədir, özümüzü aldatmaqla sadəcə övladlarımız qarşısında, ətrafımızdakıların gözündə kiçilirik, cılızlaşırıq.

Pünhan getdi. Daha neçə Pünhan daha getməlidir ki, aşikar dərdlərimizə birgə çarə axtarmağa başlayaq?!

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Ссылка на комментарий
Поделиться на других сайтах

Allah ona rəhmət eləsin.

Rəhmətlik Sabirin yazıları indi də aktualdir, Allah o gundən saglasin ki, Baba Pünhanın da yazdıqları 50 il sonra aktual olmasin.

Redaktə olunmuşdur : "Lucida Sans Unicode" şriftindən istifadə edin.

Изменено пользователем strANger_04

Однако согласитесть что идут и работы по баранизации...Т.е. есть люди которые всё прекрасно понимают но прикидываются баранамы, ибо бояться стать шашлыком...(WEST)

Ссылка на комментарий
Поделиться на других сайтах

Mədətzadə Atababa Seyidəli oğlu (Baba Pünhan) (5 Noyabr, 1948-17 Aprel, 2004) - Azərbaycan müasir satirik ədəbiyyatının görkəmli nümayəndəsi

Zəmanimizin satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (M.Ə.Rəsulzadə qəsəbəsi - keçmiş Kirov) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki (keçmiş Kirov qəsəbəsi) 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb. 1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib.

1972-ci ildə evlənib. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn iki nəvəsi üçün həqiqi mənada baba olub.

Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525-ci qəzet”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rubrikası başlığı altında çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.

1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib.

1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun “50” illik yubileyi keçirilib. Həmin il Azərbaycan televiziya “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-наследие” Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.

2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki Xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı .rılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub.)

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.

2000-ci ildə “Az. Jurnalı ” tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub.

2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə ç. verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən “kiçik əməliyyat” .rılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib “koma” vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.

Allah Rəhmət eləsin. Qəbri nurla dolsun. Hər zaman onu sevə-sevə izləyirdim. Əsl "xalq şairi" adına layiq olan, vətənini sevən şairdir.

Qarabağ getsə əgər



Məni udsun qara torpağ, Qarabağ getsə əgər,

Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,

Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,

Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,

Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,

Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,

Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,

Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,

Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,

Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

post-16277-1197740217_thumb.jpg

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Bakının dərdi var



Yorğundur, yatmayır haçandan Bakı,

Doyub yad ellidən, qaçqından Bakı.

Üzülüb, öləcək acından Bakı,

Məğrur görünsə də o can üstədir,

Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,

Qeyrət yavaş-yavaş boşalıb gedir,

Məktəbli qızlar da qaş alıb gedir,

Ərli də, ərsiz də bir həvəsdədir.

Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,

Qanqallar bitirdik güllər içində,

Çaqqallar dolaşır ellər içində,

Aslanlar, pələnglər daş qəfəsdədir,

Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,

Çadır övladıyçün Cıdır ağlayır,

Namus itkin düşüb abır ağlayır,

Köməksiz qız-gəlin dəstə-dəstədir.

Bakının dərdi var, Bakı xəstədir.

Sən ey "Qız qalası" qalasan hələ,

Səni həmişə qız qalasan hələ,

Dərdini Pünhana qala sən hələ,

Ta ki, göz yollarda qulaq səsdədir,

Bakının dərdi var Bakı xəstədir.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Yaltaqlar dəstəsi baş alıb gedir,

Qeyrət yavaş-yavaş boşalıb gedir,

Məktəbli qızlar da qaş alıb gedir,

Ərli də, ərsiz də bir həvəsdədir.

Bakının dərdi var, Bakı xəstə

dir.

Gözəl şerdir Allah razı olsun.

Redaktə olunmuşdur : "Lucida Sans Unicode" şriftindən istifadə edin.

Изменено пользователем strANger_04

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Ссылка на комментарий
Поделиться на других сайтах

Mövzudan son bir neçə postu sildim.

Səbəb : düzgün yazı qaydalarına əməl olunmaması bir kənara, iki istifadəçinin bir-biri ilə "tet-a-tet" mövzudan kənar mübahisə məsələləri aydın nəzərə çarpmışdır. Mövzudan kənar userlərin bir-birilə müzakirələri üçün PM nəzərdə tutulub, unutmayaq.

Hörmətlə

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...