Перейти к содержимому

Государство Курдов


Recommended Posts

Maraqli bir meqale tapdim.Duzdu deyesen meqale kohnelib ,amma movzu hele de aktualdi.Ekskluziv olaraq Flora xanim ve onun kimi dushunenler ucun. :flowers1:

http://tezadlar.narod.ru/42/son.htm

Milli azlıqları niyə özümüzə düşmən edirik?

Biz bəzən türk olana da kürd deyib onu özünü kürd kimi .rmağa məcbur edirik...

Çoxdan idi ki, bu mövzuda yazmaq istəyirdim. Lakin mövzu o qədər həssas və incə mahiyyət daşıyırdı ki, sadəcə, bu barədə hələki susmağa üstünlük verməkdən də başqa yol görmürdüm... Amma sonralar da görürdüm ki, susmaq məhz bu məsələdə heç də qızıl deyil. Əksinə, ağına-bozuna baxmadan ölkədəki milli azlıqlara həqarətlə baxanların meydan suladıqlarını görməmək mümkün deyildi.

Açığını deyim ki, məni bu məqaləni yazmağa məhz "Azadlıq" qəzetinin 17 yanvar 2006-cı il tarixli, 12-ci sayında dərc olunan "Rövnəq Abdullayevin "karusel əməliyyatı", "O, "Azneftyanacaq" zavodundakı əlaltılarını ARDNŞ-ə gətirməklə Bəylər Əyyubovla həyata keçirdiyi neft oğurluğunu gizli saxlamaq istəyir"- başlıqlı məqalə məcbur etdi. Təbii ki, söhbət nə Rövnəq Abdullayevin, nə Bəylər Əyyubovun, nə də məqalədə adı çəkilən digərlərinin vəzifəsindən, yaxud qəzetin yazdığı kimi, hansısa mafioz qrupla mənsubluğundan və s. getmir. Söhbət məqalədəki kürd- milli mənsubiyyət faktorunun önə çəkilib xüsusilə vurğulanmasından gedir...

Biz kimik?

Çox təəssüf ki, ölkənin .rıcı qəzetlərindən birində belə bir naşı, dövlətçiliklə dövlət başçısını qarışıq və dəyişik salan yazı dərc edilib. Bəli, "Azadlıq" müxalifət qəzetidir və müxalifətə rəqib olan prezidenti, hakimiyyəti, hakimiyyətin siyasətini, bu siyasəti həyata keçirən məmurları tənqid etməlidir və s. Amma bu nə dərəcədə doğrudur ki, hansısa məmuru tənqid edəndə onun əməlindən daha çox milli mənsubiyyətini önə çəkəsən?!

***

Konkret halda, qeyd edilən məqalədə ARDNŞ-ə rəhbər təyin edilmiş Rövnəq Abdullayevin prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla xala oğlu olduğu qeyd edilməklə, yenə də onların kürd olduğunu önə çəkir, xüsusi canfəşanlıqla hallandırırlar. Məqalədən bəzi sitatları ardıcıllıqla təqdim edir və təhlil etməyi elə həm də məqalə müəllifinin öhdəsinə buraxıram. Lakin həm də indidən sual edirəm: cənablar, bəs biz kimik, hansı millətin nümayəndəsiyik? Görəsən, dünyada elə bir laboratoriya varmı ki, kimin hansı millətə mənsub olduğunu müəyyən edə bilsin? Bilmirəm, bəlkə "Azadlıq" qəzetində (həmçinin bəzi qəzetlərdə) belə bir laboratoriya və ya xüsusi .rat var, ya yox, amma onu bilirəm ki, bu məqaləni oxuyanda yanımda əyləşmiş, olduqca qeyrətli və namuslu, Qarabağ döyüşlərində atası və qardaşı şəhid olmuş bir kürd dostumdan üzr istəməli oldum...

Biz erməni "dəyirmanına" niyə su tökürük axı?

Qəzetdən sitatlar: "...Neft sektoruna bütünlüklə nəzarət edən quruma R.Abdullayevin rəhbər təyin olunması diqqət çəkməliydi. Ən azı müəyyən dairələr ölkənin ən strateji sərvəti olan neft sənayesinin hansı qrupun nəzarətinə verildiyini araşdırmalı idilər. Lakin bu baş vermədi və nəticə olaraq Azərbaycanın dövlət büdcəsinin 60 faizdən çoxunu təşkil edən neft gəlirləri hakimiyyətdəki etnik mafioz qrupların tam nəzarətinə keçdi"; "...Rövnəq Abdullayevin təyinatı isə sırf hakimiyyətdəki etnik azlığın maraqları çərçivəsində həyata keçirilən bir addımdır"; "Maraqlıdır ki, internet saytı yaradaraq şəcərəsinin təmiz türk olduğunu təqdim edən Abdullayevin etnik azlığın nümayəndəsi olduğu artıq təsdiqlənir... Məlumatlarda qeyd olunur ki, R.Abdullayev Bəylər Əyyubovun xalası oğludur. Yəni tərtəmiz kürddür"; "...Təsadüfi deyil ki, Abdullayevin vaxtilə rəhbərlik etdiyi zavodda 400 nəfər kürdün çalışdığı vurğulanırdı... İndi həmin kadrlar ARDNŞ-də yerləşdirilir... Belə ki, Abdullayev vaxtilə rəhbərlik etdiyi "Azneftyanacaq" zavodunda onun məxfi tapşırıqlarını həyata keçirmiş müavini Mikayıl İsmayılovu ARDNŞ-də ümumi, müəssisənin baş mühəndisi Davud Məmmədovu zavoda direktor, Elşad Nəsirovu xarici iqtisadi əlaqələr, Şahin Mustafayevi iqtisadiyyat məsələləri üzrə vitse-prezident təyin edib. Zavodda kadrlar üzrə müavin işləyən Xalid Məmmədova isə daha mühüm bir post, İşlər İdarəsinin rəisi vəzifəsi həvalə olunub".

***

Göründüyü kimi, bütün məqamlarda kürd faktoru önə çəkilərək, bu gün Azərbaycanın dövlətçiliyi üçün vacib bir problemə naşı münasibət ortaya qoyulur. Niyə? Halbuki M.İsmayılov Ağsudandır, D.Məmmədov Kürdəmirdən, E.Nəcəfov əslən Dağıstandandır, Bakıda doğulub, general Nəsirovun oğludur. Ş.Mustafayev Qazaxdan, X.Məmmədov isə Astaradandır. Mən onları çox yaxşı tanıyıram. Rövnəq Abdullayev isə Naxçıvandandır, atası və anası (rəhmətə gedib) müəllimdirlər...

Milli mənsubiyyət problemi kimə lazımdır?

Azərbaycanda uzun illərdir ki, kürdlər, gürcülər, ruslar, ləzgilər, talışlar, ermənilər, tatlar, türklər, yəhudilər... birgə yaşayıblar. Ta 1987-ci ilədək. O vaxt erməni akademiki Aqambekyan Fransada nəşr olunan elmi jurnalların birində Qarabağda yaşayan ermənilərin muxtariyyəti məsələsinə toxunmaqla, əslində onların Azərbaycandan kənarda, müstəqil yaşamaq problemini ortaya qoydu... Sonralar nə baş verdyini hamımız bilirik. Fransada çıxan bir jurnal məqaləsi ilə 18 ildir ki, Azərbaycan dövlətçiliyinə ağır zərbə vurulub və hələ də kələfin ucunu, problemin ağırlıq mərkəzini t. bilmirik. Halbuki uzun illər boyudur ki, ruslar, gürcülər və ermənilərdən başqa, yerdə qalan milli azlıqların nümayəndələri heç vaxt nə özlərini milli azlıq kimi hiss ediblər, nə də özlərinə kürd, ləzgi, yaxud talış deyiblər. Bu söhbət- problem yalnız o vaxt ortaya çıxıb ki, biz məsələn, Lənkərandan olan bacı və qardaşlarımıza talış, Qubadlı və Laçından olana kürd, Qusardan olanlara ləzgi demişik. Bir sözlə, biz, guya özümüzü dövlətçilik fədailəri hesab edərək, lənkəranlının özünə talış kimi, laçınlının özünə kürd və qusarlının özünü ləzgi kimi və s. .rmasına süni surətdə məcbur etmişik. Halbuki bu sözü deyənlər özləri də ola bilsin kürd, ləzgi və ya talış olublar.

***

Bəs bu gün mətbutda kürd, ləzgi, talış və s. söhbətini ortaya atmaq sizcə, Azərbaycan dövlətçiliyinə xidmətdirmi? Yuxarıda qeyd etdim, biz hələ erməni problemini çözüb qurtara bilmirik, bəs elə isə bu dövlətə və Azərbaycana durduğu yerdə talış, kürd və s. problemləri sırımaq, özü də zor gücünə sırımaq kimə və nəyə lazımdır?

Milli mənsubiyyət və vəzifə

Əgər kiminsə, məsələn, Bəylər Əyyubovla şəxsi problemi, Rövnəq Abdullayevlə düşmənçiliyi varsa, bunu niyə dövlətçilik müstəvisinə çıxarır? Sözün əsl mənasında mazut iyi verən belə yazı-pozular dövlətçiliyimizə vurulan zərbədir. Özü də elə bir zərbə ki, onu heç nə ilə müqayisə etmək mümkün deyil.

***

Bəli, Azərbaycanda çoxsaylı millətlərin nümayəndələri yaşayıb, yaşayır və yəqin ki, yaşayacaqlar. Deməli, o cümlədən "Azadlıq" qəzetində kimisə ciddi narahat edən kürdlərin də idarəetmədə, iqtisadi sahədə, səhiyyədə, təhsildə fəaliyyəti olmalıdır. Çünki onlar kürd, talış, ləzgi və ya yəhudi olmaqdan əvvəl bu ölkənin vətəndaşlarıdırlar. Konstitusiyamızda isə onların hüquqları milli mənsubiyyətlərinə görə göstərilmir.

Bu hüquqlar onların Azərbaycan vətəndaşlığından irəli gəlir.

Sual edirəm: necə ola bilər ki, məsələn, kürdlərin torpaqlarımız uğrunda şəhid getməsindən fəxr duyuruq, amma onların bir nümayəndəsi hansısa vəzifəyə irəli çəkilirsə, bu, mafioz qruplaşma mənasını daşıyır?!

Heç uzağa getməyək: Moskvada hər il milli azlıqlara, xüsusən də qafqazlılara, daha çox da çeçenlərə və azərbaycanlılara qarşı repressiyalar olur.

Biz, o cümlədən "Azadlıq" qəzeti redaksiyası da, bunu çox pis qarşılayırıq. Tələb də edirik ki, niyə milli azlıqlara qarşı belə münasibət var?

Bunu deyə-deyə, özümüz burda- Azərbaycanda "qaşınmayan yerdən qan çıxardır", milli azlıqlara çəpəki baxmağa cəhd edirik.

***

Başqa bir misal: Rusiyada yüksək vəzifə tutan azərbaycanlılar var - Vahid Ələkbərov, Gülağa Qənbərov, Araz Ağalarov və digərləri. Kimsə Rusiya mətbuatında belə bir yazıya rast gəlibmi ki, məsələn, Vahid Ələkbərov, yaxud Araz Ağalarov niyə milli azlığın nümayəndəsi- azərbaycanlı kimi neft sektoruna, yaxud iqtisadi sahəyə yaxın buraxılır?.. Varmı belə bir naşı, çiy yazı? Yəqin ki, yoxdur və ola da bilməz! Çünki onlar Rusiya iqtisadiyyatında azərbaycanlı olduğuna görə deyil, Rusiya vətəndaşı olduqlarına görə yuxarı çəkiliblər...

Milli azlıqlarda mütəşəkilliyi yaradan başlıca səbəb nədir?

Yəqin ki, hər birimiz yaşadığımız ərazidə kürdlərlə, ləzgilərlə, talışlarla... əhatəliyik. Amma hamımız Azərbaycan dilində danışdığımız üçün (Rusiyada da hamı rus dilində danışdığı kimi) kimin türk, kimin talış və ya kürd olduğunu heç kim nə hiss edir, nə də fərqinə varır. Belə mehriban və səmimi qonşuluqda kim deyə bilər ki, kim kürddür, kim türk və ya talış? Bəlkə mən kürdəm? Bəlkə sən talışsan? Bəlkə o türkdür? Axı milli mənsubiyyət kimin hansı bölgədə yaşamasına, ləhcəsinə görə deyil. Xüsusən də türklər, kürdlər, talışlar və ləzgilər arasında. Hamının rəngi, sifət quruluşu, gözünün rəngi demək olar eynidir. Təcrübə sübut edir ki, məsələn, hətta rus uşağı azərbaycanlı ailəsində doğulub-tərbiyə alırsa, o, böyüyəndə 90-95 faiz azərbaycanlı kimi olur. Məsələn, bu gün özünü türk adlandıran kimsə necə və nə ilə sübut edə bilər ki, o, həqiqətən də talış, yaxud kürd deyil? Mən özüm Ağdamda doğulmuşam. Bəlkə həqiqətən də mənim babamın babası, məsələn, kürd olub və sadəcə, mənim atam məni Ağdamda əkib, anam Ağdamda doğduğuna görə türkəm!.. Əgər atam məni məsələn, Laçında dünyaya gətirmiş olsaydı- kürd, Lənkəranda dünyaya gətirsəydi- olacaqdım talış? Yaxud yaxın dostum və qələmdaşım Qənimət Zahid necə sübut edə bilər ki, o, Şamaxıda doğulub və tat, yaxud talış deyil, türkdür?..

***

Bunları deməkdə məqsədim odur ki, dünyanın bir heç bir yerində milli mənsubiyyəti müəyyən edən laboratoriya yoxdur. Etnik münaqişəyə (ermənilərlə- red.) cəlb olunmuş Azərbaycan üçün isə belə bir sortlaşdırmaya qətiyyən ehtiyac yoxdur. Bu gün kim təminat verə bilər ki, onun oğlu bir ləzgi və ya kürd, talış qızına aşiq olmayacaq və əksinə!!!

Elə isə süni kürd, ləzgi və ya talış məsələsini qabartmaq, heç kürd olmayanı da özünü kürd kimi .rmağa məcbur etmək nəyə və kimə lazımdır? Bəlkə bu, Azərbyacanı parçalamaq üçün yeni bir "silah" növüdür və hansısa dövlət bundan istifadə edir?..

***

Son olaraq, bu gün Azərbaycan mətbuatında, xüsusən də kürd məsələsini gözə soxmağa çalışanlara məsləhət görərdik ki, onlar əvvəlcə özlərinin türk olduqlarını sübut etsinlər. Özü də sözün bütün mənalarında. Çünki əsl türk olan, dövlətini və dövlətçiliyini sevən şəxs belə siyasətsizliyə könül verməz...

Asif MƏRZİLİ

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 105
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...