Перейти к содержимому

Cabir Novruz


Emil Salim Beyli

Recommended Posts

AZƏRBAYCAN DƏRDİ

Cabir Novruz

Bu gün bircə dərdimiz var - Vətən dərdi...

Hamımızı oda yaxar - Vətən dərdi...

Dava gedir torpağımda,

Şəhid olur yurdumuzun yüz-yüz mərdi,

Vətən dərdi qabağında

Əfsanədir çörək dərdi, yemək dərdi, gödən dərdi...

Bu gün bircə dərdimiz var - Vətən dərdi...

Qarı düşmən dizimizi qatlayıbdır,

Bütün namus-arımızı tapdayıbdır,

Yurdumuzun yarısını bərbad edib,

Əsir qalmış el-obalar fəryad edir...

Anaların ahı tutub yeri-göyü,

Dərd adamı birləşdirir, amma niyə,

Niyə bizi ayrı salıb Vətən dərdi?..

Vətən dərdi olan vaxtı

parçalanmaq çətin dərddi...

Özümüzdən özgə bizə kömək yoxdur,

Birləşməsək, millətimiz demək yoxdur...

Demək onda tayfalarıq, dəstələrik,

Bununçun da yağı bizi üstələyir,

Belimizi qırıb, əyib.

Dərd adamı birləşdirir, amma niyə

Vəlimiz bir yana çəkir,

Əlimiz bir yana çəkir,

Başımız bir yana çəkir,

əlimiz bir yana çəkir,

Dirimiz bir yana çəkir,

ölümüz bir yana çəkir...

Yurdumuzda dava gedir,

Məmələkətin çevirilibdir altı üstə,

Bu ki, milli faciədir,

Bizsə dava-dalaşdayıq rütbə üstə,

stol üstə, altun üstə...

Ən müqəddəs yerlərimiz

çıxıb bu gün əlimizdən,

Bizsə dava-dalaşdayıq

cılız yerlibazlıq üstə...

Qurumlar var, dəstələr var neçə adda,

Hərənin də öz cəbhəsi, əsl cəbhə çıxıb yaddan...

Allah, özün xilas elə, millətimi

belə şərdən...

Kim olsaydı, vallah, çoxdan birləşərdi...

Birləşərdi qanlı-bıçaq olanlar da,

Bir-birindən hətta uzaq olanlar da,

Lap ağlar da, qaralar da birləşərdi,

Birləşməyən yaralar da birləşərdi...

Ola bilməz ana yurdum yad əllərdə

zindan, qəfəs...

Vətən dərdi qabağında qalan dərdlər,

cəfəng, əbəs...

Vətən dərdi - yaman dərddir,

Vətən dərdi qabağında qalan dərdlər

yalan dərddir...

Vətən dərdi qabağında nə ev dərdi,

nə mal dərdi,

nə can dərdi...

Bu gün bircə dərdimiz var-

o da AZƏRBAYCAN DƏRDİ...

Можно ли душу из сердца украсть? – Никогда!

Ты – дыханье мое, ты – мой хлеб и вода!

Предо мной распахнулись твои города.

Весь я твой. Навсегда в сыновья тебе дан,

Азербайджан, Азербайджан!

Самед Вургун

Ссылка на комментарий
Поделиться на других сайтах

Можно ли душу из сердца украсть? – Никогда!

Ты – дыханье мое, ты – мой хлеб и вода!

Предо мной распахнулись твои города.

Весь я твой. Навсегда в сыновья тебе дан,

Азербайджан, Азербайджан!

Самед Вургун

Ссылка на комментарий
Поделиться на других сайтах

Cabir Novruz müasir Azərbaycan ədəbiyyatında sözsüz ki, özünə məxsus yerini tutub.

Sovet dövrünün bir çox ədibləri kimi Cabir Novruz da senzura təzyiqlərinə məruz qalmışdır..

Onun çox məşhur bir şeri, sonra musiqi ilə xalqa sevdirildi - Şövkət Ələkbərova, Aybəniz Haşımovanın ifasında...

Həmin şer Allaha olan sevgi, Allahın böyüklüyünə həsr olunmuşdur. Lakin şerin sözləri elə mükəmməl bir tərzdə seçilmişdi ki, senzorlar istəsələr də ona irad tapmamışdılar.

Senzorlara da Cabir müəllim – mən şerimdə Məhəbbəti tərənnüm edirəm – demişdi...

Sözlərindən bir parça

... O bu boyda bir cahanı yaradıb,

Yeri göyü asimanı yaradıb...

O, insanı, insan onu yaradıb...

Məhəbbət, ah, məhəbbət....

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...