SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Yalvara-yalvara Yar yarın gərək qeydinə, Qala, yalvara-yalvara, Hərdən incimis könlünü, Ala, yalvara-yalvara. Yara yalvara-yalvara, Qaldım yalvara-yalvara. Az qalmışdı toyumuza, Yar saxladı yənə yaza, Mən də qaldım insafsıza, Yenə yalvara-yalvara. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Üc gündən bir, beş gündən bir Könlüm istər görəm yarı, Üc gündən bir, beş gündən bir, Arzularam vəfadarı, Üc gündən bir, beş gündən bir. Gəl, gəl, ay gəl, gəl ay, gəl gözəl yarım, Səndədir, səndədir hər ixtiyarım, Vermərəm, vermərəm mən səni əldən, Mən necə əl çəkim, ey nigar səndən. Olmuşam aşiqi-dildar, Yanıma gəlməz o nigar, Gəlməsə ollam ahu-zar, Üc gündən bir, beş gündən bir. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Vəfasizsan sən yaman Bir ses geldi qulagima yaxindan, Ele bildim, gelib cixdi gözəl yar, Dünən dedin gələcəyəm, gəlmədin, Qəlbimdəki döyüntünü bilmədin, Sevirəm mən səni, a canan, a ceyran, Mən nə bilim vəfasizsan, sən yaman, Bilməz idim vəfasızsan, sən yaman. Dəyirmandan bir az qalxaq yuxarı, Seyrə çixaq bizim qarlı dağları. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Niyə bala? Qonşumuzda bir qız vardır, Gözəllikdə ilk bahardır, anasından gizli mənə Söz verib, aldatdı məni, məni niyə, bala? Yar yaman aldatdı məni, məni, bala, Söz verib aldatdı məni, məni, bala, Yar yaman aldatdı məni, məni, bala, Aldadıb, oynatdı məni, məni niyə, bala? Yayligımı aldım ondan, Ayrıliği sandım ondan, Dedim gələr, qaytararam, Gəlməyib aldatdı məni, məni niyə, bala? Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Irəvanda xal qalmadi… Irəvanda xal qalmadi, O xal nə xaldır, qoşa düzdürmüsən? De görüm, nə xaldır, qoşa düzdürmüsən? Daha məndə hal qalmadı, O xal nə xaldır, qoşa düzdürmüsən? Xal mənim, yar mənim, ixtiyar mənim, Xalxa nə borcdur, qoşa düzdürmüsəm? Yarım deyibdir, qoşa düzdürmüsəm… Irəvanda gəzən gözəl, O xal nə xaldır, qoşa düzdürmüsən? De görüm, nə xaldır, qoşa düzdürmüsən? Ürəyimi üzən gözəl, O xal nə xaldır, qoşa düzdürmüsən? Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Sarı bülbül Vətən bağı al-əlvandir, Yox içində xarı bülbül, Ömür sürməli dövrandir, Səsin gəlsin barı, bülbül. Oxu, quşlar dilə gəlsin, Xoş nəfəsin elə gəlsin, Yarım gülə-gülə gəlsin, Mən çalanda tarı, bülbül. Bülbül, sənin işin qandı, Aşiqlər oduna yandı, Nədən hər yerin əlvandı, Köksün altı sarı, bülbül… Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Süsən sünbül Süsən sünbül bitirmişəm, Mən yarımı itirmisəm, Ömrü başa yetirmişəm, Aman, GÜlgəz, yarım hanı? O məh camalın, ağ üzdə xalın, Öldürdü məni, nədir xəyalın? Yar əlindən badə içdim, Mətləbimə mən yetişdim, Kəcavəsin bəzəmişdim, Aman, Gülgəz, gülüm hanı? Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Uca dağlar Uca dağlar başında ceyran balalar, ceyran balalar, Ceyranın balasını ovçu yaralar, ovçu yaralar, Mən yardan ayıi düşsəm, eğyar kam alar, eğyar kam alar. Ay güzəl oğlan, eşit bir, dayan, Sevirəm səni, eşqimə inan. Yeri-yeri, mən də gəlim dalinca, Dəsmal elə, .r məni yaninca. Vətənim səfalıdır, bağdir, meşədir, Sevgilimin qəlbi safdır, sanki şüşədir, sanki şüşədir, Yardan ayri qalmaq çətin peşədir, çətin peşədir. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
PRIKOLISTKA Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 SEYRCI, sizə bu mahnıların sözlərinə görə dərin təşəkkürümü bildirirəm. Lap məkrəbdə keçdiyimiz nəğmə dərsi yadıma düşdü. Orda da mahnıların sözləri yerləşən dəftərlərimiz var idi. ) Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Üçtelli durna Evlərinin dalı təpə, Yağış gəlir səpə-səpə, Oyadaram öpə-öpə. Üçtelli, dördtelli, beştelli durna, Sən haralısan, haralı durna? Ovçu əlindən yaralı durna, Yaralı, yaralı, yaralı durna. Evlərinin dalı qaya, Qayadan baxarlar aya, Mənim yarım agca maya. Üçtelli, dördtelli, beştelli durna, Sən haralısan, haralı durna? Ovçu əlindən yaralı durna, Yaralı, yaralı, yaralı durna. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Qadan alım Araz axır qiygacı, Ay qız, ay qız, ay qız, amandır, Budur gəlir cüt bacı, qadan alım, Biri mənim öz yarım, Ay qız, ay qız, ay qız, amandır, Biri başımın tacı, qadan alim. Araz axır mil ilə, Ay qız, ay qız, ay qız, amandır, Dəstə-dəstə gül ilə, qadan alım, Mən yarımı sevirəm, Ay qız, ay qız, ay qız, amandır, Şirin-şirin dil ilə, qadan alım. Arazı ayırdılar, Ay qız, ay qız, ay qız, amandır, Su ilə doyurdular, qadan alım, Mən səndən ayrılmazdım, Ay qız, ay qız, ay qız, amandır, Güc ilə ayırdılar, qadan alım. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Oyna, gülüm Durna kimi süzmərəm, Oyna gülüm, oyna. Yar dərdinə dözmərəm, Oyna gülüm, oyna. Məndən uzaq gəzsəndə, Oyna gülüm, oyna. Əlimi səndən üzmərəm, Oyna gülüm, oyna. Üzündə xalın, ay qız, Xoşdur camalın, ay qız, Öldürdü nazın məni, Nədir xəyalın, ay qüz? Oyna gülüm, oyna... Yol gədən izə gəlməz, Oyna gülüm, oyna. Ceyranın düzə gəlməz, Oyna gülüm, oyna. Gizlətmə ay üzünü, Oyna gülüm, oyna. Qoy baxım, gözə gəlməz, Oyna gülüm, oyna... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Ay Tərlan Bir evdə ki sən tək gözəl olmaya, Bir evdə ki sən tək gözəl olmaya, O ev talan olub, dagıla gərək, Qadan mən allam, başına dolannam, Ay Tərlan, dur sallan, bəxtəvər mən ollam... Səhər-səhər çıxdin bulaq başına, Səhər-səhər çıxdin bulaq başına, Ətrafa gün doğdu ay gözəl mələk, Qadanı mən allam, başına dolannam, Ay Tərlan, dur sallan, bəxtəvər mən oğlan.. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 (изменено) Almani atdim xarala Almani atdim xarala, Qaldi sarala-sarala, Daglarda dondum marala. A tirme koynek, ay sari cepken, Gelin, haralisan? Ozu goycek, sozu goycek, Hara maralisan? Yarin baginda uzum ”esgeri” Bagin dalinda hezin ses gelir, Sag ol gel, var ol gel, Bir bize mehman ol gel. Gelin gedek bizim baga, Here cixaq bir budaga, Vuruldum bir gul yanaga, Ay gul yanaqli, ay ag buxaqli, Gelin, haralisan? Ozu goycek, sozu goycek, Hara maralisan? Изменено 25 апреля, 2009 пользователем SEYRCI Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Yarım cıxdi qarşıma Mən gəlirdim, yarım çıxdi qarşıma, Ay balam, qarşıma, Səni sevdim, nələr gəldi başıma, Ay balam, başıma. Lay-lay, bala, lay-lay, Körpə bala, lay-lay, Lay-lay bala, lay-lay, Körpə quzu, lay-lay. Kəcavələr düzüm-düzüm düzüldü, Ay balam, düzüldü, Axşam düşdü, ala gözlər süzüldü, Ay balam, süzüldü. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Sarıköynək Cilvələnib nə qarşımda durubsan, Özüm sənə qurban, ay Sarıköynək, Canim sənə qurban, ay Sarıköynək, Mələksən, çixmısan cənnət bağından, Heç kəs olmaz sənə tay, ay Sarıköynək, Özüm sənə qurban, ay Sarıköynək, Balam, balam, ay balam, quzu balam, ay balam, Balam, balam, ay balam, ceyran balam, ay balam. Doymaq olmur işvəsindən, nazından, Fərə-kəklik kimi xoş avazindan, Yel vurdu, rübəndi atdı üzündən, Elə bildim doğdu Ay, Sarıköynək, Özüm sənə qurban, ay Sarıköynək, Balam, balam, ay balam, quzu balam, ay balam, Balam, balam, ay balam, ceyran balam, ay balam. Tutidilli, sərviboylu Salatın, Yoxdur mərhəməti bu səltənətin, Göndər gəlsin Ələsgərin xələtin, Eyləmə əməyin zay, Sarıköynək, Özüm sənə qurban, ay Sarıköynək, Balam, balam, ay balam, quzu balam, ay balam, Balam, balam, ay balam, ceyran balam, ay balam. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Dilbərim Bağa girmərəm sənsiz, Gülü dərmərəm sənsiz, Bağda quzu mələsə, Bil ki o mənəm sənsiz. Dilbərim, dilbərim, Gəl, gəl ahu balası, Uca dağlar arası... Qızılgül oymaq-oymaq, Olurmu yardan doymaq? Yardan doydum deyənin Gərəkdir dilin oymaq... Xalq mahnısı hesab olunur, amma mahnını korifey sənətkarımız Xan Şuşinski bəstələyib... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Nə bağ bildi, nə də bağban Səhər-səhər bağa girdim, Nə bağ bildi, nə də bağban, Əl uzadıb bir gül dərdim, Nə bağ bildi, nə də bağban, Nə bağ bildi, nə də bağban. Bağın bərəsindən aşdım, Süsən-sünbülə dolaşdım, Oynadım, güldüm, danışdım, Nə bağ bildi, nə də bağban, Nə bağ bildi, nə də bağban. Dedim “bu bağ əcəb yerdi”, Çiçəkləri təzə-tərdi, Yarım mənə busə verdi, Nə baə bildi, nə də bağban, Nə bağ bildi, nə də bağban. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Balabacı Həştərxana gedən gəmim gəlmədi, Üstü dolu tirmə-gəbəm gəlmədi, Yarımı gözlədim, neyçün gəlmədi? Ay ölləm, ölləm, yarımı görməsəm, Saralıb-sollam, yarımı görməsəm, Balabacı, Balabacı, Balabacı, bacı, Yarın gəlməyidir dərdim elacı... Yarıma demişəm mənə saz alsin, Sazı çalib dərdü-qəmim azalsın, Məgər mən ölmüsəm yarım qiz alsın? Simavər almişam, silənim yoxdur, Bir dərdə düşmüşəm, bilənim yoxdur, Gedənim gedibdir, gələnim yoxdur.... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Ay dili-dili Evlərinin dalı mərmər qayasi, Ay dili-dili, dili-dili, dilavər, Əcəb qoxur qızılgülün butasi, Ay dili-dili, dili-dili, dilavər, Mənim yarım körpə ceyran balasi, Ay dili-dili, dili-dili, dilavər. Ay dili-dili, ay dili-dili, dili-dilidi, Ay dili-dili, ay dili-dili, dilavər. Evlərinin dalı güldür-çiçəkdir, Ay dili-dili, dili-dili, dilavər, Güllərin yarpagı ləcək-ləçəkdir, Ay dili-dili, dili-dili, dilavər, Bu gün bağçamıza yar gələcəkdir, Ay dili-dili, dili-dili, dilavər. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Dilbərim Dilbərə göndərdim məktubu əlvan, Ustunə yazdırdım “Mən sənə qurban!” Dilbərim, dilbərim, xallı dilbərim, Gözəllər içində nazlı dilbərim. Dilbərə dedim ki gələrsən bizə, Sürməni çəkərsən o xumar gözə, Dilbərim, dilbərim, xallı dilbərim, Gözəllər içində xallı dilbərim. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Ahu gözü gördüm Ahu gözünü gördüm, Ahulər arasında, Durmuş o mələksima, Məhrulər arasında. Ey bad-səba, açma keysuyi təri-zülfün, Könlüm quşu əyləşmiş keysulər arasında. Səhrayi-Xütən müşkin, Sevməz dili-divanə, Duydum sənin öz ətrin, Tərmulər arasinda... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Gilənar Gözüm gördü, könlüm sənə vuruldu, Ay balam, vuruldu, Isbatı qəlbimin yarasindadir, Sevmək eyib deyil bizim zamanda, Günah gəzlerinin qarasındadiı, O taylısan, bu taylısan, Şirvanlısan, Goyçəlisən, Qarabağlısan, bizim ellisən, şirin dillisən, A sonam, sonam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, Səni mən sevirəm. Sevməyə bilərmi bülbül çəməni, A balam çəməni, Laləni, nərgizi həm yasəməni, O taylisan, bu taylisan, Incəbellisən, qaratellisən, Dərdin alim, ağrin alim, Gilənar, Sona yar, ay taza yar, A zalim, a zalim, ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, A sonam, sonam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, Səni mən sevirəm. Mugamat Nuri-didəm, sənə qurbandır bu canim, bəri gəl Bir qədər asta yeri sərvi-rəvanim, bəri gəl Sən kimi incə gülün bülbülü, şeydası mənəm, Yayılıb gülşənə ahu-fəğanım, bəri gəl, Nə qədər dözməliyəm, söylə görüm, hicri-qəmə, Qalmayıb ində mənim səbrü-qərarım, bəri gəl, Bikəsəm, halim sorsan şad olaram, Çünki varımdır sənə sirri-gümanım, bəri gəl… Istəsən alovla, istəsən söndür, A balam gəl öldür, Qəlbim odla suyun arasındadır, O taylisan, bu taylisan, Səni yanasan, bir dənəsən, Ay balam, ay balam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, A sonam, sonam ölürəm, səni mən sevirəm, Gilənar, ölürəm, Gilənar, qadan alım, səni mən sevirəm. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Ay qız heyranın ollam Bağa girdim üzümə, tikan batdı dizimə, Əyildim çixartmağa, yar sataşdi gözümə. Ay qiz, heyranin ollam, Ay qiz, ceyranin ollam, Gələrsən, qadan allam, Gedərsən, yola sallam. Su atdım, yara dəydi, əlim divara dəydi, Dilim-ağzım qurusun, nə dedim yara dəydi. Bənövşə deyiləm mən, yel vura əyiləm mən, Mənə bivəfa demə, vəfasiz deyiləm mən. Oğlan, heyranın ollam, Oğlan, qurbanin ollam, Gələrsən, qadan allam, Gedərsən, yola sallam. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 ...mahnıların sözlərinə görə dərin təşəkkürümü bildirirəm.... Deymez, xosdur... Xalq mahnilari milli servetimizdir, onlari HAMIMIZ ezber bilmeliyik... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Saeed Maghferat Опубликовано: 26 января, 2014 Жалоба Share Опубликовано: 26 января, 2014 Xalq mahnılarımız için sizin bu çektiğiniz zehmetlerle göre, teşekkürler. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
elya7 Опубликовано: 11 февраля, 2015 Жалоба Share Опубликовано: 11 февраля, 2015 E.Sabitoğlunun bəstələdiyi "Şirin dil"mahnısının sözlərini əlavə etsəniz çox sevinərəm Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
EL Опубликовано: 13 апреля, 2015 Жалоба Share Опубликовано: 13 апреля, 2015 (изменено) Buyurun, Elya7: Şirin dil, şirin dil. Al bağımı şirin dil. Nə deyirsə yad desin, Öz dilimdir şirin dil! Şirin dil, şirin dil, Ana dilim, şirin dil. Həm təbibdir, həm məlhəm, Şirin söhbət, şirin dil. Şirin düşər, Zülfündə şirin düşər. Fərhad qaya çapanda, Yadına Şirin düşər. Şirin kimi, Şirin kimi, Gözəl sev Şirin kimi. Sevən gənclər istərəm, Fərhadla Şirin kimi. Dilimdir, dilimdir, Alma dilim-dilimdir. Məni xoşbəxt eyləyən Öz sevimli dilimdir. Изменено 13 апреля, 2015 пользователем EL Цитата never GIVE UP! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
samira75sim Опубликовано: 26 мая, 2015 Жалоба Share Опубликовано: 26 мая, 2015 (изменено) Lacın Araz axar su ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə Ay Lacın, can Lacın, Mən sənə qurban Lacın... Bağçaların barı gül, Yarı göncə, yarı gül, Gec acldın, tez soldun, Açmayaydın barı gül, Ay Lacın, can Lacın, Mən sənə qurban Lacın... Yeri-yeri küsən yar, Yeni eşqə düşən yar, Elçiləri qırılmış... Özü elçi düşən yar! Ay Lacın, can Lacin, Mən sənə qurban Lacın... Ən çox sevib dinlədiyim mahnılardan biri... Gözəl, melodik mahnıdır amma sözlərində bir az düzəlişə ehtiyac var. Öncədən üzr istəyirəm Araz axar lil ilə, Dəstə-dəstə gül ilə. Mən yarımı sevirəm, Şirin-şirin dil ilə. Ay Laçın, can Laçın, Can sənə qurban, Laçın Bağçamızın barı,gül, Yarı qönçə, yarı gül. Gec açılır, tez solur, Olmayaydın, barı, gül. Ay Laçın, can Laçın, Mən sənə qurban, Laçın. . Araz axar buz üstə, Kabab yanar köz üstə. Qoy məni öldürsünlər, Laçın kimi qız üstə. Ay Laçın, can Laçın, Gəl səni götürüm qaçım. Изменено 26 мая, 2015 пользователем samira75sim Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
www mona liza Опубликовано: 3 апреля, 2018 Жалоба Share Опубликовано: 3 апреля, 2018 Seyrci, çox minnətdaram mahnı sözlərinə görə. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.