Jump to content
  Love reading great articles? Visit Elix.com today!

Istigase


haris
 Share

Recommended Posts

istigase- chatinlikden va olumden qurtulmaq va yardim istemekdir.  bunun 4 novu var:1] boyuk Allahdan yardim istemek. bunu her muselman edar. 2]olulardan va qeybde olanlardan yardim istemek. bu ise shirkdir. 3]imdada chatmaGA gucu yetan, bilan canlilardan yardim istemek. bunu ise agli bashinda olan hami edar. 4]gizli bir gucu olmadigini bilarak  gucu yetmayan birisinden yardim va imdat istemek. bunu ise agilli adamlar hech vaxt etmaz. kim hansi bende emel edir? sorgu kechirek. men shexsen, 1-ci va 3-cu bende emel edirem. bes siz?

Link to comment
Share on other sites

2-ci bend. shieler qebirlerden va kechmishde olub-gedanlardan yardim istemeyi caiz bilirler. masalan, mescidlerde oxunan tevessul duasi. Va yaxud, Iranda Qum Va Mashad ziyaretgahlarina getmak kifayetdir. 4-cu bend. Bu bende de shieler emel edirler. Masalan; Etaga ve onun haqqinda olan revayetleri xatirlamaq kifayetdir. vesselam.

Link to comment
Share on other sites

2-ci bend. shieler qebirlerden va kechmishde olub-gedanlardan yardim istemeyi caiz bilirler. masalan, mescidlerde oxunan tevessul duasi.

Ay Allah sən özün bunlara ağıl ver! Elə sənin qandığın o qədərdi ki, təvvəssülü ölüdən yardım istəmə kimi başa düşürsən. Bu forumda bu dəfələrlə müzakirə olunub, hər dəfə də bağlanmısız.

Təvəssül etmək bir şəxsdən hacət, istək tələb etmək deyildir. Təvəssül sözünün mənası «vasitə salmaq» deməkdir. Bir şəxs Peyğəmbər (s) və ya onun Әhli-beytinə təvəssül edirsə, bu, Allahdan özgəyə sığınmaq deyil, onları vasitə salaraq Allahdan öz istəyini diləməkdir;

Allah-taala Maidə surəsinin 35-ci ayəsində buyurur:

«Ey iman gətirənlər, Allahdan qorxun və Onunla öz aranızda vasitə tapın».

Təvvəssül duasında deyilir: «Ey mənim seyyid və mövlalarım! (Peyğəmbər (s) və Әhli-beyt(ə) nəzərdə tutulur) Mən sizə üz tutdum, siz mənim rəhbərlərim, çətin günümdə köməyim, Allahla mənim aramda hacət və istək vasitəmsiniz. Mən sizi öz Allahıma doğru vasitə etdim, sizin vasitənizlə Ondan şəfaət istədim, Allah yanında mənə şəfaət edin, günahlarımın bağışlanmasını istəyin. Siz mənim vasitəmsiniz, sizin sevginizlə, sizin yaxınlığınızla Allahdan nicat istəyirəm. Allah hüzurunda mənim ümidim olun, ey mənim ağalarım, ey Allahın dostları.....»

Budur şirk?!

Vəhhabilər deyirlər: «Peyğəmbərlərə (ə) və əməlisaleh insanlara təvəssül etmək düzgün deyil. Çünki onlar ölüdürlər və ölülər bizi eşitmirlər. Deməli, «Ey Peyğəmbər! İmdada yet!» və ya «Allahla mənim aramda vasitəçilik et!» deməyin heç bir faydası yoxdur». Cavab:Öncə də qeyd olunduğu kimi peyğəmbərlər (ə) dünyalarını dəyişdikdən sonra belə diridirlər. Buna görə də hər hansı peyğəmbər və ya övliyanın dünyadan köçdükdən sonra onları səsləyənləri eşitmələri din və zəkaya tam müvafiqdir.

Ənəsin Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə deyilir: «Peyğəmbərlər (ə) qəbirlərində namaz qılan diri şəxslərdirlər» (Beyhəqi bu hədisin düzgün olduğunu bildirmişdir. İbn Həcər də «Fəthül-bari» əsərində bu hədisi qəbul etmişdir. Çünki onun fikrincə, «Fəthül-bari»də mövcud olan hədislər «Səhihi-Buxari»nin şərhidir və orada qeyd olunanlar «səhih» və «həsən» hədislərdir. Bax: «Əl-Məqalatus-səniyyə», səh. 114.)

Beyhəqi deyir: «Səid ibn Müsəyyibin Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyilir: «Peyğəmbər (s) (merac zamanı) peyğəmbərlərlə (ə) görüşdü. Namaz vaxtı hamısı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar. Sonra hamısı Beytül-müqəddəsə yığışdılar».

Əbuzər və Malik ibn Sə`sə`ədən meracla bağlı nəql edilən rəvayətdə deyilir: «Peyğəmbər (s) digər peyğəmbərlərlə (ə) səmada görüşdü!

Bu hədis səhihdir və Peyğəmbər (s) merac zamanı həzrət Musanı (ə) qəbrində namaz qılarkən gördü. Sonra Musa (ə) başqa bir neçə peyğəmbərlə birgə səmaya merac etdi və İslam peyğəmbəri (s) digər peyğəmbərlərlə (ə) də görüşdü. Hamısı Beytül-müqəddəsə toplaşdılar və namaz vaxtı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar». O, deyir: «Peyğəmbərlərin (ə) o məqamda, müxtəlif zamanlarda və məkanlarda qıldıqları namazlar ağıla müvafiqdir. Hədislər bu müddəanı təsdiq edir. Ümumilikdə bütün bunlar peyğəmbərlərin (ə) diri olduqlarını göstərir («Əl-Məqalatus-səniyyə fi kəşfi zilalati İbn Teymiyyə», səh. 114. Öncə qeyd edildi ki, bir çox vəhhabilər sağ insandan yardım diləməyi düzgün, dünyasını dəyişmiş insanlardan kömək istəməyi isə şirk hesab edirlər. Halbuki, bu və ya digər əməl şirk olarsa, diri və ya ölü olmağın buna heç bir təsiri yoxdur. Qəribə burasıdır ki, onlar təvəssül və s. əməlləri şirk hesab edirlər. Bir halda ki, onların hədis kitablarında bu mövzu ilə bağlı çoxlu sayda hədislər mövcuddur. Belə ki, bu hədislərin sayı mütəvatir həddinə çatır).

4-cu bend. Bu bende de shieler emel edirler. Masalan; Etaga ve onun haqqinda olan revayetleri xatirlamaq kifayetdir. vesselam.

Qəbirlərə təbərrük etmək haramdır? İstəyirsən sizin alimlərin fitvasından?

1. İbn Hənbəlin fətvası:

İbn Cəmaət Şafei deyir: «Abdullah ibn Əhməd ibn Hənbəlin atasından nəql etdiyi bir xatirədə deyilir: «Atamdan, savab qazanmaq məqsədi ilə Peyğəmbərin (s) minbərini təbərrük edib, öpən bir kişinin əməlləri haqqında soruşdum. Atam cavabında: «Bunun heç bir eybi yoxdur» – deyə bildirdi»[20].

«Əl-Camiu fil-iləl və mərifətir-rical» kitablarında isə həmin hədis bu şəkildə qeyd olunmuşdur:

Atama dedim: «Bu kişi məlum əməlləri ilə Allaha yaxınlaşmaq niyyətindədirmi?» Atam: «Bunun heç bir eybi yoxdur» – deyə qəti fikrini bildirdi»[21].

2. İbn əl-Üladan nəql olunduğuna görə İmam Əhməddən Peyğəmbərin (s) məzarını və minbərini öpmək haqqında soruşulduqda: «Bunun heç bir eybi yoxdur» – deyə fikrini bildirmişdir.

İbn əl-Ula deyir: «Bu fətvanı İbn Teymiyyəyə göstərdim. O, Əhmədin bu sözünə təəcüblənərək dedi: «Təəccüblüdür! Ona böyük hörmətim var. Bu onun sözüdürmü?!»[22]

Doğrusu, İbn Teymiyyənin Əhməd ibn Hənbəli kafirlikdə, müşriklikdə, günahlandırmaması təəccüb dоğurur.

3. Rəmli Şafeinin fətvası:

«Əgər, təbərrük məqsədi ilə Peyğəmbərin (s), övliya və ya hər hansı bir alimin məzarına əl çəkilərsə, öpülərsə, bunun heç bir eybi yoxdur»[23].

4. O, deyir: «Qəbrin üzərindəki sinə daşını öpmək və ləms etmək məkruh deyil. Övliya qəbirlərinin giriş qapılarını öpmək məkruhdur. Lakin təbərrük məqsədi ilə olarsa, heç bir eybi yoxdur və məkruh deyil. Atamın fətvası belədir... Fəqihlərin fikrincə, «Həcərül-əsvəd»i ləms edə bilməyən şəxs əsa ilə oraya işarə edib əsanın daşa tuşlanan tərəfini öpə bilər».

5. Şəhabəddin Hənəfinin fətvası:

O, «Şəfa» əsərinə yazdığı şərhdə «Qəbri öpmək, ləms etmək və bədəni ona sürtmək məkruhdur!» sözlərini izah edərkən yazır: «Bu fikir yekdil rəydir. Elə buna görə də Əhməd və Təbəri qəbri öpməyi, ona toxunmağı düzgün hesab edirlər»[24].

6. Muhibbüddin Təbəri Şafeinin fətvası:

Qəbri öpmək və ona toxunmaq düzgündür. Bu alimlərin və əməlisalehlərin getdiyi yoldur[25].

7. İbn Əbu Seyf (Məkkənin şafei alimlərindən biri) deyir: «Quranı, hədis kitablarını və əməlisalehlərin qəbrini öpmək düzgündür (icazəlidir)»[26].

8. Zərqani Malikinin fətvası:

Qəbri öpmək məkruhdur. Əgər təbərrük məqsədi ilə olarsa, məkruh deyil.

9. İzami Şafei, İbn Teymiyyənin «Əməlisalehlərin qəbrini təvaf edən, ona toxunan şəxs ən böyük günah еtmişdir» fikri haqqında deyir: «O, naməlum sözlər danışır. Bir yerdə bu işi görənin ən böyük günah işlədiyini, digər yerdə şirk etdiyini söyləyir. Bir halda ki, hələ o dünyaya gəlməzdən əsrlər öncə bir çox görkəmli alimlər bu məsələlərə toxunmuş və hökmünü açıqlamışlar. Onun sözləri alimlərin sözlərinə tam ziddir. O, bir çox hallarda müəyyən məsələlərdə yekdil rəyin mövcudluğunu iddia etmişdir. Halbuki, yekdil rəy tamamilə onun qoyduğu məsələyə qarşıdır. Diqqətli tədqiqatçılar ondan öncə və sonra yaşayıb yaratmış insaflı elm adamlarının əsərlərinə diqqət yetirərlərsə, bizim sözümüzün doğruluğunu görərlər. Misal üçün, adi müsəlmanlar qəbri təvaf edir (ətrafına fırlanır) və ona toxunurlar. Amma elm adamları bu məsələyə nisbətdə üç mövqedə dururlar. Bəziləri qəti şəkildə icazəli hesab etmirlər. Bəziləri qəti şəkildə buna qarşı olsalar da haram hesab etmirlər. Bəziləri isə buna daha geniş şəkildə baxırlar. Belə ki, ziyarət etmək eşqi hədsiz olan birinin bu işləri görməsini təbii qarşılayırlar. Əks təqdirdə isə qəbir ətrafına fırlanmağı, ona toxunmağı əxlaqi baxımdan müsbət hal hesab etmirlər».

Vəhhabilərin müsəlmanları kafirlikdə ittiham etdikləri məsələlərə nəzər salsaq, görərik ki, onların müddəaları iki müqəddimədən (hökmdən) ibarətdir. Hansı ki, kiçik müqəddiməsi (fərdi hökmü) yanlış, böyük müqəddiməsi (ümumi hökmü) isə doğrudur. Böyük (birinci) müqəddimə belədir: Allahdan qeyrisinə edilən hər bir ibadət şirkdir (doğrudur). Kiçik (ikinci) müqəddimə isə belədir: Ölünü və ya (hər hansı səbəbdən) yanımızda olmayan şəxsi səsləmək, qəbrin ətrafına fırlanmaq (təvaf etmək), ona əl sürtmək, ölü üçün qurban kəsmək, ona nəzr etmək Allahdan qeyrisinə ibadət etməkdir. (Bu müqəddimə (hökm) tamamilə yanlışdır)[27].

10. İbn Həcər deyir: «Bir çox fəqihlər «Həcərül-əsvəd»i öpmək icazəli olduğu üçün ehtirama layiq olan hər bir insanın və ya əşyanın öpülməsinin icazəli olduğu qənaətinə gəlmişlər»[28].

11. Şeyx İbrahim Şafei deyir: «Qəbri öpmək onun üzərinə əl vurmaq məkruhdur. Lakin bu əməllər təbərrük məqsədi ilə olarsa, tamamilə düzgündür (məkruh deyil)»[29].

12. Şeyx Həmzavi Maliki deyir: «Şübhəsiz ki, Peyğəmbərin (s) qəbrini öpmək yalnız təbərrük məqsədi daşıyır. Bu əməl düzgünlük baxımından övliyaların qəbrini təbərrük məqsədi ilə öpməkdən daha çox əhəmiyyətə malikdir»[30].

13. «Kəşfül-irtiyab», «Fətava əl-qəraib», «Mətalibül-möminin» və «Xəzanətur-rəvayət» kitablarında deyilir: «Valideynin qəbrini öpmək icazəlidir. Buna sübut Peyğəmbərlə (s) bağlı nəql olunan bir rəvayətdir. Rəvayətə görə, bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: «Ey Allahın rəsulu! Mən and içmişəm ki, Behiştin astanasını və hurinin alnını öpüm». Peyğəmbər (s) isə ona anasının ayağını, atasının isə alnını öpməsini tapşırıdı.

- Ey Allahın rəsulu, valideynlərim diri deyillərsə necə?

- Qəbirlərini öp!

- Qəbirlərini tanımıramsa necə?

- İki xətt çək. Onlardan birini atanın, digərini isə ananın qəbri hesab et. Onları öp, andını pozma!»[31]

[20] «Vəfaul-vəfa», c. 4, səh. 1414.

[21] «Əl-Camiu fil-iləl və mərifətur-rical», c. 3, səh. 32.

[22] «Vəfaul-vəfa», c.4, səh. 1414.

[23] Bu fətva «Haşiyətu Məvahibul-lədunniyyə» əsərində Əbu Ziyadan (vəfat-1087) nəql edilmişdir. Bundan başqa, Həmzavinin «Kənzül-mətalib» əsərində də (c. 33, səh. 219) qeyd edilmişdir.

[24] «Şərhuş-şifa», c. 1, səh. 1; «Vəfaul-vəfa», c. 4, səh. 1404; «əl-Qədir», c. 5, səh. 134

[25] «Əsnəl-mətalib», c. 1, səh. 331; «Vəfaul-vəfa». c. 1, səh, 1407.

[26] «Əl-Qədir», c. 5, səh. 153.

[27] «Fürqanul-Quran», səh. 133.

[28] «Vəfaul-vəfa», c. 4, səh. 1405.

[29] «Şərhu fiqh əş-Şafei», c. 1, səh. 276; «əl-Qədir», c. 5, səh. 154.

[30] «Kənzül-mətalib», səh. 20; «əl-Qədir», c. 5, səh. 154; «Məşariqül-ənvar», c. 1, səh. 140.

[31] «Kəşfül-irtiyab», səh. 350.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
 Share

×
×
  • Create New...