Jump to content

al-İslam

Members
  • Posts

    211
  • Joined

  • Last visited

Everything posted by al-İslam

  1. Bu hədisin Məhəmməd ibn əbdül Vahabın yaratdığı dinə aid olması şübhə doğurmur...
  2. Namazın nə səfər, nə də yağış olmadan ardıcıl qılınması haqqında: "Səhih Müslim", Vətəndə namazın birləşdirilməsi, 49-58-ci hədislər "Sünəni Tirmizi", 187-ci hədis "Sünəni Nəsai", 597-599-cu hədislər "Sünəni Əbu Davud", 1210-1220-ci hədislər. Görün nə qədər hədis var bu haqda?!
  3. al-İslam

    ey insanlar

    Cahil olsaydım, sözlərinizə vurulardım. Boğazdan yuxarı Quran oxumaq asandı, əməl etmək isə... Nə isə...
  4. Niyə?! İslam alimləri arasında belə fətva verən var?
  5. Hədislər səhihdir, siz narahat olmayın. Şiə alimləri bu hədisləri mötəbər qəbul eləməsəydilər, bu əsasda hökm verməzdilər.
  6. Dindən istifadə edib pul qazanmaq yoxdusa, Qamət Süleymanov hansı gəlirlə dolanır?!
  7. Dindən istifadə edib pul qazanmaq yoxdusa, Qamət Süleymanov hansı gəlirlə dolanır?!
  8. Mənim başım çıxmır, siz nəyə irad tutursunuz? Noxuddan balaca torpaqın şəfa niyyəti ilə suya qarışdırılıb içilməsinə? Niyə İmam Hüseynin (ə) kəraməti sizi qıcıqlandırır? Siz dərmanı suya qarışdırıb içmirsiniz? Bu dərmanı həkim buyurur, o da hazırlayır. Bu dərmanı isə Allah buyurur, Allah bəxş eliyir...
  9. Başa düşmədim, xəstələnəndə dərman içmirsiz? Şirkdi bu yoxsa bidət?
  10. Konkret hansı əməllər bidətdi?
  11. Sual: Tərk etdiyimiz namazları necə qəza edək? Cavab: Həmd Allaha məxsusdur. Birincisi: Allah təala Ona məlum olan səbəblərdən dolayı ibadətlər üçün xüsusi vaxtlar təyin etmişdir. Biz onların bəzisinə bələdik, lakin onlardan bəziləri bizə gizlidir. İstənilən halda bizim üzərimizə düşən məsuliyyət onlardan möhkəm tutmaqdır. Şəriətdə icazə verilən üzrlər istisna olmaqla o səbəblərə qarşı həddimizi aşa bilmək bizə caiz deyil. Bir insan namazı buraxarsa, o iki haldan xali olmur: 1. O namazı yuxuya getmək və yaxud unutmaq kimi səbəblərdən dolayı buraxmışdır. Bu halda ona günah yoxdur, lakin oyandıqda və yaxud yadına düşəndə buraxdığı namazı qəza etməlidir. Ənəs ibn Malikdən radiyallahu anhu rəvayət olunmuşdur ki, peyğəmbər sallallahua aleyhi və səlləm buyurmuşdur: “Kim namazı unutsa, xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”. Əl-Buxari (572) və Müslim (684) rəvayət etmişdir. Müslimdə ziyadə var: “Yatıb qalarsa”. Müslim (684) həmçinin rəvayət etmişdir: “Sizdən kim (namazdan) yatıb qalarsa və ya onu unudarsa (ondan qafil qalarsa), (namaz) yadına düşəndə onu əda etsin. Çünki Allah təala buyurur: “Məni anmaq üçün namaz qıl!” (Ta-Hə 20:14) 2.O namazı heç bir üzr olmadan buraxmışdır; daha doğrusu namazın vaxtı çıxana kimi tənbəllikdən və etinasızlıqdan namazı tərk etmişdir. Müsəlmanların ittifaqı ilə (yekdil rəyi ilə) bu günahdır. Böyük günahlardan böyüyünü etmişdir. Alimlər arasında olan iki rəydən daha doğru (səhihinə) olanına görə bunu (namazı) qəza etməsi doğru deyil və o tövbə etməli və peşman olmalı, bunu bir daha etməməyə qərar verərək bunda əzmli, qətiyyətli olmalı və çoxlu saleh əməllər görməli və çoxlu nafilə (əlavə) namazlar qılmalıdır. İbn Həzm demişdir: Namazın vaxtı çıxana kimi namaz qılmağı bilərək, qəsdən tərk edənə gəldikdə, o bunu heç zaman qəza edə bilməz, ona görə də o adam çoxlu xeyirli əməllər etməli və çoxlu nafilə namazlar qılmalıdır ki, onun tərəzisi (yaxşı əməllər) qiyamət günündə ağır gəlsin və o tövbə etməli, Allahdan bağışlanma istəməlidir. Sitatın sonu. (Əl-Muhəllə 2/235) Bu həmçinin Ömər ibn əl-Xattab və oğlu Abdullahın və Sad ibn Əbi Vaqqas, Salman, İbn Məsud, əl-Qasım ibn Muhəmməd ibn Əbi Bəkr, Bədil əl-Aqili, Muhəmməd ibn Sirin, Mutarrif ibn Abdullah, Ömər ibn Abdul Əzizin rəyidir. Həmçinin Davud əl-Zahiri və İbn Həzm bu rəydə olmuşdur. Şeyx ul-İslam ibn Teymiyyə və əl-Şövkəninin üstün tutduğu rəy də belədir. Müasir alimlərdən əl-Albani, İbn Bəz, İbn Üseymin və digərləri bu rəyi tərcih etmişdirlər. Onlar aşağıdakıları dəlil olaraq gətirmişdirlər: Allah təalanın kəlamı (tərcümə mənası): “Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir”. (əl-Nisə 4:103) Onlar demişdirlər: Namaz üçün təyin olunmuş bir vaxt var və dəlil olmadan bunu başqa bir vaxtda əda etmək olmaz. Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri: “Kim namazı unutsa, xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”. “Xatırlayan kimi dərhal onu əda etsin, çünki onun bundan başqa kəffarəsi yoxdur”-sözlərinin mənası belədir: Yadına düşdükdən sonra o namazı əda etməkdə tənbəl davranarsa, o zaman bu kəffarə sayılmır, elə isə unutmadan və yaxud yuxuya getmədən bilə-bilə, qəsdlə namaza laqeyd yanaşanın halı necə olar? Hətta daha çox ehtimal var ki, o halda kəffarə təşkil etməyəcəkdir və bu namazı qəza etməsinin ona heç bir faydası olmayacaqdır. Çünki Allah hər bir fərz namaz üçün məhdud bir vaxt təyin etmişdir, onun başlanğıcını və sonunu müəyyən etmişdir, ona görə də sanki bu namazları həmin müəyyən olunmuş vaxtdan əvvəl, nə də sonra əda etmək səhih deyildir. (Əl-Muhəllə, 2/235) İbn Həzm demişdir: “Həmçinin, namazı qəza etmək dəlilə əsaslanmaldır və Allah təalanın Öz Rəsulunun sallallahu aleyhi və səlləm dili ilə əmr etdiklərindən başqa bir şeyi şəriətdə buyurmaq olmaz. O kəslər ki “namazı qəsdən tərk edən onu qəza etməlidir”-deyirlər, biz onlardan xahiş edirik ki, bizə söyləsinlər: “Bu (ona qılmasını söylədiyiniz bu namaz) Allah tərəfindən əmr olunmuş namazdır yoxsa başqa bir namazdır? Onlar əgər bunun Allah tərəfindən əmr olunan namaz olduğunu söyləsələr, o zaman biz onlara deyirik: “Elə isə namazı qəsdən tərk edən asi deyil, çünki o Allahın ona buyurduğunu etmişdir və sizin dediyinizə görə bunda bir günah yoxdur və namazın vaxtı çıxana kimi onu qəsdən buraxan insanın üzərində bir qəbahət, günah yoxdur. Bununla belə bu elə bir şeydir ki, heç bir müsəlman söyləyə bilməz. Onlar əgər bunun Allah tərəfindən buyurulan bir namaz olduğunu söyləsələr, o zaman biz deyirik: “Siz doğru söylədiniz və bu kifayətdir, çünki onlar etiraf edirlər ki, onlar ona Allah tərəfindən buyurulmayan bir şeyi etməyi demişdirlər. Sitatın sonu.” (Əl-Muhəllə 2/236) Namazı qəza etməlidir söyləyənlər, namazı unudan və yaxud yatan ilə qiyas edərək bu rəyə gəlmişdirlər və onlar deyir ki, əgər unudan kəs namazı qəza etməlidirsə, o zaman qəsdən edənin bunu qəza etməsi daha çox güman ediliir. Mənim cavabım budur ki, iki hal arasında qiyas yoxdur, çünki namazı qəsdən tərk edən günah edir, lakin unudan üçün isə bu hökm tətbiq edilmir, elə isə günah edən ilə günah etməyən arasında qiyas necə ola bilər ki? Əş-Şəukəni rahiməhullah demişdir: İbn Teymiyyə demişdir: “Bununla razı olmayanlar-yəni namazı qəza etməlidir söyləyənlər-öz mübahisələrini dəstəkləmək üçün heç bir dəlilləri yoxdur. Onların əksəriyyəti deyir ki, aydın (yeni) bir əmr (dəlilə əsaslanan) olmayınca o bunu qəza etməməlidir, lakin bu vəziyyətdə bu cür əmr yoxdur. Biz namazı qəza etməyin vacibliyi barəsində mübahisə etmirik; daha doğrusu biz qəza olunacaq namazın ondan qəbul olunub-olunmaması, vaxtında əda edilməyən namazın səhih yoxsa səhih olmaması barədə mübahisə edirik. O bu məsələni uzun-uzadı müzakirə etmişdir və Davud və onunla razılaşanlar tərəfindən qeyd olunan rəyi götürmüşdür. Məsələ (iş) onun zikr etdiyi şəkildədir, çünki bu məsələni mən ətraflı tədqiq etmişəm və namazı qəsdən tərk edənin namazı qəza edəcəyinin fərz olmasını bildirən heç bir etibarlı dəlilə rast gəlmədim”. Neyl əl-Əutər (2/26) Daha üstün (racih) rəy-və Allah daha yaxşı bilir-belədir ki, namazı qəsdən tərk edən onu qəza etməməlidir, əksinə Allahdan bağışlanma istəməli və tövbə etməlidir. İbn əl-Qeyyim Allah ona rəhmət etsin bu məsələni, münaqişəni ətraflı müzakirə etmişdir və hər iki tərəfin dəlillərini əs-Salət (namaz) adlı kitabında (səh.67-109) yoxlamışdır. Fayda: Şeyx ul-İslam İbn Teymiyyə demişdir: “Namazı qəza etməlidir deyən alimlər, qəza etməklə həmin insanın günahlarının ondan silinəcəyini demirlər, əksinə onlar deyirlər ki, qəza etməklə onun günah yükü yüngülləşir, lakin namazı buyurulmuş vaxtında əda eməmək və yaxud gecikdirməyin günahı (təxirə salmaq) ya tövbə etmək ya da xeyir əməllər etməkdir ki, günahı silsin və yaxud cəzaya mane olmaq üçün digər şeylər etməkdir. Sitatın sonu”. Minhəc əl-Sünnə (5/233) Muhəmməd Saleh əl-Münəccid http://dinifetvalar.com/fetva.pl?id=175
  12. Mövzu barədə deyə bilərəm ki, kişilərlə qadınlar Allah qarşısında bərabərdir. Onların bir çox hüquqları bərabərdir. Burada miras, müəyyən müddətə namaz, orucdan azad olunma və s. kimi məsələlərdə fərqlilik var ki, bu da sırf yaradılış fərqi ilə bağlıdır.
  13. Nə vaxt peşman oldu? Bəyəm ondan sonra İmam Həsənin (ə) dəfninə mane olmamışdı? Nəysə, bu məsələ başqa söhbət. Bəyəm açıq hökmə qarşı ictihad olur? Quran deyir evdə otur, sən qiyam eliyirsən? Belə çıxır ki, kimsə şərab halal bilər, sonra da deyər ki, ictihadim səhv idi?!
  14. Mən də razıyam, bu onların işi deyil. Onda belə çıxır ki, möminlərin anası açıq-aşkar Quran ayəsini sındırıb?! "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın..." ("əl-Əhzəb",33). (
  15. Allah bu ayəni ona görə nazil etdi ki, Peyğəmbərin (s) vəfatını gözləyən bəzi "səhabələr" onun xanımlarını ala bilməsinlər. Beləliklə, Peyğəmbər (s) xanımları möminlər üçün "ana" oldu. Bəziləri oldu ki, bu hörməti saxladı (məsələn, Ümmi Sələmə (r.ə.)), bəziləri isə yox... 2-cisi də məgər mən Aişəyə pis söz dedim?! Demirsiniz ki, qadın evdə oturmalıdı? Alimlik eləməməlidi? Mən sizdən soruşuram ki, Aişə evdə oturdu? Fətvalar vermirdi? Aişədən nə qədər hədis rəvayət olunub? Ən əsası ZAMANIN İMAMINA qiyam eləmədi? Beləlik də siyasət meydanına belə keçdi. Sizin üçün Peyğəmbər (s) xanımından gözəl nümunə kim ola bilər?! Odur ki, sizdə qadın fətva da verə bilər, siyasətə də qoşular, hətta döyüşə sərkərdəlik də eliyər!
  16. Qadın alim yoxdur? Bəs sənin şeyxeynlərin Aişənin fətvaları ilə oturub-durmurdu? Səhabələr ondan məsələ soruşmurdular? Aişə niyə evdə oturmamışdı? Dəvə belində zamanın imamına qiyam etmişdi? Belə çıxır ki, o Allahdan qorxmurdu?
  17. Allah Yezidə və onu müdafiə edənlərə lənət eləsin....
  18. Əli! Mən aldığım qılıncla Allaha and içmişdim ki, onunla Allahın ən pis və nasaleh bəndələrini öldürəm. Həmişə də Allahdan istəmişəm ki, bu qılıncla öz pis əməl edən bəndələrini öldürsün. Əli (ə) buyurdu: «Təsadüfən sənin bu duan və tələbin müstəcab olub, çünki sənin özünü elə bu qılıncla öldürəcəklər. İbni Mülcəm Məkkəyə gedib məşhur əhd-peymanı bağlayan doqquz nəfər zahid və «müqəddəsməslək möminlər»dən biridir. Onlar deyirlər: İslam aləmində bütün fitnə-fəsadlar üç nəfərdən törənmişdir – Əli, Müaviyə, Əmr As. İbni Mülcəm Əli (ə)-ı öldürməyə namizəd olur. Təyin etdikləri bir vaxta baxın, Ramazan ayının on doqquzuncu gecəsi! Görəsən niyə bu gecəni təyin etmişdilər? İbni Əbdil-hədid deyir: «Ağılsızlığa bir bax! Onlar deyirdilər ki, biz bu işi Ramazan ayının on doqquzuncu gecəsində görsək, savabı daha çox olar, çünki bu gecə qədr gecəsidir!» İbni Mülcəm gəlib Kufədə vəd olunmuş gecəni gözlədi. Bu günlər ərzində özü ilə həmməslək olan Qüttamə adlı xəvaric əqidəli bir qızla tanış olub, ona vuruldu. Ola bilər ki, o, bununla da bir qədər bu fikirdən uzaq gəzmək istəyirmiş. Elçilik etdikdə qız deyir: Mən sənə gəlməyə hazıram, lakin mənim kəbinimin qiyməti çox ağırdır. Bu da ona son dərəcə vurulduğundan qızın hər bir şərti ilə razı olduğunu bildirir. Qız deyir: Üç min dirhəm. Deyir: Olsun, razıyam. Qız yenə deyir: Bir qul da istəyirəm. Razı olur. Qız bir kəniz də tələb edir. Bu yenə razı olur. Qız nəhayət deyir: Mənim son tələbim budur ki, Əlini öldürəsən. İbni Mülcəm bir az mütəəssir olub sarsılır və deyir: “Biz evlənib xoş və dinc yaşamaq istəyirik. Əlinin öldürülməsi bizə evlənib yaşamaq fürsəti verməz”. Qız israr edərək deyir: “Bu mənim son sözümdür, mənə qovuşmaq istəyirsənsə, Əlini öldür! Diri qalsan mənə qovuşacaqsan, ölsən heç”. İbni Mülcəm bir müddət bu təklifin üzərində fikirləşir. O, yazdığı bir-iki beyt şeirində deyir: Məzmunu: «Kəbin üçün bu neçə şeyi məndən istədi. Dünyada bu ağırlıqda kəbin tapılmaz. Dünyada hər hansı bir kəbin nə qədər çox olsa da, Əliyə çata bilməz. Mənim arvadımın kəbini Əlinin qanıdır. Dünyada qiyamətə kimi heç bir sui-qəsd İbni Mülcəmin etdiyi qədər böyük və əhəmiyyətli olmayacaqdır». İndi görək Əli (ə) nə vəsiyyət edir? Əli (ə) ölüm halında olarkən iki cərəyanı düşünür. Biri Müaviyə başda olmaqla qasitilər hərəkatı və münafiqlər cərəyanı, ikinicisi isə təəssübkeş «müqəddəsməsləklər» cərəyanıdır. Bu iki cərəyanın arasında da ziddiyyət var. Əli (ə) fikirləşir ki, onun səhabələri ondan sonra nə edəcəklər?! Buyurur: «Məndən sonra xəvarici öldürməyin. Baxmayaraq ki, onlar məni öldürdülər. Lakin siz onları öldürməyin, çünki məndən sonra siz nə qədər onları qırsanız, Müaviyənin xeyrinə olacaq. Müaviyə təhlükəsi başqa bir təhlükədir”. Sonra buyurur: «Məndən sonra xəvarici öldürməyin, çünki haqqı tələb etməkdə səhv edənlərlə, əvvəldən batili istəyən və ona çatanlar arasında fərq vardır. Bunlar axmaqdırlar, o biriləri isə batil işlərin ardıncadırlar; ona çatıblar da». Əli (ə) heç kimə kin bəsləmir və həmişə ədalət və məntiqlə danışır. Məsələn, həmin İbni Mülcəmi tutub Əli (ə)-ın hüzuruna gətirdilər. Həzrət Əli (ə) ağır yaralandığı və yaxşı danışa bilmədiyi üçün zəif bir səslə İbni Mülcəmlə bir qədər söhbət edir. Ondan soruşur: «Nə üçün bu işi gördün? Mən sənin üçün yaxşı bir İmam deyildimmi?». Əli (ə)-ın yüksək mənəviyyatı sanki ona təsir edir və o deyir: «Sən mənim kimi qəddar, günahkar və cəhənnəm əhli olan bir şəxsi qurtara bilərsənmi? Görəsən mən bu işi bədbəxtlikdən və talehsiz bir insan olduğum üçün etmişəm? Başqa bir rəvayətdə deyilir: Əli (ə) onunla danışanda o, qəzəblə Əli (ə)-a cavab verdi və dedi: Əli! Mən aldığım qılıncla Allaha and içmişdim ki, onunla Allahın ən pis və nasaleh bəndələrini öldürəm. Həmişə də Allahdan istəmişəm ki, bu qılıncla öz pis əməl edən bəndələrini öldürsün. Əli (ə) buyurdu: «Təsadüfən sənin bu duan və tələbin müstəcab olub, çünki sənin özünü elə bu qılıncla öldürəcəklər. Əli (ə) Kufədə dünyadan gedir. Nəhrəvan xəvaricindən başqa bütün əhali onun dəfn mərasimində iştirak edib ona ağlamaq arzusundadır. Ramazanın iyirmi birnci gecəsində xalq hələ Əli (ə)-ın gecə yarısında dünyaya göz yumduğunu bilmir. Əli (ə) vəfat edən gecə dərhal o həzrətin övladları İmam Həsən, İmam Hüseyn, Məhəmməd ibni Hənəfiyyə, cənab Əbülfəzlül Əbbas və bir neçə başqa şəxs gizlicə Əli (ə)-a qüsl verib, kəfənə bükürlər və həmin gecə Əli (ə)-ın özünün qabaqcadan təyin etdiyi naməlum bir yerdə onu torpağa tapşırırlar. Qəbrin harada olduğunu da kimsəyə demirlər. Ertəsi gün səhər camaat eşidir ki, ötən gecə Əli (ə) dünyadan gedib, naməlum yerdə dəfn olunubdur. Əli (ə)-ın dəfn olunduğu yer haradadır? Heç kimə demədilər. Hətta bəzi rəvayətlərə görə İmam Həsən (ə) onların fikrini yayındırmaq üçün Mədinəyə bir cənazə göndərir və iddia edir ki, Əli (ə) orada dəfn edilibdir. Bütün bu işləri də yalnız xəvaricin təhlükəsini dəf etmək üçün edirlər. Çünki onlar Əli (ə)-ın harada dəfn olunduğunu öyrənsəydilər, şübhəsiz ki, qəbri açıb o həzrətin cənazəsinə hörmətsizlik edəcəkdilər. Xəvaricin hakimiyyəti dövründə Əli (ə)-ın övladlarından başqa, onun harada dəfn olunduğunu bir kimsə bilmirdi. Bu vəziyyət yüz il çəkdi. Bu hadisədən yüz il sonra xəvaric aradan getdi. Bəni-üməyyə dövrü də başa çatdı. Abbasilərin hakimiyət dövrü başlandı. Onlar bu mövzuya toxunmurdular. Belə olduqda ilk dəfə İmam Cəfər Sadiq (ə) Əli (ə)-ın qəbrinin harada olduğunu aydınlaşdırdı. Sizin tanıdığınız Səfvan deyir: «Kufədə İmam Cəfər Sadiq (ə)-ın hüzuruna getmişdim. O həzrət bizi Əli (ə)-ın məzarına .rıb dedi: «Əli (ə)-ın qəbri buradır». O həzrət Əli (ə)-ın qəbrinin üstünü düzəltməyi əmr etdi. Bununla da Əli (ə)-ın qəbri hamıya aşkar oldu». Deməli, Əli (ə) qarşısına çıxan bu böyük çətinlik onun öz dövründə başa çatmamışdı və o həzrətin ölümündən yüz il sonra da davam etmişdi. «Sən və sənin övladların nə qədər məzlum idi, ya Əli! Mən bilmirəm, Əmirəl-möminin çox məzlumdur, yoxsa onun övladı Əba-Əbdullahil-Hüseyn?! Əli (ə) heç bir zaman düşmənin şərindən rahat olmadığı kimi, onun əziz balası İmam Hüseyn (ə)-ın vücudu da daim düşmənlərdən əzab çəkmişdir. Bəlkə elə buna görədir ki, buyurur: «Heç bir gün sənin günün kimi deyil, ya Əba Əbdillah!» İmam Həsən (ə) Əli (ə)-ın cənazəsini gizlətdi. Nə üçün? Çünki istəmirdi Əli (ə)-ın müqəddəs bədəninə ehtiramsızlıq olunsun, lakin Kərbəlada vəziyyət tam başqa idi. İmam Zeynəlabidin (ə) atası İmam Hüseyn (ə) şəhid olduqdan sonra onun cənazəsini gizlətməyə fürsət tapmadı. Nəticəsi də hamıya mə’lumdur... Mən burada danışmaq istəmirəm. O şəxs yaxşı deyib: «Köhnə paltar nəyə lazımdır? Bir halda ki, atların dırnaqları altında, tikə-tikə olunmuş bədəndə bir şey qalmayıbdır?!». Mənbə
  19. Eh.... Bir ölkədə ki azan qadağan oluna mən hər şey gözləyirəm...
  20. Bu zaman İmam (əleyhis-salam) minbərin üstündə əyləşdi. Sözə başlamaq istəyəndə gözlərindən yaş axmağa başladı, qəhər boğazını tutdu. Bir anlığa dayandı, sonra buyurdu: Hər hadisə barəsində–istər bizim üçün xoşa gələn, istərsə də ürək ağrıdan olsun–bir olan Allaha həmd olsun. And olsun yeganə olan Allaha və and olsun Öz bəndəsinə Quranı göndərən Xaliqə! Keçən gecə elə bir insan dünyadan getdi ki, ondan qabaqkılar imanında ondan qabağa keçə bilmədi və ondan sonrakılar da onunla ayaqlaşa bilməzlər. O, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in gözləri önündə vuruşur, onun canını qorumağı öz canından üstün tuturdu. Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onu öz bayraqdarı seçirdi. Cəbrail sağ, Mikail sol tərəfdən onu qoruyurdu. Allah onun köməyi ilə İslam Ordusunu qələbəyə çatdırmayınca, meydandan qayıtmazdı. Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) elə bir gecə dünyadan getdi ki, həmin gecədə Həzrət İsa asimana çəkilmiş, Həzrət Musanın canişini Yuşe ibni Nun dünyadan getmişdi. Həzrət elə bir halda dünya ilə vidalaşdı ki, özündən sonra 700 yüz dirhəmdən başqa heç bir mal-dövlət qoymamışdır. Bu pulu da öz maaşından saxlamışdı ki, ailəsinə xidmətçi alsın. (Elə bu vaxt qəhər Həzrətin boğazını tutdu və ağlamağa başladı. Sonra özünü təqdim etməyə başlayıb buyurdu:) Mən elə bir ailədənəm ki, Allah hər növ pisliyi, çirkinliyi onlardan uzaqlaşdırmış və onları yaxşı-yaxşı pakizə etmişdir. Mən elə bir ailədənəm ki, Allah onları sevməyi Öz kitabında (müsəlmanlara) vacib buyurmuşdur: “De (ey Peyğəmbər): sizin hidayətiniz üçün çəkdiyim əziyyətlərin qarşısında, mənim yaxın adamlarımı sevməkdən başqa heç bir muzd istəmirəm Hər kəs yaxşı işlər görsə, Biz onların hədiyyələrini (savablarını) artırırıq” (“əş-Şura”, 23). Bizi sevmək Allahın işarə etdiyi həmin həsənədir. Sonra İmam Həsən (əleyhis-salam) minbərdən enib oturdu. “İmam Həsən və İmam Hüseynin başına nələr gəldi”, Seyyid Kaşani Mənbə
  21. Biz də bir-birimizin ombasına səcdə etmirik, boşanmaq niyyəti ilə nigah bağlamırıq, minlərlə müsəlmanı həlak edən münafiqləri "mömin" sifətində göstərib əməllərini "ictihad" adlandırmırıq və s..... Bu gecə Ramazanın 12-ci gecəsidir. Bir otur Quran oxu, dua elə və düşün: Axı sən kimsən ki, kimisə müsəlman saymayasan?! Sənin müsəlman saymadıqların Əhli-beytin (ə) müdafiəsinə qalxanda sən və sənin sələflərin harada idi? Bu gün sənin əqidə yoldaşların kimlərin havadarıdır? Gör İsrailin düşməni kimdi, dostu kimdi! Biz sizintək kor deyilik, get bu nağılları o "diktator forumlarınız"da yaz.
  22. Bu mövzunu oxuyanda həqiqətən təəssüfləndim, gör dindarlarımız artıq məscidləri də "təkfir edir"lər. Bu forumda din bölməsini oxuyub, din öyrənmək istəyənlər yəqi sizdən öyrənəcəklər Müraciətim Əhli-beyt aşiqlərinədir! Ey əziz qardaşlarım! Siz başqalarına uymayın! Bir kəslərin ki, özünə sələf seçdiyi səhabələrə "it" deyir, siz onlardan nə gözləyirsiniz? Bizim ki sələfimiz Əhli-beytdir!
  23. Qardaşım! Yazdıqlarını oxudum və bəyəndim! Lakin islam dinində "təravih namazı" deyilən bir şey yoxdur! Təravih namazları ikinci xəlifə Ömər tərəfindən islama yeridilmiş bidətdir. Bu namaz Peyğəmbər (s) zamanı olmayıb! Çox təəssüf olsun ki, əhli-sünnə qardaşlar da bu bidətə tabe olub, onu qılırlar. Amma Əhli-beytdən (s) bir hədisə əməl etdiyimiz üçün, bizimlə müharibəyə qalxırlar. Üzr istəyirəm qardaş, düzəliş edildi, diqqətə görə Allah razı olsun!
  24. Əlbəttə, etiraz edəcəksiniz. Biz ki sizin xain kimliyinizi çoxdan bilirik. Siz, əlbəttə ki, rus ideologoyası əleyhinə olan hər şeyə etiraz etməlisiniz. İndi nə demək istəyirsiniz? Bəlkə Sovet Rusiyası İslama qarşı tolerant olub, bizim xəbərimiz yoxdu?
  25. 11 ayın sultanı olan Ramazana lap az qalır. Bütün İslam dünyasında sevinclə dolu bayram abu-havası hökm sürür. Allaha iman gətirən insanlar bu böyük ayı səbirsizliklə gözləyir. Bəs biz necə bu böyük imtaha hazırıqmı? Ramazana yetərincə hazır olmaq üçün bu ayın fəlsəfəsini, Allah mərtəbəsində dəyərində dərk etmək lazım gəlir. Gəlin Qurana və sünnəyə diqqət yetirək: Oruc nə üçün bu qədər önəmlidir? Hansı əsasla bu ibadətə belə böyük dəvət var? Müqəddəs kitabdan oxuyuruq: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə”,183). Deməli artıq ən mötəbər mənbə olan Quran səviyyəsində oruc vacib bilinir. Həmçinin ayədə orucun əvvəlki ümmətlərə vacib olunması qeyd olunur. “əl-Mizan təfsiri”ndə qeyd olunur ki, bu ifadədə Musa və İsa peyğəmbərlərin (hər ikisinə salam olsun) ümmətləri kimi ümmətlər nəzərdə tutulmuşdur. İnsanları düşündürən başqa bir şey isə orucun əmr edilmə fəlsəfəsidir. İnsan oruc tutarkən ilk əvvəl nəfsinə uymaqdan uzaq olur. Aclıqla, şəhvətlə mübarizəsini gücləndirir. Həmçinin kasıbların, yoxsulların gündəlik yaşayışlarını anlayır, artıq onlara qarşı daha həlim davranır. Bu həmçinin insanın zəkatını, xümsünü vaxtlı-vaxtında verməsinə gətirib çıxarır. Nəhayət, bəndə bütün bunları Allah rzası üçün edir. Əsas hədəf də budur-Allah rzası üçün! Allah-təala Quranda bu öz rəsuluna və möminlərə əmr edir: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (“əl-Ənam”,162). Hər gün 5 vaxt namaz qılarkən “qürbətən iləllah” niyyəti edirik, yəni namazımızı Allah yaxınlaşmaq, onun əmrini yerinə yetirmək niyyəti ilə qılırıq. Oruc da eyni ilə belə olmadılır. Bəndə anlamalıdır ki, oruc sağlam olmaq, arıqlamaq və s. niyyətlərlə yox, ancaq Allahın əmrini yerinə yetirmək məqsədi ilə tutulmalıdır. Əks halda bu oruc savab yox, günah mahiyyəti daşıyar. Ramazan ayı həm də bir bağışlanmaq ayıdır. Hədislərdə buyurulur ki, Allah-təala bu ayda rəhmət qapılarını açar. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər” (“Biharul-Ənvar, c.96,səh. 348 , hədis 14”). Ramazana bir islah ayı kimi də baxmaq lazımdır. Şübhəsiz, biz günahkar bəndələrin gündəlik bəlkə də o qədər önəm verməyərək işlədiyimiz günahlar var. “Ağ yalanlar”, qeybət, söyüş kimi dil bəlaları çox müsəlmanda heyf ki, müşahidə olunur. Gəlin heç olmasa ildə bir ay-Ramazan ayında bu günahlara ara verək. Çünki insan əvvəlcədə bu ayda həmin əməllərdən çəkinməyi hədəfləsə və çəkinsə, artıq sonra da bu günahları işləməz. Nəticədə, bəndə bu günahdan çəkinməyin mümkünlüyünü anlayar. Ramazanın digər bir xüsusiyyəti də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, təravih namazları qılmaq çox faydalıdır. Bir çoxumuz Allahın zikrindən ayrı düşmək üçün müxtəlif bəhanələr axtarır, bunu işimizin çox olması, vaxtın darlığı ilə izah edirik. Gəlin heç olmasa bu ayda Allahı anmaqdan uzaq düşməyək! Metroda gedə-gedə, oturanda, uzananda zikr edək! “Lə iləhə illəllah”, “Subhanəllah”, “Allahu məğfirli” və s. zikrlərlə Allahı təsbih edək! Bu ayda ibadətlərə nə qədər böyük qaşılıq verildiyini xatırlayaq! Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!” (“Əmali-Səduq,səh. 52 , hədis 2”). Amma əvvəldə qeyd etdiyimiz kimi ibadətin fəziləti onun bəndəni günahlardan təmizləməsi ilə ölçülər. Deməli ibadətlərimizi artırdığımız kimi, günahlarımızı da azaltmalıyıq. Əks halda ibadətimizin Allah dərgahında bir yeri, dəyəri olmaz. Ey iman gətirən şəxs! Ramazana layiqincə hazırlaş və bağışlan! Bu ayda bağışlanmayan “bədbəxt” adlandırılıb! Sözümüzü isə gözəl bir hədisi-şəriflə bitirmək yerinə düşər. Hədis isə yenə sevimli peyğəmbərimizdəndir (s): “Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz” (“Biharul-Ənvar”, c.96,səh. 34 , hədis 8). Menbe
×
×
  • Create New...