Перейти к содержимому

Ibtidai Eqaid Dersleri


Qelem

Recommended Posts

بِسمِ الله الرحمن الرَحِيمِ

اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bismillehir Rehmanir Rehim

DİN NƏDİR?

Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol gцstərmək ьзьn gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi gцstərişlərdən ibarətdir. Bu əqidələrə e`tiqad bəsləyib onun gцstərişlərini yerinə yetirmək insanın hər iki dьnyada səadət və xoşbəxtliyini tə`min edir. Deməli, biz dindar olub Allahın, Peyğəmbərin gцstərişlərinə tabe olsaq, həm mьvəqqəti olan bu dьnyada, həm də əbədi bir aləm olan axirət dьnyasında sonsuz xoşbəxtliyə nail ola bilərik.

Bildiyimiz kimi, yalnız o şəxslər həqiqi xoşbəxtlik və səadətə nail ola bilərlər ki, həyatda dьzgьn hədəfə malik olsunlar, səhv və azğın yolda olmasınlar, yaxşı və bəyənilən əxlaqa, insani keyfiyyətlərə yiyələnsinlər, yaxşı işlər gцrərək, təlatьmlə dolu olan dьnya həyatında xatircəm, qьvvətli və aram qəlbə malik olsunlar.

İlahi din bizləri məhz həmin səadət və xoşbəxtliyə doğru .rır; din olmadıqda isə həqiqi səadət və xoşbəxtliyin gerзəkləşməsi mьmkьn deyildir. Dini əqidələr insanın qəlbində yerləşən və hər bir halda onunla olub, onu rəzalətlərdən, yaramaz əməllərdən saxlayaraq insani fəzilətlərə doğru sцvq edən məxfi polisə bənzəyir.

İman insanın ən gьclь, mцhkəm və e`tibarlı sığınacağıdır. İmanlı şəxslər həyatın enişli-yoxuşlu yollarında heз vaxt qorxuya, qəm-qьssəyə dьзar olmurlar. Allaha pərəstiş edənlər heз bir xoşagəlməz hadisə qarşısında цzlərini itirmir, alзaqlıq və həqarət hissi də keзirmirlər; зьnki onlar, Xaliqin qeyri-məhdud və mьtləq qьdrətinə arxalanmışlar; bьtьn hallarda Onu yad edir və yalnız Ona sığınırlar. Belə insanlar həmişə xatircəm, aram və gьclь qəlbə malik olurlar.

Dinimiz bizə gцzəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tцvsiyə edir, mьmkьn qədər yaxşı və bəyənilən işlər gцrməyə зağırır.

Buna əsasən din ьз hissəyə bцlьnьr:

1. E`tiqadlar;

2. Əxlaq;

3. Əməl.

Qısa şəkildə qeyd olunan bu bəndlər əziz oxucular tərəfindən qəbul olunsun deyə, onları şərh etmək lazımdır.

E`TİQADLAR

Biz цz fitrətimizə və əql qьvvəmizə mьraciət etdikdə başaşьrьk ki, heyrətamiz bir quruluşa, dəqiq qanunauyğunluqlara malik olan varlıq dьnyası цz-цzьnə, təsadьf ьzьndən yarana bilməz; həmзinin insanı heyrətə gətirən bu varlıqlar sistemi, onu nizamlayıb tənzim edən bir qьvvə olmadan vьcuda gələ bilməz. Şьbhəsiz, bunlar sonsuz qьdrət və elmə malik olan bir Yaradan tərəfindən xəlq edilmişdir. Belə ki, O, bu bцyьk və əzəmətli dьnyanı yaratdıqdan sonra varlıq aləminin hər bir yerində dəyişilməz və sabit qanunlar bərqərar edərək yaradılış dьnyasını зox dəqiq nizam əsasında idarə edir. O, heз bir şeyi əbəs yerə yaratmamışdır, heз bir varlıq dьnyaya hakim kəsilən ilahi qanunlardan xaricdə deyildir.

Mərhəmətli Allahın цz yaratdıqlarına qarşı bu qədər lьtf və mehribanlıq gцstərməsini nəzərə alaraq, Onun, yaradılış aləminin şah əsəri olan insanı цz başına buraxmasını təsəvvьr etmək olarmı?! Gцrəsən insan adlı həddən artıq mьrəkkəb bir məxluqa yol gцstərmədən, bəşər cəmiyyətini, onun əksər hallarda nəfsani istəklər əsiri olan, nəticədə azğınlığa, bədbəxtliyə dьзar olan əqlinə həvalə etməsi mьmkьndьrmь?! Əlbəttə, bu sualların cavabı hamıya gьn kimi aydındır.

Deməli, Allah-taala bəşəriyyəti dьzgьn yola istiqamətləndirmək ьзьn, hər nцv səhv və xətadan uzaq olan peyğəmbərlər gцndərməlidir ki, insanlar o gцstərişlərdən istifadə etməklə əbədi səadət və xoşbəxtliyə nail olsunlar.

İnsan, bu dьnyada dini gцstərişlərə əməl etməyin fayda və tə`sirlərinin tam şəkildə aşkar olmadığını, yaxşı əməl sahiblərinin цz həqiqi mьkafatlarını almadığını, eləcə də zalım və pis insanların цz əməllərinin nəticəsini gцrmədiyini mьşahidə etdikdə, hər bir şeyin цz ədalətli həllini tapması ьзьn bu dьnyanın yetərli olmadığını başaşьr; belə hцkm edir ki, başqa bir aləm də olmalı və orada insanların əməlləri dəqiq şəkildə araşdırılmalıdır; xeyir işlərə gцrə mьkafatlanmalı, зirkin və yaramaz işlərə gцrə isə cəzalanmalıdır. İlahi dinlər insanları bu və sonradan mьfəssəl şəkildə bəyan olunacaq sair haqq e`tiqadlara təşviq edir və onları cəhalət, nadanlıq və qəflətdən uzaqlaşdırır.

ƏXLAQ

Dini tə`limlər bizə цyrədir ki, həyatda bəyənilən sifətlərə və gцzəl əxlaqa malik olaq, цzьmьzь gцzəl insani səciyyələrlə zinətləndirək, цz vəzifə və məs`uliyyətlərimizi başaşьb xeyirxah olaq, insanları sevək, mehriban, vəfadar, xoşəxlaq, gьlərьz və ədalətli olmağa зalışaq, haqqımızı mьdafiə edək, цz hьquqlarımızın həddini aşmayaq, xalqın canına, malına və namusuna toxunmayaq, elm və ədəb цyrənmək yolunda əlimizdən gələni əsirgəməyək, nəhayət ədalət və mц`tədilliyi həyatımızın bьtьn yцnlərində tətbiq edək.

ƏMƏL

Dini tə`limlərdə bizə gцstəriş verilir ki, həyatda insanın həm цzьnьn, həm də cəmiyyətin mənafeyinə uyğun olan bə`zi işləri yerinə yetirək, fitnə-fəsad və azğınзılıq yaradan işlərdən uzaq olaq; bundan əlavə, bizə əmr olunur ki, Allaha sitayiş edərək namaz qılıb oruc tutaq və Allaha itaət və bəndəзilik nişanələri olan mьəyyən əməlləri yerinə yetirək.

Mə`lum olduğu kimi, dinin gətirdiyi və insanları ona tərəf də`vət etdiyi qayda-qanunların bə`ziləri e`tiqad, bə`ziləri əxlaq və bə`ziləri isə əməllə əlaqədardır ki, onların qəbul və ya əməl edilməsi əbədi xoşbəxtliyin yeganə vasitəsidir. Əks təqdirdə, insan həqiqətdən uzaqlaşaraq, gцzəl əxlaq və yaxşı əməllərdən məhrum olar, heз vaxt həqiqi səadətə nail ola bilməz.

İNSANIN ALLAHLA ƏLAQƏDAR VƏZİFƏSİ (ALLAHI TANIMAQ)

Mьtəal Allah qarşısındakı vəzifəmiz bьtьn vəzifələrin ən mьhьmdьr, biz pak qəlblə, xalis niyyətlə onun yerinə yetirilməsinə зalışmalıyıq. Həm də bu, цz Rəbbini tanıyan insanın ilkin vəzifəsidir. Зьnki Allah bьtьn varlıq aləminin mənşəyi, hər bir həqiqi varlığı yaradan olduğuna gцrə Onu tanımaq və Onun varlığı barəsində elm kəsb etmək də hər bir gerзəklik gцrən gцzə nuranilik bəxş edir. Bu həqiqətə e`tinasız yanaşmaq hər nцv cəhalətin və bəsirətsizliyin mənşəyidir. Hər kəs haqq barəsində mə`rifət kəsb etməyə e`tinasız qalsa və nəticədə цz vicdanının aydın зırağını sцndьrsə onun həqiqi insani xoşbəxtliyi əldə etmək ьзьn heз bir yolu olmayacaqdır.

Gцrdьyьmьz kimi Allahı tanımaqdan ьz dцndərən və цz həyatlarında bu məsələyə əhəmiyyət verməyən insanlar insani mə`nəviyyatdan ьmumiyyətlə uzaq dьşmьşlər, onların yırtıcılıq və yeyib-iзməkdən başqa bir şey bilməyən heyvanların məntiqindən başqa məntiqləri yoxdur. Mьtəal Allah Цz kəlamında buyurur: "Allahı yad etməkdən ьz dцndərən, dьnya həyatı, yemək və yatmaqdan başqa bir məqsədləri olmayanlardan ьz dцndər. Зьnki bu cьr insanlar dьnyada yemək və yatmaqdan başqa bir şey bilmirlər."

Əlbəttə qeyd olunmalıdır ki, insan ьзьn – həqiqət gцrən və istidlal qərizəsinə malik olan bir insan ьзьn Allahı tanımaq zəruri və təbii bir işdir. Зьnki o, цzьnьn Allah verən şьuru ilə yaradılış aləminin hər bir guşəsinə nəzər salsa Allahının vьcudunun əsərlərini, elm və qьdrətini mьşahidə edəcəkdir. Buna əsasən Allahı tanımağın mə`nası bu deyildir ki, insan Allahşьnaslığı цzь ьзьn vьcuda gətirsin, əksinə məqsəd bundan ibarətdir ki, insan heз bir pərdə ilə цrtьlə bilməyən bu aydın həqiqətə e`tinasızlıqla yanaşmasın, onu hər an Allaha doğru də`vət edən vicdanına mьsbət cavab versin və bu mə`rifəti əldə etməkdə hər nцv şəkk və tərəddьdь qəlbindən зıxarsın.

ALLAHA PƏRƏSTİŞ ETMƏK

Allahı tanıdıqdan sonra bizim nцvbəti vəzifəmiz Ona pərəstiş etməkdir. Зьnki haqqı tanımaqla aydın olur ki, bizim yeganə hədəfimiz olan əbəbdi səadət və xoşbəxtlik mehriban Allahın bizim həyatımız ьзьn tə`yin etdiyi və Цz peyğəmbərləri vasitəsilə bizə зatdırdığı proqramların icra olunması və onlara əməl edilməsindən ibarətdir. Deməli, Allahın fərmanlarına itaət və Onun hьzurunda bəndəзilik etmək yeganə bir vəzifədir ki, sair vəzifələr onun mьqabilində зox əhəmiyyətsiz və kiзik gцrьnьr.

Mьtəal Allah buyurur: "Allahın əmr və gцstərişi budur ki, Ondan başqa heз kimə pərəstiş etməyin və başqasına itaət etməyin."

Yenə buyurur: "Ey insanlar! Sizə fərman vermədikmi və sizinlə əhd-peyman bağlamadıqmı ki, sizin aşkarşməniniz olan şeytana itaət etməyin və yalnız Mənə itaət və bəndəзilik edin?! Dьz yol elə budur."

Buna əsasən bizim vəzifəmiz bundan ibarətdir ki, цzьmьzьn bəndəзilik məqamımızı və ehtiyaclarımızı tanıyaq, Allahın qeyri-məhdud əzəmətini nəzərə alaq və Onun hər bir cəhətdən цzьmьzə əhatəli olduğunu bilək, yalnız Onun əmr və fərmanlarına itaət edək, mьtəal Allahdan başqa heз nəyə pərəstiş etməyək – alim Allahın onlara itaət etməyi bizə əmr verdiyi imam və peyğəmbərlərdən başqa.

Mьtəal Allah buyurur: "Allaha, Onun peyğəmbərinə və din rəhbərlərinə (imamlara) itaət edin."

Əlbəttə, Allaha və din rəhbərlərinə itaət etmək nəticəsində əməli olaraq Allaha mənsub edilən hər bir şeyə tam ehtiramla yanaşmalı, Allahın mьbarək adını, din rəhbərlərinin adını ədəbdə yad etməli, Allahın kitabına (Qur`ana), Kə`bəyə, məscidlərə, ilahi цvliyaların məqbələrinə də ehtiram gцstərməkdə зalışmalıyıq. Belə ki, Allah-taala Qur`anda buyurur: "Hər kəs Allahın nişanələrini və şьarlarını (ehtiramla yad edib onlara) tə`zim etsə, цz batini pəhrizkarlığını izhar edər."

İNSANIN ЦZЬ İLƏ ƏLAQƏDAR VƏZİFƏSİ

İnsan цz həyatında hər hansı ьslubu seзsə, hər bir yolu keзsə həqiqətdə цzьnьn səadət və xoşbəxtliyindən başqa heз bir şey istəmir. Səadət yolunu tanımaq onun цzьnь tanınmasından sonrakı nцvbədə gəlir (yə`ni цzьmьzь tanımayınca, цz həqiqi ehtiyaclarımızın nədən ibarət olduğunu bilməyəcəyik, halbuki, bizim səadətimiz onların tə`min olunub aradan qaldırılmasındadır). Buna gцrə də insanın ən mьhьm və lazımlı vəzifəsi budur ki, цzьnь tanısın və bununla da цzьnьn həqiqi səadət və xoşbəxtliyini dərk etsin, ixtiyarında olan vasitələrlə ehtiyaclarını tə`min etməyə зalışsın, onun yeganə sərmayəsi olan цmrьnь əbəs işlərə sərf edərək mьftə əldən verməsin.

Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: "Hər kəs цzьnь tanısa Rəbbini də tanıyar."

Əli (ə) buyurur: "Hər kəs цzьnь tanısa mə`rifətin ən yьksək mərhələsinə зatmış olur."

İnsan цzьnь tanıdıqdan sonra başaşьr ki, onun ən mьhьm vəzifəsi insaniyyət gцvhərini əzizləməkdir. O, belə bir gцvhəri tapdalamamalı, onun zahiri və batini cəhətdən təmiz saxlanılmasına зalışmalıdır ki, ləzzət və şirinliklə yanaşı olan əbədi bir həyata nail ola bilsin.

Əli (ə) buyurur: "Hər kəs цzьnь əzizləsə nəfsin gцstərişləri (nəfsani istəklər) onun nəzərində alзaq və dəyərsiz olacaqdır."

İnsanın varlığı iki şeydən təşkil olunmuşdur: ruh və bədən. İnsan onun hər ikisinin səhhətinin qorunub-saxlanmasında зalışmalıdır. Mьqəddəs islam dinində bu iki yцnьn hər ikisinə dəqiq fikir verilmiş, bu barədə kifayət qədər gцstərişlər verilmiş və buyurulmuşdur ki, insan həm ruhunun, həm də bədəninin sağlamlığı ьзьn зalışmalıdır.

Изменено пользователем Qelem
Ссылка на комментарий
Поделиться на других сайтах

MÜASIR INSANLARIN DINƏ YÖNƏLMƏSI VƏ ƏQIDƏ ÜSULLARININ BƏYAN EDILMƏSININ ZƏRURƏTI

Müasir dünyanı elm və texnologiya əsri adlandırırlar. Bəşər övladı son əsrdə bu sahələrdə çox ciddi irəliləyişlər əldə edərək elmi-texniki tərəqqiyə nail olmuşdur. Bunu da onun səciyyəvi xüsusiyyətlərindən hesab etmək olar. Amma bu xüsusiyyətlə yanaşı, müasir insanın dinə və dini məfhumlara diqqət yetirməsi kimi böyük və əzəmətli bir mədəniyyət də yaranmışdır.

Dinə yönəliş tarix boyu insanların ən mühüm təmayüllərindən biri olmuşdur. Mö`təbər tarixi sənədlərə əsasən, tarixin heç bir dövründə insanlar din məsələlərindən ayrı olmamışlar. Buna baxmayaraq, elmdə dərin və köklü dəyişikliklər edildiyi renesans dövründən sonra, bəşər övladı maddi təbiətə hakim kəsilmiş, müəyyən siyasi və mədəni amillərin tə`siri nəticəsində dinə olan meylləri nisbətən zəifləmiş, qərb cəmiyyətlərində dinə qarşı bir növ e`tinasızlıq yaranmışdır.

Bu ruhi xəstəlik də tədricən şərq ölkələrinə nüfuz edərək müəyyən qrupları öz tə`siri altına almışdır. Bu cərəyanlar o qədər irəlilədi ki, müasir elmin bəşəriyyətin bütün ehtiyaclarını tə`min etməsi, eləcə də dinin öhdəyə aldiği məsələləri həll edə biləcəyi təsəvvürü yarandı.

Lakin bir sıra təxribatçı və viranedici amillərin büruz etməsi bu təsəvvürün yanlış olmasını sübut etdi və bir daha göstərdi ki, bəşəriyyətin dini - mə`nəvi ehtiyacları nəyinsə gəlməsi ilə aradan qalxmır, heç bir şey dinin yerini verə bilməz. Biz bu amillərin üçünü qeyd etməklə kifayətlənirik:

1. 20-ci əsrdə Dünya müharibəsinin baş verməsi: On milyonlarla insan tələfatına səbəb olan birinci və ikinci dünya müharibələri dinə yadlaşan elmin vasitəsi ilə idarə olunurdu. Bəşəriyyətin arzularını gerçəkləşdirməyə qadir olduğu təsəvvür olunan elm isə, gözlənilmədən insanları belə bədbəxtçiliklərə, uçurumlara doğru sürüklədi!

2. Əxlaqsızlıqlara rəvac verilməsi nəticəsində ailə ocaqlarının dağılması: Qərb dünyasının əksər bölgələrində müqəddəs ailə ocağı özünün əsl mahiyyətini əldən verərək müvəqqəti və davamsız bir ictimaya çevrilmişdir. Məhz yeni elm də bu barədə müəyyən qədər rol oynamışdır. (Əlbəttə, məqsədimiz düzün yol göstərilməyən və başqa sözlə, dindən ayrı olan elmdir.)

Bu o demek deyildir ki, müasir elm tam mə`nada ziyanlı bir şeydir. Əksinə, məqsədimiz budur ki, müasir elm və texnologiya dini və mə`nəvi rəhbərdən məhrum olduğu üçün, bütün ictimai və fərdi çatışmamazlıqların, nöqsanlı halların mənşəyi olmuşdur.

3. Bə`zi elmi fərziyyələrin özünü doğrultmayıb e`tibardan düşməsi: Bəşəriyyətin müasir elmə ifrat dərəcədə olan bağlılıq və nikbinliyini şiddətlə azaldan bu iki amildən əlavə, bə`zi elmi fərziyyələrin özünü doğrultmaması bəşəriyyətin dünya barəsindəki mə`rifətini göstərən yeni elmə inamının aradan getməsinə səbəb oldu, 19-cu əsrdə qərb dünyasının gözlərini örtən xam xəyal pərdələrini aradan qaldırdı.

Bu və sair amillər insanların bir daha özünün ilkin fitrətinə qayıtmasına, dini maarifə üz tutmasına səbəb oldu. Bəşərin özünü öz əli ilə dini məziyyətlərdən məhrum etdiyi zaman müddəti keçdikdən sonra teşnə insanlar kimi din adlı bir zülal çeşməsinin ardınca düşdü.

Bu məsələ o qədər aşkardır ki, heç bir dəlil-sübuta ehtiyac duyulmur. Dünyada baş verən dəyişiklikləri diqqətlə izləyən şəxslər həmin məsələdən tam agahdırlar. Yeni meydana gəlmiş bu təmayüllər yüksək sür`ətlə irəliləmişdir. Belə ki, dini məsələlər elmi-təhiqqat mərkəzlərində diqqət mərkəzində saxlanılır, mütəfək-kirlər və elm xadimləri onun barəsində təhqiqat .rırlar. Qısa müddət ərzində din və dini məsələlər barəsində külli miqdarda məqalə və kitab nəşr olunmuşdur.

Məşhur yazıçılardan birinin dediyi kimi: “Dinə və mə`nəviyyata qayıdış qərbin cəmiyyətşünaslıq prinsiplərinin bünövrəsini təhdid edir. Buna görə də qərb mütəxəssisləri müsəlmanların bir daha dinə qayıtmasından vəhşət hissi keçirdikləri kimi, məsihilərin də öz dinlərinə qayıdışından narahatlıq hissi keçirirlər. Onlar həqiqətdə qərb cəmiyyətlərində insanların hər hansı formada olursa olsun, hətta fərdi həyatında olsa da belə, dinə və mə`nəviyyətə yönəlişindən, iman və mə`nəviyyətin hakim olacağından qorxurlar.

Qərb icmalçılarından biri həm müsəlman, həm də qeyri-müsəlman cəmiyyətlərində imanın artması və insanların dinə qayıdışı barəsində nümunələri qeyd etdikdən sonra qərbdəki ifratçı məsihilərə işarə edərək son illərdə nəzərə çarpacaq dərəcədə irəliləyiş olduğunu belə vurğulayır: “Din ardıcıllarının sayının gündən-günə və müxtəlif formalarda artması son illərdə baş verən və yayılmaqda olan reallıqdır ki, ölkələrin çoxu üçün ciddi təhlükə sayılır.”

Qeyd olunan qərəzli təhlillərə baxmayaraq, biz bu hadisələri müsbət qiymətləndirir və bəşəriyyətin bir daha dinə, imana qayıdışından sevinc hissi keçiririk. Lakin bu müjdə ilə yanaşı, nigarançılıq yaradan bir məsələ də vardır: Əgər bəşəriyyətdə yaranan bu teşnəlik düzgün şəkildə tə`min olunmasa və Allah eləməmiş, xam və yanlış əqidələr din adı ilə onlara təlqin edilsə, yenə də müasir insan öz axtardığını tapmayacaq və bir daha dindən üz çevirəcəkdir. Buna görə də cəmiyyətin dərdinə şərik olmaq istəyən qayğıkeş yazıçılara vacibdir ki, bu fitri çağırışa düzgün cavab verməklə, dini məsələləri səhih tərzdə irəli çəksinlər və bu kəsilməz ilahi feyzi haqq axtaran insanların ixtiyrına versinlər.

Dini məsələlərə yönəlişin dünya səviyyəsində olan bir hadisəyə çevrildiyi və dindən çıxanların bir daha dinə qayıtdıqları belə bir şəraitdə, şübhəsiz ki, öz şəxsi mənafelərini həqiqi dinə yönələnlərin məhv olmasında axtaran hər hansı dəstə və ya qruplar din adı ilə zəhərli qidanı din axtaranların ixtiyarına verəcəklər ki, onların dini yanğılarını söndürməklə yanaşı, öz çirkin niyyətlərini də həyata keçirsinlər.

Biz islam dinini səmavi dinlərin sonuncusu və ən kamili hesab edir və inanırıq ki, bu din bəşəriyyətin bütün sahələrdəki fərdi və ictimai ehtiyaclarını tə`min etməyə qadirdir. Buna görə də onun yüksək maarifini açıqlamaqda müxtəlif vasitələrdən istifadə etməli və bu qızıl fürsətlərdən düzgün din tə`limlərinin yayılması yolunda istifadə etməliyik.

Digər tərəfdən, biz inanırıq ki, Əhli-beyt (ə) məktəbi elə Qur`an və Peyğəmbərin vasitəsilə əlimizə gəlib çatan həqiqi və əsl islamdır. Həqiqətdə Əhli-beyt yolu elə bir haqq yoldur ki, heç bir məkrli əllərin uzadılmadığı halda bizi həqiqət zirvələrinə doğru .rır.

Tarix boyu Peyğəmbər Əhli-beytinə mənsub olan yüksək islam maarifinin özünəməxsus cazibədarlığı olmuş və həqiqət aşiqlərini özünə doğru cəlb etmişdir ki, bu da həqiqət aşiqlərinin onu müdafiə etmək yolunda canlarından keçmələrinə səbəb olmuşdur.

Dini həqiqətləri səmavi şəriətlərin sonuncu rəhbəri olan Peyğəmbəri Əkrəm (s) və onun pak Əhli-beytinin vasitəsi ilə axtarıb tapmaq istəyənlər bu yığcam kitaba müraciət etməklə öz yollarını ötüb keçmək üçün işıqlı bir çıraq tapmış olacaqlar. Bəli, onlar bu mö`təbər və qısa kitabı mütaliə etməklə Əhli-beyt (ə) məktəbinin həqiqətini dərk edə bilərlər. Daha artıq mə`lumat əldə etmək üçün isə yeri gəlmişkən qeyd olunan mö`təbər mənbələrə müraciət edə bilərlər.

Bu kitab bütün dünyaya e`lan edib bildirir ki, Əhli-beyt (ə)-ın əqidə üsulları və dini maarifi (əməl və əqidə çərçivəsində) bu kitabda qeyd olunanlardan ibarətdir. Bu kitabda qeyd olunanlarla uyğun gəlməyən mətləblər töhmətdən başqa bir şey deyildir və onun heç bir e`tibarı və dəyəri olmayacaqdır.

Burada sözümüzü xülasələndirərək Əhli-beyt (ə)-ın məktəbində olan islam e`tiqadiyyatının əsaslarını bəyan edirik.

Islam e`tiqadiyyatının hərtərəfli şəkildə araşdırılması onun külli məsələlərinin bəyan olunmasından asılıdır. Islami mə`rifət və bu dinin insan və kainat barəsindəki dünyagörüş yolları barəsində bəyanlar, bu dinin bütün imkan aləmi barəsindəki nəzəriyyəsini bəyan edir.

***

Allah barəsində mə`rifət nəzəriyyəsi məsələsini islam alimləri müfəssəl şəkildə bəyan etmişlər. Habelə, şiə alimləri də Allah barəsində mə`rifət kəsb etməyin (mə`rifətullahın) vacib olması barədə fikir birliyindədirlər. Çünki bu (mə`rifətullah), dinin kamilliyi olmaqla yanaşı, ilkin, zəruri vacibatdan sayılır. Bu barədə mərhum Əllamə Hillinin ifadəsinə nəzər salmağımız kifayətdir. O, “Hadi-əşər”in şərhində buyurur: “Bütün alimlər Allah, Onun sübuti və səlbi sifətləri (yə`ni Onun üçün səhih olan, Ondan uzaq olan sifətlər) barədə, habelə nübüvvət, imamət, məad barəsində təqlid əsasında deyil, möhkəm və kəsərli dəlil-sübut yolu ilə mə`rifət kəsb etməyin vacib və zəruri olmasında fikir birliyindədirlər. Bu məsələnin əhəmiyyətinə sübut olaraq bu şərif elm barəsində bütün müsəlmanlar arasında yazılan həddindən artıq kitabları göstərmək olar.

Biz isə, qeyd olunanlar barədə təfəkkür və düşüncənin vacibliyi dəlillərini qeyd edirik:

1-Əqli dəlil. Əqli dəlil dedikdə, ehtimal verilən təhlükəni, zərəri dəf etmək nəzərdə tutulur. Belə ki, əql bu barədə arxayınlıq, xatircəmlik əldə etmək, mümkün qədər bəhs .rıb istidlal, dəlil-sübut gətirməyi lazım bilir. Yalnız bu yolla həqiqəti aşkar etmək olaræ elə bir həqiqət ki, xətər və təhlükədən (cəhənnəm əzabından, ilahi əzabdan) uzaqlıq, mənafeyi (ilahi ne`mətlər və behişti) cəlb edib əbədi səadətə çatmaqla əldə olunur. Səbəbi də budur ki, e`tiqad üsullarına gətirilən məntiqi və əqli dəlillər nəticəsində ehtimali təhlükə dəf olunur və təhlükəni dəf etmək də əqlən vacibdir.

2-Əxlaqi dəlil. Əxlaqi dəlildən məqsəd budur ki, Ne`mət Sahibinə şükür etmək vacibdir, şükür də Onun barəsində mə`rifət kəsb etmədən qeyri-mümkündür.

Burada vacib dedikdə, şükür etməməyin əql sahibləri nəzərində məzəmmətə layiq olması nəzərdə tutulur. Digər tərəfdən isə, edilən şükür, Şükür Sahibinə layiq olmalıdır. Müxtəlif ideologiya və məzhəb sahiblərindən olan aqillər bu əxlaqi qanunun düzlüyünü təsdiq edirlər. Deməli, bu əxlaqi vacibi yerinə yetirmək üçün bu barədə “bəhs .rmaq” və “mə`rifət kəsb etmək” iki əsas prinsipdir.

3-Nəqli dəlil. Bu dəlil də qeyd olunan müqəddimələrdən sonra gəlir ki, dinin vacib etdiyi şər`i dəlilləri (çoxlu Qur`an ayələri və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətindən ibarət olan Islam şəriəti mənbələri) ehtiva edir.

Islam alimlərinin e`tiqad bəslədiyi bu üç dəlildən əlavə, qeyri-müsəlman filosoflarının da–istər onların mə`rifət bazislərinin əsası əqli bədihiyyata əsaslanan olsun, istərsə də təcrübi mə`rifətlərə–nəzərində müştərək nöqtə “mə`rifətin səhih dəlillə əldə olunması”dır.

ELM VƏ MƏ`RİFƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Biz inanırıq ki, həqiqətən Allah-Taala bizə təfəkkür, idrak qüvvəsi verib, əql bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi mövcudat barəsində fikirləşək, şüurumuzu işə salıb dərindən təfəkkür edək, hikmətində, kainatdakı nişanələrində dərindən düşünüb, onun kainatda (afaq) və insanın daxili aləmində (ənfüs) təfəkkür edək. Belə ki, Allah-Taala buyurur:

“Biz afaq və ənfüsdə (kainat və insanın mürəkkəb quruluşunda) olan ayələrimizi (əlamət, nişanə, mö`cüzə) onlara göstərəcəyik ki, Onun haqq olması onlar üçün aydın olsun.” “Fussilət” surəsi, 53

Başqa bir yerdə, ata-babaların yanlış və batil adət-ən`ənələrinə kor-koranə, qeyri-aqilanə təqlid etməyi məzəmmət etmişdir:

“Onlara deyiləndə ki, “Allahın nazil etdiyinə tabe olun”, “yox! Biz ata-babalarımızın getdiyi yolla gedəcəyik”, deyə cavab verirlər Onların ata-babaları bir şey düşünməyib və hidayət yolunu tapmamış olsalar da (onlara tabe olacaqlarmı)?!” Bəqərə” surəsi, 170

Bunun kimi öz gümanları əsasında əməl edib haqqa tabe olmayanları da məzəmmət edir:

“(Yolunu azanlar və müşriklər) Zənn və gümandan başqa bir şeyə tabe olmurlar.” “Ən`am” surəsi, 116

Həqiqətdə isə, bizim e`tiqadımız budur ki, əqlimiz xilqətdə təfəkkür edib kainatın Xaliqini tanımağı, Onun barəsində mə`rifət kəsb etməyi bizə öz əqlimiz, nübüvvət iddiası edən şəxs və onun mö`cüzəsi barədə təfəkkür etməyi vacib etdiyi kimi zəruri edir və bu barədə əqlimizdən başqa heç kimə təqlid etməyi–şəxsin məqam və mənziləti nə qədər böyük olsa da belə–səhih hesab etmir.

Çoxlu Qur`an ayələrində insanın təfəkkür, elm və mə`rifətə təşviq etdirilməsi həqiqətdə əql sahiblərinin müvafiq olduqları ideya və fikir azadlığını, müstəqilliyi bəyan edir. Həqiqətdə Qur`an bizim ruhumuzu qeyd olunan həqiqətlərlə agah olmaq, onlar barədə təfəkkür etmək üçün mə`rifət və təfəkkür iste`dadını hərkətə gətirir, insan zəkasını ayıldıb çiçəkləndirməklə onu, əqlin fitri tələbinə cəlb edir. Belə olan halda insanın e`tiqadi məsələlər qarşısında laqeyd qalması, onlara əhəmiyyət verməməsi və özünə bir yol seçməməsi, kiminsə dediklərini təqlid üzündən qəbul edib ona arxalanması səhih deyil. Əksinə, Qur`an ayələrinin təsdiqlədiyi əqli fitrətin tələbinə əsasən, hər insana vacibdir ki, “üsulid-din” adlanan e`tiqad əslləri barədə təhqiqat .rsın, dərindən düşünsün. Bu üsulların ən mühümü tovhid, nübüvvət, İmamət və məaddan ibarətdir.

“Ənkəbut” surəsinin 20-ci ayəsi:“De: yer üzündə seyr edin və baxın görün (O) xilqəti necə başladı!”

“Yunis” surəsinin 10-cu ayəsi: “De: baxın görün yerdə və göylərdəki nədir?”

“Ğaşiyə” surəsinin 17-21-ci ayələri də bu qəbildəndir:“Onlar dəvəyə baxmırlar ki, necə yaradılıb? Və səmaya baxmırlar ki, necə ucaldılıb? Və dağlara baxmırlar ki, necə bərkidilib? Və yerə baxmırlar ki, necə hamarlanıb? Bunları xatırlat, sən yalnız xatırladansan.”

(“Rum”, 8 “Öz nəfsləri barədə təfəkkür etmirlərmi?”)

(“Mühəmməd”, 48 “Bəs bil ki, Allahdan başqa heç bir mə`bud yoxdur.”)

“Ənbiya” surəsi, 24 “Yoxsa Ondan (Allahdan) başqa şeyləri özlərinə mə`bud seçirlər?! De: Öz dəlillərinizi gətirin!”)

Hər kəs bu kimi e`tiqad üsullarında ata-babalarına, yaxud başqa şəxslərə təqlid etsə, hökmən səhvə düçar olub haqq yoldan uzaqlaşar, inhirafa yuvarlanar və heç vaxt üzrlü sayılmaz.

Bu barədə əsas e`tiqadımız iki mətləbdən ibarətdir:

1-E`tiqad üsulları barəsində mə`rifət kəsb etməyin vacibliyiæ belə ki, bu barədə başqalarına təqlid etmək caiz deyildir.

2-Qeyd olunan vacib, şər`ən vacib kimi qəbul edilməzdən öncə əqlin hökmü ilə olan vacibdir.

Yə`ni rəvayətlərin əqli dəlilləri təsdiqləməsinə baxmayaraq, e`tiqad üsullarında mə`rifət və baxış dini rəvayətlərə əsaslanmamalıdır.

Əqlən e`tiqad üsulları barədə mə`rifət kəsb etməyin vacibliyi dedikdə əqlin bu üsullarda mə`rifətin, agahlığın zəruriliyini, onlar barədə təfəkkürün vacib olduğunu dərk etməsi nəzərdə tutulur.

Ссылка на комментарий
Поделиться на других сайтах

بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bismillahirrəhmanirrəhim

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə həzrət Məhdiyə olsun!

Allahin varliğinin dəlilləri

Dünyanın bütün qanunları səbəbnəticə qanunu əsasında qurulmuşdur. Varlıqların arasında səbəbnəticə qanunu hökm sürür. Hər hansı bir varlıq başqasına yalnız bu şərtlə tə`sir edə bilər ki, Allahın bu tə`sirin gerçəkləşməsinə iradəsi və izni olsun. Allahın hikmətli iradəsi bu əsasda olmuşdur ki, Öz feyzini səbəbnəticə əsasında həyata keçirsin.

Qur`anikərimdə buyurulur ki, təbii varlıqlar arasında həm səbəbnəticə qanunu hökm sürür, həm də hər hansı bir səbəbin tə`sir göstərməsi Allahın iradə və izninə bağlıdır.

Qur`anikərim birinci məsələ barəsində buyurur: “O, göydən su nazil etdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.”

Ikinci məsələ barəsində isə belə buyurur: “Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar.”

Bəqərə surəsini 164cü ayəsində buyurulur:

“Həqiqətən asimanların və yerin yaradılışında, gecəgündüzün birbirini əvəz etməsində, dəryalarda insanların xeyrinə olaraq hərəkət edən gəmilərdə, Allahın səmadan nazil edərək ölü yeri bir daha diriltdiyi və yer üzərində müxtəlif növ canlıları vücuda gətirdiyi yağış suyunda, həmçinin küləklərin cərəyan istiqamətlərinin dəyişməsində, yerlə göy arasında təsxir olunmuş vəziyyətdə qalan buludlarda əql və təfəkkür sahibi olan insanlar üçün (Allahın haqq olmağına dair) əlamət və nişanələr vardır.”

VARLIQ ALƏMINDƏ ILAHI ZATIN CILVƏLƏRI

Qeyd olunan ayə Pərvərdigarın yeganəliyi haqda, yə`ni tövhid barəsində söhbət edərək Allahın varlığını isbat edir.

hər hansı bir yerdə qanunauyğunluq və nizamın olması həmin yerdə elm və biliyin hakim olmasına, vəhdət və yeganəliyə dəlalət edir.

Buna əsasən varlıq aləmində mövcud olan nəzmə, dəqiq və harmonik şəkildə nizamlanan qanunauyğunluğa, yenilməz və kamil olan qüdrət və elm mənbəyinə, eləcə də Allahın, məxluqatın xəlq və idarə olunmasındakı yeganəliyinə diqqət yetirdikdə bilirik ki, bütün bu e`cazkar varlıqlar Allah tərəfindəndir.

Bu ayədə varlıq aləminin hər bir üzvü böyük Yaradanın aşkar bir nişanəsini və ulu Tanrının misilsiz qüdrət nümunələrini bəyan edir.

1 Göylərin və yerin yaradılışı

Bu əzəmətli asimanda milyonlarla günəş sistemləri, milyardlarla sabit və hərəkətdə olan ulduzlar mövcuddur. Onların bə`ziləri qaranlıq gecədə sayrışaraq, sanki bizimlə söhbət edir, bə`ziləri isə adi gözlə görünməyib yalnız böyük teleskopların vasitəsi ilə müşahidə olunur. Bunların hamısı zəncir halqaları kimi birbiri ilə bağlıdır, aralarında son dərəcə qəribə və dəqiq əlaqələr vardır. Həmçinin yerin yaradılışı, onda olan müxtəlif həyat təzahürləri, milyonlarla bitki və heyvan növlərinin hamısı O pak və müqəddəs Zatın nişanələri, Onun, elm, qüdrət və yeganəliyini əks etdirən şah əsəridir.

Bəşər elmi inkişaf edib irəlilədikcə bu kainatın əzəmət və genişmiqyaslılığı daha da aşkar olur. Halbuki, elmitərəqqinin son inkişaf mərhələsi heç kəsə mə`lum deyildir.

Alimlərin nəzərinə görə kainatda minlərlə kəhkəşan (qalaktika) mövcuddur. Təkcə bizim kəhkəşanda yüz milyonlarla sistemlər vardır ki, yaşadığımız günəş sistemi onlardan yalnız biri hesab olunur.

NECƏ DƏ ƏZƏMƏT, NECƏ DƏ QÜDRƏT!

Həzrət Peyğəmbər (s) və mə`sum imamlardan (ə) Qur`anikərim ayələrinə istinadən, bə`zi planetlərdə canlı varlıqların olmasını göstərən çoxlu rəvayətlər nəql olunmuşdur. Bu barədə həm islam alimləri, həm də sair elm xadimləri tərəfindən çoxlu kitablar yazılmışdır. Onlardan bə`ziləri aşağıdakılardan ibarətdir:

“Qur`an nəzərindən Yer, asimanlar və ulduzlar” (doktor Məhəmməd Sadiqi);

“Qur`an və müasir elm” (Əbdül Qəni əlXətib);

“Yaradılış aləmi” (Hüseyn Nuri);

“Yer və asiman” (A. Velkof);

“Kəhkəşan və teleskoplar” (Vilyam Cikafi Men).

Əlbəttə, başqa planetlərdə olan həyatın, yer üzərində mövcud olan həyatdan fərqli olması ehtimalı da verilə bilər. Buna görə də bu işin tam araşdırılması üçün Yerdə mövcud olan həyat və onun xüsusiyyətlərini ümumi həyat me`yarı kimi götürmək olmaz.

2 Gecəgündüzün birbirini əvəz etməsi:

Gecəgündüzün birbirini əvəz etməsi xüsusi nəzm və tədrici hərəkətlə baş verir. Onlardan biri müntəzəm surətdə azalır, digəri isə artır. Bu artıbazalma ilə dörd fəsil əmələ gəlir, bitkilər və sair canlılar öz təkamül mərhələlərini keçir. Bütün bunlar Allahın gözəl sifət və Zatının nişanələrindən sayılır.

Əgər bu tədrici dəyişiklik olmasaydı, yaxud dəyişikliklər müəyyən qanunauyğunluq əsasında baş verməsəydi, habelə həmişə gündüz və ya gecə olsaydı, həyat tamamilə məhv olub aradan gedərdi.

Ola bilər ki, “ixtilaf” sözü burada gecə və gündüzün, yaxud hər ikisinin il boyu artıbazalmasını çatdırsın. Ümumiyyətlə, dəqiq elmi və riyazi qanunauyğunluqlar əsasında yaradılan bir şey təsadüf nəticəsində, yə`ni alim və qadir Zatın, mütəal Allahın dəxaləti olmadan yarana bilməz. Buna görə də bir çox ayələrdə Allahın pak Zatının dəlilləri qeyd olunmuşdur.

3Gəmilərin dəryalarda camaatın xeyrinə hərəkət etməsi;

Insan istər böyük, istərsə də kiçik gəmilərin vasitəsilə dəryalarda üzür, öz məqsədlərini yerinə yetirmək üçün dünyanın müxtəlif nöqtələrinə səfər edir. Yelkənli gəmilərin dənizlərdə istiqamətli hərəkəti üçün də bir neçə qanun lazımdır:

Belə gəmilərin hərəkəti ilk növbədə dəniz və okeanların üzərində əsən daimi küləklərin vasitəsilə mümkün olur. Istər müntəzəm surətdə şimal qütbündən cənub qütbü istiqamətində əsən və ekvatordan da şimal qütbünə və cənuba doğru hərəkətdə olan cərəyanlar, istərsə də müəyyən qanunauyğunluqlar əsasında əsən zonal xarakterli küləklər gəmilərə bu pulsuz təbii qüvvədən, enerjidən istifadə edərək öz məqsədinə doğru irəliləmək imkanı verir.

Həmçinin taxta və bə`zi maddələr öz xüsusi çəkisinə uyğun olaraq suyun üzündə qalıb üzür. Göy cisimlərinin müəyyən astronomik qanunlar əsasında müşahidəsi və eləcə də mənfi və müsbət maqnit qütbünün dəyişilməz xüsusiyyəti kompasın əqrəblərini tənzim edir və nəticədə gəmilərin hərəkət istiqaməti müəyyən olunur.

Qeyd olunan bütün bu elmi və təbii amillər nəticəsində insanlar çox ucuz və tez başa gələn gəmi nəqliyyatından istifadə edir, sərnişinləri və ağır yükləri dəniz yolları ilə istənilən məqsədə çatdırırlar. Bunlar da Allahın pak Zatı üçün dəlil və nişanələrdir.

müasir dövrdə texnologiyanın inkişafı və yük daşıyan böyük gəmilərin ixtira olunması ilə bu mə`nanın əzəməti nəinki azalmış, üstəlik artmışdır da. Çünki, halhazırda insanların istifadə etdiyi ən böyük nəqliyyat vasitələrindən olan gəmilər, bə`zən o qədər böyük olur ki, hətta onun üzərində təyyarə limanları, futbol meydançaları və s. mövcud olur.

4Allahın asimandan su göndərib ölü torpağı diriltməsi və onda müxtəlif bitki və heyvanları yaratması.

Yağışın təravətli, bərəkətli damcıları, başqa sözlə, təbiətin məlhəmi sayılan həyat maddəsi töküldüyü hər bir yerə həyat və yaşayış bəxş edir, özü ilə hərəkət, bərəkət, abadlıq, ne`mət gətirir. Xüsusi bir nizamla yağan yağış, habelə bu cansız mayedən nəş`ət t.n bütün varlıqların hamısı Allahın əzəmət və qüdrətinin nişanələridir.

5Küləklərin nizamlı hərəkət və cərəyanı.

Ilahi nişanələrdən sayılan külək təkcə dəniz və okeanlarda gəmilərin hərəkəti üçün deyil, eləcə də quru yerləri, dağları, dərələri, meşələri öz cövləngahına çevirərək canlı aləmin ən zəruri həyat ehtiyaclarını da tə`min edir. O, bitkiləri tozlandırmaqla mayalandırır və bununla da müxtəlif meyvə və tərəvəzlərin yaranmasına kömək edir, təbii bağban rolunu oynayaraq müxtəlif bitki toxumlarını yayır. Habelə okeanlarda dalğaları hərəkətə gətirərək müntəzəm surətdə suları birbirinə qarışdırır və bununla da dəniz heyvanlarının yaşaması üçün münasib və əlverişli şərait yaradır, isti ölkələrin isti hava cərəyanlarını soyuq məntəqələrə, soyuq məntəqələrin soyuq havasını isə isti yerlərə .raraq yer kürəsinin temperatur və iqlimini normallaşdırır. Bə`zən də şəhərlərdə böyük zavod və fabriklərin, saysızhesabsız nəqliyyat vasitələrinin buraxdığı zəhərli havanı çöllərə, meşələrə .rır, havanı, insan övladının normal yaşayışı üçün təmizləyib saflaşdırır.

Qeyd olunanlardan başa düşmək olar ki, küləklərin əsməsi Allahın sonsuz lütf və mərhəmətinin başqa bir nümunəsidir.

6Yerlə göy arasında asılı halda qalmış buludlar.

Başımızın üstündə milyonlarla ton ağırlıqda suyu .ran sıx buludlar yer tərəfindən (ümumdünya cazibə qanununa əsasən) cəzb olunmasına baxmayaraq, yerlə göy arasında asılı vəziyyətdə qalaraq heç bir təhlükə icad etmədən onları bir məntəqədən digər bir məntəqəyə .rır. Bu özü də ilahi əzəmətin digər bir nişanəsidir. Aydın məsələdir ki, əgər buludlar öz təbii funksiyasını lazımınca yerinə yetirməsəydi, quraqlıq böyük bir təbii fəlakət kimi bütün canlı aləmin məhv olmasına gətirib çıxarardı. Bu da ilahi elm və qüdrətin təcəllisinə digər bir nümunədir. Bütün bunlar pak və müqəddəs Zatın əlamət və nişanələridir. Amma ayədə qeyd olunduğu kimi, bunlar axmaq, cahil və nadan insanlar üçün deyil, yalnız əql və təfəkkür qüvvəsini işə salan bəsirətli insanlar üçün ibrət sayılır.

İnsanın məbdə (Allah) və məada (ölümdən sonrakı həyata) e`tiqad bəsləməməyi yalnız o zaman mümkün ola bilər ki, bütün varlıq aləminə, səbəbnəticə silsiləsinə agah olsun və məbdə və məad barədə bir şey t. bilməsin. Belə bir əhatəli idrak hasil olmayınca, yaradılışın və ölümdən sonrakı həyatın olmamağını yəqin etməsi qətiyyən mümkün olan bir şey deyildir; mümkün ola biləcək şey yalnız bunların varlığını bilməməkdir.

Odur ki, ədalət və insafın tələbinə görə Allahtaalanın varlığında şəkk edən bir kəs, gərək söz və əməldə şəkkin tələbinə əməl etsin. Məsələn, bir kəs hər hansı bir varlığın olmasını ehtimal edərsə, belə ki, əbədi səadət bu varlığın axtarılıb tapılmasına, əbədi fəlakət isə onun əldən verilməsinə bağlı olsa, əqli vəzifəsi bu varlığı nə dildə, nə də qəlbdə inkar etməməkdir. Əməldə isə, onun barəsində bacardığı qədər araşdırma .rmağa çalışmalıdır. Əməli vəzifələr məqamında da ehtiyat etməlidir ki, Onun mövcud olduğu təqdirdə də əbədi səadətdən məhrum və əbədi fəlakətə düçar olmasın deyə, fərmanından boyun qaçırmasın. Bu, eynilə buna bənzəyir ki, bir şəxs dadlıləzzətli yeməyində ölümünə gətirib çıxaracaq zəhərin olmasını ehtimal etdiyindən ağlı ona bu yeməkdən çəkinməyə hökm edir.

Allahın varlığında şəkk edən hər kəs əqlən vacib olan ədalətin tələbinə uyğun əməl etsə, şübhəsiz, iman və mə`rifətə çatacaqdır:

“Bizim yolumuzda cihad edənləri mütləq Öz yollarımıza hidayət edərik”. Yox, əgər bu həqiqətə qarşı zülm rəva görübsə, Qüddus, Mütəal Allahı tanımağın hasil olması ağlasığmazdır:

“(Allah) hikməti istədiyi şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir”,

“Allah zalımları (yaramaz əməlləri səbəbi ilə haqq yoldan) sapdırar. Allah istədiyini edər”.

İnsan özünə və idrakı hüdudlarında olan şeylərə nəzər saldıqda və onun hər bir üzv və zərrələrini mülahizə etdikdə bu qənaətə gəlir ki, bunların hər hansı birinin yoxluğu heç də qeyrimümkün deyildir: onun olması da, olmamağı da mümkündür və o, zatən nə varlığı, nə də yoxluğu zəruri olan bir mövcuddur. Varlığı və yoxluğu mümkün olan hər bir şey (mümkünülvücud) onu vücuda gətirəcək səbəbə möhtacdır. Bu, hər iki gözü bərabər olan tərəziyə bənzəyir ki, kənardan tə`sir olmadıqda gözlərdən birinin digərindən ağır olması mümkün deyildir. Bu fərqlə ki, mümkünülvücudun varlığı onun (tam) səbəbinin varlığına, yoxluğu isə bu səbəbin olmamağına bağlıdır.

Bu aləmin hər bir hissəsi, mövcud olmasında ona «vücud» bəxş edəcək bir səbəbə möhtacdır. Vücud bəxş edən də ya onun özüdür, ya da onun kimi başqa varlıqdır. Özünə gəlincə, vücud onun özündə yoxdursa, onu necə bəxş edə bilər?! Özü kimisi də həmçinin; özünə vücud bəxş edə bilmirsə, digərinə necə bəxş edə bilər?! Bu aləmin hər bir hissəsinə hakim olan bu hökm istisnasız olaraq bütün aləmlərə də hakimdir.

Eynilə zatən nura malik olmayan fəzada görünən işıq, başqasından deyil, zatən ziyası, nuru olan bir mənbənin mövcud olduğuna dəlildir. Çünki, əks təqdirdə heç bir fəza işıqlanmazdı. Çünki zatən qaranlıq, zülmət olan bir şeyin nəinki başqalarını, heç özünü də işıqlandırması mümkün deyildir.

Deməli, kainatın və vücudun həyat, elm, qüdrət və s. kimi kamilliklərinin mövcud olması elə bir həqiqətin varlığına dəlildir ki, onun həyatı, elmi, qüdrəti və s. Onun zatındandır və özündən qeyri heç bir şeyə bağlı deyildir:

أَمْ خُلِقُواْ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ الْخـٰلِقُونَ

“Yoxsa onlar heç nədən yaradıldıqlarını, yaxud özlərinin xaliq olduqlarını güman edirlər?!”

Əbu Deysan imam Riza (əleyhissalam)ın yanına gəlib dedi: – Aləmin hadis (sonradan yaranan) olduğuna, dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

“Sən əvvəl yox idin, sonra vücuda gəldin. Sən bilirsən ki, özün özünü vücuda gətirməmisən və sənin kimi başqa birisi də səni vücuda gətirməyib.”

O, imam Sadiq (əleyhissalam)dan soruşdu: – Səni yaradanın varlığına dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

“Mən nəfsimi iki haldan başqa bir halda görmədi: ya nəfsim mövcud olduğu halda mən onun yaranmışıyam, ya da o, yox ikən mən onun yaranmışıyam. Əgər o, var ikən mən onun yaranmışıyamsa, onda o, var ikən məni yaratmağa ehtiyac yoxdur. Əgər o yox ikən mən onun yaranmışıyamsa, onda sən bildiyin kimi, yox olan bir şey heç nə yarada bilməz. Deməli, üçüncü yol sübut olunur ki, mənim yaradanım vardır. O, da aləmlərin rəbbi olan Allahdır”.

Əvvəlcə vücudu olmayıb sonradan vücuda gələn bir şey ya özü özünü yaradıb, ya da başqası onu yaradıb. Əgər o, özüözünü yaradıbsa, onda yaratdığı zaman ya özü mövcud olub, ya da olmayıb. Əgər mövcud olubsa, onda vücudu olan bir şeyi (yenidən) vücuda gətirmək lazım gələr ki, bu da qeyrimümkündür. Əgər yaratdığı zaman vücudu olmayıbsa, onda yoxun varlığa səbəb olması lazım gələr ki, bu da eynilə qeyrimümkündür.

Əgər başqası onu yaradıbsa və həmin (başqa) vücud da onun kimi, əvvəl olmadığı halda sonradan vücuda gəlibsə, onda onun hökmü elə yaradılan vücudun hökmüdür. Məhz buna görə də ağıl zəruri şəkildə hökm edir ki, əvvəl yox olub, sonradan vücuda gələn hər bir şeyin elə bir yaradıcısı olmalıdır ki, yoxluğun onun zatına yolu olmasın. Deməli, aləmdə olan bütün varlıqlar və onlarda olan dəyişikliklər elə bir yaradanın varlığına dəlildir ki, onun yaradanı olmasın. Bütün varlıqlar və yaranmışlar yaranmış olmayan bir yaradıcının varlığına dəlildir.

İkinci yol:

Əgər səhrada, üstündə «əlif» hərfindən «ya» hərfinə qədər tərtiblə yazılmış bir kağız parçası tapılsa, hər bir insan daxilən qəti şəkildə deyər ki, bu hərflərin yazılması və tərtibi idrak və düşüncənin nəticəsidir. Əgər vərəqin üstündə həmin hərflərdən təşkil olunmuş bir kəlmə və kəlmələrdən toplanmış bir cümlə görünsə, onda həmin kəlmə və cümlə ilə, bunların quruluşu ilə əlaqədar yazanın idrak, elm və fikrinə inam yaranar, bu yazı ilə onun elm və hikmətinə dəlil gətirilər. Bir bitkinin ilkin ünsürlərdən (qeyriüzvi maddələrdən) yaranmasının yaradanın elm və hikmətinə dəlalət etməsi, kəlmələrdən tərkib tapmış bir kəlamın aşkar surətdə yazanının elminə dəlalət etməsindən aşağıdırmı?! Məgər insana layiq olarmı ki, yazı ilə onu yazanın elm və hikmətinə dəlil gətirsin, amma bitki ilə onun yaradanının elm və hikmətinə dəlil gətirməsin?! Bu necə elm, necə hikmətdir ki, su ilə torpağın birləşməsi ilə toxumun qabığını yarıb içinə bitkilərə xas olan bir həyat verir, bitkinin gövdəsinə torpağı yarıb çıxmaq üçün qüdrət, güc verir, onun qidasını, gübrə və minerallarını yerin qaranlıqlarından çəkib gətirir?! Torpağın hər bir yerində müxtəlif növdən olan bitkilər, ağaclar üçün faydalı maddələr qərar verir ki, hər bir bitki və ağac özünə lazım olan xas maddəni orada tapır?! Hər bir ağacın köklərini elə qərar verir ki, yalnız özünə xas olan və nəticədə özünə xas meyvə verəcək maddələri sorub cəzb etsin?! Onları elə edir ki, köklər yerin cazibə qüvvəsinə qarşı çıxaraq suyu və mineral maddələri sorub ağacın budaqlarına göndərsin?! Köklər yerin qaranlıq, zülmətli dərinliklərində öz işini gördüyü zaman, budaqları və yarpaqları elə edir ki, enerji və havanın cəzb edilməsi üçün havada açılsın:

“Hər bir varlıq, hansı bir məqsəd üçün yaradılıbsa, onun üçün də müyəssərdir”.

İnsan hər bir nöqtəsi hikmətli olan bu işi dəyişdirmək istəsə; belə ki, torpağın dərinliklərinə getmək üçün yaradılmış köklərin səmaya doğru inkişafına, bunun müqabilində də havada olmaq üçün yaradılmış budaqların yerin dərinliklərinə doğru getməsinə çalışsa, görər ki, onlar ilahi qanunun əksi ilə qarşılaşır və ona görə də öz təbii yollarına qayıdırlar:

“Sən Allahın sünnətində (hikmətli işində) heç bir dəyişiklik tapmazsan!”

Kökündən tutmuş, minlərlə yarpağına qədər bir ağacın yaradılışı, onun ağılları heyrətə salan əzəmətli quruluş və nizamı, köklər vasitəsilə yerin dərinliklərindən yarpaqlardakı hüceyrələrin hər birinə su və qida cəzb etmək üçün verilən qüdrət, onların göy, yer və bun­ların arasında olan­larla sıx və qırılmaz rabitəsi, onun yaşaması üçün tə`sir gös­tərən amillər, gecəgündüzün birbirini əvəz etməsi, yer və gö­­yün tə`siri və gücü, onu cücərtmək üçün birləşərək kök və bu­daq­­larını əmələ gətirən bircə toxumu parçalaması, meyvənin içə­risində toxumlar yaratmaqla öz növünü saxlaması və s.də də­rin­dən fikirləşmək insan üçün kifayətdir ki, bunların ar­xasında sonsuz elm və hikmət sahibinin olduğuna əmin olsun:

“O kəs ki, göyləri və yeri yaratdı, sizin üçün göydən su gön­dərdi ki, onunla çox gözəl bağlar bitirdi. Siz onun ağaclarını əsla cücərdə bilməzsiniz! Allahdan başqa bir mə`bud varmı?! Yox, onlar (müşriklər) elə bir dəstədir ki, (məxluq­ları Allah ilə) eyni tuturlar”.

أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنشِؤُونَ

“Onun ağaclarını siz cücərtdiniz, yoxsa cücərdən Bizik?!”

وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍ

“Biz orada hər bir şeydən müəyyən ölçüdə, lazım olan qədər cücərtdik”.

Baxdığın hər bir bitki və ağacın kökündən meyvələrinə qədər hər bir şeydə Yaradanın elm, qüdrət və hikmətinə dəlil t.rsan, onların becərilməsi və inkişaf etməsi üçün müəyyən olunmuş sünnətə, qanuna tabe olduqlarını görərsən:

“Bitkilər də, ağac da səcdə edərlər.”

Hər bir heyvanın yaşayışını, həyat tərzini fikirləşmək insanı Allahın varlığına doğru hidayət edir. Əbu Şakir Deysani imam Sadiq (əleyhissalam)ın yanına gəlib dedi: – Ey Cə`fər ibni Muhəmməd, öz mə`budunu mənə göstər!»

İmam (əleyhissalam) ona dedi: – Əyləş!

Bu zaman bir uşağın əlində yumurta var idi və o, yumurta ilə oynayırdı. İmam (əleyhissalam) dedi: – Ey oğlan, yumurtanı bura gətir!

Oğlan yumurtanı imama verdi. İmam (əleyhissalam) dedi:– Ey Deysani, bu, gizli bir hasardır. Onun möhkəm qabığı, möhkəm qabığın altında isə yumşaq bir qabıq vardır. Yumşaq qabığın altında gümüşü maye və qızılı maye var. Nə qızılı maye gümüşüyə qarışır, nə də gümüşü maye qızılıya; hər biri öz halında qalır. Nə oradan hələ islahatçı bir şey çıxmayıb ki, onun islahatından xəbər versin, nə də fəsad törədən bir şey ora daxil olmayıb ki, fəsad yaranmasından xəbər versin. Heç kəs bilmir ki, bu yumurta erkək (xoruz) üçün yaradılıb, ya dişi (toyuq) üçün.

Hansı yaradılış bu möhkəm qalanı təmiz əhəngdən yaradıb ona əsrarəngiz sirlər bəxş etdi?!

Hansı yaradılış bu qalanı toyuqların yediyi dəndən ayıraraq onu yumurtalığa qoydu, oranı cücənin inkişaf etməsi üçün əminamanlıq yer etdi, lə`li (gövhəri) sədəfə qoyan kimi, orada nütfəni yerləşdirdi?!

Bala anadan ayrı olduğu və qidalanmaq üçün ana bətni olmadığı üçün onun qidasını hasarın içində hazırladı, cücə ilə onun yemi və qalın əhəng divarın arasında incə pərdə qoydu ki, o bərk əhəng divar ona və onun yeminə zərər çatdırmasın. Sonra bu qaranlıq, zülmətli yerdə cücənin bütün qüvvə və bədən üzvlərini – sümüklərini, əzələlərini, damarlarını, əsəb və hissiyyat sistemini yaratdı, onların hər birini öz yerində qərar verdi. Bu bədən üzvlərindən onun yalnız gözünün quruluşu haqqında fikirləşmək ağılları heyran edir; onun incə yaradılışı lazım və layiq olduğu yerdə yerləşdirdi.

Yumurtadan çıxdığı zaman öz yemini torpaq və daşlar arasından götürməli olduğundan, ona sümük maddəsindən olan bərk dimdik verdi ki, yerə vuranda xəsarət və zərər görməsin. Ruzisi əlindən çıxmamaq üçün ona çinədan verib ki, tapdığı hər bir dəni ora yığıb saxlasın, sonra onu tədriclə həzm sisteminə ötürsün. Onun incə dərisini tük və lələklərlə örtüb ki, istisoyuqdan, kənardakı zərərvericilərdən və düşmənlərdən qorusun. Yaradan onun yalnız həyatı üçün zəruri olan şeylərlə kifayətlənməmiş, xarici görünüşünə də gözəllik vermişdir: onun tüklərini və lələklərini rəngbərəng edib ki, baxanları sevindirsin. İmam demişdi ki, tovuzun əlvan rəngləri kimi açılır. Cücənin yumurta daxilində inkişaf etməsi üçün davamlı və mütənasib hərarət lazım olduğundan gecənin qaranlığından savayı həmişə hərəkət etməkdən yorulmayan toyuq uzun müddət sakit halda yumurtanın üstündə oturur. Daim hərəkətdə olan bu quşa sakit olmağı hökm edən hansı hikmətdir ki, cücənin timsalında yeni bir həyat hərəkətə gəlsin?!

Hansı ustaddır ki, cücənin bədən üzvləri öz mütənasibliyini itirməsin deyə, toyuğa gecəgündüz yumurtaları çevirməyi, cücəyə vaxt tamam olanda hasarın divarını dimdiyi ilə sındırmağı və bədən üzvlərini, qüvvəsini sərf edəcəyi yeni bir həyata gəlməsini öyrədib?!

Hansı inayət və rəhmətdir ki, cücəli toyuğun təbiətində lazımi hərəkətləri icad edib?! Belə ki, onun təbiətində yalnız özünü qorumaq və müdafiə etməkdən başqa tə`sir olmazdı. Buna baxmayaraq bir dəyişikliklə o, öz balalarına məhəbbət bəsləyir, onları qoruyur və himayə edir, öz sinəsini onları qorumaq üçün sipər edir. Bu mehribanlıq cücə müstəqil öz həyatını yaşaya bilənə qədər uzun müddət davam edir.

Bir yumurta barədə fikirləşmək bizə kifayət etməzmi ki:

“Yaradan və nizamlayan, ölçü qoyan və hidayət edən” Allahı dərk edək?!

İmam (əleyhissalam) bu səbəbə görə buyurdu: “Onun üçün bir tədbir edən görürsənmi?

O, uzun müddət sükuta daldıqdan sonra Allahın yeganəliyinə, Peyğəmbər (səlləllahu əleyhi və alih)in nübüvvət və risalətinə, həzrət İmam Sadiq (əleyhissalam)ın imamətinə dair şəhadət verdi, özünün keçmiş əməl və rəftarlarından tövbə etdi.»

Bəli, müəyyən hədəf və məqsəd üçün torpağın qaranlıq qatlarında çərdəyi yaran, yumurta qabığının əmələ gətirdiyi zülmətlərdə cücəni böyüdüb boyabaşa çatdıran həmin elm, qüdrət və hikmət ana bətninin zülmətlərində elə bir insan nütfəsini qərar verir ki, ilk əvvəldə zərrəbinlə görünən (mikroskopik) bir canlıdır, onda insana məxsus olan heç bir bədən üzvü və qüvvə yoxdur, ana bətnindən kənarda yaşamaq üçün lazımi vasitələrə də malik deyildir.

Nümunə üçün, rüşeymdə müxtəlif quruluş, görünüş və ölçülərdə, eləcə də yerinə yetirməli olduğu vəzifələrə mütənasib olaraq sümükləri, müxtəlif hərəkətləri icra etmək üçün əzələləri vücuda gətirir; həmçinin insan təfəkkürünü heyrətə salan beyin kimi mürəkkəb quruluşlu bir üzvü – idrak məş`əlini işıqlandırır, oyaqlıqda və yuxuda hər il milyonlar dəfə döyünən qəlbin fəaliyyətini tənzim edərək yaşayış hərarətini məhz bu həyat ocağında qoruyub saxlayır.

İnsanın bədən quruluşunun ən sadə tərkibində belə, təfəkkür etmək elm və izzət sahibi olan Allahın tədbirinə iman gətirmək üçün kifayətdir.

Məsələn, insanın ağzında üç növ diş qoyulmuşdur: qabaqda olan kəsici dişlər, ondan sonra kiçik dəyirman dişləri və ondan sonra ağzın axır tərəfində yerləşən böyük dəyirman dişləri. Əgər dəyirman dişləri qabaqda, kəsici və azı dişləri isə onun yerində – arxada yerləşsəydi, onda bu dişlər yeməyi dişləyib çeynəməkdə, həmçinin insanın gözəl və ya çirkin olmasında necə tə`sir qoyardı?!

Əgər qaşlar gözün üstündə deyil, gözün aşağı hissəsində olsaydı və yaxud burnun deşikləri aşağı istiqamətdə deyil, yuxarı istiqamətdə olsaydı, necə olardı?!

Yer üzərində .rılan bütün abadlıq işlərinin hamısı – əkinçilikdən tutmuş, ən böyük sənaye mərkəzlərinə qədər bütünlüklə insanın barmaqlarına, onun üzərində olan dırnaqların inkişafına bağlıdır.

Bu necə hikmətdir ki, insanın qidasında dırnaq maddəsini qoymuşdur ki, mürəkkəb və heyrətamiz həzm dəsgahı ilə maddələri soraraq damarlara daxil edir və onu insanın barmağının başında olan dırnaqlara çatdırır?! Nəzərdə tutulmuş müxtəlif məqsədləri yerinə yetirmək üçün dırnaq ilə dırnağın yapışdığı ət arasında elə bir sıx rabitə bərqərar etmişdir ki, onların birbirindən ayrılması insana üzücü əziyyət verir, məqsəd həyata keçdikdən sonra isə o, «küsüb» özözünə ayrılır və dırnaqlar çox asanlıqla kəsilə bilir?!

Qəribədir! Dırnaq maddəsinin qoyulduğu və insanın inkişafı üçün nəzərdə tutulan həmin qida maddələri son dərəcə lətif, incə olan şəffaf maddə – görmə üzvü üçün də hazırlamışdır ki, həzm prosesini ötüb keçdikdən sonra qana sorularaq gözə gedib çatır.

Əgər bu ikisinin mə`lum ruzisinin bölgüsü birbirinin əksinə olsaydı: yə`ni dırnaq gözün içindən cücərib çıxsaydı və o şəffaf maddə isə barmaqların başına gəlsəydi, bəşər həyatında necə nasazlıqlar əmələ gələrdi?!

Bu da Allahın elm və hikmət əsərlərinin ən sadə nümunə­ləridir ki, çox da dərindən fikirləşməyə ehtiyac duyulmur: “Öz quruluşunuzu görmürsünüzmü?!”

Halbuki, zərrəbinlərin və təfəkkür qüvvəsinin çox dərin və incə tədqiqi, bədən üzvlərinin vəzifələrinin ayırd edilməsində .rılan ən dəqiq ixtisaslarla əldə olunan sirlər bundan qatqat yüksəkdədir: “Öz (maddi-mə`nəvi qüvvələrində, əzalarının quruluşunda) təfəkkür etməzlərmi?!”

Bəli, insan elə bir varlıqdır ki, onun təkcə dərisinin hikməti belə, bu qədər elmi axtarış və kəşflərdən sonra, hələ də sirli qalmaqdadır, onda görəsən onun batinində və beynində nələr vardır! Ona, öz meyl və istəklərini həyata keçirmək üçün verilən şəhvət və pis, xoşagəlməz işləri dəf etmək, onlardan qorunmaq üçün verilən qəzəb qüvvəsindən tutmuş, bu ikisini əməli cəhətdən mö`tədil vəziyyətə salmaq və duyğu üzvlərini nəzəri cəhətdən hidayət etmək üçün verilən əql qüvvəsinə qədər:

وَإِن تَعُدُّواْ نِعْمَةَ اللّهِ لاَ تُحْصُوهَا

“Və əgər Allahın ne`mətlərini saymaq istəsəniz, heç vaxt onları sayıb qurtara bilməzsiniz.”

Belə bir hikmət kitabı necə bir elm və qüdrət qələmi ilə bir damla suyun üzərinə yazılmış, həkk olunmuşdur?! “İnsan nədən yaradıldığına baxmalıdır; o, atıcı bir sudan xəlq olunmuşdur.”

“(Allah) sizi, analarınızın bətnində (və) bir xilqətdən sonra digər bir yaranış verməklə, üçlük təşkil edən qaranlıqlarda xəlq etdi.”

Bu necə elm, qüdrət və hikmətdir ki, üfunətli suda üzən canlı (heyvan) zərrələrindən elə bir insan xəlq etmişdir ki, onun idrak məş`əli kainatın və özünün ənginliklərində seyr edir, tədqiqat .rır?!

“Oxu; və Sənin Pərvərdigarın Kərimdir. Həmin şəxs ki, qələm vasitəsilə (elm) öyrətdi, insana bilmədikləri şeyləri tə`lim verdi.”

Yeri və asimanı onun təfəkkür və qüdrətinin cövlangahı qərar verir:

“Görməyirsinizmi ki, Allah asimanda və yerdə olanları sizin üçün müsəxxər, ram, Özünün aşkarda və gizlində olan ne`mətlərini sizin üçün bol etmişdir?! Camaatdan bə`ziləri Allah barəsində nə elm, nə hidayət, nə də nur verən bir kitab olmadan mübahisə edirlər.”

İnsan bu qədər əzəmətli elm, qüdrət, rəhmət və hikmət müqabilində nə deyə bilər?! Yalnız bunu deyə bilər:

“Uca mərtəbəli, uca məqamlıdır yaradanların ən yaxşısı olan Allah!”

Sonra torpağa düşüb o əzəmətli dərgahda üzünü yerə baş qoymaqdan və “subhanə Rəbiyələzimi və bihəmdih” (mənim Rəbbim hər bir eyib və nöqsandan pakdır, mən də Ona həmd deməklə məşğulam) deməkdən başqa bir iş görə bilərmi?!

“Biz tezliklə kainatın hər yerində və onların öz varlıqlarında olan ayələrimizi onlara (mütləq) göstərəcəyik ki, Onun haqq olduğu onlar üçün aydın olsun” ayəsinin tələbinə əsasən, kainatda mövcud olan hər bir şeyə nəzər yetirmək lazımdır; milyonlarla günəş sistemləri, planetlər, aylar, ulduzlar. Belə ki, onlardan bə`zilərinin işığı hələ minlərlə işıq ili keçməsinə baxmayaraq, yer üzərinə gəlib çatmamışdır, (işıq sür`əti hər saniyədə təqribən 300000 kmdir), onların bə`zilərinin həcmi yer kürəsindən milyonlar dəfə böyükdür. Onların birbirinin arasında olan məsafə elə dəqiq şəkildə tənzim olunmuş, onların hər biri müəyyən orbitdə elə qərar verilmiş və ümumdünya cazibə və dəf etmə qüvvəsi onların arasında elə mö`tədil bir vəziyyət bərqərar etmişdir ki, onların arasında hər növ toqquşma və birbirinə maneçilik yolları bağlanır:

“Nə günəşin aya çatması, nə də gecənin gündüzdən qabağa keçməsi mümkündür; və onların hər biri bir fələkdə (orbitdə) üzürlər.”

Bəşər övladının həyat və asayiş ocağı olan Yer kürəsi onu əhatə edən atmosfer təbəqəsinin vasitəsi ilə gecəgündüz ər­zində səmada sür`ətlə hərəkətdə olan minlərlə meteorit­lərin, kometlərin toxunmasından amanda qalır; onlar atmosfer təbəqəsinə daxil olub hava təbəqəsi ilə toqquşduqda əriyib buxara çevrilirlər.

Allah Günəşin Yerdən olan fasiləsini elə şəkildə tənzim etmişdir ki, işıq və hərarət – enerji baxımından mineral maddələrin, bitkilərin heyvanların və insanların inkişafı üçün lazım olan şərait ən gözəl şəkildə tə`min olunsun.

Yer kürəsinin öz oxu və habelə Günəş ətrafında fırlanması (dövr etməsi) elə tənzim olunmuşdur ki, hər bir anda yer kürəsinin ümdə bir hissəsində çıxıb batır, (nəticədə) gecəgündüz əmələ gəlir, günəşin çıxması ilə onun işığı və enerjisi isti, qızğın və nurani həyat ocağına çevrilir, qurucu həyat və məişət fəaliyyətləri üçün şərait yaranır; Günəşin batması ilə hər tərəfi zülmət bürüyür ki, bu da insanların həyatının davam etdirilməsi üçün istirahət edib yenidən qüvvə toplamalarına, aramlıq və asudəlik əldə etmələrinə səbəb olur ki, Günəşin həmişəlik saçması və ya həmişəlik qürub edib tamamilə kəsilməsi ilə həyat sisteminə xələl yetişməsin:

“Allah gecəgündüzü (növbə ilə) birbirinin yerinə keçirir – bu işdən öyüdnəsihət və xatırlama almaq istəyənlər üçün.”

وَمِن رَّحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ

“Allah məhz Öz rəhmətindən gecəgündüzü sizin üçün qərar verdi ki, onun vasitəsi ilə aramlıq t.sınız və (Onun) fəzl və rəhmətindən diləyəsiniz.”

“De: Mənə xəbər verin görüm, əgər Allah gecəni sizin üçün Qiyamətə qədər həmişəlik qərar versəydi, Allahdan başqa hansı bir mə`bud sizin üçün işıqlığı gündüzü gətirərdi?! Belə halda (nə üçün) eşitmirsiniz?!”

İşıqla zülmət, gecə ilə gündüz öz aralarında olan tam təzadla eyni zamanda, birbiri ilə ələlə verərək müəyyən bir hədəf uğrunda fəaliyyət göstərirlər. Digər tərəfdən də, gündüzün vasitəsi ilə yer üzündə olanlar, gecənin vasitəsi ilə asimanda olanlar insanın gözləri önünə qoyulur ki, gecəgündüz ərzində yerin və asimanın mülk və mələkut aləmlərini bəsirət gözü ilə duyub hiss etsin.

Gecə və gündüz vücud kitabını insan üçün vərəqləyir ki, Allahın yerdə və asimanda olan ayələrini oxusun:

“Asimanların və yerin mələkut (batini) aləmində və Allahın xəlq etdiyi hər bir şeydə nəzər (dərindən təfəkkür) etmirsinizmi?!”

“Beləcə, Biz İbrahimə asimanların və yerin mələkutunu (batini aləmini) göstərdik... və buna görə ki, yəqin əhlindən olsun.”

Kainatın əsrarəngiz qanun və sirlərinin bəşər zehnində in`kiasını elm və hikmətin me`yarı hesab edən insan, necə mümkün ola bilər ki, mütəfəkkirlərin beyin, zehin və təfəkkür qüvvəsinin xaliqini, dünyaya və kainata hakim olan qanunların qanunçusunu və varlıq aləminin sirlərini vücuda gətirən şəxsi elm və hikmətsiz hesab etsin?! Halbuki, bütün mütəfəkkirlərinin zehnində in`kias olunan kainat qanunları, onlar üçün namə`lum qalanlarla müqayisəsi dərya müqabilində bir damla suya bənzəyir:

“Sizə elmdən, az bir miqdardan başqa bir şey verilmədi.”

Necə inanmaq olar ki, varlıq kitabının üzündən (xətlərindən yazılarından) nüsxə götürən bir şəxs alim və hikmət sahibi olsun, lakin vücud kitabının yazıçısı, nüsxə yazanı və nüsxə yazılan vasitələrin Xaliqi şüursuz, idraksız olsun?! Buna görə də alim və qüdrət sahibi olan bir Xaliqi inkar edən fitrət belə, (eyni zamanda) Onun varlığına şəhadət verir:

“Əgər onlardan «asimanları və yeri kim yaratmışdır, Günəşi və Ayı kim müsəxxər (ram) etmişdir?» deyə soruşsan, «əlbəttə ki Allah!» deyə cavab verərlər. Bəs haradan yalana doğru sövq edilirlər?!”

“Əgər onlardan “asimanları və yeri kim yaratmışdır?” deyə soruşsan, hökmən “əziz izzət sahibi və elmli (Allah) yaratmışdır!” deyə cavab verərlər.”

Allahı inkar edənlərdən biri İmam Riza (əleyhissalam)ın hüzuruna gəldi. İmam (əleyhissalam) ona buyurdu: – Əgər sizin dediyiniz düz olsa – halbuki belə deyildir – biz namaz, oruc, zəkat və (digər haqq) iqrarlarımızdan heç bir zərər görmərik (çünki iman gətirib saleh əməl görməyə, xoşagəlməz və bəyənilməz işləri tərk etməyə səbəb olan şeylər – dini vəzifələrimiz həm özümüzün, həm də cəmiyyətin ruhi asayişinə səbəb olur; əgər (qeyrimümkün fərzə görə) bu əməllər əbəs və bihudə olsalar da, bu əməllərin yerinə yetirilməsinə dözmək Allah və məad barəsində verilən ehtimallar müqabilində çox kiçik zərər və əziyyətdir ki, bu iş ehtimal verilən şərin dəf edilməsi və çoxlu xeyirlərin əldə edilməsi üçün lazım və zəruridir.)

O kişi dedi: – Belə vəsf etdiyiniz O Allah necədir və haradadır?

İmam (əleyhissalam) buyurdu: – O məkana «məkanlıq» bağışlamış, keyfiyyətə «keyfiyyət» vermişdir (O, məkanları xəlq edən, keyfiyyətləri yaradandır, məxluq Xaliqin xüsusiyyətləri ilə vəsf edilə bilməz. Allahın, Özünün xəlq etdiyi şeylərin xüsusiyyətləri ilə vəsf edilməsinin nəticəsi, Xaliqin o məxluqa ehtiyaclı olmasıdır, buna görə də mütəal Allah məhdud olan keyfiyyət və məkanla, hiss olunan hisslərlə müqayisə olunmaz.)

O kişi dedi: – Əgər O, hiss orqanlarının biri ilə duyulmursa, deməli, yoxdur!

İmam (əleyhissalam) buyurdu: – Sənin hi

Ссылка на комментарий
Поделиться на других сайтах

(Varlıqları yalnız hiss olunanlarda həsr edənlər bundan qafildirlər ki, hiss mövcuddur, lakin (onun özü) hiss olunmur; görmək və eşitmək mövcuddur, lakin görməli və eşidilməli deyildir. İnsan sonsuzluğun məhdud olmadığını başa düşür, halbuki hiss olunan hər bir şey məhdud və sonludur. Nə çox zehni və xarici varlıqlar var ki, hissin fövqündədir, lakin o şəxs varlıqların yalnız hiss olunanlarda həsr olunması təsəvvürü ilə hissin və hiss olunanların Xaliqini inkar etdi. İmam (əleyhissalam) da onu bu həqiqətə doğru hidayət edərək buyurdu: – Hiss və hiss olunanın (məhsusun) vəhm və vəhm olunanın (məvhumun) əql və əql olunanın (mə`qulun) Xaliqi hissə, vəhmə və əqlin hüdudlarına sığmaz, çünki idrak qüvvəsi yalnız idrak etdiyi şeylərə əhatəlidir və o qüvvə Allahın məxluqudur. Xaliq də Öz məxluquna əhatəlidir, deməli hissin, vəhmin və əqlin onlara əhatəli olan Xaliqinin onların idrakı hüdudlarında qərar tutması, onlara əhatəli olan bir varlığın onlar tərəfindən əhatələnməsi qeyrimümkündür; əgər mütəal Allah hiss olunsaydı, yaxud vəhmə sığsaydı və yaxud əql ilə dərk edilsəydi, onda bu qüvvələrin dərk etdiyi şeylərə oxşayar və onlarla şərik olardı. Onların şəriklik cəhəti də (şərik olduğu yöndən əlavə) ixtisas cəhətini (şərikində olmayan və yalnız özündə olanları) lazım tutur (nəticədə bu ikisindən tərkib tapır), tərkib isə məxluqun xasiyyətidir. Deməli, əgər mütəal Allah hiss, vəhm və əqlə sığsaydı, xaliq deyil, məxluq olardı.)

O kişi soruşdu: – Allah nə vaxtdan olmuşdur?

İmam (əleyhissalam) buyurdu: – Sən de görüm nə vaxtdan olmamışdır?! (Zaman və zamana aid olanların qəyyumu olan, mücərrəd və maddi şeyləri vücuda gətirən mütəal Allah barəsində yoxluq, zaman, məkan kimi şeylər mə`nasıdır.)

İmam (əleyhissalam)dan soruşdu: – Onun dəlili nədir?

O həzrət onu, Allahtaalanın insanın özündə və kainatda qoyduğu ayələrə, nişanələrə doğru hidayət etdi, bədən quruluşunda dərindən diqqət yetirməyi tövsiyə etdi ki, bu möhkəm quruluşun, onda işlədilən dəqiq, incə və zərafətli, hikmətli işlərdən bu binanın banisinin hikmət və elminin varlığını dərk etsin; eləcə də onu külək, bulud, günəş, ay və ulduzların hərəkəti barəsində dərindən təfəkkür edib diqqət yetirməyə təşviq etdi ki, göy cisimlərində hikmət, qəribəlik, qüdrət və s.də təfəkkür edərək əziz (yenilməz) və əlim (hər bir şeyi bilən) Allahın təqdirini dərk etsin, yuxarı aləmlərdə olan mütəhərriklərin (göy cisimlərinin) hərəkətindən heç vaxt dəyişikliyə uğramayan, bu işlərdə pak və münəzzəh olan hərəkətvericiyə iman gətirsin.

v) Maddi aləmin, təbiətin dəyişkənliyi maddə və təbiətdən daha yüksəkdə olan bir varlığın qüdrətini göstərir. Çünki maddənin və maddi şeylərin tə`sir qoyması onun müəyyən bir vəziyyətdə və istiqamətdə yerləşməsinə ehtiyaclıdır. Məsələn, cismin qızmasına tə`sir göstərən od cisim ilə, yaxud şüası fəzanı işıqlandıran çıraq o fəza ilə müəyyən nisbətdə (vəziyyətdə) olmayınca, o cismə hərarət verməsi, yaxud o fəzanı işıqlandırması mümkün deyildir. Olmayan bir şey barəsində vəziyyət və nisbət qeyrimümkün olduğundan maddə və təbiətin də mövcud olmayan, sonradan vücuda gələn və vücuda gəlməkdə olan müxtəlif varlıqlarda tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə əvvəlcə olmayan və sonradan yaranan bir şey ilə əlaqədar vəziyyət və nisbət qeyrimümkün olduğundan, maddə və təbiətdə olmayan, sonradan vücuda gələn və gəlməkdə olan müxtəlif varlıqlara tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə (əvvəlcə olmayan və) sonradan yaranan hər bir varlıq elə bir qüdrətin varlığına dəlalət edir ki, onun tə`siri xüsusi duruma və mühazi (müqabil) olmağa ehtiyacı yoxdur və o cisim və cismani (maddi) şeylərin fövqündədir:

“(Budur və bundan qeyri ola bilməz:) Onun əmri budur ki, hər vaxt bir şeyin vücuda gəlməsini istəsə «ol!» deyər, o da dərhal (fasiləsiz olaraq) vücuda gələr.”

q) Allaha iman hissi insanın təbiətində, fitrətində qoyulmuşdur, çünki insan öz fitrətinin tələbinə uyğun olaraq özünün arxalanacaq bir nöqtəyə ehtiyaclı, bağlı olduğunu görür, lakin onun müxtəlif səbəblərlə məşğul və meyllərinə bağlı olması həmin arxalanacaq nöqtəni tapmağa mane olur. Lakin hər bir cəhətdən çıxılmaz vəziyyətə düşüb, hər bir vasitədən naümid olduqda, təfəkkür qüvvəsi tə`sirdən dayanıb, hər bir qüdrət əlinin aciz olduğunu gördükdə öz batinində yatmış olan vicdan qüvvəsi oyanır və ixtiyarsız olaraq zatən ehtiyacsız olan O varlıqdan kömək diləyir ki, fitrətən Ona arxalanmışdır:

“De: Dəryaların və səhraların qaranlığından kim sizə nicat verir?! Halbuki siz Onu ahnalə ilə çağırır və deyirsiniz ki, əgər O bizi bu qaranlıqlardan xilas etsə, əlbəttə, hökmən şükür edənlərdən olacağıq.”

وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِّنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِ

“Hər vaxt insana şiddətli bir iş (hadisə) baş verərsə, razniyaz edən halda öz Pərvərdigarını çağırar, ona bir ne`mət əta etdikdən sonra əvvəldən çağırdığını unudur və Allah üçün şərik qoşur ki, Onun yolundan azdırsın.”

“(Allah) Həmin Kəsdir ki, sizi dəryalarda və çöllərdə səhralarda seyr etdirir, o zamana qədər ki, gəmiyə minib yola düşəsiniz, o gəmi onlarla birlikdə və küləyin vasitəsi ilə hərəkət etdiyi zaman xoşhal olurlar, (amma) onlar üçün güclü bir külək – tufan baş verdikdə təlatümlü dalğalar hər tərəfdən onları əhatə etdikdə, bəla əhatəsinə düşəcəklərini güman etdikləri vaxt Allahı dində ixlasla çağırıb “əgər bizi bu bəladan qurtarsan hökmən şükür edənlərdən olacağıq.” deyirlər.”

Bir nəfər İmam Sadiq (əleyhissalam)ın hüzuruna gəlib dedi:

– Ey Peyğəmbər övladı, Allahı mənə tanıtdır, de görüm o nədir? Mənim yanımda çox adamlar var ki, mənimlə mübahisə edərək məni heyrətə salırlar.

Həzrət buyurdu: – Ey Allahın bəndəsi! Heç gəmiyə minmişsənmi?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Gəmi xarab olubmu və bu zaman nə sənə nicat verə biləcək gəminin, nə də sənə fayda verəcək bir üzməyin olmadığı bir vəziyyətlə qarşılaşmışsanmı?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Həmin halda qəlbin və ruhun qadir və qüdrət sahibi olan bir varlığa bağlanıbdırmı ki, səni o vəziyyətdən xilas edəcəyinə ümidin olsun?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Sənin nəzərdə tutduğun (o varlıq) həmin Allahdır ki, nicat verməyə qadirdir. Nicat verən bir şəxsin və köməkçinin olmadığı bir yerdə nəzərdə tutduğun şəxs Allahtaaladır.

Allah ilə olan bu fitri mə`rifət və əlaqə, ümidin Ondan başqa bütün təbii vasitələrdən – mütləq şəkildə kəsildiyi və biçarə, çıxılmaz vəziyyətə düşdüyü zaman hasil olduğu kimi, ixtiyar halında da elm və əməldən ibarət olan iki qanadın vasitəsi ilə ona nail olur:

Birincisi budur ki, insan əql nuru ilə cəhalət, qəflət hicablarını kənara çəksin və görsün ki, hər bir varlığın vücudunda və kamalında, özüözündən heç nəyi yoxdur; hər nəyi vardırsa, o da Qüdsi Zata gedib çatır: “Əvvəl də, axır da, zahir də, batin də Odur və O, hər bir şeyə alimdir.”

“O yaradan, xəlq edən, surət verən Allahdır, ən gözəl adların hamısı Ona məxsusdur.”

İkincisi budur ki, paklıq və təqva vasitəsi ilə qəlbinin, ruhunun və nəfsinin aludəlikləri, çirkinlikləri aradan getsin. Çünki Allah ilə Onun bəndəsi arasında qəflət, cəhalət və küdurət (mə`nəvi paslar) günahının yaratdığı çirkabdan başqa heç bir hicab, maneə yoxdur və bu hicablar da elm və əməl ilə olan cihadla aradan qalxır.

“O kəslər ki, Bizim yolumuzda cihad etdilər hökmən onları Öz yolumuza hidayət edərik.”

İmam Sadiq (əleyhissalam) İbni ƏbilÖvcaya buyurur:

“Vay olsun sənə! Qüdrətini sənin özündə sənə göstərən şəxs səndən necə gizlin (məxfi) olmuşdur?! Olmadığın bir hal­da sənin vücuda gəlməyini, kiçik dövranda olduqdan sonra böyü­mə­yini, bacarıqsız olduğun dövrdən sonra qüvvələndirməyini, qüvvəli olduqdan sonra (yenidən) zəifləməyini, səhhət halında olduqdan sonra xəstələnməyini, xəstə olduqdan sonra səhhətibədən əta etməyini, qəzəbindən sonra razılığını, razılıqdan sonra qəzəbini, şadlığından sonra qəmqüssəni, qəmqüssəndən sonra şadlığını, düşmənçiliyindən sonra dostluğunu, dostluğundan sonra düşmənçiliyini, hər hansı bir şeyə, imtina etdikdən sonra əzm və iradə etməyini, əzm və iradə etdikdən sonra (yenidən) imtina etməyini, istəmədiyin bir haldan sonra şəhvətlə istəyini, şəhvətlə istədiyindən sonra ikrahlı olmağını, qorxu halında olduqdan sonrakı rəğbətlə istəyini, rəğbət halından sonra olan qorxu və vəhşətini, ümidsiz olduqdan sonra ümidvar olmağını, ümidvar olduqdan sonra ümidsiz olmağını, vəhm qüvvəndə olmadığı halda xatirinə gətirməyini, e`tiqadlı olduğun şeylərin zehnindən gedib gizlənməsini...

Həmçinin mənim cismimdə olan ilahi qüdrət nişanələrini sayırdı ki, onları görməməzliyə vura, imtina edə bilməzdim. Axarda belə güman etdim ki, qısa bir zamanda (Allah) mənimlə onun arasında gözə görünəcəkdir.

Inshallah davami olacaq....

Ссылка на комментарий
Поделиться на других сайтах

بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bİsmİllahİrrəhmanİrrəhİm

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə həzrət Məhdiyə olsun!

Allahın varlığının isbat olunması

Əbu Deysan imam Riza (əleyhissalam)ın yanına gəlib dedi: – Aləmin hadis (sonradan yaranan) olduğuna, dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

“Sən əvvəl yox idin, sonra vücuda gəldin. Sən bilirsən ki, özün özünü vücuda gətirməmisən və sənin kimi başqa birisi də səni vücuda gətirməyib.”

O, imam Sadiq (əleyhissalam)dan soruşdu: – Səni yaradanın varlığına dəlil nədir?

İmam (əleyhissalam) buyurdu:

“Mən nəfsimi iki haldan başqa bir halda görmədi: ya nəfsim mövcud olduğu halda mən onun yaranmışıyam, ya da o, yox ikən mən onun yaranmışıyam.

Əgər o, var ikən mən onun yaranmışıyamsa, onda o, var ikən məni yaratmağa ehtiyac yoxdur

Əgər o yox ikən mən onun yaranmışıyamsa, onda sən bildiyin kimi, yox olan bir şey heç nə yarada bilməz.

Deməli, üçüncü yol sübut olunur ki, mənim yaradanım vardır. O, da aləmlərin rəbbi olan Allahdır”.

Əvvəlcə vücudu olmayıb sonradan vücuda gələn bir şey ya özü özünü yaradıb, ya da başqası onu yaradıb. Əgər o, özü-özünü yaradıbsa, onda yaratdığı zaman ya özü mövcud olub, ya da olmayıb.

Əgər mövcud olubsa, onda vücudu olan bir şeyi (yenidən) vücuda gətirmək lazım gələr ki, bu da qeyri-mümkündür. Əgər yaratdığı zaman vücudu olmayıbsa, onda yoxun varlığa səbəb olması lazım gələr ki, bu da eynilə qeyri-mümkündür.

Əgər başqası onu yaradıbsa və həmin (başqa) vücud da onun kimi, əvvəl olmadığı halda sonradan vücuda gəlibsə, onda onun hökmü elə yaradılan vücudun hökmüdür.

Məhz buna görə də ağıl zəruri şəkildə hökm edir ki, əvvəl yox olub, sonradan vücuda gələn hər bir şeyin elə bir yaradıcısı olmalıdır ki, yoxluğun onun zatına yolu olmasın.

Deməli, aləmdə olan bütün varlıqlar və onlarda olan dəyişikliklər elə bir yaradanın varlığına dəlildir ki, onun yaradanı olmasın. Bütün varlıqlar və yaranmışlar yaranmış olmayan bir yaradıcının varlığına dəlildir.

İkinci yol (nəticəni görməklə səsəbi dərk etmək)

Əgər səhrada, üstündə «a» hərfindən «ş» hərfinə qədər tərtiblə yazılmış bir kağız parçası tapılsa, hər bir insan daxilən qəti şəkildə deyər ki, bu hərflərin yazılması və tərtibi idrak və düşüncənin nəticəsidir.

Əgər vərəqin üstündə həmin hərflərdən təşkil olunmuş bir kəlmə və kəlmələrdən toplanmış bir cümlə görünsə, onda həmin kəlmə və cümlə ilə, bunların quruluşu ilə əlaqədar yazanın idrak, elm və fikrinə inam yaranar, bu yazı ilə onun elm və hikmətinə dəlil gətirilər.

Bir bitkinin qeyri-üzvi maddələrdən yaranmasının yaradanın elm və hikmətinə dəlalət etməsi, kəlmələrdən tərkib tapmış bir kəlamın aşkar surətdə yazanının elminə dəlalət etməsindən aşağıdırmı?!

Məgər insana layiq olarmı ki, yazı ilə onu yazanın elm və hikmətinə dəlil gətirsin, amma bitki ilə onun yaradanının elm və hikmətinə dəlil gətirməsin?!

Bu necə elm, necə hikmətdir ki, su ilə torpağın birləşməsi ilə toxumun qabığını yarıb içinə bitkilərə xas olan bir həyat verir, bitkinin gövdəsinə torpağı yarıb çıxmaq üçün qüdrət, güc verir, onun qidasını, gübrə və minerallarını yerin qaranlıqlarından çəkib gətirir?!

Torpağın hər bir yerində müxtəlif növdən olan bitkilər, ağaclar üçün faydalı maddələr qərar verir ki, hər bir bitki və ağac özünə lazım olan xas maddəni orada tapır?!

Hər bir ağacın köklərini elə qərar verir ki, yalnız özünə xas olan və nəticədə özünə xas meyvə verəcək maddələri sorub cəzb etsin?!

Onları elə edir ki, köklər yerin cazibə qüvvəsinə qarşı çıxaraq suyu və mineral maddələri sorub ağacın budaqlarına göndərsin?!

Köklər yerin qaranlıq, zülmətli dərinliklərində öz işini gördüyü zaman, budaqları və yarpaqları elə edir ki, enerji və havanın cəzb edilməsi üçün havada açılsın:

“Hər bir varlıq, hansı bir məqsəd üçün yaradılıbsa, onun üçün də müyəssərdir”.

İnsan hər bir nöqtəsi hikmətli olan bu işi dəyişdirmək istəsə; belə ki, torpağın dərinliklərinə getmək üçün yaradılmış köklərin səmaya doğru inkişafına, bunun müqabilində də havada olmaq üçün yaradılmış budaqların yerin dərinliklərinə doğru getməsinə çalışsa, görər ki, onlar ilahi qanunun əksi ilə qarşılaşır və ona görə də öz təbii yollarına qayıdırlar:

“Sən Allahın hikmətli işində heç bir dəyişiklik tapmazsan!”

Kökündən tutmuş, minlərlə yarpağına qədər bir ağacın yaradılışı, onun ağılları heyrətə salan əzəmətli quruluş və nizamı, köklər vasitəsilə yerin dərinliklərindən yarpaqlardakı hüceyrələrin hər birinə su və qida cəzb etmək üçün verilən qüdrət, onların göy, yer və bunların arasında olan­larla sıx və qırılmaz rabitəsi, onun yaşaması üçün tə`sir gös­tərən amillər, gecəgündüzün birbirini əvəz etməsi, yer və gö­­yün tə`siri və gücü, onu cücərtmək üçün birləşərək kök və bu­daq­­larını əmələ gətirən bircə toxumu parçalaması, meyvənin içə­risində toxumlar yaratmaqla öz növünü saxlaması və s.də də­rin­dən fikirləşmək insan üçün kifayətdir ki, bunların ar­xasında sonsuz elm və hikmət sahibinin olduğuna əmin olsun:

“O kəs ki, göyləri və yeri yaratdı, sizin üçün göydən su gön­dərdi ki, onunla çox gözəl bağlar bitirdi. Siz onun ağaclarını əsla cücərdə bilməzsiniz! Allahdan başqa bir mə`bud varmı?! Yox, onlar (müşriklər) elə bir dəstədir ki, (məxluq­ları Allah ilə) eyni tuturlar”.

“Onun ağaclarını siz cücərtdiniz, yoxsa cücərdən Bizik?!”

“Biz orada hər bir şeydən müəyyən ölçüdə, lazım olan qədər cücərtdik”.

Baxdığın hər bir bitki və ağacın kökündən meyvələrinə qədər hər bir şeydə Yaradanın elm, qüdrət və hikmətinə dəlil t.rsan, onların becərilməsi və inkişaf etməsi üçün müəyyən olunmuş sünnətə, qanuna tabe olduqlarını görərsən:

“Bitkilər də, ağac da səcdə edərlər.”

Hər bir heyvanın yaşayışını, həyat tərzini fikirləşmək insanı Allahın varlığına doğru hidayət edir. Əbu Şakir Deysani imam Sadiq (əleyhissalam)ın yanına gəlib dedi: – Ey Cə`fər ibni Muhəmməd, öz mə`budunu mənə göstər!»

İmam (əleyhissalam) ona dedi: – Əyləş!

Bu zaman bir uşağın əlində yumurta var idi və o, yumurta ilə oynayırdı. İmam (əleyhissalam) dedi: – Ey oğlan, yumurtanı bura gətir!

Oğlan yumurtanı imama verdi. İmam (əleyhissalam) dedi:– Ey Deysani, bu, gizli bir hasardır. Onun möhkəm qabığı, möhkəm qabığın altında isə yumşaq bir qabıq vardır.

Yumşaq qabığın altında gümüşü maye və qızılı maye var. Nə qızılı maye gümüşüyə qarışır, nə də gümüşü maye qızılıya; hər biri öz halında qalır.

Nə oradan hələ islahatçı bir şey çıxmayıb ki, onun islahatından xəbər versin, nə də fəsad törədən bir şey ora daxil olmayıb ki, fəsad yaranmasından xəbər versin. Heç kəs bilmir ki, bu yumurta erkək (xoruz) üçün yaradılıb, ya dişi (toyuq) üçün.

Hansı yaradılış bu möhkəm qalanı təmiz əhəngdən yaradıb ona əsrarəngiz sirlər bəxş etdi?!

Hansı yaradılış bu qalanı toyuqların yediyi dəndən ayıraraq onu yumurtalığa qoydu, oranı cücənin inkişaf etməsi üçün əminamanlıq yer etdi, lə`li (gövhəri) sədəfə qoyan kimi, orada nütfəni yerləşdirdi?!

Bala anadan ayrı olduğu və qidalanmaq üçün ana bətni olmadığı üçün onun qidasını hasarın içində hazırladı, cücə ilə onun yemi və qalın əhəng divarın arasında incə pərdə qoydu ki, o bərk əhəng divar ona və onun yeminə zərər çatdırmasın.

Sonra bu qaranlıq, zülmətli yerdə cücənin bütün qüvvə və bədən üzvlərini – sümüklərini, əzələlərini, damarlarını, əsəb və hissiyyat sistemini yaratdı, onların hər birini öz yerində qərar verdi.

Bu bədən üzvlərindən onun yalnız gözünün quruluşu haqqında fikirləşmək ağılları heyran edir; onun incə yaradılışı lazım və layiq olduğu yerdə yerləşdirdi.

Yumurtadan çıxdığı zaman öz yemini torpaq və daşlar arasından götürməli olduğundan, ona sümük maddəsindən olan bərk dimdik verdi ki, yerə vuranda xəsarət və zərər görməsin.

Ruzisi əlindən çıxmamaq üçün ona çinədan verib ki, tapdığı hər bir dəni ora yığıb saxlasın, sonra onu tədriclə həzm sisteminə ötürsün. Onun incə dərisini tük və lələklərlə örtüb ki, istisoyuqdan, kənardakı zərərvericilərdən və düşmənlərdən qorusun.

Yaradan onun yalnız həyatı üçün zəruri olan şeylərlə kifayətlənməmiş, xarici görünüşünə də gözəllik vermişdir: onun tüklərini və lələklərini rəngbərəng edib ki, baxanları sevindirsin. İmam demişdi ki, tovuzun əlvan rəngləri kimi açılır.

Cücənin yumurta daxilində inkişaf etməsi üçün davamlı və mütənasib hərarət lazım olduğundan gecənin qaranlığından savayı həmişə hərəkət etməkdən yorulmayan toyuq uzun müddət sakit halda yumurtanın üstündə oturur.

Daim hərəkətdə olan bu quşa sakit olmağı hökm edən hansı hikmətdir ki, cücənin timsalında yeni bir həyat hərəkətə gəlsin?!

Hansı ustaddır ki, cücənin bədən üzvləri öz mütənasibliyini itirməsin deyə, toyuğa gecəgündüz yumurtaları çevirməyi, cücəyə vaxt tamam olanda hasarın divarını dimdiyi ilə sındırmağı və bədən üzvlərini, qüvvəsini sərf edəcəyi yeni bir həyata gəlməsini öyrədib?!

Hansı rəhmətdir ki, cücəli toyuğun təbiətində lazımi hərəkətləri icad edib?! Belə ki, onun təbiətində yalnız özünü qorumaq və müdafiə etməkdən başqa tə`sir olmazdı.

Buna baxmayaraq bir dəyişikliklə o, öz balalarına məhəbbət bəsləyir, onları qoruyur və himayə edir, öz sinəsini onları qorumaq üçün sipər edir. Bu mehribanlıq cücə müstəqil öz həyatını yaşaya bilənə qədər uzun müddət davam edir.

Bir yumurta barədə fikirləşmək bizə kifayət etməzmi ki: “Yaradan və nizamlayan, ölçü qoyan və hidayət edən” Allahı dərk edək?!

İmam (əleyhissalam) bu səbəbə görə buyurdu: “Onun üçün bir tədbir edən görürsənmi?

O, uzun müddət sükuta daldıqdan sonra Allahın yeganəliyinə, Peyğəmbər (səlləllahu əleyhi və alih)in nübüvvət və risalətinə, həzrət İmam Sadiq (əleyhissalam)ın imamətinə dair şəhadət verdi, özünün keçmiş əməl və rəftarlarından tövbə etdi.»

Bəli, müəyyən hədəf və məqsəd üçün torpağın qaranlıq qatlarında çərdəyi yaran, yumurta qabığının əmələ gətirdiyi zülmətlərdə cücəni böyüdüb boya-başa çatdıran həmin elm, qüdrət və hikmət ana bətninin zülmətlərində elə bir insan nütfəsini qərar verir ki, ilk əvvəldə zərrəbinlə görünən (mikroskopik) bir canlıdır, onda insana məxsus olan heç bir bədən üzvü və qüvvə yoxdur, ana bətnindən kənarda yaşamaq üçün lazımi vasitələrə də malik deyildir.

Nümunə üçün, rüşeymdə müxtəlif quruluş, görünüş və ölçülərdə, eləcə də yerinə yetirməli olduğu vəzifələrə mütənasib olaraq sümükləri, müxtəlif hərəkətləri icra etmək üçün əzələləri vücuda gətirir; həmçinin insan təfəkkürünü heyrətə salan beyin kimi mürəkkəb quruluşlu bir üzvü – idrak məş`əlini işıqlandırır, oyaqlıqda və yuxuda hər il milyonlar dəfə döyünən qəlbin fəaliyyətini tənzim edərək yaşayış hərarətini məhz bu həyat ocağında qoruyub saxlayır.

İnsanın bədən quruluşunun ən sadə tərkibində belə, təfəkkür etmək elm və izzət sahibi olan Allahın tədbirinə iman gətirmək üçün kifayətdir.

Məsələn, insanın ağzında üç növ diş qoyulmuşdur: qabaqda olan kəsici dişlər, ondan sonra kiçik dəyirman dişləri və ondan sonra ağzın axır tərəfində yerləşən böyük dəyirman dişləri.

Əgər dəyirman dişləri qabaqda, kəsici və azı dişləri isə onun yerində – arxada yerləşsəydi, onda bu dişlər yeməyi dişləyib çeynəməkdə, həmçinin insanın gözəl və ya çirkin olmasında necə tə`sir qoyardı?!

Əgər qaşlar gözün üstündə deyil, gözün aşağı hissəsində olsaydı və yaxud burnun deşikləri aşağı istiqamətdə deyil, yuxarı istiqamətdə olsaydı, necə olardı?!

Yer üzərində .rılan bütün abadlıq işlərinin hamısı – əkinçilikdən tutmuş, ən böyük sənaye mərkəzlərinə qədər bütünlüklə insanın barmaqlarına, onun üzərində olan dırnaqların inkişafına bağlıdır.

Bu necə hikmətdir ki, insanın qidasında dırnaq maddəsini qoymuşdur ki, mürəkkəb və heyrətamiz həzm dəsgahı ilə maddələri soraraq damarlara daxil edir və onu insanın barmağının başında olan dırnaqlara çatdırır?!

Nəzərdə tutulmuş müxtəlif məqsədləri yerinə yetirmək üçün dırnaq ilə dırnağın yapışdığı ət arasında elə bir sıx rabitə bərqərar etmişdir ki, onların birbirindən ayrılması insana üzücü əziyyət verir, məqsəd həyata keçdikdən sonra isə o, «küsüb» özözünə ayrılır və dırnaqlar çox asanlıqla kəsilə bilir?!

Qəribədir! Dırnaq maddəsinin qoyulduğu və insanın inkişafı üçün nəzərdə tutulan həmin qida maddələri son dərəcə lətif, incə olan şəffaf maddə – görmə üzvü üçün də hazırlamışdır ki, həzm prosesini ötüb keçdikdən sonra qana sorularaq gözə gedib çatır.

Əgər bu ikisinin mə`lum ruzisinin bölgüsü bir-birinin əksinə olsaydı: yə`ni dırnaq gözün içindən cücərib çıxsaydı və o şəffaf maddə isə barmaqların başına gəlsəydi, bəşər həyatında necə nasazlıqlar əmələ gələrdi?!

Bu da Allahın elm və hikmət əsərlərinin ən sadə nümunə­ləridir ki, çox da dərindən fikirləşməyə ehtiyac duyulmur: “Öz quruluşunuzu görmürsünüzmü?!”

Halbuki, zərrəbinlərin və təfəkkür qüvvəsinin çox dərin və incə tədqiqi, bədən üzvlərinin vəzifələrinin ayırd edilməsində .rılan ən dəqiq ixtisaslarla əldə olunan sirlər bundan qatqat yüksəkdədir: “Öz (maddi-mə`nəvi qüvvələrində, əzalarının quruluşunda) təfəkkür etməzlərmi?!”

Bəli, insan elə bir varlıqdır ki, onun təkcə dərisinin hikməti belə, bu qədər elmi axtarış və kəşflərdən sonra, hələ də sirli qalmaqdadır, onda görəsən onun batinində və beynində nələr vardır!

Ona, öz meyl və istəklərini həyata keçirmək üçün verilən şəhvət və pis, xoşagəlməz işləri dəf etmək, onlardan qorunmaq üçün verilən qəzəb qüvvəsindən tutmuş, bu ikisini əməli cəhətdən mö`tədil vəziyyətə salmaq və duyğu üzvlərini nəzəri cəhətdən hidayət etmək üçün verilən əql qüvvəsinə qədər:

“Və əgər Allahın ne`mətlərini saymaq istəsəniz, heç vaxt onları sayıb qurtara bilməzsiniz.”

Belə bir hikmət kitabı necə bir elm və qüdrət qələmi ilə bir damla suyun üzərinə yazılmış, həkk olunmuşdur?! “İnsan nədən yaradıldığına baxmalıdır; o, atıcı bir sudan xəlq olunmuşdur.”

“(Allah) sizi, analarınızın bətnində (və) bir xilqətdən sonra digər bir yaranış verməklə, üçlük təşkil edən qaranlıqlarda xəlq etdi.”

Bu necə elm, qüdrət və hikmətdir ki, üfunətli suda üzən canlı (heyvan) zərrələrindən elə bir insan xəlq etmişdir ki, onun idrak məş`əli kainatın və özünün ənginliklərində seyr edir, tədqiqat .rır?!

“Oxu; və Sənin Pərvərdigarın Kərimdir. Həmin şəxs ki, qələm vasitəsilə (elm) öyrətdi, insana bilmədikləri şeyləri tə`lim verdi.”

Yeri və asimanı onun təfəkkür və qüdrətinin cövlangahı qərar verir:

“Görməyirsinizmi ki, Allah asimanda və yerdə olanları sizin üçün ram, Özünün aşkarda və gizlində olan ne`mətlərini sizin üçün bol etmişdir?! Camaatdan bə`ziləri Allah barəsində nə elm, nə hidayət, nə də nur verən bir kitab olmadan mübahisə edirlər.”

İnsan bu qədər əzəmətli elm, qüdrət, rəhmət və hikmət müqabilində nə deyə bilər?! Yalnız bunu deyə bilər:

“Uca mərtəbəli, uca məqamlıdır yaradanların ən yaxşısı olan Allah!”

Sonra torpağa düşüb o əzəmətli dərgahda üzünü yerə baş qoymaqdan və “subhanə Rəbiyələzimi və bihəmdih” (mənim Rəbbim hər bir eyib və nöqsandan pakdır, mən də Ona həmd deməklə məşğulam) deməkdən başqa bir iş görə bilərmi?!

Ссылка на комментарий
Поделиться на других сайтах

Tovhidin bir neçə mərhələsi, mərtəbəsi vardır:

Zatda tovhid: Mütəal Allahın müqəddəs zatından başqa mövcud olan hər bir varlıq mürəkkəbdir, hissələrdən təşkil olunmuşdur. Amma Allah-taalada Onun yeganəliyi zatı ilə eynilik təşkil edir. Allahdan başqa hər bir şey vücudda bölküyə qabildir. Misal üçün, cismin maddə və surətə, vəhm qüvvəsində zamanın anlara bölünməsi, əql qüvvəsində insanın insaniyyət və vücuda bölünməsi və hər bir sonlu məhdud mövcudun məhdud və həddə ayrılması (məhdud – tə`rif olunan, hədd – onun tə`rifi). Cəməl müharibəsində döyüşün qızğın vaxtında bir nəfər İmam Əli (ə)-ın yanına gəlib dedi: – Ya Əmirəl-mö`minin! Allahın bir olduğunu deyirsənmi?!

Camaat hər tərəfdən onun üstünə çığırıb dedilər ki, Əli (ə) üçün qarşıya gələn belə bir şəraitdə bu suala yer yoxdur!

İmam (ə) buyurdu: – Onunla işiniz olmasın! Onun bizdən (öyrənmək) istədiyi şeyi biz elə bu qövmdən istəyirik. Bizim istəyimiz tovhiddir. (Sonra buyurdu:) «Allah vahiddir» dedikdə, bu vahidliyin dörd növü təsəvvür olunur ki, onun iki qismi Allaha rəva deyil, digər iki qismi isə Onda sabitdir. Allah barəsində caiz olmayanlar:

a) Ədədlərdə mövcud olan vahidlik; Allah-taalanın vahidliyi ədədə məxsus olan vahidlik deyildir, çünki ikincisi təsəvvür olunan hər bir vahid, ikincisi olmayan vahidə heç vaxt aid edilməz:

لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ ثَالِثُ ثَلاَثَةٍ

“Həqiqətən “Allah üç şəxsin üçüncüsüdür” - deyənlər hökmən kafir olmuşlar.” («Maidə» surəsi, ayə:73)

b) Allah barəsində rəva (caiz) olmayan digər vahid cinsdən olan bir növün nəzərdə tutulmasıdır, məsələn, «O, camaatdan biridir» - deyilməsi kimi.

Hər hansı bir sinif və növdən olan bir fərd mə`nasına aid edilən bu mə`na Allah-taala barəsində caiz (rəva) deyildir. Çünki bu cür aid edilmədə təşbih vardır, Allahın isə heç bir oxşarı və təşbihi yoxdur.

Allah-taala barəsində caiz olan vahidlik isə aşağıdakılardan ibarətdir:

1) Vahid dedikdə məqsəd budur ki, heç bir şey Onun oxşarı deyildir.

2) Allah-taala elə bir vahid və əhəddir ki, vücudda, əqldə və vəhmdə bölgünü qəbul etmir. («Biharul-ənvar», 3-cü cild, səh.206).

Zat və sifətlərdə olan tovhid dedikdə, məqsəd Allah-taalanın həyat, elm, qüdrət kimi zati sifətlərinin Allahın zatı ilə eynilik təşkil etməsidir. Əgər eynilik təşkil etməsəydi, onda zat ilə sifətin çoxluğu lazım gələrdi və bu da tərkib və hissələrdən təşkil olmanı gərəkli edərdi. Tərkib və cüzlərdən təşkil olunma isə, öz hissələrinə və onu tərkib edən şəxsə ehtiyaclı edir; həmçinin sifətlərin zata artırılması (əlavə edilməsi) də bunu tələb edir ki, zat mərtəbəsində kamal sifətlərinə malik olmasın, lakin onda bu sifətlərin vücud imkanı (mümkünül-vücud) cəhəti olsun, hətta sifət imkanından keçdikdə belə, zatın mümkün olması lazım gəlir, çünki kamal sifətlərindən məhrum olmaq və sifət imkanlığını daşımaq zatən ehtiyacsız olan başqa bir varlığa ehtiyaclı edir.

Əli (ə) buyurur:

اَوَّلُ عِبٰادَةِ اللَّهِ مَعْرِفَتُهُ، وَاَصْلُ مَعْرِفَةِ اللَّهِ تَوْحِيدُهُ، وَنِظـٰامُ تَوْحِيدِ اللَّهِ نَفْىُ الصِّفٰاتِ عَنْهُ، بِشَهٰادَةِ الْعُقُولِ اَنَّ كُلَّ صِفَةٍ وَمَوْصُوفٍ مَخْلُوقٌ، وَشَهٰادَةِ كُلِّ مَخْلُوقٍ اَنَّ لَهُ خٰالِقًا لَيْسَ بِصِفَةٍ وَلاٰ مَوْصُوفٍ

“İbadətin əvvəli – Allah barəsində mə`rifət kəsb etməkdir. Allah barəsində mə`rifətin əsli Onu tovhid – yeganə bilməkdir, Allahın tovhidi sifətlərin Ondan inkar edilməsidir; çünki əqlin şəhadət verməsinə əsasən, hər bir sifət və movsuf məxduqdur (xəlq olunmuşdur); Hər bir məxluq da şəhadət verir ki, onun üçün sifət və movsuf olmayan bir Xaliq vardır.” «Biharul-ənvar», 54-cü cild, səh.43

Mə`buluqda (ilahilikdə) tovhid

وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَّ إِلَهَ إِلاَّ هُوالرَّحْمٰنُ الرَّحِيمُ

“Və sizin mə`budunuz yeganə, vahid olan mə`buddur, Ondan başqa heç bir mə`bud yoxdur, mehriban və bağışlayandır.” («Bəqərə» surəsi, ayə:163)

Rububiyyət (rəbb olmaq) məqamındakı tovhid:

قُلْ أَغَيْرَ اللّهِ أَبْغِي رَبًّا وَهُورَبُّ كُلِّ شَيْءٍ وَلاَ تَكْسِبُ كُلُّ نَفْسٍ

“De: Allahdan başqa bir şəxsi özümə Pərvərdigar seçimmi, halbuki, O, hər bir şeyin Pərvərdigarıdır?!” («Ən`am» surəsi, ayə:164)

أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ

“Pərakəndə (dağınıq) vəziyyətdə olan mə`budlar yaxşıdır, yoxsa yeganə və qəhhar olan Allah?!” («Yusif» surəsi, ayə:39)

Xəlq etməkdə tovhid:

قُلِ اللّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوالْوَاحِدُ الْقَهَّارُ

“De: Hər bir şeyin yaradanı Allahdır, O yeganə və qəhhardır.” («Rə`d» surəsi, ayə:16)

وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ لاَ يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ

“Və o mə`budlar ki, onlar (müşriklər) Allahdan başqa olaraq çağırırlar, onlar heç bir şeyi yarada bilməzlər və onların özləri də yaradılmışlardır.” «Nəhl» surəsi, ayə:20)

İbadətdə olan tovhid:

Yə`ni bəndəlik yalnız Allaha məxsusdur:

قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَكُمْ ضَرًّا وَلاَ نَفْعًا

“De: Allahdan başqa bir şeyə ibadət edirsinizmi, halbuki onlar sizin üçün heç bir zərər və mənfəətə malik deyildirlər?!” («Maidə» surəsi, ayə:76)

Əmr və hökmdə tovhid:

أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ

“Həqiqətən, xəlq və əmr Ona məxsusdur, bütün aləmlərə pərvəriş verən Allah uca mərtəbəli, uca məqamlıdır.” («Ə`raf» surəsi, ayə:54)

إِنِ الْحُكْمُ إِلاَّ لِلّهِ

“Hökm Allahdan başqası üçün deyildir; yalnız Allaha məxsusdur.” («Yusif» surəsi, ayə:40)

Qorxu və xəşyət məqamında olan tovhid:

فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ

“Onlardan qorxmayın, yalnız Məndən qorxun, əgər imanınız varsa!” («Ali-İmran» surəsi, ayə:175)

فَلاَ تَخْشَوُاْ النَّاسَ وَاخْشَوْنِ

“Belə isə, camaatdan qorxmayın və yalnız Məndən qorxun!” («Maidə» surəsi, ayə:44)

Mülk də olan tovhid:

وَقُلِ الْحَمْدُ لِلّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَم يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ

“De: Həmd, tə`rif (yalnız) o Allaha məxsusdur ki, nə Özü üçün bir övlad seçmişdir, nə də Onun üçün mülkdə bir şərik vardır.” («İsra» surəsi, ayə:111)

Xeyir və zərərin maliki olmaqda tovhid:

قُل لاَّ أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلاَ ضَرًّا إِلاَّ مَا شَاء اللّهُ

“De: Mən öz nəfsim üçün heç bir xeyir və ziyana malik deyiləm; yalnız Allahın istədiklərindən başqa.” («Ə`raf»» surəsi, ayə:188)

قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوأَرَادَ بِكُمْ نَفْعًا بَلْ كَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًا

“De: Belə isə, əgər Allah sizin üçün bir zərəri iradə etsə, yaxud sizin üçün bir xeyir çatdırmaq istəsə, kim sizin üçün Allah tərəfindən bir şeyə malik olar?!” («Fəth» surəsi, ayə:11)

Ruzi verməkdə tovhid

قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللهُ

“De: Yerdən və asimanlardan sizin üçün kim ruzi göndərir?! De: Allah göndərir!” («Səbə» surəsi, ayə:24)

أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهٍُ

“Əgər Allah Öz ruzisini sizdən alsa, kim sizə ruzi verər?!” («Mülk» surəsi, ayə:21)

Təvəkkül etməkdə tovhid:

وَتَوَكَّلْ عَلَى اللَّهِ وَكَفَى بِاللَّهِ وَكِيلاً

“Allaha təvəkkül et; və Allahın vəkil olması kifayət edər!” («Əhzab» surəsi, ayə:3)

اللَّهُ لَا إِلَهَ إِلَّا هُووَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

“Allahdan başqa heç bir mə`bud yoxdur; belə isə, mö`minlər (gərək) yalnız Allaha təvəkkül etsinlər.” («Təğabun» surəsi, ayə:13)

Əməl məqamında tovhid

وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَى إِلَّا ابْتِغَاء وَجْهِ رَبِّهِ الْأَعْلَى

“Bir şəxs üçün Onun yanında elə bir ne`mət olmamışdır ki, ona əvəz verilsin; yalnız öz yüksək məqamlı Pərvərdigarının vəchinin razılığını istəyənlərdən başqa.” («Ləyl» surəsi, ayə:19-20)

Diqqət yetirməkdə olan tovhid:

إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالأَرْضَ

“Həqiqətən mən, üzümü asimanları və yeri xəlq edən şəxsə doğru döndərmişəm.” («Ən`am» surəsi, ayə:79)

Bu, o şəxsin məqamıdır ki, özünün zatının həlak, kainatın fani ol­masını və

كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ

«Allahın vəchindən başqa hər bir şeyi həlak olub aradan gedəndir.” («Qəsəs» surəsi, ayə:88)

كُلُّ مَنْ عَلَيْهَا فَانٍ * وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُوالْجَلَالِ وَالْإِكْرَامِ

“Və yerin üzərində olan hər bir şey fanidir – yalnız cəlal və ikram sahibi olan Rəbbinin vəchi qalar.” («Ər-Rəhman» surəsi, ayə:26-27) ayələrinin mə`nasını dərk etmiş və onun Allah-taalaya fitri olaraq diqqət yetirməkdə tovhid məqamı

وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ

“Üzlər diri və qəyyum olan Allah qarşısında xar və zəlil olarlar.” deyə buyurulan iradi diqqət tovhidinə təcəlli etmişdir.

«Zuxruf» surəsi, ayə:74

Ссылка на комментарий
Поделиться на других сайтах

بِسمِ الله الرحمن الرَحِيمِ

اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bismillahir-rəhmanir-rəhim

Butun həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhli-beytinə, xususilə Allahın yer uzundə saxladığı şəxsə (həzrət Məhdiyə) olsun!

Biz Allahı hər bir cəhətdən yeganə bilirk. Çünki, “Tovhid” - “vəhdət” kökündən olub təkləndirmək, yeganə bilmək mə`nasınadır.

Onu Zatında yeganə bildiyimiz, Zatında vahid, vücudu isə vacibül-vücud olmasına (y`ə`ni vücud varlığı başqasından deyil, Özündən olan, heç nəyə ehtiyacı olmadığına) e`tiqad bəslədiyimiz kimi, Allahın sifətlərində də yeganəliyinə inanmalıyıq.

Həmçinin Allahın sifətləri Zatının eynidir Bizim e`tiqadımıza görə, Onun Zati sifətlərində heç bir misli, tayı-bərabəri yoxdur. Ayə: “Leysə kəmislihi şəy`un.” Heç bir şey Onun (Allahin) misli, oxşarı deyildir.

Allah, elm və qüdrətdə misilsiz, xəlq etmək və ruzi verməkdə şəriksizdir, kamal sifətlərində heç bir tayı-bərabəri yoxdur.

Hər kəs ibadətdə Allahdan qeyrisini şərik qoşsa, müşrik sayılır. Məsələn, ibadətdə Allahdan qeyrisinə yaxınlaşmaq istəyən şəxs kimi. Bu şəxsin hökmü bütə pərəstiş edənlərin hökmüdür, aralarında heç bir fərq yoxdur.

***

Biz şiələr inanırıq ki, elm, qüdrət, qəni – ehtiyacsız olmaq, iradə (istək), həyat və s. Allahdakı həqiqi sifətlərdur və kamal və cəmal sifətləri adlandırılır.

Bütün bu sifətlər Allahın Zatının eynidir və Zatına artırılan olan sifətlər deyil. Bu sifətlərin vücudu Zatının vücudundan başqa bir şey deyildir. Deməli, misal üçün, Onun qüdrəti vücud baxımından elə həyatıdır və həyatı da elə qüdrətidir.

Yə`ni Allah diri (Həyy) olduğu ilə eyni zamanda qadirdir və qadir olduğu halda həyydir. Onun sifətləri və sifətlərinin vücudunda ikilik məsələsi ayrı-ayrı iki şey olmaq əsla yoxdur. Sair kamal sifətləri də eynilə belədir, lakin o sifətlər insan zehnindəki mə`na və məfhumlarda bir-birindən fərqlənir, həqiqət, gerçəklik və vücudlarında isə bir-birindən heç də fərqlənmir.

Çünki, əgər o sifətlər vücudlarında bir-birindən fərqli olsalar bu halda sifətlərin sayına uyğun olaraq vacibül-vücudun çoxluğu lazım gələr və Allahın Zatının həqiqi vəhdətinə xələl yetişər. Bu da tovhid əqidəsinə ziddir.

Sübuti izafi (nisbi) sifətlərə gəldikdə isə, (xaliqiyyət, raziqiyyət, bütün varlıqların səbəbi, ilkinlik və s. kimi) bu sifətlər də özünün həqiqi mə`nasında vahid və həqiqi bir sifətə qayıdır, o da Allahın bütün varlıqlara nisbətən qəyyum olmasıdır

Qəyyum - Hər bir şeyin qaimi, hafizi, hər bir şeyin varlığına səbəb olan şeyi varlığa əta edən). Bu qəyyumluq da vahid bir sifətdir ki, ondan əsər-əlamət, nəzərlər müxtəlifliyini şərt etməklə bir neçə sifət çıxır.

Cəlal sifətləri adlanan səlbi sifətlərə gəldikdə isə, hamısı vahid bir mövzunun inkar edilməsinə qayıdır: o da imkanın Ondan səlb (inıar) edilməsidir.

İzah: varlığı zəruri olan varlığa “vacibül-vücud” deyilir. Bə`zi varlıqların isə yoxluğu, olmaması zəruridir, bunlara da “mümtəniül-vücud” deyilir. Bə`zilərinin isə nə varlığı zəruridir, nə də yoxluğu.. Bunlara “mümkünül-vücud” deyilir

Allah mümkünül-vücud deyildirç bunun mə`nası, mümkünül-vücuda xas olan cismiyyətin, surət, hərəkət və sukunət, ağırlıq və yüngüllük və s. kimi sifətlərin, ümumiyyətlə hər bir nöqsanın, çatışmamazlığın səlb inkar olunmasıdır.

Allah həmişə eşidən (səmi`), görən (bəsir), bilən (əlim), qadir (qüdrətli), həkim (hikmət sahibi), əziz (məğlub olmayan, yenilməz), Həyy (diri), Qəyyum, Vahid, Qədimdur (əzəli). Bunlar Onun Zatının sifətləridir.

Digər tərəfdən, Allahın mümkünül-vücud olmaması həqiqətdə elə vacibül-vücud olmasıdır. Onun vacibül-vücud olması isə kamal sifətlərindəndir. İmkanın inkarı da əsl həqiqətdə vücudun vacibliyinə qayıdır və vücudun vacibliyi də kamal sübuti sifətlərdəndir. Deməli, cəlal (səlb) sifətləri də nəticə etibarı ilə axırda kəmaliyyə (sübuti) sifətlərinə qayıdır və Allah-Taala bütün çəhətlərdən vahiddir, Müqəddəs Zatında çoxluğa yol yoxdur. Həmçinin, Onun Səməd və Vahid həqiqətində heç bir mürəkkəblik (tərkib) yoxdur.

Həmçinin, Allahın sübuti sifətlərinin Zatına artırıldığına, əlavə olduğuna inananların da sözləri təəccüb doğurur. Bu təriqət ardıcılları əzəli varlığın çoxluğuna, vacibül-vücud üçün şəriklərin varlığına e`tiqad bəsləyirlər, yaxud onun mürəkkəb olduğunu söyləyirlər, halbuki Allah-Taala bu kimi işlərdən uzaqdır.

***

Bizim e`tiqadımız budur ki, Allah-Taala Vahid (sifətdə yeganə) və Əhəddir (Zatda yeganədir). Onun oxşarı və misli, tayı-bərabəri yoxdur. Qədimdir (əzəlidir, kimsə Ondan öncə mövcud olmamışdır) və heç zaman məhv olmamış, məhv olmayacaqdır.

O, Əvvəl və Axırdır. Alim (elmli), Həkim (hikmət sahibi, əbəs iş görməyən), Adil (ədalətli), Həyy (diri), Qadir (qüdrət sahibi), Qəniyy (ehtiyacsız), Səmi` (eşidən) və Bəsir (görən)-dir. Məxluqatın sifətləri ilə vəsf olunmaz. O nə cisimdir, nə də surət.

Surət–hər şeyin gerçəkləşməsi, vücuda gəlməsi üçün zəruri olan hissə, onun təşkiledicisidir ki, onsuz həmin şeyin vücuda gəlməsi heç bir vəchlə mümkün deyildir. Məsələn, insan iki yöndən təşkil olunmuşdur: biri maddə (cismiyyət), biri isə surət (ruh, təfəkkür və iradə qüvvəsi). Onun maddəsinin, yə`ni cismiyyətinin vücudunun davamlı, qalarlı olması və nəticədə insan hesab olunması əsas e`tibarı ilə surətindən, yə`ni təfəkkür qüvvəsindən asılıdır. Allah-Taalanın isə Müqəddəs Zatında insandakı və sair varlıqlardakı kimi mürəkkəblik (bir neçə şeyin–surətlə maddənin birləşib bir şey vücuda gətirməsi) mövcud olmadığından, Onda nə cism var, nə də surət.

Nə cövhərdir (substansiya), nə ərəz (aksidensiya). Onun ağırlığı, yüngüllüyü, hərəkəti, sükunu, zamanı, məkanı yoxdur. Ona heç bir şeylə işarə olunmaz.

Imam Əli (əleyhissalam)-dan Zə`ləbin cavabında belə nəql olunmuşdur: “Görmədiyim Rəbbə ibadət edənlərdən olmadım”

Zə`ləb elə güman etdi ki, Həzrət gözlə görməyi deyir, buna görə də dedi: Onu necə görürsən?

Həzrət buyurdu: “Gözlər Onu müşahidə etməklə görməzlər, lakin qəlblər imanın həqiqəti (nuru) ilə (Allahın vəhdaniyyət, rübubiyyət və sair sifətlərini təsdiq etməklə) görər. Hər şeyə yaxındır (hər şeyə əhatəsi var), amma onlara yapışmamışdır; onlardan da uzaqdır, amma onlardan ayrı deyildir (çünki, yaxınlıq yapışmaqla, uzaqlıq ayrı olmaqla cismin xüsusiyyətlərindəndir); danışandır (sözü yaradan, icad edəndir), amma düşünüb təfəkkür etmədən (çünki, təfəkkür edib düşünmək bilməməzlik nəticəsindədir və Allah belə şeylərdən pak və münəzzəhdir!);

iradə edəndir, amma qərara gəlmədən və hazırlaşmadan (çünki, qərara gəlmək hansısa bir işin görülməsinin müqəddiməsi olan iradədir və bu da cismin xüsusiyyətlərindəndir ki, bir işi görüb-görməməkdə tərəddüd edir. Amma Allah taala tərəddüd ;.......

Dərk edir amma cismilə yox, Danışandır, amma sözlə yox, Əşyalarda vardır amma onlarla qarışmadan, onlardan da xaricdədir amma ayrılıqla yox, Hər şeyin fövqündədir amma “Onun fövqündə bir şey var” deyilməz. Hər şeyin yanındadır amma “Onun yanı var” deyilməz. Hər bir əşyada var amma bir şeyin başqa bir şeyə daxil olması kimi yox. Onlardan da xaricdədir, amma bir şeyin başqa bir şeyin xaricində olduğu kimi yox.

***

Həmçinin Onun şəriki, oxşarı, ziddi, həyat yoldaşı, övladı yoxdur (ola da bilməz). Gözlər Onu görə bilməz, lakin O, gözləri görür.

Hər kəs Onu məxluqata oxşatsa (məsələn, Onun üçün üz, əl, göz və s. təsəvvür etsə), yaxud Onun dünya aləminin asimanına nazil olmasına, yaxud cənnət əhli üçün ay kimi zahir olmasına və s. e`tiqad bəsləsə, şəksiz ki, kafir hökmündədir

Kiramiyyə firqəsi deyir ki, O, yuxarı səmtdədir! Bax: “Əl-fərqu beynəl-firəq”, səh.131; “Əl-miləlü vən-nihəl”, 1-ci cild, səh.99; Həmçinin, “Əşairə” firqəsi (“Əl-isabətü fi üsulid-diyanəti”, səh.36-55) və “Vəhhabiyyət” firqəsi (Ibni Teymiyyənin “Əl-əqidətül-həməviyy” kitabı, 1-ci cild, səh.429, “Əl-hədiyyətüs-sinniyyə” səh.96, Məhəmməd ibni Əbdül-vəhhabın 5-ci risaləsində) bu əqidədədir.

Həmçinin, bə`zi firqələrin batil nəzərinə görə (sufilərin iddia etdiyi kimi) Allah ariflərin bədənləri ilə müttəhid olur! Özünü arif hesab edən Bilzərai “Səbhətül-mərcan” kitabında deyir: Məxluqat Bari-Taalanın (Allahın) məzhəridir (təzahür yeridir). O, məxluqun hər bir cüz`ündə seyr edir

Bu kimi şəxslər hər bir eyb və nöqsandan pak-pakizə olan Xaliqin həqiqətini anlamırlar. Hətta zehnlərimizdə Ona aid etdiyimiz ən dəqiq mə`nalar belə, bizim özümüz kimi məxluq (xəlq olunmuş) olub bizə qayıdır (İmam Baqir (əleyhis-salam)-ın tə`biri ilə).

Həmçinin, “O (Allah) Qiyamət günü məxluq üçün zahir olacaq və bəndələr Onu görəcək” deyənlər də, hətta cismiyyəti Ondan inkar etsələr də belə kafirlər dəstəsindən sayılır.

“Əşairə” məzhəbinin e`tiqadına görə, “Qiyamət günü Allah-Taala məxluqat üçün görünəcəkdir.” Bax: Əbil-həsən Əş`əri, “Əl-ibanətü fi-üsülad-diyanət”, səh.5-6; “Əl-miləlü vən-nihəl”, 1-ci cild, səh.85-94 Təftazaninin “Şərhül-əqaid”inə Kəstəlinin haşiyəsi, səh.70; “Əl-ləvamiül-ilahiyyə”, səh.82-98

“Sünnü alimlərinin hamısı bu fikirdədir ki, axirətdə Allah-Taala mö`minlər üçün görünəcək. Onların e`tiqadlarına görə, hər bir halda, hər bir diri üçün əql yolu ilə Onu görmək mümkündür, yalnız mö`minlər üçünsə, axirətdə görünməsi vacibdir.” “Əl-fərqü beynəl-firəq”, səh.335-336.

Mücəssəmə firqəsi (nəuzu billah, Allahı cisim hesab edənlər) istisna olmaqa, sair sünnülər belə güman edirlər ki, məhşər əhlinin hamısı qiyamətdə Allahı görəcəklər (Allah belə işlərdən pak və münəzzəhdir!) gözlərinin şüaları onun cisminə (nəuzu billah!) müttəsil olacaq (dikiləcək), Ona nəzər edəcək, Onun barəsində mübahisə etməyəcəklər, necə ki, buludsuz havada ay və günəş barəsində mübahisə etmirlər. Amma münaqişəli məsələ budur ki, görəsən cismiyyətdən uzaq olduğu halda, Onu görmək mümkündürmü? Yoxsa bu qeyri-mümkün bir işdir?! “Əşairə” firqəsi birinci nəzəriyyəni (mümkünlüyü), biz isə Mə`sum Imamlarımıza tabe olaraq ikinci nəzəriyyəni (Allahı görməyin heç bir vəchlə mümkün olmamasını) qəbul edirik.

Bunlardan əlavə, sünnülər bə`zi qondarma hədislərə əsasən, nəuzu billah, deyirlər ki: “Allah Adəmi Öz surətində yaratdı”; “Onun bədən üzvlərin var (barmaq, bilək, ayaq). Ayağında olan əlamətlərlə tanınır”; “Qiyamət günü cəhənnəmin nə`rəsinin qabağını almaq üçün ayağını cəhənnəmə qoyacaq, cəhənnəmə deyəcək: Bəsdir! Bəsdir!”; Həmçinin deyirlər ki, (nəuzu billah!) “Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Allahı görüb səcdəyə düşdü”; “Allah qiyamət günü yuxarıdan enib bəndələrin içinə gələcək ki, onları mühakiməyə çəksin”; “Müsəlmanlar qiyamət günü öz rəblərini, ayı gördükləri kimi görəcək, bu görüşdən heç də yorulmayacaqlar” və s. bu kimi yüzlərlə xurafat!

Bax: “Səhihi-Buxari”, 8-ci cild, səh.62; 9-cu cild, səh.156; “Səhihi-Müslüm”, 4-cü cild, səh.2183; “Sünəni ibni Macə”, 1-ci cild, səh.64; “Müsnədi-Əhməd”, 2-ci cild, səh.264; “Əl-müvəttə”, 1-ci cild, səh.214, 30-cu hədis; “Əslüş-şiə və üsulüha”, 24-cü səhifədə haşiyə.

Bu kimi puç iddialar edənlər Qur`ani Kərimin ayələri və hədislərin zahiri mə`nalarına əsaslanıb onları dərk etməyə qadir deyildirlər və əqli qanunları inkar edirlər. Nəticədə məhz bu yanlış təsəvvürlər səbəb olur ki, Qur`anda işlədilən dəqiq və incə məcazi mə`naları, istiarə və kinayə qanunlarının tələbinə uyğun olaraq, ayə və hədislərin zahirində təsərrüf etməyə qadir olmasınlar.

Allahı inkar edənlərdən biri İmam Riza (əleyhissalam)ın hüzuruna gəldi. İmam (əleyhissalam) ona buyurdu: – Əgər sizin dediyiniz düz olsa – halbuki belə deyildir – biz namaz, oruc, zəkat və (digər haqq) iqrarlarımızdan heç bir zərər görmərik (çünki iman gətirib saleh əməl görməyə, xoşagəlməz və bəyənilməz işləri tərk etməyə səbəb olan şeylər – dini vəzifələrimiz həm özümüzün, həm də cəmiyyətin ruhi asayişinə səbəb olur; əgər (qeyrimümkün fərzə görə) bu əməllər əbəs və bihudə olsalar da, bu əməllərin yerinə yetirilməsinə dözmək Allah və məad barəsində verilən ehtimallar müqabilində çox kiçik zərər və əziyyətdir ki, bu iş ehtimal verilən şərin dəf edilməsi və çoxlu xeyirlərin əldə edilməsi üçün lazım və zəruridir.)

O kişi dedi: – Belə vəsf etdiyiniz O Allah necədir və haradadır?

İmam (əleyhissalam) buyurdu: – O məkana «məkanlıq» bağışlamış, keyfiyyətə «keyfiyyət» vermişdir (O, məkanları xəlq edən, keyfiyyətləri yaradandır, məxluq Xaliqin xüsusiyyətləri ilə vəsf edilə bilməz. Allahın, Özünün xəlq etdiyi şeylərin xüsusiyyətləri ilə vəsf edilməsinin nəticəsi, Xaliqin o məxluqa ehtiyaclı olmasıdır, buna görə də mütəal Allah məhdud olan keyfiyyət və məkanla, hiss olunan hisslərlə müqayisə olunmaz.)

O kişi dedi: – Əgər O, hiss orqanlarının biri ilə duyulmursa, deməli, yoxdur!

İmam (əleyhissalam) buyurdu: – Sənin hislərin Onu idrak etməkdən acizdir. Aciz olduğuna görə Onu inkar etmişsən, (halbuki) biz hislərimizin Onu dərk etməkdən aciz olduğunu gördüyümüz zaman, yəqin etmişik ki, O, bizim pərvərdigarımızdır. (Varlıqları yalnız hiss olunanlarda həsr edənlər bundan qafildirlər ki, hiss mövcuddur, lakin (onun özü) hiss olunmur; görmək və eşitmək mövcuddur, lakin görməli və eşidilməli deyildir. İnsan sonsuzluğun məhdud olmadığını başa düşür, halbuki hiss olunan hər bir şey məhdud və sonludur. Nə çox zehni və xarici varlıqlar var ki, hissin fövqündədir, lakin o şəxs varlıqların yalnız hiss olunanlarda həsr olunması təsəvvürü ilə hissin və hiss olunanların Xaliqini inkar etdi. İmam (əleyhissalam) da onu bu həqiqətə doğru hidayət edərək buyurdu: – Hiss və hiss olunanın (məhsusun) vəhm və vəhm olunanın (məvhumun) əql və əql olunanın (mə`qulun) Xaliqi hissə, vəhmə və əqlin hüdudlarına sığmaz, çünki idrak qüvvəsi yalnız idrak etdiyi şeylərə əhatəlidir və o qüvvə Allahın məxluqudur. Xaliq də Öz məxluquna əhatəlidir, deməli hissin, vəhmin və əqlin onlara əhatəli olan Xaliqinin onların idrakı hüdudlarında qərar tutması, onlara əhatəli olan bir varlığın onlar tərəfindən əhatələnməsi qeyrimümkündür; əgər mütəal Allah hiss olunsaydı, yaxud vəhmə sığsaydı və yaxud əql ilə dərk edilsəydi, onda bu qüvvələrin dərk etdiyi şeylərə oxşayar və onlarla şərik olardı. Onların şəriklik cəhəti də (şərik olduğu yöndən əlavə) ixtisas cəhətini (şərikində olmayan və yalnız özündə olanları) lazım tutur (nəticədə bu ikisindən tərkib tapır), tərkib isə məxluqun xasiyyətidir. Deməli, əgər mütəal Allah hiss, vəhm və əqlə sığsaydı, xaliq deyil, məxluq olardı.)

O kişi soruşdu: – Allah nə vaxtdan olmuşdur?

İmam (əleyhissalam) buyurdu: – Sən de görüm nə vaxtdan olmamışdır?! (Zaman və zamana aid olanların qəyyumu olan, mücərrəd və maddi şeyləri vücuda gətirən mütəal Allah barəsində yoxluq, zaman, məkan kimi şeylər mə`nasıdır.)

İmam (əleyhissalam)dan soruşdu: – Onun dəlili nədir?

O həzrət onu, Allahtaalanın insanın özündə və kainatda qoyduğu ayələrə, nişanələrə doğru hidayət etdi, bədən quruluşunda dərindən diqqət yetirməyi tövsiyə etdi ki, bu möhkəm quruluşun, onda işlədilən dəqiq, incə və zərafətli, hikmətli işlərdən bu binanın banisinin hikmət və elminin varlığını dərk etsin; eləcə də onu külək, bulud, günəş, ay və ulduzların hərəkəti barəsində dərindən təfəkkür edib diqqət yetirməyə təşviq etdi ki, göy cisimlərində hikmət, qəribəlik, qüdrət və s.də təfəkkür edərək əziz (yenilməz) və əlim (hər bir şeyi bilən) Allahın təqdirini dərk etsin, yuxarı aləmlərdə olan mütəhərriklərin (göy cisimlərinin) hərəkətindən heç vaxt dəyişikliyə uğramayan, bu işlərdə pak və münəzzəh olan hərəkətvericiyə iman gətirsin.

v) Maddi aləmin, təbiətin dəyişkənliyi maddə və təbiətdən daha yüksəkdə olan bir varlığın qüdrətini göstərir. Çünki maddənin və maddi şeylərin tə`sir qoyması onun müəyyən bir vəziyyətdə və istiqamətdə yerləşməsinə ehtiyaclıdır. Məsələn, cismin qızmasına tə`sir göstərən od cisim ilə, yaxud şüası fəzanı işıqlandıran çıraq o fəza ilə müəyyən nisbətdə (vəziyyətdə) olmayınca, o cismə hərarət verməsi, yaxud o fəzanı işıqlandırması mümkün deyildir. Olmayan bir şey barəsində vəziyyət və nisbət qeyrimümkün olduğundan maddə və təbiətin də mövcud olmayan, sonradan vücuda gələn və vücuda gəlməkdə olan müxtəlif varlıqlarda tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə əvvəlcə olmayan və sonradan yaranan bir şey ilə əlaqədar vəziyyət və nisbət qeyrimümkün olduğundan, maddə və təbiətdə olmayan, sonradan vücuda gələn və gəlməkdə olan müxtəlif varlıqlara tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə (əvvəlcə olmayan və) sonradan yaranan hər bir varlıq elə bir qüdrətin varlığına dəlalət edir ki, onun tə`siri xüsusi duruma və mühazi (müqabil) olmağa ehtiyacı yoxdur və o cisim və cismani (maddi) şeylərin fövqündədir:

“(Budur və bundan qeyri ola bilməz:) Onun əmri budur ki, hər vaxt bir şeyin vücuda gəlməsini istəsə «ol!» deyər, o da dərhal (fasiləsiz olaraq) vücuda gələr.”

Bir nəfər İmam Sadiq (əleyhissalam)ın hüzuruna gəlib dedi:

– Ey Peyğəmbər övladı, Allahı mənə tanıtdır, de görüm o nədir? Mənim yanımda çox adamlar var ki, mənimlə mübahisə edərək məni heyrətə salırlar.

Həzrət buyurdu: – Ey Allahın bəndəsi! Heç gəmiyə minmişsənmi?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Gəmi xarab olubmu və bu zaman nə sənə nicat verə biləcək gəminin, nə də sənə fayda verəcək bir üzməyin olmadığı bir vəziyyətlə qarşılaşmışsanmı?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Həmin halda qəlbin və ruhun qadir və qüdrət sahibi olan bir varlığa bağlanıbdırmı ki, səni o vəziyyətdən xilas edəcəyinə ümidin olsun?

Dedi: – Bəli.

Həzrət buyurdu: – Sənin nəzərdə tutduğun (o varlıq) həmin Allahdır ki, nicat verməyə qadirdir. Nicat verən bir şəxsin və köməkçinin olmadığı bir yerdə nəzərdə tutduğun şəxs Allah-taaladır

Ссылка на комментарий
Поделиться на других сайтах

ŞİRK - ALLAHA ŞƏRIK QOŞMAQ

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا

«Allaha ibadət edin və Ona heç bir şərik qoşmayın!»

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء...

«Allah-taala, Ona şərik qoşulmasını heç vaxt bağışlamır, ondan başqa günahları istədiyi şəxslər üçün bağışlayır.»

Yə`ni əgər bir şəxs müşrik halda dünyadan getsə, onun günahı heç vaxt bağışlanmayacaqdır. Lakin şirkdən başqa günahı olan şəxslərin bağışlanması mümkündür.

إِنَّهُ مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

«Hər kəs Allaha şərik qoşsa, Allah behişti ona haram edər. Onun yeri cəhənnəmdir və zalımlar üçün heç bir köməkçi yoxdur.»

لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

«Heç vaxt Allaha şərik qoşma çünki şirk böyük günahdır.»

وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا

«Hər kəs Allaha şərik qoşsa, hökmən yalan demişdir və böyük günaha mürtəkib olmuşdur.»

Müşrik – mö`minin, Allahı yeganə bilən şəxs ilə antonimdir. Dini əqidənin ilkin qaydası olan tovhidin müxtəlif mərhələləri olduğundan onun antonimi olan şirkin də eynilə həmin mərhələləri vardır:

1-Allahın Zatı məqamında olan şirk və tovhid;

2-Allahın sifətləri məqamında olan şirk və tovhid;

3-Allahın fe`lləri məqamında olan şirk və tovhid;

4-Allaha itaət məqamında olan şirk və tovhid;

5-Allaha ibadət məqamında olan şirk və tovhid.

1-ALLAHIN ZATI MƏQAMINDA TOVHİD

Bu, Allahın pak və müqəddəs Zatını qədim və əzəli, bütün aləmlərin-istər hiss olunan, istərsə də hiss olunmayan imkan aləmlərinin yaradanı olan Allahı bütün cəhətlərdən vahid və yeganə bilməkdir.

Həmin məqamdakı olan şirk isə, bu məqamın müxtəlif saylı olmasına inanmaqdır. Belə ki, iki tanrıya inananlar deyirlər ki, kainatın bir-biri ilə bərabər olan iki yaradanı vardır, hər ikisi də qədim və əzəlidir: Biri xeyir işlərin mənşəyi digəri isə bütün şərlərin mənşəyi Onların puç əqidələrinin batil olması, Qur`an ayələrindən aşkar şəkildə görünməkdədir.

قُلْ كُلٌّ مِنْ عِنْدِ اللهِ

«De: Hər bir şey Allah tərəfindəndir.»

Onlara cavabda bunu qeyd etmək kifayətdir ki, aləmdə heç bir halda müqləq şər yoxdur. Əvvəllər və hal-hazırda mövcud olanların və gələcəkdə yaranacaqların hamısı, ya tam şəkildə xeyirdən ibarətdir, yaxud da həmin şeylərdə xeyir əksəriyyət təşkil edir, şər isə onun müqabilində məğlub olunan sayılır.

MƏSİHİLƏR DƏ MÜŞRİKDİR

Aləmdə üç yaradana (ata, oğul və müqəddəs ruh) e`tiqad bəsləyən məsihilər də müşrik sayılırlar. Çünki, məsihilər onların hər biri üçün özünəməxsus xüsusiyyət olduğuna inanırlar.

«Maidə» surəsində buyurulur:

لَقَدْ كَفَرَ الْدِينَ قَالُوا اِنَّ اللهَ ثَالِثُ ثَلاثَةٍ وَ مَا مِنْ اِلهٍ اِلا اِلَهٌ وَاحِدٌ

«Allahın bu üçdən - Allah, İsa və Ruhul-qudusdan biri olmasını deyənlər kafir oldular. Halbuki, (bütün varlıqların yaradanı və mənşəyi olan) yeganə Allahdan başqa heç bir tanrı, ibadətə layiq varlıq yoxdur.»

BÜTƏ SİTAYİŞ ETMƏK ALLAHA ŞƏRİK QOŞMAQDIR

Bu məqamdakı şirkin növlərindən biri, bütpərəstlərin arasında mövcud olan əqidədir. Onlar hər bir varlıq üçün ayrıca bir rəbb olduğuna inanır və deyirlər ki, suyun öz Allahı, havanın öz Allahı və hər bir şeyin öz Allahı vardır.

Qur`an onların cavabında buyurur:

أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ

«Pərakəndə halda olan (və heç bir həqiqəti olmayan) mə`budlar yaxşıdır, yoxsa yeganə və qahir Allah?»

2-ALLAHIN SİFƏTLƏRİ MƏQAMINDA TOVHOD

«Sifətlər məqamında tovhid» dedikdə məqsəd, Allah-taalanın həqiqi Zati-ilahi sifətlərini, o cümlədən həyat, elm, qüdrət, iradə və sair kimi xüsusiyyətlərini Allahın Zatı ilə eyni olduğuna inanmaq nəzərdə tutulur və Ondan başqa varlıqlarda isə sonradan yaranan, zatlarına əlavə olunan sifətlər hesab olunmalıdır. Yə`ni bu sifətlərin hər biri Allahdan başqasında nəzərdə tutulduqda Allahın onlara əta etdiyi ne`mət hesab olunmalıdır.

Bu məqamda olan ŞİRK isə bundan ibarətdir ki, Allahın sifətlərini Onun Zatına əlavə olunmuş hesab edək. Bunun da nəticəsi əşairə firqəsinin inandığı çoxlu sayda əzəli varlıqların fərz olunmasından ibarətdir

MƏXLUQATİN GÖZƏL SİFƏTLƏRİNİN MƏNŞƏYİ ALLAHDIR

Əgər hər hansı bir məxluqda gözəl sifətlərin olduğuna inansaq, lakin həmin sifətlərin Allah tərəfindən olduğuna e`tiqad bəsləsək, onda bu, eynilə tovhiddən ibarətdir. Bizim peyğəmbərlərin və mə`sum imamların malik olduqları elm, bilik, qüdrət və sair kimi xüsusiyyətləri barədəki əqidəmiz də məhz bundan ibarətdir. Yə`ni onların hamısını Allah tərəfindən onlara əta olunduğunu, onların özlərinin müstəqil şəkildə heç bir şeyə malik olmadıqlarını qəbul edirik.

Bütün varlıqlar ilkin xüsusiyyət olan yaranışda Allaha ehtiyaclı olduqları kimi, ikinci dərəcəli kamal xüsusiyyətləri olan sifətlərə malik olmalarında da Allaha tam mə`nada entiyaclıdırlar və bu sifətləri onlara məhz Allah əta edib. Əlbəttə, hər kəsə öz iradəsi və məsləhət əsasında əta edir.

إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

«Biz insanı (sonradan qanla) qarışan bir nütfədən xəlq etdik, sonra onu eşidən və görən qərar verdik.»

ALLAHIN SİFƏTLƏRDƏ DƏ HEÇ BİR ŞƏRİKİ YOXDUR

Tovhid əhli inanırlar ki, Allahdan başqa varlıqların özlərindən heç nəyə malik deyil, zahirdə malik olduqları şeylər də yalnız Allah tərəfindəndir, həm zatda, həm də sifətlərində Allaha tam mə`nada ehtiyaclıdırlar.

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

«Ey insanlar, hamınız Allaha ehtiyaclısınız. Ehtiyacsız və tə`rifə layiq isə-yalnız Allahdır.»

Insan həm də özünü müstəqil şəkildə təsəvvür edib, Allahdan ehtiyacsız olması kimi fikirlərdən uzaq olmalıdır. Məsələn, «mən filan kamal sifətinə malikəm», «mənim filan kamalım vardır» və sair kimi sözlərdən uzaq olmalıdır.

3-FE`LLƏRDƏ TOVHID VƏ ŞIRK

Fe`llərdə (iş və əməl) tovhid bundan ibarətdir ki, insan bütün mələkut və mülk aləmində yalnız Allah-taalanın həqiqi malik, sahib və idarə edən olduğuna inansın, bu mərhələlərin heç birində Allahın şəriki olmadığını bilsin, eləcə də Onun həm asimanların həm də yerin rəbbi olmasına inansın.

Eləcə də Allahı, asimanların, həmçinin bəşər üçün indiyə qədər müxtəlif teleskoplar vasitəsilə aşkar olan və sonradan aşkar olunacaq bütün ulduz sistemlərinin hamısının xaliqi olduğuna inansın. Müasir dəqiq elmi cihazların vasitəsi ilə milyardlarla ulduz kəşf olunmuşdur və onların hər birinin də özünə məxsus sistemi, xüsusi nuru vardır. Bu ulduzların hər biri özünün müəyyən olunmuş orbiti üzrə hərəkətdədir və heç vaxt bir-biri ilə toqquşmayır:

YEGANƏ TƏ`SİR QOYAN ALLAHDIR

Hər bir varlığa verilən həyat ne`məti Allah tərəfindən olduğu kimi, həyatın başqa xüsusiyyətləri və onların zahir olması da kəmiyyət və keyfiyyət baxımından Allah tərəfindəndir.

ALLAHIN İŞLƏRİ SONSUZDUR

Allah bütün biçarələrin, zəiflərin fəryadına yetib, onlara çətinliklərdən nicat verir. Bundan əlavə, bütün yaxşılıqlar və gözəlliklər də Onun tərəfindəndir.

هُوَ اللهُ الخَالِقُ الْبَارِئُ الْمَصَوِّرُ الرَّزَّاقُ الْمُحْيى الْمُمِيتُ النَّافِعُ الضَّارُّ الْمُجِيبُ الْمُعْطِى الْمُنْعِمُ

«O, (mövcudatı) xəlq edib yaradan, (onlara) surət verən, ruzi verən, dirildən və öldürən, (layiq olduqları halda) xeyir və zərər çatdıran, duaları qəbul edən, (varlıq və ne`mət əta edəndir.»

Allahın bu və sair şərafətli fe`llər və adlarının hamısı onun «Rəbb» məqamının fe`lləridir və onların hamısı da «Rəbbil-aləmin» kimi mübarək kəlməyə qayıdır.

قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا

«Əgər dəryalar mürəkkəb olsa və Allahın kəlmələrini yazıb qurtarmaq istəsələr, Allahın bütün aləmlərdəki tərbiyə etdiyi mərtəbələr sona çatmazdan əvvəl həmin mürəkkəblər qurtarar.»

İNSANIN BACARIĞI VƏ QÜDRƏTİ

Insanın bütün varlığı Allah tərəfindən olduğu kimi, öz işlərində olan bacarıq və qüdrəti də Allah tərəfindən ona əta olunmuşdur. Yə`ni Allah-taala, onu öyrəndiyi elm, bacarıq və iradəsi üzündən hər hansı xeyir və ya şər işi görə bilməyə bacarıqlı etmişdir.

Lakin bu bacarıq və qüdrət də Allahın istəyi ilə şərtlənir. O qədər işlər var ki, insan onun yerinə yetirməyə tam qadir, iradə sahibi olmasına baxmayaraq, onun iradəsinin aradan qaldırılması və yaxud qüdrətinin əldən getməsi səbəbi ilə həmin işi görə bilmir. Belə ki, Əmirəl-mö`minin Əli əleyhissəlam «Nəhcül-bəlağə» hikmətlərində buyurur:

عَرَقْتُ اللهَ سُبْحَانَهُ بِفَسْخِ الْعَزَائِمِ وَحَلِّ الْعُقُودِ وَنَفْضِ الْهِمَمِ

«Allahı, mənim qərarlarımı ləğv edib aradan .rıb, əzim və iradəmi pozması ilə tanıdım.»

Doğrudan da yalnız Allahı tə`sirlərin mənşəyi hesab edən, büqün əsərlərin Onun tərəfindən olduğunu bilən tovhid məqamı necə də yüksək və əzəmətli bir məqamdır! Tovhidin bu mərhələsi çox az insanlara müyəssər ola bilər.

Büqün imkan aləminə-istər hiss olunan, istərsə də hiss olunmayan qeybi işlərə yeganə tə`sir edənin Allah olduğuna yəqin etməyin bir neçə müsbət nəticəsi vardır ki, onların bə`ziləri qeyd olunacaq. Həmin məqamdan biri də Allah qarşısında xovf və qorxudur.

ALLAHDAN QORXMAQ

Mö`min şəxs Allahın əzəmətindən və günahlarının çoxluğundan başqa heç bir şeydən qorxmamalıdır. Çünki o, yəqin şəkildə bilir ki, dünyada mövcud olan bütün canlılar və insan, aralarındakı vücud fərqlərinə baxmayaraq hamılıqla Allahın ordusudur, onlar Allahın izni olmadan heç bir şəxsə xeyir və ya zərər çatdıra bilməzlər. Belə olan halda insan nə üçün başqa şeylərdən qorxmalıdır?!

Rəvayətlərdə qeyd olunur:

وَحَدُّ الْيَقِينِ اَنْ لاَتَخَافَ مَعَ اللهِ شَيْئًا

«Yəqinin həddi budur ki, Allahla birlikdə olub, heç nədən qorxmayasan.»

Rəsuli-əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) səcdələrinin dualarında belə deyirdi:

اِلهى اِنْ لَمْ يَكُنْ غَضَبُكَ عَلَّى فَلاَ اُبَالِىِ

«Pərvərdigara! Əgər Sənin mənə qarşı qəzəbin olmasa, daha heç bir şeydən qorxum olmaz.»

ALLAHA ÜMİDVAR OLMAQ

Tovhid məqamına çatmağın nəticələrindən biri də ümid məqamında olmaqdır. Mö`min şəxs Allahdan başqasına ümid bəsləməməlidir.

Əli əleyhissəlam buyurur:

لايَرْجُوَنَّ اَحَدُكُمْ اِلا رَبَّهُ

«Sizlərdən heç biri Pərvərdigari-aləmdən başqasına ümidvar olmamalıdır.»

Hər bir şəxsin varlığı Allah tərəfindəndir, hər bir xeyir yalnız Allah tərəfindən gerçəkləşir, həmçinin hər hansı bir xeyrin bir şəxsdən başqasına çatması da Allahın izni və icazəsi ilədir. Buna görə də Qur`ani-kərim buyurur: «Biyədihil-xəyr». Xeyir yalnız Allahın əlindədir. (Tamamlığın mübtədadan qabağa keçməsi bu mə`nanı çatdırır).

«Yunis» surəsinin axırında buyurulur:

وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلاَ رَآدَّ لِفَضْلِهِ

«Əgər Allah sənə zərər çatdırmaq istəsə, onun qarşısını Allahın özündən başqa alan bir kəs tapılmaz. Əgər sənə bir xeyir çatdırmaq istəsə, heç kəs onun qarşısını ala bilməz.»

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ اللّهِ

«Sizə çatan ne`mətlərin hamısı Allah tərəfindəndir.»

Mə`lum olur ki, mülk və mələkut aləmində olanların hamısı Allahın məxluqudur və öz-özlüyündə acizdirlər.

Əgər bir şəxs öz işlərində Allahdan başqasına ümid bağlasa, Allah kərəm və mərhəməti üzündən onun ümidini heçə çıxarar ki, bir daha Allahdan başqasına ümidvar olmasın. Bu da aşağıdakı hədisin məzmunudur:

لاَقْطَعَنَّ اَمَلَ كُلِّ آمِلٍ اَمِلَ غَيْرِى

NE`MƏT VERƏNƏ TƏŞƏKKÜR

Tovhidin məqamından biri də ne`mət verən şəxsə təşəkkür edib, onu tə`rifləməkdir. Tovhidə inanan bir şəxs, bütün varlıqların həm zatda, həm də sifətdə bütünlüklə Allah-taalanın məxluqu olduğuna yəqin etdikdən sonra, ona çatan hər bir xeyrin Allah tərəfindən olduğunu bilir. Həmçinin bunu da bilir ki, başqalarına xeyir çatdıran yalnız Allahdır. Belə olan halda, yalnız Allahı həmd-sənaya və tə`rifə layiq görür, tam agahlıq üzündən «Əlhəmdu lillah» deyir.

TOVHID VƏ TƏVƏKKÜL

BÜTÜN SƏBƏBLƏR, ONLARI YARADAN ALLAHIN ƏLİNDƏDİR

Tovhid yolu gedən bir şəxs, bütün işlərində, habelə mənfəəti cəlb edib, zərəri dəf etməkdə yalnız Allaha arxalanıb, ona ümidvar olmalı, bütün səbəblərin Onun ixtiyarında və ona tabe olduğunu bilməlidir. Bunu da yadda saxlamalıdır ki, əgər onun üçün bütün xeyir səbəbləri mövcud olsa, lakin Allah istəməsə ona xeyirin çatması qeyri-mümkündür. həmçinin, əgər bütün səbəblər ondan kəsilsə, lakin Allah hər növ xeyrin ona çatmasını istəsə, yenə də ona çatacaqdır. Əgər onun zərərinə qurtaran bütün səbəblər olsa, lakin Allah ona zərər çatmasını istəməsə, ona heç vaxt xəsarət dəyə bilməz.

Ссылка на комментарий
Поделиться на других сайтах

TOVHİD VƏ TƏSLİM

Tovhid yolu gedən şəxs, bütün ilahi müqəddəratların qarşısında qeydsiz-şərtsiz təslim olmalıdır. Onun izzət-zillət, səhhət-xəstəlik, varlılıq-yoxsulluq, ölüm-həyat, eləcə də vacib və haram işlərdə Allaha e`tiraz edib nəyisə inkar etməyə haqqı yoxdur – istər dildə olsun, istərsə də qəlb ilə.

Çünki əgər Allahın işlərinə e`tiraz edib, öz xüsusi nəzərini irəli sürsə, «bu, məsləhətə daha uyğundur», yaxud «Allah nə üçün belə etdi?» yaxud «nə üçün belə oldu?» desə, özünü Allahın rübubiyyət işlərinə şərik qoşur, (nəuzu billah) özünü Allahdan ağıllı hesab edir. Misal üçün, «nə üçün yağış yağmadı?», «nə üçün hava istidir?» Nə üçün Allah mənə çoxlu mal-dövlət və övlad verməmişdir?», «nə üçün filankəs cavan yaşında öldü, filan kəs isə qocalıq halında qalmışdır?» kimi suallar-təkvini işlərə dəxalət etməyə misaldır.

Yaxud «Allah nə üçün filan əməli vacib etmiş, filan işi isə haram saymışdır?» kimi suallar təklifi əməllərlə əlaqədardır.

Ceməli, iman əhli bəla və müsibət baş verəndə Allahın qəzavü-qədərinə dildə və qəldə e`tiraz etməkdən çəkinməlidir. Öz yaxın dostlarının, qohum-əqrəbaların dünyadan gedərkən ah-nalə edib ağlamaları isə, onların ayrılığına görə olduqda bəyənilən işdir. Lakin Allahın işinə e`tiraz edərək «nə üçün onu dünyadan .rdı?!» demək haramdır.

TOVHİD VƏ MƏHƏBBƏT

Tovhiçi şəxs onun özünə və sair məxluqlara ne`mət əta edənin yalnız Allah olduğunu bilir, hər bir şəxsdən və ya varlıqdan ona çatan şeylərin məhz Allah tərəfindən olduğunu dərk edir və bütün səbəblərin Allahın ixtiyarında olduğunu yəqin edir, bundan sonra, yalnız Allaha qəlbən məhəbbət bəsləyir. Allahdan başqalarına məhəbbəti də həmin varlıqların Allahın sevdiyi üçündür. Allahın sevdiyini sevmək elə Allahın özünü sevmək deməkdir. Onunla dostluq etmək, məhz Allahın əmrini yerinə yetirmək olduğuna görə olmalıdır. O cümlədən, mələklərə, peyğəmbərlərə, imamlara, mö`minlərə, axirət aləminə, behiştə və s.ə məhəbbət bəsləmək də elə onların Allah yaratdığı və əta etdiyi ne`mətlər olduğuna görədir və onların şükrünü yerinə yetirməklə Allahın razılığını qazanıb, Onun dərgahına yaxınlaşmaq olar. İnsanın həyat yoldaşı, övladları, mal-dövləti, bir sözlə dünyadakı həyatı buna misal ola bilər: insan onların vasitəsi ilə Allah barəsində layiqincə mə`rifət, bəndəçilik kəsb edər. İnsan həmin şəxsləri yalnız bu məqsədlə sevməlidir. Hər vaxt müəyyən bir varlığa, Allahın sevdiyi cəhətdən deyil, başqa bir səbəbə görə və müstəqil nəzər yetirsə, onda ŞİRKİN müəyyən bir dərəcəsinə düçar olmuşdur. Ayə və rəvayətlərdən aydın olur ki, hər hansı bir şeyi Allahdan çox sevmək şirk və haramdır. Belə ki, Allah ilə başqasının məhəbbəti qarşılaşarkən, Allahdan başqasına məhəbbəti daha üstün hesab etmək haramdır və ilahi cəzaya səbəb olur. Misal üçün, bir şəxs öz mal-dövlətini Allahdan artıq sevərsə və onları Allahın vacib etdiyi yerlərdə xərcləməyə razı olmazsa, bu, ŞİRK sayılacaqdır.

سَأَلْتُهُ عَنْ قَوْلِ اللهِ عَزَّ وَ جَلَّ «اِلاَّمَنْ اَتَى اللهَ بِقَلْبٍ سَلِيمٍ، قَالَ (ع) اَلْقَلْبُ 1- السَّلِيمُ الْذِى يَلْقَى رَبَّهُ وَلَيْسَ فِيهِ اَحَدٌ سَواهُ، قَال َ(ع) وَكُلُّ قَلْبٍ فِيهِ شِرْكٌ اَوْ شَكٌّ فَهُوَ سَاقِطُ

]mam Sadiq əleyhissəlamdan «Qiyamət günü insanın mal-dövləti və övladları ona heç bir fayda verməz. Yalnız o şəxslərə fayda verər kl, Allahın hüzurunda sağlam qəlb ilə gəlsinlər» ayəsi barəsində soruşulduqda, imam (ə) buyurdu:

«Sağlam qəlb o qəlbdir ki, Allahın hüzuruna gələn zaman onda Allah məhəbbətindən başqa bir şey olmasın. (Sonra buyurdu:) Hər qəlbdə şirk, yaxud şəkk olsa, o süquta uğrayıb, həlak olacaqdır.»

2-İmam Sadiq əleyhissəlam buyurur: «Bir şəxs Allahı özündən, ata-anasından, övladından, həyat yoldaşından, mal-dövlətindən və bütün insanlardan daha artıq sevməyincə, onun Allaha olan imanı xalis olmaz.»

4-İTAƏTDƏ TOVHİD VƏ ŞİRK

Mö`min bir şəxs onun və sair məxluqatın xəlq edəni, ruzi verəni, tədbir edəni və tərbiyəçisinin yeganə Allah olduğunu bildikdən, ilahilik mərtəbələrində və rübubiyyət işlərinin heç birində Allahın şəriki olmadığını yəqin etdikdən sonra, əql və imanın hökmü ilə Allaha itaət edib, onun əmr və fərmanlarını yerinə yetirmək məqamında belə, Ondan başqa heç bir şəxsi özünə rəhbər və fərman verən hesab etməz, yalnız Ona itaət etməyi lazım və vacib, sair məxluqatın hamısını isə itaət olunmağı baxımından eyni səviyyədə bilər, bütün məxluqatın aciz və zəif olduğunu, özlərindən heç nəyə malik olmadıqlarını dərk edər.

وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً

«Onlar (məxluqlar) özləri üçün heç bir zərərə və ya mənfəətə, ölümə və ya həyata layiq deyillər.»

Belə bir bəndəyə və sair məxluqata ne`mət verən yalnız Allah olduğundan həm onun, həm də sair məxluqatın rəhbər və ağasının məhz Allah olduğunu bilər. Ondan başqa heç bir şəxsin, hakimiyyətini qəbul etməz, vilayət, hakimiyyət və rəhbərliyin yalnız Allaha məxsus olduğunu bilər.

Amma Allah bir şəxsi seçərək ona vilayət versə və camaata rəhbərlik etməyi ona həvalə etsə, onda həmin şəxs Allah tərəfindən tə`yin olunduğundan ona da itaət etmək vacib və lazımdır.

İLAHİ RƏHBƏRLƏR

“İlahi vilayət məqamına sahib olan rəhbərlər” dedikdə, yalnız peyğəmbərlər, mə`sum imamlar, Həzrəti imam Zaman əleyhissəlam qeybdə olduğu dövrdə isə birinci mərhələdəki xüsusi naibləri, daha sonra ümumi naibləri nəzərdə tutulur. Qur`ani-məcid bu barədə buyurur:

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

«Hər kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə itaət etsə, şübhəsiz Allaha itaət etmiş olur.»

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

«Allahın Rəsulunun sizə gətirdiyi hər bir şeyi əxz edin, sizi çəkindirdiyi hər bir şeydən çəkinin.»

Başqa yerdə belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

«Ey iman gətirənlər, Allaha, Onun Rəsuluna və əmr sahiblərinə itaət edin!»

VƏLİYYİ ƏMR KİMDİR?

“Əmr sahibləri” dedikdə məqsədin kim olması barəsində sünnü alimləri arasında ixtilaf vardır. O, cümlədən onlar deyirlər ki, məqsəd ümumi şəkildə nəzərdə tutulan hakimlərdir. Lakin onların bu sözü elmsiz bir nəzər, dəlil və sübutsuz bir iddiadır. Çünki bu nəzəriyyənin çoxlu fitnə-fəsadlar törətməsindən, , bir-birinə zidd olan iki nəzərin bir yerə yığışması lazım gəlir

5-İBADƏT MƏQAMINDA ŞİRK VƏ TOVHİD

Pərvərdigari-aləm Öz mərhəmətinin əzəmətini aşkar etmək üçün bəndələri Özünün geniş rəhmətə, bərəkətli və böyük əsərlərə malik olan ne`mət süfrəsinə də`vət etmişdir ki, bəndələr bunlardan bəhrələnsinlər, heç bir gözün görmədiyi, qulağın eşitmədiyi və heç bir şəxsin zehnindən keçmədiyi yüksək dərəcələrə nail olsunlar:

Allah-taala Özünün yetərli hikməti ilə peyğəmbərləri və mə`sum imamları vasitə seçmiş, onların vasitəsi ilə ibadətləri qanun halına salmışdır.

Bu ibadətlər insanların günahdan qaralmış nəfslərinin, ruhlarini saflaşdırılmasında, qara qəlblərinin nuraniləşdirilməsində çox tə`sirlidir. Bəndələr nəfslərini bütün mərhələlərdə saflaşdırıb, paklığa və nuraniyyətə doğru gedir, ibadətlərin bərəkəti ilə Pərvərdigarın geniş rəhmət süfrəsindən bəhrələnirlər.

NİYYƏTDƏ XALİSLİK

Allah-taala ibadətlər üçün müəyyən şərtlər qoymuşdur. Onların ən mühümü və əzəmətlisi niyyətdə sadiqlik və ixlaslı olmaqdır. Allah-taala ixlası –xalis niyyəti ibadətlərin əsas sütunu hesab etmişdir. İxlassız əməlin insana heç bir faydası yoxdur. Belə əməl bəndəni Allah dərgahına yaxınlaşdırmaq əvəzinə, onun Allah-taalanın rəhmət dərgahından daha da uzaqlaşmasına səbəb olur. Bu məsələ ilə əlaqədar nümunə üçün iki ayəni qeyd edirik:

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء

«Onlara yalnız bu əmr olunmuşdu ki, Allaha Onun üçün dinlərini xalis etdikləri halda ibadət etsinlər.»

Yenə buyurur:

قُل اِنِّى امِرْتُ اَنْ اَعْبُدَ اللهَ مُخْلٍصًا لَهُ الدِّينَ

«De: Mənə əmr olunub ki, Allaha, dinimi Onun üçün xalis etdiyim halda ibadət edirəm.»

وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ

«Onu (Allahı), dini xalis etdiyiniz halda çağırın.»

قُلِ اللهَ اَعْبُدُ مُخْلِصًا لَهُ دِينِى

«De Allaha, dinimi xalis etdiyim halda ibadət edirəm.»

فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

«Hər kəsin Allahla ümidi varsa, gərək saleh əməllər görsün və Rəbbinə ibadətdə heç kəsi şərik qoşmasın.»

RİYAKAR MÜŞRİKDİR

Rəvayətlərdən belə mə`lum olur ki, riyakar şəxs müşrik, münafiq, eləcə də Pərvərdigari-aləmin qəzəbinə düçar olmuş cəhənnəm əhlidir. İstər onun riya etməsi vacib əməllərdə olsun, istərsə də müstəhəb əməllərdə; istər ayrıca şəkildə olsun, istərsə də müştərək. Bunların arasında mahiyyət baxımından heç bir fərq yoadur.Yə`ni yerinə yetirmək istədiyi ibadətdə məqsədi təkcə camaatın arasında böyük məqama çatmaq, şan-şöhrət qazanmaq olsa, yaxud məqsədi həm Allahın əmrini yerinə yetirərək Onun razılığını cəlb etmək, həm də məxluqatın yanında şöhrətli olmaq olsa yenə də riya sayılır.

«Nisa» surəsində buyurulur:

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُواْ إِلَى الصَّلاَةِ قَامُواْ كُسَالَى يُرَآؤُونَ النَّاسَ وَلاَ يَذْكُرُونَ اللّهَ إِلاَّ قَلِيلاً مُّذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لاَ إِلَى هَـؤُلاء وَلاَ إِلَى هَـؤُلاء

«Həqiqətən münafiqlər Allaha qarşı məkr və hiylə işlətdilər, Allah da onların hiylə və məkrlərinə cəza verəcəkdir. Onlar namaza qalxanda yalnız halsız və ikrah üzündən qalxır, özlərini camaata göstərir və riyakarlıq edirlər. Allahı da çox az yad edirlər. Onlar küfrlə iman arasında tərəddüddədirlər. Nə mö`minlərlə birlikdədirlər, (çünki batinləri küfr ilə doludur) nə də kafirlərlə (çünki zahirdə islamı qəbul etmişlər və mö`minlərə oxşayırlar).»

«Maun» surəsində buyurulur:

فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ الَّذِينَ هُمْ يُرَاؤُونَ

«Riyakar halda namaz qılanlar üçün ağır əzablar vardır. O, şəxslər üçün ki, öz namazlarından qafil və xəbərsizdirlər; onlar özlərini riyakarlığa vururlar ki, camaat onları tə `rifləsin.»

RİYA KİÇİK ŞİRKDİR

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

قَالَ (ص) اِنَّ اَخْوَفَ مَا اَخَافُ عَلَيْكُمْ الشَّرْكُ الْاًصْغَرُ قَالُوا وَ مَا الشِّرْكُ الْاًصْغَرُ قَالَ (ص) الرِّياءُ يَقُولُ اللهُ تَعَالِى يَوْمَ الْقِيَامَةِ اِذا جَازَى الْعِبَادَ بِاَعْمَالِهِمْ اِذْهَبُوا اِلَى الْذِينَ كُنْتُمْ ثُرَاءُونَ فِى الدُّنْيَا فَنْظُرُوا هَلْ تَجِدُونَ عَنْدَهُمْ الْجَزَاءَ

«Snzin üçün qorxduğum ən böyük və qorxulu şey kiçik şirkdir.»

Soruşdular ki, kiçik şirk nə deməkdir?

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: «Riya. Qiyamət günü Allah bəndələrin əməllərinin əvəzini verərkən, riyakarlara buyurar: Kimin üçün əməl etmişsinizsə onlara da müraciət edin, savabınızı onlardan alın.»

RİYAKAR ÖZÜNÜ ALDADIR

Rəsuli-əkrəmdən (səlləllahu əleyhi və alihi və səlləm) qiyamət günü nicat t.nların kim olması barəsində soruşulduqda buyurdu:

سُئِلَ رَسُولُ اللهِ (ص) فِيمَا النَّجَاةُ غَدًا فَقَالَ (ص) اِنَّمَا النَّجَاةُ فِِى اَنْ لاَ تُخَادِغُوا اللهَ فَاِنَّمَا مَنْ يُخَادِعِ اللهَ يَخْدَعْهُ وَيَخْلَعْ مِنَ الْاِيمَانِ وَيَخْدَعْ نَفْسَهُ لَوْ يَشْعُرُ فَقِيْلَ لَهُ وَكَيْفَ يُخَادِعُ اللهَ قَالَ فَيَعْمَلْ بِمَا اَمَرَ اللهُ بِهِ ثُمَّ يُرِيدُ بِهِ غَيْرَهُ فَاتَقُوا اللهَ وَاجْتَنِبُوا الرِّيَاهُ فَاِنَّهُ شِرْكٌ بِاللهِ اِنَّ الْمُرَائِىَ يَدْعِى يَوْمَ الْقِيَامَةِ بِاَرْبَعَةِ اَسْمَاءٍ يَا كَافِرُ يَا فَاجِرُ يَا غَادِرُ يَا خَاسِرُ، حَبِطَ عَمَلِكَ وَ بَطَلَ اَجْرُكَ وَلاخَلاقَ لَكَ الْيَوْمَ فَالْتَمِسْ اَجْرَكَ مِمَّنْ كُنْتَ تَعْمَلُ لَهُ

«Nicat bundadır ki, Allaha qarşı hiylə işlətməyəsiniz. Hər kəs Allaha qarşı məkr və hiylə işlətsə, Allah da ona məkr işlədər, yə`ni onun hiylə və məkrinin əvəzini ona çatdırar, imanını ondan alar. Əgər Allahı deyil, özünü aldatmasını başa düşsə, gərək riyadan uzaq olsun. Həqiqətən riya Allaha şərik qoşmaqdır. Qiyamət günü riyakar şəxs dörd adla çağırılacaq: Ey kafir, ey facir (günahkar), ey ğadir (məkrbaz), ey xasir (ziyankar)! Sənin əməlin batil və savabların zay olmuşdur, kimin üçün əməl edirdinsə, öz savablarını da ondai istə.»2

CƏHƏNNƏM RIYAKARLARIN ATƏŞINDƏN NALƏ EDƏR

Imam Baqir və imam Sadiq əleyhiməssəlamdan belə nəql olunur:

وَ اِنَّ عَبْداً عَمِلِ عَمَلاَ يَطْلُبُ بِهِ وَجْهَ اللهِ وَالدَّارَ الْآخِرَةَ ثُمَّ اَدْخَلَ فِيهِ رِضَا اَحَدٍ مِنَ النَّاسِ كَانَ مُشْرِكَا

«Əgər bəndə müəyyən bir əməli yerinə yetirsə və məqsədi də Allahın razılığını və axirət savabını qazanmaq olsa, amma öz niyyətində məxluqun razılığını da nəzərdə tutsa, müşrik olacaqdır.»

Peyğəmbəri-əkrəmdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql olunur:

عَنْ النَّبِىَّ (ص) اِنَّ النَّارَ وَاَهْلَهَا يَعُجُّون مِنْ اَهْلِ الرِّيَا فَقِيلَ يَارَسُولَ اللهِ كَيْفَ يَعِجُّ النَّارُ قَالَ مِنْ حَرِّ النَّارِ الَّتِى يُعَذَّبُونَ بِهَا

«Cəhənnəm odu və onun əhli riyakarların əlnndən nalə edər.»

Soruşuldu ki, atəş necə nalə edə bilər?

Buyurdu: «Riyakarlara əzab verilən atəşin istilik və şiddətindən.»

Əmirəl-mö`minin Əli əleyhissəlam buyurur:

اِنَّ اللهَ بَعَثَ مَحَمَّداً (ص) لِيُخْرِجَ عِبَادَهُ مِنْ عِبَادَةِ عِبَادِهِ اِلَى عِبَادَتِهِ

«Allah-taala Həzrəti Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) ona görə peyğəmbərliyə seçmişdir ki, Onun bəndələrini, bəndələrə ibadət etməkdən saxlayıb, Allaha ibadət etməyə yönəltsin.»

Ссылка на комментарий
Поделиться на других сайтах

بِسمِ الله الرحمن الرَحِيمِ

اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bİsmİllahİr-rəhmanİr-rəhİm

Butun həmd-səna, tə`rif aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhli-beytinə, xususilə Allahın yer uzundə saxladığı şəxsə (həzrət Məhdiyə) olsun!

Allah taalanın Müqəddəs zatı sonsuz, qeyri-məhdud bir həqiqətdir, Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur. Elə buna görə də məhdud varlıq olan insan Allah taalanın zatının nə olmasını dərk edə bilməz. Amma Onu cəmal (sübuti, olan) və cəlal (səlbi, Ondan inkar olunan) sifətləri vasitəsilə tanıya bilər.

Cəmal sifətləri dedikdə məqsəd, Allah taalanın vücudunun kamalını göstərən sifətlərdir. Məsələn: elm, qüdrət, həyat, ixtiyar və s...

Cəlal sifətlər dedikdə isə məqsəd, Allahdan uzaq olan sifətlərdir. Çünki bu kimi sifətlər eybli, nöqsanlı və aciz olduğunu çatdırır. Allah taala da nöqsan və eyb sayılan hər növ sifətlərdən uzaq və pakdır.

Məkanda yerləşmək, cisim olmaq, zamanla hüdudlanmaq, bir neçə şeydən tərkib tapmaq və s. kimi sifətlər buna misal ola bilər. (Bu iki sifətin birincisinə sübuti, ikincisinə isə səlbi sifətlər də deyilir.)

Biz həqiqəti tanımaq üçün hissiyyat, əql və vəhydən kömək alırıq. Allah taalanın cəmal və cəlal sifətlərini tanımaq üçün də bu iki yoldan kömək almaq olar:

1-Əql yolu: Allahın xəlq etdiyi varlıq aləmində .rılan tədqiqat, onun mürəkkəb sirr və rəmzləri bizə, Allahın vücudunun kamal həddə olmasını göstərir. Məgər bu böyük kainatı elm, qüdrət, ixtiyar olmadan qurub tənzim etmək olarmı?! Qur`ani-kərim bu barədə əqlin verdiyi hökmü təsdiq etmək üçün insanı kainata aid olan ayələri araşdırmağa də`vət edir:

“De ki, bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var!”

Əlbəttə, əql təbiətin sirlərini araşdırarkən hissiyyatdan kömək alır. Belə ki, əvvəlcə hissiyyat hər hansı mövzunu qəribə şəkildə dərk edir, sonra isə əql, məxluqunu qəribə olmasını Xaliqin cəmal və qüdrət nişanəsi hesab edir.

2-Vəhy yolu: Əgər qəti dəlillər nübüvvət və vəhyin, həmçinin Qur`anın və Peyğəmbər kəlamının tamamilə Allah tərəfindən olduğunu isbat etsə, onda təbiidir ki, Qur`an və hədislərdə gələnlər Allahın sifətlərini tanımaqda insana kömək edər.

Bu iki yol Allahı ən yaxşı sifətlərlə vəsf etmişdir. Qur`ani-kərimdə Allah taala üçün 135 isim və sifət bəyan olunmuşdur. Misal üçün aşağıdakı ayəni qeyd edirik:

“O həmin Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur, (bütün məxluqatın) sahibidir, müqəddəs və pakdır, əmin-amanlıq, salamatlıq bəxş edəndir, gözətçi, yenilməz qüvvət və qüdrət sahibidir, məqamı böyük və (hər şeyin) fövqündə olan Allahdır! Allah müşriklərin Ona şərik qoşduğu şeylərdən pak-pakizədir. O (hər şeyi) yaradan və (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Ona təqdis və təsbih deyər. O, yenilməz qüvvət və hikmət sahibidir.”

Allahın sifətlərini tanımaqla əlaqədar bəhsi inkar edənlər, “müəttilə” adlanırlar. Çünki, onlar insanı əql və vəhyin hidayət etdiyi İslamın yüksək maarifindən məhrum edirlər. Əgər bu kimi maarif barədə elmi mübahisələr .rmaq qadağan olsaydı, Qur`ani-kərimdə bu qədər sifətlərin zikr olunması və onlar barədə təfəkkür etməyə əmr olunması əbəs bir iş olardı.

***

Başqa bir baxımdan Allah taalanın sifətləri iki qismə bölünür:

1-Zat sifətləri; bunlar o sifətlərdir ki, Allah taalanı həmin sifətlərin vasitəsilə vəsf etmək üçün, zatın özünü təsəvvür etmək kifayətdir. Başqa sözlə, o sifətlər Allahın zat məqamından alınır, dərk edilir. Məsələn: elm, qüdrət və həyat.

2-Fe`l sifətləri; Bunlar o sifətlərdir ki, Allahın zatı, Onun fe`llərini (işlərini) nəzərə alaraq həmin sifətlərlə vəsf olunsun. Məsələn: ruzi verən, yaradan, bəxş edən və s. kimi sifətlər fe`l sifətləridir. Əgər Allahdan bir iş baş verməsə bu sifətlər gerçəkləşməz.

Başqa sözlə, Allahdan xəlq etmək və ruzi vermək kimi bir iş baş verməyincə, Onu xaliq və ruzi verən adlandıra bilmərik, baxmayaraq ki, xəlq etmək, ruzi vermək, rəhmət və bəxşiş etməyə zatən qadirdir.

Allahın fe`l sifətlərinin hamısının mənşəyi Onun uca zatından ibarətdir. Yə`ni Allah taala bütün fe`li kamalların mənşəyi olan mütləq kamal sahibidir.

ALLAHIN ZAT SİFƏTLƏRİ

1-Əbədi elm.

Allahın elminin Onun zatı ilə eyni olması hökmünə əsasən bu elm əbədi və sonsuzdur. Qur`ani-kərim müxtəlif ayələrdə Allah taalanın sonsuz elminə işarə edərək buyurur:

“Həqiqətən, Allah hər şeyi biləndir.”

Həmçinin buyurur:

“Məgər yaradan (sizin gizlin saxladığınız hər şeyi) bilməzmi?! Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!”

Mə`sum imamlardan nəql olunan hədislərdə də dəfələrlə Allahın əbədi və sonsuz elmi bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur:

“Allahın məkanı yaratmazdan qabaq ona alim olması, bütün məxluqatı yaratmasından öncə, onlardan xəbərdar olması, elə onları yaratmasından sonrakı elmi kimidir”

2-Yenilməz qüdrət.

Allahın qüdrəti də, elmi kimi, əbədi və yenilməzdir. Onun qüdrətinin zatı ilə eyni olmasının hökmünə əsasən qüdrəti də qeyri-məhdud və sonsuzdur. Qur`ani-kərim Allahın yenilməz qüdrət və qüvvətinə tə`kid edərək buyurur:

“Allah hər şeyə qadirdir.”

Həmçinin buyurur:

“Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir.”

İmam Sadiq (ə) buyurur:

“Bütün əşyalar (və məxluqlar) Allahın elmi, qüdrəti, hakimiyyəti, malikiyyəti (səltənəti) və onları əhatə etməsi baxımından eyni bir səviyyədədir.”

Zatən qeyri-mümkün olan bir şeyin yaranması Allahın qüdrət dairəsindən xaricdir, amma bu, Onun qüdrətinin məhdud və naqis olmasına səbəb deyil, əksinə bu halda həmin şeyin icad olmağa qabiliyyəti yoxdur.

Həzrət Əli (əleyhissalam)-dan zatən qeyri-mümkün olan işlərin icad olunması haqda soruşulduqda buyurdu:

“Şübhəsiz, Allah taalanı aciz hesab etmək olmaz, amma sənin soruşduğun sual, mümkün olan bir şey deyildir.”

3-Həyat (yaşayış).

Alim və qadir olan Allah diridir. Çünki, qeyd etdiyimiz sifətlər (elm və qüdrət) diri olan varlığın xüsusiyyətlərindəndir. Məhz bununla da Allahın həyatı və diriliyi mə`lum olur. Əlbəttə, Allahın həyat və yaşayışı digər sifətlərində olduğu kimi, hər hansı eyb və nöqsandan uzaq və pakdır. Onun həyatı insan həyatı kimi deyildir. O, zatən diri olduğu üçün heç vaxt ölə bilməz. Başqa sözlə, Allahın vücudu mütləq kamal olduğu üçün, Onun zatında bir növ nöqsan hesab olunan ölümə yer yoxdur. Qur`ani-kərim bu barədə buyurur:

“(Ya Mühəmməd!) Ölməz, həmişə diri olan Allaha təvəkkül et!”

4-İradə və ixtiyar.

Agah failin (iş görənin) işi, agah olmayan failin işinə nisbətən daha mükəmməldir. Eləcə də, iradə və ixtiyar sahibi olan failin işi, məcburiyyət qarşısında qalaraq iş görən failin işindən üstündür, çünki, məcburiyyət qarşısında qalaraq iş görən fail işin yalnız bir tərəfini seçməlidir (ya onu məcburən görməli, ya da tərk etməlidir.) Bu da Onun işinin nöqsanlı olmasına dəlalət edir. Qeyd olunan incəliyə, habelə Allahın varlıq aləmində bütün cəhətlərdən mükəmməl fail olmasına diqqət yetirdikdə, Allah taalanın zatının məcbur olması deyil, əksinə tam ixtiyar sahibi olması mə`lum olur. “Allah müriddir” (iradə sahibidir) dedikdə, məqsəd Onun tam ixtiyar sahibi olmasıdır. İnsanda bir işin tədriclə baş verməsinə səbəb olan iradə mə`nasını Allahın zatı barəsində işlətmək düz deyildir. Buna görə də Əhli-beytin (ə) hədislərində insanların bu işlə əlaqədar səhvə düşməsinin qarşısı alınsın deyə, Allahın bir işi iradə etməsi elə o işin heç bir fasilə olmadan görülməsi kimi qiymətləndirilmişdir. Belə ki, hədisdə buyurulur: “İnsana aid olan iradə daxili bir halətdir ki, onun ardınca iş, fe`l yerinə yetirilir. Amma Allahın iradəsinə gəldikdə isə, bu halət olmadan, fe`l dərhal icad olunur.”

Beləliklə, ixtiyar mə`nasını ifadə edən İRADƏ Allahın zat sifətlərindən sayılır, amma icad etmək və varlıq bəxş etmək Onun fe`l sifətlərindəndir.

ALLAHIN FE`L SİFƏTLƏRİ

Allahın bə`zi fe`l sifətləri

1-Danışmaq.

2-Doğruluq.

3-Hikmət.

Qur`ani-kərim Allahın Musa ilə danışdığını bəyan edərək buyurur:

“Allah Musa ilə, sözlə danışdı.”

Həmçinin buyurur:

“Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər.”

Deməli, danışmağın Allahın sifətlərindən olmasında heç bir şəkk-şübhə yodur. Əsas məsələ onun həqiqəti, hansı keyfiyyətdə olması barəsindədir. Yə`ni sual yaranır ki, görəsən bu sifət Allahın zat sifətlərindəndir, yoxsa fe`l sifətlərindən?! Aydın məsələdir ki, insanda olan danışığı Allah üçün təsəvvür etmək olmaz.

Qur`ani-kərimdə Allahın danışmasının həqiqətini başa düşmək üçün elə Qur`anın özünə müraciət etmək lazımdır. Qur`an Allahın Öz bəndələri ilə danışmasını üç cür bəyan edərək buyurur:

“Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Həqiqətən, O, (hər şeydən) ucadır, hikmət sahibidir.”

Allahın insan ilə danışması yalnız aşağıda qeyd olunan üç yolla mümkündür:

1- Qəlbə ilham etməklə;

2- Hicab arxasından danışmaqla; belə ki, insan (peyğəmbər) Allahın danışığını eşidir, lakin Onu görmür. Allahın Musa (ə)-la danışması buna misal ola bilər.

3- Bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə vəhy edər.

Yuxarıdakı ayədə Allahın insanla danışması ya vasitəsiz (birbaşa), ya da mələyin vasitəsi ilə bir söz icad etməklə olur. Birinci surətdə söz birbaşa peyğəmbərin qəlbinə ilham olunur, ya da qulaqları vasitəsilə onun qəlbinə çatır. Bu surətlərin hər birində sözü icad etmək mə`nasını ifadə edən danışmaq Allah taalanın fe`l sifətlərindən sayılır.

Allahın danışmasının necəliyi barədə olan bu izahlar Qur`ani-kərimdən əldə olunur. İndi isə bu məsələni başqa cəhətdən araşdırırıq. O da budur ki, Allah taala bütün kainatı Özünün kəlamı və sözü sayıb buyurur:

“(Ya Mühəmməd!) De ki, əgər Rəbbimin kəlmələrini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi.”

Bu ayədə “kəlimat” (sözlər) dedikdə, məqsəd, Allahdan başqa bir kimsənin saymağa qüdrəti olmayan məxluqlardır. Şahid də budur ki, Qur`ani-kərimdə Həzrət İsa Məsih (ə) “kəlimətullah” (yə`ni Allahın kəlamı) adlandırılmışdır:

“Həqiqətən, Məryəmin oğlu İsa Məsih Allahın peyğəmbəri və (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı sözdür.”

Həzrət Əmirəl-mö`minin Əli (ə) söhbətlərinin birində Allahın kəlamını Onun fe`li kimi təfsir etmiş və buyurmuşdur:

“Allah taala bir şeyi yaratmaq istəsə, ona “ol!” deyir, o da dərhal vücuda gəlir. Amma Onun danışması nə uca səs, nə də eşidilən nida deyildir. Allahın danışması Onun fe`lidir. Həmin şeyi yoxdan yaradır və ona varlıq bəxş edir.”

Allahın kəlamını (sözünü) iki cür-vasitəsiz və ya mələk vasitəsilə mə`na etdik. Bununla da isbat olunacaq ki, Allahın kəlamı qədim deyil, hadisdir (yə`ni zaman baxımından sonradan vücuda gəlmişdir). Çünki, Allahın kəlamı, elə Onun fe`lidir, təbii olaraq Allahın fe`li də hadisdir. Deməli, “danışmaq” hadis bir işdir.

Baxmayaraq ki, Allahın kəlamı hadis və sonradan vücuda gəlmişdir, lakin ədəb qaydalarına riayət etmək üçün Allahın kəlamına “məxluq” demirik. Çünki, onun “saxta və düzəldilmiş” mə`nasına təfsir edilməsi ehtimalı qarşıya çıxa bilərdi. Amma əgər belə bir iş qarşıya çıxmasaydı, təbii olaraq Allahdan başqa hər bir şeyi Onun məxluqu hesab etmək lap yerinə düşərdi. Süleyman ibni Cə`fər deyir: İmam Musa ibni Cə`fər (ə)-dan soruşdum: Qur`an Allahın məxluqudur?

Həzrət cavabında buyurdu: “Mən deyirəm ki, Qur`an Allahın kəlamıdır.”

212-ci hicri ilində müsəlmanlar arasında Qur`anın qədim və ya hadis olması barədə bir məsələ ortaya çıxdı və bu məsələ onların arasında ixtilafa və iki tirəliliyə gətirib çıxartdı. Qur`anın qədim olmasını iddia edənlərin öz müddəaları üçün düzgün və tutarlı dəlilləri yox idi. Çünki, bə`zi ehtimallara görə Qur`an hadis, bə`zilərinə görə isə qədim olurdu.

Əgər Allahın kəlamı dedikdə məqsədimiz, oxuduğumuz Qur`an kitabı və onun ayrı-ayrı kəlmələri, habelə Allah tərəfindən Cəbrailin vasitəsilə Həzrət Peyğəmbər (s)-in qəlbinə nazil olunan kəlmələr olsa, şübhəsiz ki, bunların hamısı hadisdir. Yox əgər məqsədimiz, peyğəmbərlərin başına gələn əhvalatlar, həmçinin Peyğəmbəri Əkrəmin (s) müşriklərlə .rdığı döyüşlərə aid olan Qur`an ayələrinin mə`na və məfhumudursa, yenə də onları qədim adlandırmaq olmaz.

Amma əgər, məqsədimiz, Allahın Qur`anın kəlmə və mə`nalarına olan elmidirsə, şübhəsiz, bu, qədim olub Onun zat sifətlərindən sayılacaqdır.

Allah taalanın fe`li sifətlərindən biri də Onun “sidq”, yə`ni öz buyurduqlarında doğruçu olmasıdır. Yalan danışmaq pis və qəbahətli bir iş olduğu üçün, heç vaxt Allahın zatında ona yer ola bilməz. Bunun dəlili də tamamilə aydındır. Çünki, yalan danışmaq ya nadanların və cahillərin, ya acizlərin, ya qorxaqların, ya da ehtiyaclıların işidir. Allah taala da bunların hamısından uzaq və pakdır. Başqa sözlə, yalan danışmaq pis işdir, Allah da pis işlərdən uzaq və pakdır.

Allah taalanın fe`l sifətlərindən biri də Onun hikmətli olmasıdır və Həkim, Allahın adlarından biridir. Allah taala Həkimdir-dedikdə məqsəd budur ki, Onun bütün işləri son dərəcə möhkəm və eyibsizdir, həmçinin ondan hər hansı bir yersiz və əbəs iş baş vermir.

Allahın bütün işlərinin möhkəm və eybsiz olmasının dəlili, gözəl yaratdığı kainat və ondakı son dərəcə dəqiq nizam-intizamdır. Qur`ani-kərim buyurur:

“Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir.”

(Allahın bütün işlərinin tam hikmət əsasında olub heç nəyin yersiz və əbəs olmaması dəlili, “Sad” surəsinin 27-ci ayəsidir. Orada buyurulur:

“Biz göyü, yeri və onların arasında olanları boş-boşuna, əbəs yerə yaratmadıq.”

Ümumiyyətlə, Allah taala mütləq kamala malik olduğundan, Onun fe`l və işləri də mütləq kamal əsasında olmalı, işlərində əsla əbəs və boş-boşuna bir şey olmamalıdır.

Ссылка на комментарий
Поделиться на других сайтах

بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bismillahirrəhmanirrəhim

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə həzrət Məhdiyə olsun!

Allah mütləq kamal sahibidir nə deməkdir?

Subuti sifətlər nədir?

Səlbi sifətlər nədir?

BU GUNKU DƏRSİ BAŞA DUŞMƏK VƏHHABİLƏRƏ CAVABDIR

ALLAHIN SƏLBİ SİFƏTLƏRİ

Allahın sifətlərini cəmal və cəlal olaraq iki qismə böldük. Allahın kamalını göstərən sifətlərə “cəmal” və yaxud “sübuti”, nöqsan və eybin Onun zatından uzaq olmasını göstərən sifətlərə isə “cəlal” və yaxud “səlbi” sifətlər deyilir. Səlbi sifətlər dedikdə, Allah taalanın hər hansı bir eyb və nöqsandan uzaq olması nəzərdə tutulur. Allahın zatı ehtiyacsız və mütləq (sonsuz, heç bir şeylə hüdudlanmayan) kamal olduğu üçün, nöqsan və ehtiyac göstərən hər hansı bir sifətdən uzaq və pakdır. Məhz buna görə də ilahiyyat alimləri deyirlər: Allah cisim deyil, Onun məkanı yoxdur və heç bir şeyə də daxil ola bilməz. Çünki bu kimi xüsusiyyətlərin hamısı varlığın nöqsan və ehtiyaclı olmasından irəli gəlir.

Nöqsanlı hal sayılan sifətlərdən biri də gözə görünməkdir. Çünki, bir şeyin görünə bilməsi üçün, gözə görünmənin müəyyən şəraiti yaranmalıdır. Məsələn, aşağıdakı şərtlər olmalıdır:

1-Məkanda və xüsusi bir yerdə olsun;

2-Qaranlıqda olmasın. Yə`ni onun olduğu yer işıqlı olsun;

3-Onunla onu görənin arasında müəyyən qədər fasilə olsun.

Aydındır ki, bu şərtlər Allahın deyil, əksinə maddənin və cismani varlıqların xüsusiyyətlərindəndir.

Bundan əlavə, əgər Allah gözlə görünsə, onda iki hal təsəvvür oluna bilər: Ya Onun vücudu bütünlüklə, ya da bir hissəsi görünməlidir. Birinci halda hər şeyi əhatə edən Allah məhdud olacaq. İkinci surətdə isə müxtəlif hissələrdən təşkil olunacaq. Bunların hər ikisi də Allahın uca məqamından uzaqdır.

Bu deyilənlərin hamısı Allahın hissi və gözlə görünməsinin qeyri-mümkün olmasını göstərir. Amma güclü iman və mə`nəviyyat nəticəsində qəlb (bəsirət) gözü ilə Allah taalanı müşahidə etmək olar.

Həzrət Əli (ə)-ın səhabələrindən sayılan Zə`ləb Yəmani o Həzrətə ərz etdi: Öz Allahını görübsənmi?

İmam cavabında buyurdu: “Mən görmədiyim Rəbbə ibadət etmərəm!”

Zə`ləb Yəmani yenə soruşdu: Onu necə görürsən?

İmam buyurdu: “Onu zahiri gözlər görə bilməz, amma qəlblər həqiqi iman sayəsində görə (dərk edə) bilərlər.”

Allahın gözlə görünməsinin qeyri-mümkün olmasını əqli dəlildən əlavə, Qur`an ayələri də açıq-aşkar sübut edir.

Həzrət Musa (ə) Bəni-İsrailin israrı ilə, Allahdan gözə görünməsini istədikdə, inkar cavabı eşidir:

“Musa dedi: Ey Rəbbim, Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!”

Burada bir sual yaranır: Əgər Allahın gözə görünməsi qeyri-mümkündürsə, onda nə üçün Qur`ani-kərim “Qiyamət günündə layiqli bəndələr Ona baxacaqlar”-deyə buyurur?

“O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.”

Sualın cavabı budur ki, bu şərif ayədə baxmaq kəlməsindən məqsəd, Allah taalanın rəhmətini gözləməkdir. Çünki, ayənin özündə bu mətləbə iki dəlil vardır:

1-Baxmağı gözə deyil, üzlərə nisbət verib buyurur: “O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.” Əgər məqsəd Allahı görmək olsaydı, onda görməyi üzlərə yox, gözlərə nisbət verməli idi.

2-Bu surədə iki qrupdan söhbət açılır:

a) Üzləri sevinib gülənlər: Onların mükafatı: “Allaha tərəf baxacaqlar ” ifadəsi ilə ilə bəyan edilir.

b) Üzləri qəm-qüssəli olanlar: Onların cəzası isə “Sahiblərinin bel sümüklərinin dəhşətli bir əzabla qırılacağını anlayacaqlar” ifadəsi ilə bəyan edilir.

İkinci cümlədə məqsəd bundan ibarətdir ki, onların bel sümükləri dəhşətli bir əzabla qırılacaq və təbiidir ki, onlar da bu əzabın baş verəcəyini gözləyəcəklər.

Bu şahidlərin vasitəsilə, qeyd olunan birinci ayədə məqsədin nə olduğunu başa düşmək asan olar. O da budur ki, sevinib gülən üzlər Allahın rəhmətini gözləyəcəklər. “Allaha tərəf baxacaqlar” ifadəsi, məcazi mə`nada rəhmətin gözlənilməsini göstərir. Bu məsələ ilə əlaqədar çoxlu dəlillər qeyd olunmuşdur. Məsələn: “Filankəsin gözü, başqasının əlindədir”, yə`ni ondan kömək umur.

Qur`anın müəyyən bir ayəsini təfsir edərkən, heç vaxt həmin ayənin özü ilə kifayətlənmək olmaz, əksinə, həmin mövzu ilə əlaqədar bütün oxşar ayələr də qeyd olunur və onların məcmusundan o ayənin həqiqi mə`nası başa düşülür. Gözə görünmək məsələsinə gəldikdə də, əgər ona aid olan bütün ayələr, habelə bu barədəki hədislər toplanarsa, məhz onda İslam nöqteyi-nəzərindən Allahın gözlə görünməsinin qeyri mümkün olması aydın olacaq.

Mə`lum olur ki, Həzrət Musa (ə) yalnız Bəni-İsrailin israrına görə Allahdan, gözə görünməsini istəmişdi. Onlar deyirdilər:

“Ey Musa, Allahın səsini eşidib, nəql etdiyin kimi, elə Onu gözünlə də gör və bizim üçün vəsf et.” Qur`an buyurur:

“Yadınıza salın o zamanı ki, (Musaya) dediniz: Ya Musa, Allahı aşkar surətdə görməyincə heç vaxt sənə inanmayacağıq.”

Məhz bu səbəbə görə də Həzrət Musa Allahdan gözə görünməsini istədi, amma inkar cavabı eşitdi:

“Musaya və`d etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı. Musa dedi: Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!”

XƏBƏRİ SİFƏTLƏR

İndiyə qədər, danışmaqdan başqa bəyan olunan sair ilahi sifətlərin Allahda olub-olmamasını əql hökm edir. Amma Qur`ani-kərimdə və hədislərdə bir sıra sifətlər vardır ki, onların nəql olunan hədislərdən başqa, digər bir mənbəsi yoxdur. Məsələn:

1-Yədullah (Allahın əli):

“(Ey Peyğəmbər!) Sənə bey`ət edənlər, şübhəsiz ki, Allaha bey`ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.”

2-Vəchullah (Allahın siması):

“Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və hər şeyi biləndir.”

3-Eynullah (Allahın gözü):

“Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt.”

4-İstəva ələl-ərş (Ərşdə əyləşdi):

“Rəhman Allah, ərşi (hökmü) altına almışdır.”

Bunlara ona görə “xəbəri sifətlər” deyirlər ki, onlar barəsində yalnız nəqli (nəql olunan) dəlillər xəbər verir.

Əqli baxımdan bu sifətləri adi camaat arasında düşünülən mə`naya yazmaq olmaz. Əks halda əqli və nəqli dəlillərin qəbul etmədiyi halda Allahın cisim olması, onun oxşarı (bənzəri) olması lazım gəlir. Məhz buna görə də bu sifətlərin həqiqi mə`nasını anlamaq üçün, mütləq Qur`ani-kərimin ayələrini ayrı-ayrılıqda deyil, bir məcmuə halında nəzərə almalıyıq. Bilmək lazımdır ki, ərəb dili, başqa dillərdə olduğu kimi, məcazi mə`nalarla doludur. Qur`ani-kərimdə bu mə`nalardan istifadə eilmişdir.

İndi isə xəbəri sifətlərin bəyan etməyə başlayırıq.

a) Qur`ani-kərim yuxarıda qeyd etdiyimiz birinci ayədə buyurur: “Sənə bey`ət edənlər, şübhəsiz ki, Allaha bey`ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.” Bu ayədə məqsəd Allahın cisim olması və Onun əli olması, eləcə də əlinin onların əllərindən üstün olması deyil, Allahın qüdrətinin onların qüdrətindən üstün olması nəzərdə tutulur. Ayənin davamında deyilənlər bu mətləbə tutarlı sübutdur:

“Kim bey`əti pozsa, ancaq öz əleyhinə pozmış olar. äim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər.”

“Bey`ət pozanları hədələyib, bey`ətə vəfalı olanlara müjdə və mükafat vermək” ifadələri göstərir ki, Allahın əli dedikdə Onun qüdrət və hakimiyyəti nəzərdə tutulur. Adətən, bə`zi vaxtlar müxtəlif mədəniyyətlərdə “yəd” (əl) kəlməsi məcazi mə`nada qüdrəti göstərir. Məsələn belə deyirlər: “Əl, əl üstədir.”

b) Allah taalanın siması dedikdə isə məqsəd, insana məxsus olan üzv deyil, əksinə, Onun zatı nəzərdə tutulur. Qur`ani-kərim insanın məhv olması haqda xəbər verərək buyurur:

“Yer üzündə olan hər kəs fanidir.”

Ayənin davamında yalnız Allahın vücudunun sabit qalmasından söhbət açılaraq buyurulur:

“Yalnız əzəmət və kərəm sahibi olan Rəbbinin zatı əbədi qalar.”

Ayənin əsl və həqiqi mə`nası budur ki, uca Tanrı xüsusi bir yerdə deyil, əksinə, Onun vücudu hər bir şeyi əhatə etmişdir, hər tərəfə üz tutsaq, Allah oradadır. Bu mətləbi sübut etmək üçün Allahın iki sifətinə işarə edirik:

1-Vasi`: Yə`ni Allah taalanın vücudu sonsuzdur.

2-Alim: Yə`ni Allah hər şeyi biləndir.

v) Qur`ani-kərimdə buyurulur: “Nuh Allah tərəfindən gəmini düzəltməyə mə`mur oldu.” Halbuki, gəminin dənizdən çox uzaq bir yerdə düzəldilməsi sonrakı hadisələrdən xəbərsiz bir qrupun istehza etməsinə səbəb olurdu. Məhz belə bir şəraitdə Allah ona “gəmini düzəlt, sən Bizim gözümüz -nəzarətimiz altındasan, bu işi Biz sənə vəhy etdik” buyurdu. Burada məqsəd budur ki, Həzrət Nuh (ə) Allahın əmrinə əməl edib, Onun himayəsi və nəzarəti altında olduğundan, istehza edənlər ona heç bir zərər yetirə bilməzlər.

q) “Ərş” kəlməsi ərəb dilində “taxt” və “kürsü” mə`nasını ifadə edir. “İstəva” fe`li “əla” kəlməsi ilə birgə olduqda, “qərarlaşma” və “bir şeyin üzərində oturmaq” mə`nasını daşıyır. Padşahlar hakimiyyət kürsüsündə qərar t.ndan sonra ölkə işlərini sahmana salmağa başlayırdılar. Allahın məkanının olmamasını həm əqli, həm də nəqli dəlillər sübut edir. Bundan başqa, taxt və kürsü üzərində əyləşməyi ifadə edən cümlələrdə Allahın cisim olması deyil, əksinə, mə`cazi mə`nada kainatın işlərini tədbir etmək, sahmana salmaq nəzərdə tutulur. Bu mətləbin şahidi kimi aşağıdakıları qeyd etmək olar:

1-Qur`ani-kərimin müxtəlif ayələrində, bu cümlədən qabaq Allah taala göyü və yeri, habelə kainatda olan sair şeyləri gözə görünməz sütun üzərində yaratmasından söz açır.

2-Qur`anın müxtəlif ayələrində bu cümlədən qabaq dünyanın işlərinin tədbirindən söz açılır.

Bu cümlə iki məsələni bəyan edən ayələr arasında, (yə`ni yaradılış və dünyanın tədbiri) yerləşdiyindən, ərş üzərində oturmaqdan məqsədin nə olacağını asanlıqla dərk etmək olar. O da budur ki, Qur`ani-kərim bizə başa salmaq istəyir ki, kainat özünün bu qədər əzəməti ilə belə, onun idarə olunması Allah taalanın ixtiyarından xaric deyil, yaradılışdan əlavə, dünyanın işlərinin tədbiri də tamamilə Onun ixtiyarındadır.

Bu barədə olan ayələrdən təkcə birini qeyd etməklə kifayətlənirik:

“Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi hökmü altına alan, hər işi öz yerinə qoyan (sahmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən olmaz.”

Ссылка на комментарий
Поделиться на других сайтах

الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bismillahirrəhmanirrəhim

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə həzrət Məhdiyə olsun!

بسم الله الرحمن الرحیم

قُلْ هُوَ اللَّهُ أَحَدٌ * اللَّهُ الصَّمَدُ * لَمْ يَلِدْ وَلَمْ يُولَدْ * وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

“Qul huvəllahu əhəd “O Allah (zat baxımından) əhəddir (bəsitdir), Allah səməddir – hər bir şeydən ehtiyacsızdır, nə doğmuş, nə də doğulmuşdur, hec bir şey və şəxs Onun bərabəri, şəriki deyildir.”

***

ALLAHIN ƏDALƏTİ

Bütün müsəlmanlar Allahın ədalətli olduğunu bilirlər. Ədalət Allah taalanın cəmal (sübuti) sifətlərindən biridir. Qur`ani-kərim bu məsələni təsdiqləmiş, hər növ zülmü Allahdan uzaq bilmiş, Onu “ədalət əsasında hökm edən” deyə vəsf etmişdir:

“Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz.”

Həmçinin buyurur: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz.”

Başqa bir ayədə buyurur: “Allah, Özündən başqa heç bir mə`bud olmadığına şahiddir. Mələklər və elm sahibləri də Allahdan başqa heç bir mə`bud olmadığına, habelə Onun ədalət əsasında hökm etməsinə şahiddirlər.”

Bu ayələrdən əlavə, sağlam əql də Allahın ədalətli olmasına hökm edir. Çünki ədalət kamal, zülm isə nöqsanlı və çatışmayan sifətlərdəndir. İnsan əqli Allahın bütün kamallara malik olmasına, hər növ eyb və nöqsandan uzaq və pak olmasına hökm edir.

Adətən, zülm aşağıda qeyd olunan amillərin vasitəsilə baş verir:

1-Zülm edən şəxs zülmün pis və qəbahətli bir iş olmasını bilmir. Başqa sözlə, zülm xəbərsizlik üzündən baş verir.

2-Zülm edən şəxs zülmün qəbahətli olmasını bilir, amma ədaləti icra etməyi bacarmır və zülm etməyə ehtiyac duyur. Başqa sözlə, zülm acizlikdən irəli gəlir.

3-Zülm edən şəxs zülmün qəbahətli olmasını bilir və ədaləti icra etməyi də bacarır, lakin həmin şəxs hikmət sahibi olmadığı üçün, pis və yaramaz işləri görməkdə heç bir qorxusu yoxdur. Başqa sözlə, zülm nadanlıq, ağılsızlıq üzündən baş verir.

Bu amillərin heç biri Allah barəsində təsəvvür oluna bilməz, buna görə də hökm edib deyirik ki, Allahın bütün işləri və fe`lləri tamamilə ədalət və hikmət üzündəndir.

Bu dəlil İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə qeyd edilmişdir. Mərhum Şeyx Səduq belə nəql edir: Bir yəhudi Peyğəmbər (s)-in hüzuruna gəlib bə`zi suallar verdi, o cümlədən Allahın ədaləti haqqında soruşdu. Həzrət, Allahın heç vaxt zülm etməməsini bəyan edərək buyurdu: “Allah taala zülmün qəbahətli və pis olmasını bildiyinə və zülm etməyə ehtiyacı olmadığına görə heç vaxt zülm etməz.”

Şiə alimləri də Allahın ədalətli olması barədə bəhs edərkən, bu dəlilə əsaslanırlar.

Yuxarıdakı ayələrdən əlavə, bütün müsəlmanlar arasında Allahın ədalətli olması haqqında fikir birliyi vardır, amma onun necə təfsir olunmasında fikir ayrılığı nəzərə çarpır. Onların hər biri aşağıda qeyd olunan iki nəzəriyyədən birini qəbul edirlər:

1-İnsanın əqli, işlərin yaxşı və ya pis olduğunu dərk edir, yaxşı işi onu görənin kamalına, pis işin isə onun nöqsanlı olduğuna dəlil bilir. Allah taala da zatən bütün kamallara malik olduğu üçün onun işləri gözəl və mükəmməldir, pak zatı da hər növ pis işlərdən uzaq və pakdır.

Əql heç vaxt Allahın barəsində hökm vermir və “Allah mütləq ədalətli olmalıdır” demir. Əksinə, burada əqlin işi yalnız Allahın işlərinin həqiqət və mahiyyətini aşkar etməkdir. Yə`ni əql, Allahın zatının mütləq kamala malik olmasını və hər növ nöqsandan uzaq olmasını dərk etdiyi üçün, Onun bütün işlərinin kamal həddində olmasını başa düşür və nəticədə başa düşür ki, Allah, Öz bəndələri ilə mütləq ədalətlə rəftar edəcək. Yuxarıda qeyd olunan ayələr də həqiqətdə insanın əql vasitəsilə dərk etdiyi məsələləri təsdiqləyir. Buna ilahiyyat elmində “əqlin yaxşı ilə pisi ayırd etməyə səlahiyyətli olması” adı vermişlər. Bu nəzəriyyənin tərəfdarlarını “ədliyyə” və ya “imamiyyə” adlandırmışlar.

2-Bu nəzəriyyənin müqabilində başqa bir nəzəriyyə də vardır. Onun tərəfdarları əqlin yaxşı ilə pisi (hətta ümumi şəkildə belə) dərk etməkdə aciz hesab edir, habelə işlərin yaxşı və ya pis olmasını ayırd etmək üçün yeganə yolun ilahi vəhy olmasını iddia edirlər. Bu nəzəriyyəyə əsasən, əgər Allah günahsız bir şəxsin cəhənnəmə, günahkarın isə behiştə .rılmasını əmr etsə, bu, ədalət əsasında və yaxşı işlərdən sayılacaq! Bu nəzəriyyənin tərəfdarları deyirlər ki, biz Allahın ədalətli olmasını yalnız ona görə qəbul edirik ki, bu sifət məhz Qur`ani-kərimdə gəlmişdir.

***

Əqlin yaxşı işi pis işdən ayırd etməyə səlahiyyətli olması şiələrin əqidələrinin əsası olduğu üçün, bu barədə olan iki dəlili qısa şəkildə qeyd edirik:

1-Hər insanın əqli hansı dinə itaət etməsindən, dünyanın hansı məntəqəsində yaşamasından asılı olmayaraq ədalətin yaxşı, zülmün isə pis iş olmasını, həmçinin əhdə vəfa etməyin yaxşı, əhdi pozmağın isə pis, “yaxşılığa yaxşılıqla, pisliyə də yaxşılıqla” cavab verməyin yaxşı bir iş olmasını dərk edir. Bəşəriyyət tarixində .rılan tədqiqatlar bu məsələnin bir həqiqət olmasına şəhadət verir. Hələ indiyə qədər görünməmişdir ki, ağıllı bir adam bu mətləbi inkar etsin.

2-Əgər fərz etsək ki, əql işlərin yaxşı və ya pis olmasını dərk etməkdə tamamilə acizdir və insanların bütün işlərin yaxşı və ya pis olmasını ayırd etmək üçün mütləq şəriətə müraciət etməlidir, onda hökmən bunu da qəbul etməliyik ki, şəriətdə də hansı işin yaxşı və hansı işin pis olmasını sübut etmək qeyri-mümkündür. Çünki, şəriətin hər hansı bir işin yaxşı və ya pis olmasını xəbər verməsini fərz etsək, onda biz bu xəbərin vasitəsilə onların yaxşı və ya pis olmasını dərk edə bilməyəcəyik. Bununla da şəriətin dediyi sözün düzgün olmaması ehtimalını verəcəyik. Amma əgər əvvəlcədən yalanın pis olmasını, qanun qoyanın isə bu sifətdən pak və uzaq olmasını isbat etsək, onda başqa məsələ. Onu da yalnız əqlin vasitəsilə qəbul etmək olar.

Bundan əlavə, Qur`an ayələrindən aydın olur ki, insanın əqli işlərin bir qisminin yaxşı və ya pis olmasını dərk etməyə qadirdir. Məhz buna görə də Allah taala onların əql və vicdan əsasında hökm etməyə də`vət edib buyurur:

“Məgər biz müsəlmanları kafirlər (günahkarlar) ilə eynimi tutacağıq?! Sizə nə olub, necə mühakimə yürüdürsünüz?”

Başqa bir ayədə buyurulur: “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!”

Burada cavab veriləsi bir sual qarşıya çıxır. Allah taala Qur`ani-kərimdə buyurur: “Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün insanlar) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəkdir.”

SUAL: Bu ayədə buyurulur ki, Allah gördüyü işlər barəsində sorğu-sual olunmayacaq. Halbuki əql yaxşını və pisi dərk etdiyi üçün hökm edir ki, əgər Allah pis bir iş görərsə, Ondan “nə üçün bu işi gördün?” - deyə sorğu-sual olunmalıdır

CAVAB: Allahın sorğu-sual olunmamasının səbəbi, Onun hikmət sahibi olmasıdır. Hikmət sahibindən də heç vaxt pis iş baş verməz. Hikmət həmişə yaxşı işlə yanaşıdır. Beləliklə, sual üçün yer qalmır.

***

Allahın ədaləti üç qismə bölünür:

1-Təkvini işlərdə (kainatın yaradılışında) olan ədalət: Allah taala hər hansı bir məxluqa, onun iste`dad və bacarığı qədər əta edir. Heç vaxt icad etmə məqamında iste`dadları yaddan çıxartmır. Qur`ani-kərim buyurur:

“Rəbbimiz hər hansı bir şeyə onun xilqətini əta edən, sonra da onu doğru yola hidayət edən Allahdır.”

2-Təşrii (şəriət qanunu qoymaqla əlaqədar) işlərdəki ədalət:

Allah taala mə`nəvi kamalları kəsb etməyə qadir olan insanı, peyğəmbər göndərmək və dini qanunları qoymaqla hidayət edir. Həmçinin insanın imkan və qüdrəti dairəsindən xaric olan hər hansı bir işə vəzifəli etmir:

“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi əmr edir, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir.”

Ədalətli olmaq, yaxşılıq etmək, qohum-əqrəbanın əlindən tutmaq insanın yaxşı sifətlərindən, zina etmək, pis işlər görmək və zülm etmək isə pis sifətlərdən olduğu üçün ilk üç sifəti vacib, sonrakı üç sifəti isə qadağan edilmişdir. Həmçinin, Allah taala insanı, onun gücü çatmayan işlərlə mükəlləf (vəzifəli) etməməsi barədə buyurur: “Allah taala heç kəsi gücü çatmayan işi görməyə vadar etməz.”

3-Cəzalandırma məqamında ədalət: Allah taala heç vaxt mükafatlandırmaq və ya cəza vermək baxımından mö`minlə kafirə, əməli salehlə günahkara bir səviyyədə baxmaz. O, hər bir insana, onun bacarıq və ləyaqətinə görə mükafat və ya cəza verir. Beləliklə, peyğəmbərlərin vasitəsilə insanlara, vəzifələrini çatdırmayınca, höccəti onlara tamamlamayınca, heç vaxt onları sorğu-suala tutmaz. Qur`ani-kərimdə buyurulur: “Biz, peyğəmbər göndərməmiş, heç vaxt əzab vermərik.”

Başqa bir ayədə buyurulur: “Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq və heç kəsə əsla zülm edilməz.”

***

Allah insanı hədəfsiz, boş yerə yaratmamışdır. Onun yaranmasında əsas hədəf, ibadət və bəndəçilik nəticəsində hasil olan insani kamallara çatmaqdan ibarətdir. Əgər insanın bir hədəfə çatması, Allah tərəfindən göstəriş verilən müqəddimələrə əməl etməklə şərtlənsə, Allah taala mütləq həmin müqəddimələri göndərər. Əks təqdirdə insanın yaradılışı hədəfsiz olar. Məhz buna görə də Allah insanları hidayət etmək üçün peyğəmbərlər göndərmiş və Özünün mö`cüzə və bəyanatlarını onların ixiyarında qoymuşdur. Həmçinin insanları ibadət-itaətə rəğbətləndirmək və günahdan çəkindirmək üçün mükafat və cəza və`dəsi vermişdir.

Bu deyilənlərin hamısı ədliyyə məzhəbində bir çox e`tiqadi məsələlərin əsası və eləcə də əqlin yaxşını və pisi dərk etməkdə səlahiyyətli olması qaydasının təfərrüatından hesab olunan “lütf və kərəm qaydası”-nın xülasəsi idi.

Ссылка на комментарий
Поделиться на других сайтах

ÜMUMİ NÜBÜVVƏT

PEYĞƏMBƏRLƏRİN GƏLİŞINİN LÜZUMUNA AİD DƏLİLLƏR

Hikmətli Allah insanlara doğru yol göstərilməsi ilə mə`nəvi təkamülə çatması üçün yüksək məqama malik olan insanlar göndərmiş və onları, qeybi xəbərləri insanlara çatdırmaq üçün vasitə seçmişdir. Onlar insanların təkamülə çatması üçün Allah tərəfindən göndərilən peyğəmbərlərdir. Peyğəmbərlik məqamı İslamın əziz Peyğəmbərinin dövrünədək davam etmişdir. Hər hansı bir peyğəmbərin gətirdiyi din, onun dövründə yaşayan ümmətlər üçün ən kamil bir din olmuşdur. Əgər bu ilahi ne`mət davam etməsəydi, bəşər övladı mə`nəvi təkamülə çata bilməzdi.

İnsanın xilqəti hikmətli Allahın fe`li, işi olduğu üçün, təbiidir ki, onun yaranması da hədəfsiz və səbəbsiz deyildir. İnsan heyvanla müştərək olduğu nəfsani ehtiraslardan əlavə, əql, düşüncə və idrak qüvvəsinə də malikdir. Buna görə də insanın yaradılmasında ağlabatan, əsaslı bir səbəb olmalıdır.

Digər tərəfdən, insanın əql və düşüncəsi, onun təkamülə çatmasında tam tə`sirli və zəruri olsa da, buna baxmayaraq, kafi şərt deyildir. İnsanın hidayət olunmasında əql və düşüncə ilə kifayətlənsək, o, heç vaxt təkamülə çatma bilməz. Bəşəri daim maraqlandıran məsələlərin ən mühümü Allah və məad (ölümdən sonrakı həyat) buna misal ola bilər. İnsan həmişə bilmək istəyir ki, haradan gəlmişdir, nə üçün gəlmişdir və haraya gedəcək. Əql və düşüncə təklikdə bu suallara mükəmməl cavab verməyə qadir deyildir. Müasir dövrdəki insanların elm və texnologiyada yüksək nailiyyətlər əldə edib elmi-texniki tərəqqiyə çatması ilə yanaşı, yenə də insan cəmiyyətinin bir çox hissəsinin bütpərəst olması bu müddəaya açıq-aşkar bir şahiddir.

Əql və düşüncənin kafi olması, yalnız məbdə (Allah) və məad mövzusuna məxsus deyildir; əksinə, o, həyati məsələlərin çoxunun həllində də aciz qalmışdır. İnsanların iqtisadiyyat, əxlaq, ailə münasibətləri və s. kimi məsələlərdə olan ixtilaflı fikirləri əqlin bu məsələləri düzgün dərk edə bilmədiyini göstərir.

Qeyd olunan incəliyə diqqət yetirməklə, sağlam əql belə hökm edir: Allahın hikməti tələb edir ki, insanlara düzgün yaşayış tərzini öyrətmək üçün ilahi rəhbərlər göndərilsin.

Əqlin yol göstərməsini asimani hidayətləri əvəz edə biləcəyini təsəvvür edənlər aşağıda qeyd olunan iki mətləbə diqqət yetirməlidirlər:

1-Bəşərin elmi və əqli insanı tam və mükəmməl surətdə tanımaqda, habelə varlıqların sirrini kəşf etməkdə acizdir. Halbuki, bəşərin Xaliqi insandan və onun vücudunun sirlərindən tamamilə xəbərdardır. Qur`ani-kərim buna işarə edərək buyurur:

“Məgər yaradan (öz yaratdığı hər şeyi) bilməzmi? Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır.”

2-İnsan nəfsani istək və ehtirasların tələbinə əsasən, istər-istəməz, həmişə öz şəxsi mənafeyini güdür, müəyyən proqram tökərkən, şəxsi və ümumi mənafelərin tə`sir dairəsindən tam surətdə ayrıla bilmir. Buna görə də bəşərin proqramları yüksək səviyyədə olmayacaq. Peyğəmbərlərin proqramları isə Allah tərəfindən olduğu üçün hər növ eyb və nöqsandan uzaqdır.

Deməli, bəşər ilahi hidayətlərdən və peyğəmbərlərin proqramlarından heç vaxt ehtiyacsız olmayıb və olmayacaqdır da.

QUR`AN VƏ PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNİN HƏDƏFLƏRİ

Qur`an ayələri və hədislər nöqteyi-nəzərindən peyğəmbərlərin göndərilməsinin lüzumu, zəruri olması, onların hədəflərini araşdıraq. Bunu da nəzərə alaq ki, Qur`anın bu məsələ barəsindəki nəzəri bir növ əqli tədqiqat hesab olunur.

Qur`ani-kərim peyğəmbərlərin göndərilməsinin hədəf-lərini aşağıda qeyd olunanlarda bilir:

1-Tovhid ideologiyasının və əqidəsinin möhkəmlən-məsi və bu məsələ ilə əlaqədar yaranan hər növ inhirafla mübarizə .rmaq:

“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” - deyə, peyğəmbər göndərdik.”

Buna görə də ilahi peyğəmbərlər daim müşriklərlə barışmaz mübarizə .rmış və bu yolda ağır əzab-əziyyətlərə mə`ruz qalmışlar. Həzrət Əmirəl-mö`minin Əli (əleyhis-salam) peyğəmbərlərin göndərilməsinin hədəfi barədə buyurur:

“Allah ona görə peyğəmbərləri göndərdi ki, bəndələri tovhid və Allahın sifətləri haqqında bilmədiklərini öyrənsinlər, habelə, (əvvəllər) inkar etdikdən sonra Onun birliyinə, yeganəliyinə inansınlar.”

2-Xalqı qeybi xəbərlərlə, ilahi mə`rifətlə, düzgün tərbiyə yolları ilə tanış etmək:

“Ümmi (savadsız) xalqın özlərinin içindən olan bir peyğəmbər göndərən O Allahdır. Bu peyğəmbər Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırar, onlara kitab və hikməti (elmi) öyrədər.”

3-Xalq arasında ictimai ədaləti bərqərar etmək. Qur`ani-kərim bu barədə buyurur:

“Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və mizan (ədalət tərəzisi) nazil etdik ki, insanlar (bir-birləri ilə) ədalətlə rəftar etsinlər.”

Ədaləti bərqərar etmək dedikdə məqsəd budur ki, insanlar ictimaiyyətin müxtəlif sahələrində bir-birləri ilə ədalətlə rəftar edib, ilahi hökumət vasitəsi ilə onu həyata keçirsinlər.

4-İxtilaflı məsələlərdə düzgün mühakimə etmək:

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasında, onların ixtilaflı olduqları məsələlər barədə hökm (mühakimə) etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi.”

Şübhəsiz, bu ixtilaflar yalnız onların əqidələrinə məxsus deyildi, əksinə, həyatın müxtəlif sahələrinə də aiddir.

5-İnsanlara (bəndələrə) höccəti tamamlamaq:

“Biz peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün, peyğəmbərlərdən sonra Allaha qarşı bir höccət yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir.”

Şübhəsiz ki, insanın xəlq olunmasında bir hədəf vardır. Bu hədəf bəşərin həyatının bütün sahələrində mükəmməl proqramların nizama salınması ilə gerçəkləşir. Bu proqramlar Allah tərəfindən insanlara elə çatdırılmalıdır ki, onlara höccət tamamlansın və heç bir bəhanə yeri qalmasın.

***

Nübüvvət Allah-Taala tərəfindən tə`yin edilən bir vəzifə, Rəbbimizə məxsus olan bir elçilikdir ki, Allah-Taala bu vəzifəni Özünün saleh, insaniyyətdə kamil həddə çatmış övliyalarından olan bəndələrinə həvalə edir ki, sair insanları dünya və axirət səadətləri, məsləhət və mənafelərinə doğru hidayət edib, pis əxlaqlardan, yanlış adətlərdən paklasın, saflaşdırsın, onlara mə`rifət və hikmət öyrətsinlər, xeyir və səadət yollarını bəyan etsinlər, nəticədə insaniyyət özünə layiq olan kamal həddinə çatıb, dünya və axirətdə (Allah dərgahında) yüksək dərəcələrə yüksəlsin.

Həmçinin mə`nası gələcəkdə qeyd olunacaq “lütf qaydası”na əsasən vacibdir ki, Öz bəndələrinə qarşı lətif olan Xaliq, bəşərin düz yola hidayət olunması və cəmiyyətdə islahat işləri .rmaq üçün peyğəmbərlər göndərsin. O peyğəmbərlər də Allahın yer üzündəki səfirləri, canişinləri olsunlar. Allah-Taala camaata peyğəmbər tə`yin etmək, seçmək hüququ verməmişdir; onların peyğəmbər seçmək üçün heç bir ixtiyarları yoxdur. Bu işlərin hamısı Allahın əlindədir, çünki O, “Öz risalətini harada qərar verməsini daha yaxşı bilir.”

Allah-Taalanın xalqın hidayətçisi, bəşir (ilahi ne`mətlərə müjdə verən) və nəzir (ilahi əzabdan qorxudan) şəxs kimi göndərdiyi adam - peyğəmbər və onun gətirdiyi hökmlər, sünnət və şəriət barədə xalqın mühakimə haqqı yoxdur.

Əliyyibni Əbitalib (əleyhissalam) bir xütbədə asimanların, yerin, həmçinin Adəm peyğəmbərin yaranışını vəsf edib Peyğəmbərin be`səti barədə buyurur: “...və Allah (Adəmi yer üzündə məskunlaşdırdıqdan sonra onun) nəslindən peyğəmbərlər seçib onlardan əhd-peyman aldı (ki, Allahdan onlara əmr olunanları yerinə yetirib camaatı Allahı tanımağa də`vət etsinlər və bu yolda heç vaxt səhlənkarlıq etməsinlər və) vəhyə vəfalı qalıb ilahi vəzifəni təbliğ etsinlər.

İnsanların əksəriyyəti Allahın onlarla bağladığı əhdi pozub Onun haqqında cəhalətə düşdülər (və Onu yeganə bilmədilər). Ona şəriklər qoşdular, şeytanlar Allahı tanımaq, ilahi mə`rifət kəsb etmək yolundan azdırıb (və aldatdı), bəndələrin Ona ibadət və pərəstiş etməkdən yayındırdı. Belə olduqda, Allah Öz bəndələri arasından peyğəmbərlər seçib bir-birinin ardınca göndərdi ki, Allahın onların fitrətlərində olan əhdi-peymanını, unudulmuş ne`məti (fitri tovhidi) onların yadına salsınlar, insanlara təbliğ etməklə höccət gətirsinlər. Onların (küfr, zəlalət və azğınçılıqla örtülmüş) gizli əql xəzinələrini kəşf edib işə salsınlar, müqəddər edilmiş nişanələri, ayələri: başları üzərində ucaldılmış tavanı (atmosfer qatını), ayaqları altında qərar verilmiş döşəməni (həyati əhəmiyyət kəsb edən münbit yer qabığını), onları diri saxlayan məişət (qanunlarını), öldürüb fani edən əcəlləri, qocaldıb əldən salan xəstəlikləri, tə`qib edən qəbirləri xatırlatsın. Mütəal Allah (heç vaxt) bəndələrini göndərilən bir peyğəmbərdən, yaxud nazil edilən bir kitabdan, yaxud qaçılmaz höccətdən, yaxud da mətin yoldan boş etməmişdir. Elə peyğəmbərlər göndərmişdi ki, saylarının az, təkzib edənlərinin isə sayının çox olması onların işinin (ilahi vəzifənin təbliğat işinin) qarşısını ala bilmədi. Hər bir peyğəmbərə, ondan sonrakı peyğəmbərin adı əvvəlcədən deyilmiş, yaxud sonra gələn peyğəmbər əvvəlkini xalqa təqdim etmişdi. Bu qayda ilə qərinələr, əsrlər gəlib keçdi, oğullar ataların yerini tutdu, peyğəmbərlər bir-birini əvəz etdi. Nəhayət, Allah-Taala Öz peyğəmbəri Mühəmməd (s)-i seçdi ki, onun vasitəsi ilə (xalqa verdiyi) və`dləri həyata keçirsin, nübüvvəti tamamlasın. Elə Peyğəmbər ki, əvvəlki peyğəmbərlərdən onun barəsində əhd-peyman alınmışdı (ki, onun peyğəmbərliyini təsdiq edib be`sətini, peyğəmbər olmasını öz ümmətlərinə xəbər versinlər, nəticədə onun) əlamət və nişanələri hamıya aşkar, milad vaxtı mübarək və kəramətli idi. Bu zamanda yer əhli dağınıq, müxtəlif tayfalarda, dinlərdə, bid`ətlərdə, yollarda olub haq yoldan azmışdılar. Onlardan bə`ziləri Allahı Onun məxluquna oxşadır, bə`ziləri Onun adlarını özlərinin düzəltdikləri bütlərə qoyur, yaxud Ondan qeyrisinə işarə edirdilər. Allah-Taala onları Peyğəmbərin vasitəsi ilə düşdükləri zəlalətdən haqq yola hidayət edib, nadanlıqdan və cəhalətdən xilas etdi.” (“Nəhcül-bəlağə”, 1-ci xütbə)

Ссылка на комментарий
Поделиться на других сайтах

بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

Bİsmİllahİrrəhmanİrrəhİm

Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xьsusilə Allahın yer ьzьndə saxladığı şəxsə - həzrət Məhdiyə olsun!

NÜBÜVVƏT İLAHİ MƏRHƏMƏT VƏ LÜTFDÜR

İnsan çox sirli bir varlıqdır, onun zatında (təbiətində) nəfs və əql, hətta hər ayrı-ayrı fərdlərin şəxsiyyəti cəhətindən mьrəkkəb quruluşa malikdir. Onun təbiətində bir-biri ilə zidd olan yönlər qoyulmuşdur. Bir tərəfdən onun zatında çirkinlik və fəsada, digər tərəfdən isə xeyirxah və gözəl əməllərə sövq edən qüvvələr qoyulmuşdur.

Digər tərəfdən, insan zatında olan цzьnь sevmək, həvayi-nəfsə itaət etmək, xudbinlik, şan-şöhrət pərəstlik, hamıya qələbə зalmaq, təkəbbьr, hamıdan ьstьn olmaq, dьnya həyatı və onun bər-bəzəklərinə hərislik və s. kimi qərizələr və emosional xьsusiyyətlər əsasında xəlq edilmişdir. Allah-Taala buyurur:

"And olsun Əsrə ki, bütün insanlar xəsarətdədirlər."

"Həqiqətən insan elə ki özünü qəni görür, tüğyan edir.”

"Həqiqətən nəfs (əmmarə nəfsi) insanı pisliklərə sьrьkləyir.”

Və s. kimi qərizələr və emosional xüsusiyyətə malik bir nəfsin varlığını gцstərən sair ayələri qeyd etmək olar.

Digər tərəfdən, Allah-Taala insanda əql qüvvəsi də yaratmışdır ki, bu qьvvə insanı xeyir işlərə, saleh əməllərə doğru hidayət edir. Həmзinin Allah onun batinində vicdan qьvvəsi xəlq etmişdir ki, onu pis, зirkin əməllərdən, zьlmdən və s. зəkindirib, qəbahətli, pis işlərin aqibətindən agah edir.

İnsanın bu iki daxili qüvvəsi–nəfs və əql arasında daimi çəkişmələr davam etməkdədir. Hər kəsin əqli nəfsinə qələbə çalsa, ən yüksək məqamlara, insaniyyətin kamal həddinə çatar, mə`nəvi və ruhi cəhətdən kamilləşmiş bir insan olar. Amma hər kəsin nəfsi əqlinə qələbə çalsa, ən alçaq dərəcələrdə olar, insaniyyət yolundan uzaqlaşar və heyvanlıq dərəcəsinə enər.

İnsandakı bu iki düşmən qüvvələrdən ən güclüsü nəfsani ehtiraslar və onların "qoşunu"dur. Məhz buna görə də insanların əksəriyyəti şəhvətə, nəfsani ehtiraslara itaət edib, onun çağırışlarına müsbət cavab verdiklərinə görə zəlalətdə qərq olaraq düz yoldan, hidayətdən uzaq düşьrlər.

"(Ya Peyğəmbər) İnsanların əksəriyyəti–sənin istədiyinə baxmayaraq–iman gətirməzlər”

Bundan əlavə, insan (əqlinin) qüsurlu olduğuna gцrə, bьtьn həqiqətlərdən, onu əhatə edən varlıqların və цz nəfsindən yaranan işlərin sirlərindən və s. lazımi qədər mə`lumatı deyil, ona faydalı və yaxud zərərli olan şeyləri, onu səadətə və ya bədbəxtliyə .ran yolları ayırd edə bilmir – istər təkcə özünə, istərsə də hər hansı insan nцvьnə və cəmiyyətinə aid olan işlərdə. Ьstəlik onun təbiət və maddi aləm barəsindəki elmi artdıqca həmişə цz nəfsi barəsində cəhalətdə olur, cəhli artır, yaxud cəhlini daha yaxşı dərk edir.

Buna əsasən, insan, səadət dərəcələrinə çatmaq üçün səadət və aşkar hidayət yolunu gцstərə bilən bir hidayətзiyə daha зox ehtiyac duyur ki, bu şəxsin (hidayətзinin) vasitəsilə əqlini qьvvətləndirib əql və nəfsani qьvvələrlə mьbarizəyə hazırlaşdığı bir vaxtda, цzьnьn inadkar dьşməninə - nəfsani istəklərə sövq edən qüvvələrə qələbə çalsın.

İnsan bu yolda ən çox nəfsinin onu aldatdığı (əksər hallarda da nəfsin işi aldatmaqdır) pis əməllərini gözəl, yaxşı əməllərini cilvələndirib azğınlığa yuvarlanmasını tə`riflədiyi bir vaxtda belə bir şəxsə (hidayətçiyə) ehtiyac duyur ki, onun əlindən tutub, xeyirli, gözəl işlərə tərəf зəksin. Зьnki nəfs, əql ьзьn yaxşı və xeyirli işləri pis və zərərli işlərdən seзmək ьзьn bir mə`rifət olmadığı vaxtda yaxşı şeyləri pis, pis şeyləri yaxşı cilvələndirir, məsləhətli, səadətli və ne`mət dolu yolu ona səhv gцstərir.

Allahın ismət bəxş etdiyi şəxslər istisna olmaqla insanlardan hər biri də nəfs və əql arasındakı bu mə`rəkədə qərq olur.

Bu səbəbdən də nəinki vəhşi və cahil, hətta hər mьtərəqqi və ziyalı şəxs цzьnь bьtьn xeyirli və məsləhətli yollara зatdırıb dьnya və axirətdə ona faydalı, yaxud zərərli olan şeylər–istər şəxsən цzьnə aid olan, istərsə də cəmiyyətdə olan işlərə aid olsun–barəsində mə`rifət kəsb etməsi olduqca зətin bir işdir. Hətta bu yolda цzь ilə həmfikir olan şəxslərdən kцmək alsa da, bцyьk miqyaslı konfranslar, şuralar və s. təşkil etsələr də belə.

Deməli, Allah-Taalanın bəndələrə qarşı olan rəhmət və lьtfь vacib edir ki:

"Onların цz iзindən olan peyğəmbər seзsin ki, Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırsın, kitab və hikməti (elmi) onlara цyrətsin”, və o peyğəmbər bəndələri fəsad törədən işlərdən зəkindirib qorxutsun, səadəti və mənafeyi olan şeylərə mьjdə versin.

Allahın bəndələrinə lьtf (mərhəmət) göstərməsinin vacibliyinin səbəbi odur ki, lütf Onun mütləq kamalındandır və O, Цz bəndələrinə qarşı Lətif (lьtf və mərhəmət sahibi), Kərim (kəramət sahibi) və Cəvaddır (ehsan edəndir). Əgər məhəll bəndələrin lütf,ə mərhəmət və ehsan üçün qabiliyyəti olsa, Allah Öz lütfünü onlara mütləq çatdırmalıdır. Зьnki, Onun rəhmət dairəsində paxıllığa, kərəm və ehsanında nцqsana yol yoxdur.

Allahın lьtfь barəsində deyilən “vacibdir” sцzьnьn mə`nası bu deyil ki, kimsə Onu bu işi gцrməyə əmr etsin və əmrə itaət etmək də Ona vacib olsun. Amma qeyd olunan “vacib”in mə`nası “vacibül-vücud"da deyilən mə`nadır. Yə`ni bu işi gцrmək Onun Zatındadır və Ondan ayrılması qeyri-mьmkьndьr.

***

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏLƏRİNİN FAYDALARI

İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yolu göstərməkdən, vəhyi alıb camaata зatdırmaqdan əlavə insanların təkamьlьndə digər mühüm bir tə`sirlərə də malik olmuşlar ki, onların ən mьhьmləri aşağıdakılardır:

1-İnsan əqli зox mətləbləri dərk edə bilər, amma onun ya zamanın keзməsinə və зoxlu təcrьbə əldə etməsinə ehtiyacı vardır, ya da insanların maddi işlərə baş qoşması, heyvani xislətlərin və meyllərin onlara qələbə зalması nəticəsində qəflət və unutqanlığa dьзar olur, yaxud da dьzgün olmayan tə`limlər və pis təbliğatlar sayəsində xalq kьtlələrinə gizlin qalır. Belə mətləblər də peyğəmbərlərin vasitəsilə bəyan olunur, ardıcıl xatırlatmalar vasitəsilə onların tamamilə unudulmasının qarşısı alınır, dьz’ьn və məntiqi tə`limlərlə pis tə`limatların və mьğalitələrin qarşısı alınır.

Buradan da peyğəmbərlərin mьzəkkir (xatırladan) və nəzir (ilahi əzabdan qorxudan), Qur`ani-Kərimin isə zikr (xatırlatma) və təzkirə adlanmasının mьhьm səbəbi bəyan olunur.

Əli (ə) peyğəmbərlərin be`sətinin hikmətin bəyan edərkən buyurur: "Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca gцndərmişdir ki, fitrət əhdi-peymanına vəfadar qalmağı camaatdan istəsin, unudulmuş ne`mətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ və bəyan edilməsi ilə hцccəti onlara tamam etsin.”

2-İnsanın tə`lim-tərbiyə, inkişaf və təkamьl amillərindən ən mьhьmь davranış və rəftarda nьmunə və ьlgünün varlığıdır ki, onun əhəmiyyəti psixologiya elmində sübuta yetmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gцzəl formada ifa edir, mьxtəlif tə`limatlardan əlavə, insanların ruhən tə`lim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə sə`y edirlər. Qur`ani-Kərim tə`lim (elm цyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bə`zi hallarda təzkiyə tə`limdən qabaqda gəlir.

3-Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi və mьhakimə nəzərindən rəhbərliyini цz цhdələrinə alsınlar. Aydındır ki, mə`sum və gьnahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən bцyьk ne`mətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların зoxunun qarşısı alınır, cəmiyyət ixtilafdan, pərakəndəlikdən, əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunurlar.

***

Əli (ə) buyurub: "Əgər Mütəal Allah istəsəydi peyğəmbərləri gцndərən zaman qızıl-gьmьş xəzinələrini, əldəyməz gцvhər mə`dənlərini, bol meyvəli bağları və ağacları onların ixtiyarına verər, havadakı quşları, qurudakı heyvanları onlara xidmətзi edərdi. Əgər Allah belə etsəydi onda imtahan və mьkafat ьзьn olan şərait aradan gedərdi... Əgər (Allah) istəsəydi peyğəmbərlərə heз kəsin əli зatmayan bir qьdrət, heз vaxt məğlubedilməz bir izzət, eləcə də mьlk və səltənət əta edərdi ki, başqaları qorxu və yaxud tamah ьzьndan onlara təslim olsunlar, inadkarlıq və təkəbbьrdən зəkinsinlər. Amma belə olan təqdirdə məqsədlər və dəyərlər eyni səviyyədə olardı. Lakin Mьtəal Allah istəmişdir ki, peyğəmbərlərə tabe olmaq, Onun kitabını təsdiq etmək, təvazцkarlıq və təslim olmaq (kimi işlər) yalnız ilahi məqsədlə, heз bir riyakarlıq olmadan baş versin. İmtahan və bəla nə qədər bцyьk olsa ilahi mьkafat və savab da bir o qədər artıq olar.”

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...