PRIKOLISTKA Опубликовано: 8 апреля, 2008 Жалоба Share Опубликовано: 8 апреля, 2008 Gəlin bu mövzuda bizim və yaxınlarımızın başına gələn və yadda qalan maraqlı əhvalatlardan danışaq. Nənəm danışırdı ki, müharibə vaxtı ərzağın talonla olan vaxtı anası ona pul verir ki, get evə çörək al. Həmən gün bərk külək olur. Necə olursa nənəm ona verilən pulu yolda itirir. Qorxuya düşüb ağlamağa başlayır. Evə suyu süzülmüz vəziyyətdə qayıdarkən, bərk əsən küləklə birdən üzünə nəsə yapışır. Deyir - əlimlə üzümdən yekə kağız parçasını çəkdim, dedim bu nədiyeee. Kağız parşasına baxarkən onun ət və yağ talonu olduğunu gördüm. Qismətə bax. Kimsə itiribmiş. Evə sevinə-sevinə qaçdım. Bu talonla gedib evə yağ və ət aldıq. Necə deyərlər, Allah bir tərəfdən alanda, o biri tərəfdən verir. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
strANger_04 Опубликовано: 13 апреля, 2008 Жалоба Share Опубликовано: 13 апреля, 2008 Prikolistka, maraqlı əhvalatlar insan həyatı boyunca ən müxtəlif məqamlarda o qədər baş verir ki, di gəl danışmağa gələndə - düşünürsən ki, hansı birini danışım...Dərhal yada salmaq da nədənsə çox vaxt alınmır )) Ən yaxınlarda başıma gələn bir əhvalatı danışmaq istərdim. Bircə o hadisəni xatırlaya bildim. Düzdür, bunu o qədər gülməli əhvalat adlandırmazdım, daha çox qəmli əhvalat adı vermək olar ona ... Böyük peşimançılıqla müşayiət olunan əhvalat )) Çoxdandır universitetdən bir yaxın rəfiqəm var idi ki, onunla heç cür imkan olmurdu görüşək. Zəngləşirdik, görüş təyin edirdik, görüşmək heç cür alınmırdı ki alınmırdı...Nə isə bir gün bir qohumumuz mənə zəng eləyib xahiş elədi ki, tələbələrə kredit servisi ilə istərdim sənin adınla telefon alım. Ancaq sənə də əslində zamin tələb olunacaq. Mən də təbii ki ilk ağlıma gələn bu "zamin" rolunda bu rəfiqəmi təsəvvür etdim. Və əlbəttə ki onunla zəngləşib danışdım. Lazım olan sənədləri-filanı hazırlamağını xahiş etdim. Özüm də hazırlamışdım. Nəhayət növbəti həftə görüş təyin elədik ki, bu saatda və bu yerdə sən öz sənədlərin, mən öz sənədlərim, bir də həmin qohumum görüşəcəyik və dükana gedəciyik. Mən də həmin gün hər gün olduğu kimi işə getmişdim. Səhər uzun müddətdir ki, görə bilmədiyim rəfiqəmlə görüşəcəyimə görə sevinirdim və istədim ki onunla görüşə görə bir az fərqli görünüm Geyimlə birgə gündəlik çantanı da dəyişmək istədim. Ayrı çantanı götürdüm, sənədləri qoydum (düşündüm ki, daha mənim yadımdan nə çıxa bilər ki?!) və evdən çıxdım. İşə getdim. Həmin gün də işdə bütün işçilər ilin axırı olduğundan son kollegiya iclasına getməliydilər. Haradasa elə səhər çıxıb günorta üçün qayıdacaqdılar. Mən otaqda qızla qaldım. Bir neçə dəqiqədən sonra qıza da evdən zəng eləyib təcili gəlməyini xahiş elədilər. O da getməli oldu. Və bizdə elə bir qayda var idi ki, mütləq kimsə çıxanda otağı açarla bağlayıb çıxmalıdır. Lazım olandasa otaqda qalan öz açarı ilə açıb çıxa bilər. Yəni hər kəsin bir açarı var idi. Qız da bağlayıb çıxdı. Mən də otaqda tək qaldım. Görüşü də saat 1-ə təyin eləmişdim uşaqlarla. Heç nəyin dərdini çəkmirəm, çay içirəm, işimi yavaş-yavaş görürəm, nə bilim mahnıya qulaq asıram...Hardasa saat 1-ə 5-10 dəq. qalmış fikirləşdim ki çıxım ki gecikməyim. Bir də geyinib çıxmaq istəyəndə gördüm ki açarı götürməmişəm.(((((( Ay allah.....Yadıma düşdü ki səhər çantaları dəyişəndə açarı götürüb bu biri çantaya qoymaq yadımdan çıxıb. Çox pis vəziyyətə düşdüm. Bir tərəfdən qohumumuz qarşısında söz vermişdim. Bir tərəfdən rəfiqəmin. Həm də ümumiyyətlə, işin belə qaçaqaçda gözləmədiyim halda tərs gətirməsindən çox pis oldum. Heç olmasa saat 11-12-də xəbər tutsaydım ki, çıxa bilməyəcəm-bir şey fikirləşərdim. Amma çox gec xəbər tutmağım işləri lap korladı... Elə bu vaxt qız zəng elədi - ona xəbər verdim ki "sən get sənədlərin hamısını qoy kitabxanaya, gəlib götürəcəm. Məni gözləmə. Gec gəlməli olacam. Pis vəziyyətdəyəm. Get......" Nə isə..Hardasa bir yarım saata bir işçimiz gəldi qapını açdı, mən də güllə kimi otaqdan qaçdım ki heç olmasa gedim qohumumuzu görməyə çatım...)) Rəfiqəmlə görüşməksə heç cür təsəvvürümə gətirə bilməyəcəyim belə bir halda yenə də qismət olmadı... Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
UNUDULMUSAM Опубликовано: 15 апреля, 2008 Жалоба Share Опубликовано: 15 апреля, 2008 (изменено) Hər vaxtınız xeyir, Mövzunu gördüm yadıma maraqlı bir hadisə düşdü.İlk öncə onu deyə bilərəm ki,Allah heç kimi darda qoymur! Yadımdadı 3-kursda idim.Dəsdən çıxıb evə gedirdim.Yolda mənə qucağında uşağı olan bir xanım yaxınlaşdı.Yolda qaldıqını,pulunu itirdiyini ve üstündə pulunun olmadığını söylədi və məndən imkan varsa ona yol pulu verməyimi istədi.Mən isə bir çox tələbələr kimi dərsə cibində pul ilə gedib cibi boş evə gələnlərdən olmuşam.Pullarımı ya məktəbin yeməkxanasında ya da dərsdən sonra tələbə yoldaşlarımla xərcləyirdim.Bir sözlə nə qədər xərcləsəmdə o zaman avtomobilim olmadığı üçün yol pulu saxlayırdım.Bax elə bu xanım mənə yaxınlaşanda cibimdə cəmi indiki pul ilə 20 qəpik pul var idi.Mən isə xanım məndən kömək istəyəndə heçnə düşünmədən cibimdə olan yol pulumu həmin xanıma verdim.O isə əvəzində mənə Allah səni heç zaman çetinlikdə qoymasın dedi və getdi.Yolun qırağında durub avtobus gözləyirdim.Beynimdə isə 20 qəpiyə görə məni öldürmüyəcəklər ki,sağol deyib düşərəm deyə düşünürdüm.Avtobus gəldi,mindim,boş yer var idi amma pulunu verə bilməyəcəyim yerdə əyləşmək istəmədim və ayaq üstə bir neçə dayanacaq getmişdim ki,avtobusu dayandı.İçəri Mənimlə eyni məktəbdə oxuyan biri mindi.Əlbətdə məni tanıdı.Onunla salamlaşıb görüşdük.Bir az getmişdik ki,yanimda olan insan sürücüyə qarşıda saxlamasını bildirdi.Onunla sağollaşdıq,o isə durub ayağa düşmək üçün qarşıya keçdi.Avtobus dayandı O isə düşəndə mənə bəlkədə heç zaman unuda bilməyəcəyim bir sözü dedi: Rəşad, pulun çatıb düşərsən! Hörmətlə, Rəşad Изменено 15 апреля, 2008 пользователем UNUDULMUSAM Цитата Миру Мир! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
PRIKOLISTKA Опубликовано: 16 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 16 апреля, 2008 Ay ALlah Stranger, təsəvvü edirəm nə halda olmusan. Vay, mən də bir dəfə aevdən zibil atmağa gedəndə qapı dalında qalmışdım. Qapı çırpıldl, evdə heş kəs yox, mama işdə, p. işdə, bacı dərsdə. Vaay, qaldım əlimdə vedrə ilə. Tez qonşugilə qaçdım, həm p.ya , həm mamaya zəng elədim ki,qalmışam bayırda. Bir 20 dəqiqədən sonra eyni vaxtda həm p., həm də mamanın şoferi açarla gəldilər )) Unudulmuşam , səndə olan vəziyyətdən məndə də olub ))PS. Şriftin nə gözəl görünür )) Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Malishka-N. Опубликовано: 13 июня, 2008 Жалоба Share Опубликовано: 13 июня, 2008 oz bashima gelenlerden deyil yaxinlarimin bashina gelen ehvalatlardan danishacagam.Bu hadise menim sinif yoldashimin bashina gelib(qizdi)Bir gun dersden chixib metro ile evlerine gedirmish.Metro hemisheki kimi basabas imish ve bir nefer cavan oglan oturub yatirmish ,qizlar da onun qarshisinda yaq uste dayaniblar.belelikle qatar herekete bashlayib dayanacaga yaxinlashanda adeti uzre tormuz verib bizim qizda eleme tenbellik muvazineti itirerek oturub duz yatan oglanin qucaginda,oglan gozlerini achib gorur ki,qucagina goyden qiz dushub )) bir defe de bir qohumumuz avtobusa minib hemin gun de qiz chox pariltili-qipqirmizi dodaq boyasi(pomada)chekib.yene de basabas imish.Bir astanovka getdikden sonra avtobusa eyninde de ag seliqeli pencekli cavan bir oglan minib,yenice herekete bashlayan avtobus yene nece tormuz veribse bizim qizin pamadasi oldugu kimi copy olub oglanin beyaz penceyine,qiz pencekden ayrilib pomadanin eksin gorende day ozuvuz tesevvur edin:)) Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
PRIKOLISTKA Опубликовано: 15 июня, 2008 Автор Жалоба Share Опубликовано: 15 июня, 2008 Malışka, məndə də belə oxşar hadisə olub. İnstituta qrup yoldaşımla marşrutda gedirim. Növbəti dayanacaqda bir qızla oğlan üzbəüz oturacaqda əyləşdilər. Yola düşdük, birdə necə oldusa sürücü tez tormoz verdi və mən qabağımda əyləşən oğlanın üstünə əllərimlə yıxıldım, əllərimlə hara yıxldığımı daha yazmayacam, amma oğlanın gözləri hədəqəsindən çıxdı. Yazıq )) Eh, hələ onu demirəm, rəfiqəm də qarşısındakı qıza qəşəng kəllə vurdu. Qızın burnundan qan açıldı. Malışka, bir də zəhmət olmasa Az şriftindən istifadə et. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Sourish Опубликовано: 18 июня, 2008 Жалоба Share Опубликовано: 18 июня, 2008 Prikolistka, Allah seni guldursun. Gece vaxti oldum gulmekden! Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
sarikiz Опубликовано: 4 июля, 2008 Жалоба Share Опубликовано: 4 июля, 2008 Menim telebe yoldasimin basina bele bir qeribe hadise gelib. O da bir gun bir telebe yoldasimla metroya minib. Hemin vaxt da basabas imis. o bir qadina toxunub.Qadin qiza aci sozler deyib.Qiz uzr isteyib. Qadin susmayib. Yanindaki telebe yoldasimiz da qizin evezinden uzr isteyib. Amma qadin el cekmeyib. El atib telebe yoldasima . telebe yoldasim da tenbellik etmeyib, oda el atib qadinin sacina. Bilirsiniz ne olub? Qadinin saci butovlukde qizin elinde gelib. Qiz evvel hec ne basa dusmeyib. Soka dusub,qorxub. sonra ozune gelib vw basa dusub ki qadinin saci yox imis . Eline gelen de parik imis. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Morena23 Опубликовано: 20 ноября, 2008 Жалоба Share Опубликовано: 20 ноября, 2008 menim babam hemishe bizi qidiqliyardi nenem de deryirdi ki 50 il evli olduq birce defe meni qidiqlamadin . babamda deyirdi qidiqlamamisham bes yeddi dene ushaq hardan emele gelib? Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Morena23 Опубликовано: 20 ноября, 2008 Жалоба Share Опубликовано: 20 ноября, 2008 menim babam hemishe bizi qidiqliyardi nenem de deryirdi ki 50 il evli olduq birce defe meni qidiqlamadin . babamda deyirdi qidiqlamamisham bes yeddi dene ushaq hardan emele gelib? Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.