Перейти к содержимому

Ayə,bu Nə Yuxuydu Belə?


Recommended Posts

Mən bu gun dəhşətli bir yuxu görmuşəm.

Görmuşəm ki,seçkilərdən az sonra rus xususi xidmət orgganların köməkliyi ilə ölkəmizdə hərbi çevriliş olmuş,hərbi xunta hakimiyyətə gəlmişdir.

Ölkədə hərbi vəziyyət elan olunmuş,tuthatutdur.

Ölkəni idarə eliyənlər hərbi formadadır.

Muxalif partiyalar ganundan kənar elan olunmuşdur.

Parlamentin failiyyəti muvəggəti dayandırılmışdır.

Ölkə xaricilərə baglı elan edilib.

Hərbi xuntanın tribunalı gundə onlarla insanı edama göndərir.Gullənənlər arasında muxalifət mənsubları ilə yanaşı keçmiş yuksək rutbəli itidar mənsubları da çoxdur.

Amma hərbi xuntanın özu də keçmiş igtidar mənsublarından təşkil olunub.

Hər gun xuntanın təbligat maşını aztvdən və liderdən (galanları hərbi vəziyyətlə əlagədar baglıadılmışdir) gərbin unvanına min cur lənətlər yagdırılır,tutulanların çoxu gərblə şpionaj əlagələrdə,vətənə xəyanətdə ittiham olunur.

Elə bu dəhşətli yuxunu görurdum ki,yuxudan dik ayıldım Bir az toxtıyıb əlimi göyə galdırdım və "aj Allah sənin bu gunuvə də min şukur olsun" dedim

İndi bu mənim yuxum "yuxu" filminə dönub.Çox da gəzəblə garşılamayın.İndi bir yuxudur da görmuşəm.

Təki çin çıxmasın.

Hələ də acı təsiri mənimlədir

Amma məni indi narahat edən başga bir şeydir.

Belə bir halın bizim ölkədə yaranma ehtimalı nə gədər mumkundur a millət?

Изменено пользователем Azer777
Ссылка на комментарий
Поделиться на других сайтах

Çox qözəl yuxudur!

Goy Azərbaycanda hərbi xunta olsun! Millətimizdən 50-60 %-in qanı tökməsə - millət düzəltməz!

Когда у тех в бреду безумном,

Кто отрицал Твои знаменья,

И жаждал захватить высь неба,

Согнутся не спросясь колени.

Когда они свои поднимут,

Как сажей мазанные лица

Господь не дай в ряды их влиться...

Все сказанные мной слова в адрес армян,касаются лишь некоей части "армянского общества",и не касаются мусульман среди них,а также тех,кто находится на пути Истины.

Ссылка на комментарий
Поделиться на других сайтах

mumkundur ya yox vacib deyil sen sorasini de

Duzu sualınızı başa duşmədim.Sonrası yuxudan ayıldım da...Amma sonrasını ehtimal nəzəriyyəsi ilə dəvam etdirmək olar Çunki,hal hazırkı rejimin 15 ilə yaxın fəaliyyətinin nəticəsində cəmiyyətimizin radikallaşması artan surətlə gedir və bu da belə bir vəziyyətin yaranmasını,duşunurəm ki,istisna etmir

Sonrası nə ola bilər ki...Xuntanın terror və zulmləri garşılıgında vətəndaşların ölkəni tərk etməsinin yeni dalgası yaranacagdır.Ay can ay can,evlər ucuzlaşacaqdır.

Terror dalgası radikal islamçıların fəaliyyətini gucləndirəcəkdir.Bu zaman işlətdikləri metodlar daha konkret olacag.Bakıda hər yerdə bombalar partlayacagdır.Xalg bunun kimlərin etdiyini də axıra gədər başa duşməyəcəkdir.Biri bunu amerikanlarla,digərleri xuntanın özu ilə daha bir gismi konkret gonşu ölkələrlə əlagələndirəcəkdir.Azad duşunən insanların ölkəni tərk etməsi artan surətlə devam edəcəkdir.Ölkə vətəndaş muharibəsi astanasına yetişəcəkdir.Cəmiyyətdə gisasçılıg hissləri son həddə çatacagdır.Hətta televiziya ilə yayımlanan edam prosesləri də bu hissləri azaltmayacag,əslində gucləndirəcəkdir.İslamçılar xalgı şəriət tipli dövət yaratmaga cagıracagdır.Mitingləri də bu zaman din adamları idarə edəcəkdir. Bu adamlar orduda da,guc strukturlarında da yavaş yavaş öz adamlarını yerləşdirməyə çalışacaglar.

Yeni çevriliş baş verəcək

Aynu SHams baş nazir təyin olunacagdır greenyes

Ссылка на комментарий
Поделиться на других сайтах

Qaqash Azerbaycanin indiki realliqlarin ve yaxin illerde bashina gele bilecekleri nezere alsaq senin yuxun bizim uchun gozel arzudu.Teki ele olsun.Men shexsen oz adimdan senin yuxunu destekleyirem :kiss:

Ссылка на комментарий
Поделиться на других сайтах

Çox qözəl yuxudur!

Goy Azərbaycanda hərbi xunta olsun! Millətimizdən 50-60 %-in qanı tökməsə - millət düzəltməz!

Qan tokulmesi indiki oliqarxlara aiddir. Basqa cur onlar getmez. Presidentin ise bu isi etmeye gucu yoxdur, onlar onu yaxsi otuzdurub.

Milletin qani icen, milletin qani tokmeye calisar.

Хорошо там,где есть Будущее!!!

Там где есть Я!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Alma" gəzetində,sən demə,yuxumun sonrasının ehtimal nəzəriyyəsi ilə dəvamı barəsində tanınmış siyasət adanlarından musahibə göturulubmuş.

Məsələnin ciddiliyini nəzərə alarag bu musahibələri diggətinizə çatdırıram.

26-05-2008

Azərbaycanda dini ekstremizm və İslam inqilabı təhlükəsi…

...bu, reallıqdır, yoxsa spekulyasiya?

Son vaxtlar Azərbaycanda dini ekstremizm və İslam inqilabı təhlükəsi müzakirə mövzusudur. Bir çoxları bunu ölkədə radikal dini qruplaşmaların mövcudluğu və onlara axının güclənməsi ilə izah edirlər. Bir neçə gün əvvəl Nardaranda ənənəvi olaraq, yenidən aksiya keçirilməsi və dini şüarların səslənməsi, ABŞ bayraqlarının yandırılması belə bir təhlükə haqqında danışanların haqlı olduğu görüntüsü yaradır. Amma fərqli düşünənlər də var. Onların fikrincə, hələ ki Azərbaycanda nə dini ekstremizm, nə də İslam İnqilabı təhlükəsi real deyil, olsa-olsa, bunu arzu edən azsaylı qruplar var. Sadəcə, hər iki təhlükə ölkənin fərqli siyasi qütblərinin - iqtidarın və müxalifətin əlində Qərbi şantaj vasitəsidir. İqtidar Azərbaycanda dini radikalizmin güclənməsini qabardaraq, Qərbdən öz hakimiyyətinin qorunması üçün dəstək istəyir. Müxalifət isə Qərbə nümayiş etdirməyə çalışır ki, demokratik dünya ona dəstək vermədiyi üçün insanlar dinə meyllənir.

Ancaq nə cür düşünməsindən asılı olmayaraq, cəmiyyətin pozitiv qüvvələri bir fikirdə həmrəydir: Azərbaycanda demokratik dəyərlərə qarşı hakimiyyətin zorakı münasibəti, sosial təbəqələşmənin dərinləşməsi radikal narazı kütlə formalaşdırır, onlar dinin mərhəmətinə sığınır və bu kütlənin öz narazılığını sonucda ekstremist meyllər üzərində ifadə etməsi tamamilə mümkündür.

"Alma" qəzeti mövzu ilə bağlı ekspert rəyləri öyrənib və həmin rəyləri indi sizin diqqətinizə çatdırırıq.

Erkin Qədirli:

"Azərbaycanda insan hüquq və azadlıqlarına bu cür zorakı münasibət davam edəcəyi təqdirdə, ekstremizm ölkədə çoxlarının davranış modelinə çevrilə bilər"

Politoloq Erkin Qədirli hesab edir ki, hazırda Azərbaycanda dini ekstremizm təhlükəsi o qədər də real deyil. Politoloqun fikrincə, hakimiyyətin cəmiyyəti və Qərbi ölkədə dini ekstremizm təhlükəsinin real olmasına inandırmağa çalışması "şantaj" xarakterlidir: "Əslində şəxsi azadlıqların olmadığı istənilən şəraitdə hər cür ekstremizmin olması mümkündür. Çünki avtoritarizm və yaxud diktatura rejimləri ekstremist hərəkətlər üçün münbit zəmin deməkdir. Bu cür ekstremist hərəkətlər dini və qeyri-dini ola bilər. İnsanlar öz problemlərini hüquqi yollarla həll edə, öz məsələlərini həll edə bilməyəndə qeyri-hüquqi yollara əl atırlar və burada təəccüblü heç nə yoxdur. Ekstremizm formadır, məzmun deyil. Onun məzmunu dini, dünyəvi, sağçı və solçu ola bilər. Hesab edirəm ki, Azərbaycanda insan hüquq və azadlıqlarına bu cür zorakı münasibət davam edəcəyi təqdirdə, ekstremizm ölkədə çoxlarının davranış modelinə çevrilə bilər. Amma onun məzmunu necə olacaq - dini, yoxsa qeyri-dini, bax, bu suala cavab vermək çətindir. Eyni zamanda onu da ayırd etmək mümkün deyil ki, belə ekstremist davranışlar nə vaxt baş verəcək - gec, yoxsa tez".

Erkin bəy birmənalı şəkildə dini ekstremizm təhlükəsinin real olmadığını söyləməyi də doğru saymır: "Məsələ burasındadır ki, istənilən məzmunda ekstremizm alt təbəqələrdə inkişaf edir və birdən partlayış olur, üzə çıxır. Elə ona görə də onun başlanma mərhələlərini müşahidə etmək olmur, ancaq nəticəsini görürsən".

Politoloq hesab edir ki, istənilən halda Azərbaycanda İslam inqilabının reallaşması mümkünsüzdür: "Bu gün ölkədə İslam inqilabı təhlükəsi yoxdur. Yenə də deyirəm, Azərbaycanda ekstremizm meylləri mövcuddur və ölkədəki siyasi-ictimai vəziyyət belə davam edərsə, bu meyllər güclənməkdə davam edəcək. Amma İslam inqilabı üçün heç bir şərait görmürəm. Bunun nə bioloji əsasları var, nə də inqilabı edə biləcək qüvvə nəzərə çarpır. Hər halda söhbət inqilabdan gedirsə, mövzu çox erkəndir. Amma erkəndir demək o deyil ki, təhlükə yoxdur. Hakimiyyət spekulyativ şəkildə mövzunu ortaya atır və mətbuat da başlayır onu müzakirə etməyə. Amma onun yaranma səbəbləri araşdırılmır. Dini ekstremizm məsələsində əsas səbəb və hədəf siyasi azadlıqlar olmalıdır. Siyasi azadlıqlar olmayan yerdə terrorizm də, ekstremizm də, dini inqilab da ola bilər".

Politoloq ara-sıra Nardaranda baş verən hadisələrin hakimiyyətin Qərbə qarşı manipulyasiyası ola biləcəyini də istisna etmir: "Hələ ki mən bunun açıq söyləndiyini eşitməmişəm. Ola bilsin ki, pərdəarxası danışıqlarda bu amil əsas olsun. Ancaq mənim düşüncələrimə görə, Nardaran hadisələrinin kökü bir qədər başqadır. Nardaran probleminin kökünü dində axtarmaq lazım deyil. Din sadəcə olaraq formadır, problemin kökü isə sosial səbəblərdir. Sosial durumları, dolanışıqları ağır olan, hər şeydən əli üzülən insanların dinə meyl etməsi ehtimalı daha çoxdur. Bu mənada Nardaran hadisələrinə də dini yox, sosial baxımdan yanaşmaq lazımdır. Bu tip hadisələri siyasi azadlıqların olmaması və sosial problemlərin dərinləşməsi yaradır".

Eldar Namazov:

"Hakimiyyət Misir modeli seçib: demokratik müxalifəti əzməklə, özünə dini müxalifət yaradır və bununla Qərbi şantaj edir "

Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezideni Eldar Namazovun fikrincə, hər hansı ölkədə dini ekstremizmi stimullaşdıran, ortaya çıxaran bir çox səbəblər olur. Həmin səbəblərə hazırda Azərbaycan çapında rastlandığını deyən həmsöhbətimizin fikrincə, bu yöndə ciddi araşdırmaların .rılmasına ehtiyac var: "Azərbaycanda dini ekstremizm təhlükəsinin müəyyən işartıları var və bu, kifayət qədər ciddi məsələ olduğundan üzərində qısa şəkildə dayanmaq mümkün olmayacaq. Ondan başlamaq lazımdır ki, hələ Sovetlər dövründə Azərbaycanda İslam dini qadağan edilmişdi. Faktiki olaraq, Azərbaycana ateist bir ölkə kimi baxırdılar. Ancaq bu reallığı əks etdirmirdi. Gizli şəkildə insanlarda öz dininə meyllilik müşahidə olunurdu. Müstəqillik əldə edəndən sonra müxtəlif təbəqələrdə İslama qayıdış sürətləndi. Həmin dövrdə dinə qayıdış kütləvi xarakter aldığından tələbatı ödəyə, insanları maarifləndirə biləcək ədəbiyyat və kadr çatışmazlığı hiss olunurdu. Elə buna görə də 90-cı illərin ortalarından başlayaraq, Azərbaycana müxtəlif xarici fondların axını başladı. Onların arasında ölkəmizin müsəlmanlarına səmimi şəkildə kömək etmək istəyən fondlar da, hansısa radikal qrupların maraqlarına xidmət edən qurumlar da var idi. Yeni qurulmağa başlayan dövlətin bu prosesə tam nəzarət etmək imkanı yox idi. Yalnız son illər biz yaxşını pisdən ayırmağa başlamışıq".

Eldar bəy hesab edir ki, inanclı insanların sayının artması nə qədər yaxşı haldırsa, radikal qüvvələrin çoxalması da bir o qədər narahatçılıq doğurur: "Bu məqamda medalın hər iki üzünə nəzər salmaq lazımdır. O fikirlə razıyam ki, ölkədə mövcud olan avtoritar və korrupsioner hakimiyyət, insan haqlarının daim pozulması radikalizmi şərtləndirən əsas səbəbdir. Bu kimi səbəblər təkcə dini radikalizmin yox, ümumiyyətlə, radikalizmin güclənməsinə gətirib çıxarır. Fikir verirsizsə, son vaxtlar Azərbaycanda kriminal vəziyyət də xeyli mürəkkəbləşib. Demək olar ki, hər gün silahlı basqınlar baş verir. Bunlar hamısı ölkədə mövcud olan korrupsioner, avtoritar hakimiyyətin yaratdığı mühitin nəticəsidir. Ümumiyyətlə, cəmiyyət radikallaşıb. Hakimiyyətin .rdığı siyasət nəticəsində insanlar öz gələcəklərini təmin edə bilmirlərsə, haqq-ədalət prinsipləri pozulursa, cəmiyyətdə radikallıq artmalıdır".

Eldar bəy hesab edir ki, Nardaranda mütəmadi baş verənlər hakimiyyətin əlində manipulyasiya elementidir: "Bu, açıq-aydın görünür. Azərbaycan hakimiyyəti bir tərəfdən demokratik müxalifəti əzir, partiyaların ofislərini əlindən alır, seçkiləri saxtalaşdırır və fəxrlə də bəyan edir ki, ölkədə müxalifət yoxdur. Digər tərəfdən, azad mətbuat boğulur, insanların öz fikirlərini ifadə etmək imkanları sıradan çıxarılır. Bunların məntiqi davamı kimi də ortaya radikallıq çıxır və ondan da hakimiyyət öz xeyrinə istifadə etmək istəyir. İslam inqilabı təhlükəsinə gəlincə, burada incə bir məqam var. Müşahidələr və baş verənlər göstərir ki, Azərbaycan hakimiyyəti faktiki olaraq, Türkiyə yox, Misir modelini seçməyə üstünlük verib. Misir modelinə görə ölkədə demokratik müxalifət olmamalı, hakimiyyətin əsas rəqibini isə dini qurumlar təşkil etməlidir. Bu modeldən istifadə etməklə hakimiyyət Qərbdən dəstək almaq istəyir. Onlar göstərmək istəyirlər ki, Azərbaycan hakimiyyətini yalnız radikal islam qüvvələri devirə bilər. Bununla da hakimiyyət zorakı hərəkətlərinə, seçki saxtakarlıqlarına Qərbin göz yummasına çalışır".

Toğrul Cuvarlı:

"Söhbət bu gündən gedirsə, dini ekstremizm və İslam inqilabı təhlükəsindən danışmaq qeyri-ciddi səslənir"

Başqa bir ekspert - Toğrul Cuvarlı hazırda Azərbaycanda dini ekstremizm təhlükəsi barədə narahatçılıqları erkən sayır və belə bir təhlükənin mövcudluğu barədə qənaətləri qeyri-ciddi hesab edir. İslam inqilabının baş verməsinin mümkünlüyü barədə səslənən fikirlərə gəlincə isə Toğrul bəy hesab edir ki, İslam, dırnaqarası olaraq kasıbların dini sayıldığından sosial-iqtisadi vəziyyəti ağır olan vətəndaşların ona meyl etməsi son zamanlar artan xətt üzrə davam edir və bunu müşahidə etmək çətin deyil: "Həyat ağırlaşanda, problemlər artanda insanlar dinə meyllənir, ona sığınır, narazılıqlarını onun vasitəsi ilə ifadə edirlər: "Amma indiki halda İslam inqilabından danışmaq da, dini ekstremizm təhlükəsinin olduğunu söyləmək qədər qeyri-ciddi səslənir. Azərbaycan hələ İslam dünyasında öz yerini kifayət qədər müəyyənləşdirməyib. Biz hələ axtarışdayıq".

Toğrul bəy Nardaranda baş verən hadisələrin kökündə sırf dini amillərin dayandığını düşünür və burada hakimiyyətin hər hansı maraqlarının olmasından danışmağı yersiz sayır: "Nardaran hələ Sovet dövründə də fərqlənən bir yer olub. Nardaranı dini şüurun inkişaf etdiyi ada da adlandırmaq olar. Mən hesab etmirəm ki, bu "ada"da tez-tez müşahidə edilən olaylar sosial məzmunludur. Həmin olayların bir başlanğıc nöqtəsi var, o da dindir". Müsahibimiz inanmır ki, ölkədəki hər hansı siyasi qüvvə, xüsusən də hakimiyyət Nardaranda baş verənlərin davamlılığında,daha geniş miqyasda yayılmasında maraqlıdır: "Siyasi qüvvələr Nardaranda baş verən hər hansı hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışa bilərlər, biz də indiyədək bunu görmüşük, amma inanmıram ki, kimsə həmin hadisələrin miqyasının böyüməsində maraqlı olsun. Bu, onlara xeyirdən çox, zərər gətirə bilər".

Natiq Muxtarlı

Изменено пользователем Azer777
Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...