Перейти к содержимому

Bütlər Kimlərə şamil Olunur?


Əbdül_Əziz222

Recommended Posts

Sual: Ya Şeyx (Ey ağ saqqal ) bəzi zəlalət-əhli deyir ki: "bütlərə aid olan ayələri imamların qəbirlərə şamil edirsiniz" və bu doğru məlumatdırmı?

Cabab olaraq deyirəm: Büt sözlərinə gəlincə isə 2 qismə bölünür:

1) "Sanəmun" "صنم" və onun cəm şəkilçisi isə "Əsnəmun" "أصنام" deyilir.

2) "Vəsənun" "وثن" və onun cəm şəkilçisi isə "Əausənun" "أوثان" deyilir.

1) Şərh: "صنم" "Sanəmun" kəlməsinin mənası budur ki, Allahdan başqa ibadət olunan bir məbub olaraq bir surətdir. Onun surəti insan sifəti şəklində təsvir olunur və yaxud heyvan cismi şəklində və ya heyvanın kəlləsi, ulduz şəkli, günəş və ay şəklində vəsf olunur. Beləliklə hər hansı bir surət ilahiləşdirib təsvir olunarsa bu surət büt adlanar.

2) Şərh: "وثن" "Vəsənun" kəlməsinin mənası budur ki, Allahdan başqa ibadət olunan surət şəkilində olmayan bir məbuddur. Deməli qəbirlərin heykələridir və bütlər deyildir. Yəni qəbirlərin başdaşıları idi. Eyni ilə müəyyən bir qisimdə olan müşriklər qəbirlərin başdaşıların heykəllərini ziyarət edirdilər və bütlər deyildir. Məsələn bütün alimlərin yekdiı rəyinə görə müşriklərin bütləri sayılan "Lat" deyilən bir şəxs ölündən sonra onun qəbrinin başında müşriklər toplanaraq ona ibadət etməyə başladırlar. Beləliklə "Lat" deyilən şəxsin qəbrinin üstündə müşriklər ona büt kimi ibadət etdirdilər. Necə ki, Quran-kərimdə İbrahimin (ə) dediyi kimi bütləri qəbirlərin başdaşılarının heykəlləri kimi qeyd etmişdir.

وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَاناً مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا﴾ [العنكبوت:25]

"(İbrahim onlara) dedi: "Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz." (Ənkəbut, 25). Bu məsələ ilə bağlı müəyyən elim-əhlindən olan bir hissə demişlər ki, müşriklər bütlər ilə qəbirlərin başdaşıları olan heykəllərə ibadət etmişlər. Çünki bəzi ayələrdə bütlər ilə qəbirlərin başdaşıları qeyd olunur. Yəni "Sanəmun" ilə "Vəsənun" kəlmələri zikir olmuşdur. Eləcə də bütlər ilə qəbirlərin başdaşılarına ibadət olunan kimi qələmə almışlar. Eyni ilə "Vəsənun" "وثن" kəlməsinə gəlincə isə ilk öncə göstərilir: Çünki o məbud kimi göstərmişdir. Bundan ötəri peyğəmbər (s.ə.s) demişdir:

«اللّهُمّ لاَ تَجْعَلْ قَبْرِي وَثَناً يُعْبَدُ»

«Allahım mənim qəbrimi ibadətkag olunan məbuda çevirmə» Deməli peyğəmbər (s.ə.s) Allahı çağırıb ki, onun qəbrini məbud etməsin və həmçinin hədisin mətnində "وَثَناً" "vəsənən" kəlməsi zikir olunur. Beləliklə "vəsənən" kəlməsinin mənası məhz qəbirlərə ibadət olunan büt kimi qəsd olunur. Çünki peyğəmbər (s.ə.s): «Allahım mənim qəbrimi ibadətkag olunan (وَثَناً vəsənən) məbuda çevirmə» deməsi açıq aşkar buna dəlalət edir. Müvəffəqiyyət tək Allahdandır.

Ссылка на комментарий
Поделиться на других сайтах

salam gardash men seninle razi deirem senin dediyine gore hetsh bir adam gebir uste getmemelidir oz valideynleri gohumlari ziyaret elememelidir???axi peygamberimiz s.a.v. duyurub ki olen valideynleri gohumlari yaddan tshixartmag olmaz onlari ziyaret etmek lazimdir hetta bayramlar vaxti RAMAZAN mesel utshun bayraminda ve s. onda biz hetsh yere getmiyek gebir uste olulere yasin oxunur rehm hagginda ALLAHDAN dilinir onda sizin dediyivizle ziyaretlere getmek gunahdir berke de hedje de getmiyek?? siz bir sheyi obiri sheylerden serv salirsiz men deyim size budperestlerin gebir ustu ziyareti gunahdir olmaz olar kafirdiler amma muselmen gardash ve badjilari ziyareti imamlarin ve onlarin ovladlarin ziyareti vadjibdir HORMETLE GARAKAPLAN

Ссылка на комментарий
Поделиться на других сайтах

Əbdüləziz sən artıq bir dəfə bu temanı açmışdın və orada fiaskoya uğradın. Qaydaları dəfələrlə pozduğuna görə sənin bütün niklərinə ban qoyuldu. Görürəm sən qaydaları hələ də oxumamısan.

Tema bağlıdır.

P.S qaydaları oxu və mənə sənə ban verməyə şərait yaratma.

Изменено пользователем al-Fath

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Гость
Эта тема закрыта для публикации сообщений.
×
×
  • Создать...