Перейти к содержимому

Konstİtusİyaya ƏlavƏ Və DƏyİŞ&


nizami63

Recommended Posts

Bildiyiniz kimi bir neçə gün bundan qabaq «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsi Milli Məclisin gündəliyinə salınıb.

«Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılmadan Konstitusiya Məhkəməsinə göndərilib.

«Media forum» saytı xəbər verir ki, Milli Məclisin bu günkü iclasının gündəliyinə salınan layihə barədə deputatlara hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. O, başçılıq etdiyi komissiya ilə insan hüquqları daimi komissiyasının dünən keçirilən birgə iclasında deputatların təklif etdiyi əlavə və dəyişikliklər haqda çox qısaca söz açıb.

Bundan sonra Milli Məclisin sədri Oqtay Əsədov layihəni səsverməyə çıxarmadan elan edib ki, layihə rəy üçün Konstitusiya Məhkəməsinə göndərilir.

Layihənin parlamentdə müzakirəyə çıxarılmaması bəzi deputatların narazılığı ilə qarşılanıb. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn çıxış üçün söz istəsə də, ona bu imkan yaradılmayıb, mikrofon işə salınmayıb. P.Hüseyn ayağa qalxaraq ucadan deyib: «Sizin bütün işləriniz yalan, oğurluqdur».

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün ölkədə fəaliyyət göstərən bir sıra ictimai, siyasi qurumların nümayəndələri bir araya gələrək «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsini müzakirə ediblər. Müzakirələr Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə baş tutub. Tədbirdə Müsavat, Klassik Xalq Cəbhəsi, Demokrat partiyalarının və «Azadlıq» siyasi blokunun təmsilçiləri iştirak edib.

Müsavat Partiyası Mərkəzi İcra .ratının rəhbəri Arif Hacılının «Media forum» saytına verdiyi məlumata görə, tədbirdə hakimiyyət dairələrinin .rdığı siyasət kəskin tənqid olunub. Tədbir iştirakçıları konstitusiyada bir şəxsin iki dəfədən artıq təkrarən parezident seçilməsinə qadağa qoyan maddənin dəyişdirilməsini ölkədə avtoritar rejimin uzunömürlülüyünün təmin edilməsinə xidmət göstərən addım kimi qiymətləndiriblər. Ölkədə fəaliyyət göstərən ictimi-siyasi təşkilatların bu məsələdə vahid mövqedən çıxış etməsinin zəruriliyi qeyd olunub. A.Hacılının sözlərinə görə, yəqin ki, bu istiqamətdə müəyyən tədbirlər davam etdiriləcək.

Bugünkü toplantıda beynəlxalq təşkilatlara müraciət qəbul olunub. Müraciətdə beynəlxalq qurumlardan Azərbaycanın bu təşkilatlar qarşısında götürdyü öhdəliklər çərçivəsində məsələyə münasibət bildirilməsi istənilib.

A.Hacılının sözlərinə görə, tədbir iştirakçıları ölkənin gələcəyi haqda düşünən hər bir vətəndaşı öz mövqeyni ortaya qoymağa və Azərbaycanın taleyi üçün mühüm olan bu məsələyə biganə qalmamağa da çağırıblar: «Eyni zamanda ziyalılara, elita olmağa iddia edən bütün şəxslərə müraciət olundu ki, öz vətəndaş mövqelərini ifadə etsinlər».

Müsavat Partiyası Mərkəzi İcra .ratının rəhbəri müxalifətin bundan sonra atacağı addımlar və tətbiq edəcəyi mübarizə taktikasının gələn həftə .rılacaq müzakirələrdən sonra müəyyən ediləcəyini vurğulayıb.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

«Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı»

Hec bilmirem buna ne ad goymag olar? Sadece azerbaycan milletini butun dunyada gulus hedefine cevirmek isteyirler. Это просто позор всем азербайджанцам во всём мире.

Şifahi xəbərdarlıq. Bölümdə kirill əlifbası ilə yazmaq qadağandır. Az şrifti ilə və Lucida Sans Unicode fontundan istifadə edin.

Изменено пользователем PRIKOLISTKA
Ссылка на комментарий
Поделиться на других сайтах

Deh$et! Neye Gorese Men Tecublenmirem)) Ilhama Ne Serf Eliyir.... Onu Da Eliyecek) Guya Bu Daimi Dovlet Ba$cisi Olmasa ... Olkemiz Yene Agir Bohran Kecirecek) Ne Gedem Ki, Milletin Ozu Mubarize .rmasa... Olkede Hemin Kohne Totalitar Recim Davam Edecek! Bilirem Ki Bu Sozderime Gore Userler Cumacag Canima) Yeni Ki Millet Neylemelidi ? Yada Ki Milletin Biri Sen) Neyse )

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanda siyasi proseslər ölkənin demokratik gələcəyi baxımından faciəli bir dövrün astanasındadır. Vətənpərvər və demokratik düşüncəli kəsim üçün cəhənnəm əzabı qədər uzana biləcək zülmət zolağına daxil olmaq təhlükəsi qapını kəsdirib. Əgər başımızı yuxarı qaldırmağa təpərimiz olmasa, hamımız bu təhlükənin qurbanlarına çevriləcəyik.

Son 6 ildə eyni şəxsin xeyrinə ikinci dəfə konstitusiya dəyişikliyi reallaşdırılır. 2002-ci ildəki məlum ana yasa dəyişikliyi gələcək baş naziri prezidentliyə daha təhlükəsiz və qısa yolla .rmaq üçün edilməmişdimi? İndi isə oxşar məqsədli konstitutsiya dəyişikliyinə hazırlığın bir mərhələsi arxada qalıb – parlament YAP-çıların təşəbbüsünə Konstitusiya Məhkəməsindən cavab gözləyir.

Mən siyasətçilərin və media təmsilçilərinin bu məsələylə bağlı ötən bir neçə gündə toxunduqları bir çox siyasi yanaşmalara köklənmək niyyətində deyiləm. Yalnız onu söyləyim ki, məlum dəyşiklik paketində nəzərdə tutulan bütün müddəalar hakim elitanın bir şəxsin (yaxud zümrənin) uzun müddət hakimiyyətdə qalmasına yönəlik iddiasını pərdələməyə xidmət edir. Məntiq çox sadədir – konstitusiyanı dəyişmək üçün təkliflər nə qədər boldursa, deməli, bu dəyişiklik üçün zərurət də bir o qədər qabarıq görünür.

Mövzu ətrafında müzakirələrin gedişində əsas təşəbbüskarların səsləndirdiyi bəzi arqumentlər olduqca primitiv təsir bağışlayır.

Birinci arqument: müddətli prezidentlik insanların hüquqlarını pozur

Bu gün bəşəri dəyərlərin uca tutulduğu hansı ölkədə ömürlük prezidentlik institutu var? Son onilliklərdə dünyanın xeyli ölkəsində prezidentin səlahiyyət müddətinin artırılmasına cəhdlər olub. Bu ölkələrin siyahısı kifayət qədər genişdir - Belarus, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Namibiya, Peru, Uqanda, Venesuela... Bu siyahı, daha doğrusu, ora daxil olan ölkələrin adları hər şeyi deyir. Bir toplum olaraq özümüzü onlarla bir cərgəyə qoymağa layiqikmi? Yaxud bizi buna icbari olaraq layiq görən insanlara bu mandatı hansı xalq verib?

Arqumentə diqqət edin: kiminsə ömürlük prezident olmasına konstitusiya qadağası insan haqlarının pozuntusu imiş. Əgər bu posta sahib olan şəxsin huquqlarının pozuntusundan söhbət gedirsə, yaxşı, ədalətsiz siyasi rəqabət şəraitində bir şəxs 30 il prezident olsun, amma həmin posta layiqli onlarla insan baxa-baxa qalsın. Bunu insan haqlarının pozuntusu saymırsınız? Bir şəxsin elektoratının haqlarını pozuntu hesab edirsiniz, amma öz liderini prezident görmək istəyən alternativ siyasi qüvvənin sosial bazasını təşkil edən qüvvələrin hüquqlarını görmək istəmirsiniz.

İkinci arqument: başlanmış layihələr yarımçıq qala bilər

Sözün açığı, söhbətin hansı layihələrdən getdiyi məlum deyil. Qarabağı azad etmək kimi ciddi hərbi-siyasi layihədən söhbət gedirsə, indiki siyasi rejimin dövründə bunun baş verəcəyi qəti inandırıcı görünmür. Hər şey göz qabağındadır: BMT-nin bir müddət öncə qəbul etdiyi məşhur qətnamədə Dağlıq Qarabağ probleminin həllinə mandatı olan ATƏT-in Minsk qrupuna üzv olan ölkələrdən heç biri Azəbaycanı Qarabağla birgə bütöv görməyə səs vermədi.

Siyasi islahatlara gəldikdə əgər hələ də Azərbaycan sovet dövründən miras qalmış ərazi-inzibati idarəetməni, ən vacib baza xidmətlərini dövlətin göstərdiyi iqtisadi sistemi saxlayırsa, yeri özünüidarədən tutmuş qanunverici və məhkəmə hakimiyyətinədək bütün idarəetmə sistemi prezident hakimiyyətindən tam asılı vəziyyətdə fəaliyyət göstərirsə, korrupsiya öz miqyasına görə ümummilli problemə çevrilirsə, ən əsası, bu reallıqları yaxşılığa doğru dəyişməyə ən kiçik təşəbbüslər belə göstərilmirsə, burada hansı siyasi islahat layihələrindən söhbət gedə bilər?

Dünyanı idarə edən siyasi güclərin maraq dairəsində olan beynəlxalq iqtisadi layihələr və ölkə daxilində həyata keçirilən iqtisadi tədbirlərlə də bağlı vəziyyəti şişirtmələrə lüzum yoxdur. Mən onların nə dərəcədə uğurlu və ya uğursuz olmasına toxunmadan onu deyim ki, orta statistik standartlara malik istənilən siyasi lider üçün onların öhdəsindən gəlmək problem ola bilməz. Əgər kimsə idarəetmə möcüsəsini sıravi idarəetmədən fərqləndirmək istəyirsə, 30-40-cı illərdə Ruzveltin ABŞ-da, 40-cı iilərin sonlarında Erxardın Almaniyada, 60-70-ci illərdə Li Kuanın Sinqapurda yaratdığı «idarəetmə möcüzələri»nə bir daha baxa bilər (yaxın günlərdə onların hər biriylə bağlı hazırladığım yazıları mətbuata təqdim edəcəyəm).

İqtisadi vəziyyətimizlə bağlı mətbuatda hər gün nələrisə deyirik. 15 ildən sonra hansı iqtisadi səviyyəyə yetişməyimizlə bağlı burda bircə müqayisə gətirmək istəyirəm: neftin payı nəzərə alınmasa, 2008-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin və ÜDM-nin adambaşına həcminin Gürcüstandan az qala 2 dəfə az olacağı gözlənilir. Diqqətlə baxın, söhbət təbii və maddi resurslarına görə keçmiş SSRİ-nin ən yoxsul ölkələrindən birinin hər cür resurslara zəngin başqa bir ölkəsilə müqayisəsindən gedir.

Üçüncü arqument: insanlar prezidentliyə layiq olmayan şəxsi bu posta seçmək məcburiyyətində qala bilər

Sözün açığı, o qədər yanlış, o qədər əsassız yanaşmadır ki, onu dilə gətirmək belə istəməzdim. Sadəcə, bir məqamı demək mütləq vacibdir: əgər hansısa siyasi-hərbi güc məcburiyyət qarşısında buraxmırsa, bir qayda olaraq xalq səhv etmir. Hətta könüllü seçimi xalqı səhv yola .rırsa belə, onu səhv etmək hüququnu hər kəs tanımağa borcludur – o öz səhvini özü düzəldəcək. Tarixi təcrübə göstərir ki, xalqların buraxdığı səhvlərin nəticələri fərdlərin səhvlərinin fəsadlarından daha yüngül olur.

Ən yaxın tariximizdə bunun ən bariz və ibrətamiz nümunəsi Hitlerə münasibətdə alman xalqının davranışlarıdır. İndi hər birimiz asanlıqla hökm verə bilərik ki, alman xalqı öz taleyini nasist liderə etibar edərkən doğurdan da kobud yanlışlığa yol veribmiş. Amma onun bəşəriyyət bir yana, alman xalqı üçün «bəxş etdiyi» faciələrə rəğmən bu xalqın kiçiyindən böyüyünə, ziyalısından fəhləsinə, qatı şovinistindən kosmopolitinəcən hamı bu seçimin məsuliyyətin birgə daşıdı, Hitlerin əməllərinin nəticələrini kollektiv səylə birgə aradan qaldırdı. «Marşall planı» işə düşəndə dünyanın ən qabaqcıl mərkəzləri belə Almaniyanın müharibəyə qədərki iqtisadi qüdrətini 20-ci əsrin 70 illərində bərpa edəcəyini proqnozlaşdırırdı. Lakin məhz kollektiv səhvin birləşdirdiyi alman xalqı bütün dünyanı sarsıtdı – artıq 1957-ci ildə həmin nəticə əldə olunmuşdu.

Cənablar, xalqı azad buraxın. Azad seçmək, azad səhv etmək hüququ bütün xalqların təbii, tanrıdan siyasi şərhsiz-filansız aldığı hüququdur. Bu hüququ yanlış saymaq istənilən xalqa, onun düşüncəsinə həqarətdir. Bizim müasir konstitusiya qurucularımızın yanaşması heyrətamizdir: xalqın azad seçim etmək, azad səhv etmək hüququnu məhdudlaşdırmaq üçün ən yaxşı resept bir nəfərin azad və müddətsiz hakimiyyətini yaratmıqdır. Gülünc arqumentdir, deyilmi? Bizi avam saymağın bunda yuxarı zirvəsi ola bilərmi?

Arqumentsayağı iddia: prezidentlik müddətilə bağlı məhdudiyyətin götürülməsi hazırkı dövlət başçısına hesablanmayıb

Bu iddia son günlər mətbuatda tez-tez səslənir. Guya ki, məlum dəyişikliyi İlham Əliyevlə bağlamaq səhv yanaşmadır və bu demokratik konstitusiya dəyişikliyinin mahiyyətini təhrif edir. Prinsipcə, bu arqumentlə bircə halda razılaşmaq olar: həmin sənəd layihəsinə keçid müddəası əlavə edilsin və yeni dəyişikliyin son səlahiyyət müddətini icra edən hazrıkı prezidentə aid olunmadığı qeyd olunsun.

Tarixin ən pis və ən ibrətamiz nümunələrindən nümunələr

1986-cı ildə Qərbin mehriban alqışları altında Uqandada hakimiyyətə gələn Yoveri Museveni ona qədər hakimiyyətdə olmuş İdi Amin və Milton Obot kimi tiranların dağatdığı ölkəni demokratiya yoluna çıxarmalı idi. Yəqin o zamankı ABŞ prezidenti Reyqan da Uqandanın yeni rəhbəri Musevenini Ağ evdə elə bu ümidlə isti-isti qarşılamışdı. Amma Uqanda prezidenti yalnız 10 il sonra – 1995-ci ildə ölkənin konstitusiyasını qəbul etdi. Kifayət qədər demokratik hesab olunan bu sənədə görə eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi.

Bundan bir il sonra – 1996-cı ildə Uqanda öz tarixində ilk dəfə olaraq müxtəlif altrernativlərin qatlıdığı seçki keçirdi. Musevenin 75,5 faizlə qələbə çaldığı bu seçkini Qərb Afrikanın ən demokratik seçkilərindən biri saydı. 2001-ci ildə o növbəti 5 illiyə yenidən prezident seçildi. 2005-ci ildə isə konstitusiyanı dəyişməklə 2011-ci ilədək (son seçkilər 2006-cı ildə keçirilib) hakimiyyətinin ömrünü uzatdı. Müasir dünyada 25 il eyni şəxsin hakimiyyətdə olması doğrudan faciədir – hətta həmin şəxs əvəzedilməz dahi olsa belə.

Dünya ən ibrətamiz nümunəyə isə ötən il Venesuelada şahidlik etdi. Uqo Çaves əbədi prezident olmaq arzusu ilə konstitusiya dəyişikliyini referenduma çıxarsa da, xalq ona səs vermədi. Əbədi prezident olmaq planını gerçəkləşdirə bilməyən Çaves 2013-cü ildə hakimiyyət gedəcəyinə söz verib.

Bu nümunələrə baxanda 2003-cü ildə yaşadıqlarımız yadıma düşür: Qərbin xeyir-duası ilə Azərbaycanda hakimiyyətə gələn yeni lider demokratik islahatlara başlamalı, ölkə qısa müddətdə onun sayəsində demokratik inkişaf yoluna qədəm qoymalı idi. Bizə nələr vəd olunmuşdu, əvəzində nələr alırıq….

Hər addımda boğulan təşübbüskarlıq, tapdanan mülkiyyət toxunmazlığı: bunlar insan haqqı deyilmi?

Son illər mülkiyyəti əlindən alınmış, biznesi yanıüstə qoyulmuş, təşəbbüskarlıq azadlığı boğulmuş sahibkarlar, ev-eşiyi sökülmüş, torpağı zorla qoparılmış nə qədər vətəndaşımız var? Bu ölkədə qonşusunun ödəmədiyi haqqa görə işığı, qazı, suyu kəsilən intizamlı ailələr, pulsuzluq üzündən övladına normal təhsil verə bilməyən valideynlər, bircə halal işini rüşvətsiz yoluna qoya blməyən insanlar azdırmı? Bəs onların haqqını kimlər, hansı qanunlar qorumalıdır?

İnhisarçılıq ölkə iqtisadiyyatını diz çökdürüb. Halal sahibkarlıqla məşğul olmaq arzusuna düşən minlərlə insan inhisarçıların qurbanına çevrilib. Necə olur qanunlar əsasında, sivil qaydada prezidentlik müddətinin məhdudlaşdırıması insan hüquqlarının pozulması sayılır, amma çeşid-çeşid qanunsuzluqla yüz minlərlə insanın haqqının tapdanmasının hüquq pozuntusu olduğu heç kimin yadına düşmür? Bir də axı qanunların müəyyənləşdirdiyi məhdudiyyətlər nə zamandan insan hüquqlarının tapdanması olub? Qanunlar mahiyyətcə elə ictimai maraqlar naminə insanların müəyyən azadlıqlarının məhdudlaşdırılması üçün kəşf olunmayıbmı? Əks halda bu gün dünyada heç qanunlar da olmazdı. Bəlkə heç prezidentin ali təhsilli olması ilə bağlı məhdudiyyətə də ehtiyac yoxdur? Axı bu da məntiqdən çıxış edəndə ali təhsilli olmayan, amma prezidentlik iddiası olan yüz minlərlə insanın haqqının tapdanması deməkdir…

Son söz yerinə

Tez-tez vurğulanır ki, konstitusiya dəyişikliyi referunduma çıxarılacaq, xalq öz sözünü deyəcək. Bu ölkədə xalqın seçimi nəyisə dəyişir ki?

Rövşən AĞAYEV

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

«Azadlıq» blokunun həmtəsisçiləri – AXCP-nin sədri Əli Kərimli, Liberal Partiyanın lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, həmçinin Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Haqları Cəmiyyəti Azərbaycan bürosunun rəhbəri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Departamentinin rəhbəri Səidə Qocamanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus «Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında» referendum aktı layihəsilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıblar. Müraciətə imza atanlar Konstitusiya Məhkəməsindən xahiş edirlər ki, konstitusiya ilə yanaşı Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi aktlarla da ziddiyyət təşkil edən və ölkənin nüfuzuna, dövlətçiliyə zərbə vuran bu təklifləri konstitusiyaya zidd hesab etsin və mənfi rəy versin.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

..az :: Siyasət

İSVEÇRƏDƏ PREZİDENT BİR DƏFƏDƏN ÇOX OLMAMAQLA BİR İLLİYƏ SEÇİLİR (Ölkələrin təcrübəsi)

2008-12-19, 18:24:00 Bu gün Milli Məclis bir şəxsin iki dəfədən artıq təkrarən Azərbaycan prezidenti seçilməsinə yasağın ləğvi də yer alan «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsini Konstitusiya Məhkəməsinə rəyə göndərib. Konstitusiya Məhkəməsi müsbət rəy versə, layihə ümumxalq səsverməsinə çıxarılacaq.

«Media forum» saytı ABŞ-ın Stenford Universitetinin hesablamalarına əsaslanaraq xəbər verir ki, 1992-2006-cı illər arasında 26 ölkədə prezidentlər öz səlahiyyət müddətlərinin uzadılmasına nail olublar. 14 ölkədə hakimiyyət müddətinə məhdudiyyətləri tənzimləyən konstitusiya normaları dəyişdirilib, 12 ölkədə bu prosesi konstitusiyaya toxunmadan, dövlət başçısının səlahiyyət müddətini birbaşa artırmaqla .rıblar.

Ayrı-ayrı ölkələrdə prezidentin hakimiyyət müddətinə məhdudiyyət qoyulur. Belə məhdudiyyətlərin qoyulmadığı ölkələr də var.

Almaniya. Prezidenti parlament və federal torpaq nümayəndələrinin daxil olduğu Federal Konvensiya 5 il müddətinə seçir. Prezident təkrarən iki dəfə seçilə bilər.

Argentina. Prezident ümumi seçkilərdə 4 illik seçilir. Heç kəsin 2 dəfədən artıq təkrarən seçilmək hüququ yoxdur.

Avstriya. Prezident ümumi seçkilərdə 6 illik seçilir. 2 dəfədən artıq təkrarən seçilmək olmaz.

Birləşmiş Ərəb Əmirlikləri. Prezidenti 7 əmirliyin başçısı məhdudiyyətsiz, 5 illik seçir.

Braziliya. Prezident ümumi seçkilərdə 4 illik seçilir. Dövlət başçısı bir müddətdən artıq seçilə bilməz.

Cənubi Afrika Respublikası. Prezident parlamentdə 5 illiyə seçilir. O, təkrarən iki dəfədən artıq seçilə bilməz.

Cənubi Koreya. Prezident ümumi seçkilərdə yalnız bir dəfəyə və 5 illik seçilir.

Çexiya. Prezident ümumi seçkilərdə təkrarən iki dəfədən çox olmamaqla 5 illik seçilir.

Çernoqoriya. Prezident ümumi seçkilərdə təkrarən iki dəfədən çox olmamaqla 5 il müddətinə seçilir.

Çili. Prezident ümumi seçkilərdə bir dəfə olmaqla 4 illik seçilir.

Çin. Parlamentin seçdiyi prezident 5 il olmaqla iki dəfə təkrarən bu postu tuta bilər.

Filippin. Prezident ümumi seçkilərdə bir dəfədən çox olmamaqla 6 il müddətinə seçilir.

Finlandiya. Prezident ümumi seçkilərdə təkrarən iki dəfədən çox olmamaqla 6 illik seçilir.

Hindistan. Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya 5 illik seçir. Məhdudiyyət yoxdur.

Xorvatiya. Prezident ümumi seçkilərdə 5 illik seçilir. İki müddətə seçilmək mümkündür.

İndoneziya. Prezident ümumi seçkilərdə 5 illik, yalnız iki dəfə təkrarən seçilir.

İrlandiya. Prezident ümumi seçkilərdə 7 il müddətinə seçilir. Yalnız iki dəfə təkrarən seçilmək olar.

İslandiya. Prezident 4 illik və seçilməyə məhduddiyyət olmadan seçilir.

İspaniya. Parlament seçkilərində qalib gəlmiş partiyanın rəhbəri 4 il müddətinə prezident seçilir.

İsrail. Prezidenti parlament 7 illik seçir. Bir şəxsin yalnız bir dəfə seçilmək hüququ var.

İsveçrə. Prezidenti bir illik, cəmi bir dəfə üçün parlament seçir.

İtaliya. Prezidenti parlamentarlar və regional hakimiyytlərin nümayəndələrindən idarət Elektoral Kollegiya 7 illik seçir. Heç bir məhdudiyyət yoxdur.

Kolumbiya. Prezidentin ümumi seçkilərdə 4 illik, təkrarən iki dəfə seçilməsi mümkündür.

Livan. Prezident parlamentdə 6 illik, bir müddətə seçilir.

Macarıstan. Prezidenti parlament 5 illik seçir. Hər kəsin 2 dəfədən artıq təkrarən seçilmək hüququ yoxdur.

Meksika. Prezident parlamentdə 6 illlik, bir dəfə seçilir.

Monqolustan. Prezident ümumi seçkilərdə 4 illik, təkrarən iki dəfədən çox olmamaqla seçilir.

Pakistan. Prezident parlamentarlar və regionların nümayəndələrdən idarət Elektrol Kollegiyada 5 illik, bir müddətə seçirlər.

Paraqvay. Prezident ümumi seçkilərdə bir müddətə və 4 illik seçilir.

Peru. Prezident ümumi seçkilərdə bir müddətə və 4 illik seçilir.

Polşa. Prezident ümumi seçkilərdə təkrarən iki dəfədən çox olmamaqla 5 illik seçilir.

Portuqaliya. Prezident ümumi seçkilərdə təkrarən iki dəfədən çox olmamaqla 5 illik seçilir.

Şri Lanka. Prezident ümumi seçkilərdə, maksimum iki dəfə və 6 illik seçilir.

Tayvan. Prezident ümumi seçkilərdə iki dəfədən çox olmamaqla 4 illik seçilir.

Türkiyə. Prezident parlamentdə 7 illiyə və bir dəfəyə seçilirdi. Konstitusiya dəyişikliyinə görə, prezident ümimi seçkilərdə təkrarən iki dəfədən çox olmamaqla 5 illik seçilir.

Uruqvay. Prezident ümumi seçkilərdə bir dəfə və 4 illik seçilir.

Venesuela. Prezident ümumi seçkilərdə 6 illik seçilir. Heç kəsin 2 dəfədən artıq təkrarən seçilmək hüququ yoxdur.

Yunanıstan. Prezidenti parlament 5 illik seçir. Ən uzağı təkrarən iki dəfə seçilmək mümkündür.

«Media forum»

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

«Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı»

Hec bilmirem buna ne ad goymag olar? Sadece azerbaycan milletini butun dunyada gulus hedefine cevirmek isteyirler. Это просто позор всем азербайджанцам во всём мире.

Şifahi xəbərdarlıq. Bölümdə kirill əlifbası ilə yazmaq qadağandır. Az şrifti ilə və Lucida Sans Unicode fontundan istifadə edin.

Mеn hansi elifbada desenis yaza bilerem, sadece sehifenizin kirill elifbasinda tertib olundugunu hara yozacagsinis?

Bes menim evvelki postumu niye silmisinis, ay demokratiya carcisi?

Ссылка на комментарий
Поделиться на других сайтах

Rüstəm Behrudi :

Bütün dünyada biabır olduq. Keçmişdə Şərqdə xan, bəy seçmirdilər, bizdə də elə oldu. Bunlar hər şey edirdilər, bunu da elədilər…» -, bu şair Rüstəm Behrudinin konstitusiyaya nəzərdə tutulan son dəyişikliklərlə bağlı fikirləridir. Şairin fikrincə əslində iki dəfədən artıq prezident seçilməyin demokratik ənənələrlə ziddiyyət yaratdığının İlham Əliyev də fərqindədir. O, Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, uzun müddətdir ki, Azərbaycana rəhbərlik edir, bir sıra inkişaf etmiş xarici ölkələrdə səfərlərdə olub. Rüstəm Behrudinin fikrincə bu, dəyişikliklərə prezident öz könlü ilə getmir:

«Mən fikirləşirəm ki, İlham Əliyevin ətrafı buna onu məcbur edir. Niyə məcbur edir? Düşünürlər ki, bu qədər var-dövlət yığıblar. İlham Əliyev ömürlük prezident olsa, yığdıqlarına təhlükə olmaz. Həqiqətən də belədir. İlham Əliyev olmasa, onlar da olmaz.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər layihəsi üzrə referendumun nə vaxt olacağı artıq bəllidir: 2009-cu il martın 18-i. Referendumun Novruz bayramı ərəfəsinə salınması təsadüfdürmü, yoxsa burda bir məqsədyönlülük var? Ümumiyyətlə niyə məhz 18-i? Bu suallarla «Media forum» saytı poltoloqlara müraciət edib.

Zərdüşt Əlizadə bildirib ki, səsvermə gününü bayram ərəfəsinə belə bir vaxtın daha rahat bir tarix olduğu üçün salıblar: «Belə ediblər ki, camaat gəlib səs versin və sonra gedib bayramını qeyd etməklə məşğul olsun. Qeyri-demokratik qüvvələr üçün hər gün bayramdır. Oturub qərara gəliblər ki, Novruz ərəfəsi daha rahatdır. Vəssalam».

Mübariz Əhmədoğlu isə deyir ki, mart ayı həmişə iqtisadi baxımdan ağır, qayğılı bir aydır: «Martda bizim ən qədim bayramlarımızdan biri keçirilir, qayğı o qədər olur ki… Ona görə deməzdim ki, martda yüksək əhval-ruhiyyə hökm sürür».

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

El arasında bir misal var, deyir, "Bu xəmir hələ çox su .racaq!"... Tələm-tələsik, il sona yetmədən əl-haraya düşüb Konstitusiyaya dəyişikliklər .rmaqları yalnız bir şeydən xəbər verir - bitib-tükəndikləlirinin fərqindədirlər, özünə arxayın olan iqtidar belə etməzdi... Adımız "yaxşı" menada hallanacaq... Gör kimlerle adimiz yan-yana çekilecek!

Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти!

Ссылка на комментарий
Поделиться на других сайтах

Mеn hansi elifbada desenis yaza bilerem, sadece sehifenizin kirill elifbasinda tertib olundugunu hara yozacagsinis?

Bes menim evvelki postumu niye silmisinis, ay demokratiya carcisi?

Söhbət bölümdən gedir, saytın tərtib olunduğu dildən yox. Hal- hazırda burda mövzular azrəbaycan dilindədir və sizdən bu bölümdə azərbaycan əlifbası ilə yazmaq tələb olunur. Postunuzu lazım bilib silmişəm, sonra nə sualiniz var?

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Mеn hansi elifbada desenis yaza bilerem, sadece sehifenizin kirill elifbasinda tertib olundugunu hara yozacagsinis?

Bes menim evvelki postumu niye silmisinis, ay demokratiya carcisi?

Söhbət bölümdən gedir, saytın tərtib olunduğu dildən yox. Hal- hazırda burda mövzular azrəbaycan dilindədir və sizdən bu bölümdə azərbaycan əlifbası ilə yazmaq tələb olunur. Postunuzu lazım bilib silmişəm, sonra nə sualiniz var?

Elə konstitutsiyaya əlavə edənlər də bunu "lazım bilib" edirlər. Sadəcə mən bu forumu nisbətən demokratik hesab etdiyimdən öz fikrimi bildirmək istədim - görünür səhf etmişəm. Düzgün deyiblər: "kajdıy narod dostoin svoego pravitelya".

Forum iştirakçılarının qarşidan gələn Yeni ili mübarək olsun!

Ссылка на комментарий
Поделиться на других сайтах

Milli Məclisdə «Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsi müzakirə edilərkən deputat Pənah Hüseyn həm Müsavat deputat qrupu, həm də Demokratiya Uğrunda İttifaq adından bəyanat verib.

«Media forum» saytının məlumatına görə, P.Hüseyn bildirib: «Siz mənə Avropa Şurasının üzvü olan ölkələr arasında bu cür referendum dəyişikliyinə gedən bir ölkə göstərin. Biz Avropa Şurası məkanında belə bir dəyişikliyin şahidi olmamışıq. Bu kimi dəyişikliklər yalnız Zimbabve kimi ölkələrdə müşahidə edilir. Seçki komissiyalarının əksəriyyəti hazırkı iqtidarın nəzarətində olduğundan biz referendumun nəticələrinə də inanmır və bəri başdan bunu bəyan edirik».

P.Hüseyn vurğulayıb ki, nüfuzlu qeyri-hökumət təşkilatları hazırkı referendum aktı layihəsinin əleyhinədir: «Ona görə də biz bunu islahatların nəticəsi deyil, antidemokratiya kimi qiymətləndiririk».

Bir nəfərin təkrarən iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın layihədə konstitusiyadan çıxarıldığına toxunan deputat bunun hansı zərurətdən irəli gəldiyini soruşub: «Heç vaxtilə Heydər Əliyev məsələni bu cür qoymamışdı. Bəlkə sizə təzyiq edən qüvvələr var? Onu bizə deyin. Bu məsələ ölkənin imicini dəyişən məsələdir».

Milli Məclisin sədri Oqtay Əsədov P.Hüseynin çıxışına münasibətini belə bildirib: «Qorxan o şəxsdir ki, seçkidə iştirak edə bilmir. Biz bu məsələni xalqın öhdəsinə buraxırıq. Xalq öz sözünü deyəcək. Hər hansı qüvvənin narahat olmasına ehtiyac yoxdur».

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Mеn hansi elifbada desenis yaza bilerem, sadece sehifenizin kirill elifbasinda tertib olundugunu hara yozacagsinis?

Bes menim evvelki postumu niye silmisinis, ay demokratiya carcisi?

Söhbət bölümdən gedir, saytın tərtib olunduğu dildən yox. Hal- hazırda burda mövzular azrəbaycan dilindədir və sizdən bu bölümdə azərbaycan əlifbası ilə yazmaq tələb olunur. Postunuzu lazım bilib silmişəm, sonra nə sualiniz var?

Elə konstitutsiyaya əlavə edənlər də bunu "lazım bilib" edirlər. Sadəcə mən bu forumu nisbətən demokratik hesab etdiyimdən öz fikrimi bildirmək istədim - görünür səhf etmişəm. Düzgün deyiblər: "kajdıy narod dostoin svoego pravitelya".

Forum iştirakçılarının qarşidan gələn Yeni ili mübarək olsun!

Konstitusiyaya əlavə edənlərlə məni bir etmək lazım deyil. Sizin də yeni iliniz mübarək.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

rustem.jpg

Ötən həftə jurnalistlərə açıqlamasında eyni şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə məhdudiyyətin ləğvini nəzərdə tutan konstitusiya dəyişikliyi əleyhinə olduğunu söyləmiş Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Rüstəm İbrahimbəyov «Azadlıq» qəzetinin dünənki sayına müsahibədə yenə bu məsələyə toxunub: «İndiki, Heydər Əliyevin iştirakı ilə hazırlanmış konstitusiya beynəlxalq normalara uyğundur. Dəyişiklik nəyə lazımdır? Rusiyada da belə problem var idi. Putin həllini tapdı. Öz yaxın adamının prezident seçilməsinə imkan yaratdı. Özü də oldu baş nazir».

R.İbrahimbəyov ölkənin birinci xanımı Mehiriban Əliyevanı prezident postuna layiq bildiyini söyləyib: «Real fikirləşəndə mən ancaq Mehriban Əliyevanı prezident kimi görürəm. Dünyada tanınmış adamdır, hörməti böyükdür. Dünya praktikasında da belə şeylər olub. Amerikada da Bill Klintonun həyat yoldaşı Hillari Klinton prezidentliyə namizəd idi. İndi dövlət katibi oldu. Pakistanda, Argentinada belə hal olub. Deyirlər ki, siyasət mümkün şeylərin incəsənətidir. Real fikirləşməliyik. Real baxanda Mehriban xanım kimi namizəd ola-ola konstitusiyanı dəyişdirməyə ehtiyac yox idi. Siz istəyirsiniz ki, istiqamət, həyata keçirdiyiniz xətt qalsın. Konstitusiyada dəyişiklik edəndə isə elə fikirlər yaranır ki, monarxiyaya doğru addım atılır. Başqa ölkələr də narazılıq edir».

«Sizcə, cəmiyyət konstitusiya dəyişikliklərinə etiraz etməlidir» sualını Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri belə cavablayıb: «Mənə elə gəlir ki, cəmiyyət konstitusiya dəyişikliklərini normal qəbul edəcək. Çünki son seçkilər göstərdi ki, əhalinin böyük hissəsi prezidentdən razıdır».

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

nizami63, burada yazdığınız hər cümləyə görə sizə təşəkkür edirəm. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycan xalqı üçün canı yanan hər kəs sizin yazılarınızı qiymətləndirir. Həqiqətən də bu qədər yazı yazmaq, gəncləri istər dünyadakı, istərsə də Azərbaycandakı reallıqlarla tanış etmək çox böyük bir işdir. Bu mövzuda yazdığınız hər fikirlə razıyam. Yazan barmaqlarınız, düşünən beyniniz yorulmasın.

Non est Azerbaijan sine Karabagh!

Ссылка на комментарий
Поделиться на других сайтах

REFERENDUMA NƏ QƏDƏR PUL XƏRCLƏNƏCƏK? QANUNLA BU GÜN VƏSAİT MSK-nın BANK HESABINA KÖÇÜRÜLMƏLİDİR

2009-01-06 - 15:51:00

Qanunla bu gün - yanvarın 6-da referendumun hazırlanması və keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülməlidir. Seçki Məcəlləsinin 89-cu maddəsinə görə, seçkilərin (referendumun) təyin edilməsi haqda qərarın rəsmi dərc edildiyi gündən başlayaraq 10 gün müddətində vəsaitin MSK-nın bank hesabına köçürülməsi məsələsi həllini tapmalıdır.

«Media forum» saytının vəsaitin köçürülüb-köçürülməməsiylə bağlı sualını cavablayan MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib ki, məsələ Maliyyə Nazirliyinin səlahiyyətləri daxilindədir. O, ayrılacaq vəsaitin miqdarını söyləməyə çətinlik çəkib.

«Media forum» saytının əməkdaşı yanvarın 5-i və 6-da bir neçə dəfə Maliyyə Nazirliyi ilə əlaqə saxlasa da, «Referendum üçün dövlət büdcəsindən ayrılmış vəsait MSK-nın hesabına köçürülübmü» sualına cavab ala bilməyib.

Seçki Məcəlləsinə görə, seçkilərin (referendumun) hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətlərinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir. Göstərilən xərclər Azərbaycan Respubikasının büdcə bölgüsünə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur.

Referendum məsələsi 2009-cu ilin dövlət büdcəsi təsdiqlənəndən sonraya təsadüf edib, onda büdcə paketində bu seçki üçün vəsaitin nəzərədə tutulmadığı aydın olur.

2008-ci ilin prezident seçkisinə 21,8 milyon manat vəsait xərclənib. 2009-cu ilin dövlət büdcəsində isə bələdiyyə seçkilərinə 22,8 milyon manat xərclənməsi planlaşdırılıb. Referendum üçün də bu qədər vəsaitin xərclənəcəyi istisna deyil.

Eyni şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə məhdudiyyətin ləğvini də nəzərdə tutan «Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı ümumxalq səsverməsinə dekabrın 26-da Milli Məclisin qərarıyla çıxarılıb. Referendum martın 18-də keçiriləcək.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gun Mubariz Qurbanlinin chixishina qulaq asirdim. Butun verilish boyu "Yeni Azerbaycan" deyib durmushdu. Sonda da dedi ki, bizim partiyanin elinden ne gele biler ki? Xalqin teleblerinin heyata kechirilmesine komek etmekden bashqa bir ish gormuruk. :D

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...