Перейти к содержимому

HOST [hava od su torpaq]


Rock_Boy

Recommended Posts

post-27874-1247423371_thumb.jpg



H.O.S.T

8 nəfərlə fəaliyyətə başlayan bu alyansın birləşmə forması belədir:

Baku Clan(Jamal Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete.

Baku Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar: Jamal Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan "Baku Clan" tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur. Birgə ilk iş - "Sənsiz (Love Story)" tracki yazılır. Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının axırlarında Qaraqan və Felon De Jure "Məni qaytar" adli track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. "H.O.S.T Alliance" adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk track olan "Həyatım əllərimdə" tracki hazır olur. 29 iyun 2007-ci il tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom "Proloq" adlanır və 17 kompozisiyadan ibarət olur:

1.İntro

2.H.O.S.T (Qaraqan, Felon De Jure, ErranT, Jamal Ali, PRoMete)

3.Məni Qaytar (Qaraqan, Felon De Jure)

4.Həyatım əllərimdə (Qaraqan, Jamal Ali, ErranT, PRoMete )

5.How we rapin' (Felon De Jure, ErranT, Qaraqan)

6.İstəmirəm (Qaraqan, PRoMete, Jamal Ali)

7.Xronika (Qaraqan, ErranT, Felon De Jure)

8.Yenə tək (Qaraqan, ErranT)

9. Bakı (Felon De Jure)(skit)

10.Gəl gedək (Feck, AiD)(vokal Ayka)

11. Propoganda (Qaraqan, Felon De Jure, ErranT)

12.Ölmüş Ümidlər (Qaraqan, Dərviş, AiD)

13.Yorğun (Qaraqan, PRoMete, AiD)

14.Mənim Qaranlığım (Qaraqan)

15.Proza (Qaraqan)

16.Neçə (AiD, Jamal Ali, Qaraqan)

17.Outro

İlin sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert "Yuğ" teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq tam hazır olur və ilk əvvəl albom "HOSTdan HOSTçuya eksklüziv" adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da "Proloq" kimi çox uğurla qarşılanır. Albom "Qarada Qırmızı" adlanır və 18 kompozisiyadan ibarət olur:

1. Prelüd (Qaraqan)

2. Esmeralda (Qaraqan)

3. Mənim Mübarizəm (Qaraqan)

4. Mən Dəyişəcəm (PRoMete)

5. Buza Dönəcəm (Qaraqan, PRoMete)

6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)

7. Düşüncə (Qaraqan, AiD, PRoMete)

8. Azərbaycan (AiD, Qaraqan, PRoMete)

9. Əlvida (PRoMete, ErranT, Qaraqan)

10. Etiraf Otağı (Qaraqan)

11. Nağıl (AiD, Qaraqan)

12. Maraqsız Mahnı (Qaraqan)

13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)

14. Sidrətül Müntəha (Qaraqan)

15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)

16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)

17. Azad HOSTçular (Qaraqan, AiD)

18. Bezmişəm (Qaraqan, AiD)

H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşkil olunmuşdur.Alliance sözü isə hər hansı klan,qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi.H.O.S.T Alyansın tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.

Bu ərəfədə alyansın üzvlərindən olan Qaraqan "A" adlı kitabı yazıb tamamlayır.Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək, gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu başa salmaq və ən əsas da "HOST ideologiyası"-nın yaranması olur. HOST ideologiyası hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil olunub. Kitab "Azərbaycan Yazıçılar Birliyi"-nin katibi Rəşad Məcidin ön sözüylə 05.05.08 tarixində satışa buraxılır və çox böyük maraqla oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır.

2008-ci ilin avqust ayında isə əvvəl Felon De Jure, sora Jamal Ali və ErranT şəxsi səbəblərə görə alyansı tərk etdi.Hal-hazırda HOST 4 nəfərdən ibarətdir: Qaraqan, AiD, PRoMete, Feck

2009-cu ilin yanvar ayında HOST-un solo rock konserti keçirildi.Konsert eksperimantal xarakter daşıyırdı.Daha sonra isə HOSTun ilk ən böyük underground konsertinin keçirilməsi planları başladı.Konsert ilk öncə HOSTun yaranma tarixi olan 13 fevrala planlaşdırıldı.Amma daha sonra 21 fevrala keçirildi bəzi səbəblərə görə.21 fevral "Vətən" kinoteatrında HOSTun ilk böyük həcmli konserti keçirildi.Konsert "reinkarnasiya" adlanırdı və bu konsertdə 1300 nəfər iştirak etdi.Reinkarnasiyanın səs-sorağından sonra Sumqayıt şəhərində də HOSTun daha bir konserti keçirildi.Bu konsert mart aylarının sonuna təsadüf etdi.

Bütün bunlardan əlavə "HOST Product" adı altında bir çox geyim,əşyalar istifadəyə verilir HOSTçular üçün.Bunlara misal olaraq:HOST köynəkləri,kapüşon,qolbaq,boyunbağı,çanta və sairə əşyaları misal çəkmək olar.

Hal-hazırda HOSTçuların yığışa biləcəyi bir yer haqda müzakirələr gedir.Çox güman ki, bu yaxın günlərdə HOSTçuların klubu açılacaq və hamımız orada yığışa biləcəyik.

HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda, TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa məxsusdur.

H.O.S.T

H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi...

O - Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur...

S - Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq...

T - Qılınc,mübarizə

Hava - Romantizm,

Od - Aqressiya,

Su - Lirika,

Torpaq - Realizm.

HOST sözünün digər mənaları:

HOST - Sahib (ingilis)

HOST - Allah ordusu,ilahi qüvvə (omonim)

HOST - Lider,.rıcı,showman (U.S.A)

HOST - Xəstəlik,virus (tibb)

HOST - Zülmət

HOST - Qalaktika

Изменено пользователем Rock_Boy
Ссылка на комментарий
Поделиться на других сайтах

QARAQAN - QISA Q.NMA [2009`SOLO ALBOM]

ARTIQ SATIŞDA!

SATIŞ NÖQTƏLƏRİ: "Enigma" dükanları, Xəqani t/m- "Fantaziya" dükanı (3-cü mərtəbə), MUM`un aşağısı- "Polim Pier" dükanı (N.Rəfibəyli-23 küç)

tracklist:

Öz Dünyam

Mən və Sən

Bir

HOSTçu

Praqa

Metamarfoza

Mənim Dərdim

Sən Yoxsan

Dost

Hərb və Sülh

Qan və Qum

Dön

Qısa Q.nma

Qar

Hardadır

İnsanlar

Ağ Atlı Şahzadə

Cinayət və Cəza

Sadəcə Bir Rəqs

Yol

Həqiqət Axtarışları

Azad Azərbaycan

DAHA ƏRTAFLI MƏLUMAT VƏ TREKLƏRİN DEMO VERSİYASI !

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...