Jump to content
  Love reading great articles? Visit Elix.com today!
Lady72

им нужна ваша помошь

Recommended Posts

“GÜLSAM” Əlillərin Reabilitasiyası Ictimai Birliyi bütün Azərbaycan xalqımızı xeyriyyə işlərində iştirak etmək üçün çağırır!

Biz mərhəmətli olaq ki, bizi yaradan Tanrımız, çətin günlərimizdə bizə rəhimi gəlsin!

Əlillərə dövlət qayğısının daha da gücləndirilməsi üçün biz bacı-qardaş , 1 - ci dərəcəli əlillər, 1978 - ci il təvəllüdlü Səlimova Gülnarə, 1981 - ci il təvəllüdlü Səlimov Samir. Baxmayaraq ki, biz belə vəziyyətdəyik “GÜLSAM” Əlillərin Reabilitasiyası Ictimai Birliyini çox böyük şərəflə təsis etmişik. 01.08.2005 ci ildə Ədliyyə Nazirliyi tərəfindən təsdiq olmuş və fəaliyyətə başlamışdır, aşağıda qeyd edəcəyimiz işləri həyata keçirmişik və inanırıq ki, qarşımıza qoyduğumuz məqsədlərə ALLAHIN köməkliyi ilə nail olacağıq!

Bu günə qədər göstərdiyimiz fəaliyyətlər bunlar olub.

Birliyin himayəsində olan Əlilləri Respublika daxili müalicə və sanatoriyalara təmənnasız göndərmişik, hüquqlarını maarifləndirmişik, hüquqlarını qorumuşuq, məktəb yaşlı əlil uşaqları təhsilə yiyələnirmişik, fiziki məhdudları olduğu üçün özlərində qüsur sanaraq nisgil və özlərini heç nəyə yararsız hesab edirlər. Biz isə belləri ilə söhbətlər .rıb, psixoloji təsirlər göndəririk ki, aktiv olsunlar, mübariz olsunlar, öz bacaracaqlarını göstərsinlər, özləri-özlərini kiməsə ehtiyacı olmadan mümkün qədər idarə etsinlər və s. işləri həyata keçirmişik.

Məqsədimiz və problemin qoyluşu:

Əmək qabiliyyəti olan əlilləri işlə təmin etmək üçün iş yerləri açmaq, istedadlı əlilləri istedadını aşkara çıxarmaq, əlillər cəmiyyətə qatılması ilə əlaqədar cəmiyyəmiz ilə və əlillərlə treninqlər keçirmək və s. Bütün bunları həyata keçirmək üçün maddi vəsait lazımdır. Biz çox istərdik ki, donorlar və imkanlı şəxslər bu işləri həyata keçirmək üçün bizimlə əlaqə saxlayıb öz köməkliklərini göstərsinlər.

Əziz imkanlı şəxslərimiz!

Gəlin birləşəyin, ehtiyacı olan fiziki məhdud insanlara, öz köməkliyinizi əsirgəməməyin! Hal-hazırda maddi çatışmamazlıq ucbatından əziyyət çəkən bir neçə xəstələri tanıyırıq ki, maddi vəsaitləri olsa, xəstəlikdən qissməndə olsa qurtulurlar!

Əgər biz bu vəziyyətimizlə, kiməsə kömək etmək üçün cəhd ediriksə, siz sağlam və imkanlı şəxslər daha çox köməklik edə bilərsiniz!

Diqqətiniz üçün təşəkkür edirik!

Birliyin bank hesabı: Kapital Bank Ağsu filialı

Birliyin bank hesabı № 5143308000

VÖEN – 3500067471

Ünvan: Ağsu şəhər, (PMK) Melioratorlar qəs, ev № 1

E-mail: gulsam1@mail.ru , g_salimova78@mail.ru

“GÜLSAM” Ə.R.İ.B-nin

idarə heyyətinin sədri: Gülnarə Səlimova

Share this post


Link to post
Share on other sites

Imkanli shexs deyilem, amma her halda yardim etmek isterdim. Rusiadan gendermek uchun bu bank hesabindan istifade etmek olar?

Share this post


Link to post
Share on other sites

×
×
  • Create New...