Parni iz Baku Опубликовано: 28 сентября, 2009 Жалоба Share Опубликовано: 28 сентября, 2009 (изменено) Baxmayaraq ki, dünyanı gözəllik xilas edəcək, baxmayaraq ki, gözəlliyin qarşısında bəzən zəka da diz qatlayır (Aristotellə bağlı çox ibrətli bir şeir var, çox olduğundan bura yaza bilmirəm), amma bunlar əbədi qalan deyil. Fəqət, həyatımızda insanları sərvətinə, zahiri görkəminə görə sayıb-seçmə meyilləri indi də çoxdur, həm də az qala əsas xəttə çevrilsin. S.Vurğunun "Vaqif "pyesinin qadın qəhrəmanı Xuramanı bir yada salın. Vaqifin saray həyatının əvvəllərində, hansı ki, Vaqif bugünkü Vaqif kimi də məşhur deyildi. Xuraman bu izdivaca heç ürəkdən razı da deyildi. "Şairdir, hökmdarlar yanında oturub -durur" deyə onu razı sala bilmişdilər. Vaqifə xanım olandan bir müddət keçəndən sonra görür ki, əslində belə deyilmiş. Əsərin bir yerində Xuraman hətta Baqifi bəyənməyərək deyir : " Bu ki, qoltuqlarda gəzib dolaşır." Xuramanın hətta Vaqifə xəyanət də edir, amma Xuramanın adı bir vaxt bəyənmədiyi Vaqifə görə ədəbi tariximizdə həmişə yaşayacaq. Bir lətifə də var. Deyirlər ki,istedadlı bir gənc şair gözəl bir qızı sevir və bunu məktubla ona çatdırır. Qız şairə cavab yazır ki, sifətin xoşuma gəlmir. Həmin şair belə olanda özünün ikinci məktubunu yazır: -Nədən elə sifətimi əsas götürürsən? Sifətim səni narahat etməsin. Mən avara deyiləm, ağıl sahibiyəm, həm də şairəm. Sevgi və ehtiramlarımı sənə şeirlə də yetirəcəyəm. Qadın ona nə cavab versə yaxşıdır: -Mənsə sənə məhəbbət məktubları divanı yazdırmaq fikrində deyiləm! Mən demirəm ki,sevərkən qızın qohum-qardaşını, “maşın-maşın cehizini” xəyal eləməyən oğlan yoxdur. Qızları önə yalnız ona görə çəkdim ki, baş tutmayan vüsalların, nakam ilk məhəbbətlərin ən çox məsuliyyəti məhz qızların üzərinə düşür. Qızlar sevin, ortada inam, etibar varsa, sevin... Sevmək Sizin haqqınızdır. Hörmətli İstifadəçilər! Siz necə fikirləşirsiniz: nə üçün qadınlar seçim edəndə birinci şərt kimi qarşı tərəfin imkanlarını əsas götürürlər? Doğrudanmı kasıb oğlan sevdiyi qızı xoşbəxt edə bilməz?! Изменено 28 сентября, 2009 пользователем Parni iz Baku Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.