Parni iz Baku
Members-
Публикации
37 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Parni iz Baku
-
Uzun ayr?l?qdan sonra forumun b?t?n i?tirak??lar?n? salamlay?ram. Olmad???m m?dd?td? forumda yenilikl?r olub.Amma bir q?d?r ??tinl??ib.G?st?ricil?r ingilis dilind? yaz?l?b.N? olsun ki, rusdilli istifad??il?r ???n n?z?rd? tutulub.Arzu ed?rdim ki, g?st?ricil?r ana dilimizd? veril?ydi, dig?r dill?r is? ana dilimizin qar??l??? olaraq veril?ydi.
-
'Sabi-Sabi': "Öz dƏ hamı oglan usagı arzu edirdi deyesən. Qız oldun, günün garadı, düz deyirlər də." Bu gün də belə fikirləşən var, sabah da olacaq. Düz demirlər. Hələ qadın haqqında deyilmiş fikirlərə fikir verin: Qadın olmayan yerdən həyat qurtarır. Qız qızıl alma, qızı gözdən salmayın...
-
Happy birthday! Happy birthday! Happy birthday! Ad gününüzü ürəkdən təbrik edirəm.Sizə xoşbəxtlik, cansağlığı, uzun ömür və isti bir sevgi arzulayıram. Həyatda gözəl nə varsa, hamısından Sizə də qismət olsun. Söz də dəyər, göz də dəyər, Qız, səni Allah qorusun. Gec də dəyər, tez də dəyər, Qız, səni Allah qorusun. Yanaqların zərisənmi, Şehisənmi, tərisənmi, Hurisənmi, pərisənmi, Qız, səni Allah qorusun . Ad gününüz mübarək! Hörmətlə: KVN
-
Плохая...Я _ 21 Güneş ne vaxt doğur ? Üzün gülende, Dan ne vaxt sökülür ? Sözün gülende. Cehennem ne zaman cennete dönür ? Qelbin sevinende, gözün gülende ... Ad gününüzü ürekden tebrik edirem. Size cansağlığı, xoşbextlik, neğme, sevgi dolu ömür yolu arzulayıram. Üzünüzden tebessüm heç vaxt eskik olmasın. Hemişe bu tebessüm heyatınızdan memnunuluğunuzu ifade etsin. Ad gününüz mübarek!
-
Stranger _ 04 - 24 Hamı səhəri çox sevir. Al üfüqlü, qaynar həyatlı, mehriban günəşli səhəri… Belə anlarda adamın nəzəri əsrarəngiz səmaya dikilir. Göydə nə qədər ulduz var. Amma biz bunların bir neçəsini tanıyırıq. Dan ulduzunu görən kimi səhəri xatırlayırıq. Al üfüqlü, qaynar həyatlı, mehriban günəşli səhəri… Hər övlad da öz ailəsi,öz əsil-nəcabəti üçün bax beləcə bir səhərdir. Növbəti günə, daha uzaq gələcəyə ümidlənən səhər… Payız ayları dünyamız üçün 2 cəhəti ilə xarakterikdir: ilk dərs günü və bir də bağlarımızın, tarlalarımızın yetirdiyi məhsulların toplandığı ərəfə, zaman. Övlad da könül meyvəsidir. Deməli, oktyabr ayı ailəniz üçün Sizin doğum gününüz kimi də əzizdir. 3 oktyabr 1985-ci il… Barl-bəhərli bir payız səhəri…O gün Sizin doğum gününüzə lap az qalmışdı, cəmi 1 səhər... O səhər açılacaqdı və Yer adlı dünyamızın ən adi bir evində Siz doğulacaqdınız və bu tarix ailənizin, əsil-nəcabətinizin tarixinə əbədi olaraq həkk olunacaqdı və olundu da. Öyünməyə haqqınız var,qədəmləriniz bar-bəhər simvoludur. Fəqət, bağların, tarlaların məhsulu mövsümdən-mövsümə əvəzlənirsə, Siz ailəniz üçün, şəcəriniz üçün heç vaxt əvəzlənməyəcəksiniz, Sizi heç kim, heç nə əvəz edə bilməz axı. Siz həmişə təzə-tərsiniz, rayihəlisiniz. Sizin bu xoşbəxt anınızda ilk əvvəl ailənizi, bu bəhərin bağbanlarını - ata-ananızı təbrik edirəm: halalları olsun... Sizə xoşbəxtlik, cansağlığı, uzun ömür, saysız-hesabsız al üfüqlü, qaynar həyatlı, mehriban günəşli payız səhərləpi arzulayıram. Və belə meriban günəşli bir payız səhərində: Mən Günəş olsaydım nur yağa-yağa, Zülmət gecələri erkən boğardım, Bütün insanlığa, bütün dünyaya, Sizin evinizin üstdən doğardım. Doğum gününüz mübarək ! Ad gününüz , şən gününüz mübarək!
-
Hörmətli Elxan bəy! Doğum gününüz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Sizə dünyanın ən gözəl nemətlərini arzulayıram. Ad gününüz mübarək! Aşıq minayə dəyər, Xalın minayə dəyər, İl var,bir günə dəyməz, Gün var, min ayə dəyər...
-
________________________________________________________________________________ ___________ Siyahnın ardıcıllığını pozmadan bütün muğamlarımızın, aşığ musiqimizin ifaçılarını, R. Behbudovu, G. Məmmədovu, Ş.Ə ləkbərovanı, E. Rənimovanı, Y.Səfərovu, O.Ağayevi bu incilərin davamına əlavə edərək, Sizinlə həmrəy oluram. ******************************************************************************** Mən öz qüssə və kədərimi musiqi ilə dağıdıram. Buna görə Bethoven, Motsart tez-tez mənim ürək sirlərimdən xəbər tuiturlar. Balzak
-
'nizami63' :hörmətli Parni iz Baku, yetərli hesab etməmək düzgün hesab etməmək anlayışından çox fərqlənir. Napoleon bu sözləri deyərkən özündən əvvəlki zəmanəni nəzərə aımışdı. İndi isə 2009 - cu ildir və 40 ildir ki, xalqımız H.A. rejiminin təsiri altındadır. Yazdıqlarınızdan mən belə başa düşürəm ki, Sizin bizim indiki orta məktəblərimizdə tədris olunan kitablar barəsində ətraflı məlumatınız yoxdur. Hər halda məlumatınız olsaydı bilərdiniz ki, Azərbaycan xalqının Nizami, Füzuli, Nəsimi və sairə kimi neşə - neşə görkəmli övladlarımıza qiymət verilən günlər çox arxada qalmışdır. Mən yenə də "var idi" fikrimdə qalıram. Bunu əsaslandırmaq üçün Sizə çox faktlar təqdim edə bilərəm, sadəcə olaraq bütün bunlar aksioma olduğu üçün ehtiyac bilmirəm. ------------------------------------------------------------------------------------------------------------------- ". ..xalqımız H.A. rejiminin təsiri altındadır" kimi yanaşmanız əslində sizin mövqeyinizi əks etdirir. Bilməmiş deyilsiniz ki, A. Soljenitsın 1983 -cü ildə "Qulaq arxipelaqı" əsərinə görə xalq düşməni elan edılərək ölkədən qovulmuşdu. Mühacirətdə yaşadığı illərdə də Soljenitsın Soljenitsın kimi yazıb-yaratmışdır. Hakimiyyət, reyim ədəbiyyatın qarşısını ala bilməz, necə ki, Q.B.Zakir o vaxt demişdi: ...Ehtiyatım yoxdur paşadan, xandan, Analar doğubdu şiri-nər məni. Sizin dediyinizdən fərqli olaraq mən elə bilirəm ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatının ittifaq, eləcə də dünya miqyasında tanınması yolunda hər cürə qayğı göstərib. Bu gün də belədir. Son illər ədəbiyyata, mədəniyyətə göstərilən diqqət, bu yönümdə görülən işlər bir çox ölkələrin hələ bundan neçə illər sonra da görməyəcəyi üstünlüklərdir. Məlum şeyləri yazmağa ehtiyac yoxdur. Narahat olmayın, mən filoloqam, müəllimlik təcrübəm də var, orta məktəb dərslikləri hər vaxt əlimin altındadır. Onlarda çoxlu problərin olduğunu da inkar etmirəm. Bununla belə hesab edirəm ki, dərslik böyük mənada bir xalqın ədəbiyyatına qiymət verə bilmək üçün ölçü ola bilməz. --------------------------------------------------------------------------------------------------------- Həddindən çox mübahisədə həqiqət itir. Publili Sir
-
'nizami63' : ** Ancaq bunu da deməyi özümə borc bilirəm ki, Napoleondan gətirdiyimiz sitatı yetərli hesab etmirəm ! ** Deyirsiniz ki, Bu xalqın əsrlərin o tayından bu tayına şərəflə gəlib çıxmış tarixi, ədəbiyyatı və mədəniyyəti vardır. Mənim qənaətimcə siz "vardır" əvəzinə "var idi" deyə işlətsəydiniz hədəfi daha dəqiq nişan almış olardınız. ________________________________________________________________________________ ________________ Hörmətli Nizami bəy, Napoleondan gətirdiyimiz sitatı yetərli hesab etməmək sizin müstəsna hüququnuzdur, amma çox böyük tarixi şəxsiyyət olan Napoleon bunu etipaf edib. Bir daha fikrimdə qalıram ki, bəşər mədəniyyətinin əvəzsiz inciləri xəzinəsində Şərq dünyasının özünəməxsus yeri vardır. Siz də yaxşıl bilirsiniz ki, Azərbaycan bu tarixi şəxsiyyətin "Dünyaya hər cür işıq Şərqdən yayılmışdır" deyə heyran qaldığı Şərq dünyasına Nizami, Nəsimi, Füzuli kimi ədəbi dühalar bəxş etmişdir və onlar bizim xalqımızın imzasını dünya xalqlarının imzaları içində əbədilik həkk etmişdir. İkinci fikrinizə gəlincə isə deməliyəm ki, bu fikir də sizə məxsus ola bilər. Hamımız çox gözəl bilirik ki, ədəbi incilərimiz nəqliyyatın, rabitənin ibtidai bir səviyyədə olduğu çox qədim dövrlərdə yaranmış və hafizələrdə yaşayaraq ölməzlik qazanmış və günümüzə gəlib çatmışdır. Bu ədəbiyyat o haqqı qazanıb ki, təmsil etdiyi xalqla birgə hələ neçə uzaq əsrlərin o tayına da gedib çıxacaq. Bu mənada "var idi" yox, "vardır" deyilməlidir. Dünya alimlərinin İntibahın Avropadan yox, məhz Şərqdən başlaması haqqında cəsarətli fikirləri vardır. Bu da mənim üçün qürurludur. Qaynaqları bu qədər qədim və qiymətli olan ədəbiyyatin keçmişdə qaldığını iddia etmək elmi baxış yox, fərdi, həm də səhv yanaşmadır.
-
İnsan meyitinin yandırılması ( kremasiya) hələ qədin dövrlərdən mövcud imiş. Bu, Homerin “İliada” əsərində də öz əksini tapmışdır. Sondakı dövrlərdə də ayrı-ayrı ölkələrdə çoxlu sayda belə nümunələr olmuşdur. Hindistanda,Çində, İndoneziyada, Birmada və s. Plkələrdə ölmüş insanların cəsədlərini yandırmaq adəti tarixən olmuşdur. Praqa universitetinin rektoru məşhur professor Yan Husu (1371-1415) almanların və katolik kilsəsinin əleyhinə olduğuna görə diri-diri tonqalda yandırmışlar. *** Mikuel Serveti (1511-1553) kiçik qan dövranını kəşf etdiyinə görə tonqala atmışlar. *** İtalyan alimi və filosofu Cordano Bruno (1548-1600) da Kopernikin təlimini müdafiə etdiyinə görə 17 fevral 1600-cü ildə tonqala atmışlar. *** 1872-ci ildə C. Bayron Neapol çəhərində suda boğulmış dostu şair Şellini yandırmışdır. *** 1895-ci ildə F. Engelsin cəsədi öz vəsiyyətinə görə yandırılmış və külü dənizə səpilmişdir. *** Hindistanın prezidentləri CŞ Nehru və onun qızı İ. Qandinin cəsədləri də yandırılmışdır. *** İ. Meçnikov öz vəsiyyətinə görə 4.7.1916-cı ildə krematoriyada yandırılmışdır. *** A.Eynşteyn 17 aprel 1955-ci ildə aorta anevrizmindən vəfat etmiş, vəsiyyətinə görə yandırılmışdır. PS: Məlumatlar müxtəlif mənbələrdən götürülmüşdür.
-
Yuristka: " "Vagzalı" ən gözəl və cox təsirli musiqidir. Indiki muasirıtoylarda da onu başqa əcnəbi musiqiləırlə əvəz edənləri qənayıram. Nə qədər zaman da kecsə bu mahnını hec cürə dəyişmək olmaz. " -------------------------------------------------------------------------- Çox sevindim. Əvvəlki yazınızdakı fikirlərinizdəki narahatçılığımı aradan qaldırdınız. Bəli, bizim toy adətlərinin hər bir elementi gövhər qədər qiymətlidir. Bütün xalqların adətləri yaxşıdır, amma bizimkinə çatmaz. Onlarda toy adətinin kökündə bir cismani şən əhvali-ruhiyyə yaratmaq mahiyyəti var. Bizim toy adətlərimizdə isə hikmət var, maarifçilik var. Bu, bir əxlaq məcəlləsidir. Hələ bir Səməd Vurğunun bu şeirinə bax: Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq, Nişanlı qızların görüşdən qabaq, Telini saymağı yadıma düşdü... Fikir verirsinizmi əxlaqa, yaşam tərzinə. "Prostaya-80" adlı istifadəçinin"Vağzalı" ilə bağlı dedikləri bu havanı inkar və ya təhdid etmək anlamına gəlməməlidir. Mən televiziya verilişlərinin birində belə bir məlumat eşitmişəm ki, "Vağzalı" havası kecən əsrdə Yevlaxda dəmir yolu stansiyasının açılması münasibəti ilə yaranmışdır. Müəllif də demək istəyir ki, buna qədər də bizim çoxlu toy rəqslərimiz və mahnılarımız olmuşdur və bunlar hamısı bizim xalqın fikir və düşüncələrini, hiss və duyğularını çox gözəl əks etdirmişdir. Müasir "Vağzalı" da dəmir yolu stansiyasının açılışı ilə əlaqədar yaransa da, əsl toy rəqsidir və bu mahiyyətini artıq ondan heç kim ala bilməz. Zaman ötdükcə, bizim musiqimizə, adət-ənənələrimizə yabançı notlar daxil olmağa başlayıb. Bu sarıdan narahatçılığınızı səmimi qəbul edərək, arzu edərdim ki, gənclərimiz belə sərvətlərimizə sahib çıxsınlar, onu yaşatsınlar.
-
Yuristka :Mence bu adetlerin hamisini yerine yetirmek duz deyil. Elci qonaqdir bizim milletde de qonaga cox boyuk hormet var. Nece yeni cay icilmemelidir? Birinci defedir bele shey eshidirem.-------------------------------------------------------------------------------------------------------- Güman edirəm ki,söhbətimiz mübahisəyə çevrilməyəcək. Toqquşan sadəçə bizim baxışlarımızdır. Hamı eyni cürə fikirləşə bilməz, təbiidir. Amma elə məsələlər var ki, tək siz yox, gənclərimizin müəyyən hissəsi belə məsələlərdə səhv fikirləşirlər. Milli-mənəvi dəyərlər hansısa laboratoriyada hazırlanmır, hansısa alim kəşf etmir onları. Bunları xalq yaradır. Zaman-zaman müşahidə edib, seçib, təkmilləşdirib, yaşada-yaşada zəmanəmizə gətirib çatdırıb. Bunlardan biri də toy adət-ənənələridir.Bu adət -ənənələr az-çox əyalətlərdə qalıb. Bakı kəndlərində də var. Nisbətən mərkəzlərdə unudulmaq üzrədir. Olsun ki, Qərbin təsiri də rol oynayıb. Amma ən böyük günah özümüzdədir. Daha böyüklərin ölçüb-bişməsinə ehtiyac qalmır, əksər cavanlar özləri qərar verirlər. Bir də gəlirlər ki, belədir..., nişan .rın, toyumuzu edin. Onda bu qayda-qanunlara əməl də etmirlər. Qız müəyyən sərhədi gözləmədiyindən, əksinə, qız tərəfi nəinki şirin çay verməyə (hamıya aid deyil) hazırdır, hətta dəbdəbəli süfrə açmağa hazırdır ki, təki elçi gəlsin, yoxsa el içində biabır olarıq. Siz deyən halda elçi qonaq deyil axı. Biz qonağa xidmət etmək ədəb-ərkanını hamıdan gözəl bilirik. Əksinə, oğlan tərəf özü marağlı olmalıdır ki, bu “şirinçay” süfrəsi açılsın. Bu daha gözəl niyyətlərə, daha gözəl bünövrəyə stimul yaradır.
-
Tarixən Azərbaycan mühiti üçün ailələrdə uşaqların say tərkibi 6-8 və daha çox olurdu, 4-5 uşaqlı ailələr isə azşaylı ailələr hesab edilirdi. Qədim toy adətlərimizdə bununla bağlı maraqlı bir məqam var: qız ər evinə köçərkən bəyin qardaşı və ya başqa qohumu gəlinin belinə qırmızı bafta bağlayaraq deyirmiş: Anam, bacım, qız - gəlin, Əl- ayağı düz gəlin, Yeddi oğul istərəm, Bircə dənə qız- gəlin... Təsəvvür edirsınızmi, bir ailəyə 8 övlad arzulayırdılar. Bu gün isə ailələr əsasən 2 uşaqdan ibarət olur, 4-5 uşağı olan ailələr isə çoxuşaqlı ailələr hesab olunur Bəs Siz necə fikirləşirsiniz, ailədə uşaqların sayı neçə olsa yaxşıdır? PS: Məncə, 4 uşaq- 2 oğlan, 2 qız idealdır.
-
'strANger_04' : "]"...Sizin üçün uşaqlıq nə idi? Siz də o günlərə qayıtmaq istərdizmi?[/color]" ________________________________________________ Yaman duyğulandım. Amma geriyə yol yoxdur. Görürsünüzmü, uşaq olanda hər şeyə inanırdıq, indi ha desələr də, ağlımız kəsmirsə, inanmırıq ki, inanmırıq. Bəs orta məktəb illəri, bəs tələbəlik, bəs....bəs....suallar sonsuzdur. Hamısı gözəldir. Uşaqlıq illəri bu sırada onunla əlamətdardır ki, nə görmüşüksə, nə eşitmişiksə, bizim üçün əziz olub, hafizəmizdə iz buraxıb. Tək uşaqlığımız yox, nə olursa-olsun, geriyə qayıtsa, adiləşər. Onda calışaq bu günləri adiləşməyə qoymayaq....sonra bu günlərin də həsrətini çəkəcəyik.
-
Mən dövlət işinə daha üstünlük verirəm, çünki nisbətdə dövlət idarələrində köhnə sistemin hüquqi təminatı daha etibarlıdır. Çünki özəl sektorda işçini çox asanlıqla itirməyə hazırdırlar.Gərək sən burada işi bilməklə bahəm, "siçan- pişik" mahnısına rəqs etməyi də bacarasan. Azərbaycanda karyera planlama sistemi hələ tam formalaşmayıb, görünür biz də təcrübəlik qurbanlarıq. İnşallah, bizdən sonra gələnlər bəlkə karyera qura bildilər.
-
Çinin Dai adlı əyalətində ailə qurmağa hazırlaşan oğlan istədiyi qızı öz evlərinə gətirir və qız bir müddət onlarda qalır. Əgər bu müddətdə gənclər bir-birlərindən razı qalarlarsa, yalnız bundan sonra rəsmi qaydada evlənirlər. Bu adət bizim xalq üçün arzuolunmazdörsa da burada maraqlı bir məqam var. Bu gün pozulan nikahların əksəriyyətində səbəb sonradan xarakterlərin düz gəlməməsi, qızın təsərrüfatçıl olmaması, əlindən bir iş gəlməməsi və s. olur. Bəlkə gənclərimiz ailə qurarkən bunları heç fikirləşmir, nə olursa-olsun, necə olursa-olsun, təki o qızı alım deyirlər. Alandan sonra isə məlum olur ki, qız dovğa bişirməyi bacarmır və ya əziyyətinə qatlaşmaq istəmir. Və yaxud iki dəfə çay gətirib, üçüncüsünü gətirməyə ərinir. Onda belə çıxır ki, bu gənclər hələ ailə həyatına hazır deyilmişlər. Bəs bütün ütün buların yaşanmaması, qarşıya çıxmaması üçün nə etməli?
-
Baxmayaraq ki, dünyanı gözəllik xilas edəcək, baxmayaraq ki, gözəlliyin qarşısında bəzən zəka da diz qatlayır (Aristotellə bağlı çox ibrətli bir şeir var, çox olduğundan bura yaza bilmirəm), amma bunlar əbədi qalan deyil. Fəqət, həyatımızda insanları sərvətinə, zahiri görkəminə görə sayıb-seçmə meyilləri indi də çoxdur, həm də az qala əsas xəttə çevrilsin. S.Vurğunun "Vaqif "pyesinin qadın qəhrəmanı Xuramanı bir yada salın. Vaqifin saray həyatının əvvəllərində, hansı ki, Vaqif bugünkü Vaqif kimi də məşhur deyildi. Xuraman bu izdivaca heç ürəkdən razı da deyildi. "Şairdir, hökmdarlar yanında oturub -durur" deyə onu razı sala bilmişdilər. Vaqifə xanım olandan bir müddət keçəndən sonra görür ki, əslində belə deyilmiş. Əsərin bir yerində Xuraman hətta Baqifi bəyənməyərək deyir : " Bu ki, qoltuqlarda gəzib dolaşır." Xuramanın hətta Vaqifə xəyanət də edir, amma Xuramanın adı bir vaxt bəyənmədiyi Vaqifə görə ədəbi tariximizdə həmişə yaşayacaq. Bir lətifə də var. Deyirlər ki,istedadlı bir gənc şair gözəl bir qızı sevir və bunu məktubla ona çatdırır. Qız şairə cavab yazır ki, sifətin xoşuma gəlmir. Həmin şair belə olanda özünün ikinci məktubunu yazır: -Nədən elə sifətimi əsas götürürsən? Sifətim səni narahat etməsin. Mən avara deyiləm, ağıl sahibiyəm, həm də şairəm. Sevgi və ehtiramlarımı sənə şeirlə də yetirəcəyəm. Qadın ona nə cavab versə yaxşıdır: -Mənsə sənə məhəbbət məktubları divanı yazdırmaq fikrində deyiləm! Mən demirəm ki,sevərkən qızın qohum-qardaşını, “maşın-maşın cehizini” xəyal eləməyən oğlan yoxdur. Qızları önə yalnız ona görə çəkdim ki, baş tutmayan vüsalların, nakam ilk məhəbbətlərin ən çox məsuliyyəti məhz qızların üzərinə düşür. Qızlar sevin, ortada inam, etibar varsa, sevin... Sevmək Sizin haqqınızdır. Hörmətli İstifadəçilər! Siz necə fikirləşirsiniz: nə üçün qadınlar seçim edəndə birinci şərt kimi qarşı tərəfin imkanlarını əsas götürürlər? Doğrudanmı kasıb oğlan sevdiyi qızı xoşbəxt edə bilməz?!
-
"Vağzalı"çalınır. Bu gün bir evdən bir evə səadət gedir. “Vağzalı” çalınır. Bu gün yaraşıqlı bir Azərbaycan oğlunun,məsum bir el gözəlinin əlləri və ürəkləri birləşir. Bir vaxt dünyaya göz açanda çəkiləri cəmi 3-4 kq, boyları 50-52 sm olan cocuqların hər sabahı üçün qayğılı bir ömür yaşayan ata-analar indi öz övladlarını bəy qiyafəsində, gəlin libasında görüb duyğulanacaqlar. Yəqin ki, söhbətin toylarımızla bağlı olacağını artıq bildiniz. Toy insan həyatında unudulmaz bir hadisədir. Məhz toyda gənclərimizin nikahla rəsmiləşən sevgiləri başa çatır. Bədii əsərlərdən, kinolardan, eləcə də yaşlı nəslin nümayəndələrındən toylarımız haqqında çox eşitmişik. Onlar söyləyirlər ki, keçmişdə oğullarını evləndirmək istəyən atalar qohum-qardaşlarını evlərinə çağırıb məsləhətləşərdilər. Qız seçildikdən sonra oğlan xalası və ya bibisi qız evinə gedər, elçi gələcəkləri üçün onlardan icazə alardılar. Elçi getməmişdən əvvəl müəyyən vacitələrlə qız tərəfinin, qızın özünün münasibətini öyrənər, yalnız bundan sonra elçi gedərdilər. Elçilərə çay süfrəsi açılar, söhbət başlayardı. Qızın valideynlərinə gəlişlərinin məqsədlərini deyərdilər. Əgər "razılıq" verilsəydi, yalnız bundan sonra süfrəyə şirin çay gələrdi. Sonra nişan mərasimi olardı. Qız ər evinə gedənə kimi bütün bayramlarda oğlan tərəfi qız tərəfinə, qız tərəfi də oğlan tərəfinə bayram payı, müxtəlif hədiyyələr .rardı... Qız ata evindən gəlin köçərkən arxasınca su atılması, oğlan evində qarşılanarkən ayaqlarının altında qurbanlıq qoyun kəsilməsi, başı üstündən şirniyyat qatılmış düyü səpilməsi, ər evinə çıxarkən ayaqlarının altlnda boşqaqb sındırılması, ziffaf gecəsi, səhəri gün “üzəçıxdı” mərasimi, böyük şadyanalıq, dərhal qız tərəfinə xonça göndərilməsi və sairlər təkcə mərasim xatirinə keçirilmiəzdi. Bütün bunlar hər iki gənc qarşısında ciddi vəzifələr qoyardı, onlar ailə həyatına daha məsul yanaşardılar. Bu ailələr çox etibarlı olurdu. O vaxtlar ailə dağılması nəinki iki nəslin(həm o tərəfin, həm bu tərəfin), eləcə də bütün kəndin , bütün obanın faciəsi sayılırmış. Bu gün toylarımız da çox dəyişilib, gənclərimiz də. Heç bilmirsən harda tapışdılar, harda sevişdilər .Ata-ana bir də görür ki, övladları gəlib deyir ki, biz bir-birimizi sevirik, toyumuzu edin. Müşahidələrə görə, bu cürə qurulan ailələr isə əvvəlkilər kimi sədaqətli olmurlar. Bəs siz necə fikirləşirsiniz: istər qız seçərkən, istərsə də ailə qurarkən ata-analarla məsləhətləşib qurulan ailələr, yoxsa gənclərin öz seçimləri ilə qurulan ailələr möhkəm olurlar? Siz müasir toylarımızı keçmiş toylarımızla müqayisədə necə qiymətləndirirsiniz ? "Vağzalı" sabah da şalınacaq, o biri gün də. Hər "Vağzalı" yeni bir ocaq, yeni bir dünya yaradacaq.Bağlanan ülfətlərdən dünyaya yeni nəsillər gələcək, beləcə ,həyat davam edəcək.Toylasrımız isə dünəndən bu günə, bu gündən sabaha bir körpü, bir vəsilə olacaq.
-
Kaş, gözümüzü dünyaya açanda qəhrəmanmı deyək, xariqüladə qüvvəmi deyək, qadınmı deyək, bütün həyatımızın pasibanı, şərəfi olacaq “ANA” adlı o mələyin üzündəki, ürəyindəki fərəhi görüb, duyub, yaddaşımızda saxlaya biləydik. Kaş 9 ay öz bətnində olsaq da, bu 9 ayın hər gününü, hər saatını, hər dəqiqəsini, hər saniyəsini belə əlləri bizə doğru uzanılı qalan, ona bəxş edəcəyimiz “ANA” adı üçün bu 9 ayı kiprikləri ilə od götürən, bizi ən etibarlı bir “sığınacaqda”- ana rəhmində hər cürə təhlükələrdən: soyuqdan, istidən, qardan, küləkdən qoruyan o nurlu mələyin həmin anda hisslərini ölçə, çəkə biləydik. …Hardan ağlımıza gələydi bunlar?! Onda biz lüt - “ətcəbala” öz haray-həşirimizdə olanda, o nurlu mələklər də xəyalların qanadlarında uçurmuşlar… Atalarımıza – özlərindən də üstün bildikləri daha bir yaraşığı - bizi çatdırmağa qanadlanırmışlar… …Analar bütün ömürləri boyu övladlarının böyüyüb boya-başa çatması üçün yanmaqda davam edirlər, “yoruldum”, “usandım” demədən. Təsəvvür edin, uşaqlar gün ərzində 12 min söz deyir, 920 sual verirlər. Bütün bunları səbirlə dözərək dinləyən, qayğıyla da cavab verən yalnız analar ola bilərlər. Kim bunları düşünüb qiymətləndirirsə (Deyirlər ki,bir məşhur dövlət xadimi 48 il ərzində hər gün anasına məktub yazırmış), kim müqəddəs dinimizdə deyildiyi kimi valideynlərinə hələ sağlığında ikən qayğı və nəvaziş göstərirsə, eşq olsun onlara . Hörmətli forumdaşlar, Məhəmməd Peyğəmbərin (ə.s) “Cənnət anaların ayaqları altındadır” öyüdü də bu münasibətlə söylənilmişdir. Deyin, bu öyüddəki “anaların ayaqları altı” fikrini necə başa düşürsünüz?
-
Hörmətli “Bakılılar.Az”, əziz forumdaşlar ! Mən Sizin forumun rus dilli azərbaycanlılar üçün olduğunu bilirdim. Tanış olarkən gördüm ki, “Ana dili “bölməsi də var və çox sevindim. Bir aydır ki, üzv yazılmışam. Dünən “El” adlı istifadəçimizin 2.12.2007-ci il tarixində “Biqeyrət ataların biqeyrət sözləri” adlı yazısını və bu yazıyla bağlı olan fikirləri oxudum. Doğrusu, çox pis oldum. Öz kökünə, milli-mənəvi sərvətlərinə belə münasibətə ad t. bilmədim. Bu torpaqda yaşayan, boya-başa çatan eloğlumun, özü də “El” imzalı eloğlumun ulularımıza belə münasibəti nədən?! Bizim müdrik xalqımız var. Bu xalqın əsrlərin o tayından bu tayına şərəflə gəlib çıxmış tarixi, ədəbiyyatı və mədəniyyəti vardır. Şifahi xalq ədəbiyyatımız da bu xəzinənin ən qiymətli incilərindəndir. Hörmətli “El”, məşhur sərkərdə Napoleon deyib ki, böyük adamlar Şərqdə yaranır. Rus ictimai fikir tarixində məşhur olan R.Y.Çaadayev isə bu etirafı daha səmimi şəkildə etiraf etmişdir: “Dünyaya hər cür işıq Şərqdən yayılmışdır.” Yetərli deyilmi öyünək?! Hörmətli “El”, mən sizin torpağımıza və xalqımıza bəslədiyiniz sevgiyə inanıram. Amma folklorumuzla bağlı fikirlərinizi heç cürə qəbul edə bilmərəm. Bizim atalar sözləri və məsələlərimizin hamısı hikmətlidir, müdrikanə deyilmiş həyat həqiqətləridir. Onlarda qüsur axtarmaq “Günəşin üzündə ləkə axtarmaq” kimi bir şeydir. Bilməlisiniz ki, atalar sözləri elə-belə yaranmır. Bunlar yaşanmış həyat həqiqətləri haqqında ixtiyar qocalarımızın, ağbirçək nənələrimizin müşahidələridir, zaman-zaman sınaqdan çıxmış həyati müşahidələri. Az- çox folklorumuza bələd olan bir ziyalı kimi deməliyəm ki, mən oxuduğum, bildiyim heç bir folklor nümunəsində qüsur görmürəm. Siz və bir neçə başqa istifadəçimiz “Igidlik ondur, doqquzu qaçmaq” , “Anasına bax qızını al”, “Qızını döyməyən, dizinə döyər”, “Qoz ağacı, qız ağacı”, “ Ağanın malı gedər, nökərin canı”, “Ağa deyir “sür dərəyə”, “sür”, “Palaza bürün, el ilə sürün”, “Qarın qardaşdan irəlidir”, “Allahsız yerdə otur, böyüksüz yerdə yox” kimi atalar sözlərini nümunə gətirirsiniz. Bu nümunələr haqqında söz deməmişdən əvvəl qeyd edim ki, təqdim etdiyiniz atalar sözlərinin bəzilərini ilkin formasında yox, təhrif edilmiş formada işlətmişsiniz. Məsələn, “İgidlik ondur, doqquzu qaçmaq” kimi atalar sözünə indiyə kimi heç yerdə rast gəlməmişəm. “İgidin hünəri döyüşdə bilinər” söyləyən atalar qaçmağı heç vaxt igidlik hesab etməyiblər. Hansı bir qəhrəmanımız var ki, döyüş günü meydandan qaçsın? Əslində bu atalar sözümüzün düzgün forması belədir: “Igidlik ondur: biri qüvvət, doqquzu fənd” . “Anasına bax qızını al”- Bu atalar sözünün əsli belədir: Anasına bax, qızını al, Qırağına bax, bezini al. Belə hikmətli atalar sözünü necə mənasız adlandırmaq olar? Buradakı fikir anasına baxmaqla qızın da zahiri görkəmi haqqında təsəvvürə sahib olmaq kimi başa düşülməməlidir. İstifadəçi yoldaşlarımızdan birinin dediyi kimi, keçmişdə qızseçimi daha çox valideynlərin məsləhətləri ilə olurdu. Valideynlər isə bir-birlərini yaxşı tanıdıqlarına, bir-birlərinin xeyir- şərlərində qaynayıb-qarışmaqlarından bilirdilər ki, filan evin qadını ailəcanlıdır, təsərrüfatcıldır, namuslu-qeyrətlidir. Atalarımız həyati müşahidələrinə əsasən bu qənaətə gəlmişdilər ki, “analı qızın işi görünər, anasız qızın dişi” və onlar yəqin idilər ki, belə anaların qızları da belə olacaq. “Qızını döyməyən, dizinə döyər” - Belə atalar sözümüz var. İş burasındadır ki, burada döymək fiziki cəza kimi nəzəfdə tutulmamışdır. “Qılınc yarası sağalar, söz yarası sağalmaz” kimi atalar sözlərimiz sübut edir ki,söz, fikir insan mənəviyyatına güclü şəkildə təsir deə bilir. Yəni istər qızını, istərsə də oğlunu nəzarətsiz buraxan, günahlarını tənbeh etməyən valideynlər sonradan övladlarının törədəçəyi daha böyük qüsurlara görə dizlərinə döyürlər. Bu, gecikmiiş etiraf deməkdir, peşmançılığın bir formasıdır. “Qoz ağacı, qız ağacı”- Bu atalar sözümüz tam formasında belədir: -Qoz ağacı, qız ağacı, Hər gələn bir daş atar. Qoz ağacı gövdəli və hündür olur. Bəzi ağaclar kimi onun da meyvələrini əl uzadıb və ya budağını əyib yığmaq olmur. Odur ki, qozun dibində durub yerdən onun budaqlarına doğru “salbey” ( 1 m – 1,2 m uzunluğında barmaq yoğınluğunda ağac parçası; üz qabığını da soyurlar ki, sürüşkən olsun, ilişib yuxarıda qalmasın ) atırlar. Daş da atırlar, amma daşın dəydiyi sahəyə nisbətən “salbey” daha əhatəli zərbə sahəsi yaradır, daha çox meyvə tökülür. Hər atılan “salbey” hədəfə dəymir və ya hər “salbey” atan qoz sala bilmir. Atalarımız da qız olan ailəni, evi qoz ağacına bənzətmişdir. Elə bir ailə olmaz ki, qızını bir neçə ailə istəməmiş olsun. Amma kimin qisməti imiş ona nəsib olur. “ Ağanın malı gedər, nökərin canı”- Müəyyən məqamla bağlı deyilmiş atalar sözüdür. Məsələn, xan, bəy dövründə bir bəy öz pəiyyətini tarlasında işlədir, taxıl əkdirir. Amma son nəticədə quraqlıq olur, taxıla çəyirtkə daraşır, nəticədə ələ heç nə gəlmir. Bəyin itirdiyi istismarla topladığı mal-mülkün bir damlasıdır, onu da “şallağa tutub” rəiiyətindən yenə çıxardacaq. Əsas zərbə isə kəndliyə, nökərə dəyəcək. Bəy ona heç nə verməyərək qapısından qovacaq, ilboyu ağasının tarlasını alın təri ilə suvarıb-becərmiş kəndli isə həm də canını itirmiş olacaqdır. Burada onu da demək lazımdır ki, atalar sözlərinin böyük əksəriyyəti bütün dövrlər üçün xarakterikdir, təzətərdir. Müəyyən hissəsi isə müəyyən dövrdə müəyyən məqamla bağlı deyildiyi üçün günümüz üçün xarakterik deyil. Haqqında danışdığımız atalar sözü də bu qəbildəndir. “Ağa deyir “sür dərəyə”, sür”- Bu atalar sözünün işlənmə məqamları nisbətən kiçilsə də, mahiyyətini saxlamaqdadır. Müzakirələrdə müxtəlif yanaşmalar var idi: bəlkə ağa deyir ki, özünü dərəyə at, atmalıyammı? Bilirsinizmi, bu məsələ idarəçiliklə bağlı məsələdir. İdarəetmədə demokratik mərkəziyyət var, aşağıdan yuxarıya doğru hamı rəhbərinin tapşırığını sözsüz icra etməlidir. Səhv,zərərli əmrə görə o, əmr etdiyindən daha çox məsuliyyət daşıyır. Bu məsələyə bir lətifə ilə də yumorvari bir folklor yanaşması da göstərmək istəyirəm: Bir gün Teymurləng Molla Nəsrəddini özü ilə nahar etməyə dəvət edir. Süfrəyə badımcan dolması gəlir. Teymur deyir ki, badımcan mənim dünyada ən çox sevdiyim yeməkdir. Molla deyir ki, mənim də. Bir az keçir, Teymur deyir ki, amma xörəyi yaxşı olmur, illərlə görməsəm, yadıma da düşməz. Molla yenə deyir ki, mənim də. Bir qədər də keçir. Teymur deyir ki, çox qüvvətli yeməkdir, yeyən kimi gözümə işıq gəlir. Molla Teymurun sözünə qüvvət verir ki, mən də çox rahat oluram. Mollanın sözü qurtarmamış Teymur aşpazı çağırır ki, badımcanı yığışdırın, bir də süfrəyə qoymayın, badımcandan zəhləm gedir. Molla dərhal dillənir: - Mənim də, qibleyi-aləm, badımcanı görməyə gözüm yoxdur. Teymur deyir ki, sən necə adamsan, mən nə deyirəm, sən də onu deyirsən. Molla cavab verir ki, gərək belə də ola. Mən sənə qulluq edirəm, səndən donluq alıram, badımcana qulluq etmirəm ki…. “Palaza bürün, el ilə sürün”- Tutaq ki, başqa mühitin adamı yeni bir mühitə düşür. Həmin adam düşdüyü mühitə uyğunlaşmalıdır, səhv etsə belə. Yox, bu düz deyil, belə olmaz deyib, başqa addımı atsan, sözsüz ki, qınaq sahibi olcaqsan, “ palaza bürün, el ilə sürün” sözlərini eşidəcəksən. Müzakirələrdə iddia olunur ki, əgər ətrafın oğru, quldursa, necə onlara qovuşmaq olar? Belə yanaşma, üzr istəyirəm, sağlam deyil. Müdriklərimiz həmişə doğrunu göstəriblər, yaxşıya dəvət ediblər. “Qarın qardaşdan irəlidir” –Əlbəttə,qarın qardaşdan irəli deyil. İnsan tək özünü düşünməməlidir, Çətinə düşsə də, nəfsini idarə etməyi bacarmalıdır.Bu təəssübkeşliliyi, qohum-qardaş münasibətlərini bizə atalar öyrədib. Bu atalar sözündə bir ironiya, gizli eyham var. Atalar məsəli kimi müəyyən hadisə, əhvalatla bağlı deyiləndə daha canlı səslənir. “Allahsız yerdə otur, böyüksüz yerdə yox”- Ən mübahisə doğuran atalar sözümüzdür. Tək burda yox, başqa yerlərdə də bu atalar sözü haqqında iradlar eşitmişəm. . Mən şəxsən öz fikrimi bildirəcəyəm. Elə bilirəm ki, bəziləri bu cümlənin viziual görünüşündən aqressivləşir, fikirdəki mənadan uzaqlaşırlar. Biz müsəlmanıq, dinimiz İslam dinidir. Hər birimizdə Allahımıza,Peyğəmbərimizə(ə.s) böyük sevgi və inam vardır. Allah hər yerdədir. Bunu dünya durduqca, söhbət mövzusu etmək belə günahdır. Belə olan halda hansı müsəlman Allahsız yerdə oturur?! Bu heç vaxt mümkün deyil, mümkün də olmayacaq.Allahımız buyurub ki, məndən sonra səcdə etməli birinci şəxs valideynlərinizdir. Deməli, atalar sözünün cövhərində də bu məna dayanır: ata haqqı inkar edə bilməyəcəyimiz bir həqiqətlə qarşılaşdırılaraq Allahımızın cızdığı səviyyəyə qədər yüksəldilir. Allahsız yerdə oturma, böyüksüz yerdə oturma….qalan yerləri nizamlamaq olar…
-
Vaqif Səmədoğlu. Tanıdım səni Elin yaz çağıydı, torpaq gülürdü. çiçəklər solanda tanıdım səni. Yadımdan çıxmışdın, çıxmışdın, gülüm. Gözlərin dolanda, tanıdım səni...
-
Kakao : "Deyirlər ki, yuxunu necə yozursan elə də olur, amma pis yuxunu necə yaxşı yozasan axı." Maraqlıdır. Görünür,insanın başına gələçəklər onun şüurunda əvvəlcədən həkk olunur. Ola bilsin ki, Siz bunu görə, hiss edə, duya bilirsiniz. O duya bildikləriniz də yuxuda sizə agah olur. Pis yuxunu da sakitləşmək üçün yaxşıya yozun, bir nıv ovsunlayın....gerçəkləşməsin. Mən də yuxu görürəm, elə bil ki, dastandır , həm də qorxunc. Yaxış ki, yuxudu deyib, tez ayılıram, yoxsa ürəyim partlayar. Yaxşı yuxular çox az olur. Belə yuxular bizim həyatımızdan gözəl....
-
Elxan müellim, dilimizde "edebiyyatxana" sözü yoxdur. Belke bu adı "Kitab evi" ile evez edesiniz. Belke 2-3 aydan bir Azerbaycan yazıçılarının eserlerinden birini müzakireye teqdim edesiniz, hamı oxuyandan sonra ise müsabiqe keçiresiniz. Lap qaliblere kitab hediyyesi de vermek olar.
-
RAMİZ RÖVŞƏN. Kepenek qanadlar. Gecə birin yarısıdı, nə dünəndi, nə sabah. İki günün arasında canım sıxılır, Allah. Ulduzlardan yuxarısan, Qorxuram ki yıxılasan. Sən də bir az yuxulusan, mən də yuxulu, Allah Düşüb ev-ev, küçə-küçə Dünyanı gəzir əcəl. Bütün ölənlər bu gecə Səndən çıxılır, Allah. ... Nə qədər ki, göy üzü var, Göydə hamının gözü var. Sən də bax, bəlkə nəsə var Səndən yuxarı, Allah. *** Nə var Allahdan yuxarı? Nə var qəbirdən aşağı? Çəkdiyim ahdan yuxarı? Bildiyim sirdən aşağı? Niyə günün gündüzündə Quşlar azır göü üzündə? Göz yaşları quş gözündən Tökülür dən-dən aşağı. Demə, biz ki quş deyilik, Allaha tanış deyilik... Ruhum, dur, yığış, gedirik, Sən yuxarı, mən aşağı.
-
Kişi qürurlu, necib, konkret olmalıdır. Kişi imanlı ve sebirli olmalıdır. Kişi ailesini temin edecek qeder halal pul qazanmağa layiq olmalıdır, ailesini, uşaqlarını sevmelidir.
