Перейти к содержимому

İmam Rza (e)


BOSSON

Recommended Posts

Imam Rza(e) movludu ile bagli bu temani acmag fikrine dushdum! O gozel rehber hagginda gorsen neleri bilmirik! Cox xahish edirem! Burada elave yazilar yazmayin! Bilavesite o gozel shexsiyyet barede bildiklerinizi, ozuduqlarinizi yazin!

Ссылка на комментарий
Поделиться на других сайтах

Mübarək Zilqədə ayının günlərini yaşamaqdayıq. Təqvimə nəzər saldıqda, bu ayda çox mübarək və nurani bir günün olmasını görürük. Həmin gün, müsəlmanlar üçün, bayram hesab edilən və çox sevincli bir gündür. Belə ki, məhşur rəvayətə əsasən, Zilqədə ayının 11- i, 8-ci İmamımız olan Həzrət Əli ibni Musa Rzanın (ə) mübarək mövlud günüdür. Həzrət İmam (ə) Zilqədə ayının 11- i dünyaya gəlmiş və Muhəmməd (s) ümməti üçün, həmin gün bir bayramdır. İmam Rzanın (ə) mübarək və nurani mövludu münasibəti ilə, İmam Zaman (ə.f) Ağanı və bütün dünya müsəlmanlarını təbrik edirik. Allah-Təala (c.c) bizləri, həmin günün və bayramın mübarəkliyinindən, nuraniliyindən bəhrələnənlərdən qərar versin, Amin!

Mübarək və nurani mövlud günləri.

Biz hansı səbəbə görə, Peyğəmbər (s) Əhli-Beytindən (ə) olan şəxslərin təvəllüd (doğum) günlərini mübarək və nurani günlər hesab edir və həmin günləri bayram edirik? Ona görə ki, həqiqətən də, bu kimi tarixi əlamətdar və mübarək günlər - İslam aləmində misli olmayan şəxsiyyətlərin mövlud günləridir. Necə ki, İslam Peyğəmbərinin (s) mövlud günü mübarək və səadətli gün hesab edilir, eləcə də, Peyğəmbər (s) Əhli-Beytinin (ə) mövlud günləri mübarək və səadətli günlər hesab olunmalıdır.

Çünki mövlud günlərini bərəkətli günlər və özlərinin də, mübarək şəxsiyyətlər hesab etdiyimiz insanlar- Peyğəmbərdən (s) sonra, Onun (s) ümmətinin İmamları (ə), yəni, rəhbərləridirlər. Yəni, Peyğəmbərdən (s) sonra, İmamlarımız (ə) bu missiyanın daşıyıcısıdırlar, bu vəzifədən onlar məsuldurlar. Peyğəmbər (s) hidayət Peyğəmbəri olduğu kimi, İmamlar (ə) da, hidayət İmamlarıdır. Peyğəmbər (s) hər cür xəta və nöqsandan pak və ismətli (Məsum) olduğu kimi, İmamlar (ə) da, pakdırlar və ismət sahibidirlər. Peyğəmbər (s) alim olduğu kimi, Onun (s) elmi Allah-Təala (c.c) tərəfindən Ona (s) əta edildiyi kimi, İmamlar (ə) da, alimdirlər və elmləri öz ataları (ə) və nəhayətdə Həzrət Peyğəmbər (s) vasitəsiylə Allah-Təala (c.c) tərəfindən verilmişdir.

Peyğəmbər (s) kimi, İmamlar (ə) da, hərtərəfli elmə və İlahi məarifə sahib olmuşlar, Quranı, dini əsasları (usulid-din), dinin budaqlarını (firuid-din), şəri hökmləri, əxlaqi məsələləri və s. dərindən bilmişlər. Peyğəmbərə (s) itaət və tabeçilik vacib olduğu kimi, Peyğəmbərə (s) itaət və tabeçilik etmək, Allaha (c.c) itaət və tabeçilik olduğu kimi, İmamlara (ə) da, itaət etmək və tabe olmaq vacibdir və Onlara (ə) itaət və tabeçilik etməklik də, İslam Peyğəmbərinə (s) və Allaha (c.c) itaət etmək, tabe olmaq deməkdir. Bu səbəbdən də, belə nurani şəxsiyyətlərin səadətli təvəllüd günləri - İslam dünyasında öz mübarəkliyi və əlamətdarlığı ilə, seçilir və həmin günlər müsəlmanalr üçün, bayramdır.

İmam Rzanın (ə) həyatına qısa bir baxış.

İmam Rza (ə), müsəlmanların 8 - ci İmamıdır. O Həzrətin (ə) əsl adı Əlidir. Atası, 7- ci İmamımız Həzrət Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibnil-Huseyn ibn Əlidir. (Allahın Salamı bütün hidayət İmamlarının üzərinə olsun!) İmam Əli ibn Musanın (ə) kunyəsi Əbul-Həsən, ən məhşur ləqəbi isə, Rzadır. Hətta, o dərəcədə İmamın (ə) bu ləqəbi məhşurdur ki, İmamların (ə) mübarək adları sadalanarkən, növbə Əli ibn Musanın (ə) mübarək adına çatdıqda və ya, O Həzrət (ə) haqqında danışdıqda, Ona (ə) “İmam Rza (ə)” deyilir. Həzrət İmam (ə) hicrətin 148- ci ilində- mübarək Zilqədə ayının 11- də dünyaya gəlmişdir. Həzrətin (ə) anasının adı Tukəm olmuş və O Xanım (ə) fəzilətli xanımlardan olmuşdur.

Çünki O (ə), 7- ci İmamın (ə) zövcəsi və 8- ci İmamın (ə) anasıdır. İmam Rza (ə) dünyaya gəldikdən sonra, İmam Museyi-Kazim (ə) O Xanıma (ə) “Tahirə” adını vermişdir. Hər bir zamanın öz imamı olduğu və yer üzü heç zaman İlahi höccətsiz qalmadığı kimi, İmam Rza (ə) da, Öz zəmanəsinin İmamı və Allah-Təalanın (c.c), insanlar üzərindəki höccətidir. O Həzrətin (ə) həyatı əsasən, 2 hissədən ibarətdir; 1. Atası İmam Kazimlə (ə) birlikdə yaşadığı dövr, bu müddət 35 ildir. 2. Atasının (ə) şəhadətə yetdiyi, yəni, Özünün (ə) imamətə çatdığı dövrdən şəhadətinə qədərki dövr.

Bu dövr 20 il olmuşdur. İmam Rza (ə), atası İmam Kazim (ə) hicri 183- cü ildə Bağdadın zindanında zəhərləndirilərək şəhid edildikdən sonra, imamət məqamına yetişdi. Əbdürrəhman ibn Həccac deyir: “Əbülhəsən Musa ibn Cəfər (ə) öz oğlu Əlini (ə) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.” İmam Rza (ə) 35 yaşında imamət məqamına çatır, 20 il ümmətin İmamı və rəhbəri olur və hicri 203- cü ildə, 55 yaşında şəhadətə qovuşur. O Həzrətin (ə) şərif məzarı İranın Tus - indiki Məşhəd şəhərindədir. Bu gün müxtəlif ölkələrdən saysız-hesabsız insan Həzrət İmamı (ə) ziyarət etmək üçün, Məşhəd şəhərinə gəlir, İmamın (ə) vasitəsiylə Allahdan (c.c) hacətlərini diləyir, duaları müstəcəb olur, şəfa tapırlar.

İmam Rza (ə) və müasiri olmuş xəlifələr.

Əbbasi xəlifələri Harun ər-Rəşid, Əmin və Məmun- İmam Rzanın (ə) müasiri olmuş xəlifələrdir, yəni, O Həzrətin (ə) zəmanəsində bu insanlar xəlifə olmuşlar. Bu xəlifələr də, Əhli-Beyt (ə) İmamlarının (ə) haqqını qəsb etdikləri üçün, mənfur və məlun kimsələr olmuşlar. İmam Rzanın (ə) 20 illik İmamlıq müddətinin ilk 10 ilində, Harun ər-Rəşid xəlifə olmuşdur. 2- ci onilliyin ilk 5 ilində Harunun oğlu və vəliəhdi olan xəlifə Əmin (atasının ölümündən sonra) xəlifə olur.

Nəhayət, Həzrət İmam (ə) İmamlığının və mübarək ömrünün son 5 ilini, qardaşı Əmini öldürərək xilafətə sahib çıxan Məmunun dövründə yaşamışdır. İmam Rzanın (ə) Atası- İmam Kazim (ə) xəlifə Harunun əmriylə zəhərləndirilərək şəhadətə yetmişdir. İmam Rza (ə) da, Harunun oğlu Məmunun əmriylə zəhərləndirildi və şəhid edildi. Ümumiyyətlə, İmamlarımızın (ə) əksəriyyəti zəhərləndirilərək şəhadətə yetmişlər. Hicrətin 193- cü ilində ölən Harunun yerinə oğlu Əmin xəlifə olur. Harun, Əmindən sonra, 2- ci vəliəhdi olaraq, oğlu Məmunu təyin etmişdi.

Lakin, Əmin xəlifə olduqdan bir müddət sonra, qardaşı Məmunu vəliəhdlikdən kənarlaşdırıb öz oğlunu vəliəhd və özündən sonrakı xəlifə təyin edir. Məmun da, bu səbəbdən qardaşı Əminlə müharibə edir və Əmin 5 il xilafətdə qaldıqdan sonra, hicrətin 198- ci ilində Məmun tərəfindən öldürülür və xilafət .ratının başına Məmun keçir. Məmunun xəlifəliyinə qədərki dövr, İmam Rza (ə) üçün, sakit və sərbəst keçir. Çünki həmin dövrə qədər, Əmin və Məmunun başı - öz aralarında hakimiyyət üstündə gedən müharibəyə qarışır və İmam (ə) öz vətəni Mədinədə rahat şəkildə təbliğat və təşviqatla məşğul olur, dini mühafizə edir, insanlara İlahi məarifi çatdırır. Məmun xilafətə keçdikdən sonra, İmam Rzanı (ə) öz yanına - Mədinədən Mərvə “dəvət” edir.

Məmunun “dəvəti” və təklifi.

Məmun insanların gözündən pərdə asmaq üçün, zahirən özünü İmama (ə) yaxın bir kimsə kimi, göstərməyə səy göstərirdi. O, hakimiyyətinin dayaqlarını möhkəmlətmək fikrində idi. Çünki insanların Əhli-Beytə (ə) olan məhəbbət və bağlılığı, İmama (ə) olan hörmət və itaəti, Məmunu qorxu və təhlükəyə salmışdı. O, İmamın (ə) tərəfdarlarının çoxalmasından qorxurdu. Bu, onun hakimiyyətinin devrilməsiylə nəticələnə bilərdi. Həmin anlarda hakimiyyətə qarşı qiyamlar da, baş qaldırmışdı.

Bu səbəbə görə, o qərara aldı ki, İmam Rzaya (ə) bir təklifdə bulunsun. Əslində isə, bu təklifin altında məkrli siyasi oyunbazlıqlar və çirkin planlar dururdu. Və bu təklifi reallaşdırmaq və məqsədə çatmaq üçün, İmamı (ə) öz yanına “dəvət” etdi. Məqsəd isə, İmama (ə) vəliəhdlik təklif etmək idi. İmam (ə) razı olmasa da, İslamın və müsəlmanların ümumi mənafeyini nəzərə alıb, Mədinədən Mərvə səfər etdi. O Həzrət (ə) bilirdi ki, bir də, vətənə dönüş baş tutmayacaq və bunu yaxınlarına da, bildirmişdi. Məmun, əvvəlcə İmama (ə) xilafəti təklif etdi, İmam (ə) isə, onun bu fitnəsindən və iyrənc siyasətindən agah olduğu üçün, bunu qəbul etmədi. Məmun daha sonra, vəliəhdliyi İmama (ə) təklif etdi və İmam (ə) razı olmasa da, təhdid edərək, İmamın (ə) bu təklifi qəbul etməsini istədi.

Xəlifənin iyrənc siyasəti öz əleyhinə işlədi.

İmam (ə), İslamın və müsəlmanların xeyri üçün, bu təklifi qəbul etdi. Məmunun təklifi, İmamın (ə) rədd cavabı və Məmunun vəliəhdlik üçün, İmamı (ə) təhdid edərək razı salması haqda, Əbasəlt Hərəvi belə deyir: “Məmun İmam Rzaya (ə) dedi: Ey Allahın Peyğəmbərinin oğlu!... Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və səninlə beyət edim. İmam Rza (ə) buyurdu: Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə, Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur.

Məmun dedi: Ey Allahın Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən. İmam buyurdu: Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm... Sən istəyirsən ki, bu işin ilə camaat “Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəliəhdliyi necə qəbul etdi?!” desin. Məmun əsəbləşdi və dedi: ...And olsun Allaha, əgər, vəliəhdliyi qəbul etməsən, onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər, onu qəbul etsən, heç, yoxsa boynunu vurduracağam.” Məmun, əvvəldə qeyd etdiyimiz kimi, belə etməklə, həm, xilafət əleyhinə baş qaldırmış üsyanları yatırtmaq istəyirdi, həm də, İmamı (ə) bu təklifə razı etməklə, O Həzərti (ə) hörmətdən və xalqın nəzərində nüfuzdan salmağa çalışırdı. O bilirdi ki, insanlar Əhli-Beytin (ə) haqqı olan xilafəti qəsb etmiş qəsbkar xəlifələrə nifrət edir, onların xəlifəliklərini etibarlı və müqəddəs bilmirlər. Buna görə də, İmamı (ə) vəliəhdliyə razı etməklə, Onu (ə) hörmətsiz və etibarsız edə biləcəyini və xalqı İmamdan (ə) narazı sala biləcəyini güman edirdi. Bundan sonra da, İmamı (ə) şəhid etmək Məmun üçün, heç də, çətin olmayacaqdı.

İmam (ə) isə, bilirdi ki, bu vəliəhdlik məsələsi baş tutmayacaq. Bu haqda, İmamın (ə) vəliəhdliyi qəbul etməsinə görə, sevinən bir kişiyə bu işin baş tutmayacağını da, bildirmişdi. Məmun, İmamı (ə) vəliəhdliyi qəbul etsin deyə, hədələdikdə, İmam (ə) bilirdi ki, vəliəhdliyi (zahirən də, olsa) qəbul etməsə Məmun, İmamın (ə) Özünə və Onun (ə) tərəfdarlarına zərər verəcək, bu səbəbdən də, razılaşmışdı. Amma, bu şərtlə ki, hökümət işlərinə və kiminsə işə götürülməsinə və ya, işdən çıxarılmasına (İmam (ə)) heç bir müdaxilə etməyəcək. Amma, İmamın (ə) uzaqgörənliyi özünü doğrultdu və Məmunun hiyləgərcəsinə qurduğu siyasət öz əleyhinə işləməyə başladı. Xalq, nəinki İmamdan (ə) üz döndərmədi, hətta, qəlbləri İmama (ə) daha da, bağlandı, İmamın (ə) tərəfdarları daha da, çoxalmağa başladı. Hətta, İmamın (ə) öncələr tərəfdarı olmayan bəzi insanlar da, İmama (ə) tərəf gəlməyə başladılar. Nəhayət də, Məmun, bundan qorxub çarəni İmamı (ə) şəhid etməkdə gördü və xain əllər İmamı (ə) zəhərlədi.

Allah-Təala, bizləri, dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 5 months later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...