Перейти к содержимому

Xoşbəxtliyin sirri


TURK_ISLAM_BIRLIYI

Recommended Posts

XOŞBƏXTLiYiN SİRRİ

Dünyadakı bütün insanlar xoşbəxt olmağa çalışır. Ancaq insanların ümid etdikləri xoşbəxtlik dünyəvi şərtlərə bağlı olan, tamamilə müvəqqəti xoşbəxtlikdir. Davamlı olan həqiqi xoşbəxtliyi isə tam olaraq iman edənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə mallara, nə də mövqeyə bağlıdır. Xoşbəxtliyin bir sirri var; o da coşğulu Allah sevgisi və Allaha olan təvəkküldür. 

İman edən bir insan bu dünyanın həqiqi mahiyyətindən, öz yaradılış məqsədindən, Uca Allahın özünü sınadığından və Ona qulluq etməklə məsul olduğundan xəbərdardır. Bu səbəblə, həyatı boyunca Allahın razılığını, rəhmətini qazanmağa çalışar və möminlərin həqiqi məskəni olan cənnətə girmək üçün səy göstərər. 

Xoşbəxtlik isə Uca Allahın əməlisaleh qullarına səmimi iman və sədaqətlərinə görə, həm dünyada həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarına qarşılıq olaraq, onların qəlblərinə xoşbəxtlik və rahatlıq verir. Möminlərin maddiyyata bağlı xoşbəxtlik yaşamırlar, Allaha və axirətə imanın gətirdiyi mənəvi xoşbəxtliyi yaşayırlar. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman etmədikcə gerçək xoşbəxtlikdən uzaq qalarlar. Sonsuz güc sahibi Allah, din əxlaqını yaşamamalarına qarşılıq olaraq bu insanların qəlblərini bədbəxt və sıxıntılı edəcəyini bir Quran ayəsində belə bildirmişdir: 

“Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.” (Ənam Surəsi, 125)

Möminləri Xoşbəxt Edən Nədir? 

İman etməyən insanlar, ümumiyyətlə axirət həyatının çox yaxın olduğunu və onunla qarşılaşacaqlarını düşünmədən yaşayarlar. Ölümü, ölüm sonrasında nələrlə qarşılaşacaqlarını, bütün etdikləri bütün əməllərə görə Allaha hesab verəcəklərini, bunun nəticəsində də cənnət ya da cəhənnəmdə sonsuza qədər qalacaqlarını ağıllarına gətirməz ya da gətirmək istəməzlər. Bu insanların belə məsuliyyətsiz davranmağına səbəb olan faktor isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Belə insanların düşüncəsinə görə yaşayacaq vaxtları çoxdur; buna görə də heç düşünmədikləri ya da düşünsələr belə reallaşacağına çox ehtimal vermədikləri bir şey üçün həyatlarını, mənfəətlərini və qurduqları planlarını fəda etmək istəməzlər. Bunu çox böyük itki olaraq xarakterizə edərlər. Böyük səhv edərək, dünya həyatını və dünya mənfəətlərini, axirətdə qazanacaqlarına nisbətlə daha yaxın və asan görərlər. Dünyaya bağlanıb axirəti qulaqardına vurarlar. Bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışarlar. Bütün həyatlarını Allahı razı edəcək davranışlardan, din əxlaqından uzaq keçirər, bütün həyatları boyu dünyaya bağlı qalarlar. 

Dünya həyatına olan sevgi isə insanları bədbəxt edir. Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt ola bilməyəcəklərini, davamlı çətinlik içində yaşayacaqlarını Allah Quranda belə bildirir:

“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.” (Ta ha Surəsi, 124) 

İman etməyən insanları xoşbəxt etməyən, onları narahat edən digər mövzu isə qarşılaşdıqları çətin anlardır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi qazanc və gəlirə bağlı olduğundan, çətin anlarda bu mənfəətlərini də itirməklə qarşı-qarşıya qalırlar. Hər şeyləri buna bağlı olduğundan heç gözləmədikləri bir hadisə səbəbindən hər şeyi itirmək təhlükəsi, onları böyük bir bədbəxtliyə düçar edir. Əldə etdikləri keçici sevinci də bu yolla tamamilə itirərlər. Çıxa bilməyəcəkləri pessimizmə və ümidsizliyə düşərlər. 

Möminlərin xoşbəxtliyi isə çətin anlarda göstərdikləri Quran əxlaqı ilə daha da qalıcı hala gəlir. Möminlər həmişə Allahın razılığını düşündükləri, ağıllarını və vicdanlarını həmişə bu istiqamətdə istifadə etdikləri üçün iman etməyənlər kimi pis görünən vəziyyətlərdən mənfi təsirlənməzlər. Əksinə çətin anlarda göstərdikləri gözəl və təslimiyyətli rəftarla Uca Allahın razılığını qazana biləcəklərinə ümid edərlər. 

Möminlərin qəlbində Allahın razılığını qazanma ümidinin, bu yolda əlindən gələn bütün səyi sərf etməyin verdiyi sevinc və rahatlıq vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və rahat edir, həm də Allahın razılığını daha çox qazanmalarını təmin edən şövqlərini artırar. Bu sevinc və xoşbəxtlik, insanların iman etmədikcə əsla çata bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri sevincdir. Çünki bu Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın razılığını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və rahatlıqdır. 

İmanın Sevinci 

Möminlər Allaha və Onun yaratdığı taleyə iman etdikləri üçün sevincləri davamlıdır. Bu vəziyyət onların gündəlik həyatlarına təsir edir və möminlərin xarakterinin təməl qaynağını meydana gətirir. İman etməyənlər isə Allahdan və Onun ayələrindən xəbərsiz şəkildə yaşamanın qarşılığı olaraq xoşbəxt olmurlar. 

Möminlərin Allaha qarşı hiss etdikləri sevgi, bağlılıq və taleyə olan təslimiyyətləri, onları maddi və mənəvi olaraq narahat edə biləcək hər cür səbəbi ortadan qaldırır. Çünki mömin üçün həyatı boyu ‘pis' olaraq xarakterizə edəcəyi heç bir şey yoxdur. Quran əxlaqını yaşayaraq Allahın ona ‘pis' kimi görünən bütün vəziyyətləri ‘xeyirə' və ‘yaxşılığa' çevirəcəyini çox yaxşı bilir. Bu da möminin həmişə imani sevincə sahib olmasına şərait yaradır. Hər kəsin kədərləndiyi, pessimist olduğu mühitdə, onu kədərləndirəcək hər hansı səbəb mövcud olmadığından sevincindən heç bir şey azalmaz. 

İmani sevincə sahib olduqları üçün möminlərin reaksiyaları həmişə səmimi olur. Həmişə Allaha təvəkkül etdikləri üçün hərəkətləri və rəftarları digər insanlara da rahatlıq və sevinc gətirir. Bu baxımdan hər kəs bir möminlə danışmaqdan və dostluq etməkdən böyük zövq alar. Çünki həqiqi mənada səmimiliyə və sevincə yalnız möminlər malikdir. Onsuz da ətrafındakı hər kəs onun bu halından çox açıq şəkildə xəbərdardır. Mömin, Allahın ona verdiyi bu bənzərsiz nemət sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada gözəl vaxt keçirən, xoşbəxt olan və gülən insandır. Çünki möminlər hər şeyin kontrolunun Allahın iradəsində olduğunu bilirlər. Allah bu mövzunu bir ayədə belə bildirir: 

De ki: "Allahın bizim üçün yazdıqları xaricində, bizə heç bir şey olmaz. O bizim Mövlamızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər." (Tövbə Surəsi, 51) 

Din əxlaqından uzaq yaşayan insanlar ümumiyyətlə gözəl vaxt keçirmənin, sevincin və coşğulu sevginin zövqünü gerçək mənasıyla yaşaya bilməzlər. Bu insanların böyük əksəriyyəti bəzən yaxşı vaxt keçirir və ya əylənirmiş kimi görünsələr də, bu vəziyyət yaşadıqları həyatın bütününə hakim olmur. Çünki çox vaxt yaşadıqları problemləri özlərinin həll edəcəklərini zənn edir, bu da onlarının həyatlarına təsir edir, çətinlik və gərginlik yaradır. 

Möminlər isə Allaha səmimi şəkildə iman etdikləri, Allahın onlara hiss etdirdiyi ‘gerçək' sevinclə dolu həyat yaşadıqları üçün onların alıqları zövq və xoşbəxtlik çox yüksək səviyyədədir. 

Davamlı Xoşbəxtlik Yalnız Möminlərindir

Nəticə olaraq; möminlər, vəziyyət necə olursa olsun, daima Allaha güvənib həmişə Ona yönəldikləri, daim Onu razı etməyi düşündükləri və eləcə də Quran əxlaqından kənarlaşmayan əxlaqa sahib olduqları üçün, Allahın tükənməz rəhməti, fəzli və sevgisi həmişə onların üzərindədir. Allah, Ona iman edənləri heç zaman tək və köməksiz buraxmayacağını vəd etmişdir. Allah, Öz yolunda səmimi şəkildə səy göstərən, heç bir şübhəyə qapılmadan mallarını və canlarını Allahın razılığını qazanmaq üçün sevə-sevə xərcləyən bu sadiq qullarını, etdiklərinə gözəl qarşılıq olaraq içində sonsuza qədər qalacaqları, nemətlərlə təchiz edilmiş cənnətlərlə müjdələmişdir: 

“Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)”! (Yunus Surəsi, 64)

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...