Əsl kişidə real səslənməsə də hər şey olmalıdır: cəsarət də, hörmət də, etika da, təmizlik də, iş də, təhsil də…maddiyat da………… Qadını müdafiə etməyi bacarsın, ancaq təmizliyi bacarmasın və qadının yığdığını söküb-dağıtsın - əsl kişilik deyil. Qadına hörmət edib, lakin kişilərin yanında ağzının danışığını bilməyən - əsl kişilik deyil. Və nəhayət təhsili, mədəniyyəti olsun, ancaq sevdiyi qadının, övladlarının ehtiyaclarını ödəməyə çalışmasın (az qazanca malik olmaq təbiidir, ancaq daha çox qazanca çalışmamaq - istənilən qadının məhz o cür kişinin arxasında özünü tam arxalı hesab etməməsinə səbəb olacaq)