Перейти к содержимому

PRIKOLISTKA

Members
  • Публикации

    3000
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    2

Все публикации пользователя PRIKOLISTKA

  1. PRIKOLISTKA

    Характер

    теплый и милый
  2. Əlbəttə, sizin yazdıqlarınızla tam razıyam, ancaq gəlin hörməti ilk olaraq forumda yazı formamızdan başlayaq, sizin postunuzu çətinliklə oxudum, ona görə hörmətli Azər777, sizdən xahişim budur ki, azərbaycanca yazarakən, ilk öncə azəri şriftindən istifadə edəsiniz. Bunun üçün Lucida Sans Unicode şriftindən istifadə edin. Klaviaturanı isə Az rejiminə keçirdin.
  3. Bildiyimiz kimi, forumumuz əsasən rus dilindədir ve məlumdur ki, çox sayda userlərimiz, əsasən forumda rusca yazmağa üstünlük verir. Bəziləri azərbaycan dilini mükəmməl bilir, bəziləri isə azərbaycan dilində yazmağa bir az çətinlik çəkir. Azerbaycandilli userlerimizin içində də rus dilində yazmağa çətinlik çəkənlər var. Mövzunu yaratmaqda məqsədim, biz userlərin bir- birinə bu çətinliklərdə kömək etməsi imkanı üçündür. Elə isə, əziz userlər hansı dildə nə çətinliyiniz olsa, hər hansı bir söz, hər hansı bir cümlə və ya mətn tərcüməsi sizə lazım olsa, bu movzuda bizə müraciət edə bilərsiniz. Hörmətlə, Prikolistka. Как мы знаем, наш форум в основном на русском. И, как известно, многие наши юзеры предпочитают писать на русском. Многие прекрасно знают азербайджанский, а у некоторых есть трудности. Также, у некоторых юзеров есть трудности с русским языком. Создание этой темы служит тому, что наши юзеры могли помогать друг - другу с переводом неких слов и текстов. Поэтому, если кому то будет нужна помощь, можете здесь об этом попросить. С уважением, Приколистка.
  4. Məncə ilk növbədə əsl kişi nəzakətli olmalı və etika qaydalarını bilmelidir. Menim gözümdə küçede burnunu qurdalayan,yere tupuren, orasını-burasını qaşıyan kişi terbiyesiz kişidir.
  5. Azərbaycan Respublikasının Dövlət Himni 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi. Musiqisi: Üzeyir Hacıbəyovun Sözləri: Əhməd Cavadındır Azərbaycan, Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üç rəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər! Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən, şanlı Vətən! Azərbaycan, Azərbaycan! Həmçinin burdan himnin musiqisini yükləyə bilərsiniz. Himnin musiqisi
  6. Azərbaycan Respublikasının Dövlət gerbi. Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin qabarıq təsviri: Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə; Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə; Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına; Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.
  7. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ Maddə 23. Azərbaycan dövlətinin rəmzləri (Konstitusiya maddəsi) I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
  8. Bayramlar Və Əlamətdar Günlər. 1 Yanvar - Yenı il Bayramı 2 Fevral - Azərbaycan Gənclər günü 1 Mart - Mülkü Müdafiyə günü 8 Mart - Beynəlxalq Qadınlar günü 10 Mart - Azərbaycan Teatr günü 20-21 Mart - Novruz Bayramı 23 Mart - Ümumdünya Hidrometeorologiya günü 27 Mart - Beynəlxaq Teatr günü 2 Aprel - Beynəlxaq Uşaq Kitab günü 7 Aprel - Ümumdünya Sağlamlıq günü 12 Aprel - Kosmonavtika günü 23 Aprel - Ümumdünya Kitab günü 2 May - Türk Dünyasının Həmrəylik günü 3 May - Beynəlxaq Söz və Mətbuat Azadlığı günü 9 May - Faşizim Üzərində Qələbə günü 13 May - Beynəlxalq Ailə günü 18 May - Beynəlxalq Muzey günü 22 May - Beynəlxaq Bioloji Müxtəliflik günü 28 May - Respublika Günü 1 İyun - Uşaqların Beynəlxalq Müdafiyə günü 2 İyun - Azərbaycan Polis günü 5 İyun - Ətraf Mühitin Qorunması günü 15 İyun - Milli Qurtuluş Günü 16 İyun - Beynəlxalq Atalar günü 17 İyun - Beynəlxalq Tibb İşciləri günü 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü 30 İyun - Azərbaycan Sevgililər günü 22 İyul - Milli Mətbuat və Junalistika günü 1 Avqust -Azərbaycan Əlifbası günü 2 Avqust - Milli Kino günü 18 Avqust - Azərbaycan Sərhəd Qoşunları günü 7 Sentyabr - Beynəlxalq Aviasiya günü 8 Sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü 15 Sentyabr - Bilik günü 18 Sentyabr - Milli Musiqi günü 20 Sentyabr - Azərbaycan Nefçiləri günü 27 Sentyabr - Ümumdünya Turizm günü 1 Oktyabr - Beynəlxalq Ahıllar günü 1 Oktyabr - Azərbaycan Prokurorluq günü 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü 10 Oktyabr - Azərbaycan Yangınsondürənləri günü 18 Oktyabr - Azərbaycan Respulikasının Dövlət Müstəqilliyi Günü 6 Noyabr - Azərbaycan Milli Televiziya və Radio günü 12 Noyabr - Azərbaycan Republikasının Konstitusiyası Günü 17 Noyabr - Milli Dircəliş Günü 22 Noyabr - Azərbaycan Ədliyyə İşçiləri günü 3 Dekabr - Beynəlxalq Əlillər günü 11 Dekabr - Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri günü 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliy Günü Qurban Bayramı Ötən ildəkindən 10 gün qabaq olur Ramazan Bayramı Ötən ildəkindən 10 gün qabaq olur
  9. Azərbaycan Respublikası, Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyaya, şimalda kiçik bir hissəsi ilə Avropaya daxil olan və Xəzər dənizinə sahili olan dövlət. Rəsmi dil - Azərbaycan dili Paytaxt - Bakı şəhəri Böyük şəhərlər -Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Quba Prezident - İlham Heydər oğlu Əliyev ( 2003) Baş Nazir - Artur Rasizadə Qanunvericilik hakimiyyətini həyata keçirən orqan - Milli Məclis Dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Rəsmi dövlət dili - Azərbaycan dilidir. Din - Əsasən İslam dini, digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi. Ərazi - 86.600 km² Əhali - 8.467.000 Sıxlıq - 90 nəfər/km² Pul vahidi - Azərbaycan Manatı Saat qurşağı - Yay saati EET (UTC+4) EEST (UTC+5) Həftənin birinci günü - bazar ertəsi ( monday) İnternet TLd - .az Telefon kodu - +994
  10. Bu mövzuda kişilər haqda söhbət .rmaq istəyirəm. Əsl kişi deyəndə birinci nə düşünürsüz? Hansı xüsusiyyətləri qəbul və inkar edirsiz, əsl kişi necə olmalıdır? Hörmətlə, sizin Prikolistkanız.
  11. PRIKOLISTKA

    Azad Qadin

    Məlumdur ki, əsrlər boyunca qadınlar heç bir hüquqa malik olmayiblar, onları insan kimi sadəcə dünyaya uşaq gətirən ana rolunda görüblər, cox şeydən məhrum və hüquqsuz insan olublar. Elə ölkələr var ki, hələ indiki zamanda belə qadınlara qarşı zorakılıq edilir, onlar hüquqsuz məxluq kimi yaşamağa məcburdurlar. Siz bəs necə, azad qadın deyəndə nə başa düşürsüz, sizin fikrinizcə qadınların həyatda rolu necə olmalıdır, yoxsa düşünürsüz ki, onlar kişilərlə bərabər hüquqa malik olmalıdırlar? Mənim zənnimcə qadın əşya deyil ki, onu istədiyin kimi istifadə edəsən, qadın da insandı. Hörmətlə, sizin Prikolistka.
  12. Sensuz, bizim heyvanlardan fərqli cəhətimiz nədir? Süurun olması. İnsan hər hansı bir hərəkəti edərkən düşünür, götür- qoy edir, hər hansı bir xoşagəlməz hadisədə özünü bacardığı qədər ələ almağa çalışır. Biz də ana təbiətin övladlarıyıq, əlbəttə özümüzü saxlaya bilmədiyimiz anlar olur. Məni özümdən çıxarmaq çox çətindi, olduqca sakit insanam, hisslərimi yalnız hər hansı bir məhəbbət filminə baxanda, toyda gəlinlə bəyi xoşbəxt görəndə, faciəli şeyləri eşidib, görəndə, balaca bəbə və heyvan görəndə göz yaşı ilə ifadə edirəm, özümdən aslı deyil, hisslərimə qapılıram, şükür hələ peşman olduğum anlar yoxdur.
  13. Əziz dostlar, bu mövzunu yaratmaqda məqsədim, bizim son 20 ildən çox başımıza gələn erməni təcavüzü haqda bizim oxucularımıza ən düzgün məlumatları çatdırmaqdır. İnsan öz vətənin tarixini bilməli və düşmənini tanımalıdır. Biz 20 Yanvar, Dağlıq Qarabağ hadisələrini unutmamalıyıq. Erməni terroruna son qoyulmalıdır artıq. Veten uğrunda qanından və canından keçmiş oğul və qızlarımızın qanı yerdə qalmamalıdır. Sən də, ey Azəri övladı, tarixini unutma!!! 20 Yanvar 1990- da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi. İşğal olunmuş rayonlar 26 Fevral 1992- Xocalı şəhəri, Ermənilər Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. 8 may 1992 - Şuşa şəhəri Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 18 May 1992- Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 2 Oktyabr 1992- Xocavənd rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 2 Aprel 1993 - Kəlbəcər rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 23 Avqust 1993 - Füzuli rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 23 Avqust 1993 - Cəbrayıl rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 31 avqust 1993 - Qubadlı rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 29 Oktyabr 1993- Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 23 iyul 1993 - Ağdam rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.
  14. Əziz dostlar, əlbettə bu hadisə ilə bağlı hamımız üzülürük, qoy bizə qarşı etdiyi pisliyə görə o alçaq şəxslər sevinməsin, onlar elə bilməsin ki, bizdən nəsə oğurladılar, ya bizə iş vurdular. Vurulan yara, sağalır. Bİz öz növbəmizdə bakılıar.az ailəsi olaraq sözdə deyil, əməlimiz ilə onlara göstərməliyik ki, biz yıxılmadıq, biz hələ varıq, nə olsun mövzularımız silinib, biz yenisin yaradarıq. Ona görə, əziz dostlar, haydı iş başına. Forum yenidən ixtiyarımızdadır.
  15. Allah bu namussuzlarin belasini versin. С возвращением, я очень скучала.
×
×
  • Создать...