-
Публикации
3000 -
Зарегистрирован
-
Посещение
-
Days Won
2
Все публикации пользователя PRIKOLISTKA
-
в Баку )) Незнаю, Дедушка может и сидит на форуме, под каким то экзотическим ником ))
-
Ты избрал путь воина Света. дурацкий тест. потеря времени
-
Дедуля, во первых загляни в нашу тему, во вторых принеси на новый год , на своих санках ко мне моих родителей.
-
Мною любимая дюшбяря.
-
-
Еще Мярджимяк Чорбасы с кусками курицы. Мммм. Только, почему то, здешняя чечевица желтеет при варке.
-
Вот еще " Чуду" по бакински. Рецепт : готовое слоеное тесто, жаренный мясной фарш с корицей, наверх сахарный песок и сумах.
-
Девочки, я тоже опять с вами. Рада снова к вам присоединиться. safi, как хорошо у себя ))) Вот то, что не забыла сфоткать, а то все кушаем и потом вспоминаю, что ай даа, не сфоткала. Это мой мясной гутаб.
-
Məryəm xanım, mənim yazım sizin xətrinizə dəyməsin. Əlbəttə yaxşı bilirəm sizin yazdığınızı, sadəcə mənə bu tərəfdən də maraqlə gəldi ki, əgər əl vurmaq olmazsa, deməli harda o söz varsa, gərək üstü skoçlansın. Siz mənim canım, məndən inciməyin. Məhz sizə ünvanlamamışam. Mövzudur, müzakirə edirik. Hər bir insansın öz fikrini bildirmək hüququ vardır. Bu da mənim fikrim idi.
-
Sizə olan cavabımı yenə yazıram. İkincisi,mövzunuzda bir dəfə yazmışamsa,o demək deyil ki, bu birinci və axırıncı postumdur, hövsələniz olsun
-
Bizdə olan toy adətlərinin çoxu rusca desək pokazuxadır. Məsələn, oğlan evinin gətirdiyi şeyləri yığıb, camaata göstərməyi mən ayıb hesab edirəm, ayaqqabıdan tutmuş, alt paltaracan göstərməsələr özlərinə gəlməzlər. Nəyə görə mənim şeylərimə o, bu baxmalıdı? Şükür, mənim toyumda belə şey yox idi. Həyətə maşın gələndə də heç siqnal səsini heç kim eşitmədi, ancaq musiqi səsinə hamı baçını çıxartdı. Nə bilim, həddən çox lazımsız, ət tökən şeylər.
-
Bir dəfə televizorda görmüşdüm ki, belə bir, necə deyim rəssamlıq növü var, əsasən dindar adamlar çəkir. Bu çəkilmiş rəsmlərin əsas mənası, çəkilmiş predmet, insan, quş və təbiət rəsmlərində Allah sözünün qeyri adi formada əks olunmasıdır. Məsələn : Quş suda dayanıb, ancaq, şəkil elə çəkilib ki, orda diqqətlə baxsan Allah sözünü görərsən. Hesab edirəm ki, gerbdəki Allah sözü də elə belə deyildir. O ki, qaldı pasportu skoçlamaq məsələsinə, mənə bu çox gülməli gəldi. Mənim üstündə Allah sözü yazılan qızıl klonum var, onda onun da üstünü boyunuma salanda skoçlayım?
-
Один из любимых клипов. Ребенок поет в утробе матери
-
Stranger, nə dadlı mövzudu bu. Əsl mənim yerimdir. Əvvala, mənə bu gözəl xörəkləri bişirməyi öyrədən anama təşəkkür edirəm. Mən bətbəxdə olmağı sevirəm,yoldaşımla xaricdə yaşasaq da, bizim evdı yalnız öz milli xörəklərimiz bişirilir. Evimizə gələn qonaqlar da bizim xörəklərin gözəlliyini görüb heyran qalırlar, nimçənin dibinəcən yalayırlar. Əlbəttə,digər xalqların da xörəklərini bişirirəm, ama əsasən özümüzkülər evimizdə şahliq edir. Stranger, təklif edirəm bu mövzuda milli xörəklərimizin hazırlanma reseptlərini də yazaq, çünki, mətbəximiz olduqca rəngarəngdir, hər rayonun özünəməxsus xörəkləri mövcuddur. Mən bakılı olduğumçun, bakılılıar kimi bişirirəm, digər rayonların da bişirmə üsulu və o rayonda mövcud olan hər hansı bir xörəyin reseptini burda görməyə şad olardım.
-
Stranger, səni yenidın forumda aktiv görmək necə də xoşdur. Gözəl mövzuya görə çoxsaqol. Deyirəm, ay stranger, görəsən bu adətləri oturub necə fikirləşiblər? Götürək Novruz Bayramını, necə də gözəl adətlərimiz var bayram axşamına - p.q atmaq, fala baxmaq, səməni göyərtmək, gözəl süfrə açıbə, əvvəlcədən bu bayram üçün hazırlanmış təamları bayram əhval -ruhiyyəsi ilə nuş etmək. Doymadan danışaram bu bayram haqdaş Hələ toy adətlərimizi demirəm. Bəh- bəh.
-
Təhsil - elm , bilik, savad. Nə qədər ölkəmizdə savadlı insan var, ancaq, ondan da çox savadsızlardır. Buna səbəb bir çox amillərdir. Tənbəllik, məsuliyyətsizlik, imakanın və şəraitin olmaması, digəri isə təhsilin düzgün səviyyədə olmamamsı, kitab,dərslik, müəllim kadrlarının çatışmamazlığı. Bu yolda valideynin də rolu böyükdür. Qeyd etdiyim kimi, digər amil də məsuliyyətsizlik, buna barmaq arası baxmaqır.İnsanın gərək ən birinci növbədə özünün buna marağı və istəyi olsun, fikriləşmək lazımdır ki, mən kim olmaq istəyirəm, avara yoxsa adlı sanlı,ali savadlı bir insan. İstəməyəndən sonra öldür, təhsil onun üçün maraqlı deyil. Sadəcə ölkəmizdə buna baxış düzgün deyildir. Bir çox ailələrdə qızı 9 cu sinifdən çıxarıb, ərə verirlər, oğul isə fəhlə işləyir, bazarda, dükanda, orda burda işləyir. Ya da, pul verib qiyməti yazdıracam, neynirəm oxuyum, onsuz da diplomu pulla alıram da. Digər tərəfdən baxanda, Ali məktəblərdə dəsrlikərin az sektorunda rusca olması, nəyə görəsə kitab çap eləmək istmirlər. Hamı bilir müəllim - tələbə arasında olan " hörməti", müəllimlər yaxşı maaş alsa tələbədən rüşvət almaz, tələbə də başını aşağı salıb dərsini oxuyar. Qiyməti pulla düzəltməyə arxayın olmaz, təhsil güclü olsa, güclü ixtisasçılarımız da olar.
-
А мы с мужем однофамильцы )) Так что, и до и после замужества моя фамилия осталась со мной.
-
Əziz forumçular. Bir çox userlərimizdə AZ şrifti ilə problem olmasının şahidi oldum. Ona gorə istərdim bu mövzuda sizə bununla əlaqədar bir balaca kömək edim. Bizə azərbaycan dilində yazarkən lazım olan şrift - şrifti və klaviaturanın AZ rejimidir. Bundan sonra sizə çap etmək üçün lazım olan, lakin, klaviaturanın düymələrində əks olunmayan hərfləri ü - w, ö - [ , ğ- ], ı - ; , ə - ' , ç - , , ş - . , düymələrini basmaqla çap edə bilərsiz. Eləcə də, nöqtə üçün - / , vergül üçün shift və / , sual işarəsi üçün - shift ve 7 , dırnaq işarəsi shift və 2 , qoşa nöqtə üçün shift və 6 düymelerini basmaqla çap edə bilərsiz. Kompüterin klaviaturasında AZ rejimi olmayanların nəzərinə! Windows sistemin konfiqurasiyasında AZ rejimi vardır. Bunun üçün, sadəcə bu rejimi işlək vəziyyətə gətirmək lazımdır. Bilənlər bilir, bilməyənlər üçün qısaca operasiya formasında yazıram. Start > Control Panel > Regional and Language Options > Languages > Details > Settings > Add >İnput language > Azeri (Latin) > Ok > Apply > Ok Uğurlar, hörmətlə, Prikolistka.
-
Pyssycat she, melumata görə çoxsaqolun, mən unutdum , siz yazın, movzu nə üçün yaranıb bəs? )) Həm, də gələn dəfə çalışın latın qrafikası ilə yazın, mən sizi başa düşürəm, mən də yoxdur, ancaq yazıram ki ))
-
Eh, hanı mənim kitablarım, dönə- dönə, sevə -sevə oxuduğum əsərlər. Hayıf ki, mənim bütün kitablarım Bakıdadır, onları bura gətirmək üçün bir yük təyyarəsi lazımdır. Bütün yazarlarımızın əsərlərini sevirəm, ancaq bir tanınmamış müasir yazıçının roman kitabı var " Bizim kənddə bir gözəl var" adlı, 2 gözəl roman daxil olan bir kitab. Düzü yazıçının adı yadımda deyil, çünki, çoxdan oxumuşam, ancaq o 2 romanı çox sevirəm. Evden xahiş edərəm, mənə o kitab haqda məlumatı çatdırsınlar. Bİr də, müasirlərdən əlbəttə ki, mənim sevimli yazıçım Çingiz Abdullayevin əsərləri.
-
Gəlin burada tarix boyu dünyada məşhur olan insanların dedikləri ibrətamiz kəlamları və hikmkətləri sözləri yazaq. Xahiş edirəm, yazarkən kəlamın kimə məxsus olduğunu yazmağl unutmayasız. Sözün də su kimi lətafəti var. Nizami "Yalanin ən böyük qüvvəti yayilmasindadir". Nazim Hikmət. "Səni haqqa ismarladım! Haqq yandıran çırağın yana dursun!" Dədə Qorqud.
-
salam , mən də azərbaycanda yaşamıram, məndə də azərbaycan dilli klaviatura yoxdu, laikn şrifti siz komputerin control panel > regional and language bolumunden əlavə edə bilərsiz. Bunu bilməmiş olmazsız. Sonra sizə lazım olan, klaviaturada yazılmayan hərfləri ü - w, ö - [ , ğ- ], ı - ; , ə - ' , ç - , , ş - . , düymələrini basmaqla çap edə bilərsiz. Elece de nöqtə üçün - / , vergül üçün shift və / , sual işarəsi üçün - shift ve 7 , dırnaq işarəsi shift və 2düymelerini basmaqla çap edə bilərsiz. UĞURLAR. PS. Burdakı balaca offtopa görə üzr istəyirəm, ümidvaram ki, qaydalara aid movzu administrasiya tərəfindən yaradılanandan sonara, bu yazılanlar silinəcək.
-
Siz sağolun ki, bu mövzuya da biganə qalmadınız. Ancaq, sizdən bir oxucu kimi yene de xahiş edirəm ki, azəri şriftindən istifadə edəsiniz. Şrift "Lucida Sans Unicode", klaviatura AZ rejimində.
-
Biz kimik? İlk növbədə hamı kimi Yer Planetinin daimi sakinləriyik. Artıq bu planetdə hələ uzun illərdən bəri kök atmışıq və daim budaqlanır, çiçək açırıq. Hər bir öz kökünü bilən insan, xalq, etnos, qrup və s. öz köklərinin hardan gəldiyini bilməli və bunu unutmamalıdır, gələcək nəsillərə örnək olaraq öz tarixini, keçmişini, adət - ən- ənəsini ötürməli, düzgün formada aşılamaladır. Kimik biz? Çətin sualdı, doğurdan bizim indiki dövrümüzə baxanda həqiqətən bizim kim olduğumuzu görmək çətin olur. Əvvala müasirliyimiz, ikincisi həyata baxış tərzimiz, tərbiyəmiz və ən əsas, ən ümdə bizim vətənpərvərliyimizdir. İndiki gənclərə baxanda, hamısın demirəm, çoxunda həyata mənasız, məsuliyyətsiz baxış görürük. Vətənpərvərlik, vətən yolunda nəsə bir şey etmək kimi şeylər gözə görünmür. Niyə belə görəsən? Yəni, biz, bu qədər özümüzü sevmirik ki, kiməsə, yoldan keçənin birinə öz torpaqlarımızı verib, min bəla və müsibətə göz yumub, buna sakitce durub baxırıq? Ölkədaxilində gedən proseslərdən hələ danışmıram. Neceyəni biz kimik? Məncə çoxları artıq öz kimliyini unudub, bu sual üzərində heç düşünmür. Məncə sualı belə qoymaq lazımdır - Biz kim idik.
-
Azər777, deyəsən, hələ forumun translit funksiyası aktiv deyildir, qəribə olsa da, mən heç translitdən istifadə etməmişəm. Mənim klaviaturamda rus şriftləri əks olunmayıb, ona görə mən hər zaman "on screen keyboard" - dan istifadə edirəm. Translit aktiv olunacan, siz də ondan istifadə edə bilərsiz.
