Elçin Mansurov
Vikipediya, azad ensiklopediya
Elçin Elşən oğlu Mansurov (25 noyabr 1984, Binə – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Elçin Mansurov
- 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.
- Ləqəbi «Yalqız canavar»
- Rütbə Mayor
- Döyüşl Aprel döyüşləri, Vətən müharibəsi • Füzuli döyüşləri
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.
Azərbaycan Ordusunun mayoru olan Elçin Mansurov 3 il idi ki, Füzuli rayonunda, təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə ziyarət edirdi. Həmin gün saat 09:30 radələrində 25 nəfərə qədər olan Elçin Mansurovun qrupu təmas xəttini ilk yaran qruplardan biri oldu. 45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən iki dəfə hücum gerçəkləşdi və Ermənistan Ordusunun iki tağımı darmadağın edildi və əvvəlcə, 3, sonra 2 xüsusi əhəmiyyətli post və strateji yüksəkliklər ələ keçirildi. Mansurov həmin yüksəkliklərdə yaralansa da, 12 yaralını döyüş meydanından çıxara bildi.
Elçin Mansurov 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə "Burğa dərəsi" adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində şəhid oldu.[6] Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, yəni, 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapıldı və ertəsi gün II Şəhidlər Xiyabanında torpağa tapşırıldı.